Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vidadi
Vidadi — kişi adı və təxəllüs.
Vidadi Abbasov
Vidadi İldırım oğlu Abbasov (1953, Ağdam – 27 avqust 1992, Qazançı, Ağdam rayonu) - şəhid. == Həyatı == Vidadi Abbasov 1953-cü ildə Ağdam şəhərində anadan olub. 27 avqust 1992-ci ildə Ağdərə rayonunun Qazançı kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Şəhidlər unudulmur Vətənimizin azadlığı uğrunda və ərazi bütövlüyümüzü qoruyarkən həlak olmuş şəhidlərimizin hər hansı bir məkanda adı çəkiləndə rəhmət diləyərək ehtiramla yad edirik. Haqqında söhbət açmaq istədiyim vətənpərvər ogullardan biri də Vidadi İldırım oğlu Abbasovdur. 1953- cü ildə Ağdam şəhərində ziyalı bir ailədə dünyaya göz açmış Vidadi gözəl bir mühitdə böyüyərək boya - başa çatmış, 1 nömrəli şəhər orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. Agdam rayon Kənd Təsərrüfatı texnikumunu bitirdikdən sonra ordu sıralarına çağırılmışdır. Əvvəl Rusiyada , sonra isə Qazaxıstanda tank komandiri olmuşdur. Ordu sıralarından tərxis olunduqdan sonra leytenant rütbəsini alaraq vətənə qayıtmış və Ağdam rayon 50 nömrəli texniki peşə məktəbində müəllim işləmişdir. 1988- ci ildə Qarabağda 150 il əvvəl rus imperiyası tərəfindən vaxtilə məskunlaşdirılmış ermənilər öz havadarlarından təlim alaraq təxribatlar törədir, vaxtı ilə qonşu olduqları Azərbaycanlıları qətlə yetirir və türkləri öz dədə- baba torpaqlarından didərgin salmağa başlamışlar.
Vidadi Allahverdiyev
Vidadi Fazil oğlu Allahverdiyev (13 mart 1988; Xızı rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vidadi Allahverdiyev 1988-ci il martın 13-də Xızı rayonunun Giləzi qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuş olan Vidadi Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Allahverdiyev sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Xızı rayonunun Giləzi qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vidadi Allahverdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vidadi Babanlı
Babanlı Vidadi Yusif oğlu (5 yanvar 1927, Birinci Şıxlı) — nasir, şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi (1986), Prezident təqaüdçüsü. "Şərəf" (2022) == Həyatı == Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Şıxlı kəndində müəllim ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır (1944–1949). Bir il Sabirabad şəhər orta məktəbində müəllim işləmiş, sonra Bakıya köçüb "Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır. Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilmiş, orada aspiranturaya daxil olsa da, səhhəti üzündən Bakıya qayıtmalı olmuşdur. Burada "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri işləmişdir (1954–1960). Yaradıcılıqla əlaqədar Sumqayıt şəhərində fəhlə yataqxanasında tərbiyəçi olmuş, əsərinə material toplamışdır. "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinə başçılıq etmişdir (1961–1968). C. Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi (1974–1976), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978–1981) olmuşdur. Hazırda bədii yaradıcılıqla məşğuldur.
Vidadi Cabbarlı
Vidadi Cəbrayıl oğlu Cabbarov (28 mart 1997; Lerik rayonu, Azərbaycan — 20 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vidadi Cabbarov 1997-ci il martın 28-də Lerik rayonunun Piran kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Vidadi Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Cabbarov oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Cabbarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Cabbarov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Vidadi Cabbarov
Vidadi Cəbrayıl oğlu Cabbarov (28 mart 1997; Lerik rayonu, Azərbaycan — 20 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vidadi Cabbarov 1997-ci il martın 28-də Lerik rayonunun Piran kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Vidadi Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Cabbarov oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Cabbarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Cabbarov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Vidadi Həsənov
Vidadi Həsənov (16 iyul 1958, Gəncə, Azərbaycan SSR) — Azərbaycan aktyoru, ssenari müəllifi, Azərbaycan Respublikasının xalq artisti (2019), "M. Teatr Production"un bədii rəhbəri (2016-cı ildən), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Vidadi Həsənov 1958-ci ilin iyulun 16-da Gəncədə anadan olub. Gəncə şəhər 37 saylı məktəbi bitirib. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Cəfər Cabbarlı adına Gəncə dövlət dram teatrında fəaliyyətə başlayıb. 1980-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunun dram və kino aktyoru ixtisasına daxil olub. İnstitutun Tədris Teatrında aktyor kimi iştirak edib. Vidadi Həsənov 1986-cı ildə həmin universitetdə müəllim kimi fəaliyyətə başlayıb. Aktyor 1990-cı ildən isə YUĞ teatrında çalışır. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin "Estrada rejissoru" kafedrasının dosentidir. 2008-ci ildə "Şair olmaq istəmirəm" adlı şeirlər kitabı çıxıb.
