Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Spam
Spam — kütləvi olaraq yayılan və eyni zamanda alınması arzuolunmaz olan reklam və ya digər məzmunlu məlumatdır. İlk növbədə spam termini elektron məktublara şamil olunur. Başqa sözlə, spam – tələb edilməmiş məlumatların kütləvi və anonim göndərilməsidir. Burada anonim yayma dedikdə məlumatların gizli və ya saxta əks ünvanla avtomatik yayılması başa düşülür. Hazırda elə spam göndərən yoxdur ki, o öz ünvanını və göndərmə yerini gizlətməsin. SPAM sözünün yaranma tarixi 1937-ci ilə təsadüf edir. SPAM – Hornel Foods şirkətinin məhsulu olan donuz konservlərinin adıdır. Spam – 1920-30-cu illərdə çox məşhur olan ət konservlərinin adıdır. Spam ingiliscə SPices hAM – "istiotlu vetçina" (qaxac edilmiş donuz əti) kimi izah edilir. Kütləvi reklam kampaniyaları və məhsulun ucuzluğu onu qısa zamanda bütün Amerikada istehlak edilən məhsula çevirmişdir.
Sezam
Küncüt (lat. Sesamum) — pedaliacae fəsiləsinə aid bitki cinsi. Küncüt sortları vegetasiya müddətinin uzunluğuna, məhsuldarlığına və toxumunun rənginə görə seçilir. Ağ toxumlu sortları xüsusilə qiymətli sayılır. Onlar az məhsuldardırlar ancaq yüksək keyfiyyətli yağ verirlər. Belə sortları qüvvəli düzən torpaqlarda becərirlər. Yuxarı zonalara (dəniz səviyyəsindən 1700-1800 metrə qədər) doğru getdikcə küncütün qara toxumlu sortları üstünlük təşkil edir. Küncüt bitkisi tərkibindəki yağın miqdarına görə birinci yeri tutur. Toxumlarında 50-65%-ə qədər yağ, 16,2-18% zülal və 18% karbohidratlar vardır. Küncüt yağı bitki yağları içərisində ən keyfiyyətli yağlar sırasına daxil olub, öz qidalılıq dəyərinə görə zeytun yağına bərabərdir.
Space
Space (azərb. Fəza‎) — Monteneqronun 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Slavko Kaleziç "Space" mahnısı ilə Monteneqronu Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 217-də təmsil etmişdir. Mahnı Monteneqrolu bəstəkarlar Adis Eminiç, İva Borşiç və Momçila Zekoviç tərəfindən bəstələnmişdir.
Spahi
Spahi — Fransa ordusunun tərkibində olan yüngül süvarilə növü. Xidmətə cəlb olunanlar əsasən Əlcəzair, Tunis və Mərakeşin yerli əhalisindən idi. Termin Osmanlı süvarilərindən olan "sipahi" adının fransızca transkripsiyasıdır. Məğrib spahi alaylarına əlavə olaraq, Fransa Qərbi Afrikasında iki spahi eskadronu yaradılmışdır. Sıravilər Seneqal və Fransa Sudanının (indiki Mali) yerli əhalisindən, zabitlər isə Şimali Afrika spahi bölmələrindən ezam olunmuşlar. 1928-ci ildə Seneqal spahiləri Atlı Jandarma olaraq yenidən təşkil edilmişdir. Seneqal Respublikasının müasir Milli Jandarmeriyası ənənələri və forması müstəmləkə dövrünün Seneqal spahilərinə aid olan mərasim eskadronu daxildir. 1912–1942-ci illərdə Liviyadakı İtaliya müstəmləkə rejimi Fransa–Əlcəzair modelinə uyğun olaraq, kəndlərdə və səhrada patrul etmək üçün istifadə edilən bir neçə spahi süvari birliklərini xidmətə götürmüşdür. Zabitlərinin italyan olmasına baxmayaraq, bu dəstələr yerli Liviya süvari birləşmələrindən daha az nizamlı idi. Spahi forması onların cəlb olunduğu tayfaların ənənəvi geyimləri əsasında işlənib hazırlanmışdır.
