Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Riçard Taler
Richard H. Thaler (/ˈθeɪlər/; 12 sentyabr 1945) – Amerikalı iqtisadiyyatçıdır. 2017-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Baler
Baler — Filippinin Aurora vilayətində şəhər və bələdiyyə və bu vilayətin mərkəzi.
Tauer
London qalası (ing. Her Majesty's Royal Palace and Fortress The Tower of London) — İngiltərənin paytaxtı London şəhərində inşa olunmuş tarixi qala. Qala Temza çayının şimal sahillərində yerləşir. London qalası daha çox 1078-ci ildə kral I Uliyam tərəfindən inşa olunmuş Ağ qala adlı inzibati binası ilə tanınır. Ancaq Ağ qala ilə yanaşı London qalasında bir çox inzibati binalar, qüllələr və müdafiə divarları mövcuddur. London qalası cinayətkarlar və əsirlərin saxlanılması üçün inşa edilmişdir. Bu səbəbdən qalada edam və işgəncə otaqları, cəbhəxana, dövlət xəzinəsi və əsgər yataqxanası vardı.
Tayler
Taylor — Böyük Britaniyanın və ABŞ soyadı və verilmiş adı.
Talker
Talker (hərf. danışan) — insanların internet üzərindən bir-biri ilə ünsiyyət qurması üçün istifadə etdiyi söhbət sistemi. Onların mənşəyi 1980-ci illərə təsadüf edir, ani mesajlaşmadan əvvəl oxşar məqsədi daşıyırdılar. Talker MMORPG-lərin və "Second Life" kimi digər virtual aləmlərin rabitə sistemindən əvvəl gəlirdi. Talkerlər real vaxt rejimində söhbət etmək üçün birdən çox istifadəçinin eyni vaxtda qoşulduğu onlayn virtual aləmlərin formasıdır. İnsanlar talkerlərə uzaqdan daxil olurlar (adətən "Telnet" vasitəsilə) və bir-biri ilə əlaqə saxlamaq üçün əsas mətn interfeysinə malikdirlər. İlk talkerlər MUD-lara bənzəyirdi, lakin onlardan fərqli olaraq, mürəkkəb oyun mexanizmlərinin çoxu aradan qaldırılmış, yalnız ünsiyyət səviyyəsinin əmrləri qalmışdır. "ew-too", əslində, oyun elementləri silinmiş MUD serveri idi. Talkerlərin əksəriyyəti ödənişsizdir və açıq mənbə proqram təminatına əsaslanır. Talkerlərdə istifadə olunan "otaqlar" və "rezidentlik" kimi onlayn metaforaların çoxu bu ilk qabaqcıl xidmətlər tərəfindən yaradılmış və "Second Life" kimi müasir üçölçülü interfeyslər tərəfindən istifadə olunmaqdadır. 1996-cı ildə Talkerlər üçün yer satan ilk server olan talker.com yaradıldı və sonradan Dragonroost adını aldı.
Taleh
Taleh — Zəki Dəmirkubuzun 2006-cı ildə çəkdiyi dram filmi. Baş rolları Vildan Atasever, Üfüq Bayraqdar, Engin Akyürek, Müge Ulusoy və Ozan Bilən canlandırıb. Film "ən yaxşı film", "qızıl portağal və "qızıl lalə" mükafatlarını qazanıb. Bəkir (Üfüq Bayraqdar) Uğura (Vildan Atasever), Uğur Zaqora (Ozan Bilən), Zaqor isə cinayət törətməyə aşiqdir. Vəziyyət belə olduğu halda Zaqor həbsdən çıxır. Bədbəxtliklərin bir-birini izlədiyi qızmar və isti yay gecəsində Cavad (Engin Akyürek) ilə Zaqor üz-üzə gəlir. Zaqor gözünü qırpmadan Cavadı öldürüb qaçır. Həmin gecə Uğur da yoxa çıxır. Bu qətl və sonradan Uğurun Zaqorla birlikdə yoxa çıxması, o günə qədər Cavadın himayəsi altında yaşayan gənc ana (Müge Ulusoy), iflic olmuş ata (Mustafa Uzunyılmaz) və kiçik qardaş üçün çətin, qaranlıq günlərdən xəbər versə də, Uğura dəlicəsinə aşiq olan Bəkirin nicat ümidi kimidir. Ailəsinin tapdığı qızla evlənir və yeni həyata başlayır.
