Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Con Tinni Makkatçen
Con Tinni Makkatçen (ing. John Tinney McCutcheon; 6.5.1870–10.6.1949) — ABŞ qəzet siyasi karikaturisti, onu "amerika karikaturistlərinin dekanı" adlandırırdılar. Makkatçen ABŞ-nin İndiana ştatının Tippekano dairəsində dünyaya gəlmişdir. == Mükafatları == 1932-ci ildə karikaturalara görə Pulitser mükafatına layiq görülmüşdür. Doğulduğu Tippekanodakı Makkatçen tam orta məktəbi onun şərəfinə adlandırılmışdır. Makkatçen İllinoys ştatının Leyk-Forest şəhərində vəfat etmişdir.
Tiny Toon Adventures (oyun)
Tiny Toon Adventures - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1991-ci ildə yaradılan macəra oyunudur. Baster Banni adında dovşan varlı ailədən olan Montana Maksın, onun sevdiyi Bebs Bannini qaçırtdığı üçün onu xilas etməyə çalışır. Bunun üçün Baster Banni Montananın hazırladığı müxtəlif maneələrdən keçməlidir. Baster Banniyə macəralar zamanı ördək Plaki Dak, tasman iblisi Dizzi Devil və pişik Furball kömək edir. Basteri məğlub etmək üçün Montana Elmayra Daff, Roderik Ret, Ceni Splayser və bir çox qəhrəmanların köməyindən istifadə edir. Sonda Baster Banni Montananı məğlub edərək Bebs Bannini xilas edir.
Tiny Toon Adventures (videooyun)

Tiny Toon Adventures (video oyun)

Tiny Toon Adventures: Babs’ Big Break
Tiny Toon Adventures: Babs’ Big Break - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan macəra oyunu.
Tiny Toon Adventures: Buster Busts Loose!
Tiny Toon Adventures: Buster Busts Loose - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan macəra oyunudur.
Tiny Toon Adventures: Buster’s Hidden Treasure
Tiny Toon Adventures: Buster’s Hidden Treasure — Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan macəra oyunudur. "Tiny Toon Adventures" seriyanın bu epizodu resenziya saytlarında yüksək mövqe qazanmışdır. Dovşanlardan xoşlanmayan qəddar varlı Montana Maks Baster Banni adında dovşanın sevgilisi Bebs Bannini qaçırır. Bu müddətdə isə pis Cin qızılları oğurlayır. Baster Banni həm sevgilisini, həm də qızılları tapmaq üçün macəralara qatlaşmağa məcbur olur. Oyundakı raundlar müxtəlif yerlərdə: Meşədə, qarda, dağda, adada və s. Hər raundun sonunda Boss vardır. Baster Banni Bossları məğlub etdikdən sonra onlara işləyən köməkçilər Banninin tərəfinə keçir. Gəmi raundunda Montana Maks ilə vuruşur və ona qalib gəlir. Bu raundda qızılları tapır.
Tiny Toon Adventures 2: Trouble in Wackyland
Tiny Toon Adventures 2: Trouble in Wackyland - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1992-ci ildə yaradılan macəra oyunudur.
Tiny Toon Adventures 2: Montana’s Movie Madness
Tiny Toon Adventures 2: Montana’s Movie Madness - Yaponiyanın "Konami Corporation" oyun şirkəti tərəfindən 1993-cü ildə yaradılan macəra oyunu. Cizgi qəhrəmanları kinoteatrda filmə baxmaq üçün yığılıblar. Kinoteatrın sahibi isə Montana Maksdır və onların hansı filmə baxacaqlarını yalnız özü təyin edəcəkdir. Maks onun göstərəcəyi filmlərin ən yaxşı olduğunu deyirdi. Bundan şübhələnən Bebs Benni bu barədə Baster Banniyə deyir. Baster Banni isə filmdə iştirak etməyə qərara gələrək, ekranın içinə daxil olur. Banni macəra boyunca Vestern, Samuray, Gələcək və Canavar məzmunlu dörd filmi silməlidir. Hər filmin sonunda isə Montana Maks ilə döyüşməyə məcbur olur. Montana Maksa, Roderik Rat və Rhubella Rat kimi personajlar kömək edir. Banniyə isə Qoqo Dodo vasitəsilə Bebs Banni, Plaki Dak, Hemton C. Pig, Fifi La Fume, Şirli MakLun, Furrball, Konkord Kondor, Li'l Snizer ve Dizzi Devil kömək edir.
