Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
TASİS
TACIS (Technical Assistance for the Commonwealth of Independent States, Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım) — Avropa İttifaqının MDB ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədilə həyata keçirdiyi proqramdır. Proqram nou-hauların MDB ölkələrinə ötürülməsi üçün qrantlar verir. 1991-2007 illər arasında TACIS çərçivəsində Aİ tərəfindən 7,3 milliard avro ayırılıb. 2006-ci ildə təftiş komissiyası tərəfindən keçirilən araşdırma göstərib ki, proqram çərçivəsində 5 milliard avro qeyri-effektiv şəkildə xərclənilib. Məsələn, Rusiyadaki 29 layihədən ancaq 5-in nəzərəçarpacaq nəticəsi olmuşdu. Avropa Parlamentinin üzvləri proqramın dayandırılmasını tələb etmişlər. 2007-ci ildə TACIS ləğv olunmuşdu. Onu Avropa Qonuşuluq və Tərəfdaşlıq Proqramı (ing. European Neighbourhood and Partnership Instrument/ENPI) əvəzləndirib.
Tahsin Cəmil
Təhsin Cəmil — (türkcə: Tahsin Cemil, rumınca: Tasin Gemil) (d. 21 sentyabr 1943) – Əslən Krım tatarlarından olan Rumıniya tarixçisi, tərcüməçi, diplomat və siyasi xadim. O, 1998-2003-cü illərdə Rumıniyanın Azərbaycandakı səfiri olmuşdur. Həmçinin, Osmanlı dilini bilən Tahsin Cəmil Osmanlı imperiyası və Rumıniya tarixi barədə 100-dən çox məqalə yazmış, Osmanlı sənədlərini rumıncaya tərcümə etmişdir. Təhsin Cəmil 21 sentyabr 1943-cü ildə Rumıniyanın Dobruca bölgəsinin Məcidiyyə şəhərində milliyyətcə Krım tatarlarından olan ailədə anadan olmuşdur. O, doğma şəhərində ibtidai və orta təhsilini başa vurmuş və Yassı Universitetinin tarix və fəlsəfə fakültəsini bitirmişdir (1965). Universiteti bitirdikdən sonra yaradıcılıq fəaliyyətini davam etdirmiş, dissertasiya müdafiə edərək elmlər doktoru dərəcəsini almışdır. Təhsin Cəmil Nafiyə Cemil ilə evlidir və 1970-ci il təvəllüdlü bir qız atasıdır. Təhsin Cəmil ana dili olan tatar və təhsil aldığı rumın dilindən başqa türk, Azərbaycan, türkmən, özbək, qazax, qırğız, ingilis və fransız dillərini bilir. O, Yassıdakı A.D.Xenopol adına Tarix və Arxeologiya İnstitutunda, daha sonra Buxarestdəki Nikolay İorga adına Tarix İnstitutunda çalışmışdır.
Tahsin Paşa
Həsən Tahsin Paşa (1846, Konstantinopol – 1930, İstanbul) — Osmanlı bürokratı. II Əbdülhəmid dövründə 1894-1908-ci illəri arasında Mabeyn-i Hümayunun baş katibi - sultanın şəxsi katibi kimi fəaliyyət göstərmişdir. Məsud Əfəndinin ailəsində dünyaya gəlmiş, Rüşdiyədəki təhsilini tamamladıqdan sonra 11 iyun 1870-ci ildə 11 yaşında Sədarət Məktubi Qələminə (Yazı idarəsinə) daxil olmuşdur. Daha sonra Daxiliyyə Nəzarəti (Daxili İşlər Nazirliyi) Məktubi Qələmində vəzifəyə təyin edilmiş və həmin idarədə baş katib kimi işləmişdir. 7 iyul 1888-ci ildə vəzifəsi yüksəldilərək, Bəhriyyə Nəzarəti (Dəniz Nazirliyi) Məktub Şöbəsinə göndərilmişdir. Qabiliyyəti, ləyaqəti və dürüstlüyünə görə Sultan II Əbdülhəmid tərəfindən 26 noyabr 1894-cü ildə Sürəyya paşanın vəfatı ilə boş qalmış Mabeyn baş katibliyinə təyin olunmuş və bu vəzifədə 4 avqust 1908-ci ilə qədər qalmışdır. II Məşruyyətin (Konstitusiyanın) elanından sonra ittihadçılar tərəfindən Mehmet Rza paşa, Ratıb paşa, Zəki paşa ve Şehremini Rəşid paşa ilə birlikdə Saqqız adasına sürgün edilmişdir. Bir müddətdən sonra əfv edilmiş ve sürgündən geri dönmüşdür. Türkiyədə cümhuriyyətin elanından sonra Təkəl Tütün Deposunda baş katib kimi işləmişdir. 1930-cu ilində İstanbulda vəfat etmişdir.
