Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yerə birləşdirmə, torpaqlama
Yerləndirmə (torpaqlama) — şəbəkənin, elektrik qurğusunun və ya avadanlığın hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə əlaqələndirilməsidir. Əsas xassələri ondan ibarətdir ki, yerləndirici qurğu yerlə kontakta girərək onunla elektrik birləşməsi yaradır. Bu qurğu elektrik cərəyanını yerə ötürməyə xidmət edir. == Yerləndirici qurğular == Elektrotexnikada yerləndirici qurğuları təbii və süni olaraq iki qrupa bölürlər. === Təbii yerləndirici === Təbii yerləndirməyə aid olan konstruksiyalar yerlə daimi kontaktda olurlar. Ancaq onların müqaviməti tənzim olunmadığından və onların müqavimətinə heç bir tələb qoyulmadığından təbii yerləndirmənin konstruksiyalarını elektrik avadanlıqların yerləndirməsində istifadə etmək olmaz. Təbii yerləndiricilərə boruları misal göstərmək olar. === Süni yerləndirici === Süni yerləndirmə elektrik şəbkəsinin, elektrik qurğu və avadanlığının hər hansı bir nöqtəsinin yerləndirici qurğu ilə məqsədli olaraq elektrik əaqləndirilməsidir. Yerləndirici qurğu (YQ) yerləndirici (yerlə bir başa və dolayı yolla əlaqədə olan keçirici hissə və ya bir-biri ilə əlaqələndirilmiş keçirici hissələr tolumu) və yerləndirməli olan hissəni yerləndirici ilə birləşdirən (yerləndirici) naqildən ibarətdir. Yerləndirici sadə metal içlik şəklində (çox vaxt polad, nadir hallarda mis) və ya xüsusi formalı mürəkkəb elementlərdən hazırlanır.
Torpaqqala
Torpaqqala — Azərbaycanda erkən orta əsrlər dövrünə aid şəhər yeri. Bu abidə Qanıxçayın sol sahilində, eyniadlı təpənin üstündə, indiki Qax şəhərindən 25 km cənub–qərbdə yerləşir. Uzunsov planda olan təpənin şimal–şərq və cənub–qərb istiqamətində uzunluğu 500–510, eni isə 150–160 m-dir. Ümumi sahəsi 1,5 hektardır. Torpaqqalada bina qalıqları, təndir və ocaq yerləri, istehsalat ocaqları, təsərrüfat küpləri, dulusçuluq və şüşə məmulatlarının müxtəlif nümunələri və sümük qalıqları aşkar edilmişdir. Torpaqqalanın VII qazıntı sahəsindən aşkar olunmuş beş otağın (otaqların hamısı yanmışdır) divarları çiy kərpicdən hörülmüş, tavanında isə ağac materialından istifadə olunmuşdur. Maraqlıdır ki, ocaq yerlərindən çoxlu qarğaduzu tapılmışdır. Rəşid Göyüşov qeyd edir ki, görünür qarğaduzundan gön-dəri aşılamaqda və evlərin divarının ağardılmasında istifadə edilmişdir.Tədqiqatlar göstərmişdir ki, Torpaqqalada xüsusi sənətkarlıq məhəlləsi mövcud olmuşdur. Burada iki ədəd dulus və kərpic kürəsi, həmçinin şüşə istehsalı ocağı aşkar olunmuşdur. Dulus kürələri ellipsvari olub, iki yarusludur.
Almaniya torpaqları
Torpaq (alm. Land‎ — torpaq, ölkə) — Almaniya Federativ Respublikasında federasiyanı təşkil edən "üzv-dövlət" (alm. Gliedstaat‎). Sözün geniş mənasındakı "ölkə"dən fərqləndirmək üçün adətən "federal torpaq" terminindən (alm. Bundesland‎) istifadə edilsə də, hüquqi sənədlərdə bu terminə rast gəlinmir.
