TEZLƏŞMƏK
TEZLİK
OBASTAN VİKİ
Tezlik
Tezlik (ing. frequency) — vahid zamandakı rəqslərin sayıdır. Düsturla ifadəsi belədir: n = 1 T {\displaystyle n={\frac {1}{T}}} yaxud, n = N t {\displaystyle \mathrm {n={\frac {N}{t}}} } . Burada T - period, N - rəqs sayı,t - zaman, f (yaxud n) isə tezlikdir. Tezliyin vahidi hers adlanır (Hs). Cisim 1 saniyədə 1 tam rəqs edirsə onun tezliyi 1 Hs-dir.
Daşıyıcı tezlik
Daşıyıcı tezlik(carrier frequency)– informasiyanın ötürülməsi üçün istifadə olunan modemlərdə və elektron şəbəkələrdə tətbiq olunan yüksək tezlikli siqnal. Bu siqnal Herslə (Hs) – bir saniyədəki rəqs dövrlərinin sayı ilə ölçülür və informasiyanı kodlaşdırmaq üçün tezliyə və ya amplituda görə modullaşır (müəyyən alqoritm üzrə dəyişir). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == What is carrier frequency?
Yüksək tezlik çəpərləyicisi
Yüksək tezlik çəpərləyicisi - elektrik veriliş xəttinin (EVX) faz naqilinin əvvəlində və sonunda quraşdırılan, yüksək tezlik kanalının işçi tezliyinə yüksək müqavimət göstərən, sənaye tezliyində (50 Hs) isə kiçik müqavimət göstərən elektrotexniki cihazdır. Yüksək tezlik çəpərləyiciləri yüksək gərginlik elektrik veriliş xətlərində (10, 35-750 kV) əks-qəza avtomatikası, rele mühafizəsi, telefon əlaqəsi, telemexanika, modulyasiya olunmuş yüksək tezlik (24-1000 kHs) siqnallarının ötürülməsini təmin etmək məqsədilə yüksək tezlikli kanallar yaratmaq üçün istifadə olunur. Siqnallar faza naqili vəya ildırımötürən trosla ötürülür. Yüksək tezlik çəpərləyicisi yüksəktezlik kanalındakı təsirləri təcrid edən yüksəktezlikli filtirdir. Çəpərləyici tənzimləyici elementə paralel qoşulmuş nüvəsiz güc reaktorundan (nominal induktivliyi 0.25...2.0 mHn olan induktiv dolaq), həmçinin mühafizə qurğusundan ibarətdir. Reaktor bir, iki və ya üç sarğılı dolağa izoləedici materialla sarınmış alüminium (və ya mis) naqildir. Sazlama elementi yüksək tezlik çəpərləyicisini müxtəlif çəpərləmə diapazonuna sazlamağa imkan verir. Sazlama elementi induktiv sarğacdan, kondansatordan və müqavimətdən ibarətdir. Mühafizə qurğuları sazlama elementini ifratgərginlikdən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Qoruyucu cihaz olaraq, ifratgərginlik məhdudlaşdırıcıları və ya ventil boşaldıcıları götürülə bilər.
Mel tezlik kepstral əmsallar
Mel tezlik kepstral əmsallar – kepstrin filtrlər bankından istifadə edilməklə mel-şkala üzrə paylanmış qiymətləridir. MFCC əlamətlərin çıxarılması alqoritminə aşağıdakı mərhələlər daxildir: seqmentlərə bölmə, sürətli Furye çevirməsi, dəyişilmiş spektrin loqarifmi, diskret kosinus çevirməsi. Adətən, əlamətlər vektorunu formalaşdırmaq üçün MFCC əmsalların sayı 12-yə bərabər seçilir. Enerjinin loqarifmi də 13-cü əmsal kimi əlavə olunur. Ən relevant məlumat ilk 6 əmsalda olur. Əlavə əmsalların götürülməsi konkret hal və diktorla müəyyən edilir. Delta- və delta-delta əmsalları da əlavə etməklə MFCC əlamətlər vektorunun ölçüsü 39-a bərabər ola bilər: • enerji, Δ-enerji, ΔΔ-enerji; • 12 kenstral əmsal; • 12 Δ-əmsal; • 12 ΔΔ-əmsal. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
VFD (tezlik dəyişən sürücü)
Yüksək tezlikli ticarət
Yüksək tezlikli treydinq, yüksək tezlikli ticarət (ing. high-frequency trading, HFT) — maliyyə bazarlarında alqoritmik ticarətin əsas formasıdır, müasir avadanlıq və alqoritmlərdən qiymətli kağızların sürətlə ticarəti üçün istifadə olunur. HFT, kompüterlərin saniyənin bir hissəsində mövqeləri alqı-satqısı etdiyi xüsusi ticarət strategiyalarından istifadə edir. 2009-cu ildə yüksək tezlikli ticarətin ABŞ bazarlarındakı əməliyyatların ümumi həcminin 60-73% -ni təşkil etdiyi təxmin edilirdi, 2012-ci ildə bu pay təxminən 50% -ə düşdü. == Təsviri == Yüksək tezlikli treyderlər hər ticarətdə kiçik bir qazanc əldə etmək üçün (bəzən səhm yüzdə fraksiya səviyyəsində) qısa müddətli mövqeləri böyük həcmdə açır və bağlayırlar. HFT şirkətləri çox kapital tələb etmir, mövqelər yığmırlar və bir gecə ərzində portfel saxlamırlar. Nəticədə, yüksək tezlikli ticarət üçün potensial Sharpe nisbəti (risk və mükafat ölçüsü) alış və saxlayın kimi ənənəvi strategiyalardan on qat daha yüksəkdir Ümumiyyətlə, HFT alverçiləri yalnız bir-biri ilə rəqabət aparırlar, lakin uzunmüddətli investorlarla rəqabət etmirlər . HFT şirkətləri ticarət başına az gəlirliliyə sahibdirlər, lakin milyonlarla əməliyyatla yüksək həcmdə ticarət edirlər. Yüksək tezlikli ticarət texnologiyalarının inkişafı üçün stimullardan biri, əməliyyatlar üçün sifarişlərin ötürülməsindəki müxtəlif gecikmələrin əvvəlcədən məlumat əldə edənlərə üstünlük verdiyi (məsələn, daha az gecikmə ilə rabitə kanallarından istifadə etmək) üstünlük verən strategiyanın hazırlanması idi . == Texnoloji üsulları == Yüksək tezlikli ticarət birjanın ticarət sisteminin yerləşdiyi eyni məlumat mərkəzində ticarətə birbaşa giriş və avadanlıq yerləşdirmə üstünlüyünə malikdir.

Digər lüğətlərdə