Tale
Tale — insanların həyatında bütün hadisələri qabaqcadan müəyyən edən fövqəltəbii qüvvə haqqında dini-idealist təsəvvürü ifadə edən anlayış. Qədim yunan mifologiyasında insanların və hətta allahların qisməti Tale ilahələrindən - moyralardan (romalılarda parkilərdən) asılı idi. Zaman keçdikcə Taleni dünyanı idarə edən ali ədalət (yunanlarda Tixe, Nemezida) kimi təsəvvür etməyə başlamışdılar. Xristianlıqda Tale ilahi bəsirət şəklində, ali qüvvə şəklində çıxış edir. Talenin allah qisməti olması haqqında təsəvvür müasir dinlərin hamısına xasdır (Fatalizm). Bəzi dini cərəyanlar (məsələn, katolisizim, pravoslavlıq) tale haqqında təsəvvürlərin fatalizmini allah yazısı, alın yazısının və insanın iradə azadlığının ekletik surətdə birləşdirilməsi vasitəsilə zəiflətməyə çalışırlar. Qeyri-fəlsəfi mənada Tale həmçinin insanın və ya bütöv xalqın həyatında hadisələrin gedişini ifadə etmək üçün işlədilir. "Yazqı" olaraq da deyilər. Yer üzündəki bir çox cəmiyyətdə insanın yaşayacaqlarınız əvvəldən ilahi bir güc tərəfindən təyin olunduğu və bəzi mədəniyyətlərdə isə bunun bir yerə yazılmış olduğu inancı vardır. Türk mədəniyyətində isə bu yazının insanın alınında olduğu düşünülərdi.
Albert Tayler
Albert Tayler (d. 4 yanvar 1872; Hamilton, Birləşmiş Ştatlar - ö. 25 iyul 1945; Kumberland, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında gümüş medal qazanıb. == Həyatı == Albert Tayler 1872-cü ilin 4 yanvar günündə Birləşmiş Ştatların Ohayo ştatının Hamilton şəhərində anadan olub. 1945-ci ilin 25 iyul tarixində isə Men ştatının Kumberland şəhərində ömrünün 73-cü yaşında vəfat edib. === Afina Olimpiadası === Albert Tayler 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. Şüvüllə tullanma yarışlarında mübarizə aparan Tayler 3.30 metr nəticəyə imza atdı və I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Haldun Taner
Haldun Taner — Türkiyə yazıçısı, jurnalist. == Həyatı == Haldun Tanerı 16 mart 1915-ci ildə İstanbulda anadan olmuşdur. Orta təhsilini 1935-ci ildə Qalatasaray Sultanisində bitirib məzun olandan sonra dövlət tərəfindən təhsilini davam etdirmək üçün Almaniyaya — Heidelberq Universitetinə göndərilib. 1938-ci ildə ağır vərəm xəstəliyinə görə təhsilini yarım qoyub vətəninə qayıdır. 1938–1942-ci illərdə Erenköy Sanatoriyasında müalicə olunur. Ali təhsilini 1950-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Alman Filalogiyası bölməsində tamamlamışdır. 27 may 1960-cı ildəki hərbi çevrilişi nəticəsində universitetdən uzaqlaşdırılan və 147-lər adlanan alimlər arasında idi. == Yaradıcılığı == Ədəbiyyat yaradıcılığına gənclik illərində yazdığı eskizlərlə başlamışdır. "Töhmət" adlı ilk hekayəsi 1946-cı ildə Yedigün jurnalında "Haldun Yağcıoğlu" təxəllüsü ilə çap edilmişdir. Yazıçılıqla yanaşı İstanbul Universiteti Qəzetçilik İnstitutunda, Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsində, İstanbul Universiteti Ədəbiyyat Fakültəsində ədəbiyyat, sənat tarixi ve teatr dərsləri verən Haldun Taner, Milliyət Qəzetində redaktor işləyərkən, 7 may 1986-cı ildə İstanbulda vəfat etmişdir.
