Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tarakan
Tarakan (lat. Blatta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinin tarakanlar fəsiləsinə aid heyvan cinsi.
Qara tarakan
Qara tarakan (lat. Blatta orientalis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinin tarakanlar fəsiləsinin tarakan cinsinə aid heyvan növü. Azərbaycanda geniş yayılmış növlərdən biridir. Çox vaxt tuqay meşələrində, təbii və mədəni senozlarda rast gəlinir. Evlərdə müxtəlif qida məhsulları ilə qidalanır. == Yayılması == Qara tarakanın vətəni tropik Asiyadır. Ticarət yolu vasitəsilə yeyinti məmulatları ilə birlikdə Aralıq dənizi ölkələrinə, oradan isə XVI əsrin axırlarında Qərbi Avropa ölkələrinə (İngiltərə və Hollandiyaya) gətirilmişdir. Hazırda bütün Avropada yayılmışdır. == Qısa təsviri == Qara tarakanın bədəni müstəqil baş, döş və qarıncıq hissəsindən ibarətdir. Uzunluğu 18-30 mm-dir.
Afrika tarakanı
Afrika Tarakan(Supella longipalpa) Bədənləri kitin təbəqə ilə örtülüdür.Ümumiyyətlə rəng açıq sarımtıl qəhvəyi, çəhrayı əsmər və bəzən də tünd qəhvəyi, pronotum homogen bir şəkildə açıq qəhvərəngi, ön qanadın qaidəsi və ortasına doğru bir ədəd eninə geniş tünd cızıq mövcuddur, ikinci cızıq bəzən silik ola bilər. Thorax və abdomendə eninə tünd kahverengi bant olur, ancaq, yetkinlərdə qanadlar bu bantları bağlayar. Erkəklərdə bədən silindirikdir, qanadlar abdomenin ucundan çıxar, ön qanadın ucuna doğru olan qisimi açıq sarımsı rəngdə, arxa qanadlar tam inkişaf etmiş və asanlıqla uçmağı təmin edəcək vəziyyətdədir.
Alman tarakanı
Alman yüyrüyü (lat. Blattella germanica), Bu növ digər tarakan növlərinə görə daha kiçik quruluşlu, ümumiyyətlə rəngi açıq sarımtılı qəhvəyi rəngdə, pronotum üzərində uzunluğuna iki ədəd qalın tünd ləkə olması ilə digər növlərdən ayrılmaqdadır. Qanadlar yaxşı inkişaf etmiş, erkəklərdə abdomen uzun və silindr şəklində olur, qanadlar abdomeni tamamilə örtməz, dişilərdə abdomen yumuru və bütünlüklə qanadlar tərəfindən örtülmüşdür. Yetişkinlər 10–15 mm boyundadır və dişilər erkəklərdən daha qısa olur. == Mənbə == Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: М.,Москва,1989, 414с. Белозеров Е.С., Иоанниди Е.А. Курс эпидемиологии: АПП “Джангар”, 2005, 136с. Васильев К., Шляхов Э. Методы исследования в эпиде- миологии: Картя Молдовеняска, 1971, 186с. Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология: Санкт-Петер- бург, Фолиант, 2006, 716с. Клименко Е.П., Попов В.П. Эпидемиологический анализ: М., Медицина, 1983, 192с. Покровский В.И., Пак С.Г., Брико Н.И. Инфекцион- ные болезни и эпидемиология: М., Москва, 2006, 810с.
