Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yusif Tlusten
Yusif İbrahimoviç Tlusten (rus. Юсуф Ибрагимович Тлюстен; 25 aprel 1913, Kuban vilayəti[d] – 1998) — adıge yazıçı. O, Rusiyanın Əməkdar Mədəniyyət Xadimi və Adıgey Xalq Yazıçısı adlarına layiq görülmüşdür. Yusif İbrahimoviç Tlusten 25 aprel 1913-cü ildə Şahançerixabl (indiki Adıgeya) kəndində anadan olmuşdur. O, Moskva Poliqrafiya İnstitutunda təhsil almış, məzun olduqdan sonra, 1935–1938-ci illərdə "Sosialistiçeske Adıgey" qəzetində çalışmışdır. Bunun ardınca Tlusten Adıgey Elmi-Tədqiqat Dil, Ədəbiyyat və Tarix İnstitutunda işləmişdir. O, 1939-cu ildən SSRİ Yazıçılar İttifaqının üzvüdür. Tlusten 1941-ci ildə İkinci Dünya müharibəsində iştirak etmiş, fəal ordu sıralarında döyüşmüş, mühəndis-tikinti batalyonunun komissarı, sonra "Stalinin zərbəsi" qəzetinin müxbiri olmuşdur. O, mətbuatda əsgər və zabitlərin hərbi şücaətlərindən bəhs edən oçerkləri, məqalələri, hekayələri ilə çıxış etmişdir. 1946-cı ildə kapitan rütbəsində Adıgeyə qayıdan Tlusten burada müxtəlif qurumlarda çalışmışdır.
Bulbophyllum triste
Bulbophyllum triste (lat. Bulbophyllum triste) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Typhonium triste
Üçpaycıqlı tifonium (lat. Typhonium trilobatum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin tifonium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Arum foetidum Salisb. Arum trilobatum L. Dracunculus trilobatus (L.) Raf.
Scott Trust
"Scott Trust Limited" — Birləşmiş Krallıq şirkəti. Şirkət "Guardian Media Group"un sahibidir Trast 1936-cı ildə "Manchester Guardian" və "Manchester Evening News"un sahibi Con Skott tərəfindən təsis edilmişdir. Trastın məqsədlərindən biri "The Guardian"ın liberal xarakterini gələcək sahiblərinin onu dəyişdirmək cəhdlərindən qorumaq idi. "Scott Trust" sonradan ləğv edilmiş və 1948-ci ildə yenidən formalaşmışdır. Bu zaman Con Skott şuranın üzvlərini təyin etmək üçün müstəsna hüququndan imtina etmişdir. Müvafiq sənədlərin imzalanmasından 5 ay sonra Con Skott vəfat etmişdir. 2008-ci ilin oktyabrında trastın ləğvi və onun aktivlərinin yeni "The Scott Trust Limited" şirkətinə təhvil verilməsi elan edilmişdir. Bu müqavilənin məqsədi fondun "The Guardian"a verdiyi müdafiəni gücləndirmə idi.
I Trust
I Trust (azərb. Mən güvənirəm‎) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış üçüncü Koreya minialbomu. 6 aprel 2020-ci ildə rəqəmsal olaraq, 7 aprel 2020-ci ildə ildə fiziki olaraq buraxılmışdır. 5 trekdən ibarət olan alboma daha öncə buraxılmış "Lion" sinqlı və əsas sinql "Oh My God" daxildir. Bütün mahnılar Soyon tərəfindən yazılmışdır. Fiziki buraxılışın iki versiyası mövcuddur: "Truth" və "Lie". == Buraxılması == 18 fevral 2020-ci ildə "(G)I-dle"ın mart ayının ortasında geri dönüş edəcəyi bildirilmişdir. Lakin COVID-19 pandemiyası səbəbilə albomun buraxılması aprel ayına qədər təxirə salınmışdır. 19 mart 2020-ci ildə "Cube Entertainment" albomun aprelin əvvəlində buraxılacağını açıqlamışdır. Eyni ay "Cube" albomun adını, tizer şəklini və trek siyahısını yayımlamışdır.
