Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təhlil
Analiz (yunanca ἀνάλυσις "çürümə , parçalanma") — hər-hansı vahidin (əşya, hal, proses və ya obyekt lər arasındakı münasibətlərin) nəzəri və ya real şəkildə tərkib hissələrinə bölünməsi. Bölünmə insanın idrak və ya praktiki fəaliyyəti üçün lazım olur., Sintezlə birgə analiz metodu tədqiqat obyekti haqqında tam və lazım olan informasiyanı əldə etməyə inkan verir. Analiz tədqiqat metodu kimi aşağıdakılardır: Fəlsəfə — fəlsəfi analiz metodu. Məntiq — məntiqi analiz, qeyri-standart analiz. Kimya — analitik kimya, struktur analizi. Tibb — tibbi analiz, qan anlizi, sidik analizi, ifrazat analizi. Riyaziyyat — riyazi analiz, funksional analiz. İqtisadiyyat — iqtisadi analiz, maliyyə analizi.
Fonetik təhlil
Fonetik təhlil — Sözün müvafiq səs və hərf tərkibini, heca, vurğu məsələlərini, ahəng qanununun pozulub-pozulmadığını müəyyənləşdirmə. == Metodologiyası == Fonetik təhlil aşağıdakı kimi aparılır: Sözün səs və hərf tərkibi göstərilir. Sait səslər növlərinə görə (dodaqlanan və dodaqlanmayan,qalın və incə,açıq və qapalı) təhlil olunur. Samit səslər növlərinə görə (kar və cingiltili) təhlil olunur. Ahəng qanununa tabe olub-olmaması təhlil olunur. Sözün hecaları və vurğusu göstərilir. Fonetik təhlil zamanı sözdəki səslərin növlərə görə (samit və sait ) təhlili onun tələffüz şəkli, ahəng qanunu, heca və vurğusu isə yazılı forması üzərində aparılır. Fonetik təhlil sözlərin yazılışı əsasında deyil,tələffüzü əsasında aparılır.Təhlil zamanı sözdəki vurğu sözün hecalarının birinin digərinə nisbətən qüvvətli olan hecasının üzərinə düşür.Vurğu yazıda hecanın üzərində apostrof ilə(') işarə olunur. == Nümunə == Neftçi— [nefçi], 6 hərf, 5 səsdən ibarətdir. Səs hərf tərkibi müxtəlifdir və ahəng qanununa tabedir.
Təhlil (şahmat)
Təhlil — Şahmat termini Mövqedə yaranmış görüşlərin və mümkün vəziyyətlərin qiymətinin araşdırılması. Təhlil variantların işlənməsini və ya yaranmış görüşlərin qiymətləndirilməsini özündə birləşdirir. Variantların hesablanması və mövqenin qiymətləndirilməsi təhlil bacarığının əsasını təşkil edir.
İqtisadi təhlil
İqtisadi təhlil (ing. economic analysis) — müəyyən iqtisadi hadisələrin, proseslərin, hərəkətlərin, nəticələrin öyrənilməsi və elmi tədqiqatı ilə əlaqəli və bir-birindən asılı metodlar. İqtisadiyyatda iqtisadi proseslərin inkişaf qanunauyğunluqlarını və meyllərini müəyyənləşdirmək, fəaliyyət göstəricilərinə müsbət və ya mənfi təsir göstərən əsas amilləri müəyyənləşdirmək və qiymətləndirmək üçün istifadə olunur. İqtisadi təhlilin köməyi ilə ayrı-ayrı sahələrin, birliklərin, müəssisələrin fəaliyyətinin yaxşılaşdırılması üçün istifadə olunmamış ehtiyatlar aşkar edilir. İqtisadi təhlilin nəticələri iqtisadi proseslərin proqnozlaşdırılması və uzunmüddətli planlaşdırılması, habelə gələcək effektiv inkişaf, gəlirli fəaliyyət üçün proqramlar və tövsiyələr hazırlamaq üçün istifadə olunur. K.R. Makkonnell və S.L.Brüya görə iqtisadi təhlil iqtisadi qanunların müvafiq iqtisadi gerçəkliklərdən çıxarılmasıdır. Müəyyən şərtlərdə xüsusiyyətlərini aydınlaşdırmaq üçün iqtisadi bir fenomen haqqında iqtisadi məlumatların öyrənilməsi. Statistik təhlilin obyekti ayrı-ayrı müəssisə, rayon, bölgə, bütövlükdə dövlətin iqtisadiyyatı, eləcə də tədqiqat obyektlərinin cəmi barədə məlumatlar ola bilər. Statistik iqtisadi analiz üçün məlumatlar müxtəlif statistik mənbələrdən götürülür və eyni zamanda sosioloji müşahidələr nəticəsində əldə edilir. Statistik analiz tamamlanmış (bütövlükdə bir fenomenin vəziyyəti və inkişafının hərtərəfli öyrənilməsi) və qismən (fenomenin vəziyyətinin müəyyən şərtlərdə aydınlaşdırılması, işarələrin əlaqəsi, fenomenlərin dinamikası və s.) ola bilər.
