Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qulaqsız varanlar
Qulaqsız varanlar (lat. Lanthanotidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Əsl varanlar
Əsl varanlar (lat. Varanidae) — Pulcuqlular dəstəsinə aid fəsilə.
Damanlar
Damanlar (lat. Hyracoidea) — afroterilər dəstəüstünə aid heyvan dəstəsi. Xarici görünüşünə görə bir qədər marmota oxşayır. Bədəninin uzunluğu 30–60 sm, quyruğu qısa (1–3 sm), yaxud yoxdur. Kütləsi 2–4 kq-dır. Bədən quruluşu möhkəm, beli qövsşəkilli əyilmişdir. Başı iri, sifəti qısa, üst dodağı haçalanmışdır. Üst kəsici dişləri uzun, içəri tərəfdən minasızdır, bütün ömrü boyu böyüyür. Yastı dırnaqlı ön ətrafları dörd-barmaqlı, arxa ətrafları üçbarmaqlıdır. Pəncələrin çılpaq alt tərəfi tər vəzilərinin sekresiyası ilə daima nəmlənən qalın elastiki epiteli ilə örtülü olduğuna görə də Damanlar substrat üzərində möhkəm dayana bilirlər.
Dardanlar
Dardanlar və ya dardanlı (q.yun. Δαρδανίωνες, Δαρδάνιοι, Δάρδανοι, lat. Dardani) — qədim balkan xalqı. Əsasən müasir Kosovo və cənubi Serbiyanın ərazilərində məskunlaşmışdılar. Dardan dilində danışırdılar. Mövcud hipotezlərdən birinə görə dardanlar müasir albanların əcdadlarıdır. Qədim Yunan mifologiyasına görə Dardan (Δάρδανον) İllirikin oğullarından biri idi. Məhs Dardan dardanların eponim əcdadı hesab olunur (Δάρδανοι). Bir sıra roma etnoqrafları Balkan Dardanlarını və İliadada bilinən Dardanlarla, Troas xalqı ilə əlaqələndirmək istəyirlər. Onların eponim əcdadı Zevsin oğlu, başqa bir Dardan hesab olunurdu.
Duranlar
Duranlar və ya Taliqan Təvəqof əhli Təbrizli Mirzə Sadiq Müctəhidin ümməti olan bir münzəvi və zahid qrupdur. Duranlar adətən digərlərinə qaynayıb qarışmırlar. Onlar hər hansı bir müasirlik və ya texnologiya aspektlərinə qarşıdırlar. Duranlar Təbrizin Nobar məhəlləsindən Taliqan bölgəsinə köçmüşlər. Duranlar Taliqanın Montəzeran kəndində yaşayırlar. Duranlar çox varlıdırlar və Təbriz bazarında nüfuza malikdirlər. Duranlar və Amerika Birləşmiş Ştatlarındakı Amiş təriqəti arasında qəribə bir oxşarlıq var. [1] حسین عسگری، روستای ایستا: پژوهشی دربارهٔ اهل توقف در طالقان، تهران: نشر شهید سعید محبی، ۱۳۸۹. حسین عسگری، "طایفهٔ عجیب در طالقان"، ماهنامهٔ تصویر ساوجبلاغ، ش ۴۸، دی ۱۳۷۷، ص ۹. "درنگی در روستای ایستای طالقان"، ماهنامهٔ اخبار شیعیان، سال ششم، شمارهٔ ۵۷، مرداد ۱۳۸۹، ص.
Karaylar
Kəraimlər (kəraimcə. krım dialektində: tək. къарай, cəm. къарайлар; trakay dialektində: tək. karaj, cəm. karajlar; ivr. ‏קָרָאִים‏‎ — "kəraim", hərfən oxuyanlar) — Belarus, Litva, Krım, Qərbi Ukrayna, Polşa, ABŞ, Rusiya, Dağıstan, Türkiyə, İsrail və Rumıniyada yaşayan Yəhudi Krım Türk xalqı. Kəraim xalqının və dininin adı "Bibliyanı oxumaq, öyrənmək, şöhrətləndirmək, onun davamçısı olmaq" mənasını daşıyan ərəb və qədim yəhudi sözü "kara"-dan gəlir. "Karaim" ifadəsi etnik, dil, və dini mənsubiyyəti göstərmək üçün işlənilir. Litva karaimləri nəzərdə tutulduqda bu iki ifadə üst-üstə düşür.
