Taxtazavod

Bu məqalə Hacısamlı kəndi haqqındadır. Qarabağ xanlığının Hacısamlı nahiyəsi üçün Hacısamlı nahiyəsi səhifəsinə baxın.

HacışamlıAzərbaycan Respublikasının Laçın rayonunun Kürdhacı kənd inzibati ərazi dairəsində kənd.[1]

Hacısamlı
39°48′04″ şm. e. 46°24′28″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Laçın rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Hacısamlı xəritədə
Hacısamlı
Hacısamlı
Hacısamlı xəritədə
Hacısamlı
Hacısamlı

Hacısamlı kəndində taxta emalı zavodu fəaliyyət göstərdiyi üçün çox vaxt el arasında bu kəndə "Taxta zavodu" və yaxud da sadəcə "Zavod" adlandırırdılar. Lakin kəndin adı Qaraqasımlı tayfasının ulu babası Hacı Sam İslam oğlunun şərəfinə Hacısamlı adlandırılmışdır[2]. Söz kökü mürəkkəb söz olmaqla düzəltmə sözdür. Hacısamlı antrotoponimi üç hissədən ibarətdir ki, sözün birinci hissəsi olan hacı sözü haca (həccə) gedən şəxsin tituludur və şəxs adlarının əvvəlində işlənir.[3] Sözün ikinci hissəsi Sam sözü əski türk dilində – böyük anlamını verir. Türkdilli xalqlar islam dinini qəbul etdikdən sonra şəxs adlarının ərəb dilində olan sözlərdən yararlanması prosesi çox sürətləndi. Sam ərəbcə isti ölkələrdə əsən güclü, isti külək - səmum (güclü, yandırıcıı) küləyi anlamındadır. Quran ayəsində də bu küləyin adı çəkilir. Sözün üçüncü hissəsi olan, tipik soyad sonluqlarına qoşulan –lı şəkilçisi burada yer adının sonluğuna qoşularaq sözün həm formasını, həm də mənasını dəyişdirməklə yeni mənalı söz əmələ gətirmişdir.[4]Hacısamlı adlanan bu təxəllüs (soyad) Azərbaycan türkcəsində bir neçə formada - Hacısamlı tayfası, Hacısamlı camaatı, Hacısam köyü, Hacısamlı kəndi, Hacısamlı dairəsi, Hacısamlı bölgəsi, Hacısamlı nahiyəsi, Hacısamlı bəyliyi, Hacısamlı obası, yaxud da Hacısamlı dərəsi və s. formalarında istifadə edilmişdir.

Azərbaycan Respublikasının Laçın rayonunun Qasımuşağı obasının inzibati ərazi vahidində yerləşən bu kənd Şəlvəçayın sahilində yerləşir. Qarabağın qaraçorlu tayfasına daxil olan hacısamlı tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Mənbələrin məlumatına görə, XIX əsrin 30-cu illərində hacısamlıların bir hissəsi Naxçıvan qəzasınnın Həsənkənd, Horvadıx, Ələyəz, Güneyvənk, Qovuşuq, Herher, Ostı və Obana kəndlərinə köç etmiş və yaşamışdır.[5][6]

Hacısamlı kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının[7], 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin[8], 1867-ci ildə Zəngəzur qəzasının[9] tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur[10].

Cümhuriyyətin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra Azərbaycan SSR-nin Zəngəzur qəzasının, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının CavanşirZəngəzur qəzalarının bir hissəsində təsis edilmiş Kürdüstan mahalının (sonradan qəza) tərkibində olmuşdur[11]. 8 aprel 1929-cu ildə Kürdüstan qəzası ləğv edildir və yeni yaradılmış Laçın rayonunun tərkibinə daxil edilmişdir.[12]

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş[13] və işğalçılar tərəfindən bütün yaşayış, sosial və təsərrüfat təyinatlı tikililər tamamilə yandırılmış və dağıdılmışdır.[14]. 10 noyabr 2020-ci il tarixli Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli müqaviləsinə əsasən, 1 dekabr 2020-ci ildə işğaldan azad olunub.[15]

Hacısamlı kəndində orta məktəb, kitabxana, klub, kino qurğusu, mərkəzi aptek, çörəkbişirmə sexi, iki mağaza, tibb məntəqəsi, taxta emalı zavodu fəaliyyət göstərmişdir[16].

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Şəlvəçayın sahilindədir.

Erməni işğalına qədər əhalisi Azərbaycan türklərindən ibarət olmuşdur .Kənd əhalisinin az olmasına, ümumilikdə Qasımuşağı tayfası adlandırılmasına baxmayaraq onlar bir neçə tayfa və tirələrə ayrılmışdır.

2009-cu il dekabr ayına olan məlumata əsasən kənd əhalisinin sayı 341 nəfərdir.[17]

Kənd əhalisindən Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth edən fateh:

  • Adil Calal oğlu Qasımov (1970-1992)

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əsas təsərrüfatı heyvandarlıq idi.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Əli Əliyev. Laçın-Qədim Oğuz yurdu. "Avropa" nəşriyyatı. Bakı-2009. səh. 50.
  3. Azərbaycanın Milli Elmlər Akademiyası. Azərbaycan dilinin izahlı lüğəti. VI cilddə. II cild. Bakı: Şərq-Qərb. 2006. səh. 318. ISBN 978-9952-34-024-2.
  4. "Hacısam, Hacısam köyü, Hacısamlı kəndi və hacısamlılar". versus.az. Sultan Hümbətov. İstifadə tarixi: 31 may 2023.
  5. Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh. 221
  6. "Hacısam, Hacısam köyü, Hacısamlı kəndi və hacısamlılar". versus.az. Sultan Hümbətov. İstifadə tarixi: 31 may 2023.
  7. Milman A. Politiçeskiy stroy Azerbaydjana v XIX-naçale XX vekov (adminstrativnıy apparat I sud, formı I metodıkolonialnoqo upravleniya). Baku. 1966. səh. 44.
  8. Полное собрание законов Российской империи, собрание 2-е, т. XV, ст. 13368
  9. Полное собрание законов Российской империи, собрание 2-е, т. XLII, ч. 2, ст. 45259
  10. "Cümhuriyyət: Tiflisdən Bakıya gedən yol". metbuat.az. Cavid Cabbaroğlu. 11 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2023.
  11. Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.
  12. Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года (4-е изд.). Баку: Азербайджанское гос. изд-во. 1979. 7.
  13. Vendik, Yuri. "Армяне оставляют Лачин, несмотря на конец войны в Карабахе и прибытие российских миротворцев". BBC Russian Service (rus). 17 November 2020. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
  14. Sultan Hümbətov. "Hacısamlı kəndi". "Laçın yurdu". №3(14) ("Bəxtiyar-4" nəşriyyatı). 25.09.2014: səh.11–16. (#accessdate_missing_url)
  15. "Azərbaycan Müdafiə Nazirliyi Laçında dövlət bayrağının asılması barədə video yayıb". BBC Azerbaijani Service (az.). 1 December 2020. 30 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
  16. Sultan Hümbətov. "Hacısamlı kəndi". "Laçın yurdu". №3(14) ("Bəxtiyar-4" nəşriyyatı). 25.09.2014: səh.11–16. (#accessdate_missing_url)
  17. Əli Umud oğlu Əliyev. Laçın-Qədim Oğuz yurdu. Bakı: Avropa. 2009. səh. 50. ISBN 4702060103.