Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vahid
Vahid — Azərbaycan kişi adı və təxəllüs. Əsasən Vahid say sistemində 1 rəqəminə deyilir. Vahid Əhmədov — Azərbaycanın ictimai-siyasi xadimi Vahid Mustafayev — Azərbaycan rejissoru Vahid ƏliyevVahid Əliyev (aktyor) — Azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti Vahid Əliyev (general) — Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenantBu təxəllüsü olan tanınmışlarƏliağa Vahid — azərbaycanlı şair, qəzəlxan.
Şahin
Şahin (lat. Falco pelegrinoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Abdurrahman Vahid
Abdurrahman Vahid (ing. Abdurrahman Wahid; 7 sentyabr 1940 – 30 dekabr 2009[…]) — İndoneziyanın 4-cü prezidenti.
Astronomik Vahid
Astronomik vahid (AU və ya UA) — uzunluq ölçüsü. Yer kürəsi ilə Günəş mərkəzi arasındakı orta məsafə vahid olaraq seçilərsə, bu uzaqlığa astronomik vahidi (AV) deyilir. 1 Astronomik Vahidi (AV) = 149 597 870 km İşıq ili (İİ) = 63240 AV = 9.5x10 ^ 15 m Parsek (PC) = 206265 AV = 3.1x10 ^ 16 m = 3.26 İİ Astronomiyada digər qəbul olunan uzunluq ölçüləri Parsek və İşıq ili ilə bərabər Astronomik vahidindən də istifadə olunur.
Bahar Şahin
Bahar Şahin (4 may 1997, Ankara) - Türk aktrisa == Həyatı və Karyerası == Bahar Şahin 1997-ci ildə Ankara-da anadan olub. Ailəsi əslən Artvinlidir. 12 yaşında ailəsi ilə birlikdə İstanbul-a köçdü və burada təhsil və təlim həyatına davam etdi. Məktəb illərində teatr dərslərinə qatıldı. Şahin 2015-ci ildə O Hayat Benim serialı ilə televiziyaya başladı. Daha sonra Yol Arkadaşım, Yol Arkadaşım 2, İyi Oyun kimi filmlərdə rol aldı və "Lise Devriyesi", "Servet" kimi seriallarda rol aldı. 2019–2020-ci illər arasında Ən yaxşı aktrisa nominasiyasında Qızıl Kelebek Mükafat-ına namizəd göstərildiyi "Zalim İstanbul" serialında "Ceren" obrazını canlandıraraq gündəmə gəldi. == Filmoqrafiya == Film Televiziya == Mükafatlar == Ümid vəd edən aktrisa- 2.
Emil Şahin
Emil Şahin oğlu Qonaqov (19 may 1987, Bakı) — azərbaycanlı bəstəkar. == Həyat və yaradıcılığı == Emil Şahin oğlu Qonaqov 19 may 1987-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Eldar Məmmədov adına orta məktəbə daxil olmuşdur.Musiqiyə olan həvəsi uşaq yaşlarından formalaşdığı üçün, məktəbdən əlavə həmin illərdə Səbail rayonunda fəaliyyət göstərən incəsənət dərnəklərində, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbində təşkil olunan müxtəlif konsertlərdə fəal iştirak edərək laureat olmuşdur. İlk bəstələdiyi melodiya 11 yaşı olarkən ərsəyə gəlib. "Vətən" adlı bu bəstə illər ötməsinə baxmayaraq onun yaradıcılığında özünəməxsus yer tutur. Bu əsər daha da təkmilləşdirilərək, Azərbaycan Respublikasının Xalq artisti Qara Qarayev adına Dövlət Kamera Orkestrının bədii rəhbəri və dirijoru Teymur Göyçayevlə birlikdə xüsusi layihə kimi dinləyicilərə təqdim olunacaqdır. Əsərin ifaçısı Azərbaycan muğamlarını dünyaya tanıdan xalq artisti , “Şöhrət” ordenli Alim Qasımov olacaq. Emil Şahin haqqında məlumatda onu da vurğulamaq istərdik ki, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxaq İqtisadi Münasibətlər" fakültəsinə daxil olmuşdur. Onu Emil Şahin kimi tanıdan "Xəyallar" kompoziyasını da elə həmin ildə yazmışdır. Bu əsər çox qısa müddət ərzində ona şöhrət qazandırıb.