Tahsin Yazıcı
Tahsin Yazıcı (1892-ci il Monastır, Osmanlı İmperiyası – 11 fevral 1970-ci il Ankara, Türkiyə) — Türkiyə ordusunun general-mayoru və siyasətçisi. Tahsin Yazıcı 1892-ci ildə Osmanlı İmperiyası, Monastrda, Əli Bəy və Qənimət Xanımın ailəsində anadan olmuşdur. 1909-cu il noyabrın 1-də Osmanlı Hərbi məktəbinə qəbul edilmişdir. 1912-ci il martın 1-də oranı ikinci leytenant rütbəsində bitirmişdir. Tahsin Yazıcı 1929-cu ildə Nezahat (1904-1996) adlı xanımla ailə qurmuşdur. Bu nigahdan onun Ahmet Bali (1931) adlı oğlu olmuşdur. 1912-ci ildən hərbi xidmətə başlamışdır. Birinci Dünya müharibəsində iştirak etmişdir. T.Yazıcı Çanaqqala müharibəsi iştirakçısı olmuşdur. 1916-cı il martın 1-də leytenant rütbəsi almışdır.
Həsən Tahsin paşa
Həsən Tahsin paşa (türk. Hasan Tahsin Pasha) (1845–1918) — Yəməndə və Birinci Balkan müharibəsində xidmət edən yüksək rütbəli Osmanlı generalı. == Həyatı == Həsən Tahsin həmin illərdə Leskovik qəzasının bir hissəsi olan Çarşovada (Albaniya ilə Yunanıstan sərhədində yerləşir) doğulmuş bir alban idi. Gənclik dövründə Yaniyada yunan liseyində təhsil almışdır və yunan dilində sərbəst danışırdı. O, xidmətə jandarma kimi başlamışdı. 1870-ci ildə Osmanlı ordusuna qoşuldu. == Hərbi fəaliyyəti == 1881-ci ildə Yaniyadakı Osmanlı ordusunda məmur kimi xidmət etdi. 1897-ci ildə Osmanlı-Yunan müharibəsi dövründə 6-cı Trabzon bölməsində komandir kimi xidmətə başladı və Selanikin qərbinə təyin edildi. 1908-1910-cu illərdə Selanikə geri dönməmişdən əvvəl Yəmənin qubernatoru vəzifəsinə təyin edilmiş və burada Ferik (general-leytenant) rütbəsi ilə III Korpusun komandiri vəzifəsini icra etmişdir. 1912-ci ildə təqaüdə çıxdıqdan sonra Yaniya vilayətinin qubernatoru vəzifəsini qəbul etdi.
Tanais
Tanais (q.yun. Τάναϊς) — Don çayının mənsəbində antik şəhər (e.ə. III əsr — V əsr). Eramızın I əsrində Bosfor dövlətinin tərkibinə daxil idi. Şəhər Rostov-na-Donu şəhərindən 30 km qərbdə, Nedviqovka xutoru yaxınlığında yerləşir. Tanais qoruğu Rusiyanın ən böyük arxeoloji muzey-qoruqlarından biridir. Qoruq ərazisi təxminən 3 min hektardır. Qoruq ansamblına müxtəlif tarixi abidələr, fərqli zamanların mədəniyyət nümunələri, eləcə də paleolitdən tutmuş XIX əsrə kimi müxtəlif xalqların yaşayış məntəqələri daxildir. Tanais qədim yunan sivilizasiyasının ən ucqar şimal məntəqəsi hesab edilir. Tanaisin əsası e.ə.