Kayanlar
Kayanlar — Cənub-Şərqi Asiyada yaşıyan bir xalq. Burma və Taylandda yaşamaqdadırlar. Kayanlar, Karenni olaraq da bilinən Qırmızı Karen xalqının bir alt qoludur. Tibet-Burma etnik mənşəyinə sahibdirlər. 90-cı illərin sonunda Myanmarda yaşanan qarışıqlıq sonrası çox sayda Kayan qəbiləsi Tayland sərhədini keçərək, Taylandın Mae Hong Son bölgəsinə yerləşmişdir. Dünyanın ən uzun boyunlu qadınları ünvanını daşıyan Padaunglar isə Red Karen (Karenni) Qəbiləsinin bir alt qrupudur. Şan dilində uzun boyun mənasını gələn Padaunglar eyni zamanda Zürafə Qızlar olaraq da bilinməkdədir. Bir Padaung qadını həyatı boyunca ortalama 20 halqa taxır. Təxminən 10-12 kiloqram ağırlığı tapan bu ağır düyü halqalar zamanla çiyinləri aşağı basdıraraq bədənin şəklini pozaraq boynu uzatmaqdadır. Hələ 5-6 yaşlarındaykən uşaqların boyunlarına halqalar ilişməyə başlanmaqdadır və hər il halqaların sayı artırılmaqdadır.
Marallar
Marallar (lat. Cervidae) — cütdırnaqlılar dəstəsiə aid fəsilə. 40 növə malikdir. Avrasiya, Şimali Amerika, Cənubi Amerikada yayılıb, eləcə də insanlar tərəfindən Avstraliya və Yeni Zelandiyaya gətirilib. Azərbaycan folklorunda adı ən çox hallanan heyvanlar arasında maral sözsüz ki, birincilər sırasındadır. Lap qədim dövrlərdən indiyə kimi həmişə insanın bu "dağlar və meşələr gözəli"nə xüsusi marağı olub. Ona görə də məişət və təsərrüfat fəaliyyətində maraldan zaman-zaman istifadə ediblər. Maralın qidalığına görə əti və südü, sənaye əhəmiyyətinə görə isə dərisi və buynuzu əvəzsiz sayılıb. Maral estetik baxımdan və mənəvi tələbatı ödəmək cəhətdən müqayisəolunmazdır. Gözəl təbiət müşahidəçisi, yazıçı-ekoloq Zaman Novruz onu bu cəhətdən belə ifadə edirdi: "Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, baxışlarındakı mehribanlıq, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi dilə-dişə salmış, adı nağıllara, dastanlara, şeirlərə düşmüş, neçə-neçə maral ünvanlı əfsanə yaranmışdır".
Marranlar
Marranlar — Orta əsrlərdə İspaniya, habelə Portuqaliyada rəsmi surətdə xristianlığı qəbul etmiş yəhudilər. Əhalinin digər qruplarından fərqlənirdilər. Ticarət və digər işlərlə məşğul olmaqla yanaşı dövlətdə yüksək vəzifələr də tuturdular. Varlı olduqlarından din xadimləri və feodallar onlara qibtə edirdilər. İnkvizisiya marranları vaxtaşırı xristian dinindən dönməkdə ittiham edib, onları təqiblərə məruz qoyurdu.