Vidadi Muradov
Vidadi Muradov (memar)
Vidadi Musayev
Vidadi Həsən oğlu Musayev (5 dekabr 1948, Nərimanlı, Basarkeçər rayonu – 14 noyabr 2018, Bakı) — Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Texniki Universitetinin “Kompüter sistemləri və şəbəkələri” kafedrasının müdiri, texniki elmlər doktoru, professor. == Həyat == 1948-ci il dekabr ayının 5-də Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndində anadan olmuşdur. 1971-1973-cü illərdə Sovet Ordusu sıralarında zabit kimi xidmət etmişdir. == Təhsili == 1971-ci ildə Azərbaycan Texniki Universitetinin (keçmiş Ç.İldrım adına Azərbaycan Politexnik institutu) Avtomatika və Hesablama Texnikası fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == Paylanmış parametrli mürəkkəb idarəetmə sistemlərində dinamiki proseslərin tədqiqi, “Bulud” texnologiyaları infrastrukturunun işlənməsi. 1974-1983-cü illərdə ETLİNeftkimyaavtomat elm-istehsalat birliyində kiçik elmi işçi, böyük elmi işçi, elmi-tədqiqat laboratoriyasının müdiri, 1983-cü ildən Azərbaycan Texniki Universitetinin “İnformatika və kompüter texnikası” kafedrasının dossenti 2000-2007-ci illərdə həmin universitetdə prorektor 2007-ci ildən “Kompüter sistemləri və şəbəkələri” kafedrasının müdiri işləyir.AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu nəzdində dissertasiya şurasının, BDU nəzdində Riyaziyyat İnstitutunun dissertasiya şurası seminarının, “AzTU-nun Elmi əsərləri” elimi-texniki və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Texnologiyaları Problemləri” elmi-texniki jurnallarının redaksiya heyətinin üzvüdür. Mütəmadi olaraq doktorluq və fəlsəfə doktoru dissertasiya işlərinə apponentlik edir. 200-dək elmi işlərin, o cümlədən 10 dərslik və dərs vəsaitinin, bir neçə metodiki vəsaitlərin, dörd monoqrafiyanın (onlardan biri Almaniyada nəşr edilmişdir) müəllifidir. Vidadi Musayevin rəhbərliyi ilə kafedrada “Paylanmış parametrli mürəkkəb sistemlərin identifikasiyası və idarə edilməsi” mövzusunda dövlət büdcəli ETİ iş yerinə yetirilir. İxtisas qrupunun tələbələrini cəlb etməklə kafedrada prof.
Vidadi Məmmədov
Vidadi Məmmədov (aktyor) — aktyor. Vidadi Məmmədov (yazıçı) — yazıçı. Vidadi Məmmədov (şəhid) — 20 yanvar şəhidi. Vidadi Məmmədov (əsgər) — Vətən müharibəsi şəhidi.
Vidadi Nəciyev
Vidadi Məhərrəm oğlu Nəciyev (1966, Bakı – 1985, Əfqanıstan) — Əfaqanıstan müharibəsində həlak olan Azərbaycan hərbçisi. == Həyatı == Vidadi Nəciyev 1966-ci il yanvar ayının 1-də Bakı şəhərində anadan olmuşdur. 1974 – cü ildə Yardımlı rayon M.F.Axundov adına rayon 1 saylı orta məktəbin I sinifinə daxil olub və məktəbdə oxuduğu müddətdə cəsur, ağıllı, çalışqan şagird olub. Müəllimlərinin və sinif yoldaşlarının sevgisini qazanıb. 1984-cü ildə isə həmin məktəbi bitirmişdir. 1984-cü ilin may ayında əsgəri xidmətə çağrılmışdır. Əvvəl Türkmənistanın Aşqabad şəhərində xidmətdə olmuş. Vidadi Nəciyev intizamlı hərbçi olduğuna görə Əfqanistana aparılmış və orada “Kəşfiyyatçı Bölüyü”ndə xidmət etmişdir. 1985–ci ildə Yaxşı xidmətinə görə qulluq etdiyi hərbi hissə tərəfindən “Təşəkkürnamə” ilə təltif olunmuşdur. Vidadi Nəciyev 1985-ci il iyul ayının 5 - də Əfaqanistanda gedən döyüşdə həlak olmuşdur.
