TUŞLAMAQ

f.
1. Nişan almaq, nişanlamaq, tuş qarovullamaq, hədəfə yönəltmək.
Yaşar haman saat tüfəngi [qurda] tuşlayıb çaxdı. M.Rzaquluzadə.

2. Yönəltmək, səmtləndirmək.
Kamal gözlənilməz bir sürətlə havada ilmək vurub, …təyyarəsini faşist təyyarəsinə tuşladı. M.Rzaquluzadə.

3. Bir şeyi nişanlayıb ona tərəf getmək; yönəlmək.
Yavaşca özümüzü sol tərəfə verdik və dəryanı tuşlayıb gəldik, çıxdıq bulvara. C.Məmmədquluzadə.
Maya birbaşa qaragözlü qızı tuşlayıb getdi. M.İbrahimov.

□ Əlini (barmağını) tuşlamaq – əli (barmağı) ilə bir şeyi və ya bir tərəfi göstərmək, əlini (barmağını) uzatmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TUŞLAMAQ TUŞLAMAQ Dayan. Qaçma, vurdum deyib yüyürdü; Tüfəngi tuşladı, çaxmağı çəkdi (R.Rza); NİŞAN ALMAQ Tələsdiyim üçün sərrast nişan ala bilmədi (H
TUŞLAMA
TUŞLANMA

Digər lüğətlərdə