Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fallos
Taldom
Taldom — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Tallar
Tallar - Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tayfa. == Haqqında == Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tallar e.ə. III minillikdə Urmiya gölündən qərbdə, Kiçik Asiya və Araz ətrafı ərazilərdə məskunlaşmışlar. Onlar bu dövrdə qaynaqlara Sicilyadakı Sirakuz şəhərində tal tayfa adı kimi düşmüşlər. . Qay Yuli Solinin yazılarında tallar şərqdə, Kaspi dənizi sahillərində çay ağzında yaşayan tayfalar kimi . Assur yazılarında isə Təbriz ətrafında Talay ölkə adı olaraq qeyd olunur. Onlar e.ə. II minilliklərdə buradan ətraf ölkələrə yayılmışlar . Qədim Naxər ölkəsinin torpaqları olmuş hazırkı Gürcüstanın şərqində məskunlaşan tallar orada Tela, Axtal, Qistol, Talat kimi şəhər qəsəbə və dağ adlarına öz adlarını vermişlər. Gürcülər də bu adların başqa dildən gəldiyini yazırlar .
Tallin
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. == Coğrafiya == Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Taylor
Taylor — Böyük Britaniyanın və ABŞ soyadı və verilmiş adı.
Wallows
Wallows — Dilan Minnett, Breydan Lemasters və Koul Preston tərəfindən Los-Ancelesdə qurulmuş alternativ rok qrupu. Qrup 2017-ci ildən etibarən müstəqil olaraq mahnılar buraxmağa başladı, onların "Pleaser" mahnısı Spotify Qlobal Viral 50 hit-paradında ikinci yerdə qərarlaşdı. 2018-ci ildə Wallows Atlantic Records ilə müqavilə imzaladı və ilk mini albomları olan Spring EP-i buraxdı. Qrup 2019-cu ildə debüt studiya albomu olan Nothing Happens-i, ardınca Remote adlı mini albom buraxdılar. Onlar 2022-ci ildə ikinci albomları olan Tell Me That It's Over-i buraxdılar.
Alloa
Alloa (ing. Alloa, şot.kelt Alamhagh) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Allos
Allos (fr. Allos, oks. Alòs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Allos-Kolmar kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04006. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 695 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını turizm təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 471 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 111 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,4%, 1999-cu ildə 79,8%).
Tello
Tello- kişilərin və qadınların qarışıq bir qrupda çeçələ barmaqla çiyin səviyyəsində bir-birindən tutaraq çiyinləri aşağı-yuxarı yırğalamaqla iki- orta və sürətli templi hissələrdən ibarət olan, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Şahbuz, Culfa, Babək rayonlarındakı folklor kollektivlərinin repertuarlarına daxil edilən ən qədim yallı-qız adından irəli gələn mahnı yallısıdır.
Anri Vallon
Anri Vallon (15.06.1879 — 01.12.1962) - fransız psixoloqu. Əməllə idrakın əlaqəsini göstərmişdir. Ontogenetik inkişafın mərhələlərinin sxemini təklif etmişdir.
