valet
valideyn
OBASTAN VİKİ
Pirbudaq (vali)
Əbu'l Fəth Pir budaq və ya daha çox tanındığı adı ilə Pirbudaq (Bağdad – 1466, Bağdad) — Cahanşahın 4-cü oğlu Qaraqoyunlular dövlətinin Şiraz Valisi (1456–1460) Bağdad Valisi (1460–1466) . Hakim olduqları şəhərlərdə siyasi və iqtisadi sabitlik qurmuş, buna görə də öz dövründə məşhurlaşmışdır. O, incəsənətə aid kitabxana qurdurmağı, mədəniyyətə hamilik etməsi, Bağdadı incəsənətin mərkəzinə çevirməsi ilə tanınmışdır. O, bu kitablarda incəsənətin ən böyük hamisi olan türkman kimi təsvir edilmişdir. Pirbudaq güclü bir ailədə doğulmuşdu. Öz dövrünün ən güclü türk ailələrindən biri olan və Qaraqoyunluların hakim sülaləsi olan ailədə dünyaya gələn Pirbudaq Cahanşahın ən böyük oğlu idi. Onun ailəsi monqol işğalları zamanı Orta Asiyadan İran və Azərbaycan coğrafiyasına gəlmiş, 1300-cü illərdə artıq bölgədə hakim qüvvəyə çevrilmişdirlər. Onun əmisi Şah Məhəmməd 1411-1433-cü illərdə Bağdadın hakimi olmuşdur. Onun babası Qara Yusif 1410-cu ildən Azərbaycanın hakimi olmuş, 1439-cu ildə Pirbudağın atası Cahanşah Qaraqoyunlu taxtına çıxmışdır. Bundan bir il əvvəl isə Cahanşah Teymuri hökmdarı Şahruxu dəstəkləməsinin mükafatı olaraq Təbriz hakimi təyin edilmişdi.
Miranti du Vali
Miranti du Vali (port. Mirante do Vale) — San-Pauluda göydələn. 1960-cı ildə inşa edilmişdir. Hazırda Braziliyada ən yüksək göydələndir. Hündürlüyü 170 metr, mərtəbələrinin sayı 51-dir. 75.000 kvadrat metrdir.
Məhəmmədqasım xan Vali
Məhəmmədqasım xan Dostəli xan oğlu Vali (1800-1872)—Qacarlar dövlətinin hərbi və mülki xadimi. Məhəmmədqasım xan Dostəli xan oğlu 1800-cü ildə Tehran şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Qacarlar dövlətində xidmət etmişdi. 1838-1840-cı illərdə Yəzdin valisi olan böyük qardaşı Hüseynəli xan Müəyyirilməmalikin yanında nəvvab olmuşdu. Ordan saraya pişxidmət vəzifəsinə dəyişildi. 1851-ci ildə Əhməd xan Əminülmülkün əvəzinə Tiflis baş konsulu təyin edildi. 1854-cü ildə Rusiya səfirliyinə baş müşavir təyin edildi. 1855-ci ildə çar II Aleksandrın tacgüzarlığında iştirak etdi. 1855-1860-cı illərdə Tehranda yaşadı.1860-cı ildə İranın Rusiyada səlahiyyətli səfiri vəzifəsinə təyin edildi.
Pisful-Vali (Vaşinqton)
Pisful Vali (ing. Peaceful Valley) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 3324 nəfər olmuşdur. Ümumi ərazisi 44.00 km² olub, bunun 43.9 km² quru, 0.1 km² isə sudur. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 3324 nəfər əhali, 1189 şəxsi təsərrüfat və 799 ailə vardı. Əhalinin sıxlığı 55.8 nəfər/km²-di. Burada 1488 ev var və evlərin sıxlığı 33.8/km²-di. Əhalinin etnik tərkibini 88,2%-i Ağ amerikalılar, 0,7%-i Afroamerikalılar, 2,4%-i Hindilər, 0,8%-i Asiyalılar, 0,1%-ni Okeaniya adalarından olanlar, 4,4%-i digər irqdən olanlar və 3,5%-i isə iki və daha artıq irqdən olanlar təşkil edirdi. 1189 şəxsi təsərrüfatın 31,1%-ində özləri ilə yaşayan 18 yaşından kiçik uşaq olanlar, 48,9%-ində evli ailə, 11,4%-ində əri olmayan qadın, 6,9%-ində arvadı olmayan kişi, 32,8%-ində isə ailəsi olmayanlar vardı. Şəxsi təsərrüfatın 22,7%-ində tək bir şəxs və 4,5%-ində isə tək yaşayan 65 yaşdan böyük şəxs vardı.
