Rüstəm Firqani oğlu Hacıyev (22 sentyabr 2001, Yuxarı Qapanlı, Tərtər, Azərbaycan — 29 oktyabr 2020, Kəlbəcər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Rüstəm Hacıyev | |
---|---|
Rüstəm Firqani oğlu Hacıyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yuxarı Qapanlı, Tərtər, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Kəlbəcər, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Tərtər |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Kəlbəcər döyüşləri |
Təltifləri | 2020, 2020, 2020 |
Hacıyev Rüstəm Firqani oğlu 22 sentyabr, 2001-ci ildə Tərtər rayonu Yuxarı Qapanlı kəndində anadan olub.[2]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Rüstəm Hacıyev Kəlbəcər döyüşlərində savaşıb. Hacıyev Rüstəm oktyabrın 29-da Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.Tərtər rayonu Yuxarı Qapanlı kəndində dəfn olunub..[3][4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Hacıyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Hacıyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]