Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Topçaq
Topçaq düzü — Cəbrayıl rayonunun ərazisində yerləşir. == Ad açımı == Vaxtı ilə "Topçaq" düzü haqqında bir yazımızda bu adın "topa yer", dəyirmi yer" mənalarını verdiyini göstərmişdik (Bax: Qıraxdın, Gəyən və Topçaq toponimlərinin etimologiyası. – Azərbaycan onomastikası problemləri. B., 1990, s. 107-108). Bu fikri hörmətli xalq yazıçımız Sabir Əhmədliyə istinadən şərh etmişdik. Bu düzün təsvirini "Azığa doğru" romanında verən yazıçı yazır ki, babaların dediyinə görə, Topçaq vaxtı ilə müharibə meydanı olub. Bu el- obada Topçaq kimi tamaşalı yer olarmı? Bir düzdü, bir meydandı, məcməyi kimi dəpdəyirmidi. Toponimik, etnonimik araşdırmalar göstərir ki, T o p ç a q\\Topçak\\ Tobıçak bir etnosun adıdır.
Topçu
Topçu (İsmayıllı)
Toplak iyesi
Caner Topçu
Caner Topçu (25 iyun 1997, İstanbul) Türk aktyordur. == Həyatı == Əslən Kastamonulu olan Caner Topçu, 25 iyun 1997 tarixində İstanbulda anadan olub. İbtidai təhsilini və orta təhsilini İstanbulda tamamladı. Daha sonra isə özündə aktyorluq bacarığını kəşf etdi və Harun Özer Teatr təhsili və Fulya Filazi aktyorluq təhsilini aldı. Ağ Cəhənnəm, Diqqət İnternet Var, Sarıqamış və İnamdan Zəfərə kimi bir çox teatr oyununda rol aldı. 2015-ci ildə Savadsızlar adlı kinoteatr filmində Rəcəb obrazı ilə kameraların qarşısına keçdi.
Topçu (İsmayıllı)
Topçu — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Topçu rayon mərkəzindən 14 km şimal qərbdə Alazan-Həftəran vadisində, Qafqaz dağlarının cənub ətəyində yerləşir. Əhalisi maldarlıq və əkinçiliklə məşğuldur. Topçuda orta məktəb, klub, kitabxana, tibb məntəqəsi vardır. Ərazi sıx meşəliklə örtülüdür. Topçu meşəsində ğözəl istirahət güşələri fəaliyyət göstərir. Əhalisi 1403 nəfərdir. Kənd işıqla və mavi yanacaqla təmin olunur . Kənddə ilboyu fəaliyyət göstərən yeməkxana və çayxana vardır. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları və rayon ərazisindən keçən əsas turist marşrutu kəndin yanından keçir.
Topçu (Şəbüstər)
Topçu (fars. توپچي‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 402 nəfər yaşayır (94 ailə).
Topçu bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Topçu taboru
Topçu Taboru — batareyalar və diviziyalardan ibarət hərbi birləşmədir.Düşmən üzərinə hücum və ya müdafiə zamanı artilleriya hücumlarını təmin edir.
Əhməd Topçu
Əhməd Topçu (türk. Ahmet Topçu, d. 2 fevral 1945, Rizə Çayeli — ö. 5 iyun 2019) — Türk akademik, pedaqoq 1945-ci ildə Rizənin Çayeli mahalının Yaşıltepe kəndində anadan olmuş, ibtidai məktəbi orada bitirmişdir. Orta təhsilini Əskişəhərdə, ali təhsilini isə Qaradəniz Texniki Universitetində bitirdi. Milli Təhsil Nazirliyinin təqaüdü hesabına Almaniyada yerləşən Duisburq-Essen universitetində doktorantura oxumuş Əhməd Topçu Anadolu Universitetində dosent adını, Əskişəhər Osmanqazi Universitetində isə professor adını almışdır. Şimali Kipr Türk Respublikası Şərqi Aralıq dənizi Universitetində 2 il boyunca professor olaraq dərs demiş, Əskişəhər Osmanqazi Universitetində şöbə müdiri və dekan vəzifələrində çalışmışdır. 2008-ci ildə öz xahişi ilə təqaüdə çıxmışdır. 5 iyun 2009-cu ildə vəfat etmişdir. == Kitabları == Duran, M., Topçu, A., u.a., KRAM’76, Ein FORTRAN-Program zur Berechnung allgemeiner Tragwerke, Forschungsberichte aus dem Fachbereich Bauwesen, Uni.