Amerikan tarakanı
Amerikan Tarakanı (Lat. Periplaneta americana) — == Haqqında == Adına baxdıqda Amerikan tarakanı olmasına baxmayaraq bu növün vətəni Amerika deyil, Afrika olduğu və bu qitədən əsirlərlə birlikdə Amerikaya soxulduğu və daha sonra gəmilərlə edilən ticarət vasitəsiylə dünyanın hər tərəfinə yayıldığı qəbul edilməkdədir. == Forması == Böyük qırmızımtıl qəhvəyi rəngdə və tam inkişaf etmiş olan qanadlara sahib bir növdür. Başlarının arxasındakı hissə isə sarı rəngdədir. Pronotumun kənarları diqqətə çarpan olmayan açıq rəngli bir lentlə çevrili, erkəklərin qanadları bədəndən 4–8 mm qədər çölə çıxır, dişilərin qanadları abdomenin son halqasına qədər uzanmaqla, abdomenin sonunda və alt tərəfindən və bunun yanında uzunlamasına çuxur tərəfindən bir xətt var. Yetişkinlər, 35–50 mm boyunda olurlar. == Törəməsi == Dişi Amerikan tarakanları yumurtaları üçün qoruyucu kisələr hazırlayırlar. Bu kisələr kapsul formasındadır. Tarakanlar kapsulu hazırladıqdan sonra isti və nəmli bir yerə qoyurlar. Ortalama hesabla bir kapsulda təxminən 16 yumurta olur.
Asiya tarakanı
Asiya Tarakanı(Periplaneta australasia). Bədən rəngi qırmızımtı qəhvəyidən tünd qəhvəyi və ya qaraya qədər dəyişən bu növdə qanadlar yaxşı inkişaf etmiş, pronotum tünd qəhvəyi rəngdə olub kənarları diqqətə çarpacaq dərəcədə açıq sarı rəngdə bir lentlə çevrili olur, bu zolağın qalınlığı dəyişə bilər, ön qanadların qaidə qisimində açıq sarı rəngdə bir xətt olur, dişilərdə abdomenin sonunda və alt tərəfində, yanında uzunlamasına yarığa bənzər bir xətt var. Yetişkilər 21–34 mm boyunda olur. == Mənbə == Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: М.,Москва,1989, 414с. Белозеров Е.С., Иоанниди Е.А. Курс эпидемиологии: АПП “Джангар”, 2005, 136с. Васильев К., Шляхов Э. Методы исследования в эпиде- миологии: Картя Молдовеняска, 1971, 186с. Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология: Санкт-Петер- бург, Фолиант, 2006, 716с. Клименко Е.П., Попов В.П. Эпидемиологический анализ: М., Медицина, 1983, 192с. Покровский В.И., Пак С.Г., Брико Н.И. Инфекцион- ные болезни и эпидемиология: М., Москва, 2006, 810с. Попов В.Ф. Руководство по эпидемиологическому ана- лизу: М., Медицина, 1973, 216с.
Postsovet ölkələrində tarakanların depopulyasiyası
Postsovet ölkələrində tarakanların depopulyasiyası – XXI əsrin əvvəlindən etibarən Rusiyada və keçmiş SSRİ ölkələrində bir çox tarakan növlərinin sürətlə yoxa çıxması fenomeni. Tarakanların sayının azalması bir çox faktorla əlaqələndirilir. == Arxa plan == XXI əsrin əvvəllərindən etibarən Rusiya və digər postsovet ölkələrində tarakanların populyasiyasında böyük azalma müşahidə olunur. Alimlər Rusiya, Azərbaycan, Ukrayna, Moldova, Qazaxıstan və Belarus şəhərlərində müxtəlif tarakan növlərinin sürətlə yoxa çıxdığını aşkarlayıblar. Lakin Rusiyanın Moskva, Sankt-Peterburq və Nijni-Novqorod kimi meqapolislərində bu cür azalma müşahidə olunmayıb.Çelyabinsk və Yekaterinburq alimləri hesab edirlər ki, qara tarakanlar artıq təhlükə altında olan növlər siyahısına daxil edilməlidirlər. == Səbəblər == Bəziləri tarakan populyasiyasının azalması barədə fikirləri şişirdilmiş hesab edir. Digər fərziyyəyə görə bu fenomen müvəqqəti və ya tsiklikdir. Kütləvi informasiya vasitələri bu fenomeni açıqlamaq üçün bir çox səbəb ortaya atmışdır: Geni dəyişdirilmiş məhsulların geniş istifadəsi qida zəncirinin pozulmasına səbəb olub. Zibilləri saxlamaq üçün plastik torbalardan istifadə populyarlaşıb və zibil borularının istifadəsi dayandırılıb. Tarakanlar evlərdən daha münasib yerlərə miqrasiya ediblər.