Rüstəm
Rüstəm və ya Rüstəm Zal (pəhl. Rodastahm, Rostahm; fars. رستم‎) — Fars xalq dastanının əfsanəvi qəhrəmanı, Firdovsinin "Şahnamə"sinin əsas personajlarından biri. Firdovsinin "Şahnamə"sində pəhləvan Rüstəm (və onun oğlu Zöhrab) haqqında şeir ümumi həcmin üçdə birindən çoxunu tutur. Rüstəm Siyavuş və İsfəndiyarla birlikdə "Şahnamə"nin əsas epik qəhrəmanlarıdır. Rüstəm obrazını yaradarkən Firdovsi üçün əsas material sak və soqdların qəhrəmanlar haqqında əfsanələr silsiləsi olmuşdur. Rüstəm və Zöhrab haqqında əfsanənin osetin (Nart), alman və kelt qəhrəmanlıq əfsanə və mifləri ilə çox oxşar cəhətləri var. Rus folklorunun personajı Yeruslan Lazareviçin adı və iştirak etdiyi bəzi süjetlər Zalın oğlu Rüstəmə gedib çıxır. Фирдоуси А., «Шах-Наме. Критический текст», т.т.1-9, Москва 1960-71 Бертельс Е. Э. «История персидско-таджикской литературы.
Scott Trust Limited
"Scott Trust Limited" — Birləşmiş Krallıq şirkəti. Şirkət "Guardian Media Group"un sahibidir Trast 1936-cı ildə "Manchester Guardian" və "Manchester Evening News"un sahibi Con Skott tərəfindən təsis edilmişdir. Trastın məqsədlərindən biri "The Guardian"ın liberal xarakterini gələcək sahiblərinin onu dəyişdirmək cəhdlərindən qorumaq idi. "Scott Trust" sonradan ləğv edilmiş və 1948-ci ildə yenidən formalaşmışdır. Bu zaman Con Skott şuranın üzvlərini təyin etmək üçün müstəsna hüququndan imtina etmişdir. Müvafiq sənədlərin imzalanmasından 5 ay sonra Con Skott vəfat etmişdir. 2008-ci ilin oktyabrında trastın ləğvi və onun aktivlərinin yeni "The Scott Trust Limited" şirkətinə təhvil verilməsi elan edilmişdir. Bu müqavilənin məqsədi fondun "The Guardian"a verdiyi müdafiəni gücləndirmə idi.
Trifolium spinulosum var. triste
Trifolium variegatum (lat. Trifolium variegatum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Brüster qanunu
Brüster qanunu — dielektrikin (qaytarıcı səthin) n sındırma əmsalı ilə pol yarlaşma bucağı arasındakı əlaqəni gös tərən qanun; bu bucaq altında dielektrikin səthinə düşən polyarlaşmamış (təbii) işıq əks olunduqda (qayıtdıqda) tam polyarlaşır. Bu zaman işıq dalğasının elektrik vektorunun düşmə müstəvisinə perpendikulyar (yəni ayırıcı müstəviyə paralel) olan yalnız Es komponenti əks olunur. Düşmə müstəvisindəki Ep komponenti isə əks olunmur, sınır. Bu, tgφB=n olduqda baş verir. φB Brüster bucağı adlanır. Sınma qanununa görə sinφB/sinψ=n (ψ – sınma bucağı) olduğundan, Brüster qanunundan cos φB= sinψ və ya φB+ ψ=90° alınır, yəni sınan və əks olunan şüa lar arasındakı bucaq 90°-yə bərabərdir. Qanun David Brüster tərəfindən 1815-ci ildə müəyyən edilmişdir. Brüster qanununun fiziki izahı aşağıdakı kimidir. Düşən dalğanın elektrik sahəsi (Edüş.) dielektrikdə sınan dalğanın elektrik vektorunun (Esın.) istiqaməti ilə üst-üstə düşən istiqamətdə elektronların rəqsini yaradır. Bu rəqslər ayırıcı səthdə əks olunan dalğanı (Eəks ol.) həyəcanlandırır.
