Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aşağı Taxt-i Rəvan (Çaldıran)
Aşağı Taxt-i Rəvan (fars. تختروان سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (14 ailə).
Yuxarı Taxt-i Rəvan (Çaldıran)
Yuxarı Taxt-i Rəvan (fars. تختروان علي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 410 nəfər yaşayır (68 ailə).
Taxt
Taxt ya Tron(yun. θρόνος) — bərli-bəzəkli hökmdar oturacağı. Monarxiya, hökmdar və onun hakimiyyətinin rəmzi.
Taxt oyunları
"Taxt oyunları" — amerikalı yazıçı Corc Martinin fantastik romanlar seriası olan "Buzla alovun nəğməsi"nin ilk romanıdır. İlk dəfə 6 avqust 1996-cı ildə nəşr edilmişdir. Roman 1997-ci ildə Lokus Mükafatını qazandı və həmçinin həm 1997 Nebula Mükafatına, həm də 1997 Dünya Fantaziya Mükafatına namizəd oldu. Romanın Daenerys Targaryen fəsillərindən ibarət "Əjdahanın qanı" romanı 1997-ci ildə Ən Yaxşı Roman nominasiyasında Hüqo Mükafatını qazanıb. 2011-ci ilin yanvarında roman New York Times Bestseller siyahısına daxil oldu, 2011-ci ilin iyulunda isə siyahıda 1-ci oldu Romanda hadisələri müxtəlif nöqteyi-nəzərdən danışan Martin Westeros, Divar və Tarqaryenlərin zadəgan evlərinin süjet xəttini təqdim edir. Roman müxtəlif oyunlar da daxil olmaqla bir neçə spin-off əsərinə ilham verib. Roman həmçinin 2011-ci ilin aprelində premyerası olan HBO-nun teleserialı Taxt-tac oyunları"nın ilk mövsümünün adı və əsasıdır. 2013-cü ilin martında "Taxt oyunları" adlı kağız üzlü cildsiz televiziya tie-in yenidən nəşri dərc olunub. == Haqqında == "Taxt Oyunları" ("A Game of Thrones") Corc Martin tərəfindən yazılmış “Buzla alovun nəğməsi” ("A Song of Ice and Fire") roman seriyasının ilk kitabıdır. Bu kitab 1996-cı ildə nəşr olunmuş və dərhal fantastika dünyasında böyük uğur qazanmışdır.
Qanlı taxt
Qanlı taxt və ya orijinal dildəki adı ilə Hörümçək toru qalası (蜘蛛巣城, Kumonosu-jō) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1957-ci il istehsalı Yaponiya tarixi dram filmi. Uilyam Şekspirin "Makbet" tamaşası əsasında çəkilmiş, No sənətinin elementlərindən istifadə olunmuşdur. Baş rollarda Toşiro Mifune və İsuzu Yamada çıxış edirlər. Onlar Makbet və Leydi Makbet personajları əsasında yaradılmış personajları canlandırmışdırlar. "Makbet" tamaşasında olduğu kimi hekayə ambisiyalı arvadının dəstəyi ilə üstünə qarşı sui-qəsd təşkil edən döyüşçüdən bəhs edir. Kurosava tamaşanın fanatı var idi və əsasında film çəkmək istəyirdi, lakin Orson Uellsin "Makbet" (1948) filmindən sonra bu ideyasını gecikdirmişdir. Film Fuci dağı və İzu yarımadası ətrafında çəkilmişdir. Hekayədəki dəyişikliklərə və dilə baxmayaraq "Qanlı taxt" tamaşanın ən yaxşı film adaptasiyalarından biri hesab olunur. İki dəfə Mayniçi mükafatını qazanmış, Mifune Ən yaxşı aktyor nominasiyasında qalib olmuşdur. == Məzmun == Vaşizu və Miki Hörümçək toru meşəsinin yaxınlığında yerləşən qalanın hakimi Tsuzukinin başçılığı altında olan generallar və yaxın dostlardır.