Tarakankimilər
Tarakankimilər (lat. Blattodea) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. == Ümumi məlumat == Tarakankimilər daş kömür dövründən məlum olub, Yer kürəsinin əksər sahələrində geniş yayılmışdır. Bədəni uzunsov, yastılaşmış, az və ya çox dərəcədə ovalşəkillidir. Orta və iri ölçülü həşəratdır. Baş hissəsi hipoqnatik tipdədir. Ağız orqanları gəmiricidir. Bığcıqları uzun, nazik, qılşəkilli və çoxbuğumludur. Fasetli gözləri iridir və 2 gözcüyü vardır. Bəzi qanadsız formalarda göz inkişaf etməmişdir.
Tarakanlar
Tarakanlar (lat. Blattidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin tarakankimilər dəstəsinə aid heyvan fəsiləsi. Dünyada, 3500 tarakan növü var. Bunlardan yalnız 10 növ insanların yaşadıqları mühitlərə adaptasiya olunublar. • Dişilər cütləşdikdən sonra yumurtalarını ətrafın vəziyyətinə görə uyğun bir yerə qoyurlar. • Lakin yumurta qoyma sadə olaraq gəzişdikləri gizli və isti yerlərə sığınacaq edirlər. • Ancaq dişilər yumurta paketini qoymadan əvvəl ən çox bir həftə bu paketin bir qismi abdomenin içində, bir qismi də çöldə dayanıq vəziyyətdə bərabərində daşımaqdadır. • Yumurta paketi 10–12 mm uzunluğunda və qaramtıl-qəhvəyi rəngdə olur. • Yumurta paketi içində iki sıralı olmaq üzrə ümumiyyətlə 16 ədəd yumurta olur, ancaq bu miqdar 14-18 arasında dəyişə bilər. • Yumurta paketi qoyduqdan sonra 2-3 ay içərisində açılmaqla, 30 °C'də isə bu müddət 5-6 həftə davam edə bilər.
Tarakanlar (Yu Nesbö romanı)
Tarakanlar (norv. Kakkerlakken) Norveçli yazıçı Yu Nesbönun Harri Hole haqqında romanlar seriyasının ikinci əsəridir. Yarasa romanının nəşrindən əldə etdiyi uğurdan sonra Nesbö işdən çıxır və Taylanda növbəti kitab üçün ilham axtarmağa gedir. Burda qaldığı müddətdə o növbəti "Tarakanlar" əsərini yazır. Bu dəfə də əsərdə Harri Hole adlı polis əməkdaşının başına gələn macəralardan bəhs olunur, lakin bu dəfə hadisələr Taylandda cərəyan edir. == Süjet xətti == Norveç səfiri Taylandda Banqkok ətrafı ərazidə yerləşən fahişəxanaların birində ölü vəziyyətdə tapılır. Taylanddakı səfirin ölüm işinin təhqiqatını Norveç polisi olan Harri Hole aparır. Oslo polisinin Kriminalistika şöbəsinin əməkdaşı olaraq, Harri Hole Banqkokun qaranlıq rayonlarının cinayətkarları ilə qarışır və nəhayətində bu işdə vacib adamların əli olduğunu başa düşür. Harri həm də öz ailəsi - dul qalmış atası və Harrinin Taylanda getməsindən bir neçə ay əvvəl zorlanmaya məruz qalan bacısı üçün narahat olur.
Tarakansisəylər
Tarakansisəylər (lat. Notoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi.
