Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Varlı
Varlı (Salyan) Birinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Varlı Həyat — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Çaylı
Çaylı (Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Qazax) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Şəmkir) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Bala Çaylı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Birinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. İkinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun inzibati ərazi vahidində kənd. Çaylı (Ağdərə) Nerkin Çaylı (Aşağı Çaylı) — Azərbaycanın ləğv olunmuş Ağdərə rayonunda kənd. Kənd ləğv edilmişdir.
Henri Vayld
Henri Vayld (ing. Henry Tingle Wilde; 21 sentyabr 1872 – 15 aprel 1912) — Titanik gəmisinin baş ofiseri.
Kim Vayld
Kim Vayld (ing. Kim Wilde) — Böyük Britaniya pop müğənnisidir. 18 noyabr 1960-cı il Londonda dünyaya gələn İngilis pop sənətçisi Kim Vayld anasının musiqi dünyasında iştirak etməsindən ötrü uşaqlıq vaxtından bəri bütün marağını musiqiyə yönəltmişdi. Onun atası müğənni Marti Vayld (əsl adı Recinald Leonard Smitdir), anası isə müğənni və "The Vernons Girls" musiqi qrupunun rəqqasəsi olan Coys Beyker olub. Kim uşaqlıqda Londonun qərb-cənub hissəsində yerləşən Okfild məktəbində dərs alırdı. 9 yaşında olan zaman Kim ailəsi ilə birlikdə Hartfordşir krallığına köçür və Tevində təhsilini davam etdirir. Kim burada fortepiano sənətini mənimsəməyə başlayır. Paralel olaraq Kim Vayld "Müqəddəs Elbanın İncəsənət Kolleci" mətəbində dərs alır. Kim 20 yaşı tamam olanda təhsil aldığı kollecin məzunu olur və qısa müddətdən sonra seçilən ingilis prodüserlərindən biri olan Mikki Moust ilə görüşür. Bu görüşdən sonra Kim "RAK Records" studiyası ilə müqavilə bağlayır və musiqi karyerasına başlayır.
Kompüter faylı
Kompüter faylı — informasiyanın diskdə tutduğu yerdir. Faylın adı iki hissədən ibarət olur: adın özündən və faylın tipini göstərən uzantıdan. Faylın adında hərf və rəqəmlərdən istifadə etmək olar. Məsələn: "İnformatika-7", "Lesson1", "sgfg123", "Bölüm_1". Bəzi simvolların xüsusi təyinatı olduğundan faylın adında onlardan istifadə etmək olmaz.Kompüter üçün faylın adının böyük və ya kiçik hərflərlə yazılmasının fərqi yoxdur. Faylın adı ən çoxu 255 simvoldan ibarət ola bilər, ancaq çalışmaq lazımdır ki, o, yetərincə qısa olsun. Faylın adında * / : < > ? \ | " simvollarından istifadə etməyin. Həmin simvolların hər birinin əməliyyat sistemi üçün xüsusi mənası var. Faylın aşağıdakı növləri olur: Sistem faylları – dəyişməyən fayllar.
Nerkin Çaylı
Aşağı Çaylı — Ağdərə rayonunun Yuxarı Çaylı inzibati ərazi vahidində kənd. Tərtər çayının sol sahilində yerləşən və əvvəllər Çaylı adlanan kəndin Aşağı hissəsidir. 1933-cu ildə Aşağı Çaylı kimi qeydə alınan bu kənd sonralar Nerkin (erm. "Aşağı") Çaylı adlandırılmışdı. ASÇC-nin (Azərbaycan Sosialist Şura Cümhuriyyəti və ya Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə o zaman mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində Yuxarı Çaylı kənd şurası və qeyd olunan kənd şurasının tərkibində Aşağı Çayı və Yuxarı Çaylı məskun yerləri qeyd olunur. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı. Aşağı Çaylı kəndi 1828-ci ildə İrandan köcürülmüş ermənilərin Qarabağda (Tərtər çayı sahilində) yerləşdirilməsindən yaranmış kənddir. Ermənicə Nerkin (aşağı) Çaylı adlanmışdır.
Oliviya Vayld
Oliviya Ceyn Vayld (ing. Olivia Jane Wilde; 10 mart 1984[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ aktrisası, fotomodeli və kino istehsalçısı.