Tinca tinca
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Tenöy
Tenöy (fr. Theneuille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03282. 2008-ci ildə əhalinin sayı 396 nəfər təşkil edirdi. 2007-ci ildə 243 yaşda olan (15-64 yaş arasında) 160 nəfər iqtisadi fəal, 83 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 65.8%, 1999-cu ildə 64.2%) idi. Fəal olan 160 nəfərdən 141 nəfər (79 kişi və 62 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi. 83 hərəkətsiz 20 nəfər arasında şagird və ya tələbə, 38 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Tinli
Tinli (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Tinli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Tinqa
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Tidey
Tidey ( q.yun. Τυδεύς ) — qədim yunan mifologiyasında personaj, Kalidonlu Eney və Peribeyanın oğlu, Diomedin atası. Yeddilər Fivə qarşı kampaniyasının liderlərindən biri olmuşdur. Bu personajın adı "İliada"da (4, 375-400; 5, 800-815) və Esxilin "Yeddilər Fivə qarşı" (2,380-415-ci epizodlar) əsərlərində çəkilir. Arqonavtdır.
Tinus
Başınağacı (lat. Viburnum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda yabanı halda 3 növü yayılıb, təbabətdə adi başınağacı (lat. Viburnum opulus) istifadə edilir. Adi başınağacı – yaşıltəhər, qonur – boz rəngdə qabıqlı gövdəyə malik koldur. Qarşı-qarşıya düzülmüş, yumurtaşəkilli, kənarı iri dişli yarpaqları vardır. Çiçəkləri ağdır, çətir formada yerləşir. Al qırmızı rəngli yumurtavari – girdə formada bir çəyirdəkli yeməli meyvələri var. Bitki may – iyun aylarında çiçəkləyir, meyvələri avqust – sentyabrda yetişir. Başınağacı Azərbaycanda Böyük və Kiçik Qafaqzın meşəliklərində və Talışda – ovalıqdan başlayaraq orta dağ qurşağına kimi geniş yayılıb.
İnna
İnna — qadın şəxs adı. İnna Rıskal — karyerasını başa vurmuş Azərbaycan voleybolçusu. İnna Çurikova — Rusiya aktrisası. İnna (müğənni) — Rumıniyalı müğənni.
RİNN
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi — nəqliyyat (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı. == Tarixi == Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında "Qafqaz və Merkuri" Paroxod Cəmiyyəti tərəfindən inşa edilib. Xətt cəmiyyətin "Naberejnaya" küçəsində yerləşən baş kontoru ilə Bakı limanında yerləşən "Kaspi" neft cəmiyyətinin kontorunu birləşdirib. 1881-ci ilin yanvar ayında "Nobel qardaşları cəmiyyəti" telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin ilin noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 km olan və "Nobel qardaşları cəmiyyəti"nin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması həmin ilə təsadüf edir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Poçt və Teleqraf Nazirliyi yaradılıb. İlk rabitə nazirləri Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov və Camo bəy Hacınski olmuşdur. 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra Poçt və Teleqraf komissarlığı yaradılıb. Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunub.
Estas Tonne
Estas Tonne (rus. Эстас Тонне; 24 aprel 1975, Zaporojya) — yəhudi əsilli ukraynalı musiqiçi. == Həyatı == 1975-ci ildə Ukraynada doğulub. 6 il gitara təhsili aldıqdan sonra 1986-cı ildə ailəsi ilə İsrailə köçüb. 11 sentyabr terror aktlarından sonra Nyu Yorka köçən Estas Tonne Amerika qitəsi boyunca akustik gitara ilə konsert verib. 2003-cü ildən bəri 50.000-dən çox albom satışı baş tutub.