Qasım xan Vali
Qasım xan Əli xan oğlu Vali (1850 – 1933) — Qacarlar dövlətinin hərbi və mülki xadimi, ordu generalı. Qasım xan Əli xan oğlu 1850-ci ildə anadan olmuşdu. 1802-ci ildə Napoleon tərəfindən əsası qoyulan Hərbi məktəbini bitirmişdi. İran Kazak diviziyasında xidmət etmişdi. Ordu generalı rütbəsinədək yüksəlmişdi. Sərdari-Hümayun ləqəbini daşıyırdı. Qasım xan Vali ingilispərəst idi və Böyük Britaniya hökuməti tərəfindən dəstəklənirdi. Qasım xan Vali 1908-ci ildə Təbriz şəhərinin şəhridarı (meri) olmuşdu. Onun vaxtında şəhərə elektrik işığı çəkilmişdi. Litoqrafiyadan yüksək çap üsuluna keçilmişdi.
Saden-Vali (Vaşinqton)
Sadden-Valli (ing. Sudden Valley) — ABŞ-nin Vaşinqton ştatının Uotkom qraflığında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 6441 nəfər olmuşdur. Sadden-Valli ərazisində əvvəllər Ranço (heyvandarlıq təsərrüfatı) vardı. Ərazinin ilk sahibi Baninq Ostin idi. 1949-cu ildə Qlen və Betti Korninq ərazini alaraq buranı "Ranço" adlandırmağa başladılar. 1968-ci ildə ərazini alan Ken Sanvik burada təbiəti qorumaq şərti ilə yeni yaşayış məntəqəsi qurmağa başladı. Ərazi 1973-cü ildə qeydiyyata alındı. Sadden-Valli 48°43′13″ şm. e.
Əli xan Vali
Əli Xan Vəli (fars. علی خان والی‎) (1845, Tehran – 1902, Tehran) — İran fotoqrafı, Nasirəddin şah və Müzəffərəddin şah hakimiyyətləri dövründə Qacar siyasi xadimi. Şəmiranat şəhristanıın Cəfərabad kəndinin yuxarı axarında Əli xan bağ evi və böyük bağ salmışdır. Yayda dövrünün vəzirlərini və mühüm şəxsiyyətlərini bağçaya dəvət edir, böyük ziyafətlər təşkil edirdi. Bir müddət sonra Əli xanın oğlu Qasım xan dağın yanında başqa bir malikanə tikdirmişdir. Bu, malikanənin divarlarının bir tərəfini təşkil edirdi. Bağ və malikanələr Əli xan sarayı adlanırdı və Pəhləvi dövründə Saadabad Kompleksinin bünövrəsinə bitişik idi.
Əl-Vali
Əl-Vali (ər. الوالي) — Allahın adlarından biri.
Akademik Validə Tutayuq (film, 2008)
Alisma validum
Alisma gramineum (lat. Alisma gramineum) — baqəvərkimilər fəsiləsinin baqəvər cinsinə aid bitki növü. == Arealı == Alisma gramineum növü Şimal yarımkürəsi üçün endemik növdür. == Sinonim == Alisma arcuatum Michalet Alisma arcuatum var. angustissimum (DC.) Lunell Alisma arcuatum var. graminifolium (Wahlenb.) Casp. Alisma arcuatum var. lanceolatum (Buchenau) Lunell Alisma arcuatum var. pumilum Prahl Alisma geyeri Torr. Alisma geyeri var.
Allium validum
Allium validum (lat. Allium validum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
II Valid
II Valid və ya Valid ibn Yəzid (ərəb. الوليد بن يزيد‎ 706 — 17 aprel 744) — 743-744-cü illərdə hakimiyyətdə olmuş əməvi xəlifəsi. Hakimiyyəti əmisi Hişam ibn Əbd əl-Malikdən almışdır. II Valid 6 fevral 743-cü ildə Hişamın vəfatından sonra taxta çıxmışdır. Ət-Tabari Validin bir neçə şeirindən misal çəkir. Valid kənizdən olan iki oğlunu varisi elan etdikdən sonra ailə daxilində gərginlik yaranmış və sonda o qətlə yetirilmişdir. Validin xələfi əmisi oğlu III Yezid olmuşdur. == Ədəbiyyat siyahısı == Muhammad ibn Jarir al-Tabari. History, v. 26 "The Waning of the Umayyad Caliphate, " transl.
