Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Live from Le Cabaret
Live from Le Cabaret — Maroon 5 qrupunun canlı albomu.
Nazaret
Nazaret (ivr. ‏נָצְרַת‏‎, Nasaret və ya Nasrat; ərəb. الناصرة‎, ən-Nasıra) — İsraildə tarixi şəhər. Bibliya, Əhdi-Cədidə görə İsa məhz burada doğulmuşdur.
Trafaret
Trafaret – [ital. trafaretto – deşilmiş]: bir yerə köçürülməli olan şəkil və ya yazı nümunəsi kəsilmiş nazik lövhə. Məsələn, naxışlı trafaret. Belə lövhənin (lövhəciyin) vasitəsilə alınan şəkil, yazı; basmaqəlib, şablon; üzərində çap olunan hərf, işarə və ya rəsm elementlərinə uyğun kəsikləri (boşluqları) olan lövhə. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Kabare
Kabare hər cür aktual mövzuya istehzalı, iynəli, satirik münasibətlə yanaşan, sosial tənqidə üz tutan teatr növüdür. Xüsusilə siyasi və sosial mövzulara diqqət yetirən kabaredə melodiyalar, rəqslər, eskizlər, monoloqlar, dialoqlar və hətta açıq şoular və qısametrajlı filmlər də yer alır. Kabare yumoristik və əyləncəli olsa da, əsasən ciddi teatr janrlarından biri hesab olunur. Kabare sözü fransızca meyxana mənasını verən cabaret sözündən götürülmüşdür.
Labret
Labret (Labretta) — pirsinq üçün istifadə edilən bəzək əşyası. Labret ştanqadan və bağlayıcı diyircəkdən ibarətdir. Standart ölçülər: qalınlığı 1,6 mm, uzunluğu 6 mm-dən 20 mm qədər ola bilər. Dodaq və qulaq pirsinqi üçün istifadə edilir. == Növlər == Labretin iki əsas növü vardır: Vertikal labret - dodağın vertikal deşilməsi. Daha çox dodağa perpendikulyar olaraq yerləşdirilən labret daha estetik görünür. Horizontal labret - dodağın horizontal deşilməsi. Burada hər şey daha çətindir: belə ki, deşik dodağa paralel olaraq gedir və əgər iynəni lazimi dərinlikdə deşilməzsə labret sonradan dəridən düşə bilər.
Tablet
Tablet (ing. Tablet, ing. Tablet computer) — rahatcasına insanla daşına bilən kiçik Kompüterdir və mobil Telefondan böyük olduğu halda onun ləms olunan (touch screen) səhifəsi var. Planşetdə kilidlər yerinə onun hiss olunan səhifəsilə ondan faydalanmaq olur.
Haya Hararet
Haya Hararet (ing. Haya Harareet, ivr. חיה הררית; 20 sentyabr 1931, Hayfa – 3 fevral 2021, Marlou[d], Cənub-Şərqi İngiltərə[d]) — İsrail aktrisası. == Həyatı == Haya Hararet 20 sentyabr 1931-ci ildə Hayfada anadan olmuşdur. Haya Hararetin aktrisalıq fəaliyyəti 1955-ci ildə İsraildə başlamışdır. Lakin Hararet bir neçə il sonra tanınmağa başladı. Bu, Çarlton Hestonla birlikdə çəkildiyi "Ben-Hur" filmində Esfir rolunu ifa edəndən sonra olmuşdu. 1961-ci ildə o, "Səhranın altına səyahət" filmində baş rola çəkilir. Onun bir aktrisa kimi fəaliyyəti o qədər də uzun çəkmir və daha bir neçə filmdə çəkiləndən sonra – 1964-cü ildə Hararet artıq heç bir filmə razılıq vermir. Haya həm də 1967-ci ildə çəkilmiş "Bizim ata yurdumuz" filminin ssenari müəlliflərindən biri idi.
