Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
page title
Working Title Films
Working Title Films — mərkəzi Londonda olan və Universal Studios-a aid olan bir ingilis film şirkəti. 1983-cü ildə Tim Bevan və Sara Redkliff tərəfindən yaradılmışdır. Şirkət bədii filmlər və müxtəlif növdə çəkilişlər edir. Hal-hazırda Erik Fellner və Tim Bevan şirkətin həmsədrləridir. 1992-ci ildə PolyGram şirkətin korporativ dəstəkçisi oldu. Sara Redkliff Working Title-dan ayrıldı və müstəqil film prodüseri olan Erik Fellner şirkətə qatıldı. Şirkət PolyGram-ın Londra mərkəzli istehsal şirkəti PolyGram Filmed Entertainment üçün müxtəlif filmlər istehsal etdi. İngilis-holland film studiosu olan PolyGram Films böyük bir Hollywood rəqibi oldu. 1999-cu ildə PolyGram Films və Working Title Universal Studios-a satıldı.
Hitler
Adolf Hitler (alm. Adolf Hitler‎; 20 aprel 1889[…], Braunau-am-İnn doğum evi[d], Avstriya-Macarıstan – 30 aprel 1945[…], Fürerbunker) — alman dövlət və siyasi xadim, nasional sosializm (nasizm) ideyasının yaradıcısı, Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933–1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer). == İlk illəri == Uşaqlığı Adolf Hitlerin yəhudiləri soyqırım etməsinə baxmayaraq, özü yəhudi mənşəli olub. Hitlerin atası Aloisin anası Mariya Adolfun atası Aloisi qulluqçu işlədiyi evin yəhudi sahibindən qazanmışdır. Sonralar Mariya ərə getmiş və Alois atalığının soyadını götürmüşdür. Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriya-Macarıstanın müstəmləkəsi altında olan Yuxarı Avstriyanın Braunau am İnn qəsəbəsində anadan olmuşdur. Atası Alois Hitler (1837–1903) əvvəllər çəkməçi, sonralar isə gömrük əməkdaşı işləmişdir. Anası Klara Hitler (1860–1907, qızlıq soyadı — Pölzl) gələcək həyat yoldaşının əmisi qızı, həm də onun evində qulluqçu olmuşdur. Adolf Hitler Avstriya vətəndaşı olaraq dünyaya gəlsədə, 1925-ci ildə Avstriya vətəndaşlığından imtina edib. Alois Hitler 1876-cı ilədək anasının soyadı olan Şiklqruber soyadını daşımış, lakin həmin il ögey atasının soyadını qəbul etmişdir.
Adolf Hitler
Adolf Hitler (alm. Adolf Hitler‎; 20 aprel 1889[…], Braunau-am-İnn[d], Yuxarı Avstriya[d] – 30 aprel 1945[…], Fürerbunker) — alman dövlət və siyasi xadim, nasional sosializm (nasizm) ideyasının yaradıcısı, Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) sədri, 1933–1945-ci illərdə III Reyxin reyxs-kansleri və prezidenti (fürer). == İlk illəri == Uşaqlığı Adolf Hitlerin yəhudiləri soyqırım etməsinə baxmayaraq, özü yəhudi mənşəli olub. Hitlerin atası Aloisin anası Mariya Adolfun atası Aloisi qulluqçu işlədiyi evin yəhudi sahibindən qazanmışdır. Sonralar Mariya ərə getmiş və Alois atalığının soyadını götürmüşdür. Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriya-Macarıstanın müstəmləkəsi altında olan Yuxarı Avstriyanın Braunau am İnn qəsəbəsində anadan olmuşdur. Atası Alois Hitler (1837–1903) əvvəllər çəkməçi, sonralar isə gömrük əməkdaşı işləmişdir. Anası Klara Hitler (1860–1907, qızlıq soyadı — Pölzl) gələcək həyat yoldaşının əmisi qızı, həm də onun evində qulluqçu olmuşdur. Adolf Hitler Avstriya vətəndaşı olaraq dünyaya gəlsədə, 1925-ci ildə Avstriya vətəndaşlığından imtina edib. Alois Hitler 1876-cı ilədək anasının soyadı olan Şiklqruber soyadını daşımış, lakin həmin il ögey atasının soyadını qəbul etmişdir.