David Brüster
David Brüster (11.12.1781, Roksbro qraflığı, Cedboro – 10.2.1868, Melroz yaxınlığında Allerbi) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1815), Peterburq Elmlər Akademiyasının əcnəbi fəxri üzvü == Həyatı == Edinburq Universitetində oxumuşdur. 1838– 59-cu illərdə Sent-Andrusda kolleclərin rəhbəri və universitetin professoru, sonra Edinburqda universitet professoru olmuşdur. 1849-cu ildən Britaniya elmlərin inkişafı assosiasiyasının prezidenti idi. == Fəaliyyəti == Əsas elmi əsərləri fiziki və tətbiqi optikaya, elmin tarixinə həsr olunmuşdur. Biroxlu və ikioxlu kristallarda işığın xromatik polyarlaşmasının təsvirini vermişdir (1813– 14). 1815-ci ildə dairəvi pol yarlaşmanı kəşf etmiş və əks olunma (qayıtma) zamanı işığın polyarlaşmasını tədqiq edərək, Brüster qanununu müəyyən etmişdir. Süni anizotrop mühitlərdə şüanın ikiqat sınması hadisəsini kəşf etmişdir. Mayaklar üçün linzalar quraşdırmış, kaleydoskop ixtira etmiş (1816) və stereoskopu təkmilləşdirmişdir. İ. Nyutonun bioqrafiyasının müəllifidir. == İstinadlar == == Xarici keçidlər == The Brewster Kaleidoscope Society Works by David Brewster at Project Gutenberg Works by or about David Brewster at Internet Archive Brewster's (1834) "On the colours of natural bodies," Transactions of the Royal Society of Edinburgh, vol.
In God We Trust
In God We Trust — ABŞ və Floridanın rəsmi dövlət devizi. Mənası "Biz Tanrıya Ümid Bağlayırıq" deməkdir.
Hafiz Rüstəm
Hafiz Rüstəm (tam adı: Mir Hafiz Mir Əşrəf oğlu Rüstəmov); 8 yanvar 1951 – şair-publisist, şərqşünas-tərcüməçi == Həyatı == 1951-ci ildə Salyan rayonunun Şorsulu kəndində anadan olub. Əslən Yardımlı rayonunun Bərcan kəndindəndir. 1958-ci ildə Quba şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. Yardımlı rayonunun Bərcan kəndində 8 illik məktəbi (1966), Telavar kəndində orta məktəbi (1968) bitirib. Bakı Dövlət Universiteti-nin Şərqşünaslıq fakültəsində təhsil alıb (1970 – 1975). Azərbaycan Dövlət Tədris-Pedaqoji Ədəbiyyatı Nəşriyyatı “Maarif”də kiçik redaktor (1978), redaktor (1983), Xarici dillər redaksiyasının müdiri (1994), baş redaktor (2002 - 2004) vəzifəsində işləyib. 2006-cı ildən “Kövsər” nəşriyyatının baş redaktorudur. Uzun illər boyu yüzlərlə dərslik, dərs vəsaitlərinin, elmi-pedaqoji ədəbiyyatların rəyçisi, redaktoru olmuş, onların ideya-məzmun, dil-üslub, orfoqrafik və s. cəhətdən qüsursuz çıxmasında öz yaradıcı əməyini əsirgəməyib. Moskva və Lvov şəhərlərinin siyasi-hərbi məktəblərində (1976 – 1980), İİR-nin Bakıdakı səfirliyində (1995 – 2000) əsas iş yerindən ayrılmamaqla tərcüməçi işləyib.
I Rüstəm
I Rüstəm — Kartli-Kaxetiya kralı. == Həyatı == 1565-ci ildə XI Davidin kiçik oğlu olaraq dünyaya gəlmişdi. 1618-ci ildə İsfahan darğası olaraq fəaliyyət göstərmişdi. Marabda döyüşündə Georgi Saakadzenin ordusunun sağ cinahını idarə edirdi. 1630-cu ildə Səfəvi ordusuna komandanlıq edərək Bağdadı ələ keçirmişdi. 1633-cü ildə Kartli kralı təyin olunmuşdu. 1648-ci ildə I Teymurazı ağır məğlubiyyətə uğradaraq həm də Kaxeti kralı olmuşdu. Övladı olmadığı üçün 1653-cü V Vaxtanqı vəliəhd təyin etmiş, özü isə 1658-ci ildə vəfat etmişdi.
