Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Stupor
Stupor (lat. stupor "keylik, uyuşuqluq") — tibbdə, xüsusilə psixatriyada hərəki pozğunluğun bir növü. Mutizm (səssizlik) hərəkətsizliyi, taqətsizlik, halsızlıq, qıcığa qarşı reaksiya sönüklüyü.
Taupo
Taupo (ing. Taupo) — Yeni Zelandiyanın Şimal adasında yerləşən eyni adlı vulkanın kalderasında yerləşən şirinsulu göl. Gölün şimal-şərq sahillərində Taupo şəhəri yerləşir. Göldə yerləşən ən böyük ada Matutaikodur. Göldən ölkənin ən böyük çayı Uaikato başlayır. Gölə ümumilikdə 30 çay tökülür. Ən dərin nöqtəsi gölün mərkəzində yerləşir. Taupo Yeni Zelandiyanın ən böyük gölüdür. Üstəlik həm də Sakit okean və Avstraliya regionunun cənub hissəsinin ən böyük şirinsulu gölüdür. Səthinin sahəsi 616 km², maksimal dərinliyi 164 m, uzunluğu 44 km, sahil xətdinin uzunluğu 153 km, su hövzəsi 3327 km² təşkil edir.
Topor
Sopor (lat. sopor — keylik, süstlük, yuxu) (soporoz hal - lat. status soporosus) — şərti reflekslərin itməsi və reflektor fəaliyyətin saxlanılması ilə huşun qaralması və itməsi, qeyri adi və müəyyən "dərin yuxu". Xəstə ətraf mühitə qarşı tam laqeyd olub, tapşırıqları yerinə yetirmir, sualları cavablandırmır. Ağrı qıcıqlarına mimiki əzələlərlə cavab verir. Bəzən ağrının şiddətindən asılı olaraq digər hərəki reaksiyalarla da cavablandırıla bilinir. Bu hal topor da (ölüm yuxusu; ölümcül yuxu) adlandırılır.
Tulou
Tulou (çin. 土樓 - torpaq binası) – dairəvi, dördbucaq, düzbucaq və ya onların qarışığı formada olan Hakka etnik qrupun memarlığına aid olan ənənəvi bina növü. Baxmıyaraq ki, tulouların çoxu doğrudan da torpaqdan tikilmişdi, bu söz fərqli tikinti materialları növlərinin istifadəsi ilə qurulan binalar üçün istifadə edilir. Onlardan bəziləri qranitdən və ya yanmış kərpiçdən tikilib. Bu günə qədər qalmış ən böyük tuloular sadəcə torpaqdan yox, torpaqnan qum və sahetu adlanan əhəng daşların qarışığından tikilirdi. Buna görə Pan An tulou ifadəsini abadlı və ya kommunal bina (çin. 聚居建筑) ifadəsi ilə əvəzləməyə təklif edib. Halbuki, Çin yazıçıların çoxu onları hələ də tulou adlandırır. Fərqli növlərə aid olan, basılmış torpaqda tikilən evləri demək olar ki, Çinin bütün yerlərində tapmaq olar. Buna görə, ənənəvi Çin memarlığının araşdırmaçısı, Huan Hanmin tulou ifadəsi üçün Fucanda istifadə olunan tərifin daha uyğun olmasını yazır: tulou basılmış torpağın istifadəsi ilə qurulmuş, daşıyan divarla tikilən və bir icma (qrup və ya ailə) tərəfindən yaşayış üçün istifadə olunan böyük binadır.
Tupak
Tupak — Kişi adı. Tupak Şakur — afro-amerikan hip-hop ifaçısı. Tupak Amaru — İnk hökmdarı. Digər Tupak (Əbyəlil) — Rusiyada kənd.
Tupik
Kütdimdik (lat. Fratercula) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin təmizçilər fəsiləsinə aid heyvan cinsi.
Tuson
Tuson (ing.
Tuğay
Tuğay — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 439 nəfərdir (2009-cu il).