Hacı Şahin
Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli; 7 iyul 1974, Bakı – 2 mart 2023, Bakı) — azərbaycanlı ilahiyyatçı, xeyriyyəçi, din xadimi, ictimai xadim; Məşədi Dadaş məscidinin sabiq axundu, imam-camaatı; "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri (2007–2023); Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi (2014–2023); QMİ-nin Qazilər şurasının sabiq üzvü. == Həyatı == Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib. 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. === İctimai fəaliyyəti === 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
Mir Şahin
Mirşahin Dilavər oğlu Ağayev (12 noyabr 1963, Perimbel, Yardımlı rayonu) — Real TV-nin baş direktoru (2018-ci ildən), ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı. == Həyatı == Mir Şahin Ağayev 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub.
Nuri Şahin
Nuri Şahin (5 sentyabr 1988) — karyerasını "Borussiya Dortmund"da davam etdirən Almaniyada doğulan türk əsilli futbolçu. Qismən də olsa Almaniya vətəndaşlığına sahibdir. == Bioqrafiya == Kırşəhərli işçi bir ailənin 2 övladınnan biridir. Ufuk adında qardaşı var.
Qara Şahin
Qara Şahin (ing. Black Hawk) - Şimali Amerika hindilərin başçısı, Sauk qəbiləsinin başçısı. == Həyatı == Qara Şahin Sauk Sautenuk bölgəsində dünyaya gəlmişdir. O, Saket Foks qəbiləsinin başçısı olduğu müddətdə, ABŞ dövləti tərəfindən 1804-cü ildə İllinoys və Missisipi arasında qəbiləyə məxsus, ov ərazilərinin tərk edilməsi haqqında olan bəyanatı imzalamaqdan imtina etmişdir. 1812-ci il müharibəsində Qara Şahin Böyük Britaniyanın tərəfindən döyüşmüşdür. 1815-ci ildə Qara Şahin, ABŞ-la sülh müqaviləsi imzalamağa razı olur. Müqavilə imzalanandan sonra, müqaviləyə sonradan Sauk qəbiləsinin yaşadığı ərazilərdən çıxarılması barədə, bəndin əlavə olunmasından sonra, qiyama başlamışdır. ABŞ prezidenti Cekson Qara Şahinin üzərinə tam silahlanmış 3 tabor göndərmişdir. Tərəflər arasında yaşanan Qara Şahin döyüşündə hindular, dövrünə görə müasir silahlarla silahlanan Amerikan əsgərlərinə məğlub oldular. Sağ şəkildə tutulan Qara Şahin ətraf şəhərlərdə, təhqir edici formada bir neçə gün kütlə qarşısında nümayiş olunmuşdur.
Sıla Şahin
Sıla Şahin (türk. Sıla Şahin; 3 dekabr 1985, Berlin, AFR) — Türk əsilli alman aktrisası. Yaxşı Vaxtlar, Pis Vaxtlar sabun operasında çəkilərək populyarlıq qazandı. Playboy-da çəkilən birinci müsəlman olan Sıla Şahin (may, 2011) müsahibələrinin birində bildirmişdi ki, özünü Çe Gevara kimi hifz edir, lakin o birində etiraf edib ki, Janna d'Ark kimi olmaq istəmir. == Bioqrafiya == Sıla Şahin Berlində, 3 dekabr 1985-ci ildə anadan olub. O, Berlindəki Avropa Teatr İnstitutunda təhsil almışdır. Aktyorluq incəsənəti və balet dərslərinə getmişdir. Birinci aktyor işi "Verfolgt"-da idi, lakin populyarlığı məhz "Yaxşı Vaxtlar, Pis Vaxtlar-da" çəkilərək qazanıb.
Tülin Şahin
Tülin Şahin (d. 13 dekabr 1980, Odense)—Türk əsilli modelyer, aparıcı və aktrisa. == Həyatı == Tülin Şahin Danimarkanın Odense şəhərində doğuldu və uşaqlığını orada keçirdi.
