Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Semantik veb
Semantik veb və ya Veb 3.0 — Ümumdünya Hörümçək Toru Konsorsiumu (W3C) tərəfindən müəyyən edilmiş standartlar vasitəsilə Ümumdünya hörümçək torunun genişlənməsidir. Semantik vebin məqsədi internet məlumatlarını maşın tərəfindən oxunabilən etməkdir. Semantikanın verilənlərlə kodlaşdırılmasını təmin etmək üçün Resurs Təsvir Çərçivəsi (ing. Resource Description Framework; RDF) və Veb Ontologiya Dili (ing. Web Ontology Language) kimi texnologiyalardan istifadə olunur. Bu texnologiyalar metaməlumatı formal şəkildə təmsil etmək üçün istifadə olunur. Məsələn, ontologiya anlayışları, varlıqlar arasındakı əlaqələri və əşyaların kateqoriyalarını təsvir edir. Bu daxil edilmiş semantika verilənlər üzərində əsaslandırma və müxtəlifnövlü məlumat mənbələri ilə işləmək kimi əhəmiyyətli üstünlüklər də təklif edir. Bu standartlar internetdə, əsasən RDF-də olduğu kimi ümumi məlumat formatlarını və mübadilə protokollarını təşviq edir. W3C-yə görə, "Semantik veb məlumatların proqram, şirkət və cəmiyyət sərhədləri arasında paylaşılmasına və təkrar istifadə edilməsinə imkan verən ümumi bir çərçivəni təmin edir." Buna görə də Semantik veb müxtəlif məzmun və məlumat tətbiqləri arasında birləşdirici kimi qiymətləndirilir.
Semantik viki
Semantik viki — səhifələrində təsvir olunan biliklərin əsas modelinə malik olan viki. Adi və ya sintaktik vikilərdə strukturlaşdırılmış mətn və tipsiz hiperlinklər var. Semantik vikilər semantik sorğular vasitəsilə verilənlər bazası kimi sorğulana və ya ixrac edilə bilən yollarla səhifələr daxilindəki məlumatlar və səhifələr arasındakı əlaqələr haqqında məlumatları tutmaq və ya müəyyən etmək imkanı verir. Semantik vikilər ilk dəfə 2000-ci illərin əvvəllərində təklif edilmiş və 2005-ci ildə ciddi şəkildə tətbiq olunmağa başlamışdır. 2021-ci ildən etibarən tanınmış semantik viki mühərrikləri "Semantic MediaWiki" və "Wikibase"dir. == Tarixi == "Semantik viki" termininin məlum olan ilk istifadəsi 2001-ci ilin yanvarında Endi Dinqli tərəfindən dərc edilmiş "Usenet" postu idi. Texniki bir məqalədə məlum olan ilk təsviri avstriyalı tədqiqatçı Leo Sauermann tərəfindən 2003-cü ildə çap edilən bir məqalədə olmuşdur. Mövcud semantik viki proqramlarının bir çoxu 2000-ci illərin ortalarında başlamışdır, o cümlədən "ArtificialMemory" (2004), "Semantic MediaWiki" (2005), "Freebase" (2005) və "OntoWiki" (2006). 2006-cı ilin iyun ayında Monteneqroda Avropa Semantik Veb Konfransı ilə birlikdə semantik vikilərə həsr olunmuş ilk görüş – "SemWiki" seminarı keçirilmişdir. Bu seminar 2010-cu ilə qədər hər il davam edirdi.
BMT Modeli
Birləşmiş Millətlər Təşkilatı Modeli (Model UN) gənclər üçün özünü diplomat və səfir rollarında sınamaq, beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, müvafiq bilik və bacarıqlarını artırmaq fürsətini yaradan qeyri-formal təhsil növü və simulasiya oyunudur. Oyunun məqsədi gənclərə liderlik, ictimai danışıqların aparılması və konfliktlərin həlli yollarının öyrədilməsidir. Baxmayaraq ki, BMT Modeli məktəbdən kənar bir fəaliyyətdir, bir çox ölkələrdə bu simulyasiya bir dərs olaraq təqdim edilir. Bu tələbələrin dünyadakı aktual mövzular haqqında daha dərin bir anlayış əldə etməsinə və bu biliklərini inkişaf etdirməsinə imkan yaradır. BMT Modeli konfranslarının iştirakçıları "Nümayəndə" adlandırılır və bu nümayəndələr təmsil etdikləri ölkənin və ya siyasi şəxslərin adı ilə müəyyən edilirlər. Nümayəndələr konfransdan əvvəl onlara təqdim olumuş mövzuda tədqiqat aparır və təmsil etdikləri ölkələrin faktiki siyasəti əsasında onların siyasi mövqelərini tədqiq edir və həmin ölkələrin siyasi mövqeyinə uyğun çıxış edə bilmək üçün siyasi yanaşmalar hazırlayırlar. Konfransın sonunda hər bir komitədə, ən yaxşı çıxış edən nümayəndələr və ya nümayəndə heyəti mükafatlarla təltif olunurlar. BMT Modelinin iştirakçıları əsasən orta məktəbdə və universitetdə təhsil alan şagird və tələbələrdən ibarətdir. Nümayələrdələr adətən məktəb və ya universitetlərin BMT Modeli klublarının təşkil etdiyi konfranslarda yoldaşları ilə birlikdə və ya tək başına iştirak edirlər. == Tarix == BMT Modeli, bir sıra tələbələr tərəfindən Model Millətlər Liqası simulyasiyası olaraq fəaliyyətə başlamışdır.
Bertran modeli
Bertran modeli və ya Bertrana görə rəqabət — 1883-cü ildə fransız riyaziyyatçısı və iqtisadçısı Jozef Lui Fransua Bertran tərəfindən tərtib edilmiş oliqopolist bazarda qiymət rəqabəti modeli. Model oliqopolist bazarda öz məhsulları üçün qiymət səviyyəsini dəyişdirərək rəqabət aparan firmaların davranışını təsvir edir. Modelin paradoksal nəticəsi — firmalar, həmçinin mükəmməl rəqabət şəraitində firmalar üçün marjinal xərcə bərabər qiymət tətbiq edəcəklər - Bertran paradoksu adlanır. == Modelin fərziyyələri == Modeldə aşağıdakı fərziyyələr irəli sürülür: Bazarda homojen məhsul istehsal edən ən azı iki firma var; Firmalar qeyri-kooperativ davranırlar; Firmaların marjinal dəyəri (MC) eyni və sabitdir; Tələb funksiyası xəttidir; Firmalar öz məhsullarının qiymətini təyin etməklə rəqabət aparır və onları müstəqil və eyni zamanda seçirlər; Qiyməti seçdikdən sonra firmalar öz məhsullarına tələb olunan kəmiyyətə bərabər həcmdə əmtəə istehsal edirlər; Qiymətlər fərqlidirsə, istehlakçılar daha ucuz məhsul tələb edirlər; Qiymətlər eyni olarsa, bütün firmaların malları bərabər paylarla alınır. Model statikdir (qərar qəbulu zamanın bir nöqtəsində nəzərə alınır). Qiymət rəqabəti fərziyyəsi o deməkdir ki, firmalar öz məhsullarını asanlıqla dəyişə bilərlər, lakin seçimdən sonra qiyməti dəyişmək çox çətindir və ya qeyri-mümkündür. == Klassik Bertran modelində tarazlıq == MC = marjinal xərc p1 = firma 1-in qiyməti p2 = firma 2-nin qiyməti pM = inhisar qiyməti 1-ci firmanın optimal qiyməti onun 2-ci firma tərəfindən təyin olunan qiymətə dair gözləntilərindən asılıdır. Öz qiymətini rəqibin qiymətindən bir qədər aşağı təyin etmək bütün istehlakçı tələbini D tutur və mənfəəti artırır. Əgər 1-ci firma 2-ci firmanın MC-nin marjinal dəyəri ilə və ya ondan aşağı qiymət alacağını gözləyirsə, o zaman 2-ci firmanın ən yaxşı cavabı marjinal qiymətə qiymət verməkdir. Diaqram 1 firma 1-in ən yaxşı cavab funksiyasını göstərir p1’’(p2).
