Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stirol
Stirol (eniletilen, vinilbenzol, etilbenzol) C8H8 — spesifik iyli rəngsiz mayedir. Stirol, demək olar ki, suda həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur, polimerlər üçün yaxşı həlledicidir. İlk dəfə stirol 1831-ci ildə alınmışdır. Ancaq ikinci dünya müharibəsinə qədər stirol və onun polimeri sənayedə tətbiq olunmamışdı.Stirol sənaye miqyasında ilk dəfə Almaniyada 1930-cu ildə alınmışdır. 1933-cü ABŞ -da da ildə stirol istehsalı başlanmış , ancaq sintez olunan polistirol aşağı keyfiyyətə malik idi və daha başa gəlirdi. Ona ancaq toz halında alaraq təziqdə tökmə ücün istifadə edirdilər . Sənayedə stirolu, əsasən (85%-ə qədər), 600-650oC temperaturda, atmosfer təzyiqi altında və qızdırılmış su buxarı əlavə etməklə (3-10 dəfə) etilbenzolun dehidrogenləşməsindən alırlar. Katalizator kimi kalium-karbonat əlavə etməklə dəmir-xrom oksidindən istifadə edilir. Digər sənaye üsulu (qalan 15%-i alırlar) etilbenzolun hidroperoksidindən propilen oksidin alınması prosesində əmələ gələn metilfenilkarbinolun dehidratasiyasından ibarətdir. Etilbenzolun hidroperoksidini etilbenzolun hava ilə qeyri-katalitik oksidləşməsindən alırlar.
Cənubi Tirol
Cənubi Tirol — İtaliyanın Trentino-Cənubi Tirol bölgəsində yerləşən əyalət. İtalyanlar əraziyə Alto Adige ("Yuxarı Adige") də deyirlər. Əyalətin mərkəzi Bozen şəhəridir. Əhalisinin 64%-i Avstriya Bavariyalıları ve ya Tirolyandır, ana dil olaraq alman dilində, 25%-i isə ana dili olaraq italyan dilində danışır. Yerdə qalan əhali isə müxtəlif dillərdə danışır. Regionda əhəmiyyətli dərəcədə muxtar səlahiyyətlər var. Cənubi Tirol, geniş qanunvericilik, icra və maliyyə səlahiyyətləri ilə 2011-ci ildən həm İtaliya, həm də Avropa Birliyinin ən zəngin bölgələrindən biridir. == Coğrafiyası == Əyalətin sahəsi 7.399 km²-dir və 116 bələdiyyədən ibarətdir..
Jan Tirol
Jan Tirol (fr. Jean Tirole; d. 9 avqust 1953) — fransız iqtisadçı. 2014-cü ildə Böyük firmaların bazar gücü və idarəetməsi mövzusundakı tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Araşdırdığı sahələr arasında sənayenin təşkili, böyük firmaların idarə edilməsi, oyunlar nəzəriyyəsi, maliyyə, bank işi və iqtisadiyyat psixologiyası əsas yerləri tutur. == Təhsili == Jan Tirol 1976-cı ildə Fransa Politexnik Məktəbindən və daha sonra 1978-ci ildə Paris Yol və Körpü Milli Məktəbindən mühəndislik diplomu almışdır. 1978-ci ildə Paris-Dofin Universitetində doktorluq dərəcəsinə yüksəlmiş və daha sonra 1981-ci ildə ABŞ-də, Massaçusets Texnologiya İnstitutunda İqtisadi nəzəriyyə üzrə esselər (ing. Essays in economic theory) adlı bir doktorluq dissertasiyası müdafiə edərək doktorluq dərəcəsi qazanmışdır. == İşlədiyi yerlər == 1981-ci ildə ABŞ-də Massaçusets Texnologiya İnstitutunda doktorluq aldıqdan sonra 1984-cü ilə qədər Paris Yol və Körpü Milli Məktəbində, Fransada araşdırmaçı olaraq çalışmışdır. 1984-1991-ci illərdə Massaçusets Texnologiya İnstitutunda iqtisad professoru vəzifəsini yerinə yetirmişdir və bu gün də həmin universitetdə "qonaq professor" olaraq fəaliyyət göstərməkdədir.