Uğur Şahin
Uğur Şahin (19 sentyabr 1965, İskəndərun, Hatay ili) — xərçəng tədqiqatlarında ixtisaslaşmış türk əsilli alman immunoloq. Biotexnologiya şirkəti olan "BioNTech"in qurucusu və icraçı direktoru. 2006-cı ildən Mayns Universitetinin III Tibb Klinikasında Eksperimental Onkologiya üzrə professor, 2008-ci ildən bəri həyat yoldaşı Özləm Türeci ilə birlikdə qurduğu şirkət olan BioNTech SE-nin İdarə Heyətinin sədridir. Şahin COVID-19 peyvəndinin qabaqcıl istehsalçılarından biri sayılır. == Həyatı və təhsili == Uğur Şahin 19 sentyabr 1965-ci ildə Hatayın İskəndərun şəhərində Ələvi ailəsində anadan olub. Dörd yaşında anası ilə birlikdə Almaniyanın Köln şəhərinə Ford Motor Şirkətində çalışan atasının yanına köçür. Orta təhsilini başa vurduqdan sonra Köln Universitetinin tibb fakültəsində tibb təhsili aldı və 1992-ci ildə məzun oldu. Doktorluq dərəcəsini 1993-cü ildə "şiş hüceyrələrində immunoterapiya" mövzusunda araşdırmalarına görə həmin universitetdə Maykl Freundşunun rəhbərliyi ilə almışdır. 2000-2001-ci illər arasında Şahin, 1996-cı il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Rolf Tsinkernagel və Hans Henqartner ilə birlikdə Sürix Universiteti Xəstəxanasında laboratoriyada müxtəlif araşdırmalarda iştirak etdi. == Təhsili == Şahin hələ 20 yaşında tələbə ikən laboratoriyada işləməyə başladı.
Vahan Mkhitaryan
Vahan Mxitaryan (16 avqust 1996) — Ermənistanlı üzgüçü. Vahan Mxitaryan Ermənistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Vahan Mxitaryan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.50 saniyəlik nəticəsi ilə 47-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Mxitaryan Ölkələrin Paradında Ermənistanın bayraqdarı idi.
Vahan Mxitaryan
Vahan Mxitaryan (16 avqust 1996) — Ermənistanlı üzgüçü. Vahan Mxitaryan Ermənistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Vahan Mxitaryan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.50 saniyəlik nəticəsi ilə 47-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Mxitaryan Ölkələrin Paradında Ermənistanın bayraqdarı idi.
Vahan dəhlizi
Vahan dəhlizi (fars. واخان‎) — Əfqanıstanın şimal-şərqindəki, uzun, ensiz ərazi. Dəhliz ölkəni Çinlə həmsərhəd, Pakistanı isə Tacikistandan ayırır. Vahan dəhlizinin şimal hissəsi Pamir dağlarına, cənub -qərb hissəsi Hinduquş dağlarına aiddir. Ərazi Əfqanıstanın Bədəxşan vilayətinin tərkibinə daxildir == Ümumi məlumat == Bu dəhlizin uzunluğu 220 km, eni isə 16–64 km arasında dəyişir. Bu ərazi ölkənin ən hüdür bölgəsi hesab olunur. Orta hündürlük 1700 m-dir. Dəhliz şərqdən Şərqi Türküstan, şimaldan Tacikistanın Dağlıq Bədaxşan Muxtar Vilayəti, cənubdan isə Pakistanın Hayber-Paxtunxva və Hilgit-Baltistan əyaləti ilə həmsərhəddir. Dəhlizin şərqində, Doğu Türküstanla hüdudda Cənub Vahcirdavan aşırımı var (4923 m). Bu aşırım dünyanın ən hündür sınır keçid birimlərindən biri sayılır.
Vahid (ad)
Vahid — Azərbaycan kişi adı və təxəllüs. Əsasən Vahid say sistemində 1 rəqəminə deyilir. Vahid Əhmədov — Azərbaycanın ictimai-siyasi xadimi Vahid Mustafayev — Azərbaycan rejissoru Vahid ƏliyevVahid Əliyev (aktyor) — Azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti Vahid Əliyev (general) — Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenantBu təxəllüsü olan tanınmışlarƏliağa Vahid — azərbaycanlı şair, qəzəlxan.