Eduard Taylor
Eduard Taylor (İngiliscə: Edward Burnett Tylor; 2 oktyabr 1832[…], Kamberuell[d], Böyük London – 2 yanvar 1917[…]) – İngilis etnoqrafı. == Həyatı == Təkamülçü klassiklər arasında ən çox şöhrət qazanmış Eduard Taylor (1832-1917) varlı ailədən çıxmış, gəncliyində ticarət-sənaye fəaliyyətinə başlamaq istəyində olduğuna görə ali təhsil almamışdır. 1855-ci ildə Taylor səyahəti ilə əlaqədar Kubaya gedərkən mərkəzi Amerikadakı arxeoloji qazıntıları maliyyələşdirən metsenat-bankirlə tanış olmuş və həmin şəxs Taylorda başqa xalqların mədəniyyət və məişətinə maraq oyatmışdır. O, etnoloji ədəbiyyatı və Avropa muzeylərindəki materialları tədqiq edərək bilik dairəsini genişləndirmişdir. E.Taylor 1865-ci ildə "Bəşəriyyətin qədim tarixinə dair tədqiqatlar" adlı kitab nəşr etdirmişdi. Burada qədim dövrdən başlayaraq müasir sivilizasiyaya qədər bəşər mədəniyyətinin mütərəqqi inkişaf xəttini əsaslandırmağa çalışmışdır. O, ayrı-ayrı xalqların məişət və mədəniyyətindəki fərqli cəhətləri həmin xalqların qeyri-bərabər inkişafı ilə əlaqələndirirdi. E.Taylorun 1871-ci ildə yazdığı "İbtidai mədəniyyət" əsəri isə az bir vaxt ərzində dünya şöhrəti qazanmışdı. Geniş etnoloji materiallarla zəngin olan bu kitabda bəşəriyyətin mənəvi mədəniyyətinin inkişafına, xüsusən də dini inamlara geniş yer verilmişdir. 1881-ci ildə E.Taylorun sonuncu iri həcmli kitabı "Antropologiya" nəşr olmuşdur.
Gallop (studiya)
Gallop Co., Ltd (株式会社ぎゃろっぷ, Kabuşiki qayşa Gyaroppu) — Studio Gallop (スタジオぎゃろっぷ, Sutajio Gyaroppu) kimi də tanınan, 1978-ci ilin dekabr ayında təsis edilən Yaponiya animasiya studiyası. == İşləri == === Anime serialları === Touch (1985–1987) High School! Kimengumi (1985–1987) The Three Musketeers Anime (1987–1989) Kiteretsu Daihyakka (1988–1996) Gaki Deka (1989–1990) Miracle Giants Dome-kun (1989–1990) Tanken Gobrin Shima (1990–1991) Genji Tsūshin Agedama (1991–1992) Chikyū SOS Soreike Kororin (1992–1993) Hime-chan's Ribbon (1992–1993) Akazukin Chacha (1994–1995) Kochira Katsushika-ku Kamearikouen-mae Hashutsujo (1996–2008) Kodomo no Omocha (1996–1998) Rurouni Kenshin: Meiji Swordsman Romantic Story (1996–1997) Anime TV de Hakken! Tamagotchi (1997–1998) Initial D (1998) Ojarumaru (1998-ongoing) Transformers: Car Robots (2000) Yu-Gi-Oh! Duel Monsters (2000–2004) Bakuten Shoot Bayblade (2001–2003) Forza! Hidemaru (2002) Bomberman Jetters (2002–2003) Legendz Yomigaeru Ryuuou Densetsu (2004–2005) Morizo to Kikkoro (2004–2005) Yu-Gi-Oh! Duel Monsters GX (2004–2008) Animal Yokochō (2005–2006) Eyeshield 21 (2005–2008) Hataraki Man (2006) Yu-Gi-Oh! 5D's (2008–2011) Mainichi Kaasan (2009–2012) Yu-Gi-Oh! Zexal (2011–2014) Lady Jewelpet (2014–2015) Majin Bone (2014–2015) Yu-Gi-Oh! Arc-V (2014–2017) Jewelpet: Magical Chance (2015–2016) Yu-Gi-Oh!
