Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Talay
Tatay
Tatay Xan — türk, monqol və altay mifologiyasında qasırğa tanrısı. Tata Xan da deyilir. Qasırğaların, fırtınaların, tayfunların və burulğanların səbəbkarıdır. Atı ildırıma çevrilər. Uluqayının dibindəki Həyat suyuna gözətçilik edir. Monqollarda 77 şimal tanrısının nümayəndəsidir. Simvol rəngi qaradır. (Tat/Yat) kökündən törəmişdir. At sürmək, sürətli getmək mənalarını içərisində saxlayır. Türkcə Tata, Tungusca Tagta sözləri qorxmaq və şaşırmaq bildirir.
Tapey
Tapey — Kirti Monastırından olan gənc Tibet rahibi. Onun 27 fevral 2009-cu ildə Sıçuan əyalətinin Nqava şəhərində yerləşən bazarda özünü yandırmağa cəhd etməsi tibetlilərin özünü yandırması dalğasının başlanğıcı olmuşdur.
Tank
Tank (ing. Tank – bak, qab) — əsas vəzifəsi birbaşa atəş gücü istifadəsiylə düşmən qüvvətlərinə hücum olan, palitralı və zirehli bir döyüş vasitəsidir. Tank çox təhlükəlidir. Tankı digər döyüş vasitələrindən ayıran xüsusiyyətləri ağır bir zirehə, yüksək atəş gücünə və hər cür ərazidə sürətli gedəcək şəkildə hazırlanmış sürüş komandalarına sahib olmasıdır. Hər nə qədər bahalı və məntiqi baxımdan səy tələb edən vasitələr olsa da, yer hədəflərinə hücum qabiliyyəti və piyadaları əhvalını çökdürməsi səbəbiylə müasir orduların imtina edilməz ünsürlərindəndir. İlk tank Böyük Britaniyada Birinci dünya müharibəsində yaranıb. İlk tanklar avtomobil motorları ilə təchiz edilrdi. Onun adı Mari 1 olub. Bu tank 8 km/saat sürətlə hərəkət edib. Hər kilometrə 5 litr yanacaq işlədib.
Tanq
Tanq (qevoq) — Butanın qevoqu, Tanq çayının vadisində yerləşir. Tanq adası — eyni adlı arxipelaqın ən iri adası. Poçt Tanq (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Taun
Taun (lat. pestis), (XBT kodu A20.) — insan və heyvanlarda kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli, taun çöpü (lat. Yersinia pestis) tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma, ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemorragik-nekrotik iltihabı ilə təzahür edir. Endemik və pandemik yayılma imkanına görə taun "Beynəlxalq tibbi-sanitariya qaydalarının" şamil olduğu xüsusi təhlükəli karantin infeksiyaları qrupuna aid edilir. 1894-cü ildə fransız alimi A. Yersen və yapon alimi S. Kitazato xəstəliyin törədicisini kəşf etmişlər. Taun epidemiyaları dövri olaraq dünyanın bir çox ölkəsini əhatə edirdi. Birinci pandemiya VI əsrdə Şərqi Roma İmperiyasında baş vermiş və bir çox ölkəni əhatə etmişdi. Qara ölüm adlanan ikinci pandemiya XIV əsrdə, üçüncü pandemiya isə XIX əsrin sonunda olmuşdur (xəstəliyi dəniz gəmilərindəki siçovullar yaymış və dünyanın 100-dən artıq limanında epidemiya baş vermişdi). XIV əsrdən başlayaraq Rusiyada, o cümlədən bir neçə dəfə Moskvada, XIX əsrdə Zabaykalyedə, Zaqafqaziyada, Prikaspidə, XIX əsrin sonu – XX əsrin əvvəllərində Odessa və Qara dənizin başqa limanlarında, XX əsrdə isə Hindistanda taun geniş epidemiyası qeydə alınmışdır.
Tand
Tand (fr. Tende, oks. və it. Tenda) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Kont kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Tand kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 177,47 km², əhalisi 2025 nəfərdir (2006) artım tendensiyası ilə: 2153 nəfər (2012), əhalinin sıxlığı 12,1 nəfər / km²-dir. Coğrafi mövqe Roya çayının sahillərində, Fransız Provansı ilə İtaliyanın Piemont şəhərləri arasındakı sərhəddə, dağ yarığında yerləşir. 1947-ci ilə qədər Tand İtaliyanın bir hissəsi idi. 2011-ci ildə əhalinin sayı — 2114 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 568 nəfər.
Dawn
Dawn — ABŞ müğənnisi mxmtoon-un ikinci mini-albomu. 22 aprel 2020-ci ildə buraxılıb.
Bubon taunu
Bubon taunu — taunun insanlarda ən çox təsadüf edilən forması. Taun — daşıyıcıları siçanlarda parazitlik edən bitlər olan Yersinia pestis bakteriyası tərəfindən törədilən kəskin təbii bakterial mənşəli xəstəlikdir. Kəskin təhlükəli infeksiya hesab edilir. İnkubasiya dövrü 2-6, nadir hallarda isə 1-12 gün olur.
Cunko Tabey
Cunko Tabey (田部井 淳子, Tabey Cunko, 22 sentyabr 1939, Miharu[d], Fukuşima prefekturası – 20 oktyabr 2016, Kavaqoe[d], Saytama prefekturası) – Yaponiya alpinisti. 1975-ci ildə Everest dağının zirvəsini fəth edən ilk qadın, 1992-ci ildə isə Yeddi zirvəni fəth edən ilk qadın olmuşdur. == Həyatı == Cunko Tabey 22 sentyabr 1939-cu ildə Yaponiyanın Miharu şəhərində doğulmuşdur. Dördüncü sinifdə oxuyanda Nasu dağlarına edilən məktəb ekskursiyası nəticəsində ilk dəfə alpinizmlə tanış olmuşdur. Edmun Hillari onun ən böyük ilham mənbəyi olmuşdur. 1992-ci ildə Şova Qadınlar Universitetindən ingilis və amerikan ədəbiyyatı üzrə dərəcə əldə etmişdir. O, bir neçə alpinizm klubuna qatılmış, 1969-cu ildə isə Yaponiyada ilk dəfə qadınlar üçün alpinizm klubu yaratmışdır. Tabey 1970-ci ildə Annapurna III zirvəsini fəth edən ilk qadın və yapon olmuşdur. 16 may 1975-ci ildə isə Everest dağının zirvəsini fəth etmiş və bunu bacaran ilk qadın olmuşdur. O, zirvəyə dırmaşarkən qar uçqunu ilə üzləmiş, lakin qrupunda heç kim yaralanmamışdır.
Fanny Cadeo
Fanni Kadeo (it. Fanny Cadeo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Misao Tamay
Misao Tamay (16 dekabr 1903 - 23 dekabr 1978) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Tamay (Tikantəpə)
Tamay (fars. ‎تماي‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 580 nəfər yaşayır (112 ailə).
Tannu-Ola
Tannu-Ola (tıva Таңды-Уула) — Cənubi Sibirdə, Tıvanın cənubunda yerləşən dağ sistemi. Şərq və qərb olmaqla iki hissədən ibarətdir. Silsilə şərqdən qərbə, Monqolustan sərhədi boyunca uzanır. Orta hündürlüyü 2500–2700 m-dir. Uzunluğu təqribən 300 km-dir. Əbədi qarla örtülü dağları yoxdur. Şimal yamacları Yenisey üçün xarakderik olan sidr tayqa meşələri ilə örtülmüşdür. Cənub yamaclarında çöllər üstünlük təşkil edir. Tannu-Olanın qərb ucu Altay dağlarına bitişikdir. Silsilədən axan çaylar əhəmiyyətsizdir.