Gap (texniki təhlil)
Gap (ing. gap — boşluq) — kotirovkalar axınının texniki təhlilində əvvəlki vaxt çərçivəsinin bağlanma qiyməti (diaqram elementi) ilə növbətinin açılış qiyməti arasında əhəmiyyətli fərqin vəziyyətini təsvir edən termin. Vizual olaraq, bir gap qiymət cədvəlindəki bitişik elementlər arasındakı "gap" uyğundur. Fond və əmtəə bazarlarında birja təcrübəsində “gap” termini çox vaxt əvvəlki ticarət sessiyasının bağlanış qiymətinin növbəti ticarət gününün açılış qiyməti ilə üst-üstə düşməməsi (gündəlik vaxt çərçivəsi olan qrafikdə gap) deməkdir. Bəzən gap ticarət sessiyası daxilində qonşu kotirovkalar arasında əhəmiyyətli fərq də adlanır. Bu, adətən gözlənilməz xəbərlərlə bağlıdır, o zaman sitatlar arasındakı fərq adi haldan 5 və ya daha çox dəfə böyük ola bilər. Gündəlik vaxt çərçivəsi olan bir diaqramda belə bir gap boşluq kimi göstərilmir — uzadılmış element formalaşır. Ancaq daha ətraflı qrafiklərdə belə bir gap görünə bilər. Gap həm açılış, həm də bağlanış qiymətləri göstərilməklə sabit müddətə əsaslanan qrafiklərdə vizual olaraq görünür. Tipik olaraq bunlar Yapon şamdanları və ya çubuqları şəklində olan qrafiklərdir.
Fiziki-riyazi təhlil üsulu
Fiziki-riyazi təhlil üsulu vasitəsilə atmosferdəki fiziki proseslərin öyrənilməsi həyata keçirilir. Belə ki, fiziki proseslərin izahı ancaq fiziki qanunlar vasitəsilə verilə bilər. XX əsrdə bu üsulun köməyi ilə meteoroloji məsələlərin həllində böyük nailiyyətlər əldə olunmuşdur. Məsələn, fizikanın ümumi qanunlarına əsaslanaraq atmosfer proseslərini təsvir edən differensial tənliklər tərtib olunmuşdur. Bu tənliklər mürəkkəb xarakterə malik olduğu ucun onlar ədədi üsullarla və kompüter texnikasının köməyilə həll olunur. Bütün bunların nəticəsidir ki, müasir dövrdə qeyri-adi güclü tədqiqat üsulu – atmosfer proseslərinin riyazi modelləşdirilməsi üsulu geniş tətbiq olunmağa başlanmışdır. Bu üsul əsasən havanın ədədi proqnozunun hazırlanmasında və iqlim nəzəriyyəsi məsələlərinin həllində çox geniş istifadə olunur. Məhz bu üsul atmosferin və onun okean və Yer səthi ilə qarşılıqlı əlaqələrinin öyrənilməsinin əsas üsullarından biridir.
Tezlik
Tezlik (ing. frequency) — vahid zamandakı rəqslərin sayıdır. Düsturla ifadəsi belədir: n = 1 T {\displaystyle n={\frac {1}{T}}} yaxud, n = N t {\displaystyle \mathrm {n={\frac {N}{t}}} } . Burada T - period, N - rəqs sayı,t - zaman, f (yaxud n) isə tezlikdir. Tezliyin vahidi hers adlanır (Hs). Cisim 1 saniyədə 1 tam rəqs edirsə onun tezliyi 1 Hs-dir.