Qrafik tablet
Qrafik planşet - (ing.graphics tablet, ru.графический планшет) – plastikdən hazırlanmış və səthinin altında elektron içlik olan yastı düzbucaqlı; koordinat qurğusu (məsələn, siçan, trekbol və s.) ilə birlikdə mühəndis və konstruksiya işlərinin yerinə yetirilməsində, eləcə də şəkillərin yaradılması və onlarla işləmək üçün istifadə edilir. Koordinat qurğusunu planşetin səthi üzərində hərəkət etdirdikdə qurğunun yeri (mövqeyi) sistem tərəfindən izlənir və ekranda göstəricinin mövqeyinə çevrilir. Qrafik planşetlə işləmək üçün, adətən, qələmdən (STYLUS) istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Tiaret vilayəti
Tiaret vilayəti (ərəb. تيارت‎) — Əlcəzairin 48 vilayətindən biri. Özündə 14 rayonu birləşdirən Tiaret vilayətinin ərazisi 20 674 Km2-dır. == Ərazisi == Tiaret vilayətinin ərazisi 20 674 Km2-dır. Tiaret vilayətinə 14 rayon daxilidir. Vilayətin paytaxtı Tiaret şəhəridir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Tiaret vilayətinin əhalisi 846 824 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Ticarət
Ticarət iqtisadiyyatın bir sahəsidir. Alqı-satqı və xidmət sahələri ilə müşayiət olunan sahibkarlıq fəaliyyəti. Ticarət topdan və pərakəndə ticarətə bölünür. Ölkələr arasında ticarət istiqamətinə görə import və eksport adlanır. == Ədəbiyyat == Əliyev F. M. XVIII əsrin birinci yarısında Azərbaycanda ticarət Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine / Red. H. B. Abdullayev, Ə. Ə. Rəhmani ; Azərbaycan SSR EA Tarix İnstitutu. — Bakı : Azərb. SSR EA, 1964. — 122 s.
Təbabət
Tibb (Ərəbcə: طب ) — insan sağlamlığını qorumaq və möhkəmləndirmək üçün müxtəlif xəstəlikləri və patoloji vəziyyətləri öyrənən, insan orqanizmində normal və patoloji proseslərin tədqiqatı üzrə elmi və praktik fəaliyyət sahəsidir. Elmi və praktiki fəaliyyətin bir istiqaməti olub, xəstə və sağlam insanların orqanizmində gedən prosesləri öyrənir, onların sağlamlığını qoruyur və xəstəliklərin müalicə üsullarını işləyib hazırlayır.
Nazaret Gürcü yazıları
Nazaret Gürcü yazıları — 1955–1960-cı illərdə, arxeoloq Belarmino Baqatinin rəhbərlik etdiyi arxeoloji qazıntılar nəticəsində, Nazaretdə tapılan divar yazıları.Yazılar Nazaret şəhərinin kilsəsi altında yerlaşən köhnə kilsənin qalıntılarında tapılıb. Arxeoloji üsulla təsdiqlənmişdir ki yazılar 427-ci ildən gec olmayaraq yazılmışdır, çünki 427-ci ildə çıxarılan fərman ilə köhnə kilsənin döşəmə rəsmində istifadə edilən xaçlar sonradan qadağan edilmişdir. Tarixi mənbələrə görə, Gürcü yazıları Nazaret Kilsəsində 330–427 illər ərzində yazıla bilərdi. Nazaret kilsəsinin Gürcü yazıları Zaza Aleksidze tərəfindən araşdırılmışdır. Bu gün Nazaret kilsəsinin yazıları divardan çıxarılmış və dünyanın müxtəlif muzeylərində saxlanılır. == Ədəbiyyat == Gürcüstanın ənənəvi mədəniyyətinin tarixi, Tbilisi, 2017. Z. Aleksidze, "Luvr, Sina dağı, Nazaret: Epiqrafik Etud", Tbilisi, 2000. B. Bagatti, Excavations in Nazareth.