Tarsius
Uzuntopuq (lat. Tarsius) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin uzuntopuqlar fəsiləsinə aid heyvan cinsi.
Tarsus
Tarsus ― Mersin ilinin ilçəsi. Tarsus şəhəri Kilikiya Erməni Çarlığının ilk paytaxtı olmuşdur.
Təhsil
Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir. Təhsil əksərən təhsilverənin bələdçiliyi ilə həyata keçirilir, ancaq öyrənənlər özləri özlərinə də təhsil verə bilərlər. Təhsil rəsmi və qeyri-rəsmi üslubda həyata keçirilə bilər və kiminsə düşünməsi. hiss etməsi. yaxud fəaliyyət göstərməsi üsuluna formalaşdırıcı təsiri olan hər hansı təcrübə də təhsilə aid hesab edilə bilər. Öyrətmənin metodologiyasına pedaqogika deyilir. Ümumilikdə rəsmi təhsil formal olaraq məktəbəqədər və ya bağça, ibtidai məktəb, orta məktəb və daha sonra kollec, universitet, yaxud şəyirdlik kimi mərhələlərə bölünür. Təhsil almaq hüququ bəzi dövlətlər və BMT tərəfindən tanınmışdır. Əksər regionlarda müəyyən yaşa qədər təhsil icbaridir.
Massis
Masis və ya Massis bu mənaları ifadə edə bilər: Masis (ad) Massis (soyad) Masis dağı — Türkiyədə yerləşən, ermənilərin Masis olaraq adlandırdığı Ağrı dağı. Masis (Ermənistan) — Ermənistanın Ararat mərzində yerləşən şəhər. Masis rayonu — Ermənistanda mövcud olmuş və hazırda ləğv olunmuş Zəngibasar rayonunun sonradan dəyişdirilmiş adı. Masis (kənd) — Ermənistanın Ararat mərzində yerləşən kənd. Massis (qəzet) — Los-Ancelesdə yaradılan, hazırda Kaliforniyanın Pasadena şəhərində erməni və ingilis dillərində nəşr olunan həftəlik erməni qəzeti.
Tahçin
Təhçin (fars. ته‌چین‎; hərf. "altda düzülmüş") və ya qazandibi — əsasən düyü, qatıq, yumurta, zəfəran və müxtəlif ət növlərindən ibarət, Azərbaycan və İrana xas düyü yeməyi. Təhçin ümumiyyətlə iki hissədən ibarətdir: birinci hissə təhdiq adlı qalın, zəfəran dadlı qabıqdır, tez-tez bişmiş qırmızı ət və ya toyuq ilə qarışdırılır; ikinci hissə bu qabığın üstünə düzülmüş adi düyüdür. Bununla belə, adi düyü təbəqəsi buraxıla bilər, nəticədə qəliblənmiş təhçin yaranır. == Hazırlanması == Təhçin hazırlamaq üçün əvvəlcə düyü qaynadılır və süzülür. Ayrı bir qabda yumurtalar çalınır və qatıq, bir az su və duz ilə qarışdırılır. Bu qarışığa zəfəran məhlulu əlavə edilir. Süzülən düyünün təxminən yarısı bu sousla qarışdırılır və sonra dibinə qızdırılan yağ qoyulmuş qazana qoyulur, üzərinə hazırlanmış toyuq və ya qırmızı ət qatlanır; sonra qalan düyü inqrediyentlərin üzərinə tökülür və buxara buraxılır. Təhçinin verilmə üsuluna görə, əvvəlcə qaba adi düyü düzülür, sonra üzərinə toyuq və ya hər hansı başqa hazırlanmış ət əlavə edilir, ardınca yenə adi düyü yerləşdirilir. Təxminən 2–3 barmaq qalınlığında olan təhçin daha sonra kəsilərək üstünə qoyulur.