Alois Hitler
Alois Hitler (doğum adı: Alois Yohann Şiklqruber; alm. Alois Johann Schicklgruber‎; 7 iyun 1837 – 3 yanvar 1903, Lins, Sisleytaniya) — Avstriyalı bir məmur; alman siyasətçisi və NSAFP-nin lideri Adolf Hitlerin atasıdır. == Gənclik illəri == Alois Hitler 1837-ci ilin 7 iyun tarixində 42 yaşlı subay bir qadın olan Mariya Şiklqruberin oğlu olaraq Şiklqruber soyadı ilə dünyaya gəldi. Onun əsl atası isə anasınn xidmətçi işlədiyi evin sahibi, bir yəhudi bankir olan Leopold Frankenberqer idi. Döllersheim kilsəsində keçirilən vəftiz mərasiminin sonunda vəftiz kağızındakı ata adı hissəsi boş saxlanıldı və rahib kiçik oğlanı "qeyri-qanuni" övlad olaraq elan etdi. Mərasimin ardından anası ilə birlikdə atası Yohann Şiklqruberin evində yaşadılar. Bir müddət sonra Yohann Georg Hiedler Şiklqruber ailəsinin evinə köçdü. Alois 5 yaşında ikən anası Yohann Georq Hiedler ilə evləndi. Ardından bir müddət ögey əmisinin kənd evində yaşayan Alois burada çəkməçilik öyrəndi. 13 yaşında bu kənd evindən ayrılan Alois Vyanaya getdi.
Angela Hitler
Angela Franziska Johanna Hammitzsch (qızlıq soyadı: Hitler; 28 iyul 1883, Braunau-am-İnn[d], Yuxarı Avstriya[d] – 30 oktyabr 1949, Hannover) — alman siyasətçisi və NSAFP-nin lideri Adolf Hitlerin ögey bacısıdır. == Uşaqlıq illəri == Angela Alois Hitlerin və Franziska Matzelsberger'in ikinci uşağı idi və Avstriya-Macarıstanın Braunau bölgəsində dünyaya gəlmişdir. Bir il sonra anası vəfat etmiş və qardaşı Jr. Alois ilə birlikdə ögey anası Klara Pölzl ilə yaşamağa başladılar. Adolf Hitler ondan 6 yaş balaca olsa da, ən yaxın qardaşı idi. Hətta Adolf Hitlerin Mein Kampfda adını çəkdiyi yeganə bacısı idi. Angelanın atası 1903-cü ildə, ögey anası isə 1907-ci ildə vəfat etmişdir. == Evliliyi == 14 sentyabr 1903-cü ildə xırda vergi müfəttişi olan Leo Raubal ilə evləndi və 12 oktyabr 1906 tarixində Leo adlı bir oğlan uşağı dünyaya gətirdi. 4 iyun 1908-ci ildə Geli adlı bir qız uşağı, 1910-cu ildə isə Fried adlı ikinci bir qız uşağı dünyaya gətirdi. 1910-cu ildə isə əri Leo Raubal vəfat etdi.
Brayson Tiller
Bryson Djuan Tiller (2 yanvar 1993, Luisvill, Kentukki) — Amerika müğənnisi, söz yazıçısı, repperi. 2015-ci ildə ilk albomu olan "Trapsoul" çıxmışdır.
Dostum Hitler
Dostum Hitler (yap. わが友ヒットラー Waga Tomo Hittorā) — Yukio Mişimanın 1968-ci ildə dostluq və siyasət haqqında yazdığı pyes. Həmin ildə də səhnəyə qoyulmuşdur və 1969-cu ilin yanvar ayının axırına qədər səhnədə qalmışdır. 1968-ci ilin oktyabr ayının 13-də kitab şəklində çap edilmişdir. == Pyes haqqında == Pyesin süjeti 1934-cü ilin yayında Berlin kanslerliyində baş verir və Adolf Hitler, Qustav Krupp, Qreqor Ştrazer və Ernst Römün əhvalatlarından bəhs edir. == Süjet == Pyes Hitlerin Almaniya xalqı qarşısında çıxışı ilə başlayır, onun iki dostu Krupp və Röm çıxışı izləmək üçün içəri daxil olurlar. Onlar bir-biri ilə danışır və Krupp bəşər tarixinin irəliləyişlərini, o cümlədən Hitleri daha yaxşı liderə çevirmək üçün metaforik mənada istifadə etdiyi "dəmir buket"i müzakirə edirlər. Sonradan Ştrazer səhnəyə daxil olur. Onun Römlə arası olmur, Krupp onların münasibətini "it və pişik" kimi təsvir edir. Ştrazer daha sonra müharibədən əldə edilən gəlirləri ölkəyə qaytarılmasının lazım olduğunu iddia edir.
