Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Belnav
Belnav (fr. Bellenaves) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebryoy kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03022. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1032 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 568 nəfər (15-64 yaş) arasında 394 nəfər iqtisadi cəhətdən, 174 nəfər hərəkətsiz (fəaliyyət göstərici 69.4%, 1999-cu ildə 66.4%) idi. Fəal olan 394 nəfərdən 334 nəfər (185 kişi və 149 qadın), 60 nəfər işsiz (31 kişi və 29 qadın) idi. 174 hərəkətsiz 48 nəfər arasında şagird və ya tələbə, 66 nəfər təqaüdçü, 60 digər səbəblərə görə fəaliyyətsizdir.
Telman
Telman — Kişi adı. Telman Adıgözəlov — Azərbaycanın məşhur televiziya, teatr və kino aktyoru Telman Abışev — Vətən müharibəsi şəhidi Telman Abdinov — rəssam Telman Abdullayev — azərbaycanlı şəhid Telman Aslanov — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru Telman Bağırov — "20 Yanvar" şəhidi Telman Bəkirov — Alim, texnika elmləri doktoru Telman Ağdamski — azərbaycanlı kimyaçı Telman Ağayev — biologiya elmləri doktoru, professor Telman İsmayılov — Rusiyada yaşayan iş adamı və AST Şirkətlər Qrupunun sahibi Telman Allahverənov — Vətən müharibəsi şəhidi Telman Həsənli — Vətən müharibəsi şəhidi Telman Həsənov — şəhid Telman Orucov — Azərbaycan dövlət və siyasi xadimi Telman Ələkbərov — Vətən müharibəsi şəhidi Telman Kəlbiyev — Vətən müharibəsi şəhidi Telman Nəhmətov — Vətən müharibəsi şəhidi Telman Nüsrətoğlu — tarix elmləri doktoru Telman Tatarayev — coğrafiya elmləri doktoru, professor Telman İbadov — azərbaycanlı dövlət və siyasi xadim Telman İmanov — İqtisad elmləri doktoru, professor Telman Həmidov — Texnika elmləri namizədi, dosent Telman Qurbanov — professor Telman Kazımov — dövlət xadimi Telman Miriyev — Aprel döyüşlərininnin hərbi rəhbərlərindən biri Telman Məlikov — Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun professoru Telman Paşayev — sovet sərbəst güləşçisi Telman Xəlilov — coğrafiya elmləri doktoru, professor Telman Salahov — Azərbaycanlı futbolçu və məşqçi Telman Zeynalov — Azərbaycan heykəltəraşı Telman Cəfərov Telman Cəfərov (filoloq) — filologiya elmləri doktoru, professor Telman Cəfərov (rəssam) — Azərbaycan rəssamı Telman Hüseyn — şair Telman Hüseynov Telman Hüseynov (iqtisadçı) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Telman Hüseynov (hərbçi) — Vətən Müharibəsi Qəhrəmanı Telman Hacıyev Telman Hacıyev (bəstəkar) — Azərbaycan bəstəkarı. Telman Hacıyev (professor) — professor. Telman Hacıyev (fleytaçı) — Azərbaycan SSR əməkdar incəsənət xadimi Telman Hacıyev (mühəndis) — elmlər doktoru, professor Telman Hacıyev (polkovnik) — Ədliyyə polkovniki Telman Quliyev — Qax rayonu icra hakimiyyətinin başçısı (2009–2010). Telman Səfərov — şair-publisist.
Telnet
Telnet (uzaq məsafəyə müraciət) – ciddi mətn sistemidir. Onun köməyi ilə şəbəkəyə birləşdirilmiş istənilən kompüterə daxil olmaq olar. Telnet e-mail, FTP, Usenetə nisbətən çox da tanınmayıb və geniş yayılmayıb. Həmçinin, bir kompüterdən başqa bir kompüteri terminal kimi istifadə etmək üçün protokol (və ona uyğun proqram). Yalnız mətn rejimini dəstəkləyir. UNIX sistemlərinə uzaqdan daxil olmaq üçün Telnet geniş istifadə olunur. Ondan istifadə etmək üçün komanda sətrindən telnet və ya tn komandasını vermək, yaxud brauzerin ünvan zolağında telnet:abc.xyz.com kimi ünvan daxil etmək lazımdır. Bir çox kompüterlər internetə qoşula bilmirlər. Eləcə də IBM universal kompüterləri digər kompüterlərin dilində "danışa" bilmirlər. Bu zaman Telnet qovşağından istifadə olunur.