Daşıyıcı tezlik
Daşıyıcı tezlik(carrier frequency)– informasiyanın ötürülməsi üçün istifadə olunan modemlərdə və elektron şəbəkələrdə tətbiq olunan yüksək tezlikli siqnal. Bu siqnal Herslə (Hs) – bir saniyədəki rəqs dövrlərinin sayı ilə ölçülür və informasiyanı kodlaşdırmaq üçün tezliyə və ya amplituda görə modullaşır (müəyyən alqoritm üzrə dəyişir). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == What is carrier frequency?
Təhsil
Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir. Təhsil əksərən təhsilverənin bələdçiliyi ilə həyata keçirilir, ancaq öyrənənlər özləri özlərinə də təhsil verə bilərlər. Təhsil rəsmi və qeyri-rəsmi üslubda həyata keçirilə bilər və kiminsə düşünməsi. hiss etməsi. yaxud fəaliyyət göstərməsi üsuluna formalaşdırıcı təsiri olan hər hansı təcrübə də təhsilə aid hesab edilə bilər. Öyrətmənin metodologiyasına pedaqogika deyilir. Ümumilikdə rəsmi təhsil formal olaraq məktəbəqədər və ya bağça, ibtidai məktəb, orta məktəb və daha sonra kollec, universitet, yaxud şəyirdlik kimi mərhələlərə bölünür. Təhsil almaq hüququ bəzi dövlətlər və BMT tərəfindən tanınmışdır. Əksər regionlarda müəyyən yaşa qədər təhsil icbaridir.
Təklif
Təklif - istehsalçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda satmağa hazır və imkanı olduğunu göstərir. Tələb kimi, o, qrafikdə əyri kimi ifadə olunur, və əsasən qiymətdən müsbət və ya düz şəkildə asılıdır. Təklifə də müvafiq olan qanun mövcüddur: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı təklifin artmasına da səbəb olur. Qiymət istehsalçı üçün gəlirin göstəricidir, ona görə də yüksək qiymət onu bazara daha çox mal təklif etmək və satmaq təşviq edir. İstehlakçıların müəyyən zaman kəsiyində satmaq istədikləri və satmağa qadir olduqıarı əmtəə və ya xidmətlərin miqdarına təklifin həcmi deyilir. Təklifin artımına (təklif əyrinin sağa çəkilməsi) və ya azalmasına (təklif əyrinin sola çəkilməsi) səbəb ola bilən bir neçə amillər mövcüddur. Bunlardan: Vəsaitlərin qiyməti. İstehsalın xərcləri və təklif arasında sıx əlaqə var. Hər əlavə ədəd istehsal etmək üçün daha baha vəsaitlərə pul ayrılmaq lazımdır. Misal üçün, əgər ağacın qiyməti düşsə, kağızın təklifi artıra bilər.
Təklik
Tənhalıq - insanın emosional vəziyyətlərindən biri. Psixoloji kökləri vardır, sosial izolyasiya nəticəsində yaranır, digər insanlarla emosional əlaqələr mövcud olmadıqda meydana gəlir. İki tənhalıq tipi vardır : pozitiv (özünə qapanma və yaradıcılığı gətirib çıxaran) və neqativ (cəmiyyətdən təcrid olunma). Bir qayda olaraq tənhalıq neqativ anlamda qəbul edilir. Psixologiya İnsan Belyaev, Igor A. and Lyashchenko, Maksim N. (2020) “Socio-cultural determinacy of human loneliness”, Journal of Siberian Federal University. Humanities and Social Sciences, vol. 13, no. 8, pp. 1264–1274, DOI: 10.17516/1997-1370-0640.
Təmsil
Təmsil (danışıq dilində - Məsəl) — ən qədim janrlarından biri. Bitki və heyvanların insanların xüsusiyyətləri ilə təsviridir və həcmcə kiçik olur, lakin dərin məna ifadə edir. Təmsilin əsas xüsusiyyəti tənqidi və satirik məzmunda olmasıdır. Sənətkar insanlara xas olan nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirir. Təmsildə təbiət cisimləri və heyvanlar şəxsləndirilir - insan kimi danışdırılır. Ədəbiyyatşünaslıqda buna təşxis deyilir. Təmsil əxlaqi-tərbiyəvi və nəsihətli səciyyə daşıyır. Adətən, təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində bildirir. Məsələn: M.Ə.Sabir "Qarğa və tülkü" təmsilinin sonunda belə bir əxlaqi-tərbiyəvi fikir bildirir: Təmsil əsasən nəzmlə yazılır. Dünya ədəbiyyatında nəsrlə yazılmış təmsillər də vardır.