Aksis
Aksis (lat. Axis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinə aid heyvan cinsi.
Apsis
Apsis (yunanca “qövs”, “yay” mənasını verir) — əsasən xristianlığın dini ziyarətgahları olan kilsələrin mehrab otağını əhatə edən yarımdairəvi və ya çoxbucaqlı, nadir hallarda düzbucaqlı bir bina elementidir. Apsislər qədim bazilikalarda memarlıq elementləri kimi geniş istifadə edilmişdir. Apsislər binanın fasadında xaricdən bükülmüş bir quruluşda ola bilərlər və ya düzbucaqlı planlı divarlarda və ya binanın içərisində sarılmış vəziyyətdə ola bilər. Apsisin damı daha çox yarı günbəz şəklindədir, lakin düz damlı apsislərin olması da mümkündür. Əsasən kilsələrin yan neflərdən, yan şapellərindən və ya apsislərindən açılan kiçik apsislərə memarlıqda apsidiol deyilir. == Tarixi və formaları == Apsislər, Yunan və Qədim Roma memarlığında dini və mülki memarlıqda yayılmış bir elementdir. Divar nişləri binanın bir hissəsini qədim memarlıqda vurğulamaq üçün istifadə edilmişdir. Nişlər bəzək məqsədləri üçün və ya heykəlləri, abidələri ucaltmaq üçün istifadə edilmişdir. Roma imperiyası dövründə tikilmiş bazilikalarda apsisin sonunda çox vaxt bir imperator heykəli olurdu. Bu səbəbdən apsislər qədim dövr memarlığında nişlərin davamı kimi qəbul edilə bilər.
Masis
Masis və ya Massis bu mənaları ifadə edə bilər: Masis (ad) Massis (soyad) Masis dağı — Türkiyədə yerləşən, ermənilərin Masis olaraq adlandırdığı Ağrı dağı. Masis (Ermənistan) — Ermənistanın Ararat mərzində yerləşən şəhər. Masis rayonu — Ermənistanda mövcud olmuş və hazırda ləğv olunmuş Zəngibasar rayonunun sonradan dəyişdirilmiş adı. Masis (kənd) — Ermənistanın Ararat mərzində yerləşən kənd. Massis (qəzet) — Los-Ancelesdə yaradılan, hazırda Kaliforniyanın Pasadena şəhərində erməni və ingilis dillərində nəşr olunan həftəlik erməni qəzeti.
OASİS
OASIS (Organization for the Advancement of Structured Information Standards) – elektron ticarət sahəsində standartları hazırlayan beynəlxalq qurum. 1993-cü ildə qurulmuş OASIS’in dünyanın 100 ölkəsindən 600-dən artıq təşkilatı təmsil edən 5000-dən çox üzvü var. İnformasiya texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən olan IBM, Novell, Oracle, Microsoft və Sun tərəfindən maliyyələşir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Taksi
Taksi (fr. taximetre, lat. taxo — qiymətini müəyyən edirəm), taksomotor[mənbə göstərin] — getdiyi yolun haqqı taksometrə əsasən ödənilən sərnişin və ya yük avtomobili. Eyni zamanda həm yük, həm də sərnişin daşıyan taksilər də var. Taksi kimi seriya ilə buraxılan, həmçinin konstruksiyasında talsiyə məxsus xüsusiyyətlər nəzərə alınmış xüsusi avtomobillərdən istifadə olunur. İlk taksilər Londonda 1903-cü ildə işləməyə başlamışdır. Taksi dayanacaqlarında xüsusi işarələr qoyulur, bəzən dayanacaqlar rabitə vasitələri olan dispetçer məntəqələri və siqnalizasiya qurğuları ilə təchiz olunur. Marşrut taksiləri də var. Bəzi şəhərlərdə "ekspres-taksi" adlanan nəqliyyat hərəkəti təşkil olunur. Belə taksilər dayanacaqlara daxil olmur, şəhər daxilində hərəkət edərək sərnişinləri küçənin istənilən yerində maşına mindirir.