İrəli, Tirol
İrəli, Tirol (alm. Vorwärts Tirol‎) — Avstriyanın Tirol əyalətində fəaliyyət göstərən siyasi partiya. Əsası 2013-cü il Tirol seçkiləri ərəfəsində Anna, Hosp, Hans Lindenberger və Kristina Oppits-Plörer tərəfindən qoyulmuşdur. Seçkilərdə 9,54% toplayan partiya yerli Landtaqda 4 mandat əldə etmişdir.
Tirol İnsbruk FK
Tirol (İnsbruk) — Avstriyanın futbol klubu 12 dəfə Avropa kuboklarında iştirak edib.
Sitron
Sitron (lat. Citrus medica) Qədimdən bəri bu növ Qərbi Hindistanda, Qərbi Asiyada və Aralıq dənizi ölkələrində geniş becərilir. Hündürlüyü 3 m-dək olan kol və ya kiçik ağacdır. Zoğları və budaqları çılpaq, qoltuqlarda yerləşmiş, 3–5 sm uzunluğunda, tikanlıdır. Yarpaqları iri, uzunsov-oval, möhkəm, qısa saplaqlıdır. Böyüyən zoğların yuxarı yarpaqları al-qırmızı rəngli, yaşlı zoğları tünd yaşıldır. Çiçəkləri ağ, qırmızımtıl çalarlıdır, iri, tək və ya çiçək qruplarında yerləşir, ikicinslidir. Sitrus cinsinə daxil olan növlərdən meyvələrinin iri olmasına görə seçilir. Meyvələrinin uzunluğu 12–40 sm, diametri 8–28 sm-dir. Uzunsov, limon kimi sarı, bəzən narıncı rəngli, qalın (2,5–5 sm) qabıqlıdır.
Spiral
Spiral — riyaziyyatda, mərkəzi nöqtəyə müəyyən qanunauyğunluqla tədricən yaxınlaşan (uzaqlaşan) əyilən xətt.
Stimul
Stimul — insanı hansısa bir işə ruhlandırmaq, onun özünün özünə olmayan inamını artırmaq, hansısa səbəbdən ölən marağını yenidən yaratmaqdır. Stimul olmadan insan bir şeyə çətinliklə nail olur. Stimul bir çox üsullarla göstərilir: bəzən mükafat şəklində, bəzən gözəl sözlər, gözləmədiyin tərif, hədiyyə və s.
Skiron
Skiron ( q.yun. Σκίρων, Σκείρων ) — qədim yunan mifologiyasında Teseyin rəqibi. Mifin Afina versiyasına görə, o, quldur, Meqarida versiyasına görə, komandir idi. Skironun mənşəyinin bir neçə versiyası var. Birinə görə, o, Poseydonunoğlu (və ya Pelopsun oğlu) idi.
Sirop
Sirop (ərəb. شراب‎ şərab; lat. sirupus) — suda əsasən şəkər məhlulundan ibarət olan, çox miqdarda həll edilmiş şəkər olan, lakin kristalların az miqdarda meylini göstərən qalın, viskoz (yapışqan) bir maye. Onun tutarlılığı (ardıcıllığı, quruluşu) bəkməzə bənzəyir. Yapışqanlıq, bir çox hidroksil (OH) qrupa sahib olan həll edilmiş şəkər ilə su arasındakı çoxlu hidrogen əlaqələrinə görə meydana gəlir. Siroplar suda şəkəri həll edərək və ya saman suyu, sorqum suyu və ya ağcaqayın sapı kimi təzə suları azaltmaqla hazırlana bilər. Qarğıdalı siropu isə qarğıdalı nişastasından şəkərlərə çevrilən bir fermentativ prosesdən istifadə edilərək əldə edilir.
Lens Stroll
Lens Stroll (ing. Lance Stroll; d. 29 oktyabr 1998-ci il) — Kanadalı yarış sürücüsü, Formula-1 pilotu.