Alqoritmik ticarət
Alqoritmik ticarət, və ya Alqoritmik treydinq (ing. Algorithmic trading) — xüsusi alqoritmik təlimatlardan istifadə edərək böyük bir sifariş qiyməti və həcminin öz xüsusiyyətləri və alt sifarişlərin hər biri ilə bir neçə alt sifarişə bölündüyü zaman böyük bir sifarişin yerinə yetirilməsinin bir üsuludur. Müəyyən bir zamanda icra üçün bazara göndərilir. Bu cür alqoritmlər treyderlərin kotirovkaları daim izləməməsi və böyük bir əmri kiçik olanlara əl ilə ayırması lazım olmadığı üçün icad edilmişdir. Məşhur alqoritmlər "Percentage of Volume", "Pegged", "VWAP", "TWAP", "Implementation Shortfall", "Target Close" adlanır. Alqoritmik ticarət qazanc əldə etmək deyil. Məqsəd böyük bir sifarişin yerinə yetirilmə xərclərini (əməliyyat dəyəri) azaltmaq, bazara təsirini minimuma endirmək (bazar təsiri) və uğursuzluq riskini azaltmaqdır.Avtomatlaşdırılmış ticarət sistemlərindən bəhs edərkən "alqoritmik ticarət" ifadəsi çox vaxt səhvən istifadə olunur. Bu sistemlərin həqiqətən qazanc əldə etmək məqsədi var. Ticarət strategiyalarının mürəkkəb riyazi düsturlar və sürətli məlumatların işlənməsinə əsaslandığı "qara qutu ticarəti" robotları olaraq da bilinirlər. == Tətbiqi == Alqoritmik ticarət, investisiya bankları, pensiya fondları və pay fondları tərəfindən geniş istifadə olunur.
Azad ticarət
Azad ticarət — idxal və ixracın ümumiyyətlə dövlətin müdaxiləsi olmadan həyata keçirilməsini nəzərdə tutan iqtisadi siyasətdir. Azad ticarət siyasəti dövlətin xarici ticarət üzərindəki yoxlamasından və vergi tətbiqindən tamamilə imtina etməsi mənasına gəlməyə bilər. == Tarix == Azad ticarət təlimi XIII əsrdə müdaxiləçi sistemlərə bir reaksiya olaraq ortaya çıxdı. Bu təlimə fizokratlarda, Devid Yumda və Adam Smitdə rast gəlinir. Azad ticarət anlayışı nəzəriyyəsinin təməlində Adam Smitin ölkələr arasındakı məhsuldarlığı və istehsalı artıracağı istiqamətindəki fikirləri durur. Ayrıca götürüldükdə bir ölkə, xüsusilə bəlli bir əmtəənin ən önəmli alıcısı və ya satıcısı kimi çıxış edirsə, xarici ticarətə məhdudiyyət qoyulmasından qazanc əldə edə bilər. Buna baxmayaraq praktikada yerli sənayelərin qorunması məqsədilə qoyulan məhdudiyyətlər müəyyən bir mərhələdən sonra ölkənin ümumi iqtisadi qazancı baxımından mənfi təsirlərə də səbəb olur. Azad ticarət, ən qəti formasıyla David Rikardo və Con Stüart Millin əsərlərində yer almışdır. Bu yazıçılarda millətlər arasındakı ticarət sərbəstliyi beynəlxalq əmək bölgüsü təməlinə söykənir. XIX əsrdə İngiltərədə Riçard Kobden və Mançester Birliyi, Fransada Frederik Bastiat və Mişel Çevaliyer tərəfindən müdafiə olunan azad ticarət, xüsusilə 1860-cı il Fransız-İngilis müqaviləsinin imzalanmasının müvəfəqiyyətə çatması ilə hiss olunsada, o tarixdən sonra II Dünya müharibəsinə qədər sürətli geriləmişdir.