Tahir
Tahir — ad.
TASİM
TASİM (ing. TRANS-EURASIAN INFORMATION SUPER HIGHWAY) və yaxud Trans-Avrasiya Super İnformasiya Magistralı — 21 dekabr 2009-cu il tarixində BMT Baş Assambleyasının 64-cü sessiyası TASİM haqqında ilk qətnaməni qəbul etmişdir. 30 ölkənin birgə sponsorluğu ilə qəbul edilmiş sənəddə Azərbaycan Respublikasının TASIM-in koordinasiyasında xüsusi rolunu yer verilib. Ümumi uzunluğu 11 000 kilometr təşkil edir. Nyu-York şəhərində təşkil olunan 6-cı Qlobal İnfrastruktur İdarəçilik Forumunda təqdim olunan 100-dək qlobal infrastruktur layihəsi arasından "TASİM" layihəsi nominat olaraq dünyanın 13 qlobal layihəsindən biri seçilib. TASİM layihəsi haqqında bəyannamə 2008-ci il noyabrın 11-də Bakıda keçirilən Nazirlərin Regional görüşündə qəbul edilib. TASİM layihəsi Avrasiya regionunu əhatə etməklə Qərbi Avropadan Şərqi Avropaya qədər uzanan, müasir magistral şəbəkədir. 2013-cü ildə BMT Baş Assambleyasının növbəti sessiyasında TASIM-in inşasına dəstək verən ikinci qətnaməni qəbul etmişdir. Baş Asambleyanın 67-ci sessiyasının 98-ci plenar iclasında qəbul edildiyi sənədə İsrail, Türkiyə, Gürcüstan, Belarus, Moldova, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şri Lanka və Yeni Zelandiya qətnamənin müəllifləri kimi qatqıda yer almışdır. "Trans-Avrasiya Super İnformaiya Magistralı" layihəsini reallaşdırmaq üçün beş ölkənin — Rusiya,Azərbaycan, Türkiyə, Qazaxıstan və Çinin aparıcı telekommunikasiya operatorları arasında konsorsiumun yaradılmışdır.
Eritreyada təhsil
Eritreyada təhsil beşmərhələlidir: ana məktəb, ibtidai məktəb, ilk məktəb, orta məktəb və universitet. İbtidai, ilk və orta məktəbdə təxminən 245.000 məktəbli təhsil alır. Təhsilin şüarı Vətən, ana dilidir.
Evdə təhsil
Evdə təhsil — məktəbdən kənarda (evdə, təhsil mərkəzlərində) ümumtəhsil fənlərinin öyrənilməsini nəzərdə tutan təhsil almaq üsulu. Şagirdlər orta məktəbdə məcburi attestasiyadan keçməlidirlər, həmçinin yekun attestasiyadan keçmələri tələb olunur. Evdə təhsil ən qədim təhsil formasıdır. Əvvəlcə bu forma yalnız öz uşaqlarına dərs deməyə vaxtı olan və ya müəllim tutmaq imkanı olan varlı ailələr üçün mövcud idi. Tələbənin təhsili onun öyrənmə səviyyəsini, üslubunu və maraqlarını dəstəkləmək üçün fərdiləşdirilə bilər. Evdə təhsil adətən valideyn, repetitor və ya onlayn müəllim tərəfindən aparılır, lakin konkret təcrübə çox fərqli ola bilər. Spektr ənənəvi məktəb dərslərinə əsaslanan yüksək strukturlaşdırılmış formalardan tutmuş, məktəbdənkənarlıq kimi daha açıq, sərbəst formalara qədər dəyişir. Bu, uşaqların maraqlarına əsaslanaraq öyrədilməsini nəzərdə tutan evdə təhsilin kurikulumsuz həyata keçirilməsidir. == Evdə təhsilin təşkili == məktəb direktorunun adına ərizə; doğum haqqında şəhadətnamənin surəti; müvəffəqiyyət cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla); şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla); yaşayış yeri üzrə qeydiyyat haqqında arayış; psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi; evdə təhsilə cəlb olunan şagirdin dərs cədvəli; fərdi təlim proqramı; tədris planı; şagirdin haqqında təhsil aldığı sinif jurnalında qeydlər; evdə təhsilə cəlb olunan şagirdin gündəliyi (jurnalı); şagirdin psixoloji xüsusiyyətləri haqqında qeyd dəftəri; şagirdin evdə təhsilə cəlb olunması haqqında direktorun əmri; şagirdə tədris edən müəllim(lər)in razılıq ərizəsi; evdə təhsilə cəlb olunmuş şagirdin şəxsi işi.