Kommertsbank Tauer
Kommertsbank Tauer (rus. Коммерцбанк-Тауэр) — Frankfurt-Maynda yerləşən göydələn. 1997-ci ildə 300 metr yüksəkliyində ucaldılan göydələn, dövrünə görə Avropanın ən yüksək binası hesab edilidi. 1991-ci ilin iyun ayında qəbul edilmiş layihəyə əsasən, bina 65 mərtəbə, ümumi sahəsi 120 000 m² və ümumi həcmi isə 538 000 m³-dir. Binanın damı asimmetrikdir. Döşəmə sahəsi 1700 m²dir. Damda 40-a qədər insan üçün kiçik bir müşahidə salonu var. Yanacaq liftindən yalnız xüsusi icazə ilə əldə etmək mümkündür. Binada 1600 kq-lıq yük qabiliyyəti olan 16 lift var. Hər bir bölmənin kənar görünüşü olan iki şüşə lift var.
Kris Taker
Kris Taker (ing. Christopher Tucker, 31 avqust 1971, Atlanta) — Amerikalı komik və aktyor. O, detektiv Ceyms Karter ("Pik saatı", "Pik saatı 2" və "Pik saatı 3") rolu ilə tanınır və bu rola görə mükafata da layiq görülüb. Bununla da yanaşı o, "Friday", "The Fifth Element", "Money Talks" və "Jackie Brown" kimi filmlərə də çəkilib. Maykl Ceksonun 2001-ci ildə yayımlanmış "You Rock My World" musiqi videosunda da iştirak edib. == Həyatı == Taker 31 avqust 1971-ci ildə Atlanta şəhərində, ABŞda dünyaya gəlib. O, ailənin ən kiçik oğludur. Anası kilsə işlərində fəal iştirak edir, atası təmizlik şirkətinə sahib olan müstəqil bir iş adamıdır. Dekaturda Kolumbiya Liseyini bitirən Taker, komik kimi fəaliyyətə başlamaq üçün Los-Ancelesə köçür. Uşaqlıqdan futbola və boksa həvəs göstərirdi.
Metlayf Tauer
Metropolitan Life Tower (Metropoliten Layf Tauer kimi oxunur; ing. The Metropolitan Life Insurance Company Tower və ya Metropolitan Life Tower və ya MetLife Tower) — Nyu-York şəhərində yerləşən göydələn, 1909-cu ildən 1913-cü ilə qədər şəhərin ən uca binası idi. 6 fevral 1978-ci ildə tikili ABŞ-nin tarixi yerlər reyestrinə əlavə olundu. Hündürlüyü 213 metrə bərabərdir və 50 mərtəbəyə malikdir. 1913-cü ildə Nyu-Yorkda 46 metrlik Vulvort Bildinq tikildi ki, bu da öz növbəsində hündürlüyə görə MetLife Tower-i 33 metr üstələdi. Metropolitan Life Tower üzərində 8 diametrlik 4 saat siferblatı yerləşdirilib, rəqəmlərin hündürlük ölçüsü 1,2 metrə bərabərdir. Dəqiqə əqrəbi 500 kq ağırlığındadır. 2002-ci ildə binaya mövsümə və əlamətdar hadisələrə görə işıqlandıran çıraqbanlıq sistemi inteqrasiya edildi. 2005-ci ilin mart ayında SL Green Realty Corp, qülləni yaşayış yerlərinə çevirmək niyyəti ilə satın aldı. 2007-ci ilin may ayında qüllə və ona aid hüquqlar 200 milyon dollara Africa Israel Investments şirkətinə satıldı.