Tarkan
Tarkan Tevetoğlu — Türk müğənni. 1972-ci ildə Almaniyanın Frankfurt yaxınlarındakı Alzey qəsəbəsində anadan olmuşdur. Atası Ali Tevetoğlunun qərarıyla 13 yaşında Karamürseldə Klassik Türk Musiqisi üzrə təhsil almağa başladı. Karamürsel Liseyini bitirdikdən sonra Karamürsel Musiqi Cəmiyyətində ardından da Üsküdar Musiqi Cəmiyyətində musiqi savadını aldı. == Karyerası == 1991-1999-cu illər ərzində yoldaşı Alpay Aydın sayəsində İstanbul Val sahibi və prodüser Məmməd Söğütoğlu ilə tanış oldu. 1992-ci ilin sonunda İstanbul Val ilə imzaladığı razılaşma nəticəsində, ilk albomu Yenə Sənsiz Türkiyədə bazara çıxarıldı. Bu albomun ilk mahnısı olan Kıl Oldum çox qısa müddətdə dinləyənlərin marağını çəkərək məşhur məkanlarda çalındı. Yenə Sənsiz adlı albomunu 900 min tirajla satılınca, Tarkan ölkə diametrində tanındı. 1994-cü ilin Mayında Sezen Aksunun yardımı ilə Acayipsin albomunu çıxaran Tarkan müvəffəqiyyətini davam etdirdi. Bu albom ilə Türkiyə və Avropada 24 konsert verdi.
Çorpan Tarkan
Çorpan Tarkan — VII əsrdə yaşamış Xəzər kökənli Göytürk komandanıdır. Çorpan Tarkan erməni tarixçisi Movses Kaqankatvatsi tərəfindən Xəzər generalı olaraq təqdim edilmişdir. == Həyatı == Tonq Yabqu xaqanın 627-629-cu illərdə Üçüncü Göytürk-Sasani müharibəsində sasaniləri məğlubiyyətə uğratdığı dövrdə Çorpan Tarkan Tonq Yabqu xaqanın qardaşı oğlu Börü Şadın Qafqazdakı ordusunda komandan olaraq xidmət etməkdə idi. Çorpan Tarkan bu müharibə zamanı, 629-cu ildə Sasanilər ilə döyüşərək Tiflisi fəth etdi və Cənubi Qafqazda Qəbələ şəhərinə yerləşdilər. Tiflisin fəth edilməsi ilə göytürklər sasanilərə böyük zərbə vurmuş və bu vəziyyət Sasanilərin Anadoludakı hərəkatlarını dayandırıb ordularını Qafqaza göndərmələrinə səbəb olmuşdur. Daha sonra Çorpan Tarkan Qafqazdakı irəliləmə hərəkatını davam etdirərək 630-cu ilin aprel ayında indiki Qərbi Azərbaycanı işğal edib, yerlə bir etdi. Bu vəziyyətə görə, Çorpan Tarkan yenə erməni tarixçi Movses Kaqankatvatsi tərəfindən qana susamış və iyrənc biri olaraq tanıdılmışdır. Ardıyca Çorpan Tarkan Araz çayına qədər bütün Şimali Azərbaycanı fəth etdi. Bundan sonra Sasani imperatoru Şahrbaraz tərəfindən göytürklər üzərinə göndərilən və əksəriyyəti atlılardan təşkil edilmiş 10.000 nəfərlik güclü ordu Çorpan Tarkan tərəfindən tələyə salındı və məhv edildi.
Altun Tamqan Tarkan
Altun Tamqan Tarkan (d. ? – ö. 724) — İkinci Göytürk imperiyası dövründə yaşamış Göytürk bəyi və İltəriş xaqanla Qapağan xaqanın kiçik qardaşı, şərq torpaqlarının şadı İl Etmiş Yabqunun oğlu. == Haqqında == Altun Tamqan Tarkan İltəriş xaqan və Qapağan xaqanın kiçik qardaşı İl Etmiş Yabqunun oğludur. İl Etmiş Yabqu İkinci Göytürk Xaqanlığının şərq hissəsinin şadı olmuşdur. O, bu vəzifədə 687-ci ildən 716-cı ilə qədər qalmışdır. 716-cı ildə Kültigin tərəfindən İnal xaqanı dəstəklədiyi üçün öldürülmüşdür. Altun Tamqan Tarkanın həyatı ilə əlaqəli məlumatlar yox deyiləcək qədər azdır. Özü ilə əlaqəli məlumatlara ölümündən sonra şərəfinə ucaldılmış Altun Tamqan Tarkan abidəsindən çatmaq mümkündür.