Staroe Çaplino
Staroe Çaplino — Çukot Muxtar Dairəsində vaxtı ilə mövcud olan yaşayış məntəqəsi. Burada Rusiya Federasiyasının sərhəd xidməti fəaliyyət göstərir. Çaplino burnunda yerləşir. Yaşayış məntəqəsi Un’аzik’ olaraq adlanırdı və 19-cu əsrdə özünün ən pik dövrünü yaşayırdı.. Kənd əhalisinin əsas məşğuliyyəti balina və morj ovlanması olmuşdur. 1958-59-cu ildə Staroe Çaplino və bir sıra şayayış məntəqəsi fəaliyyət göstərir.
Elia Smiral
Elia Devid Smiral (ing. Elia David Cmíral, /ˈsmɪrəl/; 1 oktyabr 1950, Zlin) — Çexiya əsilli ABŞ bəstəkarı. O, film, televiziya, balet və video oyunları üçün musiqi bəstələmişdir. Smiral bir çox janrlarda çoxsaylı layihələr üzərində çalışmışdır. == Erkən həyatı == Elia Devid Smiral 1 oktyabr 1950-ci ildə Çexoslovakiyada, aktrisa və rejissorun ailəsində anadan olmuşdur. O,Antonin Dvorjakın şagirdlərindən birinin nəvəsi olmuşdur. Cmiral Praqa Konservatoriyasında təhsil almış, burada bəstəkarlıq və kontrabas oxumuşdur. O, İsveçə mühacirət etdi, burada bir sıra Avropa filmləri, televiziya şouları və səhnə əsərləri üçün bəstələmişdir. 1987-ci ildə ABŞ-aa köçmüş və burada Cənubi Kaliforniya Universitetində oxumuşdur.
Spiros Papalukas
Spiros Papalukas (yun. Σπύρος Παπαλουκάς; 1892, Desfina – 3 iyun 1957, Afina) — Yunanıstan rəssamı. Yunanıstan rəssamlığının "1930-cu illər nəsli" adlandırılan generasiiyanın "sələfi" kimi xarakterizə olunur. == Qəbulu == Fotis Kondoğlu Papalukası Parisdən tanıyırdı. O, yazırdı ki, Papalukas Parisdə yaşadığı bütün vaxtlarda gəncləri maqnit kimi özünə cəlb edən, onları məst edən bu şanlı şəhərin heç bir sevincini hiss etməmişdir. Papalukas ətrafında qaynayan həyata fikir verməyərək, öz "qalasında" bağlı qaldı. Onu maraqlandıran yeganə şey sənəti idi. Rəssam və yazıçı Nikos-Qavriil Pendzikis yazır ki, qədimliyin ağırlığını daşıyan bugünkü ellinizm rəngarəngliyində Papalukasın mənşəyi özünü tacir kimi aparanlardan fərqli kəndli şüuru ilə onu yeniliklərdən ehtiyatlı olmağa vadar edir.
Fatih Birol
Fatih Birol (22 mart 1958, Ankara) — türkiyəli iqtisadçı və enerji eksperti, 1 sentyabr 2015-ci ildən Beynəlxalq Enerji Agentliyinin (IEA) İcraçı Direktoru vəzifəsində çalışmışdır. O, BEA-ya rəhbərlik etdiyi müddətdə Parisdə yerləşən enerji mərkəzini modernləşdirmək üçün bir sıra addımlar atmışdır. Beynəlxalq təşkilatda, o cümlədən Hindistan və Çin kimi inkişaf etməkdə olan iqtisadiyyatlarla əlaqələri gücləndirmək və təmiz enerjiyə keçid üzərində işi və xalis sıfır emissiyaya nail olmaq üçün beynəlxalq səyləri gücləndirmişdir. Birol 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının Time 100 siyahısına daxil olur. Forbes jurnalı tərəfindən dünyanın enerji səhnəsindəki ən nüfuzlu insanları arasında və Financial Times tərəfindən 2017-ci ildə Enerji Şəxsiyyəti kimi tanınıb. Birol Dünya İqtisadi Forumunun (Davos) Enerji Məsləhət Şurasının sədridir. O, tez-tez çap və elektron mediaya töhfə verir və hər il böyük beynəlxalq sammit və konfranslarda çoxsaylı çıxışlar edir. == Erkən karyera == 1995-ci ildə BEA-ya kiçik analitik kimi qoşulmazdan əvvəl Birol Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) çalışıb. BEA-da illər ərzində Birol 2015-ci ildə İcraçı Direktor olana qədər BEA-nın yaxından izlədiyi Dünya Enerji Görünüşü hesabatına cavabdeh olduğu baş iqtisadçı vəzifəsinə qədər yüksəlib. Türkiyə vətəndaşı olan Birol 1958-ci ildə Ankarada anadan olub.