Qustav Maler
Qustav Maler (alm. Gustav Mahler‎ [‘ɡʊstaf’ mailɐ]; 7 iyul 1860[…], Kalişte[d], Bohemiya krallığı, Avstriya imperiyası[…] – 18 may 1911[…], Vyana, Avstriya-Macarıstan[…]) — Romantizmin sonlarında Avstriyalı bəstəkar və dövrünün aparıcı dirijorlarından biri olmuşdur. Keçmiş Avstriya İmperiyasının ərazisi olan Bohemiyada Kalisçt kəndində (Çex Respublikasında indiki Kaliště) anadan olmuşdur. Sonralar ailəsi Malerin böyüdüyü İnglau (indikiJihlava) yaxınlığına köçmüşlər. Bəstəkar kimi, Maler 19-cu əsr Avstro-Alman ənənəsi ilə erkən 20-ci əsr modernizmi arasında körpü rolunu oynamışdır. Yaşadığı dövr ərzində drijor kimi şöhrət qazansa da, öz bəstələdiyi musiqilər bir müddət etinasız yanaşmadan sonra geniş şöhrət qazanmışdır. Nasizm zamanı onun musiqilərinə Avropanın bir çox yerlərində qadağa da qoyulmuşdur. 1945-ci ildən sonra musiqisi yeni dinləyici nəsli tərəfindən kəşf edildi. Maler o dövrdə bütün bəstəkarlar arasında ən çox dinlənən və ifa edilən bəstəkarlardan biri oldu və 21-ci əsr üçün bir mövqe qazandı. Çətin şəraitdə dünyaya göz açan Maler müsiqi istedadını erkən yaşlarında göstərməyə başladı.
Seyyid Taleh
Sirs Tauer
Uillis Tauer (ing. Willis Tower), 2009-cu ilə qədər – Sirs Tauer (Sears Tower) – ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində yerləşir. Tikintisi 1973-cü ildə başa çatan həmin göydələn Çikaqonun ən nadir özəlliklərindən hesab edilir. 1973-cü ildən bəri 110 mərtəbəli binanın adı dəyişməz olaraq qalırdı. Həmin binanın hündürlüyü 442,3 metr təşkil edir. 1998-ci ilə qədər bina dünyada nəhəngliyinə görə birincilikdə idisə, bu vaxtdan sonra o öz yerini Kuala Lumpurdakı "Petronas" əkizlərinə verib. Binanın proekti "Sears, Roebuck and Company" tərəfindən baş arxitektor Brüs Qrem və proektin mühəndisi Fazlur Xana sifariş edilmişdi. Binanın tikintisi 1970-ci ilin avqustunda başlamış və 1973-cü ilin 3 may tarixində planlaşdırılmış ən yüksək hündürlüyə çatmışdı. Tamamlanmış Sirs Tauer Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzindən hündürlüyə görə dünya birinciliyini aldı. 1982-ci ilin fevralında binaya iki televiziya antennasının artırılması ilə binanın ümumi hündürlüyü 520 metrə çatmışdı.
Leksi Tayler
Leksi Tayler (16 may 1983 və ya 16 may 1979) — amerikalı pornoaktrisa və model. İlk böyüklər filmini 2003-cü ildə "Real XXX Letters 3" filmi ilə çəkib. Tayler italyan/ispan əsillidir. O, gənc yaşlarında diqqətləri üzərinə çəkib və 2008-ci ildə "Porno Oskarları" olaraq xarakterizə edilən AVN Mükafatlarında iki mükafat qazanmağı bacarıb.
Daler Nəzərov
Daler Mehrubonoviç Nəzərov (tac. Далер Мехрубонович Назаров, 8 sentyabr 1959, Düşənbə) — tacik müğənnisi və bəstəkarıdır. Dalərin yaradıcılığında həm xalq, həm də müasir motivlər var, o, həm Tacikistanın müasir musiqisinə, həm də ümumilikdə fars-tacik xalq musiqisinə böyük təsir göstərib və göstərməkdədir. == Bioqrafiya == Daler Nəzərov 1959-cu ildə Stalinabadda (Düşənbə) anadan olub, Tacikistanın mədəniyyət naziri Mehrubon Nazarovun ikinci oğludur. O, ana dilini "Pamir" adlandırır. İki il musiqi məktəbində oxuyub, amma oranı tərk edib. Adına Dövlət Pedaqoji İnstitutunun "Rus filologiyası" ixtisası üzrə ali təhsil almışdır. Taras Şevçenko. 1992-ci ildə vətəndaş müharibəsindən Alma-Ataya qaçıb, 1997-ci ildə Düşənbəyə qayıdıb. == Filmoqrafiya == == İstinadlar == == Ədəbiyyat == Mark Slobin, Alexander Djumaev, Larisa Dodhoudoyeva.