Ədiyə Topçu
Ədiyə Topçu (krımtat. Ediye Topçı, Эдие Топчы) ― Sovet Krım tatar artisti, müğənni, Özbəkistan SSR əməkdar artisti (1966), Krım tatarlarının "Xaytarma" Dövlət Mahnı və Rəqs Ansamblının solisti. == Bioqrafiya == 1919-cu il sentyabrın 22-də Baxçasaray şəhərində anadan olub. Məktəb illərində bədii özfəaliyyət tədbirlərində iştirak edib. 1935-ci ildə 16 yaşında Krım Radio Komitəsində işləməyə başlamış, orada vokal ansamblının xorunda oxumuş, 1938-ci ildə isə ansamblın solisti olmuşdur. 1940-cı ildə Simferopol Musiqi Məktəbinin vokal şöbəsinə daxil olur, N. Çernovun sinfində oxuyur. 1941-ci ildə Krım MSSR Xalq Komissarları Soveti yanında İncəsənət İdarəsində işləməyə başlayır, lakin müharibə onun Pyotr Çaykovski adına Moskva Konservatoriyasına daxil olmasına mane olur. Sovet qoşunları Krımı azad etdikdən sonra 1944-cü il mayın 18-də Özbəkistan SSR-ə, Bekabad şəhərinə deportasiya edilib. 1944–1946-cı illərdə burada Uzgosteatrın solisti kimi çalışıb. 1950–1951-ci illərdə xor qrupuna rəhbərlik etmişdir.
Dölcək
Dölcək (fars. دولجک خان‌محمدآباد‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 366 nəfər yaşayır (117 ailə).
Böcək
Sərtqanadlılar (lat. Coleoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Bu dəstənin başqa dəstələrin nümayəndələrindən fərqləndirən ən mühüm əlamətlərindən biri — onların qanadlarının quruluşudur ki, bu da dəstənin adında öz əksini tapmışdır. Qanadüstü adlanan yuxarı cüt qanadlar, demək olar ki, həmişə sərt, çoxt vaxt qabarıq, az və ya çox dərəcədə iri qabarlar və ya çuxurlarla örtülmüş və ya uzununa qabırğalarla zolaqlanmışdır ki, bu da onlara daha çox möhkəmlik verir. Qanadüstləri tısbağa zirehi kimi daha zərif, şəffaf və ya yarımşəffaf qanadları örtür. Bunların köməyilə böcəklər uçur. Ancaq elə növlər, cinslər, hətta fəsilələr də vardır ki, onlarda qanadlar bitişmiş, alt qanadlar reduksiya olunmuşdur və bu böcəklər uçmur. Dinclik halında qanadlar elə yığılır ki, qanadüstləri onları tamamilə örtür. Uçmazdan əvvəl böcək qanadüstlərini qaldırır, qanadlarını açır, az və ya çox vızıltı ilə havaya qalxır. == Xarici quruluşu == Böcəklərin əksəriyyəti parlaq və rəngarəng boyanmışdır.
Köpək
İt — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur. == Həyatları == Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asan tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaça bilir və yaxşı üzür.
