Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dalamaz
Dalamaz (lat. Lamium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Bir, iki, yaxud çoxillik otlardır; yarpaqları dişli və bütövdür. Çiçəkləri ağ, çəhrayı, yaxud qırmızıdır, yuxarı yarpaq qoltuqlarında yerləşən yalançı süpürgə çiçək qrupunda toplaşmışdır. Meyvəsi dördtilli fındıqcadan ibarətdir. Avropa, Asiya (tropik qurşaqdan başqa) və Şimali Afrikada 40–50 növü məlumdur. Azərbaycanda 5 növü bitir. Ağ dalamaz və gövdəniqucaqlayan dalamaz geniş yayılmış alaqdır. Tərkibində aşı maddəsi, saponin, askorbin turşusu, efir yağı və s. olduğu üçün xalq təbabətində istifadə edilir.
Bulama
Bulama — "bulanmaq" sözündən olub, təzə doğan sağmal heyvanların 2-3 gündən sonrakı bir neçə gün ərzində sağılan südüdür. Bulama sözünə Azərbaycan Şifahi Xalq Ədəbiyyatında daha tez-tez rast gəlinir; Heyvanın bala verməsinin 2-3-cü günündən sonra təxminən 4-5 gün ərzində sağılan südündən alınır. Bulama ağuz südündən sonra olan süd məhsuludur. bulama ağuzdan duru, süddən bir qədər qatı olmaqla yanaşı açıq sarımtıl rəngdə olur. Bulamanı bişirərkən qab od üzərinə qoyulduğu andan bişənə qədər oxlovla bulanır (qarışdırılır). Belə edilməsə bulama çürüyər. Elə bu səbəbdən də bu süd məhsulu bulama adlanır və o kətəməz kimi bərkimir. Bulama bişirilərkən ona duz atılmır. Uşaqlar üçün hazırlandıqda azca (zövqə uyğun) şəkər tozu əlavə edilir. Bulamanı süni yolla da hazırlamaq olar.
Ulama
Ağ dalamaz
Ağ dalamaz (lat. Lamium album) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dalamaz cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub yarpağının formasına görə gicitkənə oxşayır. Şimal jarımkürəsinin mülayim zonasında, keçmiş SSRİ-də hər yerdə, o cümlədən Azərbaycanda alaq bitkisi kimi yayılmışdır. Çiçək və yarpaqlarında aşı maddəsi, saponin, askorbin turşusu var. Yaxşı balverən bitkidir. == Sinonimləri == === Homotipik sinonimləri === Lamium vulgatum Benth. Lamium vulgatum var. album (L.) Benth. == Yarımnövləri == Lamium album subsp.
Bulamac (Xoy)
Bulamac (fars. بولاماج‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (97 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Dalamaz gicitkan
Tulaqan Xujamyarov
Tulaqan Xujamyarov, Tavollo (1883, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu – 10 noyabr 1937, Daşkənd) — özbək yazıçı, şair, ictimai xadim, represiya qurbanı. Onun doğum tarixini gah 1880-ci il, gah 1882-ci il, gah da 1883-cü il yazırlar. Bu rəqəmlərdən 1883-ci ili daha mötəbər saymaq olar. Çünki, Tavollo 1937-ci il avqust ayının 14-də KGB müstəntiqinə verdiyi izahatda 1883-ci ildə Daşkənd şəhərində doğulduğunu və hazırda doğulduğu şəhərdəki Kükça məhəlləsinin Viladimir küçəsindəki 32 saylı evdə yaşadığını yazıb. Atası ticarətlə məşğul olan Tulaqan Xujamyarov ilk təhsilini məhəllə məktəbində, sonra da Obi Nazir məhəlləsindəki Bəylərbəyi mədrəsəsində alır. Bu mədrəsə Türküstanda məşhur idi. Mədrəsəni bitirdikdən sonra atası onu Rusiya hökumətinin yeril əhalidən kiçik məmurlar hazırlayan məktəbə göndərir. Bu məktəblər Azərbaycanda, Kırımda, Qüzey Qafqazda və b. bölgələrdə rus-tatar məktəbləri, Türküstanda, Sibirdə isə rus-tuzem məktəbi adlandırılırdı. Atanın oğlunu bu məktəbə göndərməkdən məqsədi Rusiya ilə ticarət əlaqələri qurmaq idi.