Spark
Spark və ya Sumqayıt Park — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1997-2003-cü illər arasında fəaliyyət göstərmişdir. Spark qrupu 1997-ci ilin noyabr ayında Kamal Xudiyev, Emin Əfəndiyev və Dmitri Strekalov tərəfindən Sumqayıt şəhərində yaradılıb. Kollektiv 4 nəfərdən ibarət olub, sonra isə qrupa daha iki nəfər - zərb və klavye ifaçısı qoşulub. Bu tərkiblə qrup məşq üçün yer axtarışına başlayır. Qrup öncə uğursuzluqla qarşılaşır; onlara məşq üçün yer verilə biləcək klublarda istədikləri avadanlıqlar olmur. Bir neçə müddətdən sonra onlar bir tanışları sayəsində «Dostluq Mədəniyyət Evi»nin direktoru ilə razılaşırlar, direktor onlara bir otaq və köhnə musiqi alətləri verir. Emin Əfəndiyev - vokal Kamal Xudiyev - gitara Dmitri Strekalov (Damien) - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elşən Hacıyev - piano Elvin Bəşirov - zərb alətləri Viktor Medyakov - vokal Dmitri Strekalov (Damien) - gitara Eldəniz Mirzoyev - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elvin Bəşirov - zərb alətləri Səid Qəniyev - klaviş (sintezator, orqan) Oqtay Abdullayev - gitara Qrup bu otağa “köçdükdən” dərhal sonra məşqlərə və proqramın hazırlanmasına başladı. 2 ay ərzində «Город мечты» («Arzular şəhəri») adlı proqramı tamamilə hazır oldu. 28 may 1998-ci ildə qrup Sumqayıt Dövlət Musiqili Dram teatrında ilk çıxışını etdi, amma bütün proqramı ilə yox, sadəcə 4 mahnı ilə.
Sperm
Sperma — kişilərə xas qamet. Xayada olan bu hüceyrələrin yaranması yetkinlik dövründə başlayır. Üst hissəsində və döllənmə əsnasında yumurtaya irsi məlumat (DNT) köçürür. Quyruqlu və hərəkətlidir. İnsanlarda cütləşmə əsnasında təxminən 150-200 milyon sperma atılır. Lakin yumurtanı təkcə bir sperma hüceyrəsi dölləyə bilər. Bir sperma bir yumurta hüceyrəsinə çatanda, yumurtaya girmək üçün quyruğunu çöldə qoyub, yumurta zərindən keçərək irsi məlumatları yumurtaya çatdırmış olur. Spermalar sıx konsistensiyada bir mayenin içində olurlar. Bu mayenin adına meni və ya daha geniş yayılmış adı ilə sperma deyilir. Spermanın içində irsi məlumatlar olur.
Shazam
Shazam, səs və musiqi tanımağa imkan verən bir tətbiqdir və istifadəçilərə eşitdikləri səs və musiqini tanımağa, onun haqqında məlumat əldə etməyə və müxtəlif əyləncəli və funksional xüsusiyyətlərdən istifadə etməyə imkan verir. Baş qərargahı Londonda yerləşir. Shazam, mobil tətbiqlər, veb saytlar və brauzer əlavələri kimi müxtəlif platformalarda mövcuddur. Shazam, mobil telefon mikrofonunun vasitəsi ilə səsi qeyd edir və bu səsi analiz edib tanımaq üçün öz bazasından istifadə edir. Shazam tətbiqi bir çox funksiyaya malikdir. Şazam istifadəçilər musiqini tanıdan zaman, ifaçıların məlumatlarını və mahnının adı ilə birlikdə mahnını sözlərini də təqdim edir. Şazam Spotify, Apple Music və digər musiqi platformalarını da dəstəkləyir . Əlavə olaraq, Shazam-dan əldə edilən məlumatlar, istifadəçilərə ən çox dinlənən mahnılar, ifaçılar və trendlər kimi məlumatları da təqdim edir. 2018-ci ildə, Apple Şirkəti Shazamı satın alaraq tətbiqi öz ekosistemi ilə inteqrasiya etmişdi. Shazam play market platformasından 500 miliyyon dəfədən çox yüklənib.