Bor modeli
Bor atom modeli — Nils Henrik Bor tərəfindən 1911-ci ildə, Rezerford atom modelindən yararlanılaraq önə sürülmüşdür. Bor atom modelindən əvvəl digər atom modellərində, atomun nüvəsində, + yüklü protonların olduğu, nüvənin ətrafında isə dairəvi hərəkət istiqamətində hərəkət edən - yüklü elektronların olduğu ifadə edilmişdir.Bu elektronların nüvə ətrafında hansı istiqamətdə hərəkət etdiyi onların sürət və impulsu haqqında heç bir fikir irəli sürülməmişdir.Bor isə nəzəriyyəsində elektronların hərəkətini bu nöqteyi nəzərdən təcrübə etdi. == Bor postulatları == 1913-cu ildə Nils Bor, hidrogen atomunun spektr xətlərini və Plank'ın kvant qanunlarından istifadə edərək Bor postulatlarını irəli sürdü.Bu məlumatlar əsasında Bor qanunları (postulatları) aşağıdakı kimidir: Bir atomdakı elektronlar nüvədən müəyyən uzaqlıqdakı orbitallarda hərəkət edə bilər və bu orbitalların bucaq impulsu ℏ(h/2π)-in tam misilləridir( burada h, Plank sabitidir). Hər dayanıqlı halın sabit bir enerjisi vardır. Hər-hansı bir dayanıqlı enerji səviyyəsində elektron dairəvi bir istiqamətdə hərəkət edir. Bu istiqamətlərə isə enerji səviyyələri və ya energetik səviyyələr deyilir. Elektron stasionar halda olarkən atom enerji şüalandırmaz. Ancaq yüksək enerji səviyyəsindən daha aşağı enerji səviyyəsinə keçərkən, səviyyələr arasındakı enerji fərqinə bərabər bir enerji şüalandırar. Burada ∆E = Eson-Eilk=hυ Elektronun hərəkətinin mümkün olduğu stasionar səviyyələr, K, L, M, N, O kimi hərflərlə və ya ən kiçik enerji səviyyəsi 1 götürülmək şərti ilə, hər enerji səviyyəsi + bir tam ədəd ilə müəyyən olunur və ümumi olaraq "n" İlə göstərilir. (n: 1,2,3 ...¥) === Həyəcanlanmış atom === Bor atom modelinə görə, nüvəyə ən yaxın enerji səviyyəsində dairəsəl hərəkət edən elektron stasionar haldadır, enerji şüalandırmaz.
Məftil modeli
Məftil modeli (eyni zamanda məftil qəfəs modeli də adlanır) — hissələrin 3D modellərini vizuallaşdırmaq və 3D qrafiklərin modelləşdirilməsinə xidmət edir. Məftil modelinə kompyüter qrafikasında həm də til modeli deyilir, çünki verilmiş modelin tilləri məftil və xətlər vasitəsilə əlaqələndirilir. Məftil modeli kompyüter qrafikasında tətbiq olunan köməkçi alət rolunu oynayır. O, hissə haqqında məlumatı transparent şəkildə təsvir edir və digər modellərə nisbətən çox az hesablama vaxtı tələb edir. Məftil model 3D təsvirin ən sadə formasıdır. Sərhəd xəttləri bu modeldə bir-biri ilə bir başa əlaqədə olmadığından hissənin məftil modelinin yanlış intrepretasiya oluna bilmək təhlükəsi vardır. Buna baxmayaraq məftil modelindən hissələrin cizgilərinin hazırlanmasında, hissənin fəzada vəziyyətinin təyini, transformasiyaların təsviri və proyeksiyalar üçün istifadə olunur. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
OSI Modeli
OSI Modeli (Açıq Sistemlərin Etalon modeli, ing. Open Systems Interconnection Basic Reference Model, 1978-ci il) — xəyali bir şəbəkə modeli. Yəni, heç bir yerdə OSI proqramı və ya OSI təchizatı deyilən bir şey görmək mümkün deyil. Ancaq proqram və təchizat istehsalçıları bu modeldə təsvir olunan qaydalar çərçivəsində malları istehsal edirlər və satışda olan mallar buna görə bir-biri ilə uyğunlaşa bilirlər. OSI modeli aparatların iş funksiyasını anlamaq və açıqlamaq üçün istifadə olunur. Məsələn, hab cihazlar gələn məlumatı sadəcə müəyyən elektrik siqnalları şəklində görən və bu siqnalları çoxaldıb, digər portlarına göndərən bir cihazdır. Bu hab-ların fiziki (1-ci lay) layda çalışan cihazlar olduğunu göstərir. Ancaq switch (sviç) adlanan cihazlar iki layda çalışırlar. Çünki 2-ci layda təsvir olunan MAC adresləri anlaya bilirlər və bir portdan gələn məlumat paketini(yenə elektrik siqnalları halında) sadəcə lazım olan porta (o portdakı kompüterin MAC adresini bildiyi üçün) yollaya bilirlər. Yönləşdiriciləri (router) olan üç layda işləyə bilən cihazlar bir az daha irəli gedib, 3-cü layda məlumat paketinə əlavə olunan IP adres kimi məlumatları da oxuya bilirlər.
Solou modeli
Solou modeli (Solou — Svon modeli , ing. Solow model) — ekzogen qənaət dərəcəsinə və neoklassik istehsal funksiyasına əsaslanan ekzogen iqtisadi artım modeli. Solou modeli iqtisadi artımın bütün müasir modelləri üçün başlanğıc nöqtəsi hesab olunur və o, kapitalın dəyişmə sürətinin təhlili üçün lazımi riyazi əsas verir. Model bütün makroiqtisadi nəzəriyyələrə təsir göstərmişdir. 1956-cı ildə Robert Solou və Trevor Svon tərəfindən eyni vaxtda və müstəqil olaraq hazırlanmışdır. Modelin çatışmazlıqlarından biri əmanət normasının ekzogen xarakter daşımasıdır, yəni modeldə istehlakçıların optimallaşdırıcı davranışı nəzərə alınmır (bu davranışı nəzərə alan model iqtisadi artımın neoklassik modeli adlanır). Model həm də inkişaf etməkdə olan ölkələrdə faiz dərəcəsinin qeyri-real qiymətləndirilməsinə gətirib çıxarır. Solou modelinin meydana çıxmasından əvvəl iqtisadi artımı öyrənmək üçün ən çox yayılmış vasitə Harrod-Domar modeli idi. O, Keynsçi fərziyyələrə əsaslanırdı, yalnız makro səviyyəli məlumatlara (məcmu tələb, məcmu təklif və s.), fərdi istehlakçının və ya ayrı-ayrı firmanın mikrosəviyyəsinə məhəl qoymadan fəaliyyət göstərirdi və iqtisadi artımın mümkün mənfi nəticələrinə diqqət yetirirdi. xüsusilə işsizliklə bağlı.
Verilənlər modeli
Verilənlər modeli – verilənlər bazalarının idarəolunması sisteminin (DATABASE MANAGEMENT SYSTEM, DBMS) dəstəklədiyi, abstrak struktur əmələ gətirən bir-birilə qarşılıqlı əlaqədə olan obyekt tiplərinin, deyimləri və tamlığı təmin edən qaydaların sistemi. Konkret DBMS tərəfindən dəstəklənən verilənlər modelindən asılı olaraq, relyasiyalı DBMS, şəbəkə DBMS sistemi və s. olur. Məsələn, relyasiyalı modeldə aşağıdakı tip obyektlər olur: əlaqələr (cədvəllər), atributlar (sütunlar) və domenlər (atributların mümkün olan qiymətləri). Deyimlər relyasiya cəbri vasitəsilə təyin olunur; bunlar SELECT, PROJECT və JOIN deyimləridir, tamlığı təmin edən qaydalar isə (bir az sadələşdirilmiş şəkildə) belədir: ilkin açarın qiymətinin heç bir komponenti boş ola bilməz; ilkin açarın bütün qiymətləri unikal olmalıdır; xarici açarın boş olmayan istənilən qiyməti ilkin açarın mövcud olan hər hansı qiymətinə uyğun olmalıdır. Ümumi halda, DBMS yalnız bir verilənlər modelini dəstəkləyir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Vestminster modeli
Vestminster sistemi, İngiltərə parlamenti və hökumət qurumlarını ifadə etmək üçün istifadə olunur. Böyük Britaniya parlamenti Londonda, Vestminster Sarayında yerləşir, bu səbəbdən bu modeldə Vestminster modelini adlanır. == Modelin analizi == === İcraedici hakimiyyət === İngiltərə höhumətinin ən güclü orqanı icra edici hakimiyyət olan onun hökumət kabinetidir. Kabinet ümumilikdə parlamentdə çoxluğu təşkil edən partiyanın üzvlərindən formalaşır. Koalisiya tipli kabinetlərə çox nadir hallarda rast gəlinir. İngiltərədə 2 partiyalı sistem olduğu üçün 2 ana partiyanın gücləri təxminən bir-birinə bərabər olduğu üçün seçkilərdə qalib gələn partiya çox cüzi fərqlə çoxluğu ələ keçirir. Bu baxımdan İngiltərədə təkpartiyalı və darçoxluqlu hökumət kabineti çoxluğun idarəçiliyin ən tipik nümunəsidir. İngiltərədə parlamentar idarəetmə üsulu ilə idarə olunur. Yəni,hökumət kabineti parlamentin etimadına əsasən işləyir. === Qanunverici hakimiyyət === Vestmister modelində qanunverici hakimiyyət parlamentə məxsusdur.