Martin Strel
Martin Strel (1 oktyabr 1954, Mokronoq[d]) — Sloveniyalı uzun məsafəli üzgüçü. Bu intizamda bir neçə dünya rekordu vurubdur . 2007-ci ildə 53 yaşlı sloveniyalı üzgüçü Martin Strel Amazonka çayını üzüb keçərək Ginnesin rekordlar kitabına düşmüş ilk insan olmuşdur. 66 gün ərzində gündəlik 80 km məsafəni üzərək ümumilikdə 5268 km məsafəni qət edə bilmişdir. İdmançının əsəs məqsədi isə ictimaiyyətin diqqətini Amazon meşələrinin kəsilməsi probleminə yönəltmək idi. Bundan əvvəl Martin Strel Dunay (84 saat fasiləsiz 504 kilometr məsafə), Mississippi (68 gündə 3800 kilometr məsafə qət etdi), Yanszı və Cəbəllütariq Boğazı kimi çayları fəth etdi. Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. 2009-cu ildə Streldən bəhs edən "Böyük çay adamı" sənədli filmi nümayiş olundu.
Nurofen (sirop)
Siril Qrossklaus
Siril Qrossklaus (17 aprel 1991) — İsveçrəli cüdoçu. Siril Qrossklaus İsveçrəni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Siril Qrossklaus birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Fransanın nümayəndəsi Aleksandre İddir ilə üz-üzə gəldi. Həmin görüşdə Siril Qrossklaus rəqibi ilə 0:0 hesabı ilə bərabarə qalsa da, şido xalları ilə ona uduzdu.
Spiro Aqnyu
Spiro Teodor Aqnyu (9 noyabr 1918[…], Baltimor, Merilend – 17 sentyabr 1996[…], Berlin[d], Merilend) — Amerika Birləşmiş Ştatlarının 39-cu vitse-prezidenti (1969–1973). Agnew Merilendin 55-ci Qubernatoru (1967–1969) vəzifəsində çalışmışdır. O, bu vəzifələrdə çalışan ilk yunan əsilli amerikan olmuşdur. 10 oktyabr 1973-cü ildə vəzifəsindən istefa etmişdir.
Alyona Tiron
Alyona Dimitriyevna Tiron (rus. Алёна Димитриевна Тирон, 8 dekabr 1993, Novosibirsk) — Rusiya reqbiçisi, MOİK komandasının və Rusiya reqbi milli komandasının müdafiəçisi. Qadınlardan ibarət Rusiya reqbi millisinin kapitanı. 2014, 2016, 2017, 2018 və 2019 Avropa çempionu. Rusiyanın əməkdar idman ustası. == Həyatı və karyerası == Alyona reqbi ilə məşğul olmamışdan əvvəl, 15 yaşında olarkən yüngül atletika ilə məşğul olmağa başlayıb. Yüngul atletika üzrə Rusiya çempionatının gümüş və bürünc mükafatçısı olub. Sibir Federal Universitetində təhsil alıb. Universitetdə oxuduğu zaman, universitet komandasının tərkibində Rusiya gənclərinin III Yay spartakiadasının gümüş mükafatçısı olub. Alyona 2011-ci ildə Omsk şəhərində Sibir Federal dairəsinin yarışlarında çıxış edərkən, "Yenisey-STM" reqbi klubunun məşqçisi Vladimir Nikolayeviç Demonov onun çıxışını görür və ona reqbiyə keçməyi təklif edir, lakin o, imtina edir.