Oskar Vayld
Oskar Vayld (ing. Oscar Fingal O’Flahertie Wills Wilde; 16 oktyabr 1854[…], Dublin, Dublin qraflığı[d], Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 30 noyabr 1900[…], Paris) — görkəmli irland yazıçısı. Görkəmli İngilis yazıçısı Oskar Vayld 1854-cü ildə anadan olmuşdur. Yaradıcılığa tələbəlik illərindən başlamışdır. O, bir çox nağılların müəllifidir. Onun yazdığı nağıllarla xalq nağılları arasında böyük fərq var. İlk növbədə o, uşaqların qarşısında ciddi problemlər qoymuşdur. Bunlar: xeyrlə şəri ayırmaq və olum ölüm. Onun nağılları iki hissədən ibarətdir: I hissəyə "Xoşbəxt şahzadə və diğər nağıllar", II hissəyə " Nar ev" , " Bülbül və qızılgül" daxildir. Onun bu nağıllarında dostluq və sədaqətdən danışır.
Verin Çaylı
Çaylı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır. ASÇC-nin (Azərbaycan Sosialist Şura Cümhuriyyəti və ya Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə o zaman mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində Yuxarı Çaylı kənd şurası və qeyd olunan kənd şurasının tərkibində Aşağı Çayı və Yuxarı Çaylı məskun yerləri qeyd olunur. Azərbaycan SSR-nin 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə Verin Çaylı və Nerkin Çaylı kəndləri o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətində Mardakert rayonunun Verin Çaylı kənd Sovetinin tərkibində göstərilir, Verin Çaylı kəndi isə Verin Çaylı kənd Sovetinin mərkəzi kimi göstərilir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı. Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı. Daha sonra isə Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdi. Ağdərə rayonu isə Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə ləğv edilərək ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Kəndin ərazisində 2010-cu ilin iyun ayında Çaylı döyüşü baş vermişdir.
Çaylı (Ağdərə)

Çaylı (Biləsuvar)
Çaylı (əvvəlki adı: Fioletovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Biləsuvar rayonunun Fioletovka kəndi Biləsuvar şəhər Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Fioletovka kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2005-ci il tarixli, 976-IIQ saylı Qərarı ilə Biləsuvar rayonunun Fioletovka kənd inzibati ərazi vahidi tərkibindəki Fioletovka kəndi Çaylı kəndi, Fioletovka kənd inzibati ərazi vahidi Çaylı kənd inzibati ərazi vahidi adlandırılmışdır. Kəndi XX əsrin əvvəllərində Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş rus ailələri salmışlar. İnqilabçı İ.T.Fioletovun (1883-1918) şərəfinə Fioletovka adlandırılmış və memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Çaylı adlanır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Muğan düzündə yerləşir. Allahverdiyev Elnur Kamil oğlu (2001-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Babayev Elməddin Cəfərqulu oğlu (1981-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Çaylı (Göygöl)
Çaylı — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 dekabr 2006-cı il tarixli, 215-IIIQ saylı Qərarı ilə Xanlar rayonunun Çaylı kənd inzibati ərazi dairəsi Çaylı kənd inzibati ərazi vahidi hesab edilmişdir. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır. Kənd XIX əsrdə yaradılmışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 896 nəfər əhali yaşayır.
Çaylı (Qazax)
Çaylı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Çaylı Qazax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Coğaz çayının sahilində, Gəncə-Qazax düzənliyindədir. Kəndin ərazisi əvvəllər Qıraq Kəsəmən kəndinin qışlaq yeri olmuşdur. Sonralar bu kənddən çıxmış qızyetərli nəslinə mənsub ailələr Çaylı kəndinin bünövrəsini qoymuşlar. Çaylı kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi Coğaz çayının sahilində salındığına görə belə adlanmışdır. Qıraq Kəsəmən (Ağstafa rayonu) kəndindən çıxmış qızyetərli nəslindən olan ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ərazisi əvvəllər qızyetərli nəslinin qışlaq yeri olmuşdur. Kənd Qazax rayonuda Daş Salahlıdan sonra ikinci böyük kənddir.
