Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vergi
Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. == Məqsədlər və effektlər == Vergilərdən qazanılan vəsaitlər tarix boyunca dövlətlər üçün müxtəlif funksiyaları daşıyırdı. Onlara müharibə xərcləri, qanunun həyata keçirilməsi, ictimai nizam saxlamaq, mülkün müdafiəsi, iqtisadi infrastruktur (yollar, tenderlər, müqavilələri həyata keçirmə), ictimai işlər, sosial mühəndislik və dövlətin saxlanılması daxildir. Dövlətlər vergiləri həm də xalqın rifahına və ictimai xidmətlərə xərclənir. Bu xidmətlərin içərisində təhsil sistemi, səhiyyə, pensiyalar, işsizlik üzrə maddi yardım, ictimai nəqliyyat ola bilər. Enerji, su idarəetmə və tullantılar idarəetmə ictimai xidmətlərə ümumiliklə daxildir. Dövlətlər müxtəlif vergiləri və vergi səviyyələri işlədirlər. Bu vergi ağırlığı və ya vəsaitləri fərdilər və vergi qoyula bilən fəaliyyətlərdə iştirak edən əhalinin qrupları (müəssisələr, biznes kimi) arasında bölüşdürmək məqsədi daşıyır. Tarixə əsasən, zadəganlıq kasıblara qoyulan vergilər ilə təmin olunurdu, lakin müasir sosial müdafiə sistemləri yoxsullar, əlillər və ya pensiyaçılara hələ işləyənlərdən alınan vergilərlə kömək göstərmək niyyətindədir. Əlavə olaraq, vergilər xarici yardım və hərbi əməliyyatları maliyyəşdirir, makroiqtisadi göstəricilərə təsir göstərmək (bu xəzinə siyasəti adlanır) və ya istehlak və məşğuliyyət səviyyəsinin dəyişməsi üçün istifadə olunurlar.
"Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" medalı
"Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət mükafatı. == Əsasnamə == 1. «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vergi orqanlarının xüsusi rütbəsi olan əməkdaşları aşağıdakılara görə təltif edilirlər: 1.1. Azərbaycan Respublikasının vergi siyasətinin həyata keçirilməsinə verilən əhəmiyyətli töhfəyə görə; 1.2. vergi orqanlarında xidmətdə xüsusi fərqlənməyə görə; 1.3. vergi sistemində mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində iştiraka görə; 1.4. vergi sisteminin inkişafı sahəsində göstərdiyi digər xidmətlərə görə. 2. «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» Azərbaycan Respublikasının medalının 3 dərəcəsi vardır: 2.1. «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının vergi orqanlarında azı 20 il xidmət edən şəxslərə; 2.2.
Ağaclara vergi
Ağaclara vergi 1944-cü ildə İosif Stalin hökuməti tərəfindən SSRİ-dəki meyvə ağaclarının sahiblərinə qoyulan vergi idi. Vergi fermada ağacların olmasını bahalaşdırdı və Sovet fermerləri tərəfindən ağacların kütləvi şəkildə kəsilməsinə səbəb oldu. Bu sonradan meyvə qıtlığına səbəb oldu. Bu fikri irəli sürən nazir Arseni Zverev və Stalin ortaya çıxacaq problemləri qabaqcadan bilmədi. Vergi Georgi Malenkov tərəfindən ləğv edildi, fermerlər üçün vergi 60 faizə qədər azaldıldı.
Dolayı vergi
Dolayı vergi — özündə satılan məhsulların dəyərinə əlavə edilən məbləğlərdən gizli şəkildə vergi tutulmasını əks etdirir. Bu vergi növünə isə əlavə dəyər vergisi, aksizlər, gömrük rüsumları, alış və satış vergiləri daxildir. == Haqqında == Formalaşma mexanizmindəki fərqlərə görə vergilər iki növə ayrılır: birbaşa və dolayı vergilər. Dolayı vergilərin üstün cəhəti onların gizli, yəni belə desək qapalı olmasındadır. Bir çox insanlar dolayı vergi ödədiyinin fərqində olmadan belə vergi ödəyir. Belə ki, çox vaxt məhsulun dəyərinə dolayı verginin əlavə edildiyi qeyd edilmir. Bu sosial-iqtisadi nöqteyi-nəzərdən çox vacibdir. Dolayı vergi növünün sayəsində aşağı dəyərli məhsulları iqtisadi rasional səviyyədə dəstəkləmək mümkündür. Bu adətən spirtli içki və tütün məhsulları ilə baş verir. Gömrük rüsumları formasında olan dolayı vergilər dövlətə yerli məhsul istehsalçılarına təsir etməyə, əcnəbi rəqiblərdən qorumağa və onların dünya baazrına çıxmasına kömək edir.
Vergi auditi
Vergi auditi – təsərrüfat subyektinin mühasibat və vergi hesabatlarına baxılması üçün qanunvericiliklə müəyyən edilmiş normalara etibarlılıq dərəcəsi və uyğunluğu barədə rəy bildirmək üçün audit təşkilatı tərəfindən xüsusi audit tapşırığının icrası təsərrüfat subyekti tərəfindən müxtəlif səviyyəli büdcələrə və büdcədənkənar fondlara vergi və digər ödənişlərin formalaşdırılması, uçotu və ödənilməsi. == Haqqında == Məlum olduğu kimi nəzarət idarəetmənin mühüm funksiyası olmaqla, cəmiyyətin iqtisadi həyatında mühüm yer tutur. İqtisadiyyatda geniş islahatlann aparılması (dövlət əmlakının irimiqyaslı özəlləşdirilməsi, çoxsaylı təsərrüfat subyektlərinin əmələ gəlməsi) və bazar münasibətlərinin əksər hissəsinə dövlət tənzimlənməsinin ləğv edilməsi, dövlət tərəfindən iqtisadiyyatın vəziyyətinə nəzarət sistemində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsini şərtləndirdi. İndiki yeni şəraitdə sahibkarlar əmlak və vəsaitlərin qorunub saxlanmasında və onlardan daha səmərəli istifadə edilməsində maraqlıdır. Lakin dövlətin xüsusilə vergi və digər məcburi ödəmələrin ödənilməsi sahəsində üst-üstə düşmür. Məhz bu səbəbdən dövlət vergi orqanlannm timsalında təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat fəaliyyəti üzərində nəzarəti gücləndirir. Bazar münasibətlərinə keçid ölkənin maliyyə sisteminin keyfiyyət islahatına səbəb olmuşdur. Müasir şəraitdə maliyyənin təşkilinə ümumi rəhbərlik və müvafiq olaraq maliyyə nəzarəti tənzimləyən dövlət hakimiyyəti orqanlan arasmda bölüşdürülmüşdür. == Vergi auditinin məqsəd və vəzifələri == İndiki bazar iqtisadiyyatına keçid şəraitində təsərrüfat-kommersiya fəaliyyəti göstərən müəssisələrin (sahibkarların) əksəriyyəti vergi qanunvericiliyini yaxşı mənimsəmədikləri üçün səhvlərə yol verir və nəticədə maliyyə sanksiyaları ödəmək məcburiyyətində qalırlar. Bu isə həm təsərrüfat subyektləri, həm də vergi orqanlan tərəfindən vergi qanunvericiliyinə riayət olunması, vergilərin düzgün hesablanması, tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarətin gücləndirilməsini tələb edir.