Eva Hitler
Eva Braun (tam adı – Eva Anna Paula Braun; 6 fevral 1912[…], Münxen – 30 aprel 1945[…], Fürerbunker) — Adolf Hitlerin sevgilisi, sonralar isə həyat yoldaşı.
Hitler (dəqiqləşdirmə)
Hitler
Hitler salamı
Hitler salamı (alm. Hitlergruß‎) — Nasist salamlaşması adı ilə də tanınan və Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvləri tərəfindən yaradılmış salamlaşma forması. Hitler salamı verən şəxs Adolf Hitlerə və onun apardığı siyasətə öz bağlılığını ifadə etməkdədir. Hitleri salamı vermək 1933-cü ildə Almaniyada Nasional Sosialist Alman Fəhlə Partiyası hakimiyyətə gələndən sonra Vermaxt əsgərləri və dinc əhali üçün məcburiyyət halına gətirilmişdir. Üçüncü Reyx dönəmi ərzində sözü gedən jest ümumi birlik ifadəsi kimi izah olunurdu. Günümüzdə keçmiş adı ilə Hitler salamı olaraq bilinən Nasist salamı vermək Almaniya və Avstriyada cinayət məsuliyyəti daşıyır. 1923-cü ilin əvvəllərinə qədər Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvü olan şəxslər öz liderlərini yuxarı istiqamətdə tam şəkildə açılmış qol hərəkəti ilə salamlamaqda idi. Adolf Hitler kütlə qarşısında ona ünvanlanan Hitler salamına sağ əlini qaldırır, dirsəyini yuxarı doğru bükərək cavab verirdi. Çox yaşa Hitler və Hitlerə Salam olsun kimi anlamlara gələn Hitler salamı alman dilində Heil Hitler! olaraq adlandırılmışdır.
Klara Hitler
Klara Hitler (qızlıq soyadı Pölzl) (d. 12 avqust 1860 — ö. 21 dekabr 1907) — alman siyasətçisi və NSAFP-nin lideri Adolf Hitlerin anasıdır. == Ailə keçmişi və evliliyi == Atası Johann Baptist Pölzl, anası isə Johanna Hiedler idi. Ailə həkiminin qeydlərində yazdıqlarına görə, çox səssiz, şirin və sevimli bir qız idi. 1876-cı ildə 16 yaşındakı Klara Alois Hitlerin evində qulluqçuluğa başladı. Gənc Klara Alois Hitlerin ögey əmisi Johann Nepomuk'un 16 yaşlı nəvəsi idi. Ancaq bundan narazı olan Alois Hitlerin xanımı Matzelsberger'in istəyilə Alois Hitler Klaraya başqa bir iş tapdı. Ancaq çox keçmədən Matzelsberger 23 yaşında ikən ağciyər xəstəliyinə tutuldu. Ağır xəstəlik günlərində balaca uşaqlara və xəstə Fanni'yə baxmaq üçün Klara Pölzl yenidən Aloisin evinə gəldi.
Mauris Tillet
Moris Tiye (fr. Maurice Tillet) — fransız güləşçi, poliqlot, "Şrek" cizgi filminin əsas qəhrəmanının prototipi. == Həyatı == Moris Tiye 1903-cü il 23 oktyabrda Rusiyada, Uralda fransız ailəsində anadan olub. Anası müəllimə, atası dəmiryolunda mühəndis işləyib. Kiçik yaşlarında atası dünyasını dəyişir. Rusiyada 1917-ci il inqilabından sonra Tiye anası ilə birlikdə Rusiyanı tərk edir və Fransaya, Reyms bölgəsinə yerləşirlər. Tiye 17 yaşından sonra qəribə xəstəliyə yoluxur. Həkimlər ona "akromeqaliya" diaqnozu qoyurlar. Bu xəstəlik sümüklərin böyüməsinə səbəb olan nadir xəstəliklərdəndir. Belə ki, Tiyenin boyu 170 sm olduğu halda, çəkisi 122 kq idi.