Tənlik
Tənlik — məchulu olan bərabərlik. Dəyişənin (dəyişənlərin) tənliyi doğru bərabərliyə çevirən qiymətinə (qiymətlərinə) tənliyin kökü deyilir. Həqiqi ədədlər meydanında verilmiş tənlik üzərində aşağıdakı çevirmələrdən hər hansı biri aparılarsa, onunla eynigüclü olan tənlik alınar: Tənliyin hər tərəfinə eyni ədədi əlavə etmək olar. Tənliyin hər tərəfindən eyni ədədi çıxmaq olar. Tənliyin hər tərəfini 0-dan fərqli eyni ədədə vurmaq olar. Tənliyin hər tərəfini 0-dan fərqli eyni ədədə bölmək olar. Bir məchulu olan tənliklərə deyilir. Nümunə: x + 1 = 4 , x 2 + 3 = 2 x , 3 x = 9 {\displaystyle x+1=4,~x^{2}+3=2x,~3^{x}=9} İki məchulu olan tənliklərə deyilir. Məsələn, a, b, c hər hansı ədədlər, x və y məchul olduqda, ax+by=c tənliyində x və y məchul olduqlarına görə ikiməchulludur.
Təqlid
Təqlid — psixologiyada başqalarının hərəkət, əməl və işlərini təkrar etmək, yamsılamaq; bu zaman insanda rəftarın yeni formaları yaranır. Heyvanlarda təqlidin ibtidai formalarına təsadüf edilir. İnsanlarda təqlid keyfiyyətcə başqadır və xüsusi ilə uşaq yaşlarında yeni davranış formalarına yiyələnməkdə mühüm rol oynayır.
Təzhib
Təzhib sözü ərəbcə “zəhəb” (qızıl) kökündən yaranıb, “qızıllamaq, qızıllaşdırmaq” mənasına gəlir. Cəm şəklində “təzhibat” isə “qızılla bəzəmələr” deməkdir. Türk və İslam dünyasında yaranmış məşhur incəsənət növlərindən biridir. Təzhib sənətilə məşğul olan insanlara müzəhhib/müzəhhibə deyilir. İslamın yaranması və yayılması ilə başlayan təzhib sənəti, bütün İslam dövlətlərində xətt sənətiylə yanaşı tətbiq olunmuş və inkişaf etmişdir. Təməli İran və ətrafında atılan təzhib sənəti, ilk inkişafını, Təbrizdən başlamış, daha sonra Herat, Bağdad, Mosul, Konya, Karaman, Amasya, Harput, Sivas və s. davam etdirmişdir. Bölgələrə görə fərqliliklər görülsə də ümumiyyətlə bir üslub xətti vardır. Təzhib sənəti ilk dəfə Qurani-Kərimin təzhiblənməsiylə başlayan bir sənətdir. Quranı ilk təzhibləyən isə Həzrəti Əli olmuşdur.
Təzyiq
Təzyiq ( p ) {\displaystyle (p)} — kəmiyyətcə F {\displaystyle ~F} qüvvəsinə malik ümumi mühitin S {\displaystyle ~S} sahəsinə perpendikulyar təsir edən fiziki ölçü. Perpendikulyar təsir səthin vəziyyətindən asılı deyil. İstənilən halda F n {\displaystyle F_{n}} rastlaşdığı səthə təsir edir: p = d F n d S . {\displaystyle p={\frac {dF_{n}}{dS}}.} . Səthə orta təzyiq qüvvənin səthə nisbəti deməkdir: p c p = F n S . {\displaystyle {p_{\rm {cp}}}={\frac {F_{n}}{S}}.} Təzyiq fiziki ölçüdür. BS-də paskalla ölçülür. Bundan başqa təzyiqin aşağıdakı ölçü vahidləri mövcuddur. 1 Psi=6894,76 Pa 1 Bar=105 Pa 1 fiziki atmosfer=101330 Pa 1 Texniki atmosfer=98100Pa Təzyiqi ölçən cihaz manometrdir. E.R. Cohen et al, "Quantities, Units and Symbols in Physical Chemistry", IUPAC Green Book, 3rd Edition, 2nd Printing, IUPAC & RSC Publishing, Cambridge (2008).