Vergi tətili
Vergi tətili — müəyyən bir şəxsdən vergi və ya əvvəlcədən müəyyən edilmiş məsələlərdən müəyyən müddətə vergi ödəməməklə müəyyən istehsal və ya istehlak fəaliyyətlərinin subsidiyasıdır. Vergi tətili, müvəqqəti olsa da, investisiyaların vergi yükünü azaltmaqla yeni investisiyalar üçün stimullaşdırıcı təsir göstərir. ABŞ-də tez-tez tətbiq olunan bu sistem, Türkiyədə də tətbiq olunmaqdadır.
Vergi uçotu
Vergi uçotu — vergi bazasının və həmin verginin məbləğinin hesablanması ilə bağlı təsərrüfat əməliyyatlarının tam, fasiləsiz və sənədlə rəsmiyyətə salınmış uçotunu aparmaqla konkret vergi üzrə vergi bazasının formalaşması haqda informasiyaların pul ifadəsilə toplanmasının, qeydiyyata alınmasının və ümumiləşdirilməsinin nizama salınmış sistemidir. == Əsas amillər == Sözügedən verginin ayrı-ayrı növlərinin uçotu və onların hesablanması Azərbaycan Respublikasının 11 iyul 2000-ci il 905-İQ №-li Qanunu ilə təsdiq edilmiş Vergi Məcəlləsi ilə tənzimlənir. Vergi uçotu mühasibat uçotunun tərkib hissəsi olmaqla vergiyə cəlb olunma və vergi hesabatı tərtib etmək məqsədi ilə mühasibat qaydasında rəsmiyyətə salınması üçün nəzərdə tutulmuşdur.Bununla birlikdə vergi uçotu vergi bazasının düzgün müəyyən edilməsi məqsədilə müstəqil, yaxud mühasibat uçotu məlumatlarında zəruri düzəliş hesablamaları aparmaq hüququna malikdir. Düzəliş hesablamaları qeyri-sistemli qaydada, yəni hesablama yolu ilə alınan düzəlişləri mühasibat uçotunda əks etdirməklə yerinə yetirilir. Bu vergi hesablaması, cədvəl, yaxud vergi kartları kimi təqdim edilən informasiyaların sistemləşdirilməsi və toplanması üçün nəzərdə tutulan vergi registrlərinin işlənməsinə və təsdiq edilməsinə şərait yaradır. == Vergi uçotunun əsas funksiyaları == ödəyicilərin vergi öhdəliklərini düzgün müəyyən etmək üçün zəruri ilk informasiyaları toplamaq və onları təyin edilmiş qaydada qeydə almaq; ilk vergi informasiyalarını mühasibat və vergi registrlərində və mühasibat uçotunun hesablarında vaxtlı-vaxtında əks etdirmək; vergiödəyicisinin vergi öhdəliklərinin səviyyəsini düzgün müəyyən etmək; düzgün və dəqiq vergi hesabatını formalaşdırmaq; vergi informasiyasının və vergi hesabatının formalaşdırılması üzərində nəzarət aparmaq.Beləliklə, vergi uçotu mühasibat uçotunun tərkib hissəsi kimi qalmaqla vergi öhdəliklərinin düzgün, obyektiv hesablanması və təşkilatın vergi hesabatının tərtib edilməsi üçün zəruri maliyyə informasiyalarının toplanması, qeydə alınması və işlənməsi kimi işlərin yerinə yetirilməsini özündə əks etdirir. == Hesablanması == Təsərrüfat subyektləri tərəfindən vergilər hesablanarkən zəruri vergi sənədləri tərtib edilir. Vergi sənədləri – vergilərin hesablanmasını, vergi məbləğini və vergi öhdəliyinin həcmini əks etdirən sənədlərdir. Vergi sənədlərinə aşağıdakılar daxildir: uçot-hesabat sənədləri; müşayiətedici sənədlər; vergi uçotu registrləri; bildiriş.Uçot-hesabat sənədləri — vergi öhdəliyinin məbləğini əks etdirən sənədlərdir. Hər bir vergi növü üçün ayrıca bəyannamə forması müəyyən edilmişdir.
ASAN xidmət
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər.> ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 25 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, on səkkizi sə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 60 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur. Həmçinin mərkəzlərdə sosial layihələr də keçirilir.
Hərbi xidmət
Hərbi xidmət == Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti == Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Xidmətin Əsasnaməsini və normativ hüquqi aktlarını rəhbər tutur.
Meteoroloji xidmət
Meteoroloji xidmət – iqlimin vəziyyətinin təbii, süni və ya antropogen dəyişməsinə nəzarət xidməti. Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə həvalə olunmuşdur. == Meteoroloji müharibə == Düşmənə iqtisadi zərər yetirmək və onun hərbi əməliyyatlarını çətinləşdirmək məqsədilə atmosfer hadisələrinə fəal təsir göstərmək üsullarının məcmusu (yağmurlu rayonların su rejimini dəyişdirmək, daşqınlar, tufan, qasırğa törətmək, yolları keçilməz hala salmaq, azyağmurlu rayonlarda uzun sürən quraqlıq törətmək və s.).
Məxfi xidmət
Məxfi xidmət və ya Gizli xidmət kəşfiyyat agentlikləri üçün istifadə olunan tərifdir. Bunlar dövlətlər tərəfindən məlumat almaq, məlumat toplamaq və qiymətləndirmək, toplanmış məlumatların operativ istifadəsi məqsədilə yaradılan təşkilatlardır və gizli iş prinsiplərinə görə çox vaxt “gizli xidmətlər” və ya “məxfi xidmətlər” adlandırılırlar. CIA, KGB, MI6, MOSSAD, Stasi, Əl Mühabərat gizli xidmətlərə misaldır. == Türkiyədə gizli xidmət == Türkiyədəki gizli xidmət MAH adı ilə qurulmuş, ümumiyyətlə Milli Təhlükəsizlik şəklində xatırlanmışdır.
