Taxtakörpü su anbarı

Taxtakörpü su anbarı
Ölkə  Azərbaycan
ŞəhərŞabran
Sahəsi8,71 mln m²
Həcmi270 mln m³
Taxtakörpü su anbarı (Azərbaycan)
Taxtakörpü su anbarı (Azərbaycan)
Taxtakörpü SA
link=:Fayl:
Taxtakörpü SA
Taxtakörpü su anbarı Vikianbarda

Taxtakörpü su anbarı — Samur-Abşeron suvarma sisteminə aid su anbarı. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Azərbaycan Respublikasının Şabran rayonu ərazisində inşa edilmişdir.

İnşasına 2007-ci ildə başlanmışdır. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sifarişçisi olduğu həmin layihəni "Azərkörpü" – indi Avropa-Asiya İnşaat Korporasiyası "Evrascon" Açıq Səhmdar Cəmiyyəti adlanan iqtisadi qurumun rəhbərlik etdiyi konsorsium həyata keçirmişdir. Taxtakörpü su anbarına suyun verilməsinə başlanması münasibətilə rəsmi mərasim 2013-cü il iyulun 19-da keçirilmişdir. Samurçaydan götürülən su öz axarı ilə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü su anbarına ötürülür.

Açılış mərasimi

[redaktə | mənbəni redaktə et]

Açılış mərasimi 28 sentyabr 2013-cü ildə keçirilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.

Texniki göstəriciləri

[redaktə | mənbəni redaktə et]

Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Bu qurğunun ümumi su tutumu isə 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. Gil nüvəli torpaq bənd olan bu hidrotexniki qurğunun dibdən eni 754, hündürlüyü 142,5 metrdir. Taxtakörpü su anbarı Azərbaycanın ən hündür torpaq bəndli su anbarıdır. Buda, nəinki regionda, o cümlədən Avropada ən hündür torpaq bəndlərdən biridir. Buradakı qəza sutullayıcının uzunluğu 891, suqəbuledici qurğunun uzunluğu 43,6, enerji tunelinin uzunluğu isə 543 metrdir. Qapı şaxtası 56 metr dərinlikdədir. Burada müasir işıqlandırma sistemi quraşdırılmış, ərazidəki yollara asfalt döşənmişdir. Bakı-Rusiya Federasiyası dövlət sərhədi magistral avtomobil yolundan Taxtakörpü su anbarına ayrılan yol boyunca, həmçinin bütün ərazidə böyük həcmdə abadlıq və yaşıllaşdırma işləri həyata keçirilmişdir. Təkcə Taxtakörpü su anbarının bəndinin gövdəsində 23 milyon kubmetrdən çox torpaq işi görülmüşdür.