Teyvaz
Teyvaz — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənddir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Teyvaz kəndi Milax kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Teyvaz kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin ərazisində Tunc dövrünə aid arxeoloji abidə vardır. Bəzi tədqiqatçılar qeyd edirlər ki, Teyvaz kəndinin adı qədim türk dilindəki taipa (geniş) və az (vadi) sözlərinin birləşməsindən əmələ gəlib, "böyük suayrıcında, təpəliklər və çaylar arasındakı geniş vadidə salınmış yaşayış yeri" mənasını verir. Teyvaz kəndinin tarixi 6 cı əsrin əvvəllərinə dayanır. Dağlıq ərazidə, dəniz səviyyəsindən 1700 m yüksəklikdə yerləşir. Kənd ərazisindən xeyli sayda mineral sular çıxır. Bu suların suyu soyuq, azacıq turş, az debitlidir. Müalicə məqsədilə istifadə edilən mineral suların adı Teyvaz oykonimindən istifadə edilərək adlandırılmışdır. Əhalisi 324 nəfərdir.
Ernest Telman
Ernest Telman (alm. Ernst Thälmann‎; 16 aprel 1886[…], Hamburq – 18 avqust 1944[…], Buhenvald həbs düşərgəsi, Türingiya[d]) — Almaniya komunistlərinin lideri. == Həyatı == Errnst Telman 1886-cı il aprel ayının on altısında Hamburqda İohann Telmanın ailəsində anadan olmuşdur. Ernst gənc yaşlarından işləməyə başlamışdır. O əvvəlcə günəmuzd fəhlə, sonra mebel daşıyan, yük daşıyan arabaçı, liman fəhləsi, dənizçi işləmişdir. Proletar şüuru getdikcə artan Ernst 1902-ci ildə Almaniya Sosial-demokrat Partiyasının (ASDP) sıralarına, iki ildən sonra isə Hamburq nəqliyyat işçiləri həmkarlar ittifaqına daxil oldu. Hamburqun fəhlə kütlələrinin kapitalist zülmkarlara qarşı apardıqları amansız mübarizə ona daim inqilabiləşdirici təsir göstərirdi. Axı Avqust Bebelin reyxstaqda Hamburqun nümayəndəsi olması nahaq deyildi. Telman nəqliyyatçı fəhlələri müdafiə etmək üçün tez-tez həmkarlar ittifaqlarının yığıncaqlarında çıxış edir, həmkarlar ittifaqlarındakı bürokratlara kəskin hücum edirdi. Bürokratlar hələ o zaman Telmana barışmaz üsyançı və inqilabçı kimi baxırdılar.
Gulnaz Abubakirova
Gulnaz Ahmatova Abubakirova (18 yanvar 1996, İşimbay, Başqurdıstan) — başqırd dama oyunçusu. Rusiya və beynəlxalq dərəcəli oyunçu. Dəfələrlə Rusiya və Avropa çempionatlarının qalibi. İdman ustalığına namizəd. Dama üzrə beynəlxalq turnirdə Rusiya komandasını təmsil edir (2004). == Biqorafiyası == 2002-ci ildən 2013-cü ilə qədər A.Validi adına 2 nömrəli Başqırdıstan Respublika Gimnaziyasında (İşimbəy şəhəri) oxuyub. 2013-cü ildən Başqırd Dövlət Universitetinin Riyaziyyat və İnformasiya Texnologiyaları fakültəsinin tələbəsi olmuşdur. Oxuduğu zaman bu təhsil ocaqlarının komandalarında oynamışdır. 6 yaşından, uşaq bağçasına gedən zamandan dama oynamağa başlamışdır. Birinci sinifə getdikdən sonra məktəbdəki yarışlara qatılmağa başladı.
Gülnaz Abdullazadə
Gülnaz Abutalıb qızı Abdullazadə (d.7 sentyabr 1946, Bakı, Azərbaycan SSR) — Azərbaycan musiqişünası, bəstəkar-musiqişünas, filosof, fəlsəfə elmləri doktoru (1990), professor (1992), Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru. == Həyatı == Gülnaz Abdullazadə 1946-cı il sentyabrın 7-si Bakı şəhərində anadan olmuşdur. Bülbül adına orta ixtisas məktəbini və 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. O, 1963-cü ildən elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1976-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasına daxil olan Gülnaz Abdullazadə 1979-cu ildə təhsilini başa vurmuşdur. Həmin il fəlsəfə elmlər namizədi, 1990-cı ildən isə fəlsəfə elmləri doktorudur. == Fəaliyyəti == Gülnaz Abdullazadə 1982-1987-ci illərdə Xarici Dillər Universitetində kafedra müdiri,1990-cı ildən isə Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektorudur. O, həmçinin bəstəkarlar ittifaqının üzvüdür. Azərbaycan musiqişünaslığında ilk dəfə olaraq muğamların fəlsəfi mahiyyətinin araşdırılması onun adı ilə bağlıdır. Gülnaz Abdullazadə 40-a qədər elmi əsərin və monoqrafiyaların müəllifidir.