Çaylı (Tərtər)
Çaylı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Kənd XIX əsrdə gəlmə ermənilər orada məskunlaşdıqdan sonra Verin Çaylı (Yuxarı Çaylı) adlandırılmışdır. Yaşayış məntəqəsi çay kənarında yerləşdiyi üçün belə adlandırılmışdır. ASÇC-nin (Azərbaycan Sosialist Şura Cümhuriyyəti və ya Azərbaycan SSR) 1933-cü il üçün inzibati bölgüsündə o zaman mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində Yuxarı Çaylı kənd şurası və qeyd olunan kənd şurasının tərkibində Aşağı Çayı və Yuxarı Çaylı məskun yerləri qeyd olunur. Azərbaycan SSR-nin 1977-ci il yanvarın 1-nə olan vəziyyətə görə tərtib edilmiş inzibati-ərazi bölgüsündə Verin Çaylı və Nerkin Çaylı kəndləri o zaman mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətində Mardakert rayonunun Verin Çaylı kənd Sovetinin tərkibində göstərilir, Verin Çaylı kəndi isə Verin Çaylı kənd Sovetinin mərkəzi kimi göstərilir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 mart 1982-ci il tarixli Fərmanı ilə bir birinə birləşmiş Verin Çaylı və Nerkin Çaylı kəndlərinə Çaylı adı verilməsinin və bununla əlaqədar Çaylı kəndi mərkəz olmaqla, Verin Çaylı kənd Sovetinin Çaylı kənd Soveti adlandırılmasının təsdiq olunması qərara alınmışdı. Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanunu ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv olunması, Mardakert rayonunun Ağdərə rayonu adlandırılması qərara alınmışdı. Daha sonra isə Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Çaylı kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdi. Ağdərə rayonu isə Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə ləğv edilərək ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Kəndin ərazisində 2010-cu ilin iyun ayında Çaylı döyüşü baş vermişdir.
Çaylı (Şəmkir)
Çaylı — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Şəmkir rayonunun Seyfəli inzibati ərazi vahidində kənd. Şəmkir çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qazax rayonunun Çaylı kəndindən gəlmiş ailələr salmışlar. Şəmkir r-nunun Seyfəli i.ə.v.-də kənd. Şəmkir çayının sahilindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Qazax r-nunun Çaylı kəndindən gəlmiş ailələr salmışlar; Çaylı adlı bütün yaşayış məntəqələri çay kənarında yerləşdikləri üçün belə adlandırılmışdır. Kənd əhalisi 537 (2009) nəfərdir ki, onunda 256 nəfəri kişi, 281 nəfəri isə qadınlar təşkil edir. Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Çaylı bələdiyyəsi
Çaylı bələdiyyəsi (Qazax) — Qazax rayonunda bələdiyyə. Çaylı bələdiyyəsi (Göygöl) — Göygöl rayonunda bələdiyyə.
Varlı (Salyan)
Birinci Varlı — Azərbaycanın Salyan rayonunda kənd. İkinci Varlı — Azərbaycanın Salyan rayonunda kənd.
Varlı Həyat
Varlı Həyat (1990-cı ilədək Orconikidze) – Azərbaycan Respublikasının Şəmkir rayonunun Yeni Göyçə kənd inzibati ərazi dairəsində kənd. Yaşayış məntəqəsini 1927-ci ildə indiki Aşağı Çaykənd kəndindən köçmüş ailələr binə yerində salmışlar. Əvvəllər Buxarin, bir müddət Novaya Zarya, 1929-cu ildən isə Orconikidze adlanırdı. 1990-cı ildə rəmzi olaraq indiki ad verilmişdir.
Varlı adamlar
Varlı adamlar — digər insanlarla müqayisədə daha çox maddi sərvətə malik olan insanlardır. 2007-ci il "Dünyanın ən varlı adamları" statistikasina əsasən 946 milyarder barədə məlumatlar daxil edilmişdir. Bura daxil olanların 178-i bu siyahıya məhz bu il daxil olmuşdur. 178 yeni milyarderin ölkələr üzrə bölgüsü aşağıdakı kimidir: Rusiya vətəndaşı — 19; Hindistan vətəndaşı — 14; Çin vətəndaşı — 13; İspaniya vətəndaşı — 10; 56 nəfər milyarderdən savayı digər yeni milyarderlər dünyanın müxtəlif ölkələrinin sakinləridirlər. 2007-ci il milyarderlərin statistikasında qeyri-ordinar il kimi daxil olmuşdur. Buna səbəb qeyri-neft sektoru olmuşdur. Məsələ burasındadır ki, qeyd edilən milyarderlərin əksəriyyəti qeyri-neft sektorunda var-dövlət qazanmışlar. Bu sahələrə aid idi daşınmaz əmlak, qəhvə və ümumilikdə qida məhsulları. 2006-cı ildə milyarderlər siyahısına daxil olan adamların yalnız 2\3 hissəsi öz yüksək maddi durumunu 2007-ci ildə qoruyub saxlamışdırlar və buna səbəb 2007-ci il statistikasına daxil ola bilmişdilər. 2007-ci ildə ən minimal məbləğ 900 mln $ — ən maksimal məbləğ 3.5 mld $ arasında ölçülmüşdür.