Pazl
Pazl (ing. jigsaw puzzle) — oyun-tapmaca növüdür. Bu oyunda, müxtəlif formalı şəkil fraqmentlərindən (hissələrindən) ibarət mozaikanı qurmaq tələb olunur. Psixoloqların fikrincə, pazl oyunu diqqət, götürmə qabiliyyəti, bədii və məntiqi düşüncənin (forma, ölçü, rənglər və s. üzrə ayrı-ayrı elementlərin fərqləndirilməsi) inkişafına imkan yaradır; hissələrin arasında əlaqəni tam və düzgün qəbul etməyi öyrədir. Hal-hazırda pazl oyunun çoxlu müxtəlif modifikasiyaları mövcuddur. Lakin vahid hədəf — ayrı-ayrı elementlərdən ibarət vahid şəkili qurmaqdır. Pazl ölçüsü elementlərinin ölçüsü və ya vahid şəklin ölçüsü üzrə təyin olunur. Pazl oyununda mürəkkəblik dərəcəsi onun ayrı-ayrı elementlərinin sayından asılıdır. Beləki natamam hissələr nə qədər çox (və ya kiçik ölçülü) olarsa oyunun mürəkkəbliyi bir o qədər də artır.
SPAR
SPAR — Niderlandda yaranmış, pərakəndə ticarətlə məşğul olan şirkət. 1932-ci ildə Niderlandda Adrian van Vell tərəfindən təsis edilib və 2021-ci ildə 48 ölkədə 13.623 satış nöqtəsinə sahibdir. O, 1932-ci ildə Adrian van Well tərəfindən "De SPAR" adlı könüllü baqqal şəbəkəsi kimi təsis edilib. Əsas məqsəd Avropada böyük pərakəndə satış şəbəkələrinin yaranmasına cavab olaraq müstəqil topdansatışçılar və pərakəndə satıcılar arasında əməkdaşlığı davam etdirmək olur. Şəbəkənin adı şüarın ilk hərflərindən yaranıb: "Door Eendrachtig Samenwerken Profiteren Allen Regelmatig", yəni "Biz hamımız əməkdaşlıqdan faydalanırıq" deməkdir. Holland dilində spar sözü "Şam ağacı" deməkdir, bu ağac şirkətin loqosunda təsvir edilib. SPAR konsepsiyası 1940-cı illərin sonlarında Niderlanddan kənara çıxır və Belçika "SPAR"ın fəaliyyət göstərdiyi ikinci ölkə olur. Almaniya şəbəkəyə 1952-ci ildə qoşulur. 1950-ci illərdə SPAR konsepsiyası sürətlə bütün Qərbi Avropaya yayılır. 1953-cü ildə ilk prezidenti Adrian van Vell "SPAR İnternational"l təsis edir və 1957-ci ildə ilk SPAR Beynəlxalq Konqresi Hollandiyada keçirilir.
Sazz
AzQtel — Azərbaycanda 4G Mobile WiMAX texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən operator. 2005-ci ildə rəsmi qeydiyyatdan keçib və 2008-ci ildən etibarən "SAZZ" brendi adı altında bu xidməti göstərməyə başlayıb.
SeAZ
SEAZ (ru: ОАО «Сирпуховский автомобильный завод» -abr: Serpukhov Avtomobilny Zavod - az: Serpuxov Avtomobil Zavodu), Sovet Rus avtomobil istehsalçısı, 2010-cu ilə qədər OKA avtomobillərinin istehsalında ixtisaslaşmışdı. 2011-ci ildən etibarən avtomobil istehsalı dayandırıldı, yalnız OKA avtomobil markası üçün hissələr istehsal etmişdir. Serpuxov şəhərində (Moskva vilayəti, Rusiya) yerləşir. 1939-cu ildə Serpukhov Motosiklet Zavodu (“SMZ”) olaraq yaradılmışdır.