Qaraylar
Qarayilər, Gəraylılər, Qaraylar, Qara Tatarlar və ya Karayitlər(fars. قرایی ها،گرایلی ها‎) İranda yaşayan Türk soylu xalqlardandır.Qəraylərin çoxu Rəzavi Xorasan ostanının Türbət Heydəriyə şəhərində sakindirlər.Bu şəhəri İshaq xan Qarayi təsis edib. Qarayilər həm də Rəzavi Xorasan ostanının Türbət Cam şəhərində, Kirman ostanının Sircan və Bərdsir şəhərlərində və Qaşqayların arasında da yaşayırlar və Qaşqay elinin oymaqlarının birini təşkil edirlər. XII əsrdə Qəraylər Monqolustanın Qaraqum məntəqəsin işğal etdilər amma sonra Monqollar onları məğlub etdilər. Monqolların qələbəsindən sonra iki qrupa bölündülər.Bir qrup ərazilərin öz ata-baba torpaqlarında saxladılar Digər qrup Hülaku xan ilə İran və Azərbaycanı fəth etmək üçün əməkdaşlıq etdilər.Monqulların hakimiyyətinin tənəzzülündən sonra Türkiyə hicrət etdilər. 14-cü əsrdə Əmir Teymur 40000 Qarayi ailəsin Türkiyədən Səmərqənddə köçürdü ki onlardan 12000 ailə Xorasana getdilər. 16-cı əsrdə Səfəvilər dövləti onların bir qismin Hərat və Mərvdə sakinləşdirdi. Amma sonra bu qəbilər Məşhədin cənubuna qayıtdılar.18-ci əsrdə Nadir şah Əfşar, Xorasanın şərqin onlara verdi və Türbət Heydəriyə onların mərkəzi oldu.Qacarlar dövründə onlar müstəqilliklərini mərkəzi hökumətdən saxlamışdırlar amma Abbas mirzə Qovanlı-Qacar, onların liderləri Məhəmməd xanı həbs edəndən sonra Qarayilərin müstəqillikləri və Türbət Heydəriyədə ki hakimiyyətləri sona çatdı və Qacar şahları və şahzadələri məntəqənin hakimiyyətin ələ aldılar və ondan sonra Qarayi elinin liderləri bütün 19-cu əsrin boyunda məntəqənin Qacar hökmdarının vəziri və müavini kimi oldular.Məhəmməd xan Təbrizdə bir hörmətli məhbus kimi şəxsi evində yaşadı və sonra orada da vəfat etdi. Qarayilər əski zamanlarda kamilən Türk dilli xalqlardan idilər və dinləri Şamanizm, Yəhudilik, Xristianlıq və İslam idi. Hal-hazırda İrandakı Qarayilərin əksəriyyəti Fars dilli və Bəluc dilli olublar və çox azı Türk dilində danışırlar, və əksəriyyətinin dini İslam və şiə məzhəbidir.
Qaraşlar
Qaraşlar — Azərbaycan Respublikasının Ağdərə rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənd. Kənd Ağdərə rayonunun tərkibində olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilib ərazisi qonşu rayonlar arasında bölüşdürüldükdən sonra kənd Ağdam rayonunun ərazisinə düşüb. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qaraşlar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qaraşlar kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.
Sarallar
Sarallar — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeliyində kənd. Qarapapaqlar bugünkü Azərbaycan türklərinin əsas hissəsini təşkil edir. Qafqaza ilk dəfə XI əsrdə ayaq basan Qıpcaqların soyundan olan bu boy, Gürcü Çarının dəvəti ilə burada yaşamağa başlamışdır. Sonrakı illərdə daim Oğuzlarla savaş şəraitində yaşamış, bir neçə əsr içində onlarla qarışmışdır. Azərbaycanda qurulan Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi dövlətlərinin tərkibində yer alıb. XVI əsrdən etibarən formalaşan Azərbaycan xalqının özəyini təşkil edib. XIX əsrdə rus çarizminə qarşı mübarizə aparan qaçaqların bir çoxu Qarapapaq tayfasından çıxmışdir. XX əsrin əvvəllərində Qarapapaqlar, təkbaşına təşkilatlanaraq erməni daşnaqlarına və rus işğalçılarına qarşı müharibə aparmış. Nəticədə, Cənub-Qərbi Qafqaz Türk Cumhuriyyətini qurmuşlar. Daha sonra ləğv olunaraq Azərbaycan Demokratik Respublikasinin terkibinə qatılmışdır!
Sarvanlar
Sarvanlar (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Sarvanlar (Zəngibasar) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.