Altun Tamqan Tarkan abidəsi
Altun Tamqan Tarkan abidəsi, İhe Aşete abidəsi və ya Höl Asgat abidəsi — 1891-ci ilin avqust ayında rus elm adamı N.P.Levin tərəfindən tapılmışdır. Abidə Nikolay Yadrintsev, Vasili Radlov, Hüseyn Namiq Orkun və s. elm adamı tərəfindən araşdırılmışdır.Altun Tamqan Tarkan abidəsi Monqolustanın Bulqan bölgəsinin Mogod rayonunda, Tülee Uul dağının qərbində qalan Asgatan Höndiydəki Asgat vadisində yerləşir. Altun Tamqan Tarkan abidəsi Koşo Saydam gölü regionunda olan Orxon abidələrindən təxminən 53 km şimal-şərqdədir. == Abidə == Abidə 4 tərəfi də daş divardan ibarət iki məzardan ibarətdir. birinci daş məzarın 3 divarı qalmış, 1 divarı isə dağılmışdır. Rəsmlərlə bəzədilmiş olan yerin kənarında olan sətirlərin ortasında 1 quş rəsmi vardır. Abidənin önündə 1 relyef vardır. Relyefdə uzun başlıqları olan və əllərində qədəh tutan 3 kişi heykəli qoyulmuşdur. Sağ üst tərəfdə və onun altında Orxon abidələrində də olan dağ keçisi damğası mövcuddur.
Baraban
Baraban - iki üzünə dəri çəkilmiş, içiboş, enli, silindrşəkilli, ağacla vurularaq çalınan musiqi aləti.
Karakal
Karakas
Karakas (isp. Caracas) — Venesuela Respublikasının paytaxtı. == Əhalisi, dili, dini == Rəsmi məlumatlara görə Karakas şəhərinin federal dairənin hüdudları və şəhərətrafı yerlər də daxil olmaqla əhalisinin sayı 2 mln nəfər təşkil edir. Lakin faktiki olaraq əhalinin sayı 4,5 mln nəfərə yaxındır. Karakas əhalinin sıx məskunlaşdığı şəhərdir. Burada Venesuela əhalisinin altıda biri yaşayır. Paytaxt əhalisi arasında ispan-hindu qarışığı üstünlük təşkil edir. Əhalinin təqribən 20%-i İspanlar, italyanlar, portuqallar və digər Avropa mənşəli xalqlar təşkil edir. Bunlarla yanaşı, Karakasda çox qonşu Kolumbiyanın əhalisi də məskunlaşmışdır. Zəncilər əhalinin 10%, hindular isə ən çoxu 2%-ni təşkil edir.
Karaman
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Mamakan
Mamakan (Urmiya)
Marakana
Marakana stadionu — Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən dünyanın ən böyük stadionu. == Tarixi == Braziliyanın 1950-ci ildə FİFA Dünya Kubokuna ev sahibliyi etməyə haqq qazanmasının ardından turnir üçün yeni bir stadion tikilməsinə qərar verildi. Stadionun planları Raphaël Galvão və Pedro Paulo Bernardes Bastos adlı iki mühəndis tərəfindən çəkildi. Təməli 2 avqust 1948-də atıldı. 16 iyun 1950-ci ildə Wings birliyi - Paul McCartney konserti ardınca edilən açılış matçında Rio da Janeiro All-Stars ilə São Paulo All-Stars qarşı-qarşıya gəldi. Matçı Rio da Janeiro All-Stars 3-1 qazandı. Didi stadionda qol vuran ilk futbolçu oldu. Açılış günündə edilən matçı 184 min adam izləmişdi. Marakana Stadionunun yəni "Maracana Arena"nın istehsalında yarım milyon torba sement ilə 10.000 ton dəmir istifadə edilmişdir. Finalda Uruqvay Braziliyanı 2-1 hesabı ilə məğlub etmiş və bu nəhəng finalı qaçaq girənlərlə birlikdə 200 min adam izləmişdir.