Avstraliya torpaqları
Avstraliya torpaqları — Avstraliyanın hüdudları daxilində mövcud olan torpaq örtüyü. Ərazinin çox hissəsini tutan səhralar boz və boz-qəhvəyi torpaqları, cod otu və tikanlı kolluqları olan yarımsəhralarla əhatələnmişdir. Yağıntının miqdarı artdıqca (qərb, şimal və şərq tərəf) qırmızı-qonur yarımsəhra, qırmızı-qonur və qırmızı lateritli savannaya keçir. Savanna şimal-şərqdə həmişəyaşıl tropik, cənub-şərq və cənub-qərbdə rütubətli evkalipt meşələri ilə əvəz olunur. Materikin şimal və şərqində qırmızı-sarı lateritli, dağlarda tropik-qara, sarı-qonur, dağ-çəmən torpaqları yayılmışdır. Yarımsəhra və savannalardakı təbii otlaqların Avstraliya üçün böyük əhəmiyyəti var. Əmtəə əhəmiyyətli meşələr materikin təqribən 2%-ni tutur.
Camaat torpaqları
Camaat torpaqları — dövlətin mülkiyyətində olub kəndlilərin istifadəsində olan torpaqlar idi. Bu torpaqlardan elliklə istifadə edən camaat bunun müqabilində dövlətə torpaq vergisi – xərac verirdi.
Luara torpaqları
Luara torpaqları və ya Pei-de-la-Luar (fr. Pays de la Loire, IPA: ​[pɛ.i də la lwaʁ]) — Fransanın qərbində bir bölgədir. Paytaxtı Nant şəhəridir. == Coğrafiyası == Ərazisi 32 082 km²-dir. Luara, Luar, Sarta və Mayenn çayları bu ərazidən axır. == Tarixi == == İnzibati bölgüsü == Region departamentlərinə daxildir :Mayenn, Atlantik Luara, Men və Luara, Sarta və Vandeya.
Səhra torpaqları
Səhra torpaqları - Avrasiya materikinin daxili rayonlarında, o cümlədən Xəzərin şimalında, Qazaxıstan və Monqolustan respublikalarının ərazisində yayılmışdır. Boz-qonur səhra torpaqları bareal qurşağın ən arid avtomorf torpaqları kimi təqdim olunur. Səhraların hirdomorf torpaqları üçün takırlı və şorlaşmış torpaqlar xarakterikdir. == İqlimi == Səhralar üçün yayın isti, qışın soyuq keçməsi səciyyəvidir. Orta illik temperaturu şimalda +16°C-dən, cənubda +20°-yə qədər dəyişir. Şərq və qərb hissələrdə temperatur demək olar ki, fərqlənmir. +26°-30°C təşkil edir. Yağıntıların illik miqdarı 100-200 mm-dən çox deyil. Yağıntıların paylanması aylar üçün bərabər deyil: maksimum qış-yaz dövrü düşür. == Bitki örtüyü == Səhraların xarakterik bitki örtüyü şoran kollar və efemerlerdən ibarətdir.
Torpaqqala (Qəmərli)
Torpaqqala — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Erməni mənbələrində kəndin adı Topraxqala kimi qeyd edilir. == Coğrafiyası və iqlimi == İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. rayon mərkəzindən 8 km şimal-şərqdə azərbaycanlılar yaşamış kənd. == Əhalisi == Kənddə 1831-ci ildə 40 nəfər, 1873-cü ildə 246 nəfər, 1886-cı ildə 268 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildə 415 nəfər, 1914-cu ildə 456 nəfər, 1916-cı ildə 372 nəfər, 1918-ci ilin yanvarında 415 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişdir. 1922-ci ildə 98 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır. SSRİ hökumətinin xüsusi qərarı ilə 1948-1949-cu ildə azərbaycanlılar köçürülmüşdür.
Torpaqqala (Urmiya)
Torpaqqala (fars. توپراق قلعه‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1831 nəfər yaşayır (476 ailə).