Sasanlar
Sasanilər İmperiyası (pəhl. Ērānšahr) — 226-cı ildən 651-ci ilə qədər zaman-zaman müasir İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Azərbaycan ərazilərini əhatə etmiş tarixi dövlət. Fars mənşəli Sasanilər sülaləsinin əsasını 226-cı ildə I Ərdəşir (Ərdəşir Babəkan) Parfiyanın sonuncu şahı olan V Artaban məğlub etdikdən sonra qoymuşdur. Bununla da Parfiyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoymuş Sasanilər dövləti yaranmışdı 224-cü ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Papakan Parfiya hökmdarı V Artabanı məğlubiyyətə uğratdı. Bununla da Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 226-cı ildə I Ərdəşir (226–241) özünü Ktesifon şəhərində İran şahənşahı elan etdi. Hakimiyyət Sasanilər sülaləsinin əlinə keçdiyindən bu dövlət də Sasanilər dövləti adlandırılmağa başlandı. Ktesifon şəhəri Mədain adlandırıldı və yenə də paytaxt şəhər oldu. Sasanilər Roma imperiyasına qarşı münasibətlərdə keçmiş Parfiya dövlətinin siyasətini davam etdirirdilər. I Ərdəşir Ermənistan və Azərbaycan torpaqlarından başqa keçmiş Əhəməni torpaqlarını da birləşdirmişdi.
Tarazlar
Tarazlar quruluşuna görə iki cür olur: Silindrik taraz - içərisi yaxşı cilalanmış şüşə silndrdən ibarətdir. Dairəvi taraz - aləti təxminən, silindrik taraz isə dəqiq üfüqi vəziyyətə gətirmək üçündür. Spirt və ya efir qızdırılıb şüşəyə töküldükdən sonra silindrin ağzı möhkəm bağlanır. Maye soyuduqdan, onun həcmi kiçilir və şüşədə boşluq (qabarcıq) əmələ gəlir. Silindrin səthində 2 mm-lik bölgülər vardır. Orta bölgü sıfır bölgüsü adlanır. Qabarcığın bir bölgü qaçması nəticəsində tarazın şaquli oxunun meyl etməsinə tarazın bir bölgüsünün qiyməti deyilir. Tarazın dəqiqliyi onun bir bölgüsünün qiymətindən, axırıncı isə silindr qövsünün radiusundan asılıdır. Silindrin radiusu böyüdükcə, tarazın bir bölgüsünün qiyməti kiçilir, dəqiqliyi isə artır. Üfuqi vəziyyət silndrik tarazın düzəldici vinti ilə təzim olunur.
Varyaqlar
Varyaqlar (yun. Βάραγγοι, qəd.skan. Vaeringjar rus. варяги) — Orta əsrlərdə Baltik dənizi zonasında yaşayan bir vikinq xalqıdır. Bizansda və Kiyev Knyazlığında muzdlu döyüşçü olaraq xidmət göstərən Varyaqlar bunun yanı sıra ticarətlə məşğul olurdular. Baltık dənizinin şərqinə məskunlaşan Varyaqlar, buradaki çaylar boyunca materikin içlərinə doğru yayıldılar. Dəniz və çay yaxınlarında yaşayış məskənləri qurdular və burada yaşayan Slavyanlar ilə ticarətə başladılar. Slavyanlar, daha yüksək bir mədəniyyətə sahib olan Varyaqlar ilə rahat şəkildə qaynaşdı. Varyaqların dənizçilikdəki təcrübəsi, bölgədəki çaylarda ticarətlə məşğul olmalarını asanlaşdırdı və qısa zamanda nəzarəti ələ almalarını sağladı. Bölgəyə yerləşən Varyaqlara verilən "Rus" ismi zamanla slavyanlarla sinonim halına gəldi.
Yakanlar
Yakanlar (lat. Jacanidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Saraylar
Saray — Saray böyük iqamətgahdır, xüsusən də kral iqamətgahı və ya dövlət başçısının və ya yepiskop və ya arxiyepiskop kimi digər yüksək vəzifəli şəxslərin evidir. Bu söz Romada İmperator iqamətgahlarının yerləşdiyi Palatine təpəsinin Latın adı palatiumdan götürülüb. Saray sözü qədim fransızca palais (imperator iqamətgahı), Romanın yeddi təpəsindən birinin adı olan Latın Palatium sözündən gəlir. Palatin təpəsindəki orijinal "saraylar" imperiya hakimiyyətinin oturacağı, Kapitoliya təpəsindəki "kapitol" isə Romanın dini nüvəsi idi. Şəhər yeddi təpəyə qədər böyüdükdən çox sonra Palatine arzu olunan yaşayış sahəsi olaraq qaldı. İmperator Sezar Avqust orada, yalnız Senat tərəfindən verilən zəfər əlaməti olaraq ön qapının yanında əkilmiş iki dəfnə ağacı ilə qonşularından ayrılan məqsədyönlü təvazökar bir evdə yaşayırdı. Onun övladları, xüsusən də Neron "Domus Aurea" (Qızıl Ev) ilə binanı və onun ərazisini təpənin zirvəsinə qalxana qədər dəfələrlə genişləndirdilər. Palatium sözü təpənin üstündəki məhəllə deyil, imperatorun iqamətgahı mənasına gəldi. "Hökumət" mənasını verən saray, Paul Deacon-un c yazısında qeyd edilə bilər. AD 790 və 660-cı illərin hadisələrini təsvir edir: "Qrimuald Beneventuma yola düşərkən sarayını Lupusa həvalə etdi" (Historia Langobardorum, V.xvii).