Paula Hitler
Paula Hitler (d. 21 yanvar 1896 - ö. 1 iyun 1960) — alman siyasətçi və NSAFP-nin lideri Adolf Hitlerin doğma bacısıdır. Paula 6 yaşındaykən təqaüdçü gömrük işçisi olan atası Alois Hitleri, 11 yaşında isə anası Klara Hitleri itirdi. Bu səbəblə Avstriya hökuməti tərəfindən balaca Paula və 18 yaşlı qardaşı Adolfa sosial yardım təsis etdi. Ancaq verilən məbləğ çox az idi və buna görə də qardaşı Adolf öz müavinətinin də bacısına verilməsini qəbul etdi. Daha sonra Vyanaya köçən Paula 1920-ci illərin əvvəllərində yəhudi tələbələrin yaşadığı yataqxananın xidmətçisi kimi çalışdı. Bir müddət katibə olaraq çalışan Paula qardaşının Münhendə keçirdiyi çətin illərində onunla əlaqə saxlaya bilmədi. Yalnız 1930-cu illərin əvvəllərində onunla Vyanada görüşə bildi.
Kim Vitley
Kim Elizabet Vitley (7 iyun 1961)- Amerikalı komediyaçı və aktrisadır. O, daha çox "Qardaşım və mən", "Qığılcımlar", "Heyvanlar təcrübəsi","Gənc və ac", "Parkçılar", "Klivlend şousu" və "Qara dinamit" kimi televiziya sitkomlarındakı rolları ilə tanınır. Vitley, 2003-cü ildə "Bizi Evadan Təslim Et" komediya filmindəki Ormandy roluna görə Kassa Filmində Ən Yaxşı Köməkçi Aktrisa üçün 2004-cü ildə BET Komediya Mükafatına namizəd oldu. == Həyatı == Vitley Ohayo ştatının Şaker Heqit şəhərində anadan olub. Atasının asi Vilyam Vitley olmuşdur. Onun atası Klivlend Dövlət Universitetinin Çağırış Mərkəzi, Linkoln Junior Liseyi, Klivlend İctimai Kitabxanasının Li-Harvard filialı və Klivlend Klinikasının Qonaq Evinin inkişafı ilə bağlı işlərlə məşğul olub. Onlar həmçinin Klivlend hindularının məskəni olan Jakob Field ərazisinin layihələndirilməsi və tikintisi üzrə birgə müəssisədə iştirak edirdilər. Kim Vitley Şaker Heqtis Liseyində (1979-cu ildə bitirib) və Tennessi ştatının Nasvil şəhərindəki Fisk Universitetində oxuyub. == Karyera == 1989-cu ildə Vitley, Los-Ancelesdə başlayan və daha sonra ABŞ-ni gəzən Şelli Qrettin məşhur "Gözəllik Dükanı" oyununda baş rolda musiqi aldı. Vitley bir neçə televiziya sitkomunda qonaq çıxış etdi.
Hitler (soyad)
Hitler — soyad.
Hitler Gəncliyi
Hitleryugend (alm. Hitlerjugend‎ [ˈhɪtlɐˌjuːɡn̩t] dinlə, və ya qısaca alm. HJ‎) — Nasional Sosialist Alman Fəhlə Partiyasının gənclər təşkilatı. Təşkilata yalnız gənc üzvlər daxil idi, qızlar üçün ayrıca Alman qızlar birliyi var idi. 1945 -ci ildə denasifikasiya prosesində ləğv edilmişdir.
Hitler Nababan
Hitler Nababan (23 iyul 1973, Açeh) — İndoneziya siyasətçisi. Demokratik Partiyanın üzvü olan Nababan 2014-cü ildən 2019-cu ilə qədər Karavanq Regional Nümayəndələr Şurasının üzvü olmuşdur. == Həyatı == Hitler Nababan 23 iyul 1973-cü ildə anadan olmuşdur. 1993-cü ildə HKBP Peşə Liseyində orta təhsilini başa vurduqdan sonra 1994-cü ildə Karavanq şəhərinə köçmüşdür. Millət vəkili seçilməzdən əvvəl sələmçi işləmişdir. O, dörd il oxuduqdan sonra 2017-ci ildə Dharma Andhiqa Hüquq Məktəbində hüquq dərəcəsi almışdır. Hitler Betti Minariya Limbonq ilə evlidir. Cütlüyün üç qızı və bir oğlu var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Hitler Nababan ilə əlaqəli mediafayllar var.