Gürcüstanda təhsil
Gürcüstanda təhsil — Gürcüstan ali məktəb sisteminə universitetlər, akademiyalar və institutlar daxildir. Ölkədə 26 dövlət ali məktəbi (onlardan səkkizi universitetdir) və 209 özəl ali məktəb fəaliyyət göstərir. == Ali təhsil == Əsas ali təhsil müəssisələri bunlardır: Tbilisi Dövlət Universiteti (5 regional filialı vardır) Tbilisi Dövlət Tibb Universiteti Gürcüstan Texniki Universiteti Gürcüstan Dövlət Aqrar Akademiyası Tbilisi Ruhani Seminariyası Beynəlxalq Qara Dəniz Universiteti Q.Rokabidze adına Universitet Şota Rustaveli adına Batumi Dövlət Universiteti Tbilisi İqtisadiyyat və Hüquq Akademiyası Tbilisi Asiya və Afrika İnstitutu Tbilisi Dövlət Rəssamlıq Akademiyası Şota Rustaveli adına Dövlət Teatr və Kino İnstitutu Tbilisi Konservatoriyası Avropa Menecment Məktəbi (sponsor – Şeverdnadze Fondu) Dövlət İdarəetmə İnstitutu (ABŞ ictimai və siyasi elmlər Milli Akademiyası ilə birgə məktəb layihəsi, amerika təhsil proqramları əsasında fəaliyyət göstərir) Tiblis Siyasi Akademiyası.
Ekoloji təhsil
Ekoloji mədəniyyətin formalaşmasında əsas vasitələrdən biri məqsədyönlü ekoloji təhsildir. == Ekoloji təhsil == Ekoloji təhsilə ehtiyac insan həyatı üçün əlverişli mühitin təmin edilməsinə olan zərurətdən yaranmışdır. Ətraf mühitin keyfiyyeti, sağlamlığı — insanın əsas hüququnu və sivilizasiyanın inkişafının əsas məqsədini müəyyən edir. İnsanın mövcudluğu və inkişafı üçün zəruri olan təbii zəminsiz bütün sosial məsələlər öz əhəmiyyətini itirir. Ona görə də ekoloji təhsil təkcə təhsil sisteminə daxil olmaqla kifayətlənməməli, onun əsas hissəsinə çevrilməlidir. Əgər ədəbiyyat və tarix mədəni dəyərlərin, təbiətşünaslıq təbii qanunauyğunluğun mənimsənilməsi üçün lazımdırsa, ekoloji təhsil təbiətə həqiqi insani münasibətin formasındın ötrüdür, spesifik sosial-təbii qanunauyğunluqları və davranışların normativlərini mənimsəmək üçündür. Bununla da gələcəkdə insanın mövcudluğu və inkişafı mümükündür. Ekoloji münasibətlər sisteminin deformasiyası, gələcək qarşısında məsuliyyət hissinin olmaması ekoloji böhranların mənbəyidir. Ali və orta məktəb məzunlarında və bütövlükdə əhalidə təbiətə istehlak münasibəti mövcuddur; əhali arasında ətraf mühiti öyrənmək, onun yaxşılaşdırılmasında iştirak etmək tələbi de öz inkişafını tapmamışdır. Ona görə də ekoloji təhsilin məqsədi təbiətə məsuliyyət münasibətinin formalaşdırılmasıdır.