Texniki xidmət
Texniki xidmət (ing. maintenance, ru.сопровождение, поддержка, эксплуатация, техническое обслуживание)-proqram təminatının istismara verilməsindən sonra təkmilləşdirilməsi, optimallaşdırılması və aşkarlanan xətaların aradan qaldırılması prosesi. Müşayiətin gedişində proqramda aşkarlanmış xətaları və çatışmazlıqları düzəltmək, eləcə də proqram təminatının istifadəsini daha əlverişli etmək məqsədilə ona yeni funksiyalar əlavə etmək üçün proqramlarda dəyişikliklər edilir. Texniki xidmət proqramları kompüterin düzgün işlənməsinə nəzarət etmək və nasazlıqları aşkar etmək üçündür. Kompüterin işinə nəzarət etmək üçün müxtəlif üsullar mövcuddur. Bu üsullardan bəziləri kompüterin aparat vasitələri ilə, bəziləri aparat proqram vasitələri ilə, bəziləri isə proqram vəsitələri həyata keçirilir. Proqramla nəzarət test proqramları və xüsusi nəzarət proqramları vasitəsilə həyata keçirilir. Testlə yoxlama kompüterin və onun ayrı-ayrı blokıarının işini yoxlayan test- proqramlar vasitəsilə yerinə yetirilir. Test proqramları adətən kompüterin daimi yaddaş qurğusunda saxlanılır və kompüter elektrik şəbəkəsinə qoşulduqda avtomatik olaraq işə düşülür. Xüsusi nəzarət proqramları kompüterdə məsələləsin həlli üçün tətbiq olunan proqramların icrası zamanı əvvəlcədən müəyyənləşdirilmiş vəziyyətlərin, asılılıqların və məhdudiyyətlərin ödənilib-ödənilməməsini yoxlayır.
Xidmət iqtisadiyyatı
Xidmətlərdə iqtisadiyyatı son iki iqtisadi hadisədən birinə və ya hər ikisinə aid edilə bilər: Sənayeləşmiş ölkələrdə xidmət sektorunun əhəmiyyətinin artması. Mövcud Fortune 500 siyahısında əvvəlki onilliklərə nisbətən daha çox xidmət şirkəti və daha az istehsalçı var. Məhsul təklifində xidmətin nisbi əhəmiyyəti. İnkişaf etməkdə olan ölkələrdə xidmət iqtisadiyyatı əsasən maliyyə xidmətləri, qonaqpərvərlik, pərakəndə satış, səhiyyə, sosial xidmətlər, informasiya texnologiyaları və təhsildə cəmlənmişdir. Bu gün məhsullar əvvəlki onilliklərə nisbətən daha yüksək bir xidmət hissəsinə malikdir. İdarəetmə ədəbiyyatında buna məhsul servisləşdirmə və ya məhsul xidmət sistemi deyilir. Bu gün demək olar ki, hər məhsulun bir xidmət hissəsi var.Məhsul və xidmət arasındakı köhnə ikitirəlik, xidmət məhsulu davamı ilə əvəz edilmişdir. Bir çox məhsul xidmətə çevrilir. Məsələn, IBM öz işinə bir xidmət işi kimi baxır. Hələ də kompüter istehsal etməsinə baxmayaraq fiziki mallara "iş həlləri" sənayesinin kiçik bir hissəsi kimi baxır.
Xidmət modulu
Xidmət modulu kosmik gəmiyə lazım olan yanacaq, mühərriklər üçün lazım olan helium, yanacaq hücrələri və astronavtlar üçün lazım olan oksigenin olduğu və s. şeyləri özündə saxlayan hissədir. Misal üçün; Apollo Spacecraftda Xidmət Modulunda bir mühərrik yerləşdirilmişdir. Bu mühərrik 2 dəfə işə düşərək birində Ayın orbitinə girilməsinə, digərində isə Ayın orbitindən çıxaraq Yerə qayıtmağa imkan yaratmışdır. Modulun qalan hissəsi anbarlardan ibarətdir. Bunlar; yanacaq ambarları, mühərriklərə lazımi təzyiqi təmin etmək üçün heliumun olduğu hücrələr, yanacaq hücrələrini işlədəcək və astronavtların nəfəs alması üçün lazım olan oksigenin olduğu anbarlar və hidrogen anbarlarıdır. Xidmət modulu atmosferə yenidən daxil olan zaman tərk edilir, buna görə də istilik dəf edicisi ilə örtülmür.
Xidmət səviyyəsi
Xidmət səviyyəsi (ing. grade of service; rus. уровень обслуживания) — kütləvi telefon şəbəkəsi kimi kollektiv istifadəli rabitə şəbəkələrində trafikin emalının keyfiyyət göstərici. Xidmət səviyyəsi, istifadəçinin "bütün kanallar tutulub" siqnalını alma ehtimalının birə tamamlanma əmsalıdır. Məsələn, xidmətin səviyyəsinin 0.002 olması onu göstərir ki, normal şəraitdə bütün çağırışların 99.8 faizində bağlantı alınır. Grandstream avadanlığının bazası əsasında Çağrı Mərkəzi üçün standart həllər. IP telefoniya həlli daxildir. == Həllin məqsədi == Kütləvi zənglərin qəbulu üçün şəhər telefon şəbəkəsinə inteqrasiya olunmuş çoxxətli IP telefoniya sisteminin yaradılması.Biznes mərkəzində icarəçilərə rabitə xidmətinin təşkili məqsədilə IP telefoniya və IP video nəzarət sisteminin qurulması. == Tələblərin siyahısı == Eyni zamanda daxil olan kütləvi zənglərin qəbulu və emalı üçün sistemin etibarlı fəaliyyətini təmin etmək. Çağrı Mərkəzində Kommunikasiyaların montaj xərclərini azaltmaq.
Albaniyanın vergi sistemi
Albaniyada vergilər həm dövlət həm də bələdiyyə səviyyəsində tutulur. Ölkədə olan əsas vergi növləri gəlir vergisi, sosial müdafiə üçun yığım vergisi, qazanc vergisi və əlavə dəyər vergisidir ki, bunların hamısı dövlət səviyyəsində alınır. Ölkədə övlət səviyyəsində vergi yığımı ilə "Dövlət vergi xidməti" (alb. Drejtoria e Përgjithshme e Tatimeve) məşğuldur. 2014-cü ildən etibarən, Albaniyada gəlir vergisi üç faiz dərəcəsi ilə tutulur. Albaniyada əvvəllər 2008-ci ildə illik gəlirin 10% -i nisbətində vergitutma sistemi qurulmuşdu.Əlavə dəyər vergisi iki fərqli dərəcə ilə alınır: 20 faizlik standart dərəcədə və dərman məhsulları üçun olan 10%.dərəcəsində. Sosial təminat və tibbi sığorta ödənişləri iş və aylıq gəlirə görə ödənilir və 22.000–95.130 Alban leki arasında dəyişir. Sosial təminat üçun işçilər gəlirlərinin 9,5 faizini, işəgötürənlər isə gəlirlərinin 15 faizini ödəyir. Tibbi sığorta həm işçi, həm də işəgötürən üçün 1.7 dərəcəsi ilə tutulur. Öz-özünə işləyən insanlar sosial təminata 23 faiz, tibbi sığortaya isə gəlirlərinin 7 faizi qədərində vergi ödyəirlər.Albaniyada qazanc vergisi 15 faiz nisbətində tutulur.