Hitler Saavedra
Hitler Saavedra Kasternok (isp. Hitler Saavedra Casternoque; 18 fevral 1978 – 17 sentyabr 2024, Kusko[d]) — Peru cərrahı və siyasətçisi. O, 2021–2026-cı illər parlament dövrü üçün Loretonu təmsil edən respublika konqresmenidir. == Həyatı == Hitler Saavedra Kasternok 9 fevral 1978-ci ildə Perunun Alto-Amazonas vilayətinin Loreto departamentində yerləşən Yurimakasda anadan olmuşdur. Kasternok 2015-ci ilə qədər Peru Amazonu Milli Universitetində təhsil almışdır və cərrah ixtisasını bitirərək tibb üzrə bakalavr dərəcəsi almışdır. O, daha sonra 2017–2020-ci illər arasında Loreto Regional Sağlamlıq Müdirliyində cərrah kimi çalışmışdır. Kasternok 2021-ci il parlament seçkilərində 2021–2026-cı il parlament dövrü üçün "Biz Peruyuq" partiyasının üzvü kimi 7,654 səslə respublikanın konqresmeni seçilmişdir. O, 2021–2022-ci illər arasında Səhiyyə və Əhali Komissiyasının prezidenti vəzifəsində çalışmışdır. Hal-hazırda Konqresdəki "Biz Peruyuq" kokusunun sözçüsüdür və eyni zamanda partiyasının İdarə Heyətinin üçüncü vitse-prezidenti olmağa namizəd olmuşdur, lakin sonradan namizədliyini geri çəkmişdir.
Titse sindromu
Titse sindromu (ing. Tietze´ s syndrome), xondrit qabırğa (ing. costochondritis) – əvvəlcədən qısamüddətli qızdırmadan sonra qabırğa qığırdaqlarının döş sümüyü kənarına birləşdiyi (xüsusi ilə II–IV qabırğanın sol kənarı) yerdə ağrılı şişkinlik yaranır.
Andreas Titse
Andreas Titse (alm. Andreas Tietze‎; 26 aprel 1914, Vyana – 22 dekabr 2003, Vyana) — avstriyalı türkoloq, türk dili və xalq ədəbiyytaı mütəxəssisi, lüğətşünas. == Həyatı == Andreas Titse həmin vaxt Avstriya-Macarıstan imperiyasının paytaxtı olan Vyanada sənət tarixçiləri olan yəhudi bir ailədə anadan olub və ilk və orta təhsilini burada alıb. 1932–1937-ci illərdə Vyana Universitetində tarix (xüsusilə Şərqi və Cənub-Şərqi Avropa tarixi) və xarici dillər üzrə təhsil almışdır. Vyana Şərq Dilləri Məktəbində türk, ərəb və fars dillərini öyrənmişdir. O, karyerasına 1938–1958-ci illərdə Hitler rejimindən sığındığı İstanbul Universitetində və 1958–1971-ci illərdə Los-Ancelesdəki Kaliforniya Universitetinin Yaxın Şərq Dilləri və Mədəniyyətləri Fakültəsində çalışaraq davam edib. Türkiyədə və ABŞ-də onilliklər keçirdikdən sonra Andreas Titse nəhayət 1973-cü ildə türkologiya professoru kimi Vyana Universitetinə qayıdıb. O, 1984-cü ildə təqaüdə çıxana qədər Yaxın Şərq Tədqiqatları kafedrasında professor vəzifəsində çalışıb. O, 2003-cü il dekabrın 22-də Vyanada vəfat edib, 2004-cü il yanvarın 7-də isə həmin şəhərdəki Neustift qəbiristanlığında dəfn edilib. == Fəaliyyəti == 1940-cı ildən yerli və xarici jurnallarda müasir türk və Osmanlı ədəbiyyatı, türk dilinin tədrisi və dilçiliklə bağlı məqalə və kitablar dərc etdirməyə başlayıb.