Fanny Cadeo
Fanni Kadeo (it. Fanny Cadeo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Haruka Tenno
Seylor Uran (セーラーウラヌス, Sērā Uranusu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Haruka Tenno (天王 はるか, Ten'ō Haruka, ingilis versiyasında Amara Tenno) olan Seylor Uran yapon tələbədir. Seylor Uran Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Uran daim partneri və sevgilisi Seylor Neptun ilə birlikdə gəzir, kişi kimi geyinir. küləyi idarə edə bilir, yaxşı qılınc oynadır, prekoqnitiv güclərə malikdir. == Profil == Haruka inadcıl, qoruyucu, amma əzmkar, bacarıqlı, heyranedici və çılğındır. Haruka ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Neptunla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür. Seylor döyüşçüləri arasında ən hündür ikinci üzvdür (175 sm), birincisi isə Seylor Plutondur. (179 sm) 16 yaşında olmasına baxmayaraq Haruka avtoidman sürücüsüdür.
Karl Linney
Karl Linney (isveç Carl von Linné, lat. Carolus Linnaeus; 23 may 1707[…] və ya 12 (23) may 1707, Roshult[d] – 10 yanvar 1778[…]) — canlı orqanizmlərin təsnifləşdirilməsinin əsasını qoymuş məşhur İsveçli həkim, naturalist və fizik. == Həyatı == 1739-cu ildən İsveç Kral Elmlər Akademiyasının üzvü, onun yaradıcılarından biri, 1762-ci ildən Paris Elmlər Akademiyasının və bir sıra digər elmi cəmiyyətlərin və akademiyaların üzvü olmuşdur. == Mənbə == Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.6.
Minoy sivilizasiyası
Minoy sivilizasiyası — Krit adasında qədim sivilizasiya. Minoy mədəniyyətinin çiçəklənməsi e.ə. XVI əsr və XV əsrin birinci yarısına təsadüf edir. Krit mədəniyyətinin (yaxud da Minoy mədəniyyətinin) yaranması Kritin əfsanəvi hökmdarı Minosun adı ilə bağlıdır və e.ə. III-I minilliklərə təsadüf edir. İngilis arxeoloq Artur Evans 1899-cu ildə “Minos”u axtarmağa başladı. Evans yunan adası Kritdə qazıntı işlərinə başladı, əfsanəyə görə Minos adlı hökmdarın idarə etdiyi qüdrətli imperiyanın paytaxtı Knos Krit adasında yerləşirdi. Evans tezliklə Henrix Şlimanın (Mikena mədəniyyətini aşkarlayan arxeoloq) tapdığı qalıqlardan daha zəngin və daha gözəl xarabalıqlar aşkarladı. Evansın apardığı qazıntı işlərinin Şlimandan sonra həyata keçirlməsinə baxmayaraq, onun Knosda aşkarladığı sivilizasiya Şlimanın aşkarladığı yunan sivilizasiyasından daha qədim idi. Bu nailiyyəti Evansa cəngavərlik titulu qazandırdı.
Nikoletta Tinti
Nikoletta Tinti (22 may 1979) — İtaliyanı təmsil edən bədii gimnast. Nikoletta Tinti İtaliyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 7-ci pillənin sahibi olub.
Sinay palimpsesti
Sinay palimpsestləri — 1975-ci ilin 25 mayında Müqəddəs Yekaterina Monastırında tapılmış Qafqaz albanlarının dilindəki ən qədim yazılı mənbəni özündə əks etdirən əlyazmalar toplusu. 1759-cu ildə Pyemont-Sardiniya kralı III Karl Emmanuel tərəfindən şərqə elmi ekspedisiyaya göndərilmiş, Turin Universiteti professoru Vitaliano Donatinin 1761-ci ildə yazılmış gündəliyində Misirin Sinay yarımadasındakı Müqəddəs Yekaterina monastırında tərk edilmiş əlyazmalar barədə qeydlərə rast gəlinir. 30 noyabr 1971-ci ildə monastırının şimal divarında, Müqəddəs Georgi şapelində yanğın olmuş və 1975-ci ilin may ayında bu yanğından əmələ gəlmiş dağıntını aradan qaldırmaq üçün restavrasiya işləri başlanmışdı. Restavrasiya zamanı monastırın arximandriti Sofronius tərəfindən torpağın altındakı bir boşluqda gizlədilmiş həmin 1100 qədim əlyazma tapılmışdır. Əlyazmalarda ərəbcə, asoruca, efiopca, qədim slavyan dilində nümunələr vardır. Bundan əlavə erməni dilində olduğuna inanılan 142 əlyazmanın 1984-cü ildə II İliya tərəfindən əslində gürcü dilində yazıldığı təsdiq edilmişdi. 1990, 1994, 1996 və 2000-ci illərdə aparılmış tədqiqatlarda gürcü tədqiqatçı Zaza Aleksidze əlyazmalardan birinin X əsrdə yazılmış, Tur şəhərinin yepiskopu Müqəddəs Qriqorinin müəllifi olduğu "Müqəddəs Ataların həyatı" (lat. Vita Patrum) gürcücə tərcüməsinin üzərində araşdırma apararkən mətnin alt qatında fərqli əlifbada başqa bir mətnin daha olduğuna fikir verir. Sin. Geo.