Təhsil və Təlim Nazirliyi (Vyetnam)
Təhsil və Təlim Nazirliyi (vyet. Bộ Giáo dục và Đào tạo) — Vyetnamda ümumi, akademik təhsilin və ali təhsilin idarə olunmasına cavabdeh olan nazirlik. Peşə təhsili sahəsi Əmək, Əlillər və Sosial Məsələlər Nazirliyi tərəfindən idarə olunur. Nazirliyin ofisləri mərkəzi Hanoyda, Kodayvyet küçəsində yerləşir. Vyetnam sistemində bu nazirlik onun tabeliyində olan təhsil müəssisələrinin peşəkar fəaliyyətinə və tənzimlənməsinə cavabdehdir, lakin əsas dövlət universitetləri istisna olmaqla, mülkiyyət və maliyyə məsələləri onun məsuliyyətində deyil. Bundan başqa, Hanoy və Hoşimin şəhərində yerləşən Vyetnam Milli Universiteti birbaşa Baş nazirin aparatına tabedir. Təhsil müəssisələrinin əsas hissəsi, o cümlədən bütün məktəb səviyyəli ümumi təhsil müəssisələrinin inzibati və maliyyə məsuliyyəti vilayət və ya rayon hökumətlərinin tabeliyindədir. Bu hökumətlər Vyetnam Konstitusiyasına əsasən bir çox büdcə qərarlarında əhəmiyyətli muxtariyyətə malikdirlər. Bəzi müəssisələr, əsasən, ali təhsil səviyyələrində (orta və ali məktəblərdə) olmasına baxmayaraq, digər mərkəzi nazirliklər tərəfindən də idarə olunur. Nazirlik vilayət səviyyəli departamentləri (DoETs, E&T Departamentləri) saxlayır, onların nəzdində həmçinin rayon idarələri (BoETs, E&T Bürosu) və mərkəzi departamentlər var.
Fəzli
Fəzli Çələbi Füzulizadə (Əski əlifba ilə: فضلی چلبی فضولی زاده; c. 1543–1605) və ya daha çox bilinən adı ilə Fəzli (فضلی) – XVI əsrdə yaşamış və şeirlər yazmış şair. Onun yaradıcılığının əsasını Azərbaycan türkcəsində, farsca və ərəbcə yazdığı şeirlər təşkil edir. Məhəmməd Füzulinin oğlu olan Fəzli xronoqramlar yaratmaqda və şeirlərində tapmacalardan istifadə etməkdəki istedadına görə seçilməkdə idi. Yaradıcılığı zamanı həm əruz, həm də heca vəznində şeirlər yazmışdır. == Adı == Fəzlinin əsl adı Fəzli Çələbi Füzulizadədir. O, Fəzli ləqəbi ilə şeirlər yazmışdır. Fəzli sözünün mənası "comərdlik və ya bolluq" anlamına gəlməkdədir. Mütəxəsislər bu anlam ilə onun atasının ləqəbinə işarə etdiyini bildirirlər. Belə ki, atasının ləqəbi olan Füzuli sözünün mənası da "qürurlu, çoxlu", həm də "uca, üstün, fəzilətli" kimi tərcümə olunur.
Qəzli
Qəzli (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Qəzli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd.
Təbil
Təbil - eramızdan əvvəl yaradılmış qədim zərb alətidir. "Kitabi-Dədə Qorqud" dastanında təbilin adı çəkilir. Klassik şairlərimizdən Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məsihi və başqaları öz şeirlərində təbili vəsf etmişlər Nizami "İsgəndərnamə" poemasında yazır: Təbildən müxtəlif məqsədlərlə istifadə olunurdu: qoşunu döyüşə ruhlandırmaq, karvanı səfərə səsləmək, informasiya vasitəsi kimi və s. Əfrasiyab Bədəlbəyli "Musiqi lüğəti" kitabında yazır: "Sağanağının hər iki tərəfinə dana və ya qoyun dərisi çəkilir və sonradan xüsusi ağacla çalınır. Təbil öz konstruksiyası etibarilə nağaraya bənzəyir, lakin təbilin sağanağı xeyli böyük, həm də çəllək kimi ellips şəklində olur".
Təcil
Təcil — sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zaman fəsiləsinə nisbətinə bərabər olan fiziki kəmiyyət . Cismin təcillənməsi Nyutonun ikinci qanununda göstərildiyi kimi cismə təsir edən qüvvələrin əvəzləyicisinin hesabına baş verir. Beynəlxalq vahidlər sistemində (BS) təcilin vahidi metr bölünsün saniyə kvadratıdır ( m s a n 2 {\displaystyle m \over san^{2}} ). Təcil vektorial kəmiyyətdir (yəni həm qiyməti həm də istiqaməti ilə müəyyən olunur) və paraleloqram qanununa görə cəmlənir. Bir vektor kimi hesablanan əvəzləyici qüvvə cismin kütləsi (skalyar kəmiyyətdir) ilə onun təcilinin hasilinə bərabərdir. Misal üçün bir avtomobil hərəkətsiz haldan (başlanğıc sürəti 0 olan haldan) düz xətt boyunca sürətini artıraraq hərəkət edərkən, təcilin istiqaməti hərəkət istiqamətində yönəlir. Əgər avtomobil dönərsə, təcil istiqamətini dəyişərək yeni istiqamət alır. Bu misalda avtomobildəki sərnişinlərin müşahidə etdiyi onları oturacağa doğru itələyən və ya basan qüvvəni maşının təcili və ya xətti təcil adlanır. Avtomobil istiqamətini dəyişərkən avtomobildəki sərnişinlər onları yan tərəfə doğru itələyən qüvvələrin yarandığını müşahidə edəcəklər belə təcil qeyri xətti təcil adlanır. Əgər avtomobil sürətini azaldarsa, bu zaman təcil avtomobilin hərəkət istiqamətinin əksinə yönəlir və buna bəzən yavaşıma deyilir.Yavaşıma zamanı sərnişinlər onları önə doğru itələyən qüvvənin meydana gəldiyini müşahidə edirlər.Riyazi olaraq yavaşımanın ayrıca bir düsturu yoxdur,hər ikisidə surət dəyişməsidir.
Tədil
Tədil — Ərəb dilində "tərifləmək" mənasını verir. Ravinin ədalətli olduğuna hökm etməyə deyilir. Ravinin ədalət sahibi olduğunu hökmünü verənə isə muaddil deyilir. Ravinin ədalətli olmasını ifadə edən bir sıra terminlər vardır ki, onlara tədil ləfzləri deyilir. Hədis Siqə (termin) Səduq (termin) Mutqin (termin) Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Əzgil
Əzgil (lat. Mespilus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Almayabənzər meyvələri olan əzgil (muşmula) ağacı Zaqafqaziyada (Azərbaycanın dağ-meşə rayonlarında), eləcə də Krımda geniş yayılmışdır. Yabanı halda yayılan əzgilin meyvələri sarı-qonur rəngdə olur, çox xırdadır, lət hissəsi kobud, dadı turşməzədir. Lakin becərilən əzgilin meyvələri sarı rəngli olub, iridir və dadı şirindir. Meyvəsində müxtəlif növ şəkərlər, üzvi turşular, aşı və pektin maddələri, eləcə də C vitamini, az miqdarda isə karotin vardır. Xalq təbabətində tam yetişməyən əzgil meyvəsindən bişirmə və dəmləmə formasında şəkərlə qarışdırıb, uşaqlarda baş verən ishala və dezinteriyaya qarşı istifadə edirlər. Əzgilin meyvələrindən, həmçinin böyrək xəstəliklərində, şirəsindən isə xroniki mədə-bağırsaq xəstəliklərində, mədənin həzmolma prosesini yaxşılaşdıran və köpü azaldan dərman kimi işlədilir. Bundan başqa, əzgil qənnadı sənayesində hazırlanan məmulatların tərkibinə də qatılır. Əzgilin meyvəsinin illik ehtiyatı olduqca çoxdur.