Vidadi Nərimanbəyov
Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (13 iyul 1926, Kann – 13 dekabr 2001, Bakı) — Azərbaycan SSR xalq rəssamı. == Həyatı == Vidadi Yaqub-Fərman oğlu 1926-cı ildə Fransanın Kann şəhərində dünyaya göz açmışdı. İlk addımlarını da qürbət ölkədə atmışdı. Valideynləri qəriblikdə çox qala bilməyib doğma vətənə qayıtdılar. İkinci dünya müharibəsi bu ailənin də həyatına təsir etdi. Qorxu, səksəkə yeniyetmə Vidadinin dincliyini, rahatlığını aldı. Dövrün amansızlıqlarına qarşı nifrətini kağız üzərində "Nədir günahımız?" adlı ilk əsərində təsvir etdi. İllər ötüb keçdi. Müharibə əzabları tədricən unuduldu. Vidadi də yaradıcılıq həvəsi ilə düşündü, axtarışlar apardı, eskizlər etdi.
Vidadi Orucov
Orucov Vidadi Ömər oğlu (12 may 1956, Başkeçid) — azərbaycanlı alim, elmlər doktoru. == Həyatı == Vidadi Ömər oğlu Orucov 1956-cı il may ayının 12-də Gürcüstan Respublikası, Başkeçid (indiki Dmanisi) rayonunun Qızıl-kilsə kəndində anadan olmuşdur. 1973-cü ildə Qızılkilsə kənd orta məktəbini, 1982-ci ildə ADU-nin (indiki BDU-nu) Fizika fakültəsini bitirmişdir. 1998-ci ildə "Karbon və azot atomlarının dəmir nikel və dəmir manqan ərintilərində atomların paylanmasına, faza keçidlərinə və xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fizika üzrə fəlsəfə doktoru, 2014-cü ildə isə "Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafı: əsas istiqamətlər, metodlar, aktual problemlər" mövzusunda elmlər doktorluğu üzrə dissertasiya müdafiə edərək pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. Əmək fəaliyyətinə 1973-cü ildə Bakı Tunel-tikinti İdarəsində fəhləliklə başlamışdır. 1983-cü ldə Bakı şəhər 25 saylı texniki peşə məktbinin Azad Komsomol Təşkilat katibi, 1990-cı ildən Nizami rayon "Bilik" Cəmiyyətinin məsul katibi, 1992–1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili idarəsində mütəxəssis vəzifəsində işləmişdir. 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru vəzifəsində çalışmış, 2016-cı ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru vəzifəsində çalışır. 12 may 2006-cı ildə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. Ailəlidir, üç övladı, nəvələri var. == Məqalələri == 1.Fizikanın öyrədilməsi ilə bağlı еlmi fikirlərin inkişafı Mоnоqrafiya "Nurlan" nəşriyyatı, 2006 166 s.
Vidadi Qafarov
Vidadi Ramiz oğlu Qafarov (d. 29 dekabr 1961, Lənkəran) — Teatrşünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti. == Həyatı == Vidadi Qafarov 1961-ci il dekabrın 29-da Lənkəran şəhərində anadan olub. 1989-cu ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) "Teatrşünaslıq" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1990–1994-cü illər ərzində N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışıb, 1994–1997-ci illərdə AMEA Memarlıq və İncəsənət İnstitutunun əyani aspiranturasında təhsil alıb. 1997-ci ildən həmin İnstitutun "Teatr, kino və televiziya" şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləyib. 2014-cü ildən "Teatr, kino və televiziya" şöbəsinin müdiri vəzifəsində çalışır. 2015-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti kimi pedaqoji fəaliyyət göstərir. "Azərbaycan teatrının janr xüsusiyyətləri: təşəkkül dövrü" mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə edib (2009), sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentdir (2014).