Rəvan Alxaslı
Rəvan Bağırov
Rəvan Aydın oğlu Bağırov (30 oktyabr 1986, Bakı, Azərbaycan SSR) — azərbaycanlı radioaparıcı, kreativ direktor, bloqqer, qrafik dizayner, peşəkar fotoqraf, MANPASI səhər radio şousu və YouTube layihəsinin yaradıcısı və aparıcılarından biri. == Həyatı == Rəvan Bağırov 30 oktyabr 1986-cı ildə Bakı şəhərində Aydın və İradə Bağırovlar ailəsində anadan olmuşdur. Atası Aydın Bağırov ümumi cərrah, anası İradə Bağırova orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində çalışır. 1993-cü ildə ibtidai təhsili N. Nərimanov rayonunda yerləşən 193 saylı məktəbdə almışdır. Orta təhsilini 2004-cü ildə N. Nərimanov rayonunda yerləşən 45 saylı orta məktəbdə əlaçı kimi bitirmişdir. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. 2008-ci ildə ali bakalavr təhsilini qırmızı diplomla bitirmişdir. 2008-ci ildə hərbi xidmətə yollanıb, 2009-cu ildə hərbi xidmətini bitirmişdir. == Karyerası == 2009-2010-cu illərdə ANS televiziyasında, proqramlaşdırma departamentində, anstv.ws rəsmi veb saytının administratoru, kontent meneceri vəzifəsində çalışmışdır. 2010-2012-ci illərdə frilans qrafik dizayner və fotoqraf kimi çalışmışdır.
Rəvan Bünyadlı
Rəvan Cabbarov
Rəvan Daşdəmirov
Rəvan FK
"Rəvan" futbol klubu — fəaliyyətini dayandırmış Azərbaycan futbol klubu. == Tarixi == Rəvan futbol klubu 2007-cu ildə yaranıb, 2010-2011 mövsümündə Azərbaycan Birinci Liqasında ikinci yeri tutaraq Premyer-Liqaya vəsiqə qazanıb. 2011/2012 mövsümündə premyer-liqada debüt edib və 8-ci yeri tutub. Ev oyunlarını Dalğa Arena stadionunda keçirir. Klubun əsas məqsədi ilk altılığa düşmək və avrokuboklara vəsiqə qazanmaqdır. "Rəvan" 2011-ci ildə Azərbaycan 1-ci divizionunda gümüş medalını qazanmışdır. "Rəvan" FK 2011/12 mövsümündə Premyer Liqada debüt edərək, yekunda 8-ci yeri tutub. 2012/13 mövsümündə də Premyer Liqanı 8-ci pillədə başa vuran "aslanlar”, 2013/2014 mövsümünün yekunlarına əsasən, I diviziona düşmüşdür. 2014/2015-ci il mövsümündə I divizionun bürünc medallarını qazanan “aslanlar” Premyer Liqaya yüksəliblər. "Rəvan" FK-nın ən böyük uğuru 2010/11 mövsümündə Azərbaycan I divizionunda gümüş medallara sahib çıxması və 2013/14 mövsümündə Azərbaycan kubokunun yarımfinalçısı olmasıdır.
Rəvan Həsənov
Rəvan Vaqif oğlu Həsənov (2 iyun 1989, Ağdam) — Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru. == Həyatı == Həsənov Rəvan Vaqif oğlu 2 iyul 1989-cu il tarixində Ağdam şəhərində dünyaya göz açmışdır. 1996-2007-ci illərdə orta təhsilini Tahir Həsənov adına 23 nömrəli məktəbdə almışdır. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində bakalavr dərəcəsi üzrə təhsil almış və təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. 2010-cu ildə Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal Rayon Prokurorluğu və Nəsimi Rayon Məhkəməsində istehsalat təcrübəsində olan Rəvan Həsənov 2011-2012-ci illərdə Daxili Qoşunların “N” saylı hərbi hissəsində əsgər kimi hərbi xidmətdə olmuşdur. 2013-2014-cü illərdə Almaniyanın Potsdam Universitetinin hüquq fakultəsində magistr (LL.M) təhsili almış və Cinayət hüququ, Cinayət prosesi, Kriminalistika bölməsini uğurla başa vurmuşdur. 16 fevral 2018-ci il tarixində “Cinayət hüquq və kriminologiya; cəza-icra hüququ” ixtisası üzrə AMEA Hüquq və İnsan Haqları İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertanturasına qəbul edilib. Rəvan Həsənov 1 yanvar 2018-ci ildə ABŞ-nin İllinois Texnologiyalar Universitetinin “Kent Hüquq Kolleci” tərəfindən qonaq elmi araşdırmaçı olaraq dəvət olunsa da, əmək fəaliyyəti ilə əlaqədar olaraq proqramda iştirak edə bilməyib. == Fəaliyyəti == Rəvan Həsənov 13 noyabr 2014-cü ildən 2 mart 2016-cı il tarixinə qədər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2 mart 2016- 11 aprel 2017-ci il tarixlərində isə Azərbaycan Respublikası Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirlik xidmətinin baş mütəxəssisi, 11 aprel 2017- 8 iyul 2017-ci il tarixlərində isə məsləhətçi vəzifəsində işləmişdir.