Çaylı döyüşü
Çaylı toqquşması və ya Çaylı döyüşü — 18–19 iyun 2010-cu ildə Çaylı yaxınlığında Azərbaycan Silahlı Qüvvələri və Qarabağ separatçıları arasında baş verən toqquşma. 18 iyun 2010-cu ildə İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyevin iştirakçılığı ilə Rusiyada keçirilən üçtərəfli sülh danışıqları növbəti dəfə uğursuz bitdi. Sankt-Peterburq sülh danışıqlarından sonra İlham Əliyev Maliyyə forumunda iştirak etmədən Rusiyanı tərk edir. Toqquşmada Azərbaycan tərəfi erməni tərəfini, erməni tərəfi isə Azərbaycan tərəfini günahlandırır. Döyüşdən sonra ATƏT-in Minsk Qrupu tərəfləri atəşkəsə və sakitləşməyə çağırır. ATƏT-in Minsk Qrupu sülh yolundan başqa münaqişənin həllini görmədiyini söyləyiblər. Eləcə də ATƏT bildiribki cəbhə xəttində monitorinqləri davam etdirəcək. İlham Əliyevin sərancamı ilə həlak olmuş Mübariz İbrahimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilir.
Çaylı məhəlləsi
Çaylı məhəlləsi — Gəncəçayın sağ sahilində keçmiş Yerevanskaya naberejnaya və Uçiliş küçələrində, indiki N.Nərimanov prospektindəki 10 saylı məktəbin ətrafında və prospektin VI-VII-VIII-IX döngələrində və Ə.Cəmil küçəsində yerləşən məhəllə. Çaylı camaatının Gəncəyə nə vaxt və haradan gəlməsi haqqında dəqiq məlumat azdır. Çaylının tarixi təxminən XVII-XVIII əsrlərdən başlayır. Kəndə köç XVII əsrin əvvəllərindən başlamışdır. Köç edənlərin əksəri indiki Ağstafa rayonunun Kəsəmən kəndindən olmuşdur. Bunun səbəbi Çar Rusiyasının öz xidmətlərinə görə bu torpaqları hərbiçilərindən birinə vermək idi. Kəndə əvvəlcə üç nəsil — bənnalar (Bənayevlər), qocalar (Qocayevlər), çarçılar (Çarçıyevlər) gəlmişlər. 1736-cı ildə Muğanda şah seçilən Nadir Gəncə bəylərbəyliyinin torpaqlarının bir qismini Kaxet çarı II Teymuraza verdi. Verilən elatlardan biri də Çaylı idi. Rus çarından aldığı hədiyyələrə və xoş vədlərə uyan II İrakli ölkəsində yaşayan müsəlmanlara ögey münasibət bəsləyirdi.
Çaylı xalçaları
Çaylı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır. Xalçalar adını Gəncə şəhərindən 20 km cənub-şərqdə yerləşən Çaylı kəndinin adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Gəncə-şəhər", "Qazaxça", "Öysüzlü", "Qaraxanlı" adlandırırlar. Çaylı xalçaları Gəncə xalçalarının orta keyfiyyətli xalçalar kateqoriyasına aiddir. "Çaylı xalçaları"ı öz adını Gəncə şəhərindən 20 km cənub-şərqdə yerləşən Çaylı kəndinin adından almışdır. "Çaylı xalçaları"ı əvvəlcə Çaylı kəndində toxunmuş, daha sonra Gəncənin özündə ("Gəncə-şəhər" adı ilə) və Goranboy rayonunun xalçaçılıq məntəqələrində toxunmağa başlamışdır. "Çaylı xalçaları"ını bir çox ustalar "Öysüzlü xalçaları", digərləri "Qaraxanlı xalçaları" adlandırırlar. Çaylı xalçaları Şirvan xalçaçılıq məktəbinə aid olan "Qobustan xalçaları" və "Mərəzə xalçaları"nın orta sahəsindən götürülmş bəzi elementlərin şəkilləri bir qədər dəyişdirilərək "Gəncə xalçaları"nın texniki xüsusiyyətlərinə uyğun şəkildə istifadə edilərək toxunmuşdur. Çaylı xalçalarının orta sahəsində məhz bu xalçalara xarakterik olan, bu xalçanın əsas elementi sayılan uzunsov altıbucaqlı qırmızı yerlikli iri bir göl yerləşdirimiş və qara rəngli yerliyi olan ara sahəsinin sərbəst qalan yerləri "Bəndi-rumi" adlanan torşəkilli naxışla bəzədilmişdir. "Bəndi rumi" adlanan torşəkilli naxışların oyuqlarında isə çiçək formasında naxışlar işlənmişdir.