Taleh Xəlilov
Taner Savut
Taner Savut (10 avqust 1974, İzmir – 6 fevral 2023, Antakya) – Türkiyə idman direktoru və keçmiş futbolçusu. Müdafiəçi mövqeyində çıxış etmişdir. Əslən rizəli ailədən olan Taner Savut futbola 12 yaşında "İzmirspor" klubunun aşağı yaş qruplarında başlamışdır. 1994-cü ildə "İzmirspor" klubunda ilk peşəkar futbol oyununa çıxmışdır. 1997-ci ildə "Fənərbaxça" klubuna transfer olmuş və klubla 30 oyun oynamışdır. Avrokuboklardakı yeganə oyununu 29 sentyabr 1997-ci ildə UEFA Kuboku çərçivəsində "Styaua"ya qarşı keçirmiş və komandası 2:1 hesabı ilə məğlub olmuşdur. Daha sonra "Göztəpə", "Siirtspor", "Sakaryaspor", "Alanyaspor" klublarında çıxış etmişdir. 7 sentyabr 2002-ci ildə "Sivasspor" səfərinə gedən "Sakaryaspor" avtobusunun qəzaya uğraması nəticəsində 6 nəfər ölmüş, lakin o, yaralı olaraq qurtulmuşdur. "Tokatspor" klubunda oynadıqdan sonra 2011-ci ildə futbolçu karyerasını başa vurmuşdur. Karyerası boyunca 500-ə yaxın rəsmi oyuna çıxmış, Türkiyə Super Liqasında 71 oyunda 1 qol vurmuşdur.
Tayler Parkford
Tayler Parkford (ing. Tyler Parkford; 1 mart 1985, Lonq-Biç, Kaliforniya) — ABŞ musiqiçisi. Los-Ancelesdə qurulmuş Mini Mansions qrupunun vokalisti və klaviatura ifaçısıdır. O, həmçinin launj pop dueti Mister Goodnite-ın üzvüdür. Parkford tez-tez Arctic Monkeys və The Last Shadow Puppets qrupunun konsertlərində çıxış edir. Tayler Parkford Kaliforniyanın Lonq-Biç şəhərində böyüyüb. Uşaq ikən klassik fortepiano təhsili alıb və sonra gitara çalmağı öyrənib. Santa Cruz, Kaliforniya Universitetində kino fakültəsinə daxil olub. Məhz orada təsil alarkən gələcək qrup yoldaşı olan Zak Daues ilə tanış olmuşdur. İkisi və Queens of the Stone Age qrupunun basçısı Maykl Şumen 2009-cu ildə Mini Mansions qrupunu yaratmışdır.
Taleh Tahirli
Tamer Osmanağaoğlu
Tamer Osmanağaoğlu (1963, Tutağ, Ağrı ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Tamer Osmanağaoğlu 1963-cü ildə Ağrı ilinin Tutağ ilçəsində anadan olub. İstanbul Aydın Universiteti Ədliyyə Peşə Liseyindən məzun olub. İş adamı olaraq çalışır. İzmir, İstanbul və Ərzurum illərində enerji, inşaat və səhiyyə sahələrində işləri olub. MHP İdarə Heyətinin üzvü olub. Hazırda MHP Baş Katibinin müavinidir. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq İzmir ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda TBMM Plan və Büdcə Komissiyasının üzvü, TBMM Kəşfiyyat Komissiyasının üzvü, 28-ci çağırışda isə TBMM Kəşfiyyat Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir.