PaLM
PaLM (Pathways Language Model) — Google AI tərəfindən hazırlanmış 540 milyard parametrli transformator əsaslı böyük dil modeli. Tədqiqatçılar həmçinin model miqyasının təsirlərini yoxlamaq üçün PaLM-in daha kiçik versiyalarını, 8 və 62 milyard parametrli modellərini yaradıblar. PaLM, sağlam düşüncə, arifmetik əsaslandırma, zarafat izahı, kod yaratmaq və tərcümə də daxil olmaqla, geniş spektrli tapşırıqları yerinə yetirməyə qadirdir. Düşüncə zənciri ilə birləşdirildikdə, PaLM söz problemləri və məntiqə əsaslanan suallar kimi çoxsaylı addımların əsaslandırılmasını tələb edən verilənlər bazasında əhəmiyyətli dərəcədə yaxşı performans əldə edib. Model ilk dəfə 2022-ci ilin aprelində elan edildi və Google PaLM və bir sıra digər texnologiyalar üçün API təqdim edənə qədər 2023-cü ilin martına qədər gizli qaldı. API ictimaiyyətə təqdim edilməzdən əvvəl gözləmə siyahısına qoşulmuş məhdud sayda tərtibatçılar üçün əlçatan idi. Google və DeepMind PaLM 540B-nin Med-PaLM adlı tibbi məlumatlar əsasında dəqiq tənzimlənmiş və tibbi sual-cavab meyarları üzrə əvvəlki modelləri üstələyən versiyasını hazırlayıblar. Med-PaLM ABŞ tibbi lisenziyalaşdırma sualları üzrə keçid balını keçən ilk şirkət olub və həm qapalı, həm də açıq suallara dəqiq cavab verməklə yanaşı, həm də əsaslandırma təqdim edir və cavablarını qiymətləndirə bilir. Google həmçinin robot manipulyasiyası üçün istifadə edilə bilən ən müasir görmə dili modeli olan PaLM-E yaratmaq üçün görmə transformatorundan istifadə edərək PaLM-i genişləndirib. Model robototexnika sahəsindəki tapşırıqları təkrar təlimə və ya incə sazlamaya ehtiyac olmadan rəqabətli şəkildə yerinə yetirə bilər.
Muriyel Spark
Dam Muriyel Spark DBE- (1 fevral 1918[…], Edinburq – 13 aprel 2006[…], Florensiya) ödüllü bir Şotlandiyalı romançı(roman yazıçısı) idi. 2008-ci ildə Tayms qəzetinin "1945-ci ildən bu yana 50 böyük britaniyalı yazıçı" siyahısında yeraldı. Muriel Sarah Camberg 1918-ci ildə Edinburqda doğulub. Atası şotland, anası ingilis idi. Ceyms Cillespi kollecində oxuyub. İstedadli tələbə olan Muriel 12 yaşında ikən "Out of a Book" başlıqlı şeirinə görə Volter Skot mükafatı alıb 1937-ci ildə Muriel Camberg Sydney Oswald Spark ilə evlənmişdir. Evliliyinin ilk illərində Afrikada yaşayır, 1938-ci ildə oğlu Robin kimi tanınan Samuel doğulur, amma Murielin evliliyi tezliklə boşanma ilə sona yetir. 1944-cü ildə ərindən ayrılıb oğlu ilə Londona qayıdır. Əsərlərini elmi və bədii olmaqla 2 qrupa bölmək olar. Elmi əsərlərinə tənqidi məqalə və bioqrafiyalar, bədii əsərlərinə isə şeirlər, romanlar, pyeslər və qısa hekayələr daxildir.
Peter Stamm
Peter Stamm (18 yanvar 1963, Münsterlingen[d], Turgau[d]) — yazıçı, jurnalist. 1963-cü ildə İsveçrədə anadan olmuşdur. Ticarət təhsildən sonra ingiliscə öyrənməyə başlasa da, sonra bir neçə semestr psixologiya, psixopatologiya və iqtisadi informatika üzrə oxumuşdur. Paris, Nyu-York və Skandinaviya ölkələrinə uzunmüddətli səfərləri olmuşdur. 1990-cı ildən isə sərbəst yazar və jurnalist olaraq çalışır. İsveçrə alman radiosu, Bremen radiosu və qərbi alman radiosu üçün çoxlu proqramlar hazırlamışdır. Bir teatr tamaşası, müxtəlif kitablara resenziyalar yazmışdır. 1997-ci ildən isə "Ədəbiyyat naminə məzəmmət" ədəbi jurnalının redaktorudur. "Agnes" (1998) adlı romanına görə 1999-cu ildə Rauris Ədəbiyyat mükafatına layiq görülmüşdür. 2018-ci ildə "Dünyanın sakin biganəliyi" kitabıyla yenidən mükafat qazandı.