Çaylı yemişi
Çaylı yemişi və ya Dadaş tumu – Abşeronda xalq seleksiyası yolu ilə yetişdirilmiş sort. Tağı qısa, yarpaqları böyrəkvaridir. Meyvələri uunsovdur. Rəngi açıq-yaşıl, qabığı narın torlu, ləti sıx, şirəli və ağ rəngdədir. Dadı çox şirindir. Toxumları ağımtıl-sarı, orta irilikdə, yumurtavaridir. 90–100 günə yetişir. Hər ha-dan 25 ton məhsul götürmək mümkündür. Saxlama və daşınma orta dözümlüdür.
İkinci Varlı
İkinci Varlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Salyan rayonunun Varlı kənd inzibati-ərazi vahidi tərkibindəki Birinci Varlı kəndinin bir hissəsi İkinci Varlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Kənd əhalisi əsasən heyvandarlıqla məşğul olur. Aran iqtisadi rayonuna xas olan pambıqçılıqla da kənddə məşğul olurlar. 24-02-2016 Salyan rayonunda 1000 nəfərdən çox əhalinin yaşadığı İkinci Varlı kəndinə mavi yanacağın verilməsinə başlanılıb. 200 abonenti olan kəndin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 20 min 220 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 200 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kənddə II Varlı kənd məscidi dini icması fəaliyyət göstərir.
İkinci Çaylı
İkinci Çaylı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Şamaxı rayonunda Birinci və İkinci Çaylı adında iki Çaylı kəndi var. Bu kəndlər 1846-cı ildə ağakişibəyli (Çaylıda dəymədağıldı da deyilən bəy nəslinin bəyinin adı ilə adlandırılmışdır) (Birinci Çaylı) və baxşıbəyli (İkinci Çaylı) adlı elatlara mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışlar. Çaylı adlı bütün yaşayış məntəqələri çay kənarında yerləşdikləri üçün belə adlandırılmışdır. Kənd Pirqulu istiqamətində yerləşir. Kənd əhalisi 501 nəfərdir ki, onun da 253 nəfəri kişi, 248 nəfəri isə qadınlar təşkil edir.
Vafli
Vafli (nid. Waffel) — səthində müxtəlif bəzəkləri olan nazik biskvit növü Vafli sözü mənşəyini holland sözü olan «waffel» gotürüb. Bu söz XVIII əsrdə waffle sözünə dəyişmiş və dilimizə bu şəkildə keçmişdir. Vafli qatları arasına daha çox krem, zövqə uyğun olaraq dondurma, giləmeyvə və s. Içliklər də çəkilir. Vafli həmçinin digər qənnadı məmulatlarında da istifadə edilə bilər. Vafli əsasən xüsusi sənaye avadanlığı vasitəsilə hazırlanır. Onu ev şəraitində hazırlamaq üçün isə dəmir vafli qabından istifadə olunur.
Valli
Valley- Angilyanın paytaxtı.bu şəhərin 1.169 nəfər əhalisi var.
Kayli Cenner
Kayli Kristen Cenner (ing. Kylie Kristen Jenner; 10 avqust 1997[…], Los-Anceles, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — amerikalı model və iş qadını. Kylie Cosmetics adlı makiyaj markası və KylieSkin adlı dəri qulluq məhsulları markasının qurucusu və sahibidir. E! televiziya kanalında göstərilən Keeping Up with the Kardashians ailə realiti şoularında rol alır. 2019-cu ildə Forbes jurnalının açıqladığı siyahıda 1 milyard dollar sərvəti ilə dünyanın ən gənc milyarderi olmuşdur. Brus Cenner və Kris Cennerin qızıdır. Kendal Cennerin kiçik bacısıdır və Kourti Kardaşyan, Kim Kardaşyan, Kloi Kardaşyan və Rob Kardaşyan adında 4 ögey bacı və qardaşı, ata tərəfindən isə 4 ögey bacı və qardaşı var. Kayli də ailədəki digər üzvlər kimi məşhur amerikalı gənc media şəxsiyyəti və modeldir. Hər dönəm şou-biznesdə çox danışılan və dünya üzrə geniş kütlə tərəfindən izlənən Kim Kardaşyanın ögey bacısıdır.