Giş-qallop
Giş-qallop (ing. Gish gallop, /ˈɡɪʃ ˈɡælʌp/ ) — mübahisədə olan şəxsin bu arqumentlərin düzgünlüyünə və ya gücünə əhəmiyyət vermədən həddindən artıq sayda arqument təqdim edərək rəqibini alt-üst etməyə çalışdığı ritorik texnika. Əslində, bu, qeyd olunan arqumentlərin keyfiyyəti hesabına öz arqumentlərinin kəmiyyətinə üstünlük verməkdir. Bu termin 1994-cü ildə antropoloq Yucini Skott tərəfindən irəli sürülmüşdür. O, bunu ABŞ kreatsionisti Dueyn Gişin şərəfinə adlandırmışdır və Gişin təkamülün elmi həqiqətinə etiraz edərkən bu texnikadan tez-tez istifadə etdiyini iddia etmişdir. Bu, yayılma adlanan başqa bir müzakirə üsuluna bənzəyir. Burada bir nəfər son dərəcə sürətli danışaraq rəqibinin qaldırılan bütün dəlillərə cavab verməməsinə səbəb olur. Ümumiyyətlə, Giş-qallopu strukturlaşdırılmış müzakirədə istifadə etmək daha çətindir, nəinki sərbəst formada olandan. Mübahisəçi Giş-qallopdan istifadə edən bir rəqibin bu xüsusiyyətini tanıyırsa, onun Giş-qallopa başlamaq fürsətindən əvvəl rəqibin tez-tez istifadə olunan arqumentlərin qabaqcadan qarşısını almaq və onları təkzib etməklə bu texnikaya qarşı çıxmaq olar. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Grant, John.
Kennet Taylor
Kennet İna Dorotea Taylor (16 may 2002-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Taylor Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. Oyunçunu bir müddət Mançester Siti klubu transfer etmək istəmişdir. 25 may 2018-ci ildə Taylor Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. Taylor öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. O, 70-ci dəqiqədə Yasper ter Heydeni əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1–2 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == 27 oktyabr 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Marsiyak-Vallon
Marsiyak-Vallon (fr. Marcillac-Vallon, oks. Marcilhac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12138. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 17 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1680 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 917 nəfər (15-64 yaş arasında) arasında 696 nəfər iqtisadi cəhətdən fəal, 221 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.9%, 1999-cu ildə 74.2%).
Mil qallon
Mil qallon (ing. Miles per gallon, MPG) - Şimali Amerika və Böyük Britaniyada istifadə edilən ölçü vahididir. Nəqliyyat vasitəsinin 1 qallon yanacaqla neçə mil məsafə qət edə biləcəyini ifadə edir. ABŞ-də 1 qallon 3,785, Böyük Britaniyada isə 4,546 litrə bərabərdir. 1 mil hər iki ölkədə eynidir və metrik ölçü sistemində 1 609 metrə bərabərdir.
Məhəmməd Kallon
Məhəmməd Kallon (5 oktyabr 1979) — Syerra Leone futbolçusu. == Karyerası == Peşəkar karyerasına 1994-cü ildə qara qitədə başlayan Kallon 1995-ci ildə Avropaya üz tutaraq, İnter Milan klubu ilə anlaşıb, lakin heyətində gənc futbolçuya yer tapmayan milanlılar qarşıdakı dörd ildə onu İsveçrənin Luqano, İtaliyanın Boloniya, Cenoa və Kalyari klublarına icarəyə verib. 1999-cu ildən 2001-ci ilədək Reccina və Viçenzada oynadıqdan sonra İnterə dönüb. 2004-cü ilədək Milan klubunda çıxış edib və bu dəfə Fransaya üz tutub. 3 ildə Monakounun formasını geyindikdən sonra Səudiyyə Ərəbistanının Əl-İttihad, Yunanıstanın AEK Afina və Birləşmiş Ərəb Əmirliklərinin Əl-Şahab klublarında çıxış edib. Bu ilin əvvəlində isə vətəni Syerra Leoneyə dönüb. 30 min dollara ölkəsində futbol klubu alıb və öz adını ona verib. Demək olar ki, karyerasını başa vuran, yalnız həvəskar səviyyədə oynayan Kallon 2004-cü ildə İtaliya Futbol Federasiyası tərəfindən cəzalandırılıb. Buna səbəb isə onun dopinq qəbul etməsi olub. Bu səbəbdən o, 8 ay futboldan kənarda qalıb.
Sandra Ballok
Sandra Bullok (26 iyul 1964[…], Arlinqton dairəsi, Virciniya) — Amerikalı kino aktrisası.