Yaddaş modeli
Yaddaş modeli (ing. memory model, rus. модель памяти) — proqramda istifadə olunan kodun və verilənlərin ünvanlanması üsulu. Yaddaş modeli proqramda kod və verilənlər üçün ayrılan yaddaşın həcmini göstərir. Aşağıdakı yaddaş modelləri mövcuddur: kiçicik (TINY), kiçik (SMALL), orta (MEDIUM), kompakt (COMPACT), böyük (LARGE), nəhəng (HUGE). Böyük model– Intel 80x86 prosessorları ailəsində qəbul olunmuş yaddaş modeli. Böyük model, ölçüsü 64 Kbayt’dan artıq olan proqram və verilənlərdən istifadə etməyə imkan verir, lakin ümumi həcm 1 Mbayt’ı aşmamalıdır və hər bir verilənlər strukturu 64 kbayt’dan az olmamalıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İsveç modeli
İsveç modeli və ya Skandinaviya modeli — İsveç, Norveç, Finlandiya, İslandiya və Danimarka kimi Şimali Avropa ölkələrində tətbiq olunan oxşar əmək qüvvəsi, təhsil və sosial siyasətlərlə xarakterizə olunan sosial-iqtisadi model. Bu model siyasi anlayış olaraq, bu ölkələrdəki sosial dövlətin əsasını təşkil edir. == Tarixi == İsveç cəmiyyət sistemi və siyasət irsi 1970-ci illərdə xüsusilə İsveç modeli termini ilə xarakterizə olunmuşdur. Buna baxmayaraq, İsveç modeli 1930-1970-ci illərdə inkişaf etmişdir. 1990-cı illərin əvvəllərində Skandinaviya ölkələrində ağır iqtisadi böhran səbəbindən əsaslı dəyişikliklər və islahatlar həyata keçirilmişdir. 1994-cü ildən təqribən 2000-ci ilə qədər sosial dövlətin əsasında həyata keçirilən islahatlar Danimarkanın o dövrdəki sosial demokrat Baş naziri Pol Nurup Rasmussen tərəfindən həyata keçirilmişdir. Rasmussen Danimarkanın əmək qüvvəsi və sosial siyasətini elastiklik və təhlükəsizlik adlanan yeni bir yönə doğru yönləndirdi. Beləliklə, işsizliyin və kasıblığın aradan qaldırılması təmin olundu. Yante qanunu (isv. Janteloven) olaraq adlandırılan bərabərlik tələbləri, İsveçi sərvətin bölüşdürülməsində Avropa dövlətləri içində ən çox fərqlənən dövlətə çevirmişdir.
İƏT Modeli
İƏT Modeli gənclər üçün özünü diplomat və səfir rollarında sınamaq, beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, müvafiq bilik və bacarıqlarını artırmaq fürsətini yaradan qeyri-formal təhsil növü və simulasiya oyunudur. Oyunun məqsədi gənclərə liderlik, ictimai danışıqların aparılması və konfliktlərin həlli yollarının öyrədilməsidir. Baxmayaraq ki,İƏT Modeli məktəbdən kənar bir fəaliyyətdir, bir çox ölkələrdə bu simulyasiya bir dərs olaraq təqdim edilir. Bu tələbələrin dünyadakı aktual mövzular haqqında daha dərin bir anlayış əldə etməsinə və bu biliklərini inkişaf etdirməsinə imkan yaradır.İƏT modeli müsəlman gəncləri diplomatiya çərçivəsində təşkilatlandıraraq daha ədalətli dünya qurmaqdır. İƏT Modeli konfranslarının iştirakçıları "Nümayəndə" adlandırılır və bu nümayəndələr təmsil etdikləri ölkənin və ya siyasi şəxslərin adı ilə müəyyən edilirlər. Nümayəndələr konfransdan əvvəl onlara təqdim olumuş mövzuda tədqiqat aparır və təmsil etdikləri ölkələrin faktiki siyasəti əsasında onların siyasi mövqelərini tədqiq edir və həmin ölkələrin siyasi mövqeyinə uyğun çıxış edə bilmək üçün siyasi yanaşmalar hazırlayırlar. Konfransın sonunda hər bir komitədə, ən yaxşı çıxış edən nümayəndələr və ya nümayəndə heyəti mükafatlarla təltif olunurlar. İƏT Modelinin iştirakçıları əsasən orta məktəbdə və universitetdə təhsil alan şagird və tələbələrdən ibarətdir. Nümayələrdələr adətən məktəb və ya universitetlərin BMT Modeli klublarının təşkil etdiyi konfranslarda yoldaşları ilə birlikdə və ya tək başına iştirak edirlər. == Ümumi Qaydalar == === Etiket === · Bütün konfrans iştirakçıları bir-birlərinə, həmçinin konfrans katibliyinə qarşı hörmətlə davranmalıdır.
Ştakelberq modeli
Ştakelberq modeli — informasiya asimmetriyasının mövcudluğunda oliqopolist bazarın oyun nəzəri modeli. Adını ilk dəfə 1934-cü ildə nəşr olunan Marktform und Gleichgewicht (Bazar strukturu və tarazlığı) əsərində təsvir edən alman iqtisadçısı Henrix fon Ştakelberqin şərəfinə almışdır. Bu modeldə firmaların davranışı tam mükəmməl informasiyaya malik dinamik oyunla təsvir olunur ki, bu da onu Kurno modelindən fərqləndirir, burada firmaların davranışı mükəmməl informasiyaya malik statik oyundan istifadə etməklə modellənir. Oyunun əsas xüsusiyyəti ilk növbədə malların buraxılış həcmini təyin edən aparıcı firmanın olmasıdır, qalan firmalar isə hesablamalarında onu rəhbər tuturlar. == Formal tərif == Stackelberg duopoliyası oyunçuların iyerarxiyasını qəbul edir. I oyunçu qərarını ilk elan edir, ondan sonra II oyunçu strategiya seçir. Birinci oyunçu lider, ikinci oyunçu isə izləyici adlanır. Oyundakı Ştakelberq tarazlığı ( x ∗ , y ∗ ) {\displaystyle (x^{*},y^{*})} strategiyaları toplusudur, burada y ∗ = R ( x ∗ ) {\displaystyle y^{*}=R(x^{*})} ən yaxşı cavabdır II oyunçunun problemin həlli kimi tapılan x ∗ {\displaystyle x^{*}} strategiyasına H ( x ∗ , y ∗ ) = max x H ( x , R ( x ) ) {\displaystyle H(x^{*},y^{*})=\max \limits _{x}H(x,R(x))} . == Əsas ilkin şərtlər == Sənaye homojen məhsul istehsal edir: müxtəlif firmaların məhsullarındakı fərqlər əhəmiyyətsizdir, bu o deməkdir ki, alıcı hansı firmadan alacağını seçərkən yalnız qiymətə diqqət yetirir. Firmalar istehsal olunan məhsulların miqdarını təyin edir, onun qiyməti isə tələbata əsasən müəyyən edilir.
Şəlalə modeli
Şəlalə modeli — proqram yazılarkən bir layihənin ərsəyə gətiriliməsində istifadə olunan modeldir. Şəlalə modeli 4 hissədən ibarətdir. Təhlil (analiz) Dizayn Tətbiq Test Proqramların yazılmasında ən məşhur olan bu model digərlərinin təməlini təşkil edir. Mərtəbələr arası keçidlər tez-tez olan bu modeldə geriyə dönüş bahalı ola bilər. Buna görə hər bir mərhələ diqqətlə incələnməlidir. Bu modeldə hər bir mərhələdən sonra yoxlama məqsədi ilə, layihə gözdən keçirilir. Bu gözdən keçirmənin nəticəsində ya cari mərhələ yenidən işlənilir, ya da ki, növbəti mərhələyə keçilir. == İşləmə prinsipi == İlk olaraq Layihənin təhlili aparılır. Ediləcək olan bütün əməliyyatların siyahısı çıxarılır və SRS (Software requirements specifications , proqram ehtiyac özəllikləri) sənədi hazırlaır. Bu sənədlə birlikdə bir təhlil hesabatı çıxarılır.