Nəqşi-Rüstəm
Nəqşi-Rüstəm— Persepol yaxınlığında Nəqşi-Rüstəm dərəsində yerləşən arxeoloji sahə. I Şapurun (241–272) dövründə imperiyanın tərkibi haqqında Nəqşi-Rüstəmdə "Zərdüştün Kəbəsi" adlı qədim od məbədindəki kitabədə Sasanilər dövlətinə tabe "İran olan" və "İran olmayan" iyirmi yeddi "şəhrin" içində "İran olmayan" Adurbadaqan, İberiya, Ermənistan, Sisakan, Albaniya, "Qafqaz dağlarına və Alban qapısınadək" Balasakanın da adları çəkilir. Nəqşi Rüstəm (Farsca: نقش رستم Næqš-e Rostæm) İranın Fars əyalətində, Persepolun 12 km şimal-qərbində yerləşən bir arxeoloji sahədir. Fars mifologiyasının qəhrəmanı Rüstəmin təsvir edildiyi düşünülən abidə məzarların altındakı Sasani oymalarına görə Nəqşi Rüstəm, yəni "Rüstəmin Rəsmi" adlandırılır. Nəqşi-Rüstəm də Əhəməni krallarına aid yeddi türbə var. Üzərindəki yazılar onlardan birinin I Daraya aid olduğunu açıq şəkildə göstərir. I Daradan başqa o biri üç məzarın, I Xerxes, I Artaserhas və II Daraya aid olduğu düşünülür. Persepolun arxasında tamamlanmamış vəziyyətdə tapılan iki məzar, ehtimal ki, II Artaserhas və III Artaserhasa məxsusdur. Yarımçıq qalan bir dənəsi, ən uzun iki il hökmdarlıq etmiş Arsesə, daha güclü ehtimalla isə Makedoniyalı İsgəndər tərəfindən taxtdan salınmış son Əhəmənilər hökmdarı III Daraya aiddir. Nəqşi-Rüstəmdəki qəbirlərdən əlavə, məzarların alt hissəsində Sasanilər padşahlarına aid yeddi nəhəng qayaüstü təsvir vardır.
Rüstəm Allahyarov
Rüstəm Arifcanov
Rüstəm Arifcanov (Arifcanov Rüstəm Mustafa oğlu; d. 22 fevral 1958, Özbəkistan SSR) — Azərbaycan və Rusiya jurnalisti; "Al‑RTV" ilk ictimai müsəlman kanalının baş redaktoru (2012), Avrasiya Televiziya və Radio Akademiyasının vitse-prezidenti, Jurnalistlərin “Mediakratiya” Milli Assosiasiyasının Müşahidə Şurasının sədri, Şimali Qafqaz Federal Dairəsi İctimai Şurasının üzvü. Arifcanov Rüstəm Mustafa oğlu 1958-ci il fevralın 22-də Özbəkistanda anadan olub. 1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirib. 1985-ci ildən R.Arifcanov “Komsomolskaya Pravda” qəzetinin Qərbi Sibir üzrə xüsusi müxbiri, 1988-ci ildən “Sobesednik” həftəlik qəzetinin şöbə redaktoru, redaksiya heyətinin üzvü olub. 1990-cı ildən “Meqapolis” jurnalında şöbə redaktoru, daha sonra “Meqapolis-Metro” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1993-cü ildə R.Arifcanov “İzvestiya” qəzetinin şərhçisi olub. 1989-cu ildə “Surqutskaya alternativa” siyasi birliyinin fəaliyyətində iştirak edib. 1996-1997-ci illərdə o, “Kommersant. İzdatelskiy dom” QSC-nin “Stolitsa” publisistik jurnalının şef-redaktoru, redaksiya heyətinin üzvü vəzifələrini daşıyıb.