Emir Han Topçu
Emir Han Topçu (11 oktyabr 2000-ci ildə Bandırmada anadan olub) — Türkiyə Birinci Liqası təmsilçilərindən olan Çaykur Rizəspor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Türkiyəli futbolçudur. == Klub karyerası == === Rizəspor === Emir Topçu Çaykur Rizəspor akademiyası vasitəsilə inkişaf etmişdir. Topçu öz peşəkar karyerasında debütünü 21 sentyabr 2017-ci ildə Nevşehirspor klubuna qarşı oyunda etmişdir. O, 66-cı dəqiqədə Halil Sönmezi əvəz etmişdir. Həmin görüşdə Rizəspor kubok görüşündə rəqibinə 3-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 8 fevral 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Türkiyə Superkuboku görüşləri daxildir.
Göyçək Fatimə
Fatimə Fətəliyeva (3 aprel 1978, Bakı) — azərbaycanlı rəqqasə, Xoreoqraf. == Həyatı == Fatimə Fətəliyeva Xosrov qızı 3 aprel 1978 ci ildə Bakıda Əzizbəyov adına xəstəxanada dünyaya gəlib. Ailəlidir. İki övladı - bir oğlu, bir qızı var. Qızı Aydan 1995-ci il anadan olub. Oğlu Hüseyn 2011-ci ildə anadan olub. 6 yaşında Nəsimi rayonu 5 nömrəli məktəbin rus dilli bölməsinə gedib. Məktəbi bitirən kimi ailə həyatı qurub. İki universitet bitirib:Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti- xoreoqrafiya ixtisası üzrə. 6 yaşında "Cücələrim" rəqs ansamblına gedib - Lalə Kamalovadan dərs alıb.
Melih Gökçek
İbrahim Melih Gökçək (türk. İbrahim Melih Gökçek ; 20 oktyabr 1948, Keçiören ilçəsi, Ankara ili[…]) — Türkiyə siyasətçisi, dövlət quluqçusu. 29 mart 1994–28 oktyabr 2017 tarixləri arasında Ankara Böyük Şəhər Bələdiyyəsinin Başçısı. == Həyatı == Melih Gökçək Keçiören şəhərində anadan olub. Atası hüquqşünas idi. Atası əslən Şanlıurfa anası əslən Kosovo-Prizrendən olan mühacir ailəsindən idi. Melih doğulandan bir müddət sonra ailəsi Qaziantepə köçüb. Atasının peşəsinə görə uşaqlığını Qaziantepdə keçirib. Atası vəkil Əhməd Gökçək Ədalət Partiyasının Gaziantep İli şöbəsinin sədri idi. Melih Gökçək məktəbi Qaziantepdə başa vurub.
Melih Gökçək
İbrahim Melih Gökçək (türk. İbrahim Melih Gökçek ; 20 oktyabr 1948, Keçiören ilçəsi, Ankara ili[…]) — Türkiyə siyasətçisi, dövlət quluqçusu. 29 mart 1994–28 oktyabr 2017 tarixləri arasında Ankara Böyük Şəhər Bələdiyyəsinin Başçısı. == Həyatı == Melih Gökçək Keçiören şəhərində anadan olub. Atası hüquqşünas idi. Atası əslən Şanlıurfa anası əslən Kosovo-Prizrendən olan mühacir ailəsindən idi. Melih doğulandan bir müddət sonra ailəsi Qaziantepə köçüb. Atasının peşəsinə görə uşaqlığını Qaziantepdə keçirib. Atası vəkil Əhməd Gökçək Ədalət Partiyasının Gaziantep İli şöbəsinin sədri idi. Melih Gökçək məktəbi Qaziantepdə başa vurub.
OPEK
Neft İxrac Edən Ölkələr Birliyi və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir. == Haqqında == OPEC daim fəaliyyətdə olan qeyri-hökumət təşkilatı kimi 1960-cı il sentyabr ayının 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela (Venesuela təşkilatın yaranması təşəbbüsünə ilk dəfə 1949-cu ildə cəhd göstərib) təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (1975-1994), Anqola (2007) qoşulub. Ekvador 1993-cü ildə ya təşkilatın üzvlük haqqını ödəyə bilmədiyindən, ya da təşkilatın qərara aldığı miqdardan daha çox neft istehsal etmək istədiyindən təşkilatdan çıxıb. 2007-ci ildə isə İndoneziya təşkilatı tərk edib. Təşkilatın qərargahı 1965-ci ildən Vyanada yerləşir. Hazırda OPEC-in 12 üzvü var.