Tallar (kanton)
Tallar (fr. Tallard) — Fransada kanton , region — Provans-Alp-Kot-d'Azur, departament — Yuxarı Alplar. Qap dairəsinə daxildir. Kantonun INSEE kodu — 0523. Tallar kantonuna cəmi 9 kommuna daxildir, onlardan ən əsası Tallar kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2007-ci ildə əhalinin sayı 5 945 nəfər təşkil edirdi.
Tallin FKİ
FCİ Tallin (İnfonet Tallin Futbol Klubu) — Tallin şəhərinin Lasnamae ərazisini təmsil edən və hal-hazırda Meystriliqada mübarizə aparan peşəkar Estoniya futbol klubudur.Klub 2002-ci ildə təsis edilmişdir. Klubu 2013-cü il mövsümündən etibarən Meystriliqada çıxış edir və heç vaxt Estoniyanın birinci diviziyasına enməmişdir. == Tarixi == İnfonet 29 yanvar 2002-ci ildə təsis edilmişdir. 2011-ci il Esiiliqadakı (İkinci Diviziya) çıxışından sonra Bersi və Atletik klubları ilə birləşdirilmişdir. Komandaya baş məşqçi kimi Aleksandr Puştov gətirilir. İnfonüt 2011-ci ildə Esiiliqada ikinci yeri tutur və pley-offa vəsiqə qazanır. Lakin pley-offda Kuressaare klubuna 1-5 hesabı ilə məğlub olaraq Premyer Liqaya vəsiqə qazana bilməmişdir. İnfonet 2012-ci ildə Esiiliqanın qalibi olur və Meystrilliqaya vəsiqə qazanır. İlk mövsümdə Estoniyanın Əsas Liqasında 6-cı yeri tutur. Klub 13 iyul 2015-ci ildə 2015-16 Estoniya Kuboku mövsümündə həvəskar komanda olan Virtsu klubunu 36-0 hesabı ilə məğlub edərək Abroat klubunun 130 illik rekordunu yeniləmişdir.İnfonet Avropada debütünü 2016-17 UEFA Avropa Liqasında etmişdir.
Tallin Universiteti
Tallin Universiteti (est. Tallinna Ülikool – TLÜ) — Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin üç ən qabaqcıl ali təhsil ocaqlarından biridir. == Tarixi == Tallin Universiteti 18 mart 2005-ci ildə bir sıra ali məktəb və araşdırma institutunun birləşməsi nəticəsində yaradılmışdır. Həmin qurumlar bunlar idi: Estoniya Akademik Kitabxanası (1946); Baltik Film və Media Məktəbi (1992/1997); Estoniya Humanitar İnstitutu (1988); Tarix İnstitutu (1946); Tallin Pedaqoji Universiteti (1919/1952/1992).Hazırda ölkənin ən sürətli böyüyən universiteti olmaqla sosial elmlər və bəşəri elmlərdə yüksək, fənn və təbiət elmlərində isə sürətlə inkişaf edən ali məktəbdir. == Strukturu == === Məktəblər === Baltik Film, Media, İncəsənət və Kommunikasiya Məktəbi Rəqəmsal Texnologiyalar Məktəbi Təhsil Elmləri Məktəbi İdarəetmə, Hüquq və Cəmiyyət Məktəbi Humanitar Məktəb Təbii Elmləri və Səhiyyə Məktəbi === Kolleclər === Haapsalu Kolleci Rakvere Kolleci == Kitabxanası == Universitetin zəngin kitabxana fondu var. Əsas kitabxanası 1946-cı ilin aprel ayında Estoniya SSR Elmlər Akademiyasının Mərkəzi Kitabxanası kimi fəaliyyətə başlamışdır. 2003-cü ildən milli kitabxana statusu daşımışdır. Əsas kitabxanası 2005-ci ildən – Tallin Universitetinin yaradılmasından sonra belə adlanır: Tallin Universitetinin Akademik Kitabxanası. Kitabxana fondu 2,5 milyon nüsxədən ibarətdir. Ən qədim kolleksiyası XVI əsrə aiddir.