Rüstəm Atakişiyev
Rüstəm Behrudi
Behrudi Rüstəm Hidayət oğlu (12 sentyabr 1957, Behrud, Ordubad rayonu) — Azərbaycan şairi. Rüstəm Behrudi 1957-ci il sentyabrın 14-də Naxçıvan Muxtar Sovet Spsialist Respublikasının Ordubad rayonunun Behrud kəndində anadan olmuşdur. O, 1964-cü ildə səkkizillik məktəbi bitirdikdən sonra orta təhsilini C.Cabbarlı adına Biləv kənd orta məktəbində almışdır. 1974-1975-ci illərdə Behruddakı kolxozda işləmiş, elə həmin il Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-ədəbiyyat fakültəsinə qəbul olmuşdur. 1979-cu ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Rüstəm Behrudi 1979-1984-cü illərdə Ordubad rayonundakı Unus kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlamışdır. Kələki və Unus kəndlərində işlədikdən sonra Ordubadda muzeydə elmi şuranın üzvü kimi çalışmışdır. Rüstəm Behrudi 1984-cü ildə Bakıya gəlmiş, 1986-1990-cı illərdə "Yazıçı" bədii ədəbiyyat nəşriyyatında fəhlə, korrektor, kiçik redaktor, poeziya redaksiyasının redaktoru vəzifələrində çalışmışdır. Həmçinin şair bir müddət Sabir Rüstəmxanlının rəhbərliyi ilə nəşr edilən "Azərbaycan" qəzetində redaksiya müdiri kimi fəaliyyət göstərmişdir. Fikir və düşüncələrinə görə sovetlər dönəmində təqib olunmuş, habelə həbsdə yatmışdır Bütün ömrünü ədəbiyyata həsr eləmiş Rüstəm Behrudi ədəbi fəaliyyətə 70-ci illərdə başlayıb.
Rüstəm Cabbarov
Rüstəm Cabbarov (özb. Rustam Jabborov; 1979, Urqut rayonu[d], Səmərqənd vilayəti) — özbək yazıçısı, publisisti və tərcüməçisi. Rüstəm Cabbarov 1979-cu ildə Özbəkistan Respublikasının Səmərqənd vilayətinin Urqut rayonunda anadan olmuşdur. 2003-cü ildə Özbəkistan Milli Universitetinin jurnalistika fakultəsində ali təhsilini başa vuraraq beynəlxalq jurnalistika ixtisasına yiyələnmişdir. 1998–2000-ci illərdə Özbəkistanın "Respublika" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 2000–2003-cü illərdə "Kənd həyatı" qəzetinin böyük redaktoru, 2003-cü ildən 2010-cu ilə qədər Özbəkistan Milli Xəbər Agentliyinin baş redaktorunun müavini vəzifəsini icra ermişdir. 2010–2016-cı illərdə isə "Darakcı" qəzetinin baş redaktorunun müavini, sonra isə baş redaktoru olmuşdur. Davamlı olaraq Özbəkistanın dərgi, qəzet və elektron mətbuatında ictimai-siyasi, iqtisadi, ədəbi-kulturoloji, tarixi-publisist mövzulara həsr olunmuş yazıları ilə çıxış edir. Hazırda "Zamon Press" Nəşriyyat Evinin direktoru vəzifəsində calışır. Rüstəm Cabbarov 20-dən cox bədii, publisistik və tərcümə kitabının müəllifidir.
Rüstəm Cəbrayılov
Rüstəm Abil oğlu Cəbrayılov (8 iyun 1986, Luqansk) — azərbaycanlı aktyor və model. Rüstəm Cəbrayılov 8 iyun 1986-cı ildə Ukraynanın Luqansk şəhərində Abil və Sona Cəbrayılovların ailəsində anadan olub. Ailənin ən böyük övladıdır. Beş yaşında olarkən ailəsi ilə birlikdə Azərbaycanın Bakı şəhərinə köçüb. Orta təhsilini Azərbaycanda başa vurduqdan sonra 2004-cü ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə daxil olub. 2008-ci ildə universiteti bitirdikdən sonra coğrafiya müəllimi işləyib. Şəxsi məlumatlar — boyu: 193 sm, çəkisi: 86 kq, ölçüləri: 115–87–95, ayaqqabı ölçüsü: 45, gözləri: yaşıl, saç rəngi: qəhvəyi. Rüstəm Cəbrayılov 2005-ci ildə modellik karyerasına başlayıb. Bakı Dövlət Universitetində oxuyarkən reklam çəkilişlərində iştirak etmək üçün dəvət alıb. Bir həftə sonra isə ona "Azercell"in reklam çarxlarına çəkilmək təklif olunub.