Almaniyada vergi sistemi
Almaniyanın vergi sistemi Xarici ölkələrin vergi sistemlərinin öyrənilməsi bu ölkələrin vergitutma təcrübəsini, vergitutma mexanizmlərinin inkişafının ümumi qanunauyğunluqlarını nəzərə almağa imkan verir. Bazar iqtisadiyyatına xas olan ölkələrin vergi sistemləri müxtəlif iqtisadi, siyasi və sosial amillərin təsiri nəticəsində təşəkkül tapmışdır. Vergilərin sayı¬na, strukturuna, yığılma üsullarına, dərəcələrinə və digər əlamətlərinə görə ölkələrin vergi sistemləri bir-birindən əhəmiyyətli dərəcədə fərq¬lə¬nir. Buna baxmayaraq bütün bu vergi sistemlərinə xas olan ümumi bir cəhət var. Bu da dövlətin vergi gəlirlərinin artırılması üçün yolların axtarılmasından və vergitutmanın əsas prinsiplərinin tələblərinə cavab ve¬rən optimal vergi sisteminin yaradılmasından ibarətdir. İnkişaf etmiş dövlətlər üçün ən xarakterik cəhət iqtisadi həyatın müxtəlif sahələrinə dövlət müdaxiləsinin səviyyəsidir. Məsələn, ABŞ-da bu müdaxilənin səviyyəsi aşağı, İsveçdə yüksək, Yaponiya və Almaniyada isə bu ölkələrlə müqayisədə nisbətən orta səviyyədədir. Dövlət müdaxiləsinin əsas məqsədi iqtisadiyyatın tənzimlənməsidir. Dövlət tənzimlənməsinin vasitələri isə vergi siyasəti və azad sahibkarlığa maliyyə dəstəyinin göstərilməsidir. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin əsas məqsədi sabit iqtisadi artıma nail olmaq, əsas əmtəə və xidmətlərin qiymətlərinin sabitliyinin, əmək qabiliyyətli əhalinin tam məşğulluğunun və əhalinin gəlirlərinin müəyyən minimal səviyyəsinin təmin edil¬məsi və vətəndaşların sosial müdafiə sisteminin yaradılmasıdır.
Azərbaycanın vergi jurnalı
"Azərbaycanın vergi jurnalı" (əvvəlki adı: "Azərbaycanın vergi xəbərləri") — Azərbaycanda nəşr olunan jurnal. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin resenziyalı elmi nəşri. == Təsis və qeydiyyat == İlk adı "Azərbaycanın vergi xəbərləri" jurnalı olmuşdur. Jurnal həmin adla 1 iyul 2003-cü ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsis edilmiş və 510 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının dövlət reyestrinə alınmışdır. Jurnal beynəlxalq ISSN (azərb. Beynəlxalq Standart Seriya Nömrəsi‎) mərkəzində 2305-462X nömrəsi ilə qeydiyyata alınmış və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadiyyat elmləri üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir. 2012-ci ildən bu jurnal yeni adla iki ayda bir dəfə 212 səhifə həcmində 3 min nüsxə tirajla nəşr edilir. == Məzmun == Jurnal müstəqil, resenziyalı elmi nəşrdir. Jurnalda əsasən vergiqoymanın müasir problemlərini və vergi işinin ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Həmçinin iqtisadiyyatın digər sahələrilə bağlı yazılmış orjinal məqalələrin dərcinə də yer verilir.
Almaniyanın vergi sistemi
Almaniyanın vergi sistemi Xarici ölkələrin vergi sistemlərinin öyrənilməsi bu ölkələrin vergitutma təcrübəsini, vergitutma mexanizmlərinin inkişafının ümumi qanunauyğunluqlarını nəzərə almağa imkan verir. Bazar iqtisadiyyatına xas olan ölkələrin vergi sistemləri müxtəlif iqtisadi, siyasi və sosial amillərin təsiri nəticəsində təşəkkül tapmışdır. Vergilərin sayı¬na, strukturuna, yığılma üsullarına, dərəcələrinə və digər əlamətlərinə görə ölkələrin vergi sistemləri bir-birindən əhəmiyyətli dərəcədə fərq¬lə¬nir. Buna baxmayaraq bütün bu vergi sistemlərinə xas olan ümumi bir cəhət var. Bu da dövlətin vergi gəlirlərinin artırılması üçün yolların axtarılmasından və vergitutmanın əsas prinsiplərinin tələblərinə cavab ve¬rən optimal vergi sisteminin yaradılmasından ibarətdir. İnkişaf etmiş dövlətlər üçün ən xarakterik cəhət iqtisadi həyatın müxtəlif sahələrinə dövlət müdaxiləsinin səviyyəsidir. Məsələn, ABŞ-da bu müdaxilənin səviyyəsi aşağı, İsveçdə yüksək, Yaponiya və Almaniyada isə bu ölkələrlə müqayisədə nisbətən orta səviyyədədir. Dövlət müdaxiləsinin əsas məqsədi iqtisadiyyatın tənzimlənməsidir. Dövlət tənzimlənməsinin vasitələri isə vergi siyasəti və azad sahibkarlığa maliyyə dəstəyinin göstərilməsidir. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin əsas məqsədi sabit iqtisadi artıma nail olmaq, əsas əmtəə və xidmətlərin qiymətlərinin sabitliyinin, əmək qabiliyyətli əhalinin tam məşğulluğunun və əhalinin gəlirlərinin müəyyən minimal səviyyəsinin təmin edil¬məsi və vətəndaşların sosial müdafiə sisteminin yaradılmasıdır.
Buta (ilahi vergi)
Buta — İlahi vergi, İlahi pay. Aşıq yaradıcılığında, xüsusən də dastanlarda buta motivi xüsusi bir məzmun kəsb edir. Haqq aşıqlarına və dastan qəhrəmanlarına röyada müqəddəslərin əli ilə ərməğan olunur və rəmzi-məcazi içki, badə vasitəsilə reallaşır.