Tulon
Tulon (fr. Toulon) — Aralıq dənizinin Lacivərd sahilində, Faron dağının ətəyində şəhər və kommuna. Fransanın cənub-şərqində Provans-Alp-Kot-d'Azür bölgəsində, Var departamentində kommuna. Şəhər Var departamentinin prefekturasıdır (inzibati mərkəz), Tulon rayonu və dörd kantondur: Tulon-1, Tulon-2, Tulon-3, Tulon-4. Tulon limanı Fransanın ən mühüm və böyük hərbi dəniz bazasına ev sahibliyi edir. Kommunanın sahəsi 42,84 km², əhalisi 167,816 nəfərdir (2006). Əhalinin artımının sabit həddi: 164,899 nəfərdir (2012). Şəhərdə əhalinin sıxlığı 3849,0 nəfər / km² təşkil edir. Tulonun əsası burada bənövşəyi boyalar hasil edən finikiyalılar tərəfindən qoyulub. Merovinqlər dövründə Tulon yepiskopun oturduğu mərkəz idi.
Tudor
Tudor — İsveçrənin Cenevrə şəhərində yerləşən İsveçrə saat şirkətidir. 1926-cı ildə Rolex-in qurucusu Hans Wilsdorf tərəfindən yaradılmış brend Rolex-in törəmə şirkəti olaraq qalır; hər iki şirkət Hans Wilsdorf Fonduna məxsusdur.
Tudon
Tudon (fr. Toudon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokesteron kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 18,56 km², əhalisi — 262 nəfərdir (2006) artım tendensiyası ilə: 317 nəfər (2012), əhalinin sıxlığı 17,1 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 301 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 317 nəfər.
Tapey
Tapey — Kirti Monastırından olan gənc Tibet rahibi. Onun 27 fevral 2009-cu ildə Sıçuan əyalətinin Nqava şəhərində yerləşən bazarda özünü yandırmağa cəhd etməsi tibetlilərin özünü yandırması dalğasının başlanğıcı olmuşdur.
Tupa
Firəngotu (lat. Lobelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Emiliya Turey
Emiliya Turey (d. 6 sentyabr 1984; Həştərxan, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. Emiliya Turey Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Emiliya Turey Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Keysuke Tsuboy
Keysuke Tsuboy (d. 16 sentyabr 1979) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 40 oyun keçirib.
Kunoy adası
Kunoy(far. Kunoy) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 135 nəfər yaşayır. Sahəsi 35.5 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 830 m-dir. Simun av Skardi — farerli şair, siyasətçi və yazışı. Farer adalarının himnini yazmışdır.
Qabdulla Tukay
Məhəmmədarif oğlu Abdulla Tuqay ili (tatar Габдулла Тукай, Ğabdulla Tuqay, عبدالله توقاي‎; 14 (26) aprel 1886, Quşlauç[d], Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 2 (15) aprel 1913, Klyaçinsk ambulatoriyası[d], Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası) – Tatarıstan Xalq şairi, publisist, ədəbi tənqidçi, ictimai xadim və tərcüməçi. Tatar ədəbiyyatında tənqidi realizmin banisi. Abdulla Tuqay 26 aprel 1886-cı ildə Kazan quberniyasının Quşlauç kəndində doğulmuşdur. Kiçik yaşlarından yetim qalmışdır. İbtidai təhsilini Kırlay kənd mədrəsəsində almışdır. 1895-ci ildən sonra Uralsk şəhərində bibisinin yanında yaşamışdır. Burada Mutiullah mədrəsəsində oxumuşdur. Eyni zamanda mədrəsənin yanındakı rus sinfində də oxumuşdur. Orada tatar xalq ədəbiyyatı ilə yanaşı, ərəb, fars, türk, rus və digər xalqların ədəbiyyatları, Şərq və Qərb mədəniyyətləri ilə tanış olmuşdur. Abdulla Tuqay mədrəsədə oxuyarkən şeirlər yazmağa başlamışdır.
Quloy-xi
Quloy-xi və ya Quloyxi — İnquşetiya Respublikası ərazisindən axan çay. Quloy-xi çayı Assa çayının sağ qoludur. Çayın uzunluğu 24 km, su hövzəsinin sahəsi 161 km²-dir. Çay vadisində Vovnuşki müdafiə və gözətçi qalalarının son orta əsrlərə aid kompleksi var. Quloy-xi çayı mənbəyini Çeçenistanla sərhədin yaxınlığındakı Ceyrax rayonu dağlarından (Daxkinta dağının yamacı) götürür. Çay yaşayış məntəqələrindən uzaqda dağ dərəsi ilə qərbə doğru axır. Vadidə şam ağacı, qızılağac, söyüd, ağcaqayın, çaytikanı, gərməşov, başınağacı bitir. Meşələr əsasən çayın sol sahili boyunca uzanır. Çayda su axınının sürəti 2,2 m/s-dir. Çayın mənsəbi Assa çayının sağ sahili boyunca 103 km uzanır.
Qustavo Tsuboy
Qustavo Tsuboy (31 may 1985) — Braziliyanı təmsil edən stolüstü tennisçi. Qustavo Tsuboy Braziliyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Qustavo Tsuboy Braziliyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Qustavo Tsuboy Braziliyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Rupor antenası
Rupor antenası — açıq şüalanma ucu olan dəyişən (genişlənən) hissənin dalğa aparatından ibarət olan metal quruluşu. Tipik olaraq, bir rupor anten ruporun dar ucuna bağlanmış dalğa aparıcısı ilə idarə olunur.Rupor formasına görə, E-sektoral, H-sektoral, piramidal və konik buynuz antenaları fərqlənir. Rupor antenalar çox genişzolaqlı və təchizatı xəttinə çox yaxşı uyğundur - əslində anten lenti həyəcan verici dalğasının xüsusiyyətləri ilə müəyyən edilir. Bu antenalar radiasiya naxışının arxa loblarının aşağı səviyyədə olması (d40 dB-ə qədər) RF cərəyanlarının ruporun kölgə tərəfinə az sızması səbəbindən xarakterizə olunur. Aşağı qazancı olan rupor antenalar dizaynda sadədir, lakin yüksək (> 25 dB) qazanc əldə etmək ruporun ağzında dalğa düzəldici cihazların istifadəsini tələb edir. Belə qurğular olmadan, anten praktik olaraq uzun olmalıdır. Rupor antenalar həm müstəqil, həm də güzgü və digər antenlərin radiatorları kimi istifadə olunur. Struktur olaraq bir parabolik reflektorla birləşdirilmiş bir rupor antena, tez-tez ruporlu parabolik antena adlanır. Yaxşı bir xüsusiyyət dəsti və yaxşı bir təkrarlama səbəbi ilə, aşağı qazancı olan rupor antenalar tez-tez ölçmə antenaları kimi istifadə olunur. Rupor parabolik antenaya əsaslanan Dicke radiometr olan Holmdeyldəki bir radio teleskopunda Arno Penzias və Robert Woodrow Wilson 1965-ci ildə relikt radiasiyasını kəşf etdilər.
Tsin Şupey
Tsin Şupey (çin. 秦舒培; 10 avqust 1989, Kayfın[d]) və ya sadəcə Şu Pey – Çin supermodeli və aktrisası. DNA Models (Nyu-York), Oui Management (Paris) və VIE Models (Honkonq) agentlikləri ilə əməkdaşlıq edir. Boyu 178 santimetrdir. Tsin Şupey 10 avqust 1989-cı ildə Çinin Henan əyalətinin Kayfın şəhərində doğulmuşdur. Məktəb təhsilini ABŞ-nin Nyu-York şəhərində almışdır. Nyu-Yorkda təhsil alarkən model olmağa qərar vermişdir. Tsin 2007-ci ildə Next Management agentliyi ilə müqavilə imzalamışdır. 2007-ci ilin sentyabrında Nyu-York şəhərində baş tutmuş Rachel Roy şousunda model kimi debüt etmiş, Brian Reyes, Catherine Malandrino və Verrier brendləri üçün podiuma çıxmışdır. 2008-ci ilin avqustunda "British Elle", 2008-ci ilin avqustunda isə "Vogue China" jurnalının baş məqaləsində yer almışdır.
Tudor Argezi
Argezi (Arghezi) Tudor (əsl adı və soyadı Yon Teodoresku) 21 may 1880, Buxarest – 14 iyul 1967[…], Buxarest, Rumıniya Sosialist Respublikası) rumın şairi, yazıçı, publisist, tərcüməçi. Rumıniya EA-nın akademiki (1955), Rumıniya Dövlət mükafatı laureatı (1955). Tudor Argezi Cenevrə Univetsitetində təhsil almış, 1910-cu ildən naşir və publisist kimi fəaliyyətə başlamışdır. 1922–1924 illərdə "Rumın təfəkküru" jurnalına rəhbərlik etmişdir. "Gərəkli sözlər" (1927) şeir kitabının. "Taxta ikonalar" (1930) hekayələr toplusunun müəllifidir. "Bahar medalyonları" (1936), "Sətirlər" (1957) və s. kitablarında, "İnsan haqqında nəğmə" (1955) şeir silsilələrində insan ləyaqəti və yaradıcı əmək tərənnüm olunur, ahəngdar, bitkin forma, ideya və üslub radikalizmi ilə birləşir.
Tugay Kerimoğlu
Tuqay Kərimoğlu (tür. Tugay Kerimoğlu, 24 avqust 1970, İstanbul) — yarımmüdafiəçi kimi çıxış edən türkiyəli keçmiş peşəkar futbolçu. O, karyerasının böyük hissəsini "Qalatasaray" və "Blekbörn Rovers"-də keçirib. O, "Mançester Siti"-də Mark Hyuz ilə qısa müddətdə işlədikdən sonra "Qalatasaray" gənclər akademiyasının koordinatoru olub. O, 2013–14 mövsümündə "Qalatasaray"da Roberto Mançininin köməkçi məşqçisi olub. 2001-ci ildən 2009-cu ilə qədər İngiltərənin Blekbern Rovers komandasındə forma geyimişdir. Tuqay Blekberndən əvvəl Şotlandiyanın Qlazqo şəhərindəki Reyncers F.C. komandasındə 25 matç oynadı və üç qol vurdu. Tuqay ümumiyyətlə yarımmüdafiədə ya müdafiə meyilli, ya da oyun qurucu olaraq oynamaqdadır. İki ayağını da çox yaxşı istifadə edə bilən Tuqay uzun ötürmələri və uzaqdan atdığı məqsədəuyğun qapıya zərbələri ilə tanınar. Tuqayın bu enerjisi son iki mövsümdür müqaviləsinin yenilənməsiylə mükafatlandırılmışdır.
Tukay (Avurğazı)
Tukay (başq. Туҡай, rus. Тукаево) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Tukay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 50 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (76%) üstünlük təşkil edir. Divaev Raşit Mansuroviç (1929 — 2010) — BMSSR-nin Auırqazı rayonunda "Octyabr" kolxozunun baş aqronomu, Sosialist Əməyi Qəhrəmanı.
Tukay rayonu
Tukay rayonu (tatar. Тукай районы) — Rusiya Federasiyası, Tatarıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayon respublikanın şimal-şərqində, Kama çayınımn sağ sahilində yerləşir. İnzibati mərkəzi Yar Çallı şəhəridir (şəhər özü respublika tabeliyindəki bir şəhərdir və şəhər dairəsini təşkil edir.) Yar Çallı, Minzələ, Sarman, Zəy, Nijnekamsk, Alabuqarayonları ilə, Nijnekamsk su anbarı vastəsilə Mendeleyevsk və Əgerce rayonları ilə həmsərhəddir. Rayonunun inzibati ərazisinin sahəsi 1729.49 km²-dir. "Aşağı Kama" və "Borovets Klyuçi" Milli Parkları. 1920-ci ilə qədər Tukay rayonunun ərazisi Ufa vilayətinin Minzələ qəzasına daxil idi. 1920-ci ildə qəza yeni qurulan Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil olur. Rayon 1 oktyabr 1930-cu ildə mərkəzi Yar Çallı şəhəri olan Çallı rayonu olaraq qurulur. Rayon Çallı volostunun ərazisini, Abdulovskaya, Axmetyevskaya və Afanasyevskiy volostlarının bir hissələrini və Kuzkeevski və Şinqalçinski volostlarının bir neçə yaşayış məntəqəsini əhatə edirdi.
Tenöy
Tenöy (fr. Theneuille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03282. 2008-ci ildə əhalinin sayı 396 nəfər təşkil edirdi. 2007-ci ildə 243 yaşda olan (15-64 yaş arasında) 160 nəfər iqtisadi fəal, 83 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 65.8%, 1999-cu ildə 64.2%) idi. Fəal olan 160 nəfərdən 141 nəfər (79 kişi və 62 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi. 83 hərəkətsiz 20 nəfər arasında şagird və ya tələbə, 38 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Tüdo
Tuado — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 457 nəfərdir. Oykonim talış dilindəki tıı (tut) və do (ağac) sözlərindən ibarət olub (-a mənsub, bildirir), “tut ağacı” mənasındadır. Görünür, kəndin salındığı ərazidə və ya yaxınlığında çoxlu tut ağacı olduğu üçün belə adlanmışdır. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tuado və Köhnə Gəgir kəndləri Gəgiran kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Tuado kəndi olmaqla Tuado kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Elizabet Tüdor
Elizabet Tüdor, Lalə Həsənova və ya Lalə Elizabet Tüdor Hassenberq (26 iyul 1978, Bakı) — yəhudiəsilli azərbaycanlı fantastik əsər yazıçısı və hüquqşünas. 1978-ci ildə Bakı şəhərində anadan olan Tüdor (və ya Lalə) 1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetini, 2013-cü ildə Florida Beynəlxalq Universitetini və 2015-ci ildə Mayami Hüquq Məktəbi Universitetini bitirmişdir. Yazıçı fəaliyyətinə 1994-cü ildə başlamış və özünə yazıçılıq janrı kimi elmi-fantastikanı seçmişdir. O, Beynəlxalq Rusdilli Yazıçılar Federasiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, həmçinin "The New Contemporary" və "Broad Universe" kimi beynəlxalq yazıçılar birliklərinə də üzvdür. 2016-cı ildə Tüdor ABŞ-ın ən qədim və ən geniş peşəkar yazıçılar birliyi olan "Authors Guild"ə üzv olmuşdur. Bədii yaradıcılığa uşaq yaşlarından başlayan Tüdor müəyyən müddət ixtisası üzrə vəkillik karyerası qurmağı düşünsə də, 1998-ci ildən o özünü bədii yaradıcılğa həsr edir. Yazıçı bütün əsərlərini rus dilində yazmaqdadır. Onun ədəbi təxəllüsü isə Elizabet Tüdordur. Tüdorun "War of Times" adlı ilk çap əsəri 2001-ci ildə dövriyyəyə buraxılmışdır.
Mariya Tüdor
Mariya Tüdor (ing. Marie d'Angleterre) (18 mart 1496, Riçmond sarayı[d], Böyük London regionu[d] – 25 iyun 1533 və ya 1533) — Fransa kralı XII Lüdovikin xanımı, Fransa kraliçası. O, İngiltərə kralı VII Henri və xanımı Yorklu Elizabetin ən kiçik qızıdır. İlk ərinin vəfatından sonra Suffolk hersoqu Karl Brandonla evləndi. Fransada gizlicə baş tutan bu evlilik üçün qardaşı VIII Henrinin icazəsini almadığı üçün cütlük bir müddət İngiltərəyə dönə bilmədi. Nəhayət, cütlük yüklü miqdarda cərimə ödəyərək bağışlandı və vətənə döndülər. Mariya Tüdorun ikinci nigahından 4 övladı dünyaya gəldi. Bunlardan Fransiska Brandon, 1553-cü ilin iyulunda 9 günlük İngiltərə kraliçası olan Ceyn Qreyin anasıdır. Mariya İngiltərə kralı VII Henri Tüdor və xanımı Yorklu Elizabetin beşinci və yetkinlik yaşına çatan ən kiçik övladı idi. 18 mart 1496-cı ildə Riçmond sarayında dünyaya gəldi.
Marqarita Tüdor
Marqarita Tüdor (ing. Margaret Tudor) (28 noyabr 1489 və ya 1489, London – 18 oktyabr 1541[…] və ya 1541) — Şotlandiya kralı IV Ceymsin xanımı, Şotlandiya kraliçası. O, İngiltərə kralı VII Henri və xanımı Yorklu Elizabetin qızıdır. Ərinin ingilislərlə müharibədə həlak olmasının ardından taxta çıxarılan 1 yaşlı oğlu V Ceymsin yerinə 2 il boyunca naiblik etmişdir. Marqaritanın IV Ceymslə baş tutan bu evliliyi təxminən 100 il sonra İngiltərə və Şotlandiya krallıqlarının birləşməsi ilə nəticələndi. Belə ki, onun ilk nikahından doğulan nəvəsi Mariya və ikinci nikahından doğulan nəvəsi Henri Stüart evlənmiş, bu cütlüyün yeganə övladı olan Ceyms isə 1567-ci ildə Şotlandiya, 1603-cü ildə İngiltərə kralı elan edilmişdir. Nəticədə hər 2 krallıq sonsuza qədər birləşmişdir. Marqarita Tüdor 28 noyabr 1489-cu ildə İngiltərə kralı VII Henrinin böyük qızı olaraq Vestminster sarayında dünyaya gəldi. 2 gün sonra Həvari Andreyin anma günündə Müqəddəs Marqarita kilsəsində vəftiz edildi və nənəsi Marqarita Byufortun şərəfinə Marqarita adını aldı. Uşaqlıq illəri ilə bağlı ilk məlumat 8 yaşına aiddir.