Dyupont modeli
Dyupont modeli (Dyupont tənliyi, Dyupont düsturu; ing. DuPont equation, DuPont Model, DuPont analysis) — istehsal səmərəliliyi, aktivlərdən istifadənin səmərəliliyi və maliyyə rıçaqları ilə ifadə olunan kapitalın gəlirliliyi; gəlirlilik dəyişikliyinin hansı amillərə görə baş verdiyini müəyyən edən dəyişdirilmiş amil təhlili. Adı 1920-ci illərdə bu düsturdan istifadə etməyə başlayan Dyupontdan gəlir. == Düsturu == Amerikalı professor Stiven Rossun tərifinə görə, DuPont tənliyi istehsal səmərəliliyi, aktivlərdən istifadənin səmərəliliyi və maliyyə rıçaqları vasitəsilə ifadə olunan kapitalın gəlirliliyinin göstəricisidir. Ağac strukturu şəklində amil modelinin əsasını kapitalın gəlirliliyi göstəricisi (ROE), atributları isə müəssisənin istehsal və maliyyə fəaliyyətini xarakterizə edən amillərdir. Sadə dillə desək, kapitalın gəlirliliyinə hansı amillərin daha çox və ya daha az dərəcədə təsir etdiyini öyrənmək üçün ROE-yə təsir edən amillər bölünür.
Kolb modeli
Kolbun təcrübəli öyrənmə nəzəriyyəsi (ing. Kolb's experiential learning) — 1984-cü ildə Devid Kolb tərəfindən modeli açıqlanan öyrənmə nəzəriyyəsi. O, bu nəzəriyyəsini ortaya atarkən Berlində psixoloq olan Kurt Levinin yanaşmalarından ilhamlanıb. Təbrübəli öyrənmə nəzəriyyəsi bir şəxsin bacarıq və iş öhdəliklərinin ölçülməsi və dəyərləndirilməsini əhatə edən metoddur. Bu nəzəriyyə iki səviyyədə dəyərləndirilir: dördmərhələli öyrənmə periodu və dörd fərqli öyrənmə metodu. Kolbun nəzəriyyəsi təcrübə, qavrayış, idrak davranışı özündə birləşdirən yanaşmaya sahibdir. == Təcrübəli öyrənmə periodu == Öyrənmə periodu konkret təcrübə, reflektiv müşahidə, mücərrəd konseptləşdirmə və aktiv təcrübələr mərhələsini əhatə edir. Bu metoddan istifadə edən şəxs period boyunca irəlilədikcə təsirli nəticə əldə edir. Öyrənən şəxs məntiqə uyğun olaraq periodun istənilən bir məhələsindən qoşularaq onu davam etdirə bilər. İlk mərhələ öyrənən şəxsin yeni bir anlayışla qarşılaşdığı və ya bildiyi bir anlayışı təkrar mənimsədiyi zaman ortaya çıxan konkret təcrübədir.
AD-AS modeli
AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
Blek–Şoulz modeli
Blek–Şoulz opsion qiymət modeli (ing. Black–Scholes Option Pricing Model, OPM) — Avropa opsionlarının nəzəri qiymətini müəyyən edən model, əgər əsas aktiv bazarda alınıb-satılırsa, onda onun üzərindəki opsionun qiyməti artıq bazarın özü tərəfindən dolayısı ilə müəyyən edilir. Bu model praktikada geniş şəkildə istifadə edilmişdir və digər şeylərlə yanaşı, varrantlar, konvertasiya edilə bilən qiymətli kağızlar da daxil olmaqla bütün törəmə alətləri qiymətləndirmək və hətta maliyyə cəhətdən asılı olan firmaların kapitalını qiymətləndirmək üçün də istifadə edilə bilər. Blek — Şoulz modelinə görə, opsionun dəyərinin müəyyən edilməsində əsas element əsas aktivin gözlənilən dəyişkənliyidir. Aktivin dəyişməsindən asılı olaraq onun qiyməti artır və ya azalır ki, bu da birbaşa mütənasib olaraq opsionun dəyərinə birbaşa təsir göstərir. Beləliklə, əgər opsionun dəyəri məlumdursa, bazarın gözlədiyi volatillik səviyyəsini müəyyən etmək mümkündür. == Tarixi == Opsion qiymət modelinin düsturu ilk dəfə 1973-cü ildə Fişer Blek və Mayron Şoulz tərəfindən "The Pricing of Opsions and Corporate Pasifities" kitabında işlənib hazırlanmışdır. Onların araşdırmaları Cek Treynor, Pol Samuelson, Ceyms Bons, Şin Kassuf və Edvard Torp tərəfindən əvvəlki işlərə əsaslanır və opsion ticarətinin sürətli böyüməsi dövründə hazırlanmışdır. == Nəzəriyyənin yeddi fərziyyəsi == Blek və Şoulz opsion qiymət modelini əldə etmək üçün aşağıdakı fərziyyələri irəli sürdülər: Qiymətli kağızlar (əsas aktiv) davamlı olaraq alqı-satqıya məruz qalır və onların qiymət davranışı məlum parametrlərə malik həndəsi Brown hərəkət modelinə uyğundur (xüsusilə, bu parametrlər opsionun bütün müddəti ərzində sabitdir). Opsionun əsas aktivi opsionun müddəti ərzində dividend ödəmir.
Davson–Danielli modeli
Davson–Danielli modeli (və ya pausimolekulyar model) — 1935-ci ildə Huq Davson və Ceyms Danielli tərəfindən təklif edilən hüceyrənin plazmatik membran modeli. Modelə görə membran iki qlobulyar zülal təbəqəsi arasında yerləşən bir cüt fosfolipid qatından ibarətdir. Bunlar trilaminardır və lipoproteinlərdir. Membranda fosfolipid təbəqəsinin olması fikri 1925-ci ildə Qorter və Qrendel tərəfindən təsdiqini tapmışdır. Lakin Davson–Danielli modelində bu təbəqəni əhatələyən zülal təbəqəsi fikri ilk dəfə səslənirdi. Bu fikir Daniellinin fosfolipidlərin səthi gərilmə ilə bağlı müşahidələrini izah etmək üçün nəzərdə tutulmuşdur (hal-hazırda fosfolipid qrupları səthi gərilməni izah etmək üçün kifayətdir). Davson–Danielli modeli 1972-ci ildə Zinger və Nikolson tərəfindən mozaik maye modeli irəli sürülünə qədər doğru qəbul edilirdi. Mozaik maye modeli Davson–Danielli modelinə transmembran zülalları əlavə etməklə genişləndi. Eksperimental təcrübələr vasitəsilə bu modelin doğruluğu isbat olundu. Bundan əvvəlki modellərin isə yanlış olduğu ortaya çıxdı.
Divident diskontlaşdırma modeli
Giriş-çıxış modeli
Giriş-çıxış modeli — ölkə iqtisadiyyatında sahələrarası istehsal münasibətlərini xarakterizə edən iqtisadi və riyazi balans modeli. Bir sənayedəki məhsul ilə bu çıxışı təmin etmək üçün lazım olan bütün iştirakçı sahələrin məhsul xərcləri, xərcləri arasındakı əlaqəni xarakterizə edir. Giriş-çıxış balansı nağd və natura şəklində tərtib olunur. Sənayelararası balans xətti tənliklər sistemi şəklində təqdim olunur. Giriş-çıxış balansı (IOB) sektoral kontekstdə məcmu sosial məhsulun formalaşması və istifadəsi prosesini əks etdirən bir cədvəldir. Cədvəldə hər bir məhsul üzrə istehsal xərclərinin strukturu və iqtisadiyyatda bölüşdürülmə strukturu göstərilir. Sütunlar iqtisadiyyatın sektorlarında ümumi məhsulun orta istehlak və əlavə dəyər elementləri üzrə dəyər tərkibini əks etdirir. Xətlər hər sahədəki mənbələrdən istifadəni əks etdirir. MRM modelində dörd kvadrant var. Birincisi ara istehlakı və istehsal əlaqələri sistemini, ikincisi ÜDM-nin son istifadəsinin strukturunu, üçüncüsü ÜDM-in xərc strukturunu, dördüncüsü milli gəlirin yenidən bölüşdürülməsini əks etdirir.
HSV (rəng modeli)
HSL (hue, saturation, lightness) və HSV (hue, saturation, value) rəng tonu-doyma-parlaqlıq – kompüter qrafikasında rəngləri təsvir etmək üçün istifadə olunan rəng modeli. Rəng tonu (HUE), əslində rəngin özüdür və rəng dairəsindəki yeri ilə təyin olunur: 0º – qırmızı, 60º – sarı, 120º – yaşıl, 180º – mavi, 240º – göy, 300º – bənövşəyi. Doyma (SATURATION), verilmiş çalarlı rəngin qatılığıdır və çox zaman 0–100 aralığında faizlə ifadə olunur; məsələn, yangınsöndürən maşının qırmızı rəngi yüksək doymuş rəngdir, çəhrayı rəng isə zəif doyub. Parlaqlıq (BRIGHTNESS), verilmiş rəngdə ağ rəngin miqdarıdır: 0 – qara rəngə, 100 isə ag rəngə uyğundur. HSB modelinə HLS (hue-lightness-saturation) modeli və ya HSV (hue-saturation-value) modeli də deyilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
IS-LM modeli
Əsas makroiqtisadi modellərdən biri də IS-LM modelidir. IS-LM modeli faiz dərəcəsinin və istehsalın həcminin əmtəə və pul bazarlarındakı tarazlığını əks etdirir. Bu modelin adı 2 əsas iqtisadi tarazlığın birləşməsindən əmələ gəlir: İqtisadiyyatdakı investisiyalar (I) yığıma (S), pula olan tələb(L) isə pul təklifinə (M) bərabər olmalıdır. Bu model əmtəə və pul bazarlarının tarazlıqda olduğunu göstərir. IS-LM modeli 1937-ci ildə nobel mükafatı laureatı Con Hiks tərəfindən yaradılıb. O,Con Menyard Keynsin 1936-cı ildə yazdığı "Məşğulluğun, Faizin və Pulun Ümumi Nəzəriyyəsi" kitabındakı fikirləri grafik olaraq təsvir edib. "IS" əyrisində investisiya (faiz dərəcəsi kimi verilən) yığıma (istehsal kimi verilən) bərabərdir. Əmtəə bazarında faiz dərəcəsi və istehsal arasında tərs-mütənasiblik olduğundan "IS" əyrisi aşağı meyillidir. Çünki, istehsal artdıqca daha çox pul yığıma yönəlir, investisiyaların yığıma bərabər olması üçün faiz dərəcəsi aşağı düşür. Pul bazarında faiz dərəcəsi və istehsal düz mütənasib olduğu üçün "LM" əyrisi isə yuxarı meyllidir.
Kainatın Fridman modeli
Fridman nəzəriyyəsi (A.A.Fridman) — kainatın inkişaf istiqamətinin təyini üçün istifadə olunan nəzəriyyədir. Bu nəzəriyyəyə əsasən Kainatın sıxlığının verilmiş qiymətində Kainat ya məkana görə sonsuz, ya da sonlu ola bilər. == Tarixi == 1916-cı ildə A. Eynşteyn ümumi nisbilik nəzəriyyəsində zaman və məkan xassələrinin Kainatda materiyanın paylanması və hərəkətindən asılı olduğunu isbat etdi. Bununla da, zaman-məkan xassələrinin Nyuton mexanikasında təsvir edildiyi qədər də sadə və bəsit olmadığı müəyyən edildi. Yeni nəzəriyyəyə əsasən kütləsi böyük olan cazibə mərkəzləri yaxınlığında zamanın sürəti yavaşıyır. A. Eynşteyn, nisbilik nəzəriyyəsinin müddəalarını Kainatın izotrop, bircins və stasionar modelini qurmaq üçün tətbiq edir. Sonuncu model səhv olduğundan Eynşteyn bir nəticə ala bilmir. 1922-ci ildə rus riyaziyyatçısı A. A. Fridman isbat etdi ki, ümumi nisbilik nəzəriyyəsinə əsasən Kainatın zamana görə dəyişən qeyri-stasionar modelini almaq mümkündür. Bununla da, Fridman müasir kosmoloji nəzəriyyələr üçün riyazi özül yaradır. == İzahı == Ümumi nisbilik nəzəriyyəsinə görə böyük miqyaslarda məkanın xassələri maddənin orta sıxlığından asılı olur.
Semiotika
Semiotika (yun. σημειωτική) — ən sadə siqnalvermə sistemlərindən tutmuş təbii dillərə və elmin formalaşdırılmış dillərinə qədər işarə sistemlərinin müqayisəli öyrənilməsi ilə məşğul olan fənn. İşarə sisteminin əsas funksiyaları aşağıdakılardır: Məlumatın və mənanın ifadəsinin verilməsi funksiyası, Ünsiyyət funksiyası, yəni dinləyici (oxucu) tərəfindən verilən məlumatın, xəbərin başa düşülməsinin təmin edilməsi, həmçinin fəaliyyətə, hərəkətə sövqetmə, emosional təsir və .s. == Ədəbiyyatda semiotika == Semiotika – mətndə struktur informasiyanı daşıyan işarələrin aşkarlanmasıdır. Struktur-semiotik yanaşma mətni və ümumiyyətlə hər hansı əsəri onun bütün səviyyələrində təhlil etmək üçün ən funksional metodlardan biridir. Bu metodla mətnin strukturunda ilk növbədə dəyişməyən və dəyişən səviyyələr bir-birindən fərqləndirilir. Bu da əsərin süjet və obrazlarının struktur mahiyyət və mexanizmlərini üzə çıxarmağa, eyni zamanda mətnin funksional strukturunu, yəni onun "necə işlədiyini" aşkarlamağa imkan verir.
Semantika
Semantika (ing. semantics, rus. семантика, türk. anlambilim) — proqramlaşdırmada, eləcə də təbii dildə: sözlər, yaxud simvollar ilə onların təyin olunmuş mənaları arasında əlaqə. Dəqiq və adətən məhdud mənaları olan sözlərə əsaslanan proqramlaşdırma dilləri müəyyən semantik qaydalardan asılı olur. Beləliklə, proqramda deyim düzgün tərtib olunmuşsa, ancaq onun mənası yoxdursa, semantik yanlışlıq yaranır. Məsələn, linesTillPageEnd = numElephants * massSun (səhifənin sonunadək sətirlərin sayı = fillərin sayı * Günəşin kütləsi) deyimi sintaktik cəhətdən düzgündür, ancaq semantika baxımından mənasızdır. Semantik yanlışlıqlar proqramın düzgün işləməməsinə səbəb olsalar da, yanlışlıqlara nəzərət altproqramları çox zaman onlar haqqında məlumat vermir. Konseptual səviyyədə semantika süni intellektin tədqiqat sahələrindən biridir. Məsələn, insanlar arasındakı münasibətlər kimi, obyektlər, ideyalar, yaxud situasiyalar arasındakı qarşılıqlı əlaqələr də semantik şəbəkələr vasitəsilə göstərilir.
Moheli
Moheli yerli dildə Mwali adası Komor adalarını təşkil edən üç adadan biridir. == Tarix == 11 avqustun 1997-ci ildə Moheli (Mwali) ,bir həftə sonra Anjuan (Ndzuwani) Komordan ayrılıb . Mohelinin separatçı liderləri Said Məhəmməd Soefu Prezident və Soidri Ahmed Baş nazir oldu. 1998-ci ildə Moheli yenidən Komora birləşdi. 2002-ci ildə Moheli yeni Komor Konstitusiyasını ratifikasiya etdi. Burada zəif mərkəzləşdirilmiş federal hökumətin qurulması və ada hökumətlərinə daha çox səlahiyyətin verilməsi nəzərdə tutulurdu. Bu Komorda davam edən siyasi qarışıqlıq və Ndzuwani (Anjuoan) adasında davam edən separatçılığın həllinə kömək etdi. Həmçinin 2002-ci ildə Mohamed Said Fazul Prezident seçildi. Onun tərəfdarları 2004-cü ildə Moheli Məclisinə seçkilərində yer çoxluğu ilə qalib gəldi.
Model
Model (fr. modèle, lat. modulus — "ölçü, analoq, nümunə") – orijinalın hər hansı bir xüsusiyyətlərinin öyrənilməsini təmin edən obyekt-orjinalın əvəzcisidir. Mülahizələri sadələşdirən və hadisələrin təbiətini dəqiqləşdirən eksperiment keçirilməsinə imkan verən məntiqi sxemlər və məntiqi quruluşlar model adlandırılırlar. Gerçək şəraitin və ya obyektin riyazi, yaxud qrafik təsviri; məsələn, kainatda maddələrin paylanmasının riyazi modeli, işgüzar əməliyyatların (ədədi) modeli elektron cədvəl, yaxud molekulun qrafik modeli. Modellər, ümumiyyətlə, dəyişdirilə və ya idarə oluna bilər, buna görə də onların yaradıcıları gerçək şəraitə necə təsir etməyi görməyə cəhd edə bilər. Zaman-zaman fiziki modellərdən (maketlərdən) istifadə olunması çoxlu sayda insanın həyatını xilas etmiş, külli miqdarda xərclərdən və vaxt itkisindən azad etmişdir. Əksinə, fiziki modellərdə alınmış nəticələrin nəzərə alınmaması fəlakətlərə səbəb olmuşdur. Bu baxımdan 1870-ci ildə İngiltərədə hazırlanmış "Captain" zirehli gəmisi ilə bağlı hadisə çox ibrətamizdir. XIX əsrin ortalarında metallurgiyanın inkişafı və buxar maşınlarının yaradılması nəticəsində ağacdan hazırlanmış yelkənli gəmilərdən metal gəmilərə keçid başlanıldı.
Tərcüməçi
Tərcüməçi — Bir dildən başqa dilə tərcümə etməklə məşğul olan adam; mütərcim.
Demotik
Demotik, eramızdan əvvəl VII əsrdə Misirdə danışılan və Misir dilinin inkişaf mərhələlərindən birini əks etdirən bir dildir. Demotik söz və qrammatika baxımından Yeni Krallıq dövründə istifadə edilən Yeni Misir dilindən olduqca fərqlidir. Demotik həm də Aşağı Misirin bir ləhcəsi sayılır. Demotik yazışmada demotik yazı istifadə olunsa da, digər yazı növlərində də günümüzə qədər gəlib çatmış demotik mətnlər də mövcuddur.
Romantik
Romantik sevgi, romantik eşq, romantik məhəbbət və ya romantika — emosional bir sevgi hissi və ya başqalarına güclü bir cazibə və fərdin ümumi hisslərini və ortaya çıxan duyğularını ifadə etmək üçün etdiyi davranışlardır. Romantik hisslər və sevgi duyğuları ümumiyyətlə cinsi cazibə ilə əlaqələndirilsə də, romantik hisslər fiziki qarşılıq gözləmədən mövcud ola bilər və daha sonra ifadə edilə bilər. Tarixən romantika termini, romantizm ədəbiyyatında deyildiyi kimi, orta əsr cəngavərlik idealından qaynaqlanır. Buna "aşiq olmağın" emosional tərəfi kimi baxmaq mümkündür. Romantik sevgi, hər istifadədə cinsi əlaqəyə mane olan platonik sevgi ilə ziddiyyət təşkil edir, ancaq müasir istifadədə cinsi impulsların klassik mənasında deyil, sırf qeyri-cinsi mənada (aseksuallıq) vardır. Sublimasiya Fridrix Nitsşe və psixoanalizdə meydana çıxmasına baxmayaraq sevgi haqqındakı gündəlik düşüncələrdə, unudulmağa meyllidir. Qarşılıqsız sevgi müxtəlif yollarla romantik ola bilər: həm sənət, həm də əxlaqi idealların güclü simvol və duyğularla birləşdirildiyi, məzəli, faciəli, romantika ilə müqayisə edilə bilər. Qarşılıqsız sevgi romantizm dövrünün tipik bir nümunəsidir, lakin bu termin onda yarana biləcək hər hansı bir romantikadan fərqlidir.
Simbiotik ulduzlar
Simbiotik ulduzlar — Normal ulduzlar parlaq kontinuum və udulma xətlərinə malik çox sadə spektrə malikdirlər. Lakin elə ulduzlar var ki, onların spektrləri çox mürəkkəbdir. Elə ulduzlar vardır ki, onların spektri iki müxtəlif tip ulduzun xüsusiyyətlərini özündə cəmləşdirir. Ola bilsin ki, bu cür ulduzlar, kifayət qədər bir-birinə yaxın olan iki tamamilə müxtəlif tip ulduzdan təşkil olunmuş, qarşılıqlı təsirdə olan qoşa sistemlərdir. Simbiotik ulduz, bir növ ikili ulduz növüdür. Ümumiyyətlə biri ağ cırtdan olub, digəri isə qırmızı nəhəngdir. Bunlar qırmızı nəhəng (~ 3000 K) və ağ cırtdan (~ 20 000 K) arasındakı yüksək istilikli spektral xətlərin genişlənməsi ilə göstərilir. Ağ cırtdan, qırmızı nəhəng və ya cazibə axışından gələn ulduz küləklərindən kütlə qazanar. Simbiotik ulduzlar, ulduzların təkamülü haqqında məlumat əldə etmək üçün astronomiya alimlərinin marağını çəkir. Sistem içində olan unikal ulduzların daxili quruluşu dinamiki səbəbiylə ulduz küləyi, ionlaşdırıcı buludlar inkişafında mühüm rol oynayır.
Selanik
Saloniki (yun. Θεσσαλονίκη, translit. Tessaloníki , translit. Saloniki) ya da Səlanik (osman. سلانیك, türk. Selanik) — Yunanıstanın ikinci böyük şəhəri. Əhalisi 363.987 nəfərdir. == Tarixi == Şəhərin əsası e.ə. 315-ci ildə Makedoniya hökmdarı Kassandr tərəfindən qoyulmuşdur. O, Term körfəzi sahilində yerləşən 26 kiçik yaşayış məntəqəsini birləşdirərək yeni şəhərə öz həyat yoldaşı, Makedoniyalı İsgəndərin ögey bacısı Fessalonikanın adını vermişdir.
Maşın tərcüməsi
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Şeqaftik
Aşağı Şeqaftik (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Yuxarı Şeqaftik (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Tərcümeyi-hal
Bioqrafiya və ya tərcümeyi-hal — bir şəxsin doğum tarixi, atasının, anasının kimliyi, aldığı təhsili, ümumi həyatının mənbələri haqqında konkret məlumatlardan ibarət olan adətən qısa mətn.
Tərcümeyi hal
Bioqrafiya və ya tərcümeyi-hal — bir şəxsin doğum tarixi, atasının, anasının kimliyi, aldığı təhsili, ümumi həyatının mənbələri haqqında konkret məlumatlardan ibarət olan adətən qısa mətn.
Romantik eşq
Romantik sevgi, romantik eşq, romantik məhəbbət və ya romantika — emosional bir sevgi hissi və ya başqalarına güclü bir cazibə və fərdin ümumi hisslərini və ortaya çıxan duyğularını ifadə etmək üçün etdiyi davranışlardır. Romantik hisslər və sevgi duyğuları ümumiyyətlə cinsi cazibə ilə əlaqələndirilsə də, romantik hisslər fiziki qarşılıq gözləmədən mövcud ola bilər və daha sonra ifadə edilə bilər. Tarixən romantika termini, romantizm ədəbiyyatında deyildiyi kimi, orta əsr cəngavərlik idealından qaynaqlanır. Buna "aşiq olmağın" emosional tərəfi kimi baxmaq mümkündür. Romantik sevgi, hər istifadədə cinsi əlaqəyə mane olan platonik sevgi ilə ziddiyyət təşkil edir, ancaq müasir istifadədə cinsi impulsların klassik mənasında deyil, sırf qeyri-cinsi mənada (aseksuallıq) vardır. Sublimasiya Fridrix Nitsşe və psixoanalizdə meydana çıxmasına baxmayaraq sevgi haqqındakı gündəlik düşüncələrdə, unudulmağa meyllidir. Qarşılıqsız sevgi müxtəlif yollarla romantik ola bilər: həm sənət, həm də əxlaqi idealların güclü simvol və duyğularla birləşdirildiyi, məzəli, faciəli, romantika ilə müqayisə edilə bilər. Qarşılıqsız sevgi romantizm dövrünün tipik bir nümunəsidir, lakin bu termin onda yarana biləcək hər hansı bir romantikadan fərqlidir.