Bit (böcək )
Lələkyeyənlər (lat. Phthiraptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan parvdəstəsi.
Köpək balığı
Köpəkbalıqları (lat. Selachimorpha) — Qığırdaqlı balıqların dəstəüstü. Bura 8 müasir dəstə, 20 fəsilə və 350-yə yaxın növ daxildir. Bundan başqa dəstəüstünə 4 nəsli kəsilmiş dəstə də daxildir. Təxminən 400 milyon ildir ki, köpək balıqları mövcuddurlar. Bədənində sümük əvəzinə qığırdaq olan bu balıqlar suda çox çevik hərəkət edirlər. Akulaların həyat tərzi çox müxtəlifdir, əksəriyyəti yırtıcıdır, balıqla qidalanır, yalnız balina-akula və nəhəng akula plankton yeyəndir; az miqdarda olsa da bentosla qidalanan növləri də var. Qidalanmada qoxu bilmənin əhəmiyyəti böyükdür. Akulalar qana qarşı daha çox həssasdır, insan üçün də təhlükəlidir. İnsana hücum edən akulalardan pələngi akulanı, ağ akulanı, çəkici akulanı, qumluq akulalarını göstərmək olar.
Köpək pozası
Kərgədan böcək
Kərgədan böcək (lat. Oryctes nasicornis L.) — Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəyin erkək fərdinin baş hissəsində kərgədanda olduğu kimi bir ədəd buynuza oxşar çıxıntı var. Bunna görə də ona kərgədan böcək adı verilmişdir. Bədənin uzunluğu 26–41 mm-ə çatır. Bığları 10 buğumdan ibarətdir. Böcəklər axşam və gecə saatlarında uçurlar. Gündüz isə bitki çürüntüləri, yarpaqlar və qabıq altında gizlənirlər. == Həyat tərzi == Dişi fərdlər yumurtalarını ağacların gövdə daxilinə və çürümüş ağac kötüklərinin içərisinə qoyurlar. Yumurtadan çıxan sürfələr, ayrı-ayrı illərdə (iyun-avqust aylarında) qidalandıqları ərik, tut, tozağacı palıd və qovaq ağaclarına 25-30% zərər vururlar.
Kərkədan böcək
Kərgədan böcək (lat. Oryctes nasicornis L.) — Buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Böcəyin erkək fərdinin baş hissəsində kərgədanda olduğu kimi bir ədəd buynuza oxşar çıxıntı var. Bunna görə də ona kərgədan böcək adı verilmişdir. Bədənin uzunluğu 26–41 mm-ə çatır. Bığları 10 buğumdan ibarətdir. Böcəklər axşam və gecə saatlarında uçurlar. Gündüz isə bitki çürüntüləri, yarpaqlar və qabıq altında gizlənirlər. == Həyat tərzi == Dişi fərdlər yumurtalarını ağacların gövdə daxilinə və çürümüş ağac kötüklərinin içərisinə qoyurlar. Yumurtadan çıxan sürfələr, ayrı-ayrı illərdə (iyun-avqust aylarında) qidalandıqları ərik, tut, tozağacı palıd və qovaq ağaclarına 25-30% zərər vururlar.