Rəvan Köşkü
İrəvan köşkü — Topqapı sarayında XVII əsrə aid köşk. == İnşası və fəaliyyət tarixi == Sofayi Hümayun adlanan dördüncü həyətdə və Hırka-ı Səadət otağının şimal-şərqində yer alan bu köşk Osmanlı sultanı IV Murad tərəfindən İrəvan səfərinin (1635) ardından inşa edilmişdir. Baş memarının kim olduğu dəqiq bilinməsə də, Həsən ağa və ya Qasım ağa olduğu iddia edilir. Qapısının üzərindəki farsca kitabədə dərgah olaraq anılması diqqət çəkir. Bina köşk olaraq inşa edilsə də, sonrakı illərdə müxtəlif məqsədlərlə istifadə edilmişdir. İlk illərdə padşah çalmalarının və əmmamələrinin hazırlanıb qorunduğu yer olan bu köşkdə sədrəzəm padşaha dövlət məsələləri ilə bağlı sənədləri təqdim edərdi. Ramazan ayının 12-ci günündə padşah müqəddəs əmanətləri məhz bu köşkdə ziyarət edər, iki gecə burada saxlanıldıqdan sonra yerinə aparılardı. Patrona Xəlil və ən yaxın adamlarının edam olunduğu İrəvan köşkü I Mahmud dövründə kitabxanaya çevrildi və sonrakı illərdə "Has oda kitabxanası" adını aldı. == Memarlıq xüsusiyyətləri == Səkkizbucaqlı planda inşa edilən köşkün 3 eyvanı var. Divarlar iki sıra pəncərəli olub, bunlardan alt sıradakı pəncərələr düzbucaqlı şəklindədir, üst sıradakılar isə iti uclu naxışlarla bəzədilmişdir.
Rəvan Lətifov
Rəvan Məmmədov
Rəvan Nurayev
Rəvan Qafarov
Rəvan Quliyev
Rəvan Qəfərov
Rəvan Rəhimov
Rəvan Rəhimov (tam adı: Rəvan Abdullətif oğlu Rəhimov) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının baş elmi işçisi, kimya elmləri doktoru. == Ümumi məlumatlar == Rəvan Abdullətif oğlu Rəhimov – 28.06.1980-cı il tarixində Azərbaycan Respublikasının İsmayıllı rayonu Qalacıq kəndində ziyalı ailəsində anadan olmuşdur. 1997-ci ildə İsmayıllı rayon Qalacıq kənd orta məktəbini bitirmiş və Bakı Dövlət Universitetinin "kimya" fakültəsinə daxil olmuşdur, 2001-ci ildə bakalavr təhsilini aldıqdan sonra həmin Universitetin "Yüksək Molekullu Birləşmələr" kimyası ixtisası üzrə magistraturasına qəbul olunmuş və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. 2002-ci ildə Azərbaycam Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv maddələr və preparatlar" laboratoriyasında prof. Z.H.Əsədovun rəhbərliyi ilə elmi fəaliyyətə başlamışdır. 2003-cü ildə Neft-Kimya Prosesləri İnstitutunun əyani aspiranturasına daxil olmuş və 2007-ci ildə "Çoxatomlu spirtlər və propilen oksidi əsasında benzinin buxarlanmasını ləngidən reagentlərin alınması və tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. == Elmi fəaliyyəti == Sintez edilmiş birləşmələr benzinin buxarlanmasını ləngidərək rezervuarlarda baş verən itkilərin azalmasında, ekoloji və iqtisadi baxımdan böyük əhəmiyyət kəsb etmişdir. 2008-ci ildən elmi fəaliyyətini kiçik elmi işçi, 2008-ci ildən elmi işçi, 2010-cu ildən böyük elmi işçi, 2013-cü ildən aparıcı elmi işçi kimi vəzifəsini davam etdirmişdir. 2011 və 2014-cü illərdə R.A.Rəhimovun tədqim etdiyi layihələr Azərbaycan Respublikası Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən Gənc Alim və mütəxəssislərin qrant müsabiqələrinin qalibi olmuşdur.
