Rüstəm Mais oğlu Eminli (16 sentyabr 1999; Horonu, Yardımlı rayonu – 1 noyabr 2020; Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Rüstəm Eminli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Horonu, Yardımlı rayonu |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Horonu, Yardımlı rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Şuşanın azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2020 |
Rüstəm Eminli 15 oktyabr 2020-ci ildə Səfərbərlik Xidməti tərəfindən hərbi xidmətə çağrılmışdır və Vətən Müharibəsində iştirak etmişdir. 1 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Yardımlı rayonu Horonu kəndində dəfn olunmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Eminli Rüstəm Mais oğlu 2020-ci il noyabrın 1-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azad edilməsində vuruşaraq həlak olmuşdur.[1]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Eminli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüstəm Eminli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.