Bataqlı torpaqlar
Bataqlı torpaqlar — dənizsahili çökəklərdə, düzənliklərin depresiya sahələrində, çayların axmazlarında lokal şəkildə rast gəlinən torpaq tipidir. Bu torpaqlar 137 min hektar sahəni əhatə edir. == Yayıldığı ərazilər == Lənkəran rayonu, Kür-Araz ovalığı, Naxçıvanın düzənlikləri, Qanıx-Əyriçay vadisi, Dəvəçinin Ağzıbirçala gölü hövzəsi və s yerlərdə yayılmışdır. == Bitki örtüyü == Bataqlı torpaqların inkişaf etdiyi ərazi üçün halofitlər (qamış, çil, sirkən və s.) iştirak etdiyi su-bataqlıq bitki qruplaşmaları səciyyəvidir. Qeyd olunan bitkilər hər il torpağa böyük miqdarda fitokütlə verir. == Morfoloji tərkibi == Torpaqəmələgətirən süxurlar laylı allüvial çöküntülər, karbonatlı, şoranlaşmış gillər və gillicələrdir. Düzən sahələrdə qurunun bataqlaşma prosesi ağır qranulometrik tərkibli süxurlar üzərində gedir. Qrunt sularının səviyyəsi çox vaxt səthdən 10-158 sm dərinlikdə yerləşir, quraqlıq mövsümündə isə 50-80 sm-lik dərinliyə düşür. Bataqlı torpaqlar torpaqəmələgəlmə və qleyləşmə prosesinin qarşılıqlı təsiri nəticəsində əmələ gəlir. Torflaşma Azərbaycanda zəif gedir.
Hematitləşmiş torpaqlar
Hematitləşmiş torpaqlar — hematit tərkibi Fe2O3-dən ibarət mineraldır. == Tərkibi == Bu torpaqların tərkibində Titan, silisium, manqan, su kimi kimyəvi qarışıqlar olur. == Yayılması == Metallurgiya zavodunda dəmir və polad istehsalı zamanı hematitli şlaklardan ibarət tullantılar alınır. Həmin şlaklar yüksək məsaməli olduqları üçün neft mədəni yerlərində buruqyanı istismar meydançalarında iş prosesi zamanı əmələgələn bataqlıqların qurudulmasında onlardan absorbent kimi istifadə olunur. Nəticədə buruqyanı istismar meydançalarında 5–10 sm qalınlığında hematitli şlaklardan ibarət örtük əmələ gəlmişdir. Bu isə həmin ərazilərdə hematitləşmiş torpaqların yaranmasına səbəb olmuşdur. Həmin örtük neftli tullantılarla (8,5–12%) və başqa qarışıqlarla zəngin olduqları üçün fitotoksiki xassələrə malikdir. Bu növ çirklənmiş torpaqlar "Salyanneft" mədənlərində daha geniş yayılmışdır.
Marş torpaqlar
Marşı torpaqlar — dəniz sahilinin alçaq yerlərində, o cümlədən deltalarda dövrü olaraq qabarmalar və dəniz dalğalarının təsiri altında formalaşmış torpaq tipi. == Xüsusiyyəti == Bu torpaqlarda şoran bitkilər yayılmışdır. Torpaq profili zəif inkişaf etmişdir. Şoranlaşma və gilləşmə xarakterikdir. Mühit reaksiyası turşudan zəif qələviyə qədər dəyişir. Şoranlaşma sulfatlı-xloridli olub, səthdə duz bozartları yaranır.