Tanya Baramzina
Tanya Baramzina (rus. Татьяна Николаевна Барамзина; 19 dekabr 1919 və ya 12 dekabr 1919 – 5 iyul 1944) — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş sovet snayperi.
Tanya Lamarka
Tanya Lamarka (30 aprel 1980) — İspaniyanı təmsil edən bədii gimnast. Tanya Lamarka İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Tanya Saçdev
Tanya Saçdev (hind. तानिया सचदेव; doğ. 20 avqust 1986, Dehli, Hindistan) — Hindistan şahmatçısı. Qadınlar arasında beynəlxalq qrosmeyster (2005), kişilər arasında beynəlxalq usta (2008). Şahmat şərhçisi kimi də tanınır. Tanya Saçdev 20 avqust 1986-cı ildə Dehlidə anadan olub. Şahmat oynamağı 6 yaşında ikən anasından öyrənib. 1995-ci ildən 2006-cı ilə qədər Hindistanı müxtəlif yaş qruplarında gənclər arasında keçirilən şahmat üzrə dünya çempionatlarında təmsil edib. Burada ən yüksək uğuru 1998-ci ildə U12 yaş qrupunda qazandığı bürünc medal olub. 2000-ci ildə 14 yaşlı qızlar arasında, 2002-ci ildə isə gənclər arasında Asiya çempionu olmuşdur.
Tayna Halasima
Tayna Halasima (11 dekabr 1997) — Tonqalı sprinter. Tayna Halasima Tonqanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Tayna Halasima birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 12.80 saniyəlik nəticə ilə 2-ci cığırda 6-cı yeri tutdu və mübarizəni dayandırdı.
İngilis taunu
İngilis təri (lat. sudor anglicus, ing. sweating sickness) — 1485 və 1551-ci illərdə Avropada (ilk əvvəl İngiltərədə Tüdorların hakimiyyəti zamanı) çoxlu sayda ölümlə müşahidə olunan yoluxucu xəstəlik. "İngilis təri" qeyri-ingilis mənşəlidir və İngiltərəyə Tüdorlar sülaləsi ilə birlikdə gəlmişdir. 1485-ci ilin avqustunda Bretanda yaşayan Henrix Tüdor Uelsdə məskunlaşdıqdan sonra Bosfort döyüşündə kral III Riçarda qalib gələrək Londona kral VII Henrix adı ilə daxil olmuşdur. Onun qoşunlarının əsas hissəsini təşkil edən fransız və bretonlu muzdluların dabanında xəstəlik var idi. İki həftə ərzində peyda olmuşdu. Londonda 1 ay ərzində (sentyabr-oktyabr) bir neçə min insan bu xəstəlikdən dünyasını dəyişmişdir. Sonra epidemiya sakitləşmişdi. Xalq bunu VII Henrix üçün pis əlamət hesab etmişdir.
Fernanda Takay
Fernanda Takay (port. Fernanda Barbosa Takai) — Braziliyalı müğənni və mahnı yazarı. Əvvəllər Belo Horizonte şəhərində yaradılmış Pato Fu rok qrupunun vokalist və gitaristi kimi tanınmışdır. 2007-ci ildən etibarən solo karyerasına başlayıb. 2011-ci ildə Atom ™, Toshiyuki Yasuda və Moreno Veloso ilə birlikdə Red Hot+Rio 2 albomu üçün Águas de Março parçasını hazırlamışdır. Albomdan əldə edilən gəlirin QİÇS virusuna qarşı məlumatsızlığın aradan qaldırılmasın və mümkün qorunma tədbirləri ilə bağlı layihələrin həyata keçirilməsinə yönləndiriləcəyi bildirilib. == Həyatı == 1971-ci ilin 25 avqust tarixində Braziliyanın Serra do Navio bölgəsində anadan olan Fernanda Takay gənc yaşlarında ölkənin önəmli şəhərlərindən biri olan Belo Horizonteyə köçmüşdür. Fernanda Takay Braziliya yaponlarındadır. Ata tərəfi yapon, ana tərəfi isə yerli portuqal dillində danışan braziliyalılardandır. 2007-ci ildə solo karyerasına başlamasına baxmayaraq, musiqi sahəsində ilk addımlarını atdığı Pato Fu rok qrupu ilə də əməkdaşlığını davam etdirməkdədir.