Rəvan Sığorta
Rəvan Tohidoğlu
Rəvan Tohid oğlu Səmədov (13 dekabr 1983, Bakı) — azərbaycanlı yazıçı, hüquqşünas, dövlət qulluqçusu, hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin (2004) və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü (2008); Dünya Gənc Türk Yazarlar Birliyinin sədri (2013–2014). == Həyatı == Rəvan Tohidoğlu 1983-cü il dekabrın 13-də Bakı şəhərində anadan olub. Orta məktəbi, həmçinin uşaq musiqi məktəbini 2001-ci ildə bitirib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini 2005-ci ildə bakalavriat, 2007-ci ildə magistratura səviyyəsi üzrə fərqlənmə diplomları ilə bitirib, 2007–2011-ci illərdə həmin fakültənin aspiranturasında (doktoranturasında) təhsil alıb. 2011–2012-ci illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Çivninq təqaüdçüsü olub və Lids Universitetinin Hüquq fakültəsinin magistraturasını fərqlənmə diplomu ilə bitirib. Daha sonra "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təqaüdçüsü olub və 2013–2018-ci illərdə Birləşmiş Krallığın Bristol Universitetinin Hüquq fakültəsinin doktoranturasında təhsil alıb, elmi-tədqiqat işini uğurla müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. == İş təcrübəsi == 2003-cü ildə "Hüquq+Gənclik" elmi-kütləvi hüquq jurnalını təsis edib və 2008-ci ilədək jurnalın redaktoru kimi fəaliyyət göstərib. 2005–2006-cı illərdə "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyinin hüquqşünası, 2006–2008-ci illərdə həmin təşkilatın icraçı direktoru olub. 2005–2008-ci illərdə həmçinin həmin təşkilatın nəşr etdirdiyi "Məhkum və cəmiyyət" qəzetinin redaktoru olub. 2008–2012-ci illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatında böyük məsləhətçi, 2012–2014-cü illərdə və 2018-ci ildə sektor müdiri vəzifəsində çalışıb.
Rəvan Şahmuradov
Rəvan Əhmədov
Rəvan Əliyev
Tart
Тart (fr. tarte) -Adi şəkər tozlu xəmirdən hazırlanmış tipik Fransız şirniyyatı. == Haqqında == Duz və şəkər tozu əlavə edilmir. Əsas yemək və ya desert kimi təqdim edilə bilər. Pizza kimi və kənarı düz ola bilsin də çıxıntılı qablarda bişirilə bilər. İçlik kimi müxtəlif şeylərdən istifadə edirlər. Belə ki, ət, tərəvəzlər, balıq və s. Şirin tartlardan isə almalı, moruqlu, albalılar daha çox yayılmışdır.Tartlar tartaletka adalanan kiçik ölçülü qablarda da hazırlanır.
Taxta
Taxta və ya ağac — ağaclarda və kollarda hüceyrə bölünməsi nəticəsində yaranan daimi toxumadan ibarət materialdır. Ağacın oduncaq hissəsi sənaye üçün qiymətli hesab olunur. Ondan müxtəlif məqsədlər üçün konstruksiya materialları kimi istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricilərinə malik olmasına baxmayaraq ağacın texnikada öz tətbiq sahəsi mövcuddur. Ağac gövdəsinin en kəsiyi şəkildə göstərilmişdir. Gövdə xarici və daxili qatlardan ibarətdir. Xarici qat gövdəni xarici təsirlərdən qoruduğu halda, daxili qat – mantar qida madəllərini ağacın daxilinə hərəkət etdirməyə xidmət edir. Mantarın altında cavan hüceyrələrin və qabıq hissələrinin inkişaf etdiyi nazik kambi qatı yerləşir. Mərkəzə doğru getdikcə ağac gövdəsində sütul, nüvə və özək yerləşir. Sütul qatında əsas inkişaf prosesi gedir.