Metaseiulus validus
Metaseiulus validus (lat. Metaseiulus validus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Mihrişah Validə Sultan
Mehrişah Sultan (1745 – 16 oktyabr 1805, Konstantinopol) — 26. Osmanlı sultanı III Mustafanın ikinci xanımı. Doğum tarixi tam olaraq bilinməsə də, 1745-ci ildə dünyaya gəldiyi düşünülür. Əslən genuyalı və ya fransız olması ilə bağlı məlumat yanlışdır. Gürcü pravoslav keşişin qızı idi və dövrün şeyxülislamlarından Vəliüddin Əfəndi tərəfindən sultana hədiyyə edilmişdi. Saraya alındıqdan sonra adı farsca "Günəşin şahı" mənasını verən Mehrişah olaraq dəyişdirildi. Saray hərəmxanasında "Gürcü gözəli" olaraq məşhurlaşmışdı. Saraya nə vaxt alındığı məlum olmasa da, 1758-ci ildə Sultan Mustafaya təqdim edildiyi bilinir. Bu müddət ərzində 4 övladı dünyaya gəlmişdir: Hibətullah Sultan, Şahzadə Səlim, Şahzadə Mehmed və Fatma Sultan. İlk övladı Hibətullah Sultanın doğumu isə bütün paytaxt miqyasında şənliklərlə qeyd edilmişdi.
Mənsur bəy (Dərbənd valisi)
Mənsur bəy — Dərbənd valisi. Mənsur bəy, Kral I İsmayıl (1501–1524-cü illərdə hökmranlıq edir) dövründə 1509-cu ildə Dərbəndin ilk Səfəvi valisi vəzifəsində çalışan bir Səfəvi məmuru idi. Qısa müddətdən sonra, 1538-ci ilə qədər, şəhər Səfəvi hökmranlığı altında idarə edən Şirvanşahlar ailəsinin üzvləri tərəfindən idarə olunmağa başladı. Bundan sonra birbaşa təyin olunmuş Səfəvi məmurları yenidən şəhərin idarəsini ələ keçirdilər.
Nəqşi-dil Validə Sultan
Nəqşidil Sultan (ö. 6 sentyabr 1817) — 27. Osmanlı sultanı I Əbdülhəmidin xanımı, 30. Osmanlı sultanı II Mahmudun anası, Osmanlı imperiyasının Validə sultanı. Osmanlı tarixi mənbələrində adı adətən Nəqşidil olaraq anılsa da, bəzi arxiv sənədlərində, möhüründə və məzar kitabəsində adı Nəqşi, Nəqşi Qadınəfəndi olaraq qeyd olunur. Kimliyi və saraya gəlişi haqqında dəqiq məlumat olmasa da, onun fransız kral ailəsinə mənsub olması ilə bağlı məlumat doğru deyil. Belə ki, Sultan Əbdülhəmidin bacısı Əsma Sultanın sarayındakı kənizlərdən olduğu, padşahın bacısını ziyarəti əsnasında görüb bəyəndiyi bu qızı Topqapı sarayına gətirdiyi məlumdur. XVIII əsrdə hərəmxanaya alınan kənizlərin böyük bir qismi kimi onun da Qafqaz əsilli olduğu ehtimal olunur. Sultan Əbdülhəmidin yeddinci qadınəfəndisi olan Nəqşidil Sultan ilk övladı 22 oktyabr 1783-cü ildə dünyaya gələn Şahzadə Murad Seyfullah Əfəndidir. Ancaq bu övladını 3 mart 1784-cü ildə çiçək xəstəliyindən itirmişdir.