Qaraman
Qaraman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qaraman kəndi Ləkçılpaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraman kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin adı qaraman tayfasının adı ila əlaqədardır. Bir məlumata görə, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-1063) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədan Azərbaycana yayılmışlar. Qaramanların XIII əsrdə şimaldan Azərbaycana gəlməsi və buradan müəyyan hissəsinin Ön Asiyaya köçməsi fikri də mövcuddur. Onlar varsaq, qara, İsa, koşun va qıştomir qollarından ibarət olmuşlar. XV əsrdə Cənubi Azərbaycanda yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur. Səfəvi şahları hərbi xidmətlərinə görə bu tayfaya Azərbaycanda yerlər vermişdilər. Qaraman adı Çində yaşayan salarlar arasında da çəkilir. Tadqiqatçılara görə, qaraman oğuz tayfalarındandır.
Qaraqan
Elxan Aqşin oğlu Zeynallı (3 aprel 1987, Bakı) — azərbaycanlı repçi, musiqiçi, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibi. Hal-hazırda, 10 romanın (9 Azərbaycan,1 Rus dillində) və 4 albomun müəllifidir. Elxan Zeynallı orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. == Karyerası == Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlayıb, 2007-ci ildə yaranan H. O. S. T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa etsələrdə, Qaraqan yoluna Madhouse Communnity-də davam edib.2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir. 2008-ci ildə bir müddət Amerikada yaşayır.
Qarağan
Qarağan Saatlı — Ağdaş rayonunda kənd. Qarağan Sədi — Ağdaş rayonunda kənd. Qarağan Şıxlar — Ağdaş rayonunda kənd.
Saravan
Tərp, Terp, Saravan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. == Tarixi == «Tərp kəndi, XIII əsrdə tarixi mənbələrdə adı çəkilən Derb kəndidir». Kənd XIV əsrdə xarabalığa çevrilmiş, XVII əsrdə yenidən bərpa edilmişdir. Tərpçayın yaxınlığında yerləşirdi. Toponim Azərbaycan dilində «kiçik təpə» mənasında işlənən tərp sözü əsasında əmələ gəlmişdir. Tərp sözü ərəb dilində dərb kimi «dağ keçidi, aşırım, dərə» mənasında işlənir. Orotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 192 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 187 nəfər, 1904 - cü ildə 223 nəfər, 1914 - cü ildə 245 nəfər, 1916-cı ildə 281 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur.
Sarayan
Sarayan — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Sarayan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 11,098 nəfər və 2,933 ailədən ibarət idi.
Sarağan
Sarağan (lat. Cotinus) - sumaqkimilər fəsiləsinə aid bitki cinsi.Cotinus coggygria Scop. - Sarağan, vəlgə - Скумпия коггигрия- Coggygria sumach, smoke treeKol və ya ağac bitkisidir. Sumaqkimilər ailəsinə daxildir. Avrasiyanın mülayim iqlimi olan zonalarında, eləcə də Şimali Amerikanın şərqində yayılmışdır. Sarağanı dekorativ bitki kimi, eləcə də sarı rəng almaq üçün xammal kimi istifadə etmək üçün becərirlər. == Botaniki təsviri == Hündürlüyü 1-4 m olan, qabığı xırda çatlı kol, bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür.