Spiro Quberina
Spiro Quberina (1 mart 1933, Şibenik – 27 noyabr 2020, Zaqreb) - Xorvatiya aktyoru. Spiro Quberina 1 mart 1933-cü ildə Xorvatiyanın Şibenik şəhərində anadan olub. Şibenik Milli Teatrında ilk rolunu oynayanda o, hələ lisey şagirdi idi. Orta təhsilini bitirən Quberina 1970-ci ildə Zaqreb Dramatik Sənətlər Akademiyasını bitirdi. Bundan sonra təqaüdə çıxdığı 1999-cu ilə qədər Zaqrebdəki Xorvatiya Milli Teatrında davamlı olaraq tamaşalarda rol oynadı. Teatr, kino və televiziya sahəsində rolları müvəffəqiyyətlə oynamış, spesifik nitqə əsaslanan xarakter komediyalarında üstün olmuşdur. Ranko Marinkoviçin, İvo Breşanın, Marin Drjiçin və digər yazıçıların əsərlərində müstəsna bir müvəffəqiyyət qazandı və xüsusilə də, radio-televiziya seriallarında da rol aldı: Divaç ("Dilənçilər və Oğullar", İvan Raos), Strikan ("Velo misto", Milyenko Smoye), Oçenaşek ("Oçenaşekin gündəliyi", Vyekoslav Mayer) və s. rollar Quberinanın əvəzsiz rolları idi. Bundan başqa, dublyajçılıq da edən Quberina "Asteriks Sezara qarşı" filmində Obeliksi və "Mune: Ay gözətçisi" filmində Yuneni xorvat dilindəki dublyajda səsləndirmişdi. Fəaliyyətinə yüzlərlə tamaşalar və onlarla filmlər sığdıran Spiro Quberina 27 noyabr 2020-ci ildə Xorvatiyanın Zaqreb şəhərində dünyasını dəyişib.
Birol Aydın
Birol Aydın (1969, Gümüşhane ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Birol Aydın 1969-cu ildə Gümüşhane ilinin Şiran ilçəsində anadan olub. İbtidai və orta təhsilini Gəbzə ilçəsində alıb. Tunisin Zeytun Universiteti İslam Sivilizasiyası Bölməsindən məzun olub. Milli Gənclər Vəqfində (MGV) və Anadolu Gənclər Dərnəyində çalışıb. 2007-2014-cü illərdə Beynəlxalq Gənclər Forumunun (IYFO) İdarə Heyətində təmsil olunub. 2007-ci ildən İqtisadi və Sosial Araşdırmalar İnstitutunun (ESAM) İdarə Heyətinin üzvüdür. Siyasi fəaliyyəti ərzində Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Fəzilət Partiyasında Kocaeli il şöbəsinin İdarə Heyətinin üzvü olub. Səadət Partiyasında isə 2002-2006 və 2014-2017-ci illərdə Kocaeli il şöbəsinin sədri, 2010-2019-cu illərdə sədrin müavini vəzifəsində çalışıb.
Still xəstəliyi
Still xəstəliyi (ing. Still´s dis.) – 16 yaşaqədər (2–5 yaş) uşaqlarda yaranan xroniki artrit (oynaq sayı və ağırlığı müxtəlif), cins fərqi yoxdur, qızdırma (ən azı 2 həftə ərzində 3 ardıcıl gündə sənədləşdirilməsi), daxili üzvlərin (limfadenopatiya, hepatomeqaliya və ya splenomeqaliya, serozit) zədələnməsi, tez keçib gedən səpgi ilə xarakterizə olunur. EÇS normal olması xəstəliyi inkar edir. Anemiya, leykositoz, trombositoz, ferritin, CRP artır, ANA və RF neqativ olur.
Siril Ramafosa
Matamela Siril Ramafosa (zulu Matamela Cyril Ramaphosa; 17 noyabr 1952, Soveto[d], Cənubi Afrika İttifaqı) — 2018-ci ildən bəri Cənubi Afrikanın V və hazırkı prezidenti vəzifəsini icra edən Cənubi Afrika Respublikasından olan iş adamı və siyasətçidir.