Fransanın vergi sistemi
Fransa vergi sisteminin ümumi xüsusiyyətləri Ərazisi – 674,8 min km²; Əhalisi – 65,1 milyon nəfər; ÜDM – 1,83 trln. dollar; Adambaşına düşən ÜDM – 29316 dollar. Fransanın vergi sistemi son illərdə formalaşmış, ölkənin tarixi və mədəni xüsusiyyətlərini, özünəməxsus vergi və yığımların məcmusunu özündə əks etdirir. Hazıda vergi və yığımlar, onların tətbiqi stabilliyə malikdir. Vergi dərəcələrinə ölkənin iqtisdi vəziyyəti və sosial-iqtisadi siyasəti nəzərə alinmaqla vaxtaşırı yenidən baxılır. Vergilər Fransa hökumətində dövlət büdcəsinin formalaşmasinda əsas mənbəə olmaqla büdcə gəlirinin 90 faizini təşkil edir. Fransanın vergi sisteminin əsasini təşkil edən prinsiplər aşağıdakılardır: sistemlilik (parlament tərəfindən vergilərin idarə edilməsi sahəsində ciddi mərkəzləşdirilmiş bazanın mövcudluğu, müvafiq olaraq vergilərin geniş qanunvericilik əsasına malik olması, daxildə vergilərin bir-biri ilə qarşılıqlı əlaqəsi, ikiqat vergitutmanin istisna edilməsi); vergi sisteminin elastikliyi (illik vergi dərəcələrinin dəqiqləşdirilməsi imkanının təmin edilməsi və parlamentin dövlət büdcəsi haqqında qəbul etdiyi illik qanunlara əsasən siyasi və iqtisadi konyukturanın dəyişiklikləri nəzərə alınmaqla vergi siyasətinin həyata keçirilməsi); vergi sisteminin sosial istiqaməti (ölkənin sosial və iqtisadi inkişafının stimullaşdırılması bir sıra faktorlarla belə ki, inkişaf tempi, iqtisadiyyatın sahələrinin maliyyə vəziyyəti, işsizlik və infilyasiya dərəcəsi, regionun iqtisadi inkişafının tarazlaşdırılması faktorları ilə bağlı olması).Fransanın vergi sistemində aşkar üstünlük fiskal funksiyaya məxsusdur. Fransanin əsas vergi növlərini dolayı, birbaşa vergilər və gerb yığımları təşkil edir. Qeyd olunmalıdır ki, dolayı vergilər üstunlük təşkil edir. Dolayı vergilərin 50 faizini əlavə dəyər vergisi (ƏDV) təşkil edir.
Kanadanın vergi sistemi
Kanadanın vergi sistemi ADIU "Vergi və vergiqoyma" kafedrası i.f.d. Pərviz Rzayev Ərazisi – 9,98 mln. kv.km; Əhalisi – 33,3 milyon nəfər; ÜDM – 1,43 trln. dollar; Adambaşına düşən ÜDM – 42738 dollar. Ümumi məlumat Qeyd etməliyik ki, bütün ölkələrin vergi sistemləri üçün əsas meyar vergilərin iqtisadiyyatın inkişafına xidmət etməsidir. Hər bir ölkə öz milli maraqlarını nəzərə almaqla vergi siyasəti aparır. Azərbaycan Respublikasında vergi sisteminin təkmilləşdirilməsinin başlıca məqsədi milli mənəvi dəyərlər nəzərə alınmaqla, vergi sistemini beynəlxalq standartlara uyğunlaşdırmaqla ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə təkan verən səmərəli vergi siyasətinin həyata keçirilməsindən ibarətdir. Xarici ölkələrin vergi sistemlərinin öyrənilməsi bu ölkələrin səmərəli, qabaqcıl təcrübəsini nəzərə almağa və tətbiq etməyə imkan verir. İnkişaf etmiş ölkələrin vergi sistemlərinə xas olan xüsusiyyətlərdən biri də müxtəlif səviyyəli büdcələrin gəlirləri arasında dəqiq sərhədin müəyyən edilməsidir. Ölkənin vergi sisteminin strukturu onun dövlət qurluşundan bilavasitə asılıdır.
İtaliyanın vergi sistemi
== Ümumi məlumat == İtaliya öz iqtisadi inkişafına görə dünyanın sənaye dövlətlərinin "böyük yeddiliyində" təmsil olunur. ÜDM-in həcmi təqribən 2,3 triliyon ABŞ dolları, adambaşına düşən ÜDM göstəricisi 39900 ABŞ dollarıdır. Iqtisadi cəhətdən Avropada dördüncü, dünyada isə 7-ci ən böyük ölkədir. Düünyada ilk 10 ən böyük məhsul ixracatçısından biridir. Burada həyat səviyyəsi hətta ABŞ, Almaniya və s. ölkələrdən də bəzi sahələrdə üstündür. Ən çox şərab ixrac edən, ən böyük turizm regionlarından olan, dünyada 4-cü ən böyük qızıl-valyuta ehtiyatı olan İtaliya Avropada 5-ci ən böyük avtomobil istehsalçısıdır. İtaliya 301 336 kvadrat kilometr ərazidə yerləşən iri döv¬lətdir və bu göstəriciyə görə Qərbi Avropada yalnız Fran¬sa, Ispaniya və Almaniyadan geri qalır. İtaliya əha¬lisinin sayı son statistik məlumatlara görə 58 883 958 nəfərdir. Onların 94%-i ital¬yan¬lardır.
Ədalətsiz vergi rəqabəti
Ədalətsiz (zərərli) vergi rəqabəti (vergi dempinqi) (ing. The Harmful Tax Competition, fr. La concurrence fiscale dommageable) — milli və beynəlxalq tənzimləyici orqanlar tərəfindən dövlətlərin dəniz yurisdiksiyaları ilə əlaqəli vergi siyasətini xarakterizə etmək üçün istifadə olunan qanuni bir termin. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) vergidən yayınma ilə mübarizə çərçivəsində dəniz yurisdiksiyalarına qarşı kampaniyası məhz "zərərli vergi siyasəti" ittihamı ilə başladı. == İttihamların mahiyyəti == İqtisadiyyatın qloballaşması hər bir ölkənin vergi sisteminin digər ölkələrin vergi sistemlərinə təsirinin köklü şəkildə artmasına səbəb oldu. Müasir maliyyə kapitalı görünməmiş bir hərəkətlilik qazandı və bunun üçün ən əlverişli şəraitin yaradıldığı yerə asanlıqla bir ölkədən digərinə keçməyi bacardı. Nəticədə, kapital cəlb etmək üçün ölkələr arasındakı rəqabətin ən vacib amillərindən biri, orta vergi dərəcəsinin ölçüsü və vergi güzəştlərinin məbləğinə çevrilməklə vergi rəqabəti kimi bir fenomenə səbəb oldu. Dəniz ölkələrinə qarşı ədalətsiz vergi rəqabətinin ittihamları ondan ibarətdir ki, dəniz yurisdiksiyaları, özlərində yaradılan beynəlxalq (dəniz yurisdiksiyası) şirkətlər üçün çox güzəştli vergi rejimi müəyyənləşdirərək quru ölkələrindən maliyyə qaynaqlarını “aldadırlar”. Maliyyə mənbələrinin xaricə çıxması isə öz növbəsində vergi bazasının kəskin daralmasına, vergidən yayınma və nəticədə quru dövlətlərin dövlət büdcəsinə vergi gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu səbəbdən, dəniz yurisdiksiyası olan ölkələr quru dövlətlərindən "vergi bazasını oğurlamaqda" günahlandırılır.