Rüstəm Eminli
Rüstəm Emomali
Rustam Emomali (tac. Рустами Эмомалӣ, 19 dekabr 1987) — Tacikistanın paytaxtı Düşənbə şəhərinin meri (2017-ci ildən). Atası Emoməli Rəhmon Tacikistan prezidentidir.
Rüstəm Fərruxzad
Rüstəm Fərruxzad — Sasani hərbçisi, dövlət xadimi. Fərrux Hörmüzün 631-ci ildə öldürülməsindən sonra Atropatena və Xorasan sipəhsaları olmuşdu. Atasının intiqamını almaq üçün Ktesifonu ələ keçirmiş, Azarmedoxtu öldürərək yerinə Borandoxtu gətirmişdi. Borandoxtun ölümü, III Yezdəgirdin taxta çıxması ilə yenidən hakimiyyətə tabe olmuşdu. Ərəblərin İranı işğalı dövründə Ktesifonun idarəsi ona tapşırılmış, 634-cü ildə Körpü döyüşündə Sasani ordusu qələbə çalsa da Ktesifonda üsyanı yatırmağa məcbur olmuşdu. 636-cı ildə Yezdəgirdin əmrilə ərəblərə hücum etməyə məcbur olan Rüstəm, strateji olaraq uyğun görmədiyi bu döyüşdə iştirak üçün İraqa getdi. Qardaşı Fərruxzad Bavəndiyə yazdığı məktubda Azərbaycana getməsini əmr edir, Yezdəgirdi qorumasını tapşırırdı. Əl-Qadisiyyə yaxınlığında Ömər ibn Xəttabın ordusu ilə qarşılaşan Rüstəm havanın qumlu və toz fırtınalı olmasından istifadə edib ordunun içlərinə qədər səssizcə daxil oldu. Lakin Hilal ibn Ülafəyə arxadan yaxınlaşarkən Hilalın dəvəsi qorxdu və üstündəki ağır silahları yerə atdı, Rüstəm silahların altında qalaraq iflic oldu və Hilal sevincək onun başını kəsdi. Sasani ordusu bundan qorxaraq pərən-pərən düşdü.
Rüstəm Hacıyev
Rüstəm Hüseynov
Hüseynov Rüstəm Kərim oğlu — "Azərbaycan məktəbi" jurnalının baş redaktoru. Hüseynov Rüstəm Kərim oğlu 5 may 1910-cu ildə anadan olmuşdur. Kiçik yaşlarında atasını itirmiş, uşaq evində böyümüşdür. 1925–1926-cı illərdə Baki Darülmüəllimində təhsil almışdır. Hüseyn Cavid müəllimi olmuşdur. R. K. Hüseynov 1926-cı ildə ibtidai məktəbdə müəllimlik fəaliyyətinə başlamışdı. 1931–1936-cı illərdə isə Azərbaycan Pedaqoji İnstitutun fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra orta məktəblərdə riyaziyyat müəllimi işləmişdir. 1937-ci ildə Maarif Komisarlığında ibtidai məktəb idarəsinin rəis müavini vəzifəsində irəli çəkilmiş, bir qədər sonra isə pedaqoji məktəblər şöbəsinin müdiri təyin olunmuşdur. 1940-cı ildə o artıq Azərbaycan Müəllimlərin Təkmilləşdirmə İnstitutunun direktoru vəzifəsində çalışırdı. 1946-cı ildə ordu sıralarından tərxis edildikdən sonra "Azərbaycan Müəllimi" qəzetinin redaktoru kimi fəaliyyətə başladı.