Estoniyada təhsil
Estoniyada təhsil — Şimali Avropanın Baltik regionunda yerləşən Estoniya Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == Estoniya tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. ölkənin ən qədim ali təhsil ocağı olan Tartu Universiteti 1632-ci ildə İsveç kralı Qustav II Adolf tərəfindən yaradılmışdır. == Müasir təhsil sistemi == Estoniyada təhsil sistemi eston xalqının, o cümlədən bu ölkədəki etnik azlıqların qorunması və inkişafı məqsədlərinə xidmət edir. Ölkə təhsili humanizm, demokratiklik və qanunun aliliyi prinsiplərinə əsaslanır. 1992-ci ildə qəbul edilmiş Təhsil aktına görə təhsil savadlı və müasir dünyagörüşlü vətəndaş yetişdirməyə, qanunun aliliyinə hörmətlə yanaşan şəxsiyyət formalaşdırmağa xidmət etməli, həmçinin fasiləsiz təlim üçün imkan yaratmalıdır. Təhsil sisteminə rəhbərlik Estoniya Respublikasının Təhsil və Tədqiqat Nazirliyi tərəfindən həyata keçirilir. Nazirliyin səlahiyyət sahələrinə bunlar daxildir: təhsilin, elmi tədqiqat işlərinin planlaşdırılması; dövlətin gənclər və dil siyasətinin həyata keçirilməsi; məktəbəqədər təhsilin, ümumi orta təhsilin, texniki peşə təhsilinin, ali təhsilin, əlavə təhsilin təşkili məsələləri. Ölkənin təhsil sistemi aşağıdakı səviyyələrindən ibarətdir: məktəbəqədər təhsil; əsas təhsil (təhsilin ilk pilləsi); orta təhsil (təhsilin ikinci piləsi); ali təhsil (təhsilin üçüncü pilləsi). Estoniyada uşaqlar 7 yaşdan başlayaraq icbari təhsilə cəlb olunur.
Fasiləsiz təhsil
Fasiləsiz təhsil — təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri olub, mövcud təhsil standart­ları, təd­ris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əl­də edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dia­lek­tik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün hə­yatı bo­yu ardıcıl davam etməsidir.[mənbə göstərin]
Fransada təhsil
Fransada təhsil məcburiyyəti 3 ildən 16 ilə qədərdir. Fransız təhsilinin əsas prinsipləri: tədris azadlığı (dövlət və özəl qurumlar), pulsuz təhsil, neytral təhsil, laisizm (dünyəvi, dini olmayan) təhsil. Təhsil bir neçə səviyyədən ibarətdir: İbtidai təhsil (fr. enseignement primaire) - uşaq bağçasında 3-4 il (fr. L'école maternelle) və ibtidai məktəbdə 5 il (fr. L'école élémentaire). orta təhsil (fr. enseignement secondaire) - kollecdə 4 il (fr. Le collège) və Liseydə 3 il (fr. Le lycée).
TACIS
TACIS (Technical Assistance for the Commonwealth of Independent States, Müstəqil Dövlətlər Birliyinə Texniki Yardım) — Avropa İttifaqının MDB ölkələrində iqtisadi islahatların sürətləndirilməsinə yardım məqsədilə həyata keçirdiyi proqramdır. Proqram nou-hauların MDB ölkələrinə ötürülməsi üçün qrantlar verir. 1991-2007 illər arasında TACIS çərçivəsində Aİ tərəfindən 7,3 milliard avro ayırılıb. 2006-ci ildə təftiş komissiyası tərəfindən keçirilən araşdırma göstərib ki, proqram çərçivəsində 5 milliard avro qeyri-effektiv şəkildə xərclənilib. Məsələn, Rusiyadaki 29 layihədən ancaq 5-in nəzərəçarpacaq nəticəsi olmuşdu. Avropa Parlamentinin üzvləri proqramın dayandırılmasını tələb etmişlər. 2007-ci ildə TACIS ləğv olunmuşdu. Onu Avropa Qonuşuluq və Tərəfdaşlıq Proqramı (ing. European Neighbourhood and Partnership Instrument/ENPI) əvəzləndirib.