Rotterdamlı Erazm
Rotterdamlı Erazm (lat. Desiderius Erasmus Roterodamus; 28 oktyabr 1466[…], Rotterdam, Cənubi Hollandiya – 12 iyul 1536, Bazel) — ilahiyyatçı, alim və yazar. Erasmus Renessans dövrünün böyük nümayəndələrindən hesab olunur. Avropa İntibahının böyük ustası və klassik ədəbiyyat tədqiqatçısı, humanist alim və ilahiyyatçı. Bugünkü orta təhsili əvəz edən təhsil aldıqdan sonra Auqustin təriqətinə girərək rahib oldu. Ancaq heç bir zaman ənənəvi mənada bir rahib olaraq fəaliyyət göstərmədi; həyatını daha çox elmə həsr etmək istədiyinə görə, dini qurumlardan "cübbə geyməmək" icazəsini aldı. Paris Universitetinə daxil oldu. 1499-cu ildə İngiltərəyə gedərək, John Colet, Thomas More (Morus) kimi alimlərlə tanış oldu və bu dostluqlar nəticəsində dünyagörüşü daha da genişləndi. Papalığın düşüncələr üzərində qurduğu hegemoniyaya qarşı çıxaraq, əsl Xristianlıq ruhunu antik çağın təbiiliyində axtarırdı. İncəsənətin və elmlərin yayılmasının, Avropanın ortaq bir incəsənət və elm mərkəzində birləşməsini, humanizmin birinci şərti sayırdı.
Space Invaders
Space Invaders (スペースインベーダー Supēsu Inbēdā) — Tomohiro Nishikado tərəfindən hazırlanmış və 1978-ci ildə buraxılmış arcade oyunu. Yaponiyada Taito, ABŞ-də isə Bally Technologies-in törəmə şirkəti olan Midway tərəfindən istehsal edilmiş və satılmışdır. Oyunun məqsədi lazer silahı ilə yadplanetliləri məğlub etməkdir. Space Invaders yapon dizayneri Tomohiro Nishikado tərəfindən hazırlanmışdır, o, bir il ərzində oyunu və onu istehsal etmək üçün lazımi avadanlıqları inkişaf etdirmişdir. Oyun Atari arcade oyununa cavab idi Breakout (1976). Oyun üçün ilk düşmən dizaynları arasında tanklar, döyüş təyyarələri və döyüş gəmiləri var idi. Nişikado isə düşmənin hərəkətləri ilə kifayətlənmirdi; texniki məhdudiyyətlər uçuş simulyasiyasını çətinləşdirdi. İnsanları təqlid etmək daha asan olardı, lakin dizayner onları lentə almağın əxlaqsızlıq olacağını düşünürdü. 1974-cü ildə Yaponiyada Yamato Kosmik Döyüş Gemisi animesinin buraxılışından sonra və Ulduz Döyüşləri jurnalında (1977) bir məqalə gördükdən sonra o, kosmik mövzudan istifadə etməyi düşündü. Nishikado yadplanetlilərin yaradılması üçün ilham aldı.
Space Radio
Space Radio — 12 oktyabr 2001-ci ildə Azərbaycanda fəaliyyətə başlamış özəl radio kanalı. 104.0 MHz dalğasında yayımlanır. Yayım 24 saatdır. Space 104 FM dalğasında hər saat xəbərlər informasiya buraxılışı yayımlanır. Space Radiosu dəfələrlə beynəlxalq tenderlər qalibi olub. Həmçinin beynəlxalq Avrasiya fondunun tenderi də bu siyahıdadır.