Tanya Paffenhols
Tanya Paffenhols (alm. Thania Paffenholz‎; 2 fevral 1965, Köln, Şimali Reyn-Vestfaliya) — sülh prosesləri üzərində işləyən Almaniya akademiki və siyasi məsləhətçisi. O, hal-hazırda İnklüziv Sülh qurumunun direktorudur. Tanya Paffenhols iyirmi ildən artıqdır ki, sülh proseslərinin müqayisəli tədqiqatına rəhbərlik edir və Mozambik, Anqola, Somali, Keniya, Uqanda, Cənubi Sudan, Mali, Əfqanıstan, Nepal, Şri-Lanka, Myanma, Yəmən, Misir, El-Salvador, Suriya və Kolumbiya kimi ölkələrdə sülh prosesləri üzrə məsləhətçi olmuşdur. O, sülh tədqiqatçısı kimi işinə görə 2015-ci ildə Vihuri Beynəlxalq Mükafatını almışdır. Tanya Paffenhols 2 fevral 1965-ci ildə Almaniyanın Köln şəhərində anadan olmuşdur. O, Avropa, Afrika və Asiyada köklərə malikdir. İsveçrədə yaşayır. Paffenhols 1996-cı ildə Almaniyanın Frankfurt şəhərindəki Göte Universitetində beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. O, silahlı münaqişələrdə vasitəçilik və sülh quruculuğu nəzəriyyəsi və praktikasına diqqət yetirir.
Hoanq Tan Tay
Hoanq Tan Tay (30 mart 1990) — Vyetnamlı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Vyetnamı təmsil edir. O, 2016 Yay Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində çıxış etmiş və 17-ci olmuşdur. Yu Donq-yu dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Tanya (Mortal Kombat)
Tanya (ing. Tanya) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Tanya Stupar-Trifunoviç
Tanya Stupar-Trifunoviç (serb. Тања Ступар Трифуновић; 20 avqust 1977, Zadar) — Bosniya serb yazıçısı. Onun dörd şeir kitabı və bir ibrətli hekayələr kitabı çap olunmuşdur. Şeir və nəsr sahələrində bir neçə Bosniya mükafatı laureatıdır. 1977-ci ildə Zadarda anadan olmuşdur. Banya Luka Universiteti fəlsəfə fakültəsinin serb dili və ədəbiyyatı şöbəsini bitirmişdir. Müharibə ilə əlaqədar olaraq Banya Lukaya köçmüşdür. Onun dörd şeir kitabı və bir ibrətli hekayələr kitabı nəşr olunmuşdur, şeirləri ingilis, alman, polyak, sloven, makedon, macar, danimarka, fransız və rus dillərinə tərcümə olunmuşdur. "Barbarlar səhər yeməyi zamanı nə düşünürlər" kitabı, Bosniya və Herseqovinada 2007-2008-ci illərin ən yaxşı kitabı olaraq CEE Literature Award mükafatına (Şərqi və Cənub-Şərqi Avropanın Ədəbi Mükafatı) namizəd olmuşdur, mükafat olaraq ona Vyanada ev verilmişdir. 2009-cu ildə "Baş qəhrəman uğursuzluğa aşiq olan bir insandır" kitabı ən yaxşı şeir kitabı olaraq "Fra Qro Martiç" mükafatına layiq görülmüşdür, bosniya və xarici şeir toplularına daxil edilmişdir.
Tanya di Mario
Tanya di Mario (4 may 1979, Roma) — İtaliyanı təmsil edən su poloçusu. Tanya di Mario, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Tanya di Mario, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. Tanya di Mario, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu. Daha sonra Tanya di Mario, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.