Maronlar
Maronlar (fr. les Marrons, "vəhşilik, vəhşi vəziyyətə qayıtmaq") — Qərb yarımkürəsində baş tutmuş Avropa müstəmləkəçiliyi mərkəzlərindən uzaqda yerləşən ucqar dağlıq regionlarda əsrlər boyu yarımköçəri və praktiki olaraq müstəqil həyat tərzi sürən qaçaq qaradərili qulların və onların qarışıq mənşəli törəmələrinin (mulatlar, sambolar) xüsusi icmalarının nümayəndələri. Onlar tez-tez yerli xalqlarla qarışaraq, nəticədə ayrı-ayrı kreol mədəniyyətlərinə çevrilirdilər. Maron fenomeni ən çox XVI–XVII əsrlərdə Karib dənizində (Vest-Hind, Antil adaları) geniş yayılmışdır, sonra XVIII–XIX əsrlərdə digər ərazilər inkişaf etdikcə maronlar Missipi bataqlığı, Florida, And dağları, Braziliya sertanı, Qviana və Surinam kimi daha əlçatmaz kontinental ərazilərə köçmüşdür. Burada maron yaşayış məntəqələri hələ də davam edir. Maronlar adətən dəniz quldurları ilə əməkdaşlıq edir, yemək ələ keçirmək üçün avropalıların nəzarətində olan yaşayış məntəqələrinə basqınlar həyata keçirirdi, lakin eyni zamanda özləri də qaçaqları geri qaytarmaq istəyən Avropa hakimiyyət orqanları, ordu və polis tərəfindən davamlı nəzarət obyektinə çevrilmişdilər. History of the Maroons Russell Banks (1980), The Book of Jamaica. Campbell, Mavis Christine (1988), The Maroons of Jamaica, 1655–1796: a history of resistance, collaboration & betrayal, Granby, Mass.: Bergin & Garvey. ISBN 0-89789-148-1 Corzo, Gabino La Rosa (2003), Runaway Slave Settlements in Cuba: Resistance and Repression (translated by Mary Todd), Chapel Hill: University of North Carolina Press. ISBN 0-8078-2803-3 Dallas, R. C. The History of the Maroons, from Their Origin to the Establishment of Their Chief Tribe at Sierra Leone.
Akanlar
Akanlar (özlərini akanfo) adlandırırlar) — Qana, Kot-d’İvuar, Toqo, Liberiya və Nigeriyada yaşayan xalqlar qrupu. Mərkəzi və Cənubi Qanadakı Akanlar (7,2 milyon nəfər) millət kimi formalaşmaqdadırlar. Ümumi sayları 11 milyon nəfərdir (1995). Dilləri kva dilləri qrupuna aiddir. Antropoloji cəhətdən zənci irqinə daxildirlər. Akanların əcdadları XI–XII əsrlərdə Komoe və Qara Volta çayları arasındakı savannalar zonasında formalaşmışlar. XV əsrdə salınan Bono şəhəri Akan sivilizasiyasının mərkəzi olmuşdur. XV–XIX əsrlərdə Akanların güclü dövlərləri (Aşanti və Fanti konfederasiyaları) mövcud idi. Akanlar, əsasən, tropik əkinçiliklə (kakao və s.) məşğul olurlar. Dindarların əksəriyyəti ənənəvi etiqadlarını saxlamışdır (77 faizi), bir qismi xristiandır, müsəlmanları da var.