Vahid Abbasov
Abbasov Vahid Muxtar oğlu — "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir == Həyatı == Vahid Abbasov 1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. 1979 – cu ildə Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbi- nin birinci sinfinə getmiş 1989 – cu ildə həmin məktəbi əla qiymətlərlə, ictimai – siyasi cəhətdən olduqca fəal, əsil vətənpərvər bir gənc kimi bitirmişdir(1989-90- cı illərin Sumqayıt və qanlı 20 Yanvar hadisələri ona çox təsir etmiş, demək olar ki, bütün həyatını dəyişmışdir). 1992-ci il oktyabrın 8-də Füzuli rayonunun Şaqrağdağ yüksəjliyi uğrunda gedən döyüş əməliyyatında şəhid olmuşdur. Ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir. == Məqsədi == Vahidin arzusu, məqsədi həkim olmaqdı. Yeddinci sinifdən sonra Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbi-nin biologiya müəllimi Rövşən müəllimin köməkliyi ilə məktəbi bitirənə qədər ciddi-cəhdlə bütün vaxtını ancaq bu məqsəd yolunda oxumağa, çalışmağa həsr etmişdi. Demək olar ki, Vahid bütün uşaqlıq və gənclik ilərini əyləncələrdən uzaq şəkildə bu məqsədinə, qalan ömrünü isə qəhrəmanlara məxsus şəkildə (sonunu düşünən qəhrəman olamaz) Vətəni – gənc Azərbaycan Respublikası-nın ərazi bütövlüyü uğrunda fəda etmişdir. == İgidliyi == == Haqqında yazılanlar == == İstinadlar == Yusif Əkbərov, Şahin Qasımov "Qarabağda bir kənd var – Yusifcanlı". Bakı.
Vahid Alıyev
Vahid Abbas oğlu Alıyev (18 fevral 1989; Daşkəsən rayonu, Azərbaycan SSR — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vahid Alıyev 1989-cu il fevralın 18-də Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Vahid Alıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vahid Alıyev oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Alıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Alıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vahid Aslan
Vahid Aslan (Əsgərov Vahid Aslan oğlu; 29 sentyabr 1972, Parakənd, Gədəbəy rayonu) — Azərbaycan jurnalisti, yazıçı, riyaziyyat və informatika müəllimi Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü == Həyatı == Vahid Aslan 1972-ci il sentyabrın 29-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. === Ailəsi === Ailəlidir. İki qızı, bir oğlu var. == Təhsili == 1979–1989-cu illərdə Parakənd orta məktəbində təhsil alıb. 1989–1994-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun riyaziyyat-inforimatika fakültəsində təhsil alıb. 1994–1995-ci illərdə təyinatla Şəmkir rayon Şeyidlər kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib. 1995–1998-ci illərdə Gəncə şəhər məişət xidməti kollecində müəllim işləyib. == Yaradıcılığı == Fəaliyyətinin ilk dövrlərindən paralel olaraq pedaqoji sahədə həm də jurnalistika və bədii yaradıcılıq sahəsində uğurlu fəaliyyət göstərib. Belə ki, o, hələ 1993–1994-cü illərdə tələbə ikən Gəncə televiziyasında fəaliyyət göstərib və o zamanlar döyüş bölgələrinə ezam olunan yaradıcı kollektivin tərkibində əsgərlərlə görüşlərdə iştirak edərək döyüş bölgələrindən reportajlar hazırlayıb. Vahid Aslan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.
Vahid Axundov
Vahid Axundov (azərb. Axundov Vahid Cümşüd oğlu‎; 9 fevral 1942, Bakı) — Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri. == Həyatı == Vahid Axundov 9 fevral 1942-ci ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini mühəndis-iqtisadçı olaraq bitirib. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Vahid Axundov 1970-ci ildə iqtisad elmləri üzrə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və 1987-ci ildə professor elmi rütbəsini almışdır. O, 150 elmi əsərin müəllifidir. === Əmək fəaliyyəti === Vahid Axundov 1959–1960-cı illərdə Bakı Dəri Qalantereya fabrikində çilingər, 1964-cü ildə isə Avtomobil Ehtiyatları Zavodunda mühasib vəzifəsində çalışmışdır. 1965–1966-cı illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində iqtisadçı, 1966–1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, baş iqtisadçı olaraq işləmişdir.Vahid Axundov 1970–1987-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat və Planlaşdırma İnstitutunda şöbə müdiri, direktorun elmi işlər üzrə müavini, direktor vəzifəsini icra etmişdir.1987–1991-ci illərdə Azərbaycan SSR Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda Elmi işlər üzrə prorektor, 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri, 1991–1993-cü illərdə Azərbaycan Respublikasının İqtisadi siyasət üzrə Dövlət müşaviri, 1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinin direktoru – Baş nazirinin baş iqtisadi müşaviri, 1993–2005-ci illərdə isə Azərbaycan Respublikasının İqtisadi siyasət üzrə Dövlət müşaviri vəzifələrində çalışmışdır.Vahid Axundov Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri təyin edilib. == Mükafatları == Vahid Axundov 2012-ci ildə Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı /burax.