Sinay palimpsestləri

Sinay yarımadası
Sina Yarımadası (ərəb. سيناء‎) - Misirdə yerləşən yarımada. Sina Yarımadası şimaldan Aralıq dənizi və cənubdan Qırmızı dəniz ilə əhatə olunmuşdur. Yarımada 60.000 km² əraziyə malikdir.
Sinay bəbiri
Sinay bəbiri (lat. Panthera pardus jarvisi) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Volodimir Tixiy
Volodimir Viktoroviç Tixiy (ukr. Володимир Вікторович Тихий; 25 fevral 1970, Çervonoqrad[d], Lvov vilayəti, Ukrayna SSR, SSRİ) — Ukrayna kinorejissoru, ssenaristi və prodüseri . Sənədli və bədii filmlər çəkir. O, Ukrayna Kinematoqrafçılar İttifaqının üzvüdür, eləcə də, Ləyaqət inqilabı haqqında bir sıra tarixi və sənədli filmlərə görə 2018-ci ildə Taras Şevçenko adına Ukrayna Milli Mükafatının laureatıdır. Volodimir 25 fevral 1970-ci ildə Lvov vilayətinin Çervonoqrad şəhərində anadan olmuşdur. Liseyi bitirdikdən sonra Volodimir 1987-ci ildə Çervonoqrad Mədənçilik Texnikumuna daxil olmuşdur. 1989–1991-ci illərdə Sovet ordusunun tərkibində olmuş, Belarusda dəniz aviasiyasına xidmət göstərmişdir. Daha sonra 1992-ci ildə Karpenko-Kari adına Kiyev Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsinə daxil olmuş, 1997-ci ildə məzun olmuşdur. O, "Studio 1+1" və "Danapris-Film" kimi telestudiyalarda işləmiş və Verka Serduçka ilə həmin dövrün məşhur olan bir verilişin rejissoru olmuşdur. Daha sonra telefilm və teleseriallar rejissorluğuna başlamışdır.
Sinay dağı
Sina dağı (ivr. ‏הר סיני‎‏‎ Har Sinai, yun. Όρος Σινάι ), Musa dağı (ərəb. جَبَل مُوسَىٰ‎) və ya Tur dağı — Misirin Sina yarımadasında dağ. Dinlər tarixində bu dağın əhəmiyyətli yeri vardır. Məhz bu dağda Musa peyğəmbər Allahla vasitəsiz danışmışdır.
Le-Tinye
Le-Tinye (fr. Le Tignet) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sen-Valye-de-Tye kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 11,26 km², əhalisi — 3024 nəfərdir (2006) artım tendensiyası ilə: 3225 nəfər (2012), əhalinin sıxlığı — 286,4 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 3182 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 3225 nəfər.