Valer Jil
Valer Jozef Jül Jil (fr. Valère Joseph Jules Gille; 3 may 1867, Anderlext – 1 iyun 1950) — Belçikalı şair, jurnalist, redaktor, kitabxanaçı və muzey işçisi, Belçika Kral Fransız Dili və Ədəbiyyatı Akademiyasının üzvü. == Həyatı == Valer Jil 1885-ci ildən Lyoven Katolik Universitetində təhsil almışdır. 1887-ci ildən o, Jorj Rodenbax, Maks Valler, Anri Mobel, İvan Jilken, Alber Jironun da daxil olduğu "Gənc Belçika" adlı ədəbi-bədii jurnalı və eyniadlı ədəbi birliyin ətrafında birləşən simvolist şairlər qrupunun üzvü olmuşdur. 1889-cu ildə İvan Jilken və Alber Jiro ilə birlikdə "Gənc Belçika" jurnalının redaktoru kimi fəaliyyət göstərmişdir. 1891-ci ildə redaktorluq vəzifəsindən istefa vermiş və Belçika Kral Kitabxanasının kuratoru olmuşdur. Valer Jilin 1897-ci ildə Parisdə çap olunmuş "Tsitra" (La Cithare) adlı şeirlər toplusu Fransa Akademiyası tərəfindən yüksək qiymətləndirilmişdir. 8 yanvar 1921-ci ildə Belçika Kral Fransız Dili və Ədəbiyyatı Akademiyasına üzv qəbul edilmiş və 1925-1946-cı illərdə onun direktoru vəzifəsində çalışmışdır. 1945-ci ildə Virtza Muzeyinin kuratoru işləmişdir. == Seçilmiş əsərləri == Le Château des merveilles (1893) La Cithare (1897) Le Collier d’Opale (1899) Les Tombeaux (1900) Le Coffret d'ébène (1901) La Corbeille d’octobre (1902) Le joli Mai (1905) La Victoire ailée (1921) Du Symbolisme (1940) La Jeune-Belgique.
Yucin Taker
Yucin Taker (ing. Eugene Thacker; XX əsr) — ABŞ filosofu və yazıçısı, Yeni məktəbin professoru. Dəhşət, populyar mədəniyyət və yeni media ilə bağlı araşdırmaları ilə tanınır. Pessimizm və spekulyativ realizm istiqamətlərinə istinad edir. == Fəlsəfi fikirlər == Takerin ilk işi bioinformatika, nanotexnologiya, biokompüter və şəbəkələrə maraqları ilə elm və texnologiya fəlsəfəsi daxilindədir. Sonralar "Ömrdən sonra" əsərində ontologiya məsələləri ilə maraqlanmağa başlamışdır. Burada tədqiqatçı iddia etmişdir ki, həyatın ontologiyası "həyat"ın özü ilə "həyat tərzi" arasındadır və bu, "metafizik əvəzetməni" mümkün edir.
Tel-Tamer
Təll-Təmr (bəzi mənbələrdə Tel-Tamer; ərəb. تل تمر‎‎, kürd. Girê Xurma, klass. süry. ܬܠ ܬܡܪ) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin eyniadlı rayonunda qəsəbə, Təll-Təmr nahiyəsinin inzibati mərkəzi. İlkin olaraq, XX əsrdə aysorların yaşadığı qəsəbənin əhalisinin əksəriyyəti hal-hazırda kürdlərdən təşkil olunmuşdur və son vaxtlarda qəsəbəyə ərəblər köçmüşdür, ancaq aysorlar hələ də qəsəbədə əhəmiyyətli bir icmadır. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir. Xabur çayının sahilində, Hələb–Mosul magistrial yolu üzərində, eləcə də Əl-Həsəkə və Türkiyənin Diyarbəkir şəhərlərinin birləşdirən əhəmiyyətli bir yol üzərində yerləşən qəsəbə regionda nəqliyyat baxımından yüksək əhəmiyyət daşıyır. Təll-Təmr Suriyanın şimalındakı Cəzirənin Yuxarı Xabur Vadisində, Xabur çayının şərq sahilində yerləşir. Qəsəbə Rəsulayn şəhərindən 35 kilometr (22 mil) cənub-qərbdə, Əl-Həsəkə şəhərindən isə 40 kilometr (25 mil) şimal-qərbdə yerləşir.
Tülər
Tülər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Tülər oyk., sadə. Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Ağçayın sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi adını ərazidəki dağın adından almışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1110 nəfər əhali yaşayır.