Yulaman (Avurğazı)
Yulaman (başq. Юламан, rus. Юламаново) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Talbazı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 4 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 34 km. 1993—2008-ci illərdə keçmik Yulaman kənd şurasının mərkəzi olmuşdur. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (96%) üstünlük təşkil edir. Aleksandr Sergeyeviç Savelyev-Sas (26 sentyabr 1932) — çuvaş çairi və yazıçısı.
Türban tullama
Türban tullama, və ya ammameparani (fars. عمامه‌پرانی‎) — İranda etirazçıların şiə ruhanilərinə nifrətlərini bildirmək və bununla da onları təhqir etmək üçün bir mollanın başındakı türbanı tullaması. Tipik olaraq, etirazçı hədəfin yanından qaçır, baş geyimini çıxarır və həbs olunmamaq üçün qaçmağa davam edir. 2022-ci ildə İranda Məhsa Əmininin ölümündən sonra keçirilən etiraz aksiyaları zamanı insanlar bu hərəkəti lentə alıb sosial şəbəkələrdə yerləşdirmişdir. Bu, etiraz metodunun qısa müddətdə populyarlaşmasına səbəb olmuşdur. == Metodologiya == Türban tullamaq qadınların ruhani quruluşa qarşı müqavimətinin ifadəsi kimi müşahidə olunmağa başlanmışdır. Bu hərəkəti əvvəlcədən planlaşdıran qadınlar saçlarını örtmədən bunu həyata keçirmişdilər, bu da qanunla cəzalandırılırdı. Buna baxmayaraq, bu qanunsuz əməldə iştirak məqsədyönlü olmuş və presedent yaratmışdır. Etirazın bu iki formasının birləşməsi, həmçinin qadının öz saçını örtməkdən imtina etməsi, başqa şeylərlə yanaşı, üç məqsədə xidmət edir. Birincisi, bu, İranda teokratik qanunlar ilə əməkdaşlıqdan imtinanın ifadəsidir.
Söyüdlər ağlamaz (opera)
Söyüdlər ağlamır — Əfrasiyab Bədəlbəylinin 1971-ci ildə tamaşaya qoyduğu opera. İlk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulub. Azərbaycan xalqının Böyük Vətən Müharibəsi dönəmində cəbhədə və cəbhə arxası göstərdiyi qəhrəmanlıqdan bəhs edir.
Özü düşən ağlamaz
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Dəhən-i Qulaman
Dəhən-i Qulaman — İranın şərqində yerləşən Əhəməni yaşayış mərkəzi və arxeoloji ərazisinə verilən müasir ad. Drangiana satraplığının paytaxtı Zranka/Zarin kimi müəyyən edilmişdir. == Coğrafiyası == Dəhən-i Qulaman (hərf. "Qulların qapısı") kimi tanınan arxeoloji sahə təxminən müasir Zabul şəhərindən 30 km cənub-şərqdə, İran–Əfqanıstan sərhədindəki ən yaxın nöqtədən təxminən 8,5 km məsafədə olan müasir Çanimə su anbarlarından ikisini ayıran ərazidə yerləşir. == İstinadlar == == Əlavə ədəbiyyat == Gnoli, G., "Dahan-e Ḡolāmān," in Encyclopaedia Iranica, vol. 6 (1993), 582–585. Mohammadkhani, K., "Une nouvelle construction monumentale achéménide à Dahaneh-e Gholaman, Sistan, Iran," Arta (2012.1) 1–18. Scerrato, U., "Excavations at Dahaneh-e Gholaman (Sistan-Iran), First Preliminary Report (1962–1963)," East and West, n.s. 16 (1966) 9–30. Schmitt, R., "Drangiana," in Encyclopaedia Iranica, vol. 7 (1995) 534–537.
Özü düşən ağlamaz (serial)
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Qulaman (Raz və Cərgəlan)
Qulaman- İranın Şimali Xorasan ostanının Raz və Cərgəlan şəhristanının Qulaman bəxşində şəhər. 2016-cı ilin məlumatına görə şəhərdə 2,867 nəfər yaşayır (860 ailə). Əhalisi Xorasan türklərindən ibarətdir və Xorasan-türk dilində danışırlar.