Space TV
Space TV — 12 oktyabr 1997-ci ildə fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biridir. "Space" Televiziyasının ilk televerilişi 12 oktyabr 1997-ci ildə nümayiş olunub. Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı Space TV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir. 31 dekabr 2007-ci il tarixinə qədər digər Azərbaycan telekanalları kimi Space TV-də verilişlərinin bəzisini rus dilində nümayiş etdirirdi. Space TV-nin əsas xəbər verilişi "Hər Gün"dür. Hal-hazırda şirkətdə 365 işçi çalışır. Proqram şəbəkəsinin 30%-i xarici teleməhsullardan təşkil olunub. Space TV sutka ərzində orta hesabla 18 saat yayımlanırdı. 26 sentyabr 2012-ci ildə Space TV loqotipində müəyyən dəyişiklik edərək onu ekranın sağ alt küncündən götürərək ekranın sağ üst küncünə yerləşdirmişdir.
Space Televiziyası
Space TV — 12 oktyabr 1997-ci ildə fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biridir. "Space" Televiziyasının ilk televerilişi 12 oktyabr 1997-ci ildə nümayiş olunub. Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı Space TV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir. 31 dekabr 2007-ci il tarixinə qədər digər Azərbaycan telekanalları kimi Space TV-də verilişlərinin bəzisini rus dilində nümayiş etdirirdi. Space TV-nin əsas xəbər verilişi "Hər Gün"dür. Hal-hazırda şirkətdə 365 işçi çalışır. Proqram şəbəkəsinin 30%-i xarici teleməhsullardan təşkil olunub. Space TV sutka ərzində orta hesabla 18 saat yayımlanırdı. 26 sentyabr 2012-ci ildə Space TV loqotipində müəyyən dəyişiklik edərək onu ekranın sağ alt küncündən götürərək ekranın sağ üst küncünə yerləşdirmişdir.
Spaun (personaj)
Spaun (ing. Spawn) — ABŞ-nin Image Comics nəşriyyatı tərəfindən yaradılmış antiqəhrəman personaj. 1992-ci ildə Image Comics-in komiksçisi Todd Makfarleyn tərəfindən yaradılmışdır və eyniadlı komiksin ilk sayında debüt etmişdir. Spaun "Wizard" jurnalının "Bütün dövrlərin Top 200 komiks personajı" siyahısında 60-cı yerdə, "Empire" jurnalının "Ən böyük 50 komiks personajı" siyahısında 50-ci yerdə, 2011-ci ildə IGN-nın "Top 100 Komiks qəhrəmanı" siyahısında 36-cı yerdə göstərilmişdir. 1997-ci ildə personaj haqqında film çəkilmişdir, 1997–1999-cu ildə ona həsr edilmiş cizgi serialı efirə buraxılmışdır. Yaponiyada personajdan bəhs edən "Shadows of Spawn" manqası işıq üzü görmüşdür. Polkovnik Albert Fransis "El" Simmons CIA-nın gizli əməliyyatlarında iştirak edən ağıllı və bacarıqlı əsgərdir. El yaraşıqlı, xarizmatik və həyat yoldaşı Vanda ilə yaşayan xoşbəxt adamdır. Böyüklərinin gizli işlər çevirdiyini düşünən El CIA-nın pozulduğunu anlayır və ayrılmağa qərara verir. Rəisi Ceyson Uin ondan son bir tapşırığı yerinə yetirməyi xahiş edir, El bunu qəbul edir, amma son tapşırığında bunun tələ olduğunu anlayır və Uin tərəfindən öldürülür.
Spayk (TƏİR)
Spayk İsrail istehsalı 4-cü nəsil daşına bilən, atəş aç-unut prinsipi ilə işləyən tank əleyhinə idarəolunan raket kompleksidir (TƏİR). İsrailin "Rafael Advanced Defence Systems" şirkəti tərəfindən istehsal olunur. 2016-cı il məlumatlarına əsasən, Spayk ailəsinə aid təqribən 25,600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır. Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə də vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşu korrektə edə bilər. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn peyk və ya dronlardan). Spayk-SR "Spayk" ailəsinin ən kiçik nümayəndəsi daşınan "Spayk-SR" (Short range- kiçik məsafə) kompleksidir. Raketin buraxılışı tank əleyhinə qumbaraatanlar kimi çiyin üstündən edilir. Silahın qısa məsafəli versiyası 2012-ci ildə təqdim olunub.