Bitlər
Anoplura (lat. Anoplura) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan fəsiləüstü. == Xarici quruluşu == Bitlər məməlilərin daimi paraziti olan xırda, qanadsız cücülərdir. Hər iki cinsi qansorandır. Bitlərin bədəni bel-qarın istiqamətində yastılanmış, oval, uzunsov və ya enli, 1-5 mm uzunluğundadır. Erkəklər adətən dişilərdən kiçik olur. Başı qabaq tərəfdən daralmışdır. Ağız orqanları adətən irəli yönəlmiş, heyvanların qalın örtüklərini deşmək və qan sormaq üçün yaxşı uyğunlaşmışdır. Bir cüt sadə gözü başın yanlarında, bığcıqlardan arxada yerləşmişdir. Üç döş seqmenti adətən kip bitişmişdir.
Hitler koalisiyasının kollaborsionisti
Hitler koalisiyasının kollaborsionisti, İkinci Dünya Müharibəsində Berlin-Roma-Tokio oxu qüvvələri tərəfindən işğal edilən ölkələrdə millətçilik, etnik nifrət, antikommunizm, antisemitizm və opportunizm kimi məqsədlər üçün bir araya gələrək işğalçı qüvvələrlə əməkdaşlıq edən təşkilatlardır. Bu qrupların bir çoxu müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və ya Holokost altında qırğınlar etmişdi. Sovet İttifaqı daxilində Hiwi, Trawniki, Schutzmannschaft və Şərq legionları kimi kollaborsionist legionlar yaradılmışdı. Bu kollaborsionist Sovet vətəndaşları bir çox insanın ölümünə, o cümlədən nasistlərin Sovet hərbi əsirlərinə qarşı törətdikləri cinayətlərə görə məsuliyyət daşıyırdılar. Kollaborsionizm məğlub bir dövlətin əhalisi ilə qələbə çalmış bir qüvvənin nümayəndələri arasındakı əməkdaşlıq deməkdir. Stanley Hoffmann əməkdaşlığı könüllü və könüllü (zərurətdən faydalanmaq) kimi fərqləndirmişdir. Hoffmanna görə, əməkdaşlığı “pislik” və “ideoloji” olaraq bölmək olar; köhnə düşmənə qəsdən xidmət etmək, ikincisi, arzu olunan daxili dəyişikliklərin qalibi hesab olunan xarici qüvvə ilə işbirliyinin qəsdən müdafiəsidir. Bunun əksinə olaraq Bertram Gordon, qeyri-ideoloji və ideoloji kollaborsionizmə istinad edərək kollaborsionizm terminindən istifadə edir. Kollaborsionizm İkinci Dünya Müharibəsi dövründə Berlin-Roma-Tokio oxu qüvvələri tərəfindən işğal edilmiş ölkələrdə ideoloji, maddi və ya hərbi baxımdan Nasist Almaniyasına, İtaliya Krallığına (və İtaliya Sosial Respublikasına) və ya Yaponiya İmperiyasına dəstək olmaq deməkdir. Müharibədən sonra əməkdaşlıq etdikləri müəyyənləşdirilmiş şəxslərə böyük cəzalar verildi və onlara satqın damğası vuruldu.
Siyasi Vəsiyyətim (Hitler)
Siyasi Vəsiyyətim (alm. Bormann Vermerke‎) — Adolf Hitlerin 1945-ci il fevralın 4-dən aprelin 2-nə qədər olan müddətdə dostu Martin Bormana fasilələrlə yazdırdığı 18 qeyddən ibarət kitab. Adolf Hitler "Siyasi Vəsiyyətim" adı altında qələmə aldığı kiçik həcmli bu əsərini müharibənin sonlarına yaxın sığınacaqda yazdığı ehtimal olunur. 1952-1953-cü illərdə Avropanın bir çox ölkələrində "Bormann Vermerke" (Bormanın qeydləri) adı altında nəşr olunan kitab, Hitlerin 1945-ci il fevralın 4-dən aprelin 2-nə qədər olan müddətdə ən etibarlı yoldaşı Martin Bormana fasilələrlə yazdırdığı 18 qeyddən ibarətdir. Kitab Aysel Araz və Rəhim İmranov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş, Aysel Arazın redaktorluğu, Firdovsi Səfərovun dizayner və rəssamlığı ilə Seymur Həsənli tərəfindən nəşrə hazırlanmış, dekabr 2017-ci ildə Turkkitab.Az tərəfindən Ankarada Bizim Büro Mətbəədə 1000 tirajla 80 səhifədə ilk dəfə nəşr edilib.