Alanlar
Alanlar (q.türk As/Ar; q.yun. Ἀλανοί; lat. Alani) — İrandilli tayfalar. Eramızın ilk əsrlərində köçəri alan tayfaları Azovyanı və Ön Qafqazın çöl bozqır rayonlarında məskunlaşmışdılar. I - II əsrlərdə alan tayfaları Cənubi Qafqaz ölkələrinə - Qafqaz Albaniyasına, İberiyaya, habelə Atropatenaya, Kiçik Asiyaya və Roma imperiyasının bir sıra əyalətlərinə tez-tez talançı basqınlar edirdilər. IV əsrin ikinci yarısında tayfalar hunlar tərəfindən darmadağın olundular və qismən hun tayfa ittifaqına daxil edildilər. Bundan sonra alanların xeyli hissəsi onlarla birlikdə Avropaya hərəkət edərək Qalliyadan, İspaniyadan keçib Şimali Afrikada vandallara qarışdı. Alanların digər hissəsi isə hunların təzyiqi ilə Şimali Qafqaz dağlarına köçdü. IV əsrdən alan tayfaları burada oturaq həyata keçməyə başladılar. Şimali Qafqaz alanları bir neçə tayfa ittifaqına bölündülər ki, bunların da ən iriləri Şərqi və Qərbi ittifaqlar idilər.
Aratlar
Aratlar (monqolca ard — əməkçi, xalq) — Monqolustanda əməkçi maldar kəndlilər. Aratlar feodalların istismar etdiyi təhkimli kəndlilər idi. Aratlar üç qrupa, yəni silkə bölünürdü: Albatu, inabinar, xamçilqa. 1921-ci il Monqolustan inqilabında aratlar həlledici rol oynamışdılar. Monqolustan Xalq Respublikasında aratlar fəhlə sinfi və əməkçı ziyalılarla birlikdə sosializm quran azad sinfə çevrilmişdir. Onlar kənd təsərrüfatı kooperativlərində birləşmişdilər. Tıvadakı kəndlilər də aratlar adlanır.
Qaralar
Azərbaycanda Qaralar (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaralar (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Qaralar (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Qaralar (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Qaralar (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yuxarı Qaralar — Azərbaycanın İmişli rayonunda kənd. Yeni Qaralar — Azərbaycanın Ağdərə rayonunda kənd. Qaralar — Oğuz rayonu ərazisində dağ. Ermənistanda Qaralar (Vedibasar) — Qərbi Azərbaycanın Vedibasar mahalında kənd. Qaralar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd.
Yaralar
Yara — mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır. Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı pozulur, mədənin divarında, qaraciyərin parenximasında yara törənir. Qarnın küt zədələnmələri zamanı dəri tamlığı pozulmur və yalnız dalağın zədələnməsi qanaxmaya səbəb olur, bu zaman söhbət yaradan deyil, dalağın cırılmasından getməlidir. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi. Yaralar əmələgəlmə səbəblərinə, toxumaların zədələnmə xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə və s. görə təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar. Məqsədyönlü yaralar — özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar).
Parnlar
Parnlar (q.yun. Πάρνοι, Parnoi) və ya aparnlar (q.yun. Ἄπαρνοι, Aparnoi) — qədim şərqi İrandilli köçəri xalqı. Onlar daxlar ittifaqının, ehtimal olunur ki, massaget (skif) qrupuna mənsubdur. Parnlar qədim dövrdə Aralyanı və Mangistau çöllərindən Kopetdağın şimal yamaclarına qədər yayılan ərazidə yaşamışdılar.Xəzər dənizinin cənub-şərqində Oçus çayı ətrafında yaşayırdılar. Ehtimal olunur ki, onların ilkin vətəni digər skif tayfaları ilə birlikdə köçdükləri yerdən Rusiyanın cənubu ola bilər. Herodot, Strabon və bir çox başqa qədim müəlliflər parnlar haqqında məlumat vermişdilər. Onlar Qavqamela döyüşündə Əhəməni ordusunun bir hissəsi kimi xatırlanmışdılar. Tarixdə onlar Parfiya dövlətinin hakim Arşakilər sülaləsinin əcdadı Arşakın parnların sərkərdəsi olması ilə tanınırdılar. Arşakın Parfiya vilayətini ələ keçirdiyi zaman arxalandığı əsas qüvvə parnlar idi.