Vidadi Rzayev
Rzayev Vidadi Vaqif oğlu (4 sentyabr 1967, Gəncə, Azərbaycan SSR, SSRİ) — sovet və Azərbaycan futbolçusu, məşqçi. == Həyatı == Vidadi Rzayev karyerasında sonuncu oyununu XV Azərbaycan çempionatının sonuncu turunda Qaxda Simurq ilə görüşdə keçirib. Maraqlıdır ki, veteran futbolçu karyerasında sonuncu qolunu da məhz elə bu komandaya vurub: "İlk dövrədə "Şəfa" stadionunda "Simurq"la görüşdə 3:0 hesabı ilə qələbə qazandıq. Karyeramda sonuncu oyunumda uduzmadığıma görə çox sevindim. Səfər oyununda iki dəfə hesabda geridə olsaq da, oyunu 2:2 hesabı ilə başa vurduq". Qeyd edək ki, karyerasında son iki ili "Olimpik"də keçirən V.Rzayev "Turan", "Neftçi", "Kəpəz", "Şəmkir", "Qarabağ-Azərsun", Rusiyada "Terek", Türkiyədə "Ərzurumspor", İranda "Miss-Kerman" klublarında çıxış edib. O, "Turan", "Neftçi", "Kəpəz" və "Şəmkir" klublarının heyətində qızıl medallar qazanaraq, 7 dəfə ölkə çempionu olub. V.Rzayev 1996-cı ilin avqustun 31-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrə yığmasına vurduğu qolla milli komandamıza rəsmi oyunlarda ilk qələbəni qazandıran futbolçu olub. == Uğurları == Azərbaycanda ilin futbolçusu: (1) – 1996 Vidadi Rzayev azarkeşlərin yadinda Neftçi Pyunik matçinda ermənilərin qapisina vurduğu qolla düşür.Bundan başqa o Azərbaycan milisinin ilk rəsmi qələbəsinin memari olub . O 1996 ci ilin payzinda keçrilən Azərbaycan İsveçrə oyununda qol vuramaqla Azərbaycan milli komandasina ilk ilk rəsmi qələbə qazandırdı.
Vidadi Rüstəmov
Vidadi Tofiq oğlu Rüstəmov 1973-cü il iyulun 6-sı, Bakı şəhərində anadan olub. 1980-1990-cı illərdə 45 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə Azərbaycan Kooperasiya texnikumuna daxil olub. 1992-2006-cı illərdə fərdi bizneslə məşgul olub. 2006–cı ildən kino sahəsində prodüser kimi fəaliyyət göstərir. Hazırda "Buta Film" kino şirkətində direktor vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var. 2006 "Günəş şəhəri" – rejissor assistenti (sənədli film. Rej. A.Rüstəmov.
Vidadi Rəcəbov
Vidadi Həsən oğlu Rəcəbov (19 yanvar 1966) – Azərbaycan aktyoru. Naxçıvan MR əməkdar artisti (2000), Azərbaycan Respublikasının əməkdar artisti (2008). == Həyatı == Vidadi Rəcəbov 19 yanvar 1966-cı ildə doğulub. 1986-1988-ci illərdə N.Krupskaya adına Bakı Mədəni-Maarif Texnikumunun dram fakultəsində təhsil alıb. 1996-cı ildən Naxçıvan Dövlət Dram Teatrında aktyor işləyir. 1997-ci ildə Naxçıvan televiziyasında diktor işləyib. "Gerçəklik" şerlər kitabının müəllifidir. V. Rəcəbli 2000-ci ildə Naxçıvan MR əməkdar artisti, 2008-ci ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına layiq görülüb. == Yaradıcılığı == Teatrın səhnəsində 70-dən çox müxtəlif səpkili obrazlar canlandırıb. Teatrda işlədiyi müddətdə dram, musiqili dram, komediya, musiqili komediya, tragikomediya, faciə, alleqoriya janrlarında obrazlar silsiləsi yaradıb.