Sazakan
Sazakan - türk ve altay mifologiyasında Qasırğa Cini. Yaz mövsümündə buludların arasında gəzir. Baharda yağışdan əvvəl ortaya çıxır. Əjdahaya bənzəyən böyük bir varlıqdır. Buynuzları vardır. Heç gözlənilməz bir qar fırtınası və tipi bastırırsa və ya birdən yağış başlayarsa "Sazakan oynayır" deyilər. Yağışı gücləndirir, şimşəyin daha şiddətli çaxmasına səbəb olar. Çox çox oynasa ağaclar kökündən sökülür, evlər yıxılar. Sonra yerin altına girib itər. Girdiyi yerdə dərin bir çuxur meydana gələr.
Taperakan
Kirov, Taperakan — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd.
Tarbaqan
Marmot və ya Monqol marmotu (lat. Marmota sibirica) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Uzunluğu 60 santimetrə çatır. Rusiyanın şərqində, Monqolustanda və Şimal-şərqi Çində yayılmışdır. Tarbağan taun xəstəliyi törədicisinin daşıyıcısıdır.
Tarbağan
Marmot və ya Monqol marmotu (lat. Marmota sibirica) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü. Uzunluğu 60 santimetrə çatır. Rusiyanın şərqində, Monqolustanda və Şimal-şərqi Çində yayılmışdır. Tarbağan taun xəstəliyi törədicisinin daşıyıcısıdır.
Tarrakon
Tarrakon (Tarraco/Colonia Tarraco) - İcpaniyada Aralıq dənizi sahillərində qədim şəhər (indiki Tarraqona şəhəri). == Haqqında == Tarrakon şəhəri e.ə. 218-ci ildə romalılar tərəfindən işğal edilmiş və Yaxın İspaniya əyalətinin paytaxtı olmuşdur. Qay Yuli Sezarın hakimiyyəti dövründə burada Rma əyalətinin (Colonia Tarraco) əsası qoyulmuşdur. E.ə. I əsrin sonlarında Qalisiya ilə birləşdiriləndən sonra Tarrakon İspaniyası əyaləti adlandırılmışdır. Kantabriya müharibələrini uğurla başa vuran Roma imperatoru Tarrakon şəhərində qış mövsümünü keçirmiş və qələbə münasibətilə şəhərdə çoxlu binalar tikdirmişdir.
Varaçan
Varaçan—Xəzər xaqanlığının köhnə mərkəzi. == Tarixi == M.İ.Artamonov yazır ki, xəzərlərin əzəmətli paytaxtı Varaçan – Bələncər, yaxıd Bulker-Bolqar kimi əraziləri əhatə edirdi və onun əhalisinin əksəriyyəti barsil-bersullardan ibarət idi. Varaçan şəhəri dağıldıqdan sonra paytaxt hunlar ölkəsinin digər hissəsinə – Səməndər şəhərinə köçürüldü .
Zarağan
Zarağan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd keçmişdə Qəbələ şəhərinin 3 km.-liyindəki Şıx Taci qəbristanlığının yanında yerləşirdi. Çökək yerdə, həm də çay ağzında olduğuna görə əhali indiki yerə köçüb, burada məskunlaşmışdır. Kəndin adı ərazidəki sarağan (vəlgə də adlanır) ağacının bolluğu ilə əlaqədardır. Həmin ağacın yarpağından keçmişdə dəri aşılamaq, özəyindən isə sarı boya almaq üçün istifadə olunurdu. Ərazidə Sarağan meşəsi də var. == Coğrafiyası və iqlimi == Zarağan kəndi rayon mərkəzindən 7 kilometr cənub qərbdə, Dəmiraparançayın sahilində, Alazan-Həftəran vadisində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2804 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Elman Məmmədov — kimya elmləri doktoru, professor. == İqtisadiyyatı == Kəndin üç yolun ayrıcında (Qəbələ-Bakı, Qəbələ-Ağdaş və Qəbələ-Oğuz) yerləşməsi, şəhərə yaxınlığı səbəbindən burada iri ticarət obyektləri mövcuddur.