Timey (dialoq)
"Timey" (yun. Τίμαιος) — Platonun kosmologiya, fizika və biologiyaya həsr olunmuş ən mühüm traktatlarından biri. Eramızdan əvvəl 360-cı ildə sokratik dialoq şəklində yazılmışdır. Bu dialoq həmçinin Atlantida haqqında məlumat verir (daha ətraflı təsviri yarımçıq “Kritiy” dialoqunda əldə etmək olar). Dialoqda iştirak edənlər: Sokrat, Lokriyalı Timey, Kritias, Hermokrat . Bu dialoq orta əsr fəlsəfəsinin, o cümlədən Şartr məktəbi adlanan ideyaların inkişafına, eləcə də İntibah fəlsəfəsinə və müvafiq olaraq sonrakı dövrlərin bütün Avropa fəlsəfəsinə əhəmiyyətli təsir göstərmişdir. == Məzmunu == Dialoqun tərkibi üç qeyri-bərabər hissədən ibarətdir. Başlanğıcda Sokrat ideal dövlət anlayışını qısaca təkrarlayır (q.yun. πολιτεία), mahiyyəti hər bir insanın öz ruhunun ləyaqətinə uyğun olaraq bir peşə seçməsidir: əkinçilər (q.yun. γεωργοί), mühafizəçilər (q.yun.
Minoy dili
Minoy dili — Krit adasında Minoan sivilizasiyası ilə əlaqəli və müxtəlif dövrlərdə mövcud olmuş bir neçə dilə aid toplu ad. Yazılar (e.ə. XX–XV əsrlər, Kritin erkən və orta saray dövrləri) müxtəlif növ Egey yazısı ilə hazırlanmışdır (yalnız qismən deşifrə edilmişdir). Yalnız bir neçə söz etibarlı şəkildə şərh olunur (məsələn, ku-ro – hər şey), eləcə də sonrakı yazılarda analoqu olan şəhərlərin adları. Misir heroqlifləri ilə yazılmış bir neçə Krit ifadəsi də salamat qalmışdır.
Minoy keramikası
Minoy keramikası — Kritdə Tunc dövrünə aid Minoy mədəniyyətinin xarakterik keramika. O, müxtəlif bədii üslublar, yəni həm vaza rəngkarlığı, həm də qab dizaynı ilə seçilir. Bu müxtəlifliyə görə, ilk dəfə XX əsrin əvvəllərində Artur Evans tərəfindən irəli sürülmüş Minoy mədəniyyətinin inkişaf dövrlərinin tarixləşdirilməsi Minoy keramikasının üslublarına (sonralar N. Platon tərəfindən Knoss sarayının tarixinə əsaslanaraq) əsaslanır. Knossos Sarayının inkişafı). Hazırda keramika məmulatlarının qaba, adətən bəzədilməmiş fraqmentlərinin geoloji analizinə əsaslanan yeni üsul geniş yayılmaqdadır.
Tında
Tında (rus. Тында) — Rusiya Federasiyasında yerləşən şəhər, Amur vilayətinə daxildir.
Emrə Kınay
Emre Kınay (5 mart 1970, İstanbul) — Türk aktyor. == Həyatı == Dostlar Teatrı, Bakırköy Bələdiyyə Teatrı kimi icmalarda çalışan sənətçi müxtəlif film və seriallarda da rol alır. Yaradıcısı olduğu Duru Teatr qrupunda hələ də tamaşalar və seriallarda oynayır. O, "Yılan hikayesi" serialında canlandırdığı "Erkan Ağa" və "Yeditepe İstanbul" serialında canlandırdığı "Yusuf" obrazları ilə tanınıb. Üç qız atasını canlandırdığı və baş rolu İclal Aydınla paylaşdığı “İki Aile” serialı ilə daha geniş dairələrdə tanınıb. O, "Güneşi Beklerken" serialında basketbol müəllimi "Cihan" obrazını canlandırıb, daha sonra "Lise" serialında məktəbə qayıdan hüquqşünas rolunu canlandırıb. O, 2015-2016 mövsümündə yayımlanan "Güneşin Kızları" serialında "Haluk" obrazını canlandırıb. 2019-cu ildə Türkiyə Yerli Seçkilərində İYİ Partiya tərəfindən İstanbul Kadıköy Bələdiyyə Başçılığına namizədliyi irəli sürülüb. Lakin o, 12,66 faiz səs toplayaraq seçkidə qalib gələ bilməyib. O, yarışı 3-cü yerdə başa vurub.