Anti-Hitler koalisiyası
Anti-Hitler koalisiyası (ing. Allies of World War II) — İkinci Dünya müharibəsi zamanı (1939–45) təcavüzkar dövlətlər olan Almaniya, İtaliya, Yaponiya və onların tərəfdarlarına qarşı yaradılan hərbi-siyasi ittifaq. == Tarixi == Faşist Almaniyası, İtaliya və Yaponiya 1940-cı il sentyabrın 27-də öz aralarında bağladıqları Üçlər paktına görə dünyanı iştirakçı ölkələr arasında bölüşdürməyi nəzərdə tuturdular. 1945-ci ilin sentyabrında 56 dövlətin daxil olduğu anti-Hitler koalisiyasının əsas üzvləri Böyük Britaniya, ABŞ, SSRİ olmuşdur. Fransa ilə Çində anti-Hitler koalisiyasına daxil idilər. Müharibənin sonunadək ona 50-dən çox dövlət (Polşa, Çexoslovakiya, Yuqoslaviya, Kanada, Hindistan və s.) qoşulmuşdu. 1941-ci il iyunun 22-də Böyük Britaniyanın baş naziri Vinston Çörçill, iyunun 24-də isə ABŞ prezidenti Franklin Ruzvelt Almaniyaya qarşı müharibədə SSRİ-ni müdafiə edəcəkləri barədə bəyanat verdilər. Anti-Hitler koalisiyasının diplomatik və hüquqi cəhətdən təşəkkülü mürəkkəb yol keçmişdi. 1941-ci il iyulun 12-də Moskvada SSRİ ilə İngiltərə arasında Almaniyaya qarşı müharibədə birgə fəaliyyət barədə saziş imzalandı. Daha sonra 1941-ci il sentyabrın 29-u – oktyabrın 1-də Moskvada 3 dövlətin (SSRİ, ABŞ, İngiltərə) konfransı oldu.
Adolf Hitler Uunona
Adolf Hitler Uunona (təq. 1965) — Namibiya antiaparteid siyasi fəalı və siyasətçisi. 2004-cü ildən Cənubi Qərbi Afrika Xalq Təşkilatının müşaviri və üzvüdür. O, 2020-ci ildə xəbər mənbələrinin onun adının nasist diktatoru Adolf Hitlerin şərəfinə olduğunu yazması ilə populyarmışdır. == Həyatı == Adolf Hitler Uunona 2010-cu və 2015-ci illərdə keçirilən Oşana regional şurasına seçkilərdə 2004-cü ildən bir neçə dəfə Ompunca seçki dairəsində məclis üzvü seçilmişdir. 2020-ci ilin noyabrında Şimali Namibiyada keçirilən yerli seçkilərdə 1,196 səslə qalib gəlmişdir ki, bu da səslərin 85%-ni təşkil etmişdir Onun rəqibi IPC partiyasından olan Mumbala Abner cəmi 213 səs toplayaraq məğlub olmuşdur. Uunona Namibiyanın Ompunca seçki dairəsinin müşaviri olmağa davam etmişdir. == Adı == "Adolf" kimi alman adları Namibiyada çox yayılmışdır, çünki Namibiya 1884–1915-ci illərdə Almaniya imperiyası altında Almaniya Cənub-Qərbi Afrikası adında koloniyası idi və daha sonra Cənubi Afrika İttifaqının mandatına keçmişdir. Beynəlxalq xəbər mənbələri Uunonanın İkinci Dünya müharibəsi zamanı Almaniyanın diktatoru olmuş Adolf Hitlerlə eyni adı daşıdığını yazmışdır. Adolf Uunona demişdir ki, atası yəqin ki, ona Adolf Hitlerin adını verib, lakin atasının o vaxt Adolf Hitlerin kim olduğunu bildiyini düşünmür.
İtlər
İtlər (lat. Canidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinə aid heyvan fəsiləsi.
Bitlər dəstəsi
Anoplura (lat. Anoplura) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan fəsiləüstü. == Xarici quruluşu == Bitlər məməlilərin daimi paraziti olan xırda, qanadsız cücülərdir. Hər iki cinsi qansorandır. Bitlərin bədəni bel-qarın istiqamətində yastılanmış, oval, uzunsov və ya enli, 1-5 mm uzunluğundadır. Erkəklər adətən dişilərdən kiçik olur. Başı qabaq tərəfdən daralmışdır. Ağız orqanları adətən irəli yönəlmiş, heyvanların qalın örtüklərini deşmək və qan sormaq üçün yaxşı uyğunlaşmışdır. Bir cüt sadə gözü başın yanlarında, bığcıqlardan arxada yerləşmişdir. Üç döş seqmenti adətən kip bitişmişdir.
