Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Varna
Varna (Bolqarıstan) — Bolqarıstanda şəhər. Varna (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. 5 oktyabr 1999-cu ildə ləğv olunmuşdur. Varna — İsmayıllı rayonu ərazisində mineral bulaqlar. Varna — İsmayıllı rayonu ərazisində göl. Girdimançayin sağ sahilində, 2260 m. yüksəklikdə yerləşir.
Varna (Bolqarıstan)
Varna (bolq. Варна) — Bolqarıstanın Qara dəniz sahilinin ən böyük şəhəri və dənizkənarı kurortu və bu ölkənin üçüncü böyük şəhəri. Varna vilayətinin və bələdiyyəsinin inzibati mərkəzi.Balkanlarda İstanbul, Afina, Buxarest, Belqrad, Sofiya, Saloniki, Zaqreb, Skopye, Tirana və Plovdivdən sonra 11-ci ən böyük şəhərdir.
Varna (İsmayıllı)
Varna — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Həftəsov kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə İsmayıllı rayonunun Həftəsov kənd inzibati-ərazi vahidi tərkibindəki Varna kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Varna döyüşü
Varna döyüşü — 1444-cü ildə Osmanlı türkləri ilə macarlar və onlara köməyə gəlmiş böyüx xaçlı ordusu arasında baş vermiş döyüş. Osmanlılar Macarıstanın başçılıq etdiyi xaçlı ordusunu məğlub edir. == Döyüş öncəsi == 1444-cü ildə Osmanlı taxtının azyaşlı II Mehmedə tapşırıldığını öyrənən daxili və xarici düşmənlər bundan istifadə edərək 100 minlik qoşunla hücuma keçmişdi. Macarlar Papanın təhrikilə Osmanlılarla bağladığı sülhü pozmuşdu. Baxmayaraq ki, taxtdakı II Mehmed ağıllı idi, yaxşı inkişaf etmişdi, amma yenə də uşaqdı. 12 yaşı vardı. Xaçlı ordusu hərəkətə gələn kimi Osmanlı dövlətinin hakimiyyət nümayəndələri II Muradı təkrar taxta çıxmağa dəvət etdilər, ancaq o, bu təklifi qəbul etmədi. Buna görə də uşaq hökmdarın dilindən atası II Murada belə məktub yazıldı: "Əgər padşah mənəmsə, sizə əmr edirəm ki, gəlib ordunun başında durasınız! Yox, sizsinizsə, gəlin dövlətinizi müdafiə edin!" Bu məktubdan sonra II Murad baş sərkərdə sifətiylə ordunu toplayıb yola düzəldi. Yol boyu bir neçə düşmən dəstəsini və gəmisini məhv edə-edə 9 noyabr-da Varna yaxınlığında xaçlı ordusu qarşısında qərargah qurdu.
Varna — Devnya kanalı
Varna — Devnya kanalı — Bolqarıstanın şimal-şərqindəki Varna vilayətində yerləşən dərin su yolları sistemi (2 kanal və 2 göl). Varna (şərqdə) və Devnya (qərbdə) şəhərlərini birləşdirir, Qara dənizin Varna körfəzindən başlayaraq Beloslav şəhəri və bir neçə kənd boyunca Varna və Beloslav göllərindən keçir. Kanalın ümumi uzunluğu 22 kilometrdir. Sahilləri boyunca bir sıra limanlar təchiz edilmişdir. Kanalın sahilində, texnoloji ehtiyaclar üçün kanaldan su götürən Varna SES yerləşir. == Tarixi == Kanal qurmaq fikri XVIII əsrdən bəri mövcud idi. Məşhur ingilis yazıçısı Çarlz Dikkens, Krım müharibəsi zamanı (1853–1856) Varnada hərbi müxbir kimi bolqarlar tərəfindən hazırlanmış, ancaq 1847-ci ildə Osmanlı sultanı Əbdülməcid tərəfindən rədd edilmiş kanal layihəsi barədə ilk dəfə məlumat vermişdir. XIX əsrin sonu — XX əsrin əvvəllərində Varna körfəzi ilə Varna gölü arasında müvəqqəti kanal çəkilmişdir. Mövcud su yolu 1970-ci illərdə inşa edilmişdir. Varna körfəzi ilə Varna gölü arasında kanal ikitərəfli olur, hansı ki burada, yerli əhali tərəfindən Ostrova və ya Qalata adlanan Bolqarıstanın ən böyük çay adasını yaradır.
Boris Georgiyev adına Varna şəhər Rəsm Qalereyası
Boris Georgiyev adına Varna şəhər Rəsm Qalereyası — Bolqarıstanın Varna şəhərində yerləşən rəsm qalereyası. 12 yanvar 1944-cü il tarixli sərəncamla yerli rəssamlar və fərdi şəxslərin hədiyyə etdiyi əsərlər əsasında yaradılmışdır. Kiril Şivarov, Konstantin Ştırkelov, Aleksandr Dyakoviç qalereya təsisçilərindən idilər. 1988-ci ildən etibarən XIX əsrin sonlarında Genço Knev tərəfindən inşa edilmiş kişi gimnaziyasının yenidən qurulmuş binasında yerləşir. 1999-cu ildən bəri rəssam Boris Georgiyevin adını daşıyır. Qalereya ümumi sahəsi 3000 m² olan 3 mərtəbəni əhatə edir. Burada rəssamlıq, qrafika və heykəltaraşlıq əsərləri yerləşir. Qalereyada 17-ci əsr flamand rəssamı Anselm van Hulenin 9 rəsm əsəri, 1648-ci ildə Vestfaliya sülh müqaviləsini imzalayan ölkələrin nümayəndələrinin portretləri, habelə Mixail Boruçinskinin 1911–1912-ci illərdə çəkdiyi "Vladislav Varnençikin döyüşü" əsəri var. Qalereyada Beynəlxalq Qrafika Biennalesi keçirilir. Qalereya həmçinin "İncəsənətdə avqust" Vizual Sənətlər Festivalının həmtəsisçisidir.
Varnakert döyüşü
Vardanakert döyüşü — Araz çayı yaxınlığındakı Varnakertdə yerləşdirilmiş ərəb qarnizonu ilə Ermənistan knyazlıqları arasında döyüş. Erməni knyazı VI Smbat Baqratuni Naxçıvanda qarnizondan olan 5,000 nəfərlik əməvi ordusunu məğlub etmişdi. Qəfil hücuma məruz qalan ərəblər Araz çayına qaçmış, orada ya boğulmuş, a da donaraq ölmüşdülər. Bizans komissiyası tərəfindən hakimiyyətə seçilən Smbat Ərməniyyənin əksəriyyətini yenidən ələ keçirməyə, ərəbləri regiondan qovmağa nail olmuşdur. Bu uğura baxmayaraq, əməvi generalları Məhəmməd ibn Mərvan və Məsləmə ibn Əbdülməlik tezliklə Ərməniyyə üzərində nəzarəti bərpa etmişdilər. 704-cü ildə Naxçıvanın baş kilsəsinin yandırılması, orada erməni knyaz ailələrinin genişmiqyaslı qırğınının təşkil edilməsi ilə müsəlmanların regiona nəzarəti təmin edilmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Hoyland, Robert G. In God's Path: The Arab Conquests and the Creation of an Islamic Empire. Oxford University Press. 2015. Macler, Frederic.
Varnava
Barnaba (yun. Βαρνάβας; ağıl) — İsanın həvarisi olduğu mübahisəli olan Kiprli xristian müqəddəsi. == Barnaba şərəfinə tikilmiş kilsələr == Nottinqem kilsəsi. == Həmçinin bax == Barnaba İncili == İstinadlar == == Ədəbiyyat == Послание Варнавы.// Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских/ Пер. П. Преображенского. — М.: 1860.
Yuri Varnauskas
Yuri Yuryeviç Varnovski (23 may 1947, Bakı) — Azərbaycan kinooperatoru, Azərbaycanın əməkdar incəsənət xadimi. == Həyatı == Yuri Varnovski 23 iyun 1947-ci ildə Bakıda anadan olub. 1966-1969-cu illərdə Politexnik İnstitunda, 1975-1980-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. 1 avqust 2012-ci ildə əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. == Filmoqrafiya == Anın quruluşu (film, 1980)(tammetrajlı bədii film)-quruluşçu operator Ata (film, 1988) Avqust gələndə (film, 1984) Ayrılan yollar Azərbaycanın dəniz qapısı (film, 1992) Babək (film, 1979) Bakı gecələri (film, 2015) Banqladeş qonaqları (film, 1992) Batmış şəhərin axtarışında (film, 1987) Bir anın həqiqəti (film, 2003) Bir həsrətin nəğməsi (film, 1997) Böyük İpək Yolunda (film, 1986) Burulğan (film, 1986) Dədə Qorqud (film, 1975) Dəli Kür (film, 1969) Dənizçi ürəyi (film, 1986) Dərvişin qeydləri (film, 2013) Dörd bazar günü (film, 1975) Ərazi (film, 2005) Fransa qəhrəmanı (film, 1975) Güman (film, 1989) Hacı Qara (film, 2002) Həmyerli (film, 1989) Həsənbəy Zərdabi (film, 1992) Xalq istehlakı mallarının buraxılışının öyrənilməsinin təşkili (film, 1989) Xoşbəxtlik qayğıları (film, 1976) İcarədarlar (film, 1990) Kontinental şelfin neftqaz obyektlərində təhlükəsizlik texnikası (film, 1987) Kross (film, 1989) Kuklalar (film, 2009) Qafqaz (film, 2007) Qarabağ şikəstəsi (film, 1996) Qayınana (film, 1978) Qəhrəman ana (film, 1990) Qız qalası (film, 2000) Qovlar (film, 1992) Laçın dəhlizi (film, 1993) Matəm (film, 1990) Mayak (film, 2012) Mən kitabımı başlayıram (film, 2006) Nə gözəldir bu dünya... (film, 1999) Nəsimi (film, 1973) Nizami (film, 1982) Onun taleyi (film, 1991) Ovsunçu (film, 2002) Oyun (film, 1996) Pərilərə inanmayın (film, 1979) Pirverdinin xoruzu (film, 1987) Rast. Niyazi (film, 2014) Ramin (film, 1988) Sevinc buxtası (film, 1977) Son döyüş (film, 1996) Şir evdən getdi (film, 1977) Şirbalanın məhəbbəti (film, 1991) Təbəssüm (film, 1992) Tilsim (film, 2005) Unutma...
Vanna
Vanna və ya ləyən – yuyunmaq üçün nəzərdə tutulmuş su tutan konteyner. == Növləri == Vannalar, adətən, 2 üslubda olur: Qərb üslubunda – içindəndə uzanılan. Belə vannalar çox vaxt qayıq kimi yastı və uzun olur. Şərq üslubunda – içində oturulan. Belə vannalar qısa və dərin olur. Məsələn, Yaponiyada furo vannaları bu üsluba aiddir. == Hazırlanma materialı == Hazırkı dövrdə, əsasən, çuqun vannalardan istifadə olunur. Lakin, qranit və taxta vannalar da geniş yayılmışdır.
Varan
Varan (lat. Varanus) — varanlar fəsiləsinə aid heyvan cinsi. == Yarımcinsləri == Varanus Odatria Soterosaurus Philippinosaurus Papusaurus Euprepiosaurus Empagusia Polydaedalus Psammosaurus == Xarici keçidlər == В. Р. Алифанов. Ящерицы в эпоху динозавров. Fry, Brian G., et al. (2006). Early evolution of the venom system in lizards and snakes.
Varqa
Varqa - 1728-ci ildə İrəvan əyalətinin Sisyan nahiyəsində kənd adı.
Verna
Verna (fr. Vernas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38535. Kommunanın 1999-cu il üçün əhalisi 174 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 195 ilə 429 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 35 km cənubda, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Marna (departament)
Marna (fr. Marne) — Fransanın şimal-şərqində yerləşən, Qrand Est regionun departametlərindən biri. Sıra nömrəsi — 51. İnzibati mərkəzi — Şalon-an-Şampan. Əhali — 579 533 nəfər (departamentlər arasında 45-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 8162 km². Departamentin ərazisindən Marna və Vel çayları axır. Departamentə 5 rayon, 44 kanton və 620 kommuna daxildir. == Tarixi == Departament 1790-cı il 22 dekabr tarixli qanuna əsasən Böyük Fransa inqilabı dövründə, 1790-cı il martın 4-də, tarixi Şampan əyalətinin ərazisində formalaşmışdır. Bu qanuna əsasən sakinlər öz departamentin prefekturasını ziyarət etmək və evə qayıtmaq üçün 2 gündən çox vaxt sərf etməməyi düşünməli idilər.
Marna döyüşü
Marna döyüşü — Birinci dünya müharibəsində Almaniya və Antanta qüvvələri arasında Fransa ərazisindəki Marna çayı sahilində 1914-cü ilin sentyabrın 7-də baş vermiş döyüşdür. Bu döyüşdə hər iki tərəfdən 2 milyondan artıq əsgər və zabit iştirak edirdi. Döyüş nəticəsində almanların Fransanın paytaxtına doğru hücumu dayandırılır və alman qoşunları Belçikaya tərəf geri otuzdurulur. Bu döyüşdə fransızlar tarixdə ilk dəfə taksi avtomobillərindən hərbi məqsəd üçün istifadə etmək təcrübəsini tətbiq etdilər.
Mona Vanna
Mona Vanna (it. Monna Vanna) və ya Çılpaq Cakonda (fr. La Joconde nue) — bəzən "ikiqat erotika" da adlandırılan, 72,4 × 54 sm ölçülü ikiqat yapışdırılmış kağız üzərində kömürlə çəkilmiş çılpaq qadın portretidir. Əsər Uaza departamentindəki Şantiyi qəsrində yerləşən Konde muzeyində saxlanılır. == Tarixi == === Mənşəyi haqqında ehtimallar === Əsərin Leonardo da Vinçiyə aid edilməsinin mənşəyi kardinal Luici d'Aragonun yazarı Antonio de Betisin məlumatlarına əsaslanır. Onun sözlərinə görə, 10 oktyabr 1517-ci ildə kardinalın Klo-Lüse qəsrində Leonardonu ziyarət etməsi zamanı, rəssam ona II Culiano de Mediçinin sifarişi ilə "florensiyalı xanımın sağlığında çəkilmiş portretini" hədiyyə etmişdir. Ehtimal ki, rəssam sifarişi 1513–1516-cı illərdə Mediçinin himayəsində olduğu dövrdə almışdır. Bu əsər dövrümüə çatmasa da, onun eskizi saxlanmışdır. Ehtimal ki, qısa müddət sonra "La fornarina" əsərini işləyərkən Rafael Santi də məhz həmin portretdən ilhamlanmışdır, lakin bu nəzəriyyəni şübhə altına alan tədqiqatçılar Antonio de Betisin verdiyi məlumatda hazırda Luvrda saxlanan "Mona Liza"dan bəhs etdiyini və məlumatda istifadə edilən "au naturel" ifadəsinin "Mona Liza"ya aid edilə biləcəyini qeyd edirlər. Əsəri təsvir edən ikincə mənbə isə Leonardoya yaxınlığı illə seçilən onun tələbəsi Salaiyə məxsusdur: onun 21 aprel 1525-ci ildə ölümündən sonra tərtib edilmiş invertarında yarıçılpaq "Mona Liza" portreti də qeyd edilir.
Qarna (Sulduz)
Qarna (fars. قارن‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 813 nəfər yaşayır (128 ailə). Əhalisi kürdlərdən ibarətdir.
Rafael Varan
Rafael Varan (25 aprel 1993[…], Lill) — müdafiəçi kimi çıxış etmiş keçmiş fransız professional futbolçu. == Şəxsi həyatı == Rafael Varan 25 aprel 1993-cü ildə Fransanın Lil şəhərində doğulub. == Karyera == === Klub === ==== Lans ==== Varan peşəkar karyerasına "Lans" klubunda başlamışdır. 28 iyul 2024-cü ildə İtaliya A Seriyasında çıxış edən "Komo" klubu Varan ilə iki illik müqavilə imzaladıqlarını elan edildi. Bir neçə həftə sonra, avqustun 11-də o, İtaliya kubokunda "Sampdoriya" ilə qarşılaşdıqları matçın ilk yarısında dizindən zədə aldı. Həmin ayın sonunda o, klubun A Seriyasındakı heyət siyahısından çıxarıldı. Varan 25 sentyabr 2024-cü ildə karyerasını sonlandırdığını elan etdi.
Rəngarəng varan
Varanus varius (lat. Varanus varius) — varanlar cinsinə aid heyvan növü. Avstraliyada lace goanna kimi də tanınır. == Yayılması == Rəngarəng varanlara Avstraliyanın şərqi və cənub-şərq düzənliklərində yaşayırlar. Qidalanmaq üçün böyük məsafə qət edərək (gün ərzində 3 km-ə qədər) dəniz sahillərində, qayalıqlar və onlara bitişik düzən yerlərdə, meşələrdə tez-tez rast gəlinir. == Xarici görünüşü == Bədənin yüxarı hissəsi çoxlu ağ, sarı, yaxud krem rəngində olan ləkələr olan qara, göy-qara rəngdə olur. Quyruğu nazik, uzun olub baş və bədənin uzunluğundan təqribən 1,5 dəfə böyükdür. == Çoxalması == Cütləşmə adətən isti aylarda olur. Eyni dişı fərdlə cütləşmək istəyində olan erkək fərdlər arasında döyüş baş verir. Dişilər adətən termit yuvalarının üst hissəsinə bir dəfəyə 2-12 ədəd yumurta qoyur.
Sarna (Salmas)
Sarna və ya Sarnaq (fars. سرنق‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 914 nəfər (223 ailə) yaşayır. Etnik baxımdan əhalisi Azərbaycan türklərindən ibarətdir.
Securigera varia
Securigera varia (lat. Securigera varia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin securigera cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 80 sm-ə qədər, gövdəsi zəif, əyilib qalxan və ya düz, uzun, tin-tin və içi boş, çılpaq və ya tüklü, adətən budaqlanan çoxillik ot bitkisidir. Yalançı zoğları sərbəst olub, kiçikdir, xətvarineştərşəkilidir və uzunluğu 3 mm-dir. Yarpaqları tək lələkvaridir, qısa saplaq üzərində 15-25 ədəd oval və ya uzunsov, küt yarpaqcıqlar yerləşmişdir. Çiçəkləri 12-20 ədəd olmaqla, çiçək oxunun uzunluğu 3-15 sm-ə qədər olan, qısa başcığaoxşar çətirlərdə toplanmışdır; çiçək saplağı kasacıqdan iki dəfə uzun, ona bərabərvə ya ondan qısadır. Tac çəhrayı və ya bənövşəyi rəngdə olub, ağ zolaqlıdır. Paxlaları qəhvəyi rəngdədir, düz və ya qövsşəkilli əyilmişdir, 1-10 ədəd yastı-dördtilli buğumlardan ibarətdir. Toxumları uzunsovovaldır, qəhvəyi və ya qonur rəngdədir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Strix varia
Əlvan yapalaqca (lat. Strix varia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaqca cinsinə aid heyvan növü.
Vanna (müğənni)
Ivana Vrdoljak-Vanna (1 sentyabr 1970, Kоprivniçа) – daha çox səhnə adı ilə tanınan Vanna, xorvat pop müğənnisidir.
Vanna Buakeva
Vanna Buakeva – İqtisadçının şərəfini qoruyan təcrübəli qadın libero. Avropada oynayan ilk tailandlı voleybolçudur. 18 ildir ki, Tailand milli voleybol komandasının şərəfini qoruyur. Milli komandadakı debüt matçı 1996-cı ildə Malayziyaya qarşı olmuşdu. == Karyerası == Vanna Buakeva karyerasına 1996-cı ildə məktəb səviyyəsində başlamışdı. 1999-cu ilə qədər Tailand millisinin müxtəlif yaş qruplarında oynamış, daha sonra isə 2002-ci ilə qədər Pepsi şirkətinin Banqkok şəhərindəki komandası olan Pepsi Bangkokda oynamışdı. 2001-ci ildə milli komanda ilə birlikdə Asiya çempionatında bürünc medal qazanmışdı. 2002-03 mövsümünü İtaliyada keçirən voleybolçu Volley Spezzano ilə ilk legioner macərasını da yaşamışdı. 2003-2008 illəri arasında onun öz deyimi ilə "Bütün gücümü milli komandaya həsr etmişdim" sözləri tam doğru idi. Belə ki, bu illərdə o heç bir klubda oynamamış, ancaq milli komanda ilə birlikdə bir çox turnirdə iştirak etmişdi.
Varba adası
Varba adası (ərəb. جزيرة وربة‎) — Fars körfəzində, Küveytə məsxus olan ada. Adanın sahəsi 37 km²-dir. Adada yaşayış yoxdur. Adada Birləşmiş Millətlər Təşkilatı tərəfindən qismən maliyyələşdirilən M-1 adlı bir sahil mühafizə postunu saxlanılır. == Coğrafiya == Küveytin materik hissəsindən 100 metr, Bubiyan adasından 1.5 km, İraqdan isə 1 km aralıda yerləşir. Şəttül-Ərəb çayının məsəbində qərarlaşır. Adanın uzunluğu 15 km, eni isə 5 km-dir. == Ərazi iddiaları == 1994-cü ilin noyabrında İraq rəsmi sürətdə Küveytlə sərhədi tanımışdır. Bununlada onun adaya olan iddiası sona çatmışdır.
Varda körpüsü
Varda körpüsü— Adana vilayəti Karaisalı ilçəsinin Hacıkırı (Kıralan) kəndində yerləşib, yerli əhali tərəfindən "Böyük körpü" adlandırılır. Hacıkırı Dəmir Yolu körpüsü 1912-ci ildə Almanlar tərəfindən inşa edildiyi üçün Alman körpüsü kimi tanınır. Adanaya avtomobil yolu məsafəsi Karaisalıdan 64 km məsafədədir. Dəmir yolu ilə Adana stansiyasına məsafəsi 63 km-dir. Bu körpü Almanlar tərəfindən, polad qəfəs daş hörmə üsulu ilə aparılmışdır və 6 bölmədən ibarətdir. 1912-ci ildə istifadəyə verilmişdir. Körpünün tikilmə məqsədi İstanbul-Bağdat-Hicaz Dəmir yolu xəttini tamamlamaq olubdur. == Texniki xüsusiyyətləri == Kargir körpü növündə 3 əsas açıqlıqlıq və 4 əsas sütun üzərində qurulmuşdur. Körp 200 metr uzunluğunda və 99 metr hündürlüyündədi. Körpünün sütunları polad mesnet növü olub xarici örtməsi daş hörmə üsulu ilə tikilmişdir.
Varta çayı
Varta (pol. Warta) — Polşada çay, Odra çayının sağ qolu. == Əsas göstəriciləri == Varta çayının uzunluğu-808 km olub, hövzəsinin sahəsi isə 53 700 km²-dir. Başlanğıcını Kiçik Polşa yüksəkliyindən götürən bu çay, Böyük Polşa düzənliyindən axır. Çayın su sərfi-215 m³/san-dir. Onun 350 km-i isə şlüzlarla tənzimlənir.
Yuxarı Marna
Yuxarı Marna (fr. Haute-Marne) — Fransa şimal-şərqində yerləşən, Qrand Est regionun departamentlərindən biri. Sıra nömrəsi — 52. İnzibati mərkəzi — Şomon. Əhalisi — 191 004 nəfər (departamentlər arasında 91-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazi 6.211 km² əhatə edir. Departamentin ərazisində Marna çayı axır. Departamentə 3 rayon, 32 kanton və 432 kommun daxildir. == Tarixi == Yuxarı Marna — 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Şampan-Ardenn bölgəsinin ərazisində yerləşir.
İndira Varma
İndira Varma (ing. İndira Varma) — məşhur Hind əsilli B.Britaniya aktrisası . == Həyatı == İndira Varma Hind əsilli ata ilə İsveçrəli İtalyan əsilli ananın övladıdır .
Avena verna
Əkin yulafı (lat. Avena sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria var. mutica Brot. Avena algeriensis Trab. Avena anglica Roem. & Schult. [Invalid] Avena byzantina subsp. pseudosativa (Thell.) E. Morren Avena byzantina var. thellungiana (Malzev) Tab.Morais Avena cinerea Roem.