Tallin körfəzi
Tallin körfəzi (est. Tallinna laht) — Suurupi və Viimsi yarımadaları və Naissaar və Aeqna adaları arasında yerləşir. Finlandiya körfəzinin bir hissəsidir. Körfəzin cənub sahilində Estoniyanın paytaxtı Tallin şəhəridir. Körfəzin sahəsi təxminən 250 km², ən böyük dərinliyi 90 metrdir (Aeqna və Naissaar adaları arasında). Tallin körfəzi Estoniyanın ən dərin körfəzlərindən biridir. Yarımadalar öz növbəsində Tallin Körfəzini üç hissəyə bölür: Kakumäe körfəzi (Tiskre), Kopli körfəzi, Palyasaare körfəzi və Tallin reydi (körfəzin ən dar nöqtəsi, Palyassaare və Miyduranna arasında). Körfəzin sahilləri ümumiyyətlə düzənlikdir, qayalı qayalar Rannamiyza, Kakumyae, Kopli yarımadasında və Naissaar adasında mövcuddur. Ən böyük qumlu çimərliklər Kakumyae, Pelquranna və Piritada yerləşir. Qaya sahilləri Rannamiyza və Tiskre arasında, Kakumyae və Rokka al Mare, Palyasaare və Kopli arasında, Kadriorq, Merivalya və Aeqna adalarında yerləşir.
Tallin limanı
Tallin limanı – (est. Tallinna Sadam) Estoniyanın ən böyük limanıdır. Həm yük, həm də sərnişin daşınması üzrə Baltik dənizinin ən böyük limanıdır. Tallin limanı 5 limanı idarə edən şirkətdir. Tallin sərnişin limanı (est. Vanasadam – Baltik dənizinin ən işlək sərnişin limanıdır. Tallin şəhərində yerləşir. Muuqa limanı Tallindən 13 km uzaqda yerləşir. Əsas yük limanıdır. Paldiski şərq limanı – Tallinin 40 km qərbində yerləşən Paldiski şəhərinin yük limanıdır.
Taylor Hackford
Taylor Edwin Hackford (31 dekabr 1944, Santa-Barbara, Kaliforniya) — amerikalı kinorejisordur. Hackford 31 dekabr 1944-cü ildə Kaliforniya ştatının Santa Barbara şəhərində ingilis əsilli ailədə anadan olub. O, Amerika Rejissorlar Gildiyasının prezidenti vəzifəsində işləmişdir. 1979-cu ildə "Yeniyetmə ata" (ingiliscə orijinal adı: Teenage Father) filminə görə "Ən yaxşı qısametrajlı film" kateqoriyasında Akademiya Mükafatını qazanmışdır. Onun töhfə verdiyi digər filmlərdən bəziləri; An Officer and a Gentleman (1982) və Ray (2004). Daha əvvəl iki dəfə evli olan Hackford 1997-ci ildə evləndiyi üçüncü həyat yoldaşı, britaniyalı peşəkar aktrisa Helen Mirren ilə bərabər yaşayır. Onun iki övladı vardır.
Taylor Heklin
Taylor Li Heklin (ing. Tyler Lee Hoechlin) – Amerikalı aktyor. Tanınmağa 2002-ci ildə Məhv olma yolu filmində oynadığı Miçel Sullivan rolu ilə başlamışdır. Bundan sonra isə 2003–2007-ci illərdə Yeddinci cənnət serialında Martin Biver rolunu oynamışdır. Həmçinin o, Gənc qurd-da Derek Heyl və Ox kainatı-nın Supergörl və Supermen və Lois seriallarında Klark Kent/Supermen rolunu oynamışdır. == Həyatı == Heklin 11 sentyabr 1987-ci ildə Kaliforniyanın Korona şəhərində Lori və Don Heklinin ailəsində doğulmuşdur. O ailəsinin yerli amerikalı, alman, irland və bəzi başqa etnik milliyətlərə mənsub olduğunu bildirib. Tanner və Travis adlı qardaşları və Kerri adlı böyük bacısı var. 2006-cı ildə Santiaqo orta məktəbini bitirmişdir.