Qlass — Stiqoll qanunu
1933-cü ilin Bank Qanunu (ing. Banking Act of 1933), təşəbbüskarlarının adları ilə də adlandırılır Qlass–Stiqoll qanunu (ing. Glass—Steagall Act) — 16 iyun 1933-cü ildə və XX əsrin sonlarına qədər Amerika Birləşmiş Ştatları Prezidenti tərəfindən imzalanmış, Amerika bank sisteminin görünüşünü müəyyənləşdirən, kommersiya banklarının investisiya fəaliyyətinə girməsini qadağan edən, hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıran federal qanunvericilik aktı, banklar qiymətli kağızlarla işləmək və bank depozitlərinin icbari sığortasını tətbiq etmək üçün yaradılmışdır. Qlass–Stiqoll Qanununun əsas müddəalarına aşağıdakılar daxildir: aktivlərin qiymətli kağızlara çevrildiyi əməliyyatlar istisna olmaqla, kommersiya banklarının qiymətli kağızlarla əməliyyatlar həyata keçirməsinin qadağan edilməsi, lakin belə bir qiymətli kağızın sahibi, çevrilmədən əvvəlki aktivlərlə eyni hüquqlara malikdir; bankların qiymətli kağızlarla əməliyyatlar aparan filiallarının yaradılmasına qadağa; qiymətli kağızlar bazarında fəaliyyət göstərən şirkətlərin ənənəvi bank əməliyyatları növlərini həyata keçirməsinə qadağa; investisiya şirkətlərinin vəzifəli şəxslərinin eyni vaxtda kommersiya banklarında vəzifə tutmalarının qadağan edilməsi; Federal Depozit Sığortası Korporasiyasının yaradılması; 5.000 ABŞ dollarına qədər olan bank əmanətlərinin icbari sığortası; yeni bank qruplarının Federal Ehtiyat Sisteminə daxil edilməsi. Qlass–Stiqoll qanununun qəbulu, ABŞ səlahiyyətlilərinin 1929-cu ilin payızında başlayan və ilk növbədə birjaya təsir göstərən maliyyə böhranına reaksiyası idi. Ticarət bankları, qiymətli kağızlar almaq üçün müştərilərin vəsaitlərindən istifadə edərək fond bazarındakı əməliyyatların fəal iştirakçıları olduğundan, fond bazarının çöküşü bir çox bankın iflasına səbəb oldu. ABŞ qanunvericisinin cavabı Bank haqqında təcili qanun (Emergency Banking Relief Act) ilə tətbiq olunan "bank tətilləri" zamanı qəbul edilən 1933-cü il Bank Qanunu idi. Qlass–Stiqoll Qanunu, kommersiya banklarının qiymətli kağızlar bazarındakı əməliyyatlarda iştirakını qadağan edir və bununla da kommersiya bankı və investisiya bankı anlayışlarını ayırır. Bu qanun xarici ölkələrdə bank qanunvericiliyinin inkişafına ciddi təsir göstərmişdir.
Lars Ştindl
Lars Ştindl (26 avqust 1988-ci ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan Borussiya Münhenqladbax klubunda və Almaniya milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == Ştindl Almaniyanın Speyer şəhərində anadan olmuşdur. O, futbolçu karyerasına Viesental klubunun gənclər komandasında başlamışdır. 2000-ci ilin yayında Karlsruher klubunun akademiyasına qəbul olmuşdur. Ştindl peşəkar karyerasına Karlsruher klubunda start vermişdir. O, Bundesliqada ilk oyununa 15 mart 2008-ci ildə çıxmışdır. O, Ayntraxt Frankfurt klubuna qarşı oyunda 81-ci dəqiqədə meydana daxil olmuşdur. Ştindl Bundesliqada ilk qolunu 29 noyabr 2008-ci ildə Hannover 96 klubuna qarşı oyunda vurmuşdur. 2010-cu ilin fevral ayında Ştindl Karlsruher klubunu tərk etmişdir. 16 mart 2010-cu ildə o, Hannover 96 klubu ilə müqavilə imzalamışdır.