Tamaz Valerianoviç Qamkrelidze
Tamaz Valerianis dze Qamkrelidze (gür: თამაზ ვალერიანის ძე გამყრელიძე 23 oktyabr 1929, Kutaisi – 10 fevral 2021, Tbilisi) gürcü filoloq, şərqşünas və hetşünas. Hind-Avropa linqvistikası, qədim dillər, nəzəri dilçilik, struktur və tətbiqi dilçilik, kartvelologiya sahəsində bir çox görkəmli əsərlərin müəllifidir. O, 2005-2013-cü illərdə Gürcüstan Elmlər Akademiyasının prezidenti olub. Qamkrelidze Gürcüstan Sovet Sosialist Respublikasının tərkibində olan Kutaisidə anadan olub. 1952-ci ildə Tbilisi Universitetinin (TDU) şərqşünaslıq fakültəsini bitirmişdir.[1] 1964-cü ildən bu universitetin professoru, 1966-cı ildən isə struktur və tətbiqi dilçilik kafedrasının müdiridir. 1973-2006-cı illərdə Sereteli Şərqşünaslıq İnstitutunun (Tbilisi) direktoru olub. 1988-1995-ci illərdə Rusiya Elmlər Akademiyasının “Voprosi Yazikoznanya” jurnalının redaktoru olub. ABŞ Milli Elmlər Akademiyasının əcnəbi köməkçisi (2006), Amerika İncəsənət və Elmlər Akademiyasının xarici fəxri üzvü, Britaniya Akademiyasının müxbiri, Avropa Linqvistika Assosiasiyasının üzvü (1986-1988-ci illərdə Avropa Linqvistika Assosiasiyasının prezidenti), Avstriya Elmlər Akademiyasının məsul üzvü, Rusiya Elmlər Akademiyasının akademiki, Dünya İncəsənət və Elmlər Akademiyasının (2006) üzvü və Amerika Dil Assosiasiyasının fəxri üzvüdür. Qamkrelidze Bonn Universiteti və Çikaqo Universiteti tərəfindən fəxri doktor adına layiq görülüb. Tamaz Qamkrelidze 1991-ci ilin avqustunda Tbilisi Dövlət Universitetinin rektoru təyin edildi, lakin bu vəzifəni çox qısa müddətə icra etdi.[2] Qamkrelidze 1992-2005-ci illərdə Gürcüstan parlamentinin üzvü olub.
Özü Düşən Ağlamaz (teleserial, 2023)
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Jan Batist de Lamaz
Jan Batist de Lamaz (fr. Jean-Baptiste de la Maze) — Fransız yezuit din xadimi, İsfahanda və Şamaxıda fəaliyyətdə olmuşdur. == Həyatı == 21 fevral 1624-cü ildə Fransanın Paris şəhərində doğulmuşdur. 16 yaşında yezuit ordeninə daxil olub, 8 dekabr 1658-ci ildə dini and içmişdi. 1652-ci ildən bəri Fransada qrammatika, fəlsəfə və humanitar elmlər dərsi dedikdən sonra 1662-ci ildə Şərqə doğru katolik təriqətini yaymağa gəlmişdi. 2 il Suriyada qaldıqdan sonra, 1664-cü ildə Səfəvilər dövlətinə gəlmişdi. == Fəaliyyəti == 1664-cü ildə Klod İqnat Mersier ilə İsfahandakı Yeni Culfa məhəlləsinə gəlmişdi. 1674-cü ildə Mersierin ölümündən sonra 1676-cı ildə Yezuit missiyasınn rəhbəri təyin olunmuşdu. Onun burdakı əsas işi qriqorian erməniləri katolik məzhəbinə gətirməkdən ibarət idi. Farsca, türkcə və ermənicə bilirdi.
Köhnə əndəmic (Gülaman)
Köhnə əndəmic (Gülaman) — Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Yuxarı Əndəmic kəndindən qərbdə arxeoli abidə. == Tarixi == Divar qalıqlarına əsasən demək olar ki. evlərin tikintisində daş və möhrədən. bəzi evlərdə kvadrat formalı çiy kərpicdən istifadə edilmişdir. Evlər dördkünc formalıdır. Onlar bir, iki, bəzən isə üç otaqlıdır. Yaşayış binaları dağın yamacında yaradılan səkilərdə inşa olunmuşdur. Tədqiqat zamanı Son Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatına rast gəlinmişdir. Araşdırmalara əsasən demək olar ki, yaşayış yerində XIV-XVIII əsrlərdə yaşayış olmuşdur.