Gülnaz Dadaşova
Gülnaz Dadaşova (Gülnaz Mahir qızı Dadaşova; Bakı) — Azərbaycan alimi, professor, tibb elmləri doktoru. Hazırda C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktorudur. == Həyatı == Gülnaz Mahir qızı Dadaşova Bakı şəhərində müəllim ailəsində anadan olmuşdur. İlk təhsilini 191 saylı orta məktəbdə almış və həmin məktəbi medal ilə bitirmişdir. 1992-ci ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1998-ci ildə məzun olmuşdur. 1999–2000-ci illərdə Bakı Dəmiryol Xəstəxanasında kardioloq kimi internatura keçmişdir. 2002–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasında aspirantura təhsili almışdır. 2008-ci ildə "Postmenopozal qadınlarda arterial hipertenziya müalicəsinin optimallaşdırılması" elmi işini müdafiə edərək tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2016-cı ildə dosent elmi adını almışdır. 2018-ci ildə "Xroniki ürək çatışmazlığının gender xüsusiyyətləri, diaqnoz və dərman müalicəsinin təkmilləşdirilməsi imkanları, proqnoz və sağ qalma proqnozlarının müəyyən edilməsi" elmi işini müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsini almışdır.
Gülnaz İsmayılova
İsmayılova Gülnaz Əmir qızı — Azərbaycanın xalq artisti (2018). == Həyatı == Gülnaz İsmayılova 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Musiqi Akademiyasının ifaçılıq (fortepiano) və vokal fakültələrini bitirmişdir. Musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsinin laureatı (1985) və vokalçıların Bülbül adına 1 Beynalxalq müsabiqəsinin diplomatı (1997) olmüşdur. 1994-cü ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. Solo oxuma və opera hazırlığı və fortepiano kafedrasının müəllimidir. 2001-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Teatrda çalışdığı müddətdə istedadlı vokalçı bir sıra milli və klassik opera tamaşalarında parlaq obrazlar Gülnaz İsmailova F. Əmirovun "Min bir gecə" baletində vocal partiyasını da çox bacarıqla ifa edir. Dövlət Xor Kapellası və Ü. Hacıbəyli adına Simfonik orkestrin müşayiəti ilə konsert fəaliyyəti ilə də məşğul olur. ABŞ, Meksika, Almaniya, Çexiya, Türkiyə, Fransa, Şimali Kipr, Misir, Rusiya, Ukrayna, Belorus, Moldova, Qırğızıstan və s.
Telman Bağırov
Telman Bəkirov
Telman Muxtar oğlu Bəkirov — Alim, texnika elmləri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmi-Tədqiqat Qaz İnstitutunun laboratoriya rəhbəri. Telman Bəkirov 1941-ci ildə Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 1 saylı orta məktəbi bitirmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna (indiki Neft və Sənaye Universiteti) daxil olmuş və 1965-ci ildə bitirmişdir. 1965–1970-ci illərdə Respublikanın kimya və qaz sənayesi müəssisələrində mühəndis vəzifəsində işləmişdir. 1970-ci ildə Moskvaya gedərək Ümumittifaq Elmi-Tədqiqat Qaz İnstitutunda aspirant, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1972-ci ildə "Yüksək təzyiqdə karbohidrogenli qazların absorbsiya qabiliyyətinin tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsi almışdır. 1991-ci ildə "Təbii qazların ilkin emalının absorbsiya prosseslərinin intensivləşdirilməsi" mövzusunda dissertasiya işini mudafiə edərək texnika elmləri doktoru elm dərəcəsi almışdır. Tədqiqat işləri ittifaqın neft və qaz yataqlarında geniş tətbiq olunmuş, Urenqoy və Yamburqda çox səmərəli nəticələr vermişdir. 200-dən çox elmi əsərin, 4 monoqrafiyanın, bir kitabın, 20 kəşfin müəllifidir.
Telman Cəfərov
Telman Cəfərov (filoloq) — filologiya elmləri doktoru, professor. Telman Cəfərov (rəssam) — Azərbaycan rəssamı.
Telman Hacıyev
Telman Hacıyev (bəstəkar) — Azərbaycan bəstəkarı.