Azərbaycanda təbabət
Azərbaycanda təbabət — Azərbaycanda xalq və elmi təbabətinin inkişafıdır. == Tarixi == Azərbaycanın Çalağantəpə yaşayış yerində aparılmış arxeoloji qazıntılar nəticəsində, e.ə. IV minilliyə aid və üzərində trepanasiya əməliyyatının izlərini daşıyan insan kəlləsi aşkar olunmuşdur. E.ə. VIII—IV əsrlərdə Azərbaycanın qədim əraziləri olan Manna və Midiya dövlətlərində tibb Assuriya və Babilistan tibbinin təsiri altında inkişaf edirdi. Atropatena və Qafqaz Albaniyası dövlətlərində tibb nəzəriyyəsi qədim Zərdüştilikdən gələn və yunanlar tərəfindən mənimsənilmiş dörd unsur (od, su, torpaq və hava) nəzəriyyəsinə əsaslanırdı. Hippokrat və Qalenin əsərləri və ümumiyyətlə qədim Yunan tibbi Ellinizm dövründə (e.ə. IV əsrdən sonra) yayılmağa başladı. Miladın IV əsrindən etibarən türkəçarə adlanan türk təbabəti (şamançılıq, cərrahiyyə, cadu və təbii dərman vasitələri ilə müalicə) daha geniş yayılmağa başladı. Həkimlərə türkcə qam (şaman), yaxud otaçı (otlarla müalicə edən həkim), dərmana isə ota deyirdilər.
Beynəlxalq ticarət
Beynəlxalq ticarət — dünya ölkələrinin xarici ticarətinin cəmi olan əmtəə-pul münasibətləri sistemi. Xarici ticarət dövriyyəsi bu və ya digər ölkənin ixracının və idxalının dəyərlərinin cəmidir. Xarici ticarətin dəyər həcmi müəyyən dövr üçün cari valyuta məzənnələrindən istifadə etməklə cari qiymətlərdə hesablanır. Xarici ticarətin fiziki həcmi daimi qiymətlərdə hesablanır və zəruri müqayisələri aparmağa və xarici ticarətin real dinamikasını müəyyən etməyə imkan verir. Dünya əmtəə dövriyyəsi bütün dünya dövlətlərinin ancaq ixraclarının həcmini toplamaqla müəyyən edilir və adətən ABŞ dollarında əks olunur. İxrac əməliyyatları özündə əmtəənin gəminin göyərtəsinə çatdırılması və yüklənmə limanında malın gəminin tutacağından göyərtəsinə keçirilməsi ilə əlaqədar xərcləri əks etdirən FOB (free on board – franko göyərtədə) qiymətləri əsasında hesablanır. İdxal əməliyyatlarının hesablanması özündə FOB şərtləri ilə yanaşı yükün sığortalanması ilə bağlı xərcləri əks etdirən CIF (cost, insurance, freight – dəyər, sığorta, fraxt) qiymətləri əsasında əks etdirilir. FOB və CIF “İnkoterms 2000” adlanan və kommersiya əməliyyatlarında istifadə edilən terminlərdən ikisidir. “İnkoterms 2000” haqqında bir qədər sonra daha geniş məlumat veriləcəkdir. Dünya ixracının həcmi dünya idxalının həcminə bərabər olmalıdır ki, çünki, bir ölkə tərəfindən ixrac edilən əmtəə digər ölkə tərəfindən idxal edilir.
E-ticarət
Elektron ticarət
Elektron ticarət və ya elektron kommersiya — onlayn xidmətlər və ya internet vasitəsilə məhsulların elektron şəkildə alınması və ya satışı fəaliyyəti. Elektron ticarət mobil ticarət, elektron pul köçürmələri, təchizat zəncirinin idarə edilməsi, internet marketinqi, onlayn əməliyyatların işlənməsi, elektron məlumat mübadiləsi (EDI), inventar idarəetmə sistemləri və avtomatlaşdırılmış verilənlərin toplanması sistemləri kimi texnologiyalardan istifadə edir. Elektron ticarət elektronika sənayesinin ən böyük sektorudur və öz növbəsində yarımkeçirici sənayenin texnoloji inkişafı ilə idarə olunur. == Formaları == Müasir elektron ticarəti iki kateqoriyaya bölmək olar. Birinci kateqoriya satılan malların növlərinə əsaslanan biznesdir. Bu, dərhal onlayn istehlak üçün "rəqəmsal" məzmun sifarişindən tutmuş ənənəvi məhsul və xidmətlərin sifarişinə, elektron ticarətin digər növlərini asanlaşdırmaq üçün "meta" xidmətlərə qədər hər şeyi əhatə edir. İkinci kateqoriya iştirakçının xarakterinə əsaslanır.İnstitusional səviyyədə böyük korporasiyalar və maliyyə institutları lokal və beynəlxalq biznesi asanlaşdırmaq üçün maliyyə məlumatlarını mübadilə etmək üçün internetdən istifadə edirlər. Məlumatların bütövlüyü və təhlükəsizliyi elektron ticarət üçün aktual məsələlərdir. Ənənəvi elektron ticarətdən başqa, mobil ticarət və televiziya ticarət terminləri də istifadə edilmişdir. == Logistikası == Elektron ticarətdə logistika əsasən yerinə yetirilmə ilə bağlıdır.
