Taxtaxanı dağı

Taxtaxanı dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1651,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkesin qolunun qərbə istiqamətlənmiş Elti şaxəsinin cənub yamacında zirvə.  Biləv kəndindən 2,75 km cənub-şərqdədir.  Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı, kəsik konusa bənzər yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb  qanadını mürəkkəbləşdirən ikinci dərəcəli Daşbaşı asimmetrik antiklinalının tağ hissəsində yerləşir. Cənub-qərb yamacından  antiklinalın tağını yaran şimal-qərb istiqamətli əks-fay qırılması keçir. [1]

Taxtaxanı dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1651,2 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.