Talış
Talışlar (tal. Tolışon) — Azərbaycan Respublikasının cənub-şərqində, əsasən Lənkəran, Astara, Lerik, Masallı rayonlarında və Bakı, Sumqayıt şəhərləri (sonradan köçmüşlər), eləcə də İranın şimalında, əsasən Gilan ostanının Astara şəhristanı, Fumən şəhristanı, Şəft şəhristanı, Rudbar şəhristanı və az sayda Ərdəbil ostanının Nəmin şəhristanının Ənbəran bəxşində yaşayan xalq.. Talışların əksəriyyəti özlərini "Tolış" adlandırırlar, lakin, onların müəyyən bir qismi özlərinə "Taleş" deyir. Ana dilləri Hind-Avropa dil ailəsinin İran qrupuna aid edilən talış dilidir. Antropologiya baxımından böyük avropoid irqinin Balkan-Qafqaz irqinin Ön Asiya variantına daxildir. Azərbaycan və İrandan sonra ən çox Rusiyada yaşayırlar. 2009-cu ildə keçirilmiş ümumimilli siyahıalmanın nəticələrinə görə Azərbaycanda talışların sayı 112 min nəfər təşkil edir. Lakin, bəzi tədqiqatçılar və yerli əhali hesab edirlər ki, talış dilinin və etnik mədəniyyətinin daşıyıcılarının sayı bu rəqəmdən müəyyən dərəcədə çoxdur. Azərbaycanın Xəzəryanı cənub şərqində, Lənkəran iqtisadi rayonuna daxil olan bölgələrdə, əsasən Astara, Lənkəran, Masallı, Lerik rayonlarında kompakt şəkildə yaşayırlar. Xəzər sahillərinin həm ovalıq hissəsində, həm də onu qərb tərəfdən əhatə edən dağlıq hissəsində məskunlaşıblar.
Taşir
Taşir, Vorontsovka, Kalinino — Ermənistanda şəhər. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir adlandırılmışdır. Şəhərdən İrəvan şəhərinə olan məsafə 174 km-dir. Vorontsovka rayonunun mərkəzi şəhər tipli Vorontsovka (Kalinino) qəsəbəsidir (1961-ci ildən şəhər tipli qəsəbədir). Vorontsovka adı 3 mart 1935-ci ildə dəyişdirilərək Kalinino adlandırılmışdır. Samir Əliyev — futbolçu.
Taişi
Taişi (çin. 太师) ― Böyük Ustad və ya Böyük Təlimçi kimi tərcümə edilən çin titulu. Bu titul Çinin Çjou sülaləsidə ən yüksək üç mülki vəzifələrdən biri idi. Digər ikisi müvafiq olaraq Böyük Tərbiyəçi (Taifu - 太傅) və Böyük Qoruyucu (Taibao - 太保) idi. Bu üç titul birlikdə Sanqonq kimi tanınırdı. Bu üç titulun adları və vəzifələri sonrakı sülalələrdə dəyişdi. Böyük Təlimçi adı Han sülaləsinin sonrakı dövrlərində, xüsusən də o zamankı çenhsian Dun Çjo tərəfindən istifadə olunmağa davam etmişdidi. O, həmçinin Şimali Yuan sülaləsində Börçigin nəslinin bir hissəsi olmayan güclü zadəganlar üçün bir titul kimi istifadə edilmişdir. Məsələn, Esen Taişi. Rütbə Dayviet dövlətində təqlid edilmişdi.