Rüstəm Həmidov
Rüstəm Zəki oğlu Həmidov (rus. Рустэм Заки́евич Хами́тов; başq. Рөстəм Зəки улы Хəмитов, Röstäm Zäki ulı Xämitow) — Rusiyalı dövlət xadimi, 1954-cü il avqustun 18-də Kemerovo vilayətinin Draşenino kəndində anadan olmuşdur. Vahid Rusiya siyasi partiyasının Ali Şurasının üzvüdür və 14 sentyabr 2014-cü il tarixdə ikinci dəfə seçilmişdir. Rüstəm Həmidov 1954-cü il avqustun 18-də Kemerovo vilayətində anadan olmuşdur. O, etnik olaraq Başqırddır, Başqırd dili onun ana dilidir. O, həmçinin rus dili və ingilis dili də danışır. Onun atası Zəki Səlim oğlu Həmidov (1930-cu ildə başqıstanın Baltaç rayonunda anadan olub, 1993-cü ildə dünyasını dəyişib) texnika elmləri doktoru idi. Başqırdıstanın Əməkdar mühəndis unvanı ilə mükafatlandırılıb. 1973–1980-ci illərdə Başqırdıstan Dövlət Aqrar Universitetində kənd təsərrüfatı mexanizasiyası fakültəsinin dekanı vəzifəsində çalışıb.
Rüstəm Kamal
Rüstəm Kamal (Rüstəm Kamal oğlu Rəsulov; 2 iyul 1962, Rustavi) — ədəbiyyatşünas və esseist, filologiya elmləri doktoru, professor. Rüstəm Kamal 2 iyul 1962-ci ildə anadan olub. 1979-cu ildə Qazax rayonu, İkinci Şıxlı kənd orta məktəbində təhsil almışdır. İ. Kant adına Rusiya Dövlət Universitetinin filologiya fakültəsini, aspirantura və doktoranturanı bitirib. Azərbaycan və rus ədəbiyyatı ilə bağlı araşdırmalar aparır. Filologiya elmləri doktorudur. Azərbaycanın ali məktəblərində (BDU-nun Şəki filialı, MDU, BSU, ADNSU) müxtəlif vəzifələrdə (kafedra müdiri, elmi -tədqiqat laboratoriyasının müdiri, dekan) çalışıb. 2010-cu ildə Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 2018–2022-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında ekspert şurasının sədr müavini.
Rüstəm Kazakov
Rüstəm Kazakov Abdulla oğlu (krımtat. Rustem Abdulla oğlu Kazakov, Рустем Абдулла огълу Казаков, rus. Русте́м Абдулла́евич Казако́в; 2 yanvar 1947, Daşkənd) — klassik növ Sovet güləşçisi, olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1969), SSRİ-nin əməkdar məşqçisi, olimpiya çempionu olmuş ilk krım tatarı. Rustem Kazakov 1947-ci ildə Daşkənddə Krım tatarları ailəsində anadan olmuşdur. 1959-cu ildə güləşə başladı, 1963-cü ildə Özbəkistan çempionatını, 1963-cü ildə və 1964-cü ildə gənclər arasında SSRİ çempionatını qazandı. 1965-ci ildə Bolqarıstanda karyerasında ilk beynəlxalq turniri qazandı, amma artıq böyüklər arasında. 1967-ci ildə Buxarestdə keçirilən Dünya Çempionatında yeddinci yeri tutdu. 1968-ci ildə Mexiko şəhərində keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmək üçün olimpiya komandasına daxil edildi, ancaq məşqdə aldığı zədə səbəbiylə yarışamadı. Münhendə keçirilən 1972 Yay Olimpiya Oyunlarında 57 kiloqram (yüngül çəki) çəki dərəcəsində mübarizə apardı. Aşağıdaki döyüşlərdə iştirak etmişdir: ilk turda hakimin qərarı ilə Alam Mir (Əfqanıstan) üzərində qələbə çaldı ikinci turda Xristo Traykova məğlub oldu üçüncü turun 9-cu dəqiqəsində tuşe ilə Yuzef Lipenə (Polşa) qalib gəldi dördüncü turun 5-ci dəqiqəsində tuşe ilə Oton Moskidisə (Yunanıstan) qalib gəldi beşinci turda hakimin qərarı ilə İkui Yamamotonu (Yaponiya) məğlubiyyətə uğratdı altıncı turda iştirak etmədi yeddinci turda hakimin qərarı ilə Yanoş Varqaya (Macarıstan) qalib gəldi final qarşılaşmasının üçüncü dəqiqəsində tuşe ilə Hans-Yürgen Veylə qalib gəldi və Olimpiya Oyunlarının çempionu oldu 1963–1967-ci ildə "Dinamo" (Daşkənd) klubunda çıxış edirdi, 1968–1975-ci illərdə "Silahlı Qüvvələr" (Daşkənd) klubunun üzvü oldu, 1875-ci ildən isə "Silahlı Qüvvələr" (Moskva) klubuna keçdi.
