Vədad Uşaqlıgil
Xəlil Vədad Uşaqlıgil (türk. Halil Vedad Uşaklıgil; 1904, Konstantinopol – 1937, Tirana) — Türkiyə diplomatı.
1904-cü ildə İstanbulda yazıçı Xalid Ziya Uşaqlıgil və Fatma Məmnunə Uşaqlıgilin övladı olaraq anadan olmuşdur. Ondan əvvəl doğulan bacı-qardaşları Vədidə, Sadun, Güzin vəfat etmişdir. Ondan Bihin adlı bacısı və Bülənd adlı qardaşı qalmışdır. Qardaşı Bülənd Uşaqlıgil də onun kimi diplomat olmuşdur.
Birinci Dünya müharibəsindən sonra ailəsi ilə birlikdə Avropanın bir çox şəhərlərini gəzən Vədad xüsusilə Bern və Parisdə yaşayırdı. Mustafa Kamalın əmri ilə işlədiyi Osmanlı Bankından Xarici İşlər Nazirliyinə köçürülmüşdür. Lətifə xanım onun əmisi qızı idi və o, fortepiano istedadı sayəsində Mustafa Kamalla tanış olmaq imkanı qazanmışdı. O, Londonda yerləşdirilmişdi.