Vaxt
Zaman və ya vaxt — fizikada və başqa təbiət elmlərində bizim kainatın ölçüsü kimi qəbul edilir. O ölçüləbilmə qabiliyyətinə malik olub kainatda baş verən istənilən materiya dəyişiklikləri ilə əlaqədardır. Zaman köklü fenomenlərlə izah oluna bilmədiyindən, o ölçmə yolu ilə qiymətləndirilir. Sİ vahidlər sistemində zaman saniyə (s) ilə ölçülür. Bunun əsasında dəqiqə, saat, gün və həftə əmələ gəlir. Təqvimdən asılı olaraq ay, il, əsr və minilliklər də mövcuddur. Zamanın ölçülməsi astronomiyanın qədim məsələlərindən biridir. Astronomiyada günəş günü və ulduz günü arasında fərq vardır. Bu fərq il boyu bir gün edir. Günəş günü Sİ vahidlər sistemində heç bir vahidə malik deyil.
Aşağı Taxt (Çaroymaq)
Aşağı Taxt (fars. شورقشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (15 ailə).
Taxt-tac adı
Taxt-tac adı ("Nisu-bit", "Nesut-biti", "Nisut-biti") — Qədim Misirdə hökmdar titulunun beş adından biri. Taxt-tac adı Qədim Misirdə fironlara verilən titulların içində ən vacibi olub, IV sülalə dövründən başlayaraq öz tətbiqini tapmışdır. V sülalə dövründən Neferirkar onu ikinci kartuş kimi öz şəxsi adına əlavə etmişdir.
Taxt-tac oyunları
"Taxt-tac oyunları" (ing. Game of Thrones) — Devid Benioff və D. B. Vayss tərəfindən "HBO" üçün istehsal edilen Amerika istehsalı fentezi və dram janrlı teleserial. Serial Corc R. R. Martin tərəfindən yazılan "Buzla alovun nəğməsi" adlı fantastik roman janrındakı kitablara əsaslanır, onlar içərisində ən birincisi "Taxt-tac oyunları"dır. Serial ilk dəfə 17 aprel 2011-ci ildə ABŞ-da "HBO" teleşəbəkəsində nümayiş olundu və 19 may 2019-cu ildə səkkiz mövsüm ərzində yayımlanan 73 seriyadan sonra başa çatdı. Hadisələri Vesteros və Essos uydurma qitələrində baş verən "Taxt-tac oyunları" böyük ansambl aktyor heyətinə malikdir və serial boyu bir neçə hekayə tağını əhatə edir. Birinci əsas tağ Vesterosun Yeddi Krallığının Dəmir Taxtı barədədir; bu hissədə taxt-taca iddia etmək üçün səy göstərən və ya taxtda oturanların kimliyindən asılı olmayaraq müstəqillik uğrunda mübarizə aparan zadəgan xanədanları arasında siyasi münaqişələrdən bəhs olunur. İkinci böyük tağ Essosa sürgün edilmiş və taxt-tacı geri qaytarmağa planlayan krallığın devrilmiş hakim sülaləsinin sonuncu üzvü barədədir. Üçüncüsü Vesterosun şimal sərhədinin o tərəfindən gələn təhlükələrə qarşı krallığı qoruyan Gecə Gözətçisi hərbi ordeni ehtiva edir. "Taxt-tac oyunları" HBO-da rekord sayda izləyici topladı və geniş, aktiv və beynəlxalq fanat bazasına malikdir. Bir çox tənqidçilər və nəşrlər serialı bütün zamanların ən böyük televiziya seriallarından biri adlandırmışdılar.
Taxt-tac əraziləri
Taxt-tac əraziləri (ing. Crown Dependencies) — Böyük Britaniya əraziləri olsa da, Birləşmiş Krallığa daxil olmayan və Britaniya dəniz əraziləri sayılmayan ərazilər. Bura Cersi və Gernsi beylivikləri, həmçinin Men adası daxildir. Hər bir taxt-tac ərazisi özünün avtomobil nömrəsinə (GBG — Gernsi, GBA — Olderni, GBJ — Cersi, GBM — Men), domenə (.gg — Gernsi, .je — Cersi, .im — Men) malikdir. Həmçinin ərazilər Ümumdünya Poçt İttifaqı tərəfindən ayrılan koda ISO 3166-2 (GGY — Gernsi, JEY — Cersi, IMN — Men) da malikdirlər. Bu kodlar 29 mart 2006-cı ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən təsdiqlənib.