Spayk Cons
Spayk Cons (ing. Spike Jonze), doğularkən Adam Şpiqel (ing. Adam Spiegel); (d. 22 oktyabr, 1969, Rokvill, Merilend) — amerikalı rejissor, ssenari müəllifi və aktyor. Cons rejissorluq karyerasına hər ikisi də Çarli Kaufman tərəfindən yazılmış "Con Malkoviç olmaq" (Being Con Malkovich, 1999) və "Adaptasiya" (Adaptation, 2002) filmləri ilə başlayıb. Daha sonra rejissoru və ssenari müəllifi özü olduğu "Bədheybət yaşayan yer" (Where the Wild Things Are, 2009) və "O" (Her, 2013) filmlərini çəkib. Spayk Cons dörd dəfə Oskar mükafatına namizəd olub. O, "Con Malkoviç olmaq" filminə görə Ən yaxşı rejissor işi kateqoriyasında, "O" filminə görə isə Ən yaxşı film, Ən yaxşı orijinal ssenari və Ən yaxşı musiqi kateqoriyalarında mükafata namizəd göstərilib. "O" filminə yazdığı ssenariyə görə 71-ci Qızıl Qlobus Mükafatında Ən yaxşı ssenari, 86-cı Oskar mükafatında isə Ən yaxşı orijinal ssenari nominasiyalarının qalibi olmuşdur. Cons; Fatboy Slim, Weezer, Beastie Boys və Byork üçün çəkdiyi video kliplər ilə də tanınır.
Spayk Li
Şelton Cekson Spayk Li (20 mart 1957[…], Atlanta, Corciya, ABŞ) — amerikalı aktyor, rejissor, kino prodüseri, ssenarist və akademik. Emmi mükafatı və iki Oskar mükafatına namizəd olan Spike Linin filmləri çox vaxt sosial və ya siyasi xarakter daşıyır. Li həm də müəllimdir. O, həmçinin New York Knicksin sadiq fanatıdır. Knicksin hər oyununda Lini tamaşaçılar arasında görmək mümkündür.
Spayk Şpigel
Spayk Şpigel (スパイク・スピーゲル, Supaiku Supīgeru) — 1998-ci ildə yaranan Cowboy Bebop anime seriyasının əsas personajı. Spayk cinayət təşkilatı olan Qırmızı Əjdaha Sindikatının keçmiş üzvüdür, hansı ki, Culia adlı qadını sevəndən sonra öz ölümünü saxtalaşdırır. O, ilk olaraq Bebop kosmik gəmisinin kapitanı, Cet Blekin ortağı kimi təqdim olunur: hər ikisi leqallaşdırılmış kəllə ovçuları kimi cinayətkarları Günəş sistemində məskunlaşan aləmlərə səyahət edirlər. Bebopda idarə sərgüzəştləri ərzində, O, sindikat rəqibi olan Vişez ilə acı ədavət yaşayır, hansı ki, onu öldürmək istəyir. Spayk Hacime Yatate istehsal müəssisənin hissəsi olaraq, Şiniciro Vatanabe və Toşihiro Kavamoto tərəfindən yaradılmışdır. Vatanabenin güzgü görüntüsü kimi yaradılan və Yusaku Matsudanın Tantei Montogarinin personajı üzərində qurulan Spayk, digərlərinin onun göstərişlərinin yerinə yetirməsi kimi yaradılmışdır. Kavamoto qəsdən tamaşaçılar üçün əks effekt yaratmaq üçün onu "soyuqqansız" görünüşlü kimi hazırlamışdır. Onun Vişezlə yekun qarşıdurması əvvəlcədən planlaşdırılmışdır. Onun sonrakı filmdə adaptasiyası, Spaykın yumşaq tərəfini və daxili fikirlərini göstərirdi. Spayk yapon dilində Koiçi Yamadera tərəfindən səsləndirilmişdir.
Space Cadet
Space Cadet — İngiltərə müğənnisi Beabadoobee-nin dördüncü mini-albomu (EP). 14 oktyabr 2019-cu ildə Dirty Hit tərəfindən buraxılıb.