Dövlət vergi siyasəti
Dövlət vergi siyasəti—dövlətin maliyyə siyasətinin tərkib hissəsi olan vergilər və ödənişlər sahəsində dövlət tədbirləri sistemi. O, vergi növlərinin seçimində, vergi dərəcələrinin dəyərlərində, vergi ödəyicilərinin və vergitutma obyektlərinin dairəsində, vergi güzəştlərində ifadə olunur. Dövlətin vergi siyasəti həm mikroiqtisadi, həm də makroiqtisadi aspektlərə malikdir.Makroiqtisadi aspektlər toplanan vergilərin ümumi məbləğinə aiddir ki, bu da iqtisadi fəallığın səviyyəsinə mənfi təsir göstərə bilər; fiskal siyasətin tərkib hissələrindən biridir.Mikroiqtisadi aspektlər kapital (kimin vergiyə cəlb edilməsi) və bölgü səmərəliliyi (yəni, hansı vergilərin müxtəlif iqtisadi fəaliyyətlərin məbləğlərinə təhrifedici təsir göstərəcək) məsələlərinə aiddir. Dövlətin vergi siyasətinin seçimi ölkənin sosial-iqtisadi sistemindən, iqtisadiyyatının vəziyyətindən və maliyyə vəziyyətindən asılıdır.Vergi siyasəti tədbirlərinə müxtəlif qanunlar, xüsusən də əsas kapitalın sürətləndirilmiş amortizasiyasını tənzimləyən, yerin təkinin tükənməsinə ehtiyatlar, ayrı-ayrı müəssisə və sahələrin vergidən (tam və ya qismən) azad edilməsi daxil ola bilər. Vergi siyasəti tədbirləri sistemindən investisiyaların stimullaşdırılması və regional siyasətin aparılması üçün istifadə oluna bilər. Vergi siyasətinin mühüm vəzifəsi vergi qanunvericiliyində müəssisələrə vergi ödəməkdən yayınmağa imkan verən boşluqların aşkar edilməsidir. Vergi siyasətinin mühüm vəzifəsi vergi qanunvericiliyində müəssisələrə vergi ödəməkdən yayınmağa imkan verən boşluqların aşkar edilməsidir. Vergi tənzimlənməsinin məqsədlərindən asılı olaraq bir çox tədqiqatçılar dövlətin vergi siyasətinin aşağıdakı formalarını fərqləndirirlər Maksimum vergilər siyasəti vergilərin sayının artırılmasına, vergi dərəcələrinin artırılmasına, vergi güzəştlərinin azaldılmasına yönəlib. İqtisadi inkişaf siyasəti sahibkarların vergi yükünün azaldılması və dövlət xərclərinin, ilk növbədə, sosial proqramların azaldılması ilə əlaqələndirilir. “Qarışıq” siyasət dövlətin sosial öhdəliklərini yerinə yetirməsi üçün vergilərin yüksək səviyyədə olmasını təmin edən əvvəlki iki formanın birləşməsi ilə xarakterizə olunur.A. V. Aronov və V. A. Kaşin vergi siyasətinin liberal-məhdud və sosial yüklü modellərini fərqləndirirlər.Liberal-məhdud model əmtəə istehsalının artırılmasına, yeni xarici bazarlara çıxmasına və genişlənməsinə, özəl təşəbbüslə əhalinin gəlirlərinin artırılmasına yönəlib.Bu model vergidən azadolmaların maksimum səviyyəsinə ciddi riayət edilməsi, geniş investisiya stimullarının təmin edilməsi, iqtisadi fəaliyyətə dövlət müdaxiləsinin məhdudlaşdırılması ilə xarakterizə olunur.Eyni zamanda, belə vergi siyasətinin həyata keçirilməsi sosial müavinətlərin və təminatların azalmasına gətirib çıxarır.Tədqiqatçıların fikrincə, bu siyasət hazırda Hindistan, Çin, Cənub-Şərqi Asiya ölkələri, Braziliya, Meksika və bəzi başqa dövlətlər tərəfindən həyata keçirilir.Sosial yüklü modelin prioritetləri istehlak tələbinin saxlanılması, ixracın yüksək payı, maliyyə kapitalının genişləndirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi və gəlirlərin bölüşdürülməsində qeyri-bərabərliyin azaldılması, struktur siyasətinin həyata keçirilməsidir.Belə vergi siyasəti yüksək səviyyədə sosial təminat saxlayan dövlətlərə xasdır və buna görə də yüksək vergi dərəcələri ilə xarakterizə olunur.