Mixel Ştifel
Mixel Ştifel (ing. Michael Stifel; 1487, Esslinqen-na-Nekkare[d], Müqəddəs Roma imperiyası – 19 aprel 1567, Yena, Müqəddəs Roma imperiyası) — Alman riyaziyyatçısı və səyahətçi təbliğatçısıdır; "Tam hesab" kitabının müəllifidir; kitabda onun yazıldığı dövrdə hesab əməlləri, məchul və onun qüvvətlərinin işarələnmələrində aparılan bütün dəyişikliklər öz əksini tapmışdır; kvadrat kökləri işarə etmək üçün simvol daxil etmişdir; ədədi silsiləni mənfi ədədlər obastına genişləndirmiş, həndəsi silsilədə isə mənfi üstlü qüvvət daxil etmişdir. 1487-ci ildə doğulub. 1567-ci ildə vəfat edib.
Səyyad Şairov
Səyyad Şairov (1 iyul 1945, Daşkənd, Basarkeçər rayonu – 3 yanvar 2023, Ramana) — şair, "Araz" ali ədəbi media mükafatı laureatı. Şairov Səyyad Süleyman oğlu, 1 iyul 1945-ci ildə ulu Oğuz yurdu Göyçə mahalının Basarkeçər rayonunun axarlı-baxarlı bir guşəsi sayılan Daşkənd kəndində anadan olub. Səyyad Şairov haqq aşiqi şair Məmmədhüseynin nəticəsidir. 1962–63-cü illərdə 1 saylı Peşə Məktəbində təhsil almış və Bakı şəhəri Səbail rayon "Neft-Qaz Çıxarma Idarəsi"ndə neft quyularının təmiri briqadasında və "Rayonlararası Avtomatlaşdırma və Elektirikləşdirmə Idarəsi"ndə elektrik işləmişdir. 1964-cü ildə Sovet Ordusu sıralarına çağırılan Səyyad Şairov Belarusiyanın Novo-Borisov şəhərində tank komandiri hazırlayan hərbi məktəbə daxil olub. Hərbi təhsili bitirdikdən sonra Qrodno şəhərində motoatıcı batalyonun tank komandiri, bölmə komandirinin müavini və bölmə komandiri olmuşdur. 1971–73-cü illərdə Gəncə Politexnik Texnikumunun "Avtomobil nəqliyyatının istismarı" ixtisasını bitirdikdən sonra 1973–76-cı illərdə Xalq Universitetinin "Kənd Təsərrüfatının Iqtisadiyyatı" fakültəsini bitirmişdir. Səyyad Şairov Bərdə rayonunun Yeni Daşkənd kəndinin "Rabitə şöbəsi"nin rəisi işləmişdir. Rayon təbliğat-təşviqat şöbəsinin üzvü olmuşdur. 1980-ci ildən 1989-cu ilin sonuna qədər Yeni Daşkənd kənd orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" üzrə təlimatçı müəllim işləmişdir.
Əli Şairov
Aşıq Əli Şairov (Şairov Əli Şamil oğlu; 1913, Daşkənd, Yeni Bəyazid qəzası – 1943) — azərbaycanlı şair, aşıq. Aşıq Əli Şairov 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Şair Məmmədhüseynin nəticəsidir. 1941-ci ildə Böyük Vətən müharibəsinə Daşkənddən səfərbər olunan 206 nəfərdən biri də Əli Şairov olmuşdur. Böyük Vətən müharibəsində 124 nəfər həmkəndlisi kimi o da qəhrəmancasına həlak olmuşdur. Onun sonuncu məktubu Port-Artur şəhərindən gəlmişdir. Əli Şairovun şeirlərindən məlum olur ki, o çox gözəl təbə malik, demək olar ki, haqq vergili şair və aşıq olmuşdur. Onun şəxsi sazı və əlyazmaları bu günə qədər qohumları tərəfindən saxlanılmaqdadır. Aşıq Əli Şairovun yaradıcılığında klassik aşıq üslubunda deyişmə və dərdləşmələrinə də rast gəlinir. Bunlardan öz əmisi oğlu Aşıq Abbasəli Xəlilovla deyişməsini misal göstərmək olar.
İstigöl (Mahnişan)
İstigöl (fars. استي گل‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (23 ailə).
Şiro
Şiro — ad Şiro Azumi — keçmiş Yaponiya futbolçusu. Şiro Kikuhara — keçmiş Yaponiya futbolçusu. Şiro Misaki — keçmiş Yaponiya futbolçusu. Şiro Teşima — keçmiş Yaponiya futbolçusu.