Tillək nekropolu
Tillək nekropolu — Еyniadlı yaşayış yerinin yaxınlığında, meşənin içərisində yerləşir. Nekropol torpaq qəbirlərdən ibarətdir. Qəbirlər qərb-şərq istiqamətinə yönəldilmişdir. Onların üzərinə iri sal daşlar qoyulmuşdur. Aşınma nəticəsində sal daşlar sürüşərək istiqamətini dəyişmişdir. Nekropol yaşayış yeri ilə eyni dövrə aiddir. Nekropolu XIV-XVIII əsrlərə aid etmək olar.
Tiplər nəzəriyyəsi
Tiplər nəzəriyyəsi-maddələr sadə qeyri-üzvi maddələrdən (tiplərdən) törəyir və öz hidrogenlərinin qalıqlarla əvəz olunmasında əmələ gəlir. Bu nəzəriyyə radikallar nəzəriyyəsinin əksinə olaraq, molekulun dəyişən hissəsini əsas tutur, üzvi maddələrin reaksiyaları ilə qeyri-üzvi maddələrinin reaksiyaları arasında böyük oxşarlıq olduğunu irəli sürürdü. Ilk dövrdə bu nəzəriyyəni radikallar nəzəriyyəsinə zidd tutur və hətta radikal kəlməsini işlətməyərək, onu qalıqla əvəz edirdilər. Əsas tiplər H2O, HCl, NH3 və daha sonra CH4 qəbul olunmuşdur. Bu tiplərdə hidrogeni qalıqlarla əvəz edir və üzvi birləşmələrin bu, yaxud başqa tipə mənsubiyyətini aydınlaşdırmaqla onları müxtəlif siniflərə ayrırdılar. Məsələn, spirtlər, efirlər, turşular və onların törəmələri su tipinə aid edilir. Əsas tiplərdən törəyən üzvi maddələr bu tiplərin reaksiyalarını verməli idi. Su tipinə aid edilən spirtlərin su kimi natrium və PCl3 ilə reaksiyaya girməsi buna bir dəlil idi. Tiplər nəzəriyyəsini inkişaf etdirərək Kekule metan tipini aşkar etdi və beləliklə, tiplər sistemində doymuş karbohidrogenlərə yer tapmadı. Daha sonra tapılan bəzi maddələri məlum tiplərə aid etmək mümkün olmadığı üçün qatışıq və mürəkkəb tiplər irəli sürüldü.
Titrək qovaq
Əsməqovaq (lat. Populus tremula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Hamar boz qabıqlı hündür ağacdır. Yarpağının saplağı uzundur, yuxarı hissədə çox yastılaşmış, bəzən uzunluğuna görə yarpaq ayasının uzunluğuna bərabərdir. Yarpaqların eni çox vaxt uzunluğundan böyük olub, çılpaqdır, üst tərəfdən yaşıl rəngdə və parlaqdır, alt tərəfdən solğun və göyümtüldür, kənarları adətən dəyirmi küt dişcikləri olan oyuq-dişlidir, yuxarı hissədə qısa sivriləşmişdir; uzanmış budaqlarının yarpaqları enli-yumurtaşəkillidir, qaidəsi demək olar ki, bir qədər düz və ya ürəkşəkillidir, uzunluğu 3–7 sm, eni 4–8 sm-dir; qısalmış budaqların yarpaqları isə enli-əksinəyumurtaşəkilli, dəyirmi və ya enliyumurtaşəkillidir, qaidə hissəsi enli-pazşəkilli və ya biraz ürəkşəkilli olur. Yarımkölgədə, gilli torpaqlarda yaxşı bitir. Rütubət sevəndir. Yaşılaşdırmada geniş istifadə olunur. Sırğaları 4–11 (15) sm uzunluqda, eni isə 2 sm-ə qədər olub, tüklüdür; çiçəkaltlığının pulcuqları barmaqvari-bölünmüş, kənarlardan kirpikvari-tüklüdür, qaramtıl-qəhvəyi rəngdədir. Mart ayında çiçəkləyir.