Xəlil
Xəlil — kişi adı. Xəlil Rza Ulutürk — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi. Xəlil bəy Xasməmmədov — Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimi. Xəlil Məmmədov — Azərbaycan-sovet hərbi və dövlət xadimi, Sovet İttifaqı Qəhrəmanı (1945). Xəlil Məliki — İranlı sosialist, intellektual və siyasi xadim.
Yüksək tezlik çəpərləyicisi
Yüksək tezlik çəpərləyicisi - elektrik veriliş xəttinin (EVX) faz naqilinin əvvəlində və sonunda quraşdırılan, yüksək tezlik kanalının işçi tezliyinə yüksək müqavimət göstərən, sənaye tezliyində (50 Hs) isə kiçik müqavimət göstərən elektrotexniki cihazdır. Yüksək tezlik çəpərləyiciləri yüksək gərginlik elektrik veriliş xətlərində (10, 35-750 kV) əks-qəza avtomatikası, rele mühafizəsi, telefon əlaqəsi, telemexanika, modulyasiya olunmuş yüksək tezlik (24-1000 kHs) siqnallarının ötürülməsini təmin etmək məqsədilə yüksək tezlikli kanallar yaratmaq üçün istifadə olunur. Siqnallar faza naqili vəya ildırımötürən trosla ötürülür. Yüksək tezlik çəpərləyicisi yüksəktezlik kanalındakı təsirləri təcrid edən yüksəktezlikli filtirdir. Çəpərləyici tənzimləyici elementə paralel qoşulmuş nüvəsiz güc reaktorundan (nominal induktivliyi 0.25...2.0 mHn olan induktiv dolaq), həmçinin mühafizə qurğusundan ibarətdir. Reaktor bir, iki və ya üç sarğılı dolağa izoləedici materialla sarınmış alüminium (və ya mis) naqildir. Sazlama elementi yüksək tezlik çəpərləyicisini müxtəlif çəpərləmə diapazonuna sazlamağa imkan verir. Sazlama elementi induktiv sarğacdan, kondansatordan və müqavimətdən ibarətdir. Mühafizə qurğuları sazlama elementini ifratgərginlikdən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Qoruyucu cihaz olaraq, ifratgərginlik məhdudlaşdırıcıları və ya ventil boşaldıcıları götürülə bilər.
Mel tezlik kepstral əmsallar
Mel tezlik kepstral əmsallar – kepstrin filtrlər bankından istifadə edilməklə mel-şkala üzrə paylanmış qiymətləridir. MFCC əlamətlərin çıxarılması alqoritminə aşağıdakı mərhələlər daxildir: seqmentlərə bölmə, sürətli Furye çevirməsi, dəyişilmiş spektrin loqarifmi, diskret kosinus çevirməsi. Adətən, əlamətlər vektorunu formalaşdırmaq üçün MFCC əmsalların sayı 12-yə bərabər seçilir. Enerjinin loqarifmi də 13-cü əmsal kimi əlavə olunur. Ən relevant məlumat ilk 6 əmsalda olur. Əlavə əmsalların götürülməsi konkret hal və diktorla müəyyən edilir. Delta- və delta-delta əmsalları da əlavə etməklə MFCC əlamətlər vektorunun ölçüsü 39-a bərabər ola bilər: • enerji, Δ-enerji, ΔΔ-enerji; • 12 kenstral əmsal; • 12 Δ-əmsal; • 12 ΔΔ-əmsal. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
VFD (tezlik dəyişən sürücü)
Tezlik dəyişən sürücü, VFD (ing. Variable Frequency Drive) —asinxron (və ya sinxron) elektrik mühərrikinin rotor sürətini idarə etmək üçün bir sistemdir.
Cəlil
Cəlil — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmış şəxslər Cəlil Məmmədquluzadə — yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik Cəlil bəy Bağdadbəyov — aktyor, Azərbaycanın əməkdar artisti Cəlil bəy Sultanov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı Cəlil Sadıxov —Azərbaycanın Ukraynada ilk səfiri. Cəlil Vəzirov — teatrşünas. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Cəlil Kiyekbayev Cəlil Xəlilov Cəlil Xəlilov (geoloq) Cəlil Xəlilov (polkovnik) Cəlil Xəlilov (tərcüməçi) == Həmçinin bax == Cəlilzadə Cəlilov Cəlilli — Tovuz rayonunun inzibati ərazi vahidində kənd.