Vidadi Salahov
Vidadi Salahov (Vidadi Koroğlu oğlu Salahov ; 31 dekabr 1957 – 14 oktyabr 2018) — tarix üzrə fəlsəfə doktoru, "Turan-exspress" qəzetinin baş redaktoru,"Tərəqqi" medalı laureatı, Tarix elmləri doktoru, professor, Qazaxıstan hökuməti yanında Dövlət Tarixi İnstitutunun Tarix Akademiyasının akademiki, Qazaxıstanın Azərbaycan Mədəniyyət Mərkəzləri Birliyinin rəhbəri. == Həyatı və fəaliyyəti == Vidadi Koroğlu oğlu Salahov 1957-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Bağlıpəyə kəndində anadan olmuşdur. 1978–1983-cü illərdə Voronej Dovlət Universitetinin tələbəsi olmuşdur. Tarix üzrə fəlsəfə doktorudur. 1983–1987-ci illərdə Tselinoqradda 23 saylı orta məktəbin tarix muəllimi kimi calışmışdır. Beynəlxalq Ekologiya və Energetika Akademiyasının müxbir üzvüdür. 1987–1992-ci illərdə Kemerov vilayəti Tastaqol rayonunun Kondama kəndinin orta məktəbinin tarix muəllimi kimi fəaliyyət göstərmişdir. 1994–1997-ci illərdə Akmola vilayətinin Tselinoqrad rayonunun "Priziv" qəzetində muxbir vəzifəsində işləmişdir. 1997–2004-cü illərdə "Akmola" Astana şəhərində fəaliyyət gostərən "Azamat", "Times" qəzetinin müxbiri olmuşdur. 2004-cü ildə "Turan-exspress" qəzetinin baş redaktoru vəzifəsində calışmağa başlamışdır.
Vidadi Sevzixanov
Sevzixanov Vidadi Sevzixan oğlu — "Qusar" qəzetinin baş redaktoru, Əməkdar jurnalist (2010). == Həyatı == Vidadi Sevzixanov 1954-cü il martın 27-də Azərbaycan Respublikası Qusar rayonunun Həzrə (Yargun) kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra (1977) Qusar rayonunda Azərbaycan və ləzgi dillərində nəşr olunan "Qusar Kцlaр" qəzetində çalışır. 1999-cu ildən bu qəzetin baş redaktorudur. Azərbaycan Respubliksı Prezidentinin 21 iyul 2010-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür.Qəhrəmanları rayonun sadə zəhmət adamları, elm, sənət, siyasət xadimləri olan azərbaycan, ləzgi və rus dillərində dərc olumuş oçerk, məqalə, portret və müsahibələrin, "Ömürlər, anlar" kitabının müəllifi, yerli yazarların onlarla kitabının tərtibçisi və redaktorudur.Üç övladı, yeddi nəvəsi vardır.
Vidadi Tağızadə
Vidadi Məmməd oğlu Tağızadə (d. 2 iyun, 1954, Şərəfxanlı, Ağcabədi rayonu, Azərbaycan SSR – ö. 13 iyun 2014, Sumqayıt, Azərbaycan ) — Telejurnalist, şair, publisist. == Həyatı == Vidadi Tağızadə 1954-cü ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olub. 1982-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir. 10 il Ağcabədi rayonu Hindarx kənd orta məktəbində rus dili müəllimi işləmişdir. Vidadi Tağızadə uzun illər respublika mətbuatında müxtəlif səpkili yazılarla çıxış etmişdir. 13 iyun 2014-cü ildə Sumqayıt şəhərindəki Dünya TV-də canlı olaraq yayımlanan Bu sabah verilişində dünyasını dəyişmişdir. == Əsərləri == Ölümün üstünə yeriyən əsgər, Bakı:Maarif, 1993. Sən ellər oğlusan, Bakı:Təhsil, 1994.
Vidadi Umudlu
Vidadi Umudlu (tam adı: Vidadi Umud oğlu Umudlu; 5 fevral 1959, İmişli) — Azərbaycan tarixçisi, AMEA Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı Laureatı. == Həyatı == Vidadi Umud oğlu Umudlu 1959-cu il fevralın 25-də İmişli rayonunun Otuzikilər kəndində anadan olmuşdur. 1976-cı ildə İmişli şəhər 1 saylı orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1976–1980 illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil almışdır. 1980–1983 illərdə İmişli şəhər 2 saylı orta məktəbində tarix və ictimaiyyat müəllimi vəzifəsində çalışmışdır. 1984-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə köçmüşdür. 1984-cü ildə Azərbaycan Neft və Sənaye Universitetinin Fəlsəfə kafedrasında baş laborant, Azərbaycan tarixi kafedrasında isə saat hesabı müəllim vəzifəsində çalışmışdır. 1985–1989 illərdə Nizami rayonu mənzil idarəsində təşkilatçı-müəllim işləmişdir. 1990-cı ildən Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutu "Azərbaycanın yeni tarixi" şöbəsində işləyir. 1989–1993 illərdə Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun qiyabi aspirantı olmuşdur.