Telman Hüseyn
Telman Hüseyn — Azərbaycan Yazıçılar Birliyinin üzvü(1998), şair. Hüseynоv Telman Canbaхış оğlu, 2 fevral 1941-ci ildə Vedi (Qarabağlar) rayоnunun Haхıs kəndində anadan оlub. 1951-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycandan Bərdə rayоnunun Otuzikilər kəndinə depоrtasiya оlunmuşdur. 1958-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqоji İnstitutunun filоlоgiya fakültəsinə qəbul оlmuş və 1972-ci ildə həmin iхtisası bitirmişdir. Telman Hüseynin ilk şeiri 1968-ci ildə "Gənc müəllim" qəzetində çap оlunmuşdur. 1972-1974-cü illərdə təyinatla İmişli rayоnunda müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1974-cü ildən hal-hazıra qədər Bərdə rayоnunun Оtuzikilər kəndində kənd оrta məktəbinin ədəbiyyat müəllimi işləyir. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2006-cı ildən Bərdə "Söz" ədəbi birliyinin sədridir.
Telman Hüseynov
Telman Hüseynov (iqtisadçı) (azərb. Telman Əlihüseyn oğlu Hüseynov‎) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru. Telman Hüseynov (hərbçi) (azərb. Telman Əsgər oğlu Hüseynov‎) – Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı.
Telman Həmidov
Telman Həmidov — Texnika elmləri namizədi, dosent. Telman Muxtar oğlu Həmidov 1940-cı ildə Şəki şəhərində anadan olmuşdur. O,1948–1958-ci illərdə orta məktəbdə oxumuş, 1958-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1953-cü ildə institutun inşaat fakültəsini qurtarmışdır. Oxuduğu illərdə nümunəvi tələbə olduğundan, institutu qurtaran kimi "Mühəndis rəsmxəti" kafedrasında assistent vəzifəsinə işə götürülmüşdür. İnstitutda işlədiyi ilk gündən onu qabiliyyətli, bacarıqlı, təvazökar və savadlı bir müəllim kimi tanımışlar. Buna görə də T. Həmidov 1969-cu ilbə baş müəllim vəzifəsinə keçirilmişdir. 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu təşkil olunduqdan sonra T. Həmidov öz fəaliyyətini burada "Mühəndis qrafikası" kafedrasında davam etdirmişdir. T. M. Həmidov 1975-ci ildə görkəmli alim, texnika elmləri doktoru, professor A. Mustafayevin rəhbərliyi altında hazırladığı elmi dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, 1991-ci ildə dosent elmi adını almışdır. T. Həmidov dəfələrlə beynəlxalq elmi-metodik konfranslarda məruzə etmiş, 22 elmi-metodik əsər çap etdirmişdir ki, əsərlərdən 5-i fransız dilində nəşr edilmişdir.
Telman Həsənli
Telman Həsənov
Telman Kazımov
Telman Məmməd oğlu Kazımov (9 fevral 1937, Lənkəran – 31 oktyabr 2016) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri naziri (1982–1988), Azərbaycan SSR Baş Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi (1976–1982), Azərbaycan SSR əməkdar inşaatçısı. Telman Məmməd oğlu Kazımov 9 fevral 1937-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə buradakı 4 nömrəli orta məktəbi bitirmiş, 1955–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində "İstilik-qaz təchizatı və ventilyasiyası" ixtisası üzrə təhsil almışdır. İnstitutda kafedra assistenti olmuşdur. Əmək fəaliyyətinə SSRİ Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin Rostov şəhərindəki "Qavsantexquraşdırma" trestinin Bakı Quraşdırma İdarəsində usta vəzifəsində başlayan Telman Kazımov 1962–1966-cı illərdə Bakı Quraşdırma İdarəsində istehsalat şöbəsinin müdiri olmuş, Abşeron Mexanikləşdirilmiş Səyyar Dəstəsində rəis işləmişdir. 1966–1972-ci illərdə isə Bakı "Santexquraşdırma" idarəsinin rəisi vəzifəsində çalışmışdır. Telman Kazımov 1972–1976-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini, 1976–1982-ci illərdə isə idarənin rəisi olmuşdur. 1982-ci ildə bu idarənin bazasında Azərbaycan SSR Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyi yaradılmış və o, nazir vəzifəsinə təyin edilmişdir. 1988-ci ildə nazirlik ləğv edildikdən sonra Telman Kazımov SSRİ Quraşdırma və "Azərquraşdırmaxüsusitikinti" ərazi tikinti-quraşdırma birliyinin rəisi və "Azərquraşdırmaxüsusitikinti" istehsalat tikinti-quraşdırma birliyinin rəisi olmuşdur. 1991-ci ildən "AzQUR" Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur.