Aşpaz
Aşpaz — peşəsi yemək bişirmək olan insan. Bu iş tənəffüs orqanları, ürək-damar sistemi, qidalanma orqanları, böyrək və sidik yolları, dayaq-sümük aparatı, əsəb sistemi xəstəlikləri, əllərində dəri xəstəliyi və bakteriya daşıyıcılığına malik insanlara tövsiyə olunmur. Aşpazın işi üçün sanitariya kitabı tələb olunur. Aşpaz yalnız müəyyən yeməklərin hazırlanmasında praktik bacarıqlar tələb etmir, həm də qida istehsalının təşkili, məhsulların xüsusiyyətləri haqqında dərin nəzəri biliklər tələb edir.
Şazme
Şazme (fr. Chazemais) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03072. 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 261 nəfər (15-64 yaş arasında) arasında 186 nəfər iqtisadi cəhətdən fəal, 75 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.3%, 1999-cu ildə 71.6%). Fəal 186 nəfərdən 169 nəfəri (92 kişi və 77 qadın), 17 nəfəri işsizdir (7 kişi və 10 qadın). Aktiv olmayan 21 nəfər arasında şagird və ya tələbə, 29 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ştazi
Ministerium für Staatssicherheit (MfS/Dövlət Təhlükəsizlik Nazirliyi) xüsusilə Ştasi (Ştaatssicherheit mürəkkəb sözünə görə) adı ilə tanınır, bu Almaniya Demokratik Respublikasının təhlükəsizlik və kəşfiyyat təşkilatıdır. Stasi Şərqi Berlindən idarə edilirdi. Lichtenberg şəhərində genişmiqyaslı bir kompleksə, eyni zamanda şəhərin müxtəlif yerlərində müxtəlif komplekslərə sahib idi. Stasi dünyada fəal kəşfiyyat təşkilatlarından biri hesab olunurdu. Təşkilatın şüarı "Schild und Schwert der Partei" ("Partiyanın Qalxanı və Qılıncı") idi. Əvvəlki dövrlərdə Stasi üçün istifadə edilən başqa bir termin Dövlət Təhlükəsizliyi Xidməti yəni Staatssicherheitsdienst idi. Stasi 1950-ci il fevralın 8-də təsis edilmişdir. Quruluşunda Sovetlərin kəşfiyyat təşkilatı olan KQB modeli əsas götürülmüşdür. KQB tərəfindən Varşava Paktına üzv ölkələrin kəşfiyyat idarələri içərisində ən təsirli və sadiq tərəfdaş olaraq qəbul edilirdi. Wilhelm Zaisser Stasinin ilk prezidentidir, Wilhelm Zaisserin köməkçisi isə Erich Mielke olmuşdur.
Şlam
Şlam — dərinlik buruq qazmaları zamanı quyuların dibində və divarlarında süxurların pozulması nəticəsində yaranan dispers hissəciklərin su ilə qarışdırılmış kütləsidir. Şlamlar adətən yerin səthində buruqlardakı qazma baltalarının və başqa hissələrinin yerin üstündə su ilə yuyulduğu zaman toplanır ki, bunlara da buruq şlamları deyilir. Bundan başqa filiz saflaşdırma, əlvan və qara metallurgiya müəssisə və zavodlarında əsas məhsul istehsalı zamanı küllü miqdarda şlamlı tullantılar da əmələ gəlir. Həmin şlam kütləsinin həcmi bir neçə on mln kub.m-ə qədər olur. Gəncə alüminium zavodunun və Sumqayıt boru-prakat zavodunun ətrafında toplanan şlamlı tullantılar buna misal ola bilər. Filizin çıxarılması, saflaşdırılması və emalı zamanı maye halında olan tullantılardır.
Ştam
Ştam — morfoloji və fizioloji xüsusiyyətləri öyrənilmiş müəyyən mikroorqanizm növünün təmiz becərilməsi, yetişdirilməsi. "Stam" alman sözü olub, "gövdə" deməkdir. Mikroorqanizm ştamlarını əldə etmək, hazırlamaq qanunlarını öyrənən elm sahəsi seleksiya adlanır.