Romantik film
Romantik film — kino janrlarından biridir. Filmin əsas süjet xətti romantik münasibətlər üzərində qurulur.
Romantik komediya
Romantik komediya filmi əsl sevgi, məhəbbət kimi romantik idealların mərkəzdə olduğu, eyni zamanda səmimi, yumoristik bir süjet formasında bu ideyaların ətrafında əksər maneələrin aşıldığı ifadə edilən film janrıdır. Lüğəvi mənasında isə; xoşbəxt sonluqla bitən məzəli sevgi hekayəsinə əsaslanan film, teatr və ya televiziya şousudur. Başqa bir ölkədəki tərifinə görə isə; İki bir-birlərinə simpatiyası olan, bir-birlərini sevən, fərqləndirici xüsusiyyətləri mövcud olan, ahəngdar və bir-birlərini bağışlaya bilən eşqləri olan aşiqlər arasındakı ziddiyyətlər ifadə edir. Romantik komediya filmləri komediya filmləri və romantik filmlər kimi fərqləndirilə və təsnif oluna bilərlər. Həmçinin, Screwball komediyası və Stoner komediyasında da (həmçinin də Stoner filmi olaraq tanınır) eyni elementlər mövcuddur. Bəzi televiziya serialları da romantik komediya kimi təsnif edilə bilərlər. Belə filmlərə nümunə olaraq tənqidçilər tərəfindən janrın ən yaxşı filmlərindən biri hesab edilən Gözəlçə filmini göstərmək mümkündür.
Romantik milliyətçilik
[[Fayll:Eugène Delacroix - La liberté guidant le peuple.jpg|thumb|1830-cu il Fransız İnqilabına həsr olunmuş Xalqa Yol Göstərən Azadlıq şəkli, rəssamı Ejen Delakrua, həmçinin millət vəkili də olmuşdur. ]] Romantik millətçilik (milli romantizm, təbii millətçilik, kimlik millətçiliyi), dövlətin siyasi legitimliyini idarə etdiyi millətçiliyin təbii bir nəticəsi olaraq törətdiyi millətçilik növüdür. Bu, uyqulamanın xüsusi formasına bağlı olaraq, öz mədəniyyətində doğulanlara qarşı ibtidai ulus, dil, mədəniyyət, din və adətləri əhatə edir. Bu millətçilik növü dövlətin üstdən aşağıya doğru legitimliyini dəyərləndirən, varlığını legitimləşdirən bir hökmdar ya da başqa bir idarəçilikdən gələnə sülalə ya da imperial hegomoniya nəticəsində ortaya çıxdı. Aşağıya doğru yayılan bu gün sonda bir Tanrı ya da Tanrıdan qaynaqlanan ola bilər (Monarxların tanrısal haqqı və Tianminqə baxın). Romantizmin əsas mövzuları və ən qalıcı mirası arasında, romantik millətçiliyin mədəni iddiası, Maarifçilik dövrü sonrası sənət və siyasi fəlsəfədə mərkəzi yer olmuşdur. Milli dillərin və folklorun inkişafına, yerli adətlərin və ənənələrin mənəvi dəyərinə fokslanaraq, Avropanın xəritəsini yenidən çəkən və millətlərin öz taleyini təyin haqqına çağıran hərəkətlərə, ən erkən həyəcanlarından millətçilik romantiklikdə rolları, ifadələri və anlamları müəyyən edən ən önəmli mövzulardan biridir. Tarix baxımından Avropada, romantik millətçilik üçün əsas il 1848-ci ildir, qitəyə inqilabçı bir dalğa yayıldı, müxtəlif parçalanmış bölgələrdə (İtaliya kimi) və ya çox millətli dövlətlərdə (Avstriyua-Macarıstan imperiyası kimi) xeyli sayda millətçi inqilabi hərəkatlar meydana çıxdı.
Romantik millətçilik
[[Fayll:Eugène Delacroix - La liberté guidant le peuple.jpg|thumb|1830-cu il Fransız İnqilabına həsr olunmuş Xalqa Yol Göstərən Azadlıq şəkli, rəssamı Ejen Delakrua, həmçinin millət vəkili də olmuşdur. ]] Romantik millətçilik (milli romantizm, təbii millətçilik, kimlik millətçiliyi), dövlətin siyasi legitimliyini idarə etdiyi millətçiliyin təbii bir nəticəsi olaraq törətdiyi millətçilik növüdür. Bu, uyqulamanın xüsusi formasına bağlı olaraq, öz mədəniyyətində doğulanlara qarşı ibtidai ulus, dil, mədəniyyət, din və adətləri əhatə edir. Bu millətçilik növü dövlətin üstdən aşağıya doğru legitimliyini dəyərləndirən, varlığını legitimləşdirən bir hökmdar ya da başqa bir idarəçilikdən gələnə sülalə ya da imperial hegomoniya nəticəsində ortaya çıxdı. Aşağıya doğru yayılan bu gün sonda bir Tanrı ya da Tanrıdan qaynaqlanan ola bilər (Monarxların tanrısal haqqı və Tianminqə baxın). Romantizmin əsas mövzuları və ən qalıcı mirası arasında, romantik millətçiliyin mədəni iddiası, Maarifçilik dövrü sonrası sənət və siyasi fəlsəfədə mərkəzi yer olmuşdur. Milli dillərin və folklorun inkişafına, yerli adətlərin və ənənələrin mənəvi dəyərinə fokslanaraq, Avropanın xəritəsini yenidən çəkən və millətlərin öz taleyini təyin haqqına çağıran hərəkətlərə, ən erkən həyəcanlarından millətçilik romantiklikdə rolları, ifadələri və anlamları müəyyən edən ən önəmli mövzulardan biridir. Tarix baxımından Avropada, romantik millətçilik üçün əsas il 1848-ci ildir, qitəyə inqilabçı bir dalğa yayıldı, müxtəlif parçalanmış bölgələrdə (İtaliya kimi) və ya çox millətli dövlətlərdə (Avstriyua-Macarıstan imperiyası kimi) xeyli sayda millətçi inqilabi hərəkatlar meydana çıxdı.
Romantik məhəbbət
Romantik sevgi, romantik eşq, romantik məhəbbət və ya romantika — emosional bir sevgi hissi və ya başqalarına güclü bir cazibə və fərdin ümumi hisslərini və ortaya çıxan duyğularını ifadə etmək üçün etdiyi davranışlardır. Romantik hisslər və sevgi duyğuları ümumiyyətlə cinsi cazibə ilə əlaqələndirilsə də, romantik hisslər fiziki qarşılıq gözləmədən mövcud ola bilər və daha sonra ifadə edilə bilər. Tarixən romantika termini, romantizm ədəbiyyatında deyildiyi kimi, orta əsr cəngavərlik idealından qaynaqlanır. Buna "aşiq olmağın" emosional tərəfi kimi baxmaq mümkündür. Romantik sevgi, hər istifadədə cinsi əlaqəyə mane olan platonik sevgi ilə ziddiyyət təşkil edir, ancaq müasir istifadədə cinsi impulsların klassik mənasında deyil, sırf qeyri-cinsi mənada (aseksuallıq) vardır. Sublimasiya Fridrix Nitsşe və psixoanalizdə meydana çıxmasına baxmayaraq sevgi haqqındakı gündəlik düşüncələrdə, unudulmağa meyllidir. Qarşılıqsız sevgi müxtəlif yollarla romantik ola bilər: həm sənət, həm də əxlaqi idealların güclü simvol və duyğularla birləşdirildiyi, məzəli, faciəli, romantika ilə müqayisə edilə bilər. Qarşılıqsız sevgi romantizm dövrünün tipik bir nümunəsidir, lakin bu termin onda yarana biləcək hər hansı bir romantikadan fərqlidir.