M-ticarət
M-ticarət — mobil rabitə vasitələrinin köməyilə alqı-satqı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Marjinal ticarət
Marjinal ticarət (ing. margin trading) — razılaşdırılmış məbləğ - marja təhlükəsizliyinə qarşı tacirə kreditlə verilən pul və / və ya maldan istifadə edərək spekulyativ ticarət əməliyyatlarının aparılması. Marjinal, sadə bir borcdan fərqlənir ki, alınan pul məbləği (və ya alınan malların dəyəri) girov məbləğindən (marji) bir qayda olaraq bir neçə dəfə çoxdur. Məsələn, ABŞ dollarına 100 min avro alqı-satqı müqaviləsi bağlamaq hüququnun verilməsi üçün broker ümumiyyətlə 2 min dollardan çox girov tələb edir. Belə borc vermək mümkündür, çünki marjinal ticarətində əməliyyatların məqsədi həmişə yalnız bir müddət sonra eyni məhsulun qiymətlərindəki fərqi əldə etməkdir və alınanları istehlak etmək deyil. Eyni zamanda, treyderə malların çatdırılması heç vaxt baş vermir, bu da malların zədələnməsi və ya itirilməsi riskini aradan qaldırır. Marjinal əməliyyatları mütləq "sövdələşməni bağlamaq" deməkdir, yəni "açılış" sövdələşməsinə münasibətdə bir cüt əks əməliyyat aparmaq - əgər birincisi məhsulun rubla alınmasıdırsa, o zaman bir müddət sonra eyni məhsul rubla satılacaq və özgəninkiləşdirilməyəcək və ya fərqli bir şəkildə istifadə olunmayacaq. Bu marjinal krediti verərkən bir treyder üçün mövcud olan vəsaitin bir əməliyyatdan yarana biləcək zərərin qaytarılması zəmanəti kimi izah edilməsinə imkan verir, yəni qiymətin özü deyil, mümkün zərərin miqdarı nəzərə alınır. Marjinal ticarəti treyderə eyni kapitalla əməliyyat həcmini artırmağa imkan verir. Əlavə olaraq, marjinal ticarəti zamanı, oxşar məhsulun sonrakı gözlənilən alınması ilə borc verilmiş bir məhsul satmağa və krediti natura (əmtəə) qaytarmağa icazə verilir.
Ticarət balansı
Ticarət balansı (ing. Trade balance) ― Tədiyyə balansında bir ölkənin mal alqı-satqısının, başqa sözlə idxal-ixracının balansı. İxracat miqdarı, xaricə satılan malların dəyərlərinin toplamına, İdxal miqdarı isə xaricdən ölkəyə girən malların dəyərləri toplamına bərabərdir. Buna əsaslanaraq, Ticarət balansı (Xarici ticarət balansı) ixrac ilə idxal arasındakı münasibətdir. Ölkənin ixracı, idxalından böyükdürsə, təmiz (net) ixracat 0-dan böyük olar və bu halda ölkənin xarici ticarət balansı artmış olar (müsbət balans). Bir sözlə Ticarət balansı müsbət olar. Əks halda isə, ölkə ixracı, idxaldan kiçik olarsa, təmiz (net) ixrac 0-dan kiçik olar. Bu halda ölkənin xarici ticarət açığı olar. Yəni ticarət balansi mənfi olar. Müsbət ticari balans ölkənin istehsal etdiyi məhsulların dunya bazarında tələbinin yüksək olmasının göstəricisidir.