Telman Kəlbiyev
Telman Laçınlı
Telman Miriyev
Telman Mirbaba oğlu Miriyev (19 iyul 1981, Cəlilabad rayonu – 28 oktyabr 2016, Cəlilabad rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı; [[Xüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)|Xüsusi Təyinatlı Qüvvələr]; Aprel döyüşlərininnin hərbi rəhbərlərindən biri. Telman Miriyev 19 iyul 1981-ci ildə Cəlilabad rayonunda doğulmuşdur. Telman Miriyev Lələtəpə azad olunması əməliyyatlarına rəhbərlik etmişdir.
Telman Məlikov
Telman Qulu oğlu Məlikov — Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun professoru. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, həmin ildə təyinatla indiki Gəncə Dövlət Universitetinə müəllim göndərilmişdir. Dekabr 1972-ci il, Dekabr 1975-ci il müddətində BDU-nun Aspirantı olmuşdu.1976-1977-ci illərdə Gəncə Dövlət Universitetində işləmişdir. 1977-ci ildən 2013-cü ilədək Azərbaycan Texnologiya Universitetində(Gəncə şəhəri) işləmişdi. 1990-cı ildən 2005-ci ilədək Ali riyaziyyat kafedrasının müdiri olmuşdu. 11.01.2000-ci ildən 13.03.2013-cu ilədək universitetin rektor vəzifəsini icra etmişdir.2014.04.01 tarixindən AMEA-nın Riyaziyyat və Mexanika İnstitunda işləyir. T.Q.Məlikov 1972-ci ildə ADU-nun aspiranturasına daxil olmuş, 1976-cı ildə «Bəzi optimal sistemlərdə məxsusi proseslərin tədqiqi » mövzusunda 01.01.02-«Diferensial və inteqral tənliklər» ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Professor T.Q.Məlikov 2005-ci ildə 01.01.09 - «Diskret riyaziyyat və riyazi kibernetika» ixtisası üzrə «Bəzi optimal idarə məsələlərində optimallıq üçün zəruri şərtlər» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. T.Q.Məlikov 1992-ci ildən professordur. Professor T.Q.Məlikov AMEA-nın müxbir üzvü Q.T.Əhmədovun Respublikamızda yaratdığı optimal idarə məktəbinin davamçılarından biridir.
Telman Məmmədov
Telman Nüsrətoğlu
Telman Nüsrətoğlu (tam adı: Quliyev Telman Nüsrət oğlu;1971, Zəngilan rayonu) — tarix elmləri doktoru.[mənbə göstərin] Tarix Elmləri Doktoru Quliyev Telman Nüsrət oğlu 1971-ci ildə Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Orta məktəb təhsilini əlaçı olaraq bitirən Telman Nüsrətoğlu 1993-cü ildə ölkəmizdə ilk dəfə tətbiq edilən test üsullu tələbə qəbulu imtahanından yüksək bal toplayaraq dövlət hesabına qardaş Türkiyə dövlətinin Mərmərə Universitetinə ali təhsil almağa göndərilib. Tələbəlik illərində İstanbulda nəşr edilən "Gənc Aydın" jurnalının baş redaktoru olub, müntəzəm olaraq Türkiyə mətbuatında məqalələrlə çıxış edib. Bakalavr təhsilini tamamladıqdan sonra eyni universitetin Ümumi Türk Tarixi kafedrasında magistr təhsilinə qəbul olunub. Magistr təhsilini uğurla başa vuraraq Çarlıq Rusiyasının Azərbaycanı işğalı mövzusunda elmi işinini müdafiə etdikdən sonra Türkiyənin ən öncül universitetlərindən biri olan İstanbul Universitetində doktora təhsili və tarix araşdırmalarına davam edib. İstanbul Universitetində böyük Türk tarixçiləri Zəki Vəlidi Toqan və İbrahim Kafesoğlunun təməllərini atdığı Ümumi Türk Tarixi kafedrasında elmi işini müdafiə edərək tarix üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşamaqdadır. Ailəlidir, dörd övladı var. Bir müddət Müsavat Partiyasının üzvü olmuş, Yasamal Rayon Təşkilatının sədri seçilmişdir. 2003-cü ildə partiyadan istefa vermiş, 525-ci qəzetə verdiyi açıqlamada iqtidarla müxalifətin milli maraqlar naminə konstruktiv əməkdaşlığının önəminə diqqət çəkmiş , tarixdə Azərbaycan dövlətçiliyinin formalaşmasında Musavat partiyasının oynadığı müstəsna rolla mövcud siyasətinin üst- üstə düşmədiyini qeyd etmişdir.