Rüstəm Kazımov
Rüstəm Kazımov — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1931). Rüstəm Kazımov 1879-cu ildə Bakıda kasıb ailədə doğulub. Mollaxanada qısa müddət təhsil alıb. Şirin səsi olduğuna görə məhərrəmlik təziyələrində göstərilən şəbih tamaşalarında iştirak edib. 1890-cı ilin əvvəllərində Bakıda Həbib bəy Mahmudbəyovun və Sultanməcid Qənizadənin təşkil etdikləri tamşalarda epizodik rollar oynayıb. Sonralar "Müsəlman Artistləri Cəmiyyəti" truppasında, Cahangir Zeynalovun "Ev teatrı"nda aktyorluq edib. 1901–1919-cu illərdə Əbdürrəhim bəy Haqverdiyevin yaratdığı truppada, "Həmiyyət" teatr qrupunda, "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr dəstələrində, "Türk Aktyorları İttifaqı"nda, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə əsas aktyorlardan olub. Bugünkü Akademik Milli Dram Teatrı dövlət təsisatına keçəndə onun truppasına daxil olub, 1925-ci ilə qədər bu kollektivdə çalışıb. 1921-ci ilin noyabr ayında Bakı Azad Tənqid və Təbliğ Teatrı (sonralar Türk İşçi Teatrı adlanıb) yaradılanda onun aktyor heyətinə götürülüb. Dörd il hər iki teatrda işləyən aktyor 1925-ci ildən İşçi Teatrında aktyorluq edib.
Rüstəm Kərimov
Rüstəm Kərimov (18 avqust 2003, Bakı) — azərbaycanlı müğənni. Rüstəm Kərimov 18 avqust 2003-cü ildə Bakıda anadan olub. Rüstəm Kərimov Bakı Avropa Liseyinin 11-ci sinfində oxuyur. Rəşid Behbudov adına 2 saylı 11-illik musiqi məktəbinin piano şöbəsində təhsilini davam etdirir. Azərbaycanı 2013 Avroviziya Mahnı Müsabiqəsində "Me and my Guitar" (azərb. Mən və mənim gitaram‎) mahnısı ilə təmsil edib. Rüstəm 30 noyabr 2013-cü ildə keçirilən müsabiqədə səhnəyə ikinci çıxıb və yekun səsvermədən sonra 12 iştirakçı arasında 66 xalla 7-ci yeri tutub.
Rüstəm Minnexanov
Rüstəm Nurqali oğlu Minnexanov (tatar. Рөстәм Нургали улы Миңнеханов, Röstäm Nurğäli ulı Miñnexanov), 1 mart 1957-ci ildə Novıy Arış kəndi, Rıbno-slobod rayonu, Tatarıstan MSSR, RSFSR, SSRİ də anadan olub — Rusiya Federasiyası dövlət və siyasi xadimi. 25 mart 2010-cu ildən Tatarıstan Respublikasının Prezidentidir. "Tatneft" Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədridir, "Татнефтехиминвест-холдинг" Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədridir.
Rüstəm Minnixanov
Rüstəm Nurqali oğlu Minnexanov (tatar. Рөстәм Нургали улы Миңнеханов, Röstäm Nurğäli ulı Miñnexanov), 1 mart 1957-ci ildə Novıy Arış kəndi, Rıbno-slobod rayonu, Tatarıstan MSSR, RSFSR, SSRİ də anadan olub — Rusiya Federasiyası dövlət və siyasi xadimi. 25 mart 2010-cu ildən Tatarıstan Respublikasının Prezidentidir. "Tatneft" Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədridir, "Татнефтехиминвест-холдинг" Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədridir.