UZUNSOV

UZUNSOV – GÖDƏRƏK Yağış mənimlə gedir; yumru, uzunsov damcılarla; hopub qatar pəncərəsinə (R.Rza); Gödərək oğlan yerindən icazəsiz söz atdı (İ.Əfəndiyev).

UZUNLUQ
ÜFUNƏTLİ
OBASTAN VİKİ
Uzunsov ardıc
Juniperus communis var. saxatilis (lat. Juniperus communis var. saxatilis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinin adi ardıc növünə aid bitki yarımnövü. Kiçik Asiya dan təsvir edilmişdir. Alçaqboyu, yerə sərilən və ya sürülən koldur. Cavan budaqları sarımtıl-qırmızıya çalır. Yaşlı budaqlarının rəngi bozdur, iynəyarpaqları sıx, xətvarı olub, ağ zolaqlıdır. Yarpaqlarının uzunluğu 10-16 mm-ə qədərdir, kirəmit kimi bir-birinin üzərinə sərilmişdir, azca əyridir, neştərvarı-xətvarıdır, ucu qısa və sivridir, üst tərəfi azca novaoxşardır, alt tərəfində küt bir tili vardır. Qozaları saplaqsız və ya qısa ayaqcıqlar üzərində kürəşəkilli, qara rəngdədir, üstündə göyümtül ləkə vardır, diametri 6-9 mm, yarpaqları boyda və ya çox vaxt onlardan bir qədər uzundur.
Uzunsov danaayağı
Uzunsov danaayağı (lat. Arum elongatum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin danaayağı cinsinə aid bitki növü. Çoxillik bitkidir. Kök yumruları yastıtəhərdəyirmidir.Gövdə yarpaq saplağından uzundur. Örtük neştərvaridir, uzanmışdır,xaricdən yaşıl və ya tünd qırmızıdır, sivri sonluğu gərilmişdir. Yarpaqları saplaqdan qısadır,uzanmış-nizəşəkilli formadadır, orta bölümü kütləşmişdir, uzunsovdur, kənardakılar 2-3 dəfə qısadır, qabarıq və ya geriyə qatlanmışdır. Qıça törəmələri iyşəkillidir, qısa saplaq üzərindədir, qalındır və uzunluğu 20 sm-ə qədərdir, örtükdən azacıq qısadır,bənövşəyi və ya tünd-qırmızı rəngdədir. May ayında çiçəkləyir və elə may ayında da meyvə verir. Otlu yamaclarda, dərələrdə, kolluqlarda və meşədə bitir. BQ (Quba), Qobustan, BQ şərq, Kür düzənliyi, KQ (hər yerində) Naxç.
Uzunsov xırdaləçək
Uzunsov xırdaləçək (lat. Erigeron elongatus) — xırdaləçək cinsinə aid bitki növü.
Uzunsov zirinc
Uzunsov zirinc (lat. Berberis oblonga) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Təbiətdə növün arealı Tyan-Şyan və Pamir-Alay dağlarını əhatə edir. Qırğızıstanın Çatkal rayonunda təsvir edilmişdir. Hündürlüyü 2,5 m-dək olan budaqlı koldur. Cavan budaqları qonur, qocaları boz olur. Yarpaqları tərs yumurtavarı, uzunsov və ya ellipsvarı, uzunluğu 6 sm-dək, küt, saplaqlı, kənarları bütöv və ya bir az dişli, üstü bozumtul-yaşıl, alt tərəfi göyümtüldür. İynələri sadə və ya 3 yerə bölünmüş, uzunluğu 15 mm-dəkdir. Çiçəklərin diametri 1 sm-dək, şaxələnmiş süpürgəvarı salxımlarda, əsasən 10-20 ədəd, bəzən çoxdur. Çiçək saplaqlarının uzunluğu 8 mm-dəkdir.
Uzunsov zəravənd
Ağəsməyəbənzər zəravənd (lat. Aristolochia clematitis) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Uzunsovmeyvə böyürtkən
Uzunsovyarpaq südləyəni
Uzunsovyarpaq südləyən
Uzunsovyarpaq südləyən (lat. Euphorbia oblongifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Çoxillikdir, hündürlüyü 30(20)-70 sm-dir. Yarpaqları (üst tərəfindən başqa) qısa saplaqlı, küt-ürəkşəkilli, uzunsov, uzunluğu 3–8 sm-dir. Çiçəklər 5–8 saydadır, qoltuq tumurcuğunda olduğu kimi 1–2 dəfə yarıya bölünmüşdür. Qın yarpaqları uzunsov, sivriləşmiş, uzunluğu 1,5–3,5 sm, yarımdairəvidir. Qədəhcik enli-zıngrovlu, uzunluğu 2-,25 mm, içərisi tükcüklü, qısa-yumurtaşəkilli, qısalmış və kirpikcikli qanadlıdır. Qutucuq yastılanmış yumurtaşəkilli, üç dərinşırımlı və dairəvi qabarıq nöqtə şəklində qanadlıdır.

Digər lüğətlərdə