Vahid Ağayev
Vahid Məcnun oğlu Ağayev (14 sentyabr 1996, Bakı – 11 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vahid Ağayev 14 sentyabr 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 187 nömrəli tam orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Vahid Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Xocavəndin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vahid Ağayev 11 noyabr 2020-ci ildə Şuşa istiqamətində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vahid Ağayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vahid Ağayev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vahid Baxşiyev
Vahid Məclum oğlu Baxşiyev (17 may 1999; Xaçmaz rayonu, Azərbaycan — 30 oktyabr 2020; Tap Qaraqoyunlu, Goranboy rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vahid Baxşiyev 17 may 1999-cu ildə Xaçmaz rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Vahid Baxşiyev 22 yanvar 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Vahid Baxşiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vahid Baxşiyev 30 oktyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vahid Baxşiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vahid Baxşiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vahid Baxşiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Vahid Bağırov
Vahid Həbib oğlu Bağırov (23 yanvar 1941, Əliabad, Naxçıvan rayonu – 29 may 2010, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı == Vahid Bağırov 23 yanvar 1941-ci ildə Naxçıvan Muxtar Respublikasının Əliabad kəndində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirərək Naxçıvan Televiziyasında əmək fəaliyyətinə başlamışdır. 1966-ci ildə Naxçıvan MSSR Vilayət Komsomol Komitəsinin 1-ci katibi seçilmişdir. 1970-ci ildə "Şərq Qapısı" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 19 avqust 1975-ci il fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Naziri vəzifəsinə təyin olunmuşdur. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin Plenumu 30 mart 1977-ci ildə Vahid Bağırovu Naxçıvan MSSR Vilayət Partiya Komitəsinin katibi vəzifəsinə keçmişdir. 3 çağırış Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı seçilmişdir. 1980-ci ildə jurnalist fəaliyyətinə qayıtmış və "Sovet Naxçıvanı" və "Советская Нахичевань" ("Sovetskaya Naxiçevan") qəzetlərinin redaktor müavini vəzifəsində calışmışdır. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsi bürosunun qərarına əsasən 1989-cü ildən Naxçıvan MSSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri təyin edilmişdir.
Vahid Fərzəliyev
Vahid Sabir oğlu Fərzəliyev — biologiya elmləri doktoru, dosent. AMEA Mərkəzi Nəbatat Bağının sabiq direktoru == Ümumi məlumatlar == Vahid Sabir oğlu Fərzəliyev 1969-cu ildə Ağcabədi rayonunda anadan olmuşdur. Ailəlidir:2 qızı və 1 oğlu var. == Elmi fəaliyyəti == Vahid Sabir oğlu Fərzəliyev elmi fəaliyyətinə 1990-cı ildən AMEA Mərkəzi Nəbatat Bağında bağban kimi başlamışdır. 2001-2006-cı illərdə Mərkəzi Nəbatat Bağının “Toxumçuluq” sektorunun rəhbəri, 2006-2007-ci illərdə “Ağac və kol bitkiləri” laboratoriyasının müdiri, 2007-2015-ci illərdə Mərkəzi Nəbatat Bağının direktorunun elmi işlər üzrə müavini vəzifəsində çalışmışdır. 2016-cı ildən Bağın direktoru vəzifəsini icra edir. Mərkəzi Nəbatat Bağının Elmi Şurasının və Azərbaycan Botaniklər Cəmiyyətinin sədr müavinidir. V.S.Fərzəliyev Mərkəzi Nəbatat Bağının elmi tədqiqat işlərinin beynəlxalq səviyyəyə çatdırılması və fəaliyyət dairəsinin genişləndirilməsi üçün bir çox işlər görmüşdür. Onun rəhbərliyi ilə «Toxumçuluq» sektoru fəaliyyətə başlamış və toxum mübadiləsi məqsədilə dünyanın 130-dan artıq nəbatat bağı ilə əlaqələr yaradılmışdır. Bu əlaqələr Bağın bitki kolleksiyalarının zənginləşdirilməsində və ümumilikdə dünyada bitki biomüxtəlifliyinin davamlı qorunmasında əhəmiyyətli rola malikdirlər.
Cahın
Caxın — türk və altay mifologiyasında atəş ilahı. Çahın Xan da deyilir. Göyün altıncı yanında oturar. Tanrı Ülgeni razı edərək insanlara atəşin verilməsini o təmin etmişdir. == Etimologiya == (Cah/Çah/Çak/Yak) kökündən törəmişdir. Çaxmaq və yandırmaq kökləri əlaqəlidir. == Mənbə == Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mahın
Mahın (fars. ماهین‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 340 nəfər yaşayır (124 ailə).