Kayli Minouq
Kayli Enn Minouq, AO, OBE (ing. Kylie Ann Minogue [ˈkaɪliː mɨˈnoʊɡ], eyni zamanda mononim kimi Kylie; 28 may 1968[…], Melburn) — Avstraliyalı pop müğənni, mahnı müəllifi və aktrisadır. Tez-tez dəyişikliyi ilə tanınan və kommersiya baxımından ən uğurlu Avstraliya ifaçısıdır. Mətbuatda onu Avstraliya musiqi səhnəsinin "pop şahzadəsi" və "stil ikonu" adlandırırlar. Minouq 1980-ci illərin ortalarında Avstraliyanın "Qonşular" serialında çəkilməklə məşhurluq qazanır. 1980-ci illərin sonlarında PWL studiyası ilə müqavilə imzalayaraq musiqi karyerasına başladı. Prodüserlər ilə əməkdaşlıq illərində müğənni babblqam və dans-pop üslubunda dörd studiya albomu buraxdı. İlk üç albomu və "The Loco-Motion", "Hand on Your Heart", "Better the Devil You Know" və "Step Back in Time" sinqlları Avstraliya və Britaniya hit-paradlarının ilk onluğuna daxil oldu. Deconstruction Records səsyazma studiyasının dəstəyi ilə PWL dən ayrılan Minouq Kylie Minogue albomunu buraxdı. 1997-ci ildə elektron rəqs musiqisi üslubunda Rok elementləri olan Impossible Princess adlı eksperimental albom buraxdı.
Kayli Vatson
Mayli Sayrus
Mayli Rey Sayrus (ing. Miley Ray Cyrus; doğum adı: Destini Houp Sayrus (ing. Destiny Hope Cyrus); 23 noyabr 1992[…], Neşvill) — amerikan aktrisa, müğənni, bəstəkar və model. Sayrus bir Disney serialı olan Hanna Montanadakı Mayli Stüart/Hanna Montana roluyla tanınır. Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir. 2012-ci ildə aktyor Liam Hemsvort ilə nişanlanıb. Ancaq sonra müxtəlif səbəblərlə ayrılıblar. Billi Rey Sayrusun qızıdır. Kristofer Kosi və Treys (Los-Ancelesdəki Metro Station adlı elektro rok qrupunun solisti və gitaristi) adlarında iki ögey qardaşı vardır. Həmçinin Brendi adında bir ögey bacısı, Breyson adında bir qardaşı və Noah adında Mayli kimi aktrisa olan bir bacısı vardır.
Rayli Kio
Daniel Rayli Kio (ing. Danielle Riley Keough; 29 may 1989, Santa-Monika, Kaliforniya, ABŞ) — ABŞ aktrisası, fotomodeli və film istehsalçısı. Kionun film sənayesində debüt işi 20 yaşında "The Runaways"də (2010) Mariya Küri obrazı olmuşdur.
Sayli Valdespino
Ziko Bayli
Ziko Bayli (27 avqust 2000-ci ildə Limpioda anadan olub) — ABŞ Futbol Liqası təmsilçilərindən olan LA Qalaksi II klubunda müdafiəçi kimi çıxış edən peşəkar ABŞ-lı futbolçudur. Bayli LA Qalaksi akademiyası vasitəsilə inkişaf etmişdir. Bayli öz peşəkar karyerasında debütünü 22 aprel 2017-ci ildə Oranj Kaunti klubuna qarşı oyunda etmişdir. O, 82-ci dəqiqədə Xorxe Hernandez ilə əvəz olunmuşdur. Həmin görüşdə LA Qalaksi II liqa görüşündə rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. 11 İyun 2017 tarixində yenilənib 1Sudamerikana Kuboku görüşləri daxildir. 2ABŞ Superkuboku görüşləri daxildir.