Müqəddəs torpaqlar
Müqəddəs torpaqlar (ivr. ‏אֶרֶץ הַקּוֹדֶשׁ‏‎, lat. Terra Sancta, ərəb. الأرض المقدسة‎) — İordan çayı ilə Aralıq dənizi arasında yerləşən və İbrahimi dinlər, yəni yəhudilik, xristianlıq və İslam üçün böyük əhəmiyyət kəsb edən torpaqlara verilən ad. "Müqəddəs torpaq" dedikdə adətən müasir İsrail dövlətinin ərazisi, Fələstin dövləti, Qərbi İordaniya və cənubi Livanın bir hissəsi, eləcə də cənub-şərqi Suriya torpaqları nəzərdə tutulur. == İudazim və müqəddəs torpaqlar == Yəhudilər əksərən İsrail torpaqlarını “Müqəddəs torpaqlar” adlandırmırlar. Bu ərazilər haqqında Tanaxda "Müqəddəs Torpaq" ifadəsi sadəcə bir pasajda işlədilmişdir. Tanaxa görə israillilərin müqəddəsliyi dedikdə tanrı tərəfindən israillilərə verilən torpaqlar nəzərdə tutulur yəni bu torpaqlar onların tanrı ilə olan sazişlərinin bir hissəsi sayılan “vədd edilmiş torpaqlar”dır. 1906-cı ildə nəşr edilən yəhudi ensiklopediyasına əsasən Müqəddəs İsrail dövləti dedikdə “4 müqəddəs şəhər” : Yerusəlim, Əl Xəlil, Safed və Tiberiya nəzərdə tutulur. Yerusəlim şəhəri burada yerləşən məbədə görə xüsusi əhəmiyyətə malikdir.
Podzol torpaqlar
Podzol torpaqlar — Avrasiya və Şimali Amerikada əsasən iynəyarpaq meşələr altında yayılan torpaq tipi. Bu meşələrdə ot örtüyü adətən olmur və torpağın səthi ölü örtüklə — meşə döşənəyi ilə örtülü olur. == Genezisi == Podzol torpaqlar əsasən iynəyarpaq meşələr altında yayılmışdır. Onların profilinin formalaşması podzollaşma, elüvial-qleyli və lessivaj proseslərin inkişafı ilə əlaqədardır. Podzol torpaqların əsas massivi podzol və qleyli-podzol yarımzonalarda cəmləşmişdir. Onlara iynəyarpaq meşələrinin cənubunda da rast gəlmək mümkündür. Podzol və qleyli-podzol torpaqların ümumi sahəsi Rusiya ərazisində 132 mln.ha təşkil edir. == Morfoloji tərkibi == Torpağın yuxarı hissəsində ilkin və törəmə mineralların parçalanması və parçalanma məhsullarının aşağıdakı horizontlara və qrunt suyuna aparılmasıdır. Bu torpaqların üst meşə döşənəyi ağac və mamır-şibyə bitkilərinin ölmüş hissələri əsasında formalaşmışdır. Onların tərkibində kalsium, azot, çətin parçalanan birləşmələr vardır.
Pozulmuş torpaqlar
Pozulmuş torpaqlar - insanın təsərrüfat fəaliyyəti nəticəsində texnogen relyef formasının yaranması ilə torpaq səthinin, bitki örtüyünün və hidroloji rejimin pozulması ilə ətraf mühitə təsir edən, eləcə də öz təsərrüfat keyfiyyətini və qiymətini itirən torpaq sahələridir. == Pozulmuş torpaqların inventarlaşdırılması == Münbitliyi pozulmuş və çirklənmiş torpaqların qüvvədə olan təlimatlarının tələbinə müvafiq olaraq yayılma areallarını və keyfiyyətini təyin etməklə xəritələşdirilmək və qeydiyyatının aparılması prosesidir.
Qara torpaqlar
Qara torpaqlar (kalm. Хар Һазр, rus. Чёрные земли) — antropogen səhra Rusiyanın Avropa hissəsində yerləşir. Səhra Xəzərönü çökəkliyinin qərbində Erqni yüksəklikləri və Volqa alçaqlığı arasında yerləşir. Xəzərönü çökəkliyinin 3,5 mln. ha ərazisi əhatə edir. Kalmıkiya ərazisinin 47,3 % təşkil edir. Səhranın adı qışda qarın az yağması və bitkilərin qurumuş (qaralmış) çubuqlarının qara rəngə çalmasına görə verilmişdir. Səhranın sahəsi 40 000 km² təşkil edir. == Coğrafiya == Qara torpaqlar inzibati cəhətdən Kalmıkiya Respublikası və Həştərxan vilayəti ərazisində yerləşir, cənub-şərqdən Xəzər dənizi, cənubdan Kumo-Manıç çökəkliyi, qərbdən Erqeni qalxması, şimal-şərqdən Sarpa çökəkliyi və Volqa deltası ilə əhatələnir.
Qırmızı torpaqlar
Bu torpaqlar - Şərqi Asiyanın subtropik hissəsində (Çin, Yaponiya) və ABŞ-nin cənub-şərqində (Florida və ətraf ştatlarda), Cənubi Qafqazda Gürcüstan respublikasının Qara dəniz sahillərində və Azərbaycan respublikasının Lənkəran vilayətində yayılmışdır. Torpaqlar böyük təsərrüfatı əhəmiyyətinə malikdirlər. Bunlarda rütubətli subtropik bitkilər (çay, sitrus) əkilir. == İqlimi == Rütubətli subtropik iqlim şəraiti çoxlu yağıntıları ilə xarakterizə olunur. Qışı yumşaq, mülayim, yayı isti olur. Orta illik temperatur +14 °C, orta yanvar temperaturu +7 °C yaxın, orta iyul temperaturu +22 °C-yə yaxındır. == Bitki örtüyü == Bu torpaqlar üzərində palıd, vələs, fıstıq və şabalıd ağaclar yayılmışdır. Meşələrin biokütləsi 4000s\ha çoxdur. Meşə töküntüsü 210 s\ha yaxındır. == Torpaqəmələgətirən süxurlar == Püskürmə mənşəli dağ süxurlarının aşınma məhsullarıdır: andezit, bazalt, tuf, qumlu-çınqıllı şistlər, aşağı allüvial ərazilərdə allüvial və dellüvial-prolüvial gilli-qumlu və çınqıllı süxurlardır.
Sarı torpaqlar
Sarı torpaqlar — gilli şistlər üzərində formalaşmış torpaq tipi. Azərbaycanda Lənkəran rayonunun düzən və dağətəyi hissəsində yayılmışdır. == Torpaqəmələgətirən süxurlar == Qırmızı torpaqlardan fərqli olaraq bu torpaqlarda silisium miqdarı çox, biryarım oksidlərin miqdarı isə azdır. == Morfoloji əlamətləri == Torpaq horizontunun ümumi qalınlığı 30-40 sm-dən 60-70 sm-ə qədərdir. A0 – meşə döşənəyi (3-4 sm), A1 – humus horizontu, A2 – podzollaşmış, qonur-sarımtıl rəngdə, gillicəli, B – illüvial horizont, açıq sarı, topavari, prizmavari strukturlu, gillicəli, C-müxtəlif rəngli torpaqəmələgətirən süxurlar. Bu torpaqlar azotludur və bəzi kül elementləri ilə zəif təmin olunmuşdur. Ona görə də bu torpaqlara mineral gübrələrin tətbiq olunması zəruridir.
Yararsız torpaqlar
Bedlend (ing. badlands - pis (yararsız) torpaqlar) — alçaq dağlıq ərazidə kəskin və mürəkkəb parçalanmış relyef. Əkinçilik üçün yararsız hesab olunur. Azərbaycan Respublikasında Bozqır yaylaq ərazisində daha çox rast gəlinir.İstifadəsi mümkün olmayan torpaqlar Bedlendlər adlanır. Badlands sözündən götürülüb Burada Bad-pis Land torpaq anlamındadır. Azərbaycanda belə torpaqlara Bozqır ərazilərində rast gəlinir. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.
Şorakət torpaqlar
Şorakət torpaqlar - uducu kompleksdə halda böyük miqdarda mübadilə olunan natrium və bəzən də maqnezium toplanan torpaqlardır. Şoran torpaqlar şorakətli torpaqlarda suda həll olan duzlar daha dərin qatlara toplanır. == Morfoloji tərkibi == Humuslu-ellüvial horizont plastik strukturlu olub, məsaməli lil fraksiyasından kasıb olması, aşağıdakı qat yüngül mexaniki tərkibə görə fərqlənir. Qatın qalınlığı 2-3 sm-dən 20-25 sm arasında dəyişir. Şorakət qatı tünd-qonur rəngli olub, sütunvari prizmaşəkili struktura malikdir. Qalınlığı 7-12 sm-dən 25 sm-ə qədər dəyişir. Torpaq məhlulunda natrium ionlarının kəsəfəlliyi yüksəldikcə, uducu kompleksdə olan digər kationları sıxışdırıb şorakətliyin yaranmasına səbəb olur. Humusun miqdarı görə aşağıdakı qruplara bölünür: yüksək humuslu - A≥6% orta humuslu - 3-6% az humuslu - ≥3%Bu torpaqlar pis su-fiziki və fiziki-mexaniki xassələri ilə seçilir. Quru halda çox sıx olur, nəm halda şişir və yapışqan olur. Gipsləşdirmə - udulmuş natriumun yüksək miqdarı və torpaq məhlulunun qələviliyi ilə seçilən sodalı şorlaşmış şorakətlərin münbitliyini yüksəltməkdən ötrü istifadə edilən ən radikal vasitədir.
Şorakətləşmiş torpaqlar
Torpaqların təkrar şorakətləşməsi == Ümumi məlumatlar == Şorakətləşmiş torpaqlar meliorasiya üzrə tədqiqat aparan tədqiqatçıların məlumatlarına əsasən (V.R.Volobuev 1965, Q.Z.Əzizov 1999, M. R.Abduyev 2003,) torpaqəmələgətirən süxurların (döşəmə, metamorfik, çöküntü, gətirilib toplanmış, akkumilyativ) suda asan həll olunan və həmin süxurların tərkibində Na, Mg, К, Cl, НСОз, СОз kation və anionların əmələ gətirdikləri duzlar çox olduqda genetik baxımdan formalaşaraq şorakətləşmiş torpaqlar yaranırlar. Bu proses təbii yolla tarixən torpaqəmələgəlmənin ilkin yaranmasından başlayaraq baş verir. Yəni şorakətləşmiş torpaqlar uzun çəkən tarixi dövr ərzində torpaq-əmələgətirən süxurların kimyəvi və fiziki-kimyəvi xassələrindən asılı olaraq genetik baxımdan birdəfəlik formalaşmışlar. Bu proses tədqiqatçıların elmi araşdırmalardan əldə etdiyi nəticələrə əsasən müəyyən edilmişdir. == Törəmə şorakətləşmə == Təbii yolla yanaşı insanların təsərrüfat fəaliyyətinin təsiri nəticəsində də torpaqlarda şorakətləşmə əlaməti yaranır ki, buna da törəmə şorakətləşmə deyilir. «Törəmə» şorakətləşmə xam və müəyyən dərəcədə şorlaşmış torpaqların mənimsənilməsi zamanı, daha doğrusu ən çox suvarma tədbirləri həyata keçirildikdə suvarma sularının tərkibində yüksək dərəcədə miqrasiya qabiliyyətinə malik və suda həll olunmuş toksiki duzların tərkibindəki Na kationunun potensialının çox olması və onun torpaqların uducu kompleksinə daha çox daxil olması ilə baş verir. == Kənd-təsərrüfatında istifadəsi == Yüksək dərəcədə şorlaşmış və şoran torpaqların kənd-təsərrüfatında istifadə dövriyyəsinə daxil etmək üçün su ilə torpağı toksiki duzlardan yuma tədbirləri həyata keçirilir. Torpaqların dənəvər və ya humuslaşmış qatın suda asan həll olunan duzlardan təmizlənməsi üçün yüksək miqdarda suvarma sularından istifadə edilir. Bu vaxtı torpaqlar hərçənd ki, toksiki duzlardan yuyularaq meliorativ cəhətdən yaxşılaşır. Lakin bu halda suda asan həll olunan və tərkibində Na-lu toksik duzların tərkibindəki Na kationu torpağın uducu kompleksindəki Ca kationunu çox hissəsini sıxışdırıb çıxarması və əvəzində onun özünün daxil olması ilə orta və yüksək dərəcədə «törəmə» şorakətləşmiş torpaqlar meydana gəlir.
ABŞ Federal Torpaqları
Federal Torpaqlar (ing. Insular areas, hər. təcrid olunmuş ərazilər) — ABŞ-nin federal torpaqlarına ölkənin heç bir ştatına və federal ərazisinə tabe olmayan adaları daxildir. Palmira atollu — hazırda birləşdirilmiş yeganə ərazidir, yəni Birləşmiş Ştatların ayrılmaz hissəsidir. Palmira atollunun xüsusi statusu heç bir şəkildə yeri və əhəmiyyəti ilə əlaqəli deyil, atollun dövlət statusu aldığı 1959-cu ilə qədər Havay ərazisinin bir hissəsi olması səbəbindən yaranan qanuni bir hadisədir (lakin atollun tərkibindən çıxması ilə). Birləşdirilməmiş ərazilər konsepsiyasının özü, 1901-ci ildə İspaniya ilə müharibədən sonra 1898-ci ildə ABŞ-nin tərkibinə daxil olan adaların statusu haqqında Ali Məhkəmənin bir sıra qərarlarına qədər rəsmi olaraq mövcud deyildi. Buna görə, Konqresin bu presedentdən əvvəl təşkil etdiyi bütün ərazilər, Havay Bölgəsi də daxil olmaqla (1898-ci ildə təşkil edilmiş) avtomatik olaraq birləşdirilmiş sayılırdı. Amerika Birləşmiş Ştatlarının özünü və ya bir hissəsini birləşdirilmiş ərazidən təsisata çevirərək hər hansı bir ərazi üzərində suverenlikdən imtina etməsi üçün bir qanuni mexanizm mövcud deyil və bu səbəbdən 1901-ci ilə qədər birləşdirilmiş Havay Ərazisinin bir hissəsi olan Palmyra Atoll, 1959-cu ildən sonra öz statusunu qorudu. inzibati olaraq Havaydan ayrıldı. Federal vergi ödəməmələrinə və prezident seçkilərində iştirak edə bilməmələrinə baxmayaraq bir sıra ada ərazilərinin sakinləri ABŞ vətəndaşı sayılır.
Avtomorf səhra torpaqları
Avtomorf səhra torpaqları — relyefin yüksək düzənliklərində formalaşmış profili yaxşı inkişaf etmiş boz-qonur torpaqlar. Bu torpaqların xarakterik əlamətlərindən biri səthinin qaysaqlı olması və humus horizontunun zəif ifadə olunmasıdır. Bu horizont tədricən bərkimiş, yüksək dispersliyi ilə fərqlənən qatda əvəz olunur. Boz-qonur torpaqlarda qaysağın yaranması mineral və üzvi hissənin yüksək dispersliliyi və torpaqların hidrotermik rejimindəki kontraslılıqla əlaqədardır. Torpaqların yüksək dispersliliyinə səbəb torpaq məhlulunun qələvi reaksiyasıdır. Qələvilik yovşanlı-şoranlı bitkilərin minerallaşması zamanı natrium karbonatlarının və biokarbonatların yaranması ilə əlaqədardır. == Morfoloji əlamətləri == Üstyurd platosunun mərkəzi hissəsində tipik boz-qonur torpaqlar aşağıdakı strukturluğa malikdir: Ak horizontu — qaysaqlı qat poliqonal elementlərə malikdir, qalınlığı 3-6 sm-dir. A horizontu — humus, boz-qonur rəngdə. Yuxarı hissəsində köklər zəif, aşağıya doğru yumşaq olduğundan yaxşı inkişaf edir. Qalınlığı 10-15 sm.