Vidadi Xəlilov
Vidadi Xəlilov (pedaqoq)
Vidadi küçəsi
Vidadi küçəsi — Bakı şəhərinin Səbail və Nəsimi rayonu ərazisində yerləşən bir zolaqlı və bir istiqamətli sonu piyadalar zonasına keçən dahi Azərbaycan şairi Molla Vəli Vidadinin adını daşıyan küçə. == Tarixi == Əvvəllər o, "Tserkovnaya" adlanırdı Yalnız 1923-cü ildə bolşeviklər küçənin adını dəyişərək ona məşhur maarifçi şairin (doğrudur, bir dövrdə o, həmin dövr üçün daha "məqbul" sayılacaq Proletarskaya da adlanıb — red.) adını veriblər. Küçənin "Tserkovnaya" adı daşıması isə yalnız Bakının deyil, bütün Azərbaycanın ən qədim rus kilsəsinin — Mixail Arxangel pravoslav kilsəsinin məhz bu küçədə yerləşməsilə (kilsə bu gün də yerindədir) əlaqədar idi. O, 1841–1849-cu illər arasında tikilib və Zərgərpalan (keçmiş Spasskaya) küçəsinin tinində yerləşir..Küçə uzun müddət "Tserkovnaya" adlanıb və bir məqam olmasaydı, bu ad çoxdan unudulmuşdu. 1936-cı ildə İttifaqda kütləvi edamların müjdəçisi kimi, dini obyektlərə qarşı dövlət vandalizmi həyata keçirilirdi. Bakıda da bir çox məscid və kilsələr, xüsusilə onların ən böyükləri sökülmüşdü. Bu kilsəni isə sadəcə bağlamışdılar və ondan yataqxana kimi istifadə edilirdi. Kilsə yalnız müharibədən sonra açıldı. İnqilabdan əvvəlki dövrdə Tserkovnaya küçəsi bugünkündən bir qədər kiçik idi. O, Verxnıy Naqornıy (hazırda Abdulla Şaiq) küçəsindən başlayırdı və Təzə pir adlanan ərazinin bir hissəsindən keçir, "Bolşoy Morskoy" küçəsinədək (SSRİ dövründə Kirov prospekti, hazırda Bülbül küçəsi) uzanırdı.Bu küçənin tikintisinə lap çoxdan, XIX əsrin 20-ci illərinin sonlarından başlanılmışdı.
Vidadi İsayev
Vidadi İsayev (18 aprel 1959, Cul, Əzizbəyov rayonu) — Bərdə Rayon İcra Hakimiyyətinin başçısı (3 mart 2011 – indi). == Həyatı == İsayev Vidadi İsa oğlu 18 aprel 1959-cu ildə Ermənistan SSR-nin Əzizbəyov rayonunun Artavan kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. 1980–1985-ci illərdə Ağdaş rayon Qaradeyin kənd orta məktəbində tarix müəllimi, 1986–2004-cü illərdə Mərkəzi Dövlət Arxivinin Yevlax filialının müdiri, 2004–2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005–2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 3 mart 2011-ci il tarixli Sərəncamı ilə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvü, tarix elmləri namizədidir. == Ailəsi == Ailəlidir, dörd övladı var. == Əsərləri == "Hardan gəlir bu köç?", "Yevlax sənədlərdə və yaddaşlarda", "503-cü eşalon". "Ağ işıq" (povest), "Ədəbi İrəvan-2007", Bakı, "Nurlan", 2008. səh.205–234.
Vidadi İsrafilov
Vidadi Vaqif oğlu İsrafilov (8 iyun 1987, Gurbulaq, Daşkəsən rayonu – 9 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vidadi İsrafilov 8 iyun 1987-ci ildə Daşkəsəndə anadan olub. 2005-2009-cu ildə Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsində təhsil alandan sonra təyinatla kəndinə müəllim olaraq qayıtdı. Sonradan yenidən Gəncəyə köçmüşdü. Ailəli və 2 övlad atası idi. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Vidadi İsrəfilov Füzuli, Cəbrayıl və Şuşa şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. 12 noyabr 2020-ci il tarixdə Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi İsrafilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi İsrafilov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi İsrafilov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.