Maral böcək
Maral böcək (lat. Lucanus cervus) — Sərtqanadlılar dəstəsinə, Buynuzlu böcəklər fəsiləsinə aid böcək növü. == Təsviri == Bığcıkları dizlikli, buğumları isə toppuzşəkilli olub 3-6 ədəddir. Mandibuaları çox güclü olub, erkək fərdlərdə dişilərə nisbətən daha iridir. Bədənin rəngi əksər hallarda qəhvəyimtil qaradır. Qanadüstlükləri və çənələri şabalıdı – qəhvəyidir. Sürfləri ağ rəngdə olub, S formasında əyilmiş vəziyyətdə olurlar. Sürfələrin bədən uzunluğu 14 sm – dir. Erkək fərdlərin bədəninin uzunluğu mandibulaları ilə birlikdə 83 mm, dişi fərdlərinki isə 45 mm – dir. == Yayılması == Mərkəzi, Cənubi və Qərbi Avropa, Kiçik Asiyada yayılmışlar.
Qırmız böcək
Qızılı böcək
Qəşəng böcək
Qəşəng böcək (lat. Calosoma sycophanta) — sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Azsaylı növdür. == Təsviri == Böcəyin bədənin uzunluğu 21 – 35 mm-dir; qanadüstlükləri qızılı yaşıl rəngdə olub metal parıltısına malikdir. Bığcıqları, ağız orqanlar, baldırları və pəncərələri qara rəngdə olub parlaqdır; ətrafları nadir hallarda qırmızımtıl rəngdə ola bilər. == Yayılmasıvə Sayı == Avropa, Asiya və Qafqaz meşələrində yayılmışlar. Azərbaycanda düzən və dağətəyi meşə sahələrində rast gəlinir. 2000-ci ildə İ.Q.Kərimova tərəfindən Şabran rayonunda 1 fərd, 2004-cü ildə İ.A.Nuriyeva tərəfindən Şabran rayonunda 15 fərd, 2012-ci ildə 1 fərd qeydə alınmışdır. Tək ipəksarıyanın kütləvi artdığı illərdə böcəyin sayında da yüksəliş nəzərə çarpır.
Skripka-böcək
Yarpaqşəkilli böcək (lat. Mormolyce) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan cinsi.
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Topçu İdarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Topçu İdarəsi — Azərbaycan ordusunun topçu hissə və bölmələrinin formalaşdırılması və təlim-tərbiyəsinə, həmçinin atıcı və topşu ehtiyat əmlakının yaradılması, qorunması və qoşun hissələrinə çatdırılması işinə rəhbərlik edən hərbi qurum. == Yaradılması == Türk hərbi qüvvələri Azərbaycanda olarkən bu vəzifələr Qafqaz İslam Ordusunun müvafiq strukturları tərəfindən həyata keçirilirdi. Hərbi nazirlik bərpa edildikdən sonra 1918-ci il, noyabrın 15-də Azərbaycan ordusu ümumi qərərgahınınn tərkibində topçu şöbəsi yaradıldı və general-mayor Murad Gəray bəy Tlexas həmin şöbənin rəisi təyin olundu. == Fəaliyyəti == Qoşun hissələrinin təşkili sürətləndikcə, topçu şöbəsinin fəaliyyətinin və statusunun genişləndirilməsinə də ehtiyac artırdı. Hərbi nazirin 1918-ci il, 31 dekabr tarixli əmri ilə topçu şöbəsinin bazasında Baş Topçu idarəsi yaradıldı. Yeni qurum Ümumi Qərərgahın tərkibindən çıxarılaraq birbaşa hərbi nazirə tabe edildi. Baş Topşu İdarəsinin rəisi əlahiddə Azərbaycan Korpusunun tərkibinə daxil olmayan bütün topçu hissələrinin, müəssisələrinin rəisi idi. Korpusun topçu hissələri üçün isə o, müfəttiş funksiyasını yerinə yetirirdi. İdarə rəisi həmin hissələrdə təlim-tərbiyə işlərini nəzarət altında saxlamaqla, vaxtaşırı hərbi nazirə bu barədə məlumat verməli idi. Baş Topşu İdarəsi iki bölmədən ibarət idi: I bölmə texniki II bölmə müfəttiş bölməsiBölmələrə rəisin texniki və müfəttiş bölmələri üzrə müavinləri rəhbərlik edirdilər.