Pərtəv-Nihal (Pərtəvniyal) Validə Sultan
Pərtəvniyal Sultan (1812, Valaxiya – 5 fevral 1883, Beşiktaş) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdüləzizin anası, Validə sultan. Əslən çərkəz olub, bacısıyla birlikdə Osmanlı sarayında təlim-tərbiyə almışdır. Bacısı Hoşyar xanım Kavalalı İbrahim Paşayla evlənərək Qahirəyə göndərilmiş, Pərtəvniyal isə Sultan Mahmuda təqdim edilmişdir. Yeganə övladı olan Şahzadə Əbdüləzizi 7-8 fevral 1830 gecəsi dünyaya gətirməklə Sultan Mahmudun beşinci qadınəfəndiliyinə yüksəldi. Həmin ilin dekabrında bacısı Hoşyar xanımın da bir oğlu dünyaya gəlmiş, İsmayıl adlı bu oğul gələcəkdə Misir xədivi olaraq Osmanlılarla yaxın əlaqələr quracaqdır. 25 iyun 1861-ci ildə Sultan Əbdülməcidin vəfatı və oğlu Əbdüləzizin taxta çıxmasıyla Validə sultan ünvanı aldı. Sultan Əbdüləzizin üzərindəki güclü təsiri və nüfuzu səbəbilə, yaşadığı dövrdə “ümmül-cahan” olaraq anılmışdır. Pərtəvniyal Sultan oğlu taxta çıxar-çıxmaz dövlət məsələlərinə qarışmağa başladı. Sultan Əbdüləzizin sədarətə gətirmək istədiyi Yusif Kamil Paşanı razı salmaq məqsədilə kəndxudası Hüseyn ağanı dəfələrlə paşanın yanına göndərdi. 1871-ci ildə sədrəzəm Mehmed Əmin Əli Paşanın ölümündən sonra sədarətə gətirilən Mahmud Nədim Paşa da validə sultanla birlikdə hərəkət etdi.
Rahimə Piristü Validə Sultan
Rəhimə Pərəstu Sultan (1826, Çərkəzistan – 1904, Maçka) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 34-cü Osmanlı sultanı II Əbdülhəmidin mənəvi anası və Osmanlı tarixinin son validə sultanı. I Əbdülhəmidin qızı və Sultan Əbdülməcidin bibisi olan Əsma Sultan İstanbuldakı köşklərində mükəmməl bir həyat yaşayırdı. Ancaq yenə də bədbəxt idi. Çünki bir övladı olmamışdı. Nəhayət uzun müddət sonra, Şimali Qafqazdakı ubix əsilli ailələrin birindən bir övlad alıb böyütməyə qərar verdi. Bu isə Gök bəy Gögenin bir yaşlı qızı Rəhimə oldu. Uşaq o qədər incə və zərif idi ki, adı dəyişdirildi və farsca qaranquş mənasına gələn Piristü adı verildi. Əsma Sultanın sarayında mükəmməl saray təhsili alan Rəhimə Pərəstu Sultan əsl sultan kimi böyüdüldü. Sultan Əbdülməcid vəliəhd olduğu illərdə tez-tez bibisini ziyarət edir, onun tövsiyələrini dinləyirdi. Sultan olduqdan sonra da bu ziyarətləri davam etdi.
Saliha Dilaşub Validə Sultan
Salehə Dilaşub Sultan (Serbiya – 3 yanvar 1690, Ədirnə Sarayı, Ədirnə, Osmanlı imperiyası) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin xanımı və II Süleymanın anası, Validə sultan. Əsli və doğum tarixi bilinməsə də, serb əsilli olduğu və təxminən 1627-ci ildə dünyaya gəldiyi güman edilir. Saraya necə alındığı bilinməsə də, Sultan İbrahimin taxta çıxdığı ilk günlərdə hərəminə alındığı ehtimal olunur. 15 aprel 1642-ci ildə yeganə övladı olan Şahzadə Süleymanın dünyaya gəlməsiylə Sultan İbrahimin ikinci hasəkisi oldu. Bu dövrdə 1300 axca günlük məvacib alan Dilaşub Sultana, bundan başqa Bolu sancağının da bütün gəlirləri hədiyyə edilmişdi. Bir çox tarixi mənbədə olduqca mülayim, gülərüz və sakit təbiətli olaraq xarakterizə olunur. 8 avqust 1648-ci ildə Sultan İbrahimin taxtdan endirilərək öldürülməsinin ardından onun Turhan Sultandan doğulan oğlu IV Mehmed taxta çıxarıldı. Ancaq yeni sultan hələ 7 yaşında idi və Validə sultan olan Turhan Sultan taxt naibəsi olmaq üçün çox təcrübəsiz idi. Bu səbəblə dövlət adamları və saray əyanları yeni sultanın nənəsi Mahpeykər Kösəm Sultanın taxt naibəliyinə gətirilməsini istədilər. "Valide-yi kəbir" ünvanıyla hakimiyyəti yenidən ələ alan Mahpeykər Kösəm Sultanın istəyilə, Sultan İbrahimin bütün hərəmi Köhnə saraya göndərilsə də, Şahzadə Süleymanın anası Dilaşub Sultan və Şahzadə Əhmədin anası Müəzzəz Sultan Topqapı sarayında övladlarıyla birlikdə qaldılar.