Romantik sevgi
Romantik sevgi, romantik eşq, romantik məhəbbət və ya romantika — emosional bir sevgi hissi və ya başqalarına güclü bir cazibə və fərdin ümumi hisslərini və ortaya çıxan duyğularını ifadə etmək üçün etdiyi davranışlardır. Romantik hisslər və sevgi duyğuları ümumiyyətlə cinsi cazibə ilə əlaqələndirilsə də, romantik hisslər fiziki qarşılıq gözləmədən mövcud ola bilər və daha sonra ifadə edilə bilər. Tarixən romantika termini, romantizm ədəbiyyatında deyildiyi kimi, orta əsr cəngavərlik idealından qaynaqlanır. Buna "aşiq olmağın" emosional tərəfi kimi baxmaq mümkündür. Romantik sevgi, hər istifadədə cinsi əlaqəyə mane olan platonik sevgi ilə ziddiyyət təşkil edir, ancaq müasir istifadədə cinsi impulsların klassik mənasında deyil, sırf qeyri-cinsi mənada (aseksuallıq) vardır. Sublimasiya Fridrix Nitsşe və psixoanalizdə meydana çıxmasına baxmayaraq sevgi haqqındakı gündəlik düşüncələrdə, unudulmağa meyllidir. Qarşılıqsız sevgi müxtəlif yollarla romantik ola bilər: həm sənət, həm də əxlaqi idealların güclü simvol və duyğularla birləşdirildiyi, məzəli, faciəli, romantika ilə müqayisə edilə bilər. Qarşılıqsız sevgi romantizm dövrünün tipik bir nümunəsidir, lakin bu termin onda yarana biləcək hər hansı bir romantikadan fərqlidir.
Romantik dövr
Romantik dövr- XVIII əsrin sonunda Klassik Roman hərəkatına reaksiya olaraq yaranan və Viktor Hüqo ilə böyük şöhrət qazanan və insanın yaradıcılıq azadlığının qarşısında duran hər şeyə qarşı çıxan hərəkatdır. “Ən yaxşı qayda qaydasızlıqdır” deyən romantiklər insan duyğularını, təxəyyülünü və insanı düzəltməyin cəmiyyəti islah etməklə edilə biləcəyini iddia edirlər. Romantizm müxtəlif ölkələrdə müxtəlif formalarda yaranmışdır. İngilis ədəbiyyatında özünü daha çox poeziyada göstərir. İngilis poeziyasında özünü qalın bir xəttdə göstərən romantizmin ilk adı Uilyam Wordsvortdur. O, təbiətə müqəddəs ehtiram ideyasını mənimsəmiş, şeirlərində təbiəti bəhanəsiz təsvir etmişdir. Həmçinin bu sırada Samuel Taylor Coleridge, Percy Bysshe Shelley və John Keats var. Xəttin ən qalın hissəsi Lord Bayrondur. == Alman ədəbiyyatında romantik dövr == Alman ədəbiyyatında 18-ci əsrin ikinci yarısında "coşqun cərəyanı" ilə inkişaf edir. Bu hərəkatın qabaqcılları Klopstok və Herder romantizmdən xəbər verir.
Ağır romantik
Ağır Romantik ssenaristi və rejissoru Deniz Denizciler tərəfindən 2020-ci ildə çəkilmiş Türk kinosu komediya Romantik film. Əsas rollarda Tuvana Türkay, Onur Tuna, Sermiyan Midyat və Altan Erkekli çəkilmişlər. 14 fevral-Sevgililər Günündə Türkiyənin bütün şəhərlərində, Azərbaycanda isə 5 mart tarixində “CinemaPlus” kinoteatrlar şəbəkəsində yayımlanacaq. Filmin qala gecəsinin tarixləri də məlum olub. Belə ki, ekran işinin təqdimatı fevralın 12-i İstanbulda, martın 7-si isə Bakıda aktyorların iştirakı ilə keçiriləcək. == Filmin Mövzusu == Aslı (Tuvana Türkay) incəsənət həvəskarı ananın (Servet Pandur) və professor olan atanın (Gazanfer Ündüz) konservatoriyada oxuyan gənc qızıdır. Bir gün Beyoğlunda gəzərkən bir adamın hücumuna məruz qalır və çantası oğurlanır. Qorxu və vahimə içərisində olan Aslıya gələcək həyatında böyük sevgisi olacaq Kərəm (Onur Tuna) kömək edir və çantasını tapıb Aslıya verir. Bu məcburi görüşdən sonra Aslı və Kərəm görüşməyə başlayır və evlənməyə qədər uzanan romantik münasibətlərə başlayırlar. Kərəm Aslının adət etmədiyi bir dünyadan gəlsə də, özünü böyük şirkətlərə məsləhət verən maliyyə mütəxəssisi kimi təqdim edir.
Sebatik adası
Sebatik adası (ind. Pulau Sebatik, malay Pulau Sebatik) — Kalimantan adası yaxınlığında yerləşir. İndoneziya və Malayziya adasında sərhəd bu adadan keçir. Adanın sahəsi 452,2 km². İki ölkə arasında dövlət sərhəddiu adanın tən ortasından keçir. Aadnın Malayziya hissəsində (Sabah ştatı) 25 000 nəfər (153 km²), İndoneziya (Şimali Kalimantan vilayəti) — 80 000 nəfər yaşayır (299 km²). Ada ilə Kalimantan arasında minimal məsafə 1 km-dir.
Somatik hüceyrə
Somatik hüceyrə — bir hüceyrə (qədim yunan σῶμα somasından, yəni "bədən" mənasını verir) cinsiyyət hüceyrəsi, qametosit və ya fərqlənməmiş kök hüceyrə xaricində çoxhüceyrəli bir orqanizmin bədənini meydana gətirən hər hansı bir bioloji hüceyrədir . Bir orqanizm cisminin tərkibində iştirak edən və ikili bölünmə və mitotik bölünmə prosesində bölünən hüceyrə somatik hüceyrə adlanır. Bunun əksinə olaraq, qametlər cinsi çoxalma zamanı birləşən hüceyrələrdir, cücərmə hüceyrələri qametləri əmələ gətirən hüceyrələrdir və kök hüceyrələr mitoz yolu ilə bölünərək müxtəlif ixtisaslaşmış hüceyrə tiplərinə ayrılan hüceyrələrdir. Məsələn, məməlilərdə somatik hüceyrələr bütün daxili orqanları, dəri, sümüklər, qan və birləşdirici toxuma təşkil edirsə, məməlilərin cücərmə hüceyrələri sperma və yumurta əmələ gətirir, bu da mayalanma zamanı birləşərək ziqota adlı bir hüceyrə əmələ gətirir və fərqləndirir. İnsan bədənində təxminən 220 növ somatik hüceyrə var. Nəzəri olaraq bu hüceyrələr cinsi hüceyrələr deyil. Mutasiyalarını hüceyrə nəsillərinə (varsa) ötürürlər, ancaq orqanizmin nəsillərinə deyil. Bununla birlikdə, süngərlərdə fərqlənməmiş somatik hüceyrələr cücərmə xəttini meydana gətirir və Knidariyada fərqli somatik hüceyrələr cücərmə xəttinin mənbəyidir. Mitotik hüceyrə bölgüsü yalnız diploid somatik hüceyrələrdə müşahidə olunur. Cinsiyyət hüceyrələri kimi yalnız bir neçə hüceyrə çoxalmada iştirak edir.
Adil Əfəndiyev (tərcüməçi)
Adil Əfəndiyev və ya Adil Nəcdət (1907 – 9 fevral 1973, Bakı) — Axısqa türkü, alim, Bakı Sovetinin II, IV, V, VI, VIII, IX çağırış deputatı. == Həyatı == Adil Ələddin oğlu Əfəndiyev 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsini bitirmişdir. Əmək fəalyyətinə hələ tələbə ikən başlamışdır. 1924-cü ildə "Kəndli qəzetəsi"nin katibi, 1925–1939-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatı – "Azərnəşr"də orfoqraf, tərcüməçi, redaktor, şöbə müdiri vəzifələrində çalışmışdır. 1939–1953-cü ildə Azərbaycan Radio Verilişləri Komitəsində baş redaktor, sədrin birinci müavini və sədr vəzifəsində çalışmışdır. 1954–1964-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatı-"Azərnəşr"in müdiri vəzifəsində çalışmışdır. 1964–1972-ci illərdə Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi sədrinin birinci müavini olmuşdur. 1972–1973-cü illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda tərcümə bölməsinin müdiri olmuşdur. Nizami Yubiley Komitəsinin məsul katib və sədr müavini, terminoloji komitənin, toponimika komissiyasının, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının üzvü olmuşdur. Bir çox bədii, siyasi əsərlərin, o cümlədən K. Marks, F. Engels, V. İ. Lenin, Ö. Xəyyam, İ. S. Turgenyev, L. Tolstoy, M. Tven, C. Oldric və başqalarının əsərlərnin, tarix və coğrafiya dərsliklərinin Azərbaycan dilinə tərcüməçisi və tərcümələrinin redaktoru olmuşdur.