Ticarət bloku
Ticarət bloku — blok üzvləri üçün ticarət maneələrini endirən və ya aradan qaldıran bir qrup ölkə. Ticarət bloku yaratmaq üçün ölkələr beynəlxalq müqavilələr bağlayırlar. İqtisadi inteqrasiyanın müxtəlif dərəcələrindəki ticarət blokları mövcuddur: Azad ticarət sahəsi Gömrük İttifaqı Ümumi bazar == Aktiv ticarət blokları == Bir sıra ölkələr iki və ya daha çox fərqli ticarət blokuna aiddir. Ticarət bloklarının təsnifatında təkrarlanmamaq üçün bu ölkələr ən aktiv ticarət bloklarından yalnız birinə həvalə edilmişdir. Blokların "fəaliyyəti" aşağıdakı üç meyara görə qiymətləndirilir: Əhəmiyyətli praktik nailiyyətlərin olması (yalnız blok üzvlərinin real hərəkətləri ilə dəstəklənməyən bəyannamələr deyil) Son (və ya müntəzəm) fəaliyyətlər (iclaslar, yeni müqavilələr, daxili prosedurlar) Gələcək iqtisadi inteqrasiya üçün iddialı planların olması və onun icrası üçün dəqiq bir son tarix.Xəritədəki müəyyən rənglər müxtəlif bloklar üçün dəfələrlə istifadə olunur. Tünd rəng tam bir penis deməkdir; açıq rəngli- assosiativ üzv, müşahidəçi, gələcək iştirakçı, namizəd və ya oxşar status.
Ticarət mərkəzi
Ticarət mərkəzi - müxtəlif məhsulların satışı mövzusunda ümumiyyətlə bir firma tərkibində bəzən də kooperativ olaraq fəaliyyət göstərən böyük satış mağazası. Mağaza, böyüklüyünə görə reyonlardan meydana gələ biləcəyi kimi bir mağazalar birliyi şəklində də ola bilər. Ən böyük alver mərkəzi 1986dan bu yana fəaliyyətdə olan və dünyanın ən böyük ticarət mərkəzi olaraq Ginnesin Rekordlar Kitabına girən Kanada Edmonton, Albertadakı "West Edmonton Mall"dır. Son illərdə insanlarda inkişaf edən ticarət mədəniyyəti fərqlilik göstərərək küçə mağazalarından şəhər ticarət mərkəzlərinə maraq artmışdır. Ticarət mərkəzləri insanlara ticarətin yanında əyləncə, kino, fəaliyyət və müxtəliflik kimi imkanlar da təqdim etdiyi üçün insanların mərkəz nöqtəsi halına gəlmişdir. Və böyük bir sürətlə bütün dünyada yeni ticarət mərkəzləri açılmaqdadır.
Transsəhra ticarət
Transsəhra ticarət yolu — Qərbi və Şimali Afrikanın böyük hissəsini əhatə edən ticarət əməliyyatları şəbəkəsi. Ticarət XX əsrin ortalarına qədər karvan yolları ilə aparılırdı. Sülh dövründə Böyük Səhranı keçmək və geri qayıtmaq təxminən 18 ay çəkirdi. Böyük Səhranı cənubdan şimala keçən iki əsas yol boyunca döyüş arabalarının təsvirləri aşkar edilmişdir. Bundan tədqiqatçılar belə nəticəyə gəlmişdilər ki, ticarət yolları qədim zamanlarda Böyük Səhradan keçmişdir.Artıq VIII əsrin ortalarında ərəblər Mərakeşin cənubundakı Sicilmasa ilə Mavritaniyadakı Audaqost arasında karvan yolu yaratmışdılar Böyük Səhranın qızılın gətirildiyi cənub kənarında Aralıq dənizi tacirləri məskunlaşmışdılar. Orada ərəb və bərbərlərin dəvə karvanları ilə şimaldan gətirilən məhsullar cənubdan vanqaralar tərəfindən idarə olunan eşşək karvanlarına yenidən yüklənirdi.