Saliha Sebkati Validə Sultan
Salehə Sultan (1680, Konstantinopol – 21 sentyabr 1739, Konstantinopol) — 22-ci Osmanlı sultanı II Mustafanın xanımı və I Mahmudun anası, Validə sultan. Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1680-ci il olaraq qəbul edilir. Əslən yunan olub, İstanbulda dünyaya gəldiyi, kiçik yaşlarında saraya alınaraq Sultan Mehmedin xanımı Validə Əmətullah Gülnuş Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra Sultan Mustafaya təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Mahmudu 2 avqust 1696-cı ildə Ədirnə sarayında dünyaya gətirdi. Ancaq 1703-cü ildə baş verən Ədirnə hadisələri nəticəsində Sultan Mustafa taxtdan endirildi və padşahın bütün hərəmiylə birlikdə Salehə Sultan da Ədirnə sarayında otaq həbsinə alındı. Taxta çıxan Sultan Əhməd isə qardaşı oğlu olan Şahzadə Mahmud və Şahzadə Osmanı alaraq İstanbula geri döndü. Ancaq çox keçmədən 5 ay sonra Sultan Mustafa əziyyət çəkdiyi böyrək çatışmazlığı səbəbilə Ədirnədə vəfat etdi və bütün hərəmi İstanbuldakı köhnə saraya daşındı. 27 il boyunca köhnə sarayda yaşayan Salehə Sultan bu müddət ərzində Darüssəadə ağası Hacı Bəşir ağanın vasitəsiylə Topqapı sarayındakı Şimşirlik bölümündə tutulan oğlu Şahzadə Mahmudu qorudu.
Validə
Validə — Azərbaycanlı qadın adı. Validə Əlizadə — AMEA Botanika İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru. Validə Tutayuq — Azərbaycan botaniki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru (1949) Validə Yusifova — istilik texnikası sahəsində Sovet Azərbaycan alimi, texnika elmlər doktoru.
Atik Validə məscidi
Qədim Validə məscidi və ya külliyəsi (müftiliyin qeydlərinə görə Atik Validə məscidi) (türk. Atik Valide Camii, Eski Valide Camii) — İstanbulun Üsküdar mahalının hakim mövqeli ərazisi Toptaşının zirvəsində II Səlimin həyat yoldaşı və III Muradın anası Afifə Nurbanu Validə Sultanın istəyi ilə Memar Sinan tərəfindən inşa edilmişdir. Məscid, mədrəsə, təkkə, xəstəxana, darülhədislər, darülkurra, ibtidai məktəb və aşxanadan ibarət olan obyekt Memar Sinanın tikdirdiyi və bir parçası günümüzə gəlib çatmış külliyə olaraq qəbul edilir. Memar Sinanın tikdirdiyi məscid onun vəfatından sonra tələbəsi Davud Ağa tərəfindən genişləndirilib. Nəhayət, II Mahmudun dövründə köhnə İstanbul evlərinə bənzəyən və ayrıca girişi olan sultanın köşkü və mahfil də əlavə edilmişdi. Tikintinin tarixi 1570-1579-cu illərə təsadüf edir və 1583-cü ildə Memar Sinanın tələbəsi Davud Ağa tərəfindən genişləndirilmişdir. == Tarixi == Atik Validə məscidi (adının tərcüməsində Sultan Anasının Qədim məscidi) İstanbulun ən geniş məscid komplekslərindən biri idi. Sultan II Səlimin həyat yoldaşı və varisi III Muradın anası Nurbanu Sultan üçün tikilmişdir. Qadınlar səltənəti kimi tanınan dövrdə Osmanlı imperatorluğunu hərəmxanadan effektiv şəkildə idarə edən ilk etibarlı sultan idi. Atik Validə məscidlərinin tikintisi və təmiri üçün, 1583-cü ildə fond yaradılmışdır.