Boz meşə torpaqları
Boz meşə torpaqlar — bütöv zona əmələ gətirməyən torpaq tipləri. Bu torpaqlar Şimali Amerikanın Atlantik okeanı sahili ərazilərində və Avrasiyanın Avropadan Baykalətrafı rayona qədər ərazilərində yayılmışdır. Keçmiş SSRİ ərazisinin 3 %-i bu torpaqların payına düşür. == İqlimi == Boz torpaqlar kontinental iqlim şəraitində inkişaf etmişdir. Soyuq və kontinental iqlim Avrasiyada qərbdən şərqə doğru çoxalır. Qərbdə havanın orta illik temperaturu +7°C, yanvarın orta temperaturu -6°C-yə yaxın, şaxtasız keçən günlərin sayı 250-yə çatır. Şərqdə bu göstəricilər müvafiq olaraq -4,5 C, -28 C-yə yaxın və 180 gün təşkil edir. Uraldan qərbdə boz torpaqların formalaşdığı zonada yağıntıların illik miqdarı 500-600 mm, Şərqdə Baykal ətrafında 300 mm-ə yaxın olur. Yay temperaturu eyni olub, +19°C-dən +20°C-yə qədər dəyişir. . == Genetik xüsusiyyətləri == Meşə döşənəyi kül elementləri ilə zəngindir.
Dağ-çəmən torpaqları
Dağ–çəmən torpaqları — Böyük və Kiçik Qafqaz və Talışın yüksək dağlıq zonalarında yayılmışdır. Bu torpaqların ümumi sahəsi 559,3 min ha-dır. Azərbaycanın dağlıq ərazilərinin ayrı – ayrı hissələri bir sıra fiziki – coğrafi şəraitlərinə — iqlim rejiminə, bitki tipinə, torpaqəmələgətirən süxurların xarakterinə görə fərqlidir. Ekoloji – coğrafi şəraitin müxtəlifliyi dağ –çəmən torpaq tipini 3 yarımtipə bölməyə imkan verir: Çimli – torflu dağ-çəmən Çimli dağ – çəmən Qarımtıl dağ – çəmən. == Çimli – torflu dağ-çəmən yarımtipi == Çimli – torflu dağ – çəmən torpaqları alp çəmənlərinin tipik torpaqlarından olsada respublikamızın yüksək dağlıq zonasında nisbətən kiçik sahələrdə yayılmışdır. Dağ – çəmən torpaqlarının bu yarımtipinə əsasən səthdən mövsümi rütubətlənən çökəkliklərin, karların, təknəvari dərələrin, sirklərin dibində rast gəlinir. Kifayət qədər yüksək biokütləyə və yaxşı inkişaf etmiş kök sisteminə malik olan alp çəmən bitkiləri çim qatı əmələ gətirir və çoxlu miqdarda üzvi qalıqların toplanmasına səbəb olur. == Çimli dağ – çəmən torpaqları yarımtipi == Bu torpaqlar respublikamızın yüksək dağlıq ərazilərinin subalp qurşağında daha geniş yayılmış səciyyəvi torpaqlardır. Çimli – dağ çəmən torpaqları dağ meşələri ilə alp çəmənləri arasındakı geniş sahələri tutmaqla 1800–2000 (2500) m yüksəkliklər arasında yayılmışdır. Bu torpaqlar Baş Qafqaz silsiləsinin cənub yamacı boyu dar bir zolaq şəklində şərqdə Dübrar dağına qədər uzanır.