Dövlət Vergi Xidməti (Azərbaycan)
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti — Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. == Tarix == 1919-cu il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyinin təsis olunması ilə Azərbaycanda vergi xidmətinin ilk fəaliyyəti başlanmışdır. 1920–1991-ci illərdə Azərbaycan SSRİ-nin tərkibində olduğundan, həmin dövrdə vergi məsələləri Sovet İttifaqının vergi qanunları ilə tənzimlənmişdir. 1990-cı ilin iyul ayında yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə Respublika Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılmışdır. 1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədi ilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılmış və müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlamışdır. 11 fevral 2000-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Vergilər Nazirliyi yaradılmışdır.23 oktyabr 2019-cu ildə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb.12 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsi təsdiq edilib.3 iyul 2020 – Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edilib.6 may, 2021-ci il – Dövlət başçısının sərəncamı ilə Orxan Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib. == Vəzifələri == İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: vergi münasibətlərini, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi sahəsində münasibətləri tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək; müvafiq sahəyə dair inkişaf proqramlarının hazırlanmasında iştirak etmək və həyata keçirmək; ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə birlikdə vergilərin və digər icbari ödənişlərin dərəcələri ilə, habelə bu sahədə güzəşt və azadolmalarla bağlı təkliflər hazırlanmasında iştirak etmək; vergitutma ilə bağlı digər ölkələrlə Azərbaycan Respublikası arasında münasibətlərin tənzimlənməsinə dair təkliflər hazırlanmasında iştirak etmək; vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə daxilolma proqnozunun hazırlanmasında iştirak etmək; 3.0.18–1. sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək; Azərbaycan Respublikasının vergi qanunvericiliyinə, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliklərinə riayət olunmasını təmin etmək; vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin etmək; hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının uçotunu aparmaq və bu barədə hesabatın Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi məqsədilə Nazirliyə məlumat vermək; dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək; "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirmək; kommersiya hüquqi şəxslərinin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq; vergi ödəyicilərinin, onların filial, nümayəndəlik və ya digər bölmələrinin (obyektlərinin), nəzarət-kassa aparatlarının, habelə məcburi dövlət sosial sığortanın məqsədləri üçün ailə kəndli təsərrüfatlarını və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin uçotunu aparmaq; Vergi Məcəlləsinə uyğun olaraq aksiz markalarının hazırlanmasını, satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək; Vergi Məcəlləsinə uyğun olaraq məcburi nişanlamanın hazırlanmasını, vergi ödəyicilərinə verilməsini və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların məcburi nişanlama ilə təchiz olunmasını təmin etmək; "Dini etiqad azadlığı haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək; siyahıya aldığı aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq; vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı hesabatların, bəyannamələrin və digər sənədlərin formalarını tərtib etmək; vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək; Azərbaycan Respublikasının vergi qanunvericiliyi, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı vergi ödəyicilərinə məlumatların, habelə vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi barədə əvəzsiz izahların verilməsini təmin etmək; vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə və müraciətlərə vaxtında və obyektiv baxılmasını təmin etmək, vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin pozulması hallarının aradan qaldırılması üçün tədbirlər görmək; fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, pozulmasının qarşısını almaq; Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini fəaliyyət istiqamətləri üzrə təmin etmək; öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək; fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək; dövlət sirrinin və məxfilik rejiminin, habelə fəaliyyət istiqamətləri çərçivəsində vergi, kommersiya və bank sirrinin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək; Xidmətin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək; Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Nazirliyə təkliflər vermək; fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək; Xidmətin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək; müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək; Xidmətdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək; fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək; Vergi Məcəlləsi və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək. == Hüquqları == İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsasnaməsinə uyğun olaraq, öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır. müvafiq sahədə islahatların aparılmasına dair Nazirliyə təkliflər vermək; müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirlik qarşısında təşəbbüslə çıxış etmək; Nazirliklə razılaşdırmaqla, beynəlxalq tədbirlərdə iştirak etmək və belə tədbirlərin, habelə konfransların, seminarların və treyninq kurslarının ölkədə və ya xaricdə keçirilməsini təşkil etmək; Nazirliklə razılaşdırmaqla, beynəlxalq və xarici əməkdaşlığı həyata keçirmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, danışıqlar aparmaq və ya danışıqlar aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, müvafiq sahədə xarici dövlətlərin təcrübəsini öyrənmək və tətbiq edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək; müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq; fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim etmək; fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq; strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların və onların vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək; strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün Nazirliyə təkliflər vermək; müstəqil ekspert və mütəxəssisləri, məsləhətçi şirkətləri, elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, ictimai əsaslarla işçi qruplar və komissiyalar yaratmaq; "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövri mətbu orqanın təsis edilməsi, xüsusi bülletenlərin və digər nəşrlərin buraxılması ilə bağlı Nazirliyə təkliflər vermək; fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə qeyri-normativ metodiki və təlimat xarakterli göstərişlər, məsləhət və izahlar vermək; Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək; vergi nəzarəti tədbirləri həyata keçirilərkən Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş hüquqlardan istifadə etmək; səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə, faktiki iqtisadi göstəriciləri əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək; maliyyə institutlarında vergi monitorinqi aparmaq və bununla bağlı maliyyə institutlarından vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilən maliyyə əməliyyatları barədə sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda almaq; qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının vergi qanunvericiliyinin, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliklərinin pozulması ilə bağlı işlərə baxmaq, vergi ödəyicilərinin vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə borclara faizlər hesablamaq, onlara maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək; qanunla müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsini təmin etmək məqsədilə Vergi Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları, habelə Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək; Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi öhdəliklərinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yerinə yetirilməsi müddətini dəyişdirmək; aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müəyyənləşdirilmiş qaydaların tələblərinə riayət olunmasına nəzarət etmək; nəzarət markalarının qəsdən məhv edilməsinin, saxtalaşdırılmasının, qeyri-qanuni yolla hazırlanmasının, istifadəsinin və satışının qarşısının alınması sahəsində nəzarətin həyata keçirilməsini təmin etmək; lisenziya və ya icazə tələb olunan fəaliyyət lisenziya və ya icazə olmadan həyata keçirildiyi halda, qanuna və Azərbaycan Respublikası Prezidentinin aktına uyğun olaraq müvafiq tədbir görmək; lisenziya və ya icazə tələb olunan fəaliyyət növləri ilə məşğul olan şəxslərə verilmiş lisenziyanın və ya icazənin dayandırılması və ya ləğv edilməsi barədə lisenziya və ya icazə verən orqan qarşısında vəsatət qaldırmaq; nəzarət-kassa aparatlarının tətbiqinə və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarəti təmin etmək; hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının alınması barədə, yaxud hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq; qanunla müəyyən edilmiş hallarda kommersiya hüquqi şəxslərinin və publik hüquqi şəxslərin dövlət qeydiyyatının ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmaq; dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq; "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat və istintaq aparmaq; müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxmaq, inzibati tənbeh tədbirləri tətbiq etmək; Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda vergi ödəyiciləri üçün icrası məcburi olan qərarlar qəbul etmək; vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək; Vergi Məcəlləsi və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
"FHN orqanlarında qüsursuz xidmətə görə" medalı
"Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" medalı — Azərbaycan Respublikasının medalı == Məzmun == "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında xidmətinin hər il dekabrın 16-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş xüsusi rütbəsi olan əməkdaşlar vəzifə borclarını qüsursuz yerinə yetirdiklərinə görə təltif edilirlər. "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikası medalının 3 dərəcəsi vardır: "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı – Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 20 il qüsursuz xidmət edən şəxslərə; "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı – Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 15 il qüsursuz xidmət edən şəxslərə; "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı – Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 10 il qüsursuz xidmət edən şəxslərə verilir."Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == === 1-ci dərəcəli === "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir. Medalın ön tərəfinin səthi relyeflidir. Medalın mərkəzində relyefli şüaların fonunda, kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya təsvir olunmuşdur. Bu kompozisiyadan yuxarıda qövs boyunca lentin üzərində "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" sözləri yazılmış, aşağı hissədə isə palıd yarpaqlarından çələng təsviri verilmişdir. Kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya, lent, palıd yarpaqlarından çələng, lövhənin fonu və sözlər relyefli və qızılı rəngdədir. Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur. Emblemdən yuxarıda qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağıda isə "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri yazılmışdır. Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir.
"Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı
"Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı — Azərbaycan Respublikasının medalı. == "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalının təsviri == "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" medalı bürüncdəndir, lövhə şəklində tərtib edilmişdir. Diametri 32 mm olan lövhənin içində onun mərkəzindən çıxan şüalar və qabarıq şəkildə səkkizguşəli ulduz, ulduzun guşələri arasında isə kürəciklər həkk olunmuşdur. Ulduzun üzərində daxilində Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi olan dairə təsvir edilmişdir. Dairənin içində çevrə boyu palıd yarpağından çələng yerləşdirilmişdir. 1-ci dərəcəli medal — qızılı, 2-ci dərəcəli medal daxildəki çevrənin səthi və çələng gümüşü olmaqla qızılı, 3-cü dərəcəli medal isə gümüşü rənglidir. Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca "Azərbaycan", aşağı qövs boyunca "Respublikası" sözləri, mərkəzdə isə 3-cü dərəcəli medalda "10 il qüsursuz xidmətə görə", 2-ci dərəcəli medalda "15 il qüsursuz xidmətə görə", 1-ci dərəcəli medalda "20 il qüsursuz xidmətə görə" sözləri həkk olunmuşdur. Medal paltara bərkidilmək üçün elementi olan, 20 mm x 42 mm ölçüdə, 1-ci və 2-ci dərəcəli medal üçün qızılı, 3-cü dərəcəli medal üçün isə gümüşü rəngli beşbucaqlı metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən iki hissədən ibarətdir. Üst hissə 34 mm uzunluqda düzbucaq olmaqla üzərində lövhənin kənarları və yuxarı tərəfi boyunca eni 2 mm olan, 1-ci və 2-ci dərəcəli medal üçün sarı, 3-cü dərəcəli medal üçün isə boz rəngli, ortada şaquli istiqamətdə 1-ci dərəcəli medal üçün eni 5 mm olan bir, 2-ci dərəcəli medal üçün eni və bir-biri ilə arası 2 mm olan iki, 3-cü dərəcəli medal üçün eni və bir-biri ilə arası 2 mm olan üç zolaq çəkilmiş qırmızı rəngli xara lentlə örtülmüşdür.
"Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" medalı
"Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" medalı — Azərbaycan Respublikasının medalı == Məzmun == "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında xidmətinin hər il dekabrın 16-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş xüsusi rütbəsi olan əməkdaşlar vəzifə borclarını qüsursuz yerinə yetirdiklərinə görə təltif edilirlər. "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikası medalının 3 dərəcəsi vardır: "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı – Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 20 il qüsursuz xidmət edən şəxslərə; "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı – Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 15 il qüsursuz xidmət edən şəxslərə; "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı – Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 10 il qüsursuz xidmət edən şəxslərə verilir."Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == === 1-ci dərəcəli === "Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir. Medalın ön tərəfinin səthi relyeflidir. Medalın mərkəzində relyefli şüaların fonunda, kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya təsvir olunmuşdur. Bu kompozisiyadan yuxarıda qövs boyunca lentin üzərində "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" sözləri yazılmış, aşağı hissədə isə palıd yarpaqlarından çələng təsviri verilmişdir. Kəsişən qılıncların üzərində Fövqəladə Hallar Nazirliyinin emblemindən ibarət kompozisiya, lent, palıd yarpaqlarından çələng, lövhənin fonu və sözlər relyefli və qızılı rəngdədir. Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur. Emblemdən yuxarıda qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağıda isə "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri yazılmışdır. Sözlərin arasında iki ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (Azərbaycan)
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti — Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. == Tarix == 1919-cu il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyinin təsis olunması ilə Azərbaycanda vergi xidmətinin ilk fəaliyyəti başlanmışdır. 1920–1991-ci illərdə Azərbaycan SSRİ-nin tərkibində olduğundan, həmin dövrdə vergi məsələləri Sovet İttifaqının vergi qanunları ilə tənzimlənmişdir. 1990-cı ilin iyul ayında yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə Respublika Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılmışdır. 1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədi ilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılmış və müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlamışdır. 11 fevral 2000-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Vergilər Nazirliyi yaradılmışdır.23 oktyabr 2019-cu ildə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb.12 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsi təsdiq edilib.3 iyul 2020 – Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edilib.6 may, 2021-ci il – Dövlət başçısının sərəncamı ilə Orxan Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib. == Vəzifələri == İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: vergi münasibətlərini, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi sahəsində münasibətləri tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək; müvafiq sahəyə dair inkişaf proqramlarının hazırlanmasında iştirak etmək və həyata keçirmək; ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə birlikdə vergilərin və digər icbari ödənişlərin dərəcələri ilə, habelə bu sahədə güzəşt və azadolmalarla bağlı təkliflər hazırlanmasında iştirak etmək; vergitutma ilə bağlı digər ölkələrlə Azərbaycan Respublikası arasında münasibətlərin tənzimlənməsinə dair təkliflər hazırlanmasında iştirak etmək; vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə daxilolma proqnozunun hazırlanmasında iştirak etmək; 3.0.18–1. sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək; Azərbaycan Respublikasının vergi qanunvericiliyinə, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliklərinə riayət olunmasını təmin etmək; vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin etmək; hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının uçotunu aparmaq və bu barədə hesabatın Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi məqsədilə Nazirliyə məlumat vermək; dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək; "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirmək; kommersiya hüquqi şəxslərinin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq; vergi ödəyicilərinin, onların filial, nümayəndəlik və ya digər bölmələrinin (obyektlərinin), nəzarət-kassa aparatlarının, habelə məcburi dövlət sosial sığortanın məqsədləri üçün ailə kəndli təsərrüfatlarını və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin uçotunu aparmaq; Vergi Məcəlləsinə uyğun olaraq aksiz markalarının hazırlanmasını, satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək; Vergi Məcəlləsinə uyğun olaraq məcburi nişanlamanın hazırlanmasını, vergi ödəyicilərinə verilməsini və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların məcburi nişanlama ilə təchiz olunmasını təmin etmək; "Dini etiqad azadlığı haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək; siyahıya aldığı aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq; vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı hesabatların, bəyannamələrin və digər sənədlərin formalarını tərtib etmək