Yuxarı Taxt (Çaroymaq)
Yuxarı Taxt (fars. تخت عليا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (18 ailə).
Araqon taxt-tacı
Araqon taxt-tacı (araq. Corona d'Aragón; kat. Corona d'Aragó, Katalanca tələffüz: [kuˈɾonə ðəɾəˈɣo]; isp. Corona de Aragón, [koˈɾona ðe aɾaˈɣon]; lat. Corona Aragonum, [kɔˈroːna araˈɡoːnũː]) — Araqon krallarının hakimiyyəti altında bir neçə dövlət qurumunun birliyi. XIV–XV əsrlərdə, gücünün zirvəsində, Araqon taxt-tacı müasir İspaniyanın şərqinin, Fransanın cənub-şərqinin, eləcə də Balear adalarının, Siciliyanın, Korsikanın, Sardiniyanın, İtaliyanın cənubunun (1442-ci ildən) və Yunanıstanın bir hissəsini (1388-ci ilə qədər) idarə edən ən əhəmiyyətli dəniz gücü idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Bisson, T. N. The medieval Crown of Aragon. A short history. Oxford: Clarendon Press. 1986.
Müqəddəs Taxt-Tac
Vatikan (lat. Vaticana; it. Vaticano) və ya rəsmi adı ilə Vatikan Şəhər Dövləti (lat. Status Civitatis Vaticanae; it. Stato della Città del Vaticano) — Cənubi Avropada şəhər-dövlət. Vatikan İtaliyanın paytaxtı Roma şəhərinin qərb hissəsində Monte-Vatikano adlanan təpə üzərində (xatırladaq ki, Roma şəhəri 7 təpə üzərində salınıb) yerləşən mikrodövlətdir. Ölkənin ümumi sahəsi 0.44 kvadrat kilometr və ya 44 hektar, əhalisinin sayı isə min nəfərdən çoxdur. Şəhər-dövlətin sərhədlərinin ümumi uzunluğu 2600 metrdir. Vatikan həm ərazisi, həm də əhalisinin sayına görə, dünya dövlətlərinin ən kiçik, eyni zamanda müstəqil və suveren ölkəsidir. Lakin Vatikanı daim dünyanın siyasi xəritəsində görmək mümkündür.
Taxt oyunları (serial)
"Taxt-tac oyunları" (ing. Game of Thrones) — Devid Benioff və D. B. Vayss tərəfindən "HBO" üçün istehsal edilen Amerika istehsalı fentezi və dram janrlı teleserial. Serial Corc R. R. Martin tərəfindən yazılan "Buzla alovun nəğməsi" adlı fantastik roman janrındakı kitablara əsaslanır, onlar içərisində ən birincisi "Taxt-tac oyunları"dır. Serial ilk dəfə 17 aprel 2011-ci ildə ABŞ-da "HBO" teleşəbəkəsində nümayiş olundu və 19 may 2019-cu ildə səkkiz mövsüm ərzində yayımlanan 73 seriyadan sonra başa çatdı. Hadisələri Vesteros və Essos uydurma qitələrində baş verən "Taxt-tac oyunları" böyük ansambl aktyor heyətinə malikdir və serial boyu bir neçə hekayə tağını əhatə edir. Birinci əsas tağ Vesterosun Yeddi Krallığının Dəmir Taxtı barədədir; bu hissədə taxt-taca iddia etmək üçün səy göstərən və ya taxtda oturanların kimliyindən asılı olmayaraq müstəqillik uğrunda mübarizə aparan zadəgan xanədanları arasında siyasi münaqişələrdən bəhs olunur. İkinci böyük tağ Essosa sürgün edilmiş və taxt-tacı geri qaytarmağa planlayan krallığın devrilmiş hakim sülaləsinin sonuncu üzvü barədədir. Üçüncüsü Vesterosun şimal sərhədinin o tərəfindən gələn təhlükələrə qarşı krallığı qoruyan Gecə Gözətçisi hərbi ordeni ehtiva edir. "Taxt-tac oyunları" HBO-da rekord sayda izləyici topladı və geniş, aktiv və beynəlxalq fanat bazasına malikdir. Bir çox tənqidçilər və nəşrlər serialı bütün zamanların ən böyük televiziya seriallarından biri adlandırmışdılar.