Tətil
Tətil (it. və isp. basta! «yetər! bəsdir!») — işəgötürəndən və ya hökumətdən hər hansı tələblərin yerinə yetirilməsini tələb etmək üçün təşkilatda və ya müəssisədə kollektiv şəkildə işin dayandırılması; əmək mübahisələrinin həlli yollarından biridir. Hücum tətili tətilçilərin yaşayış və iş şəraitinin yaxşılığa doğru dəyişməsini tələb etdikləri tətildir. Müdafiə tətili - tətilçilərin daha pis yaşayış və iş şəraitinin dəyişdirilməsinə müqavimət göstərdiyi tətil. Siyasi tətil - işçilərin siyasi xarakterli tələblər irəli sürdüyü tətil (hökumət dəyişikliyi, qanunvericilikdə dəyişikliklər və s.). O, öz təbiətinə görə adətən milli ölçülərə çatır və cəmiyyətin və tarixin siyasi həyatında dönüş nöqtələrində mühüm amilə çevrilir (məsələn, 1905-ci il Ümumrusiya Oktyabr siyasi tətili). Yazıçı Amennaxt tərəfindən papirusda qeydə alınan tarixdə məlum olan ilk zərbə Qədim Misirdə, Firon III Ramsesin hakimiyyəti dövründə baş verib.
Təvil
Təvil (Vərziqan)
Teofil
Antióxiyalı Teofíl (yun. Θεόφιλος Αντιοχείας; d. ? - ö. 180 və ya 181) — II yüzillikdə yaşayan xristian apologeti, Antioxiyanın episkopu (169-cu ildən), xristian kilsəsinin müqəddəsi. Qnostiklər, markionçular kimi çeşidli xristian hereslərinə (küfrlərinə) qarşı mübarizə aparmışdır. Suriyalı idi. Teofilin dünyagörüşü Tatiana yaxın idi. O da hesab edirdi ki, yunanlar özlərinə aid edən hər bir yaxşı şeyi yəhudilərdən alıblar. Sonradan aldıqlarına yenilik gətirməklə onların mahiyyətlərini dəyişdiriblər.
Enlil
Enlil — Şumer-Akkad mifologiyasında baş tanrı. == Ümumi məlumat == Şumer allahı Enlil (bunu çox vaxt «küləklər hökmdarı» kimi tərcümə edirlər) baş allah mövqeyinə qaxdı. O, talelər cədvəlinə malik idi və bunun sayəsində dünyanın taleyini qabaqcadan görə bilirdi. Eyni zamanda təbiətin məhsuldarlığı və adamların həyatı haqqında də hökm verə bilirdi. Enlil təbiətin dağıdıcı qüvvələri– tufan, daşqın və s. hakimi olduğundan öz şıltaqlığına əsasən adamları cəzalandıra bilərdi. Adamları, eləcə də yer üzərində mövcud olan bütün canlıları məhv etmək üçün dünya daşqınını o göndərmişdir. Mifoloji qəhrəmanlar Bilqamıs (Gilqameş) və Enkidunun başına gələn bütün bəlaların da səbəbkarı odur. Bütün bu misallar bir daha göstərir ki, atası Anu kimi Enlil də qorxunc cəza verən tanrı imiş və insanlar üçün onun etimadını qazanmaq olduqca çətin olmuşdur.
Tezis
Tezis termini aşağıdakı mənalarda istifadə oluna bilər: Tezis — məntiqdə həqiqiliyi (doğruluğu) doğru olub-olmadığı əsaslandırılmalı, sübut olunmalı olan müddəa, fikir; Məsələn, tezis irəli sürmək, öz tezisini müdafiə etmək; Tezis — məruzə, mühazirə, məlumat və s.-nin adətən yazılı surətdə, təfsilatsız ifadə olunan əsas fikirlərinin qısa xülasəsi; Məsələn, tezis yazmaq, mühazirənin tezisləri; Tezis — Hegelin idealist fəlsəfəsində: dialektik inkişafın əsas pilləsi, triadanın (tezis, antitezis, sintez) ilk anı; Tezis — elmi əsərin, məqalənin və s.-nin əsas müddəaları; Tezis — məruzənin, mühazirənin, əsərin məğzinin və ya ətraflı məzmununun qısa ifadə edilməsi. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.