Valideyn Şöhrəti ordeni
Valideyn Şöhrəti ordeni (rus. Орден «Родительская Слава») — Rusiya Federasiyasının dövlət mükafatıdır. 2008-ci il mayın 13-də Prezidentin 775 saylı fərmanı ilə müstəsna çoxuşaqlı ailələrin layiqli valideynlərini təltif etmək üçün yaradılmışdır. Onun tərtib olunması Sovet "Qəhrəman Ana" ordeni ilə əlaqələndirilə bilər. Sərəncamın əsasnaməsinə 2010-cu il sentyabrın 7-də prezidentin 1099 saylı fərmanı ilə dəyişiklik edilib, həmin sənəd "Valideyn Şöhrəti" ordenini təsis edib. "Valideyn Şöhrəti" ordeni nikahda olan, vətəndaş birliyində olan valideynlərə və ya övladlığa götürənlərə, tək valideynli ailələrdə isə yeddi və ya daha çox uşaq böyüdən və ya böyüdən valideynlərdən birinə və ya övladlığa götürənlərə verilir. Sağlam ailə həyatının qorunub saxlanması, sosial məsuliyyət daşıması, uşaqların adekvat sağlamlığının qorunması, təhsili, fiziki, mənəvi və əxlaqi inkişafı, şəxsiyyətlərinin hərtərəfli və ahəngdar inkişafını təmin etmək, ailə təməlini möhkəmləndirəcək nümunə göstərmək və uşaqların tərbiyəsi Rusiya Federasiyasının vətəndaşları kimi daha çox uşaq yetişdirənlər üçün təqdim edilir. Mükafat yeddinci uşaq üç yaşına çatdıqda və digər sağ övladlarının iştirakı ilə verilir, böyük uşaqların Vətənin və ya onun mənafelərinin müdafiəsi uğrunda döyüşlərdə həlak olması və ya itkin düşməsi halları istisna olmaqla. Hərbi, xidməti və ya mülki vəzifələri yerinə yetirən şəxslər, bu şəraitdə xəsarət, beyin sarsıntısı və ya peşə xəstəliyi nəticəsində vəfat etmiş şəxslər. Rusiya Federasiyasının Prioritet Ordeni Valideyn Şərəf Ordeninin dostluq ordenindən dərhal sonra digər orden və medallarla birlikdə sol sinəyə taxılmasını tələb edir.
Valideynin qardaş-bacısının övladı
Valideynin qardaş-bacısının övladı — şəxsin valideynlərindən birinin qardaşının və ya bacısının oğlu və qızı. İnsanların ortaq əcdadları varsa və onlar əcdadlarından iki və daha artıq nəsil uzaqdadırlarsa, onlar belə münasibətdə hesab olunurlar.
Viola bellidifolia subsp. valida
Viola adunca (lat. Viola adunca) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Viola adunca subsp. typica M.S.Baker Viola canina var.
Ephedra valida
Ortaboylu acılıqotu (lat. Ephedra intermedia) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteistikası == Orta Asiya, Tyan-Şan, Qafqaz, Cunq-Kaşq və Tibetdə geniş yayılmışdır. İlk dəfə Tarbaqatayda təsvir edilmişdir. 1 m hündürlükdə, sallaq budaqlı, boz qabıqlı, lifli koldur. Şaxəli budaqları yoğun, düz duran, göyümtül-yaşıl rəngdə olub, hamar və ya kələ kötürdür, diametri 2-3 mm-ə çatır. Düyünaraları qısa və ya 5 sm-ə qədər uzanmışdır. Yarpaqları iki-iki düzülmüş, pərdəvarı, üçbucaq formadadır, uzunluğu 2,5-3,5 sm-dir. Hamaşçiçəkdə tozcuq sünbülcükləri sıx topalaşmışdır, saplaqsızdır, oval formadadır, budaq boyu düzülmüşdür, 6-8 çiçəyi vardır. Daxili çiçəkaltlıqları enli və bütövdür; borucuğunun uzunluğu təxminən 4-5 mm-dir və kənarları diləoxşar formadadır.

Digər lüğətlərdə