Ticarət kapitalı
Ticarət kapitalı — dövriyyə sferasında ayrıca kapitalistlər qrupunun işlətdiyi sənaye kapitalının təcrid olunmuş hissəsi. Onun xüsusi funksiyası malların və onlarda olan izafi dəyərin satışı prosesinə xidmət etməkdir. Kapitalizmdən əvvəlki formasiyalarda ticarət kapitalı kapitalın müstəqil və dominant forması idi. == Tarixi == Ticarət kapitalı kapitalist istehsal tərzinin doğulmasından çox əvvəl yaranmış və tarixən sənaye kapitalından əvvəl olmuşdur. Feodalizmin parçalanması dövründə o, kapitalist istehsal üsulunun formalaşmasına, xırda əmtəə istehsalçılarının məhvinin sürətləndirilməsinə, feodalların təsərrüfat təsərrüfatlarının bazar münasibətlərinə cəlb edilməsinə, mənfəət və mənfəət məqsədlərinə tabe edilməsinə fəal töhfə verib. zənginləşdirmə. Ticarət kapitalı regionlar və ölkələr arasında iqtisadi əlaqələrin inkişafında, milli və dünya bazarlarının formalaşmasında mühüm rol oynamışdır. == Ticarət kapitalının funksiyaları == Ticarət kapitalının fəaliyyətinin son məqsədi ticarət mənfəəti əldə etməkdir. Əmtəə kapitalının pul kapitalına, yəni satışa çevrilməsi. Ticarət kapitalı məcmu kapitalın dövriyyə sürətini sürətləndirir.
Ticarət müharibəsi
Ticarət müharibəsi (ing. trade war), Ticarət mübahisəsi (alm. Handelsstreit‎) — xarici bazarları (təhqiredici ticarət müharibəsi) ələ keçirmək və ya milli iqtisadiyyatın (müdafiə ticarət müharibəsi) ticarətin "işğalı" ticarəti ilə məşğul olmaq məqsədi ilə iki və ya daha çox dövlətin ticarət rəqabəti. == Xüsusiyyətləri == Ticarət müharibələrinin aparılması səbəbləri və metodlarının tədqiqi, geoiqtisadiyyat və dünya iqtisadiyyatı da daxil olmaqla müxtəlif elmlərin prerogatividir. Bir ticarət müharibəsi daha geniş "hərbi əməliyyatlar" bu qədər iqtisadi müharibənin bir hissəsi kimi keçirilə bilər. Klassik istiqamətdə olan iqtisadçılar ticarət müharibələri ilə mənfi aiddirlər, icraları onların icrası münaqişədə iştirak edən bütün ölkələrin iqtisadi quyuların azalmasına səbəb olur. Eyni zamanda, ticarət müharibələri bir çox nəzəri anlayışlar çərçivəsində, o cümlədən institusional və keynes dili nəzəriyyələri çərçivəsində nəzəri cəhətdən əsaslandırılmışdır. Hücum edən bir ticarət müharibəsi aparmağın əsas üsulları: ixrac gömrük tariflərini azaltmaq, ixrac kvotalarının artırılması, zibil qiymətlərindən istifadə, fövqəladə hallarda, iqtisadi blokada və embarqo istifadə olunur, istehlakçılara və ya ekologiyaya zərərli rəqiblərin elanı, bəyanatların beynəlxalq qaydalarının və normalarının və rəqiblərin istifadəsini və istifadəsini qadağan edən və ya əhəmiyyətli dərəcədə məhdudlaşdıran və ya əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə müşayiət oluna bilər.Müdafiə Ticarət Müharibəsinin metodlarına ticarət maneələrinin inşası daxildir: İdxal gömrük rüsumlarının artması (idxal olunan malların qiymətinin daxili qiymət səviyyəsinə qədər artması təmin edilməsi, boşaltmanın qarşısını almaq üçün), daxil olmaqla, bərabərləşdirici vəzifələrin istifadəsi də daxil olmaqla), İdxal kvotaların azaldılması, Ayrıfilsiz məhdudiyyətlərin tətbiqi - lisenziyalaşdırma proseduru və gömrük rəsmiləşdirilməsinin komplikasiyası ilə bağlı maneələr, İdxal olunan malların milli standartlara və texniki şəraitə uyğunluğu ilə çətinliklərin meydana gəlməsini təmin edən texniki maneələrin tətbiqi.Ticarət müharibəsinə rəhbərlik edən bütün ölkələrin müdafiə taktikasına riayət edildiyi təqdirdə, özünəməxsus "kollektiv autarxiya" imkanı var. Ticarət müharibələri tez-tez silahlı qarşıdurmalara, xüsusən də ticarət blokadasından keçmək cəhdləri halında inkişaf edir.
Abasət İsayev
Abasət İsa oğlu İsayev (7 oktyabr 1948, Kotam, Ordubad rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Abasət İsayev 1948-ci il oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kotam kəndində[mənbə göstərin] anadan olmuşdur. O, 1971-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakultəsini bitirib və AMEA Fizika İnstitutunda yarımkeçiricilər fizikası ixtisası aspiranturaya daxil olub.[mənbə göstərin] Burada selen yaımkeçiricisinin elektron xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparıb və 1976-cı ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Abasət İsayev 2017-ci ildə professor elmi adını alıb. === Elmi-pedeqoloji fəaliyyəti === Onun həm namizədlik, həm də doktorluq dissertasiyası kristal və amorf selen və selen əsasında olan yarımkeçirici sistemlərdə elektron proseslərinin tədqiqinə həsr olunmuşdur. Abasət İsayev tərəfindən ilk dəfə olaraq selen monokristalında bir sıra qeyri-tarazlıqlı proseslər (qalıq və mənfi fotokeçiricilik, foto və elektro-stimulyasiya effektləri, anomal fotokeçiricilik, fotocərəyanın alçaq tezlikli rəqsləri və s.) müşahidə edilmiş və həmin effektlərin kompleks şəkildə tədqiqi nəticəsində yükdaşıyıcıların generasiya-rekombinasiya proseslərini və dreyfini idarə edən müxtəlif təbiətli baryerlərin parametrləri təyin edilmiş, həmin proseslərin mexanizmi aydınlaşdırılmışdır.İsayev 1994-cü ildən Dövlət İmtahan Mərkəzi (DİM) ilə əməkdaşlıq edir və 2015-ci ildən Fizika institutunun magistrantlarına müxtəlif fənnləri tədris edir. O, 1994–2010-cu illərdə Bakı şəhərindəki 289 saylı məktəbdə (Zəngi liseyində) fizika fənnini tədris edib. Abasət İsayev 2004–2011-ci illərdə Azərbaycan Təhsil Nazirliyinin Fizika fənni üzrə Elmi-Metodiki Şurasının sədr müavini, 2008-ci ildən isə Dövlət İmtahan Mərkəzində Fizika fənni üzrə ekspert olmuşdur.[mənbə göstərin] == Elmi əsərləri == Abasət İsayev 130 elmi əsərin müəllifidir və bunlardan 60-ı ölkədən xaricdə, 40-ı isə beynəlxalq bazalarda indekslənmiş jurnallarda dərc olunmuşdur. O, 4 müəlliflik şəhadətnaməsi və patentin sahibidir. === Əsas elmi əsərləri === A.I. Isayev, S.I.Mekhtieva, N.Z.Jalilov, R.I, Alekperov, Localised states in the band gap of chalcogenide glass-like semiconductors of Se–As system with Sm impurity,Solid State Communications, 149, ISS 1-2, (2009) 45 А. И. Исаев, С.Н. Гарибова ,В.З.Зейналов Алекберов Р.И., Исследование оптических параметров халькогенидной полупроводниковой системы Se-As , содержащей примеси EuF3 Физика и техника полупроводников 2011, том45, вып,8,ст.1026-1030 A.I. Isayev, S. I. Mekhtieva, N. Z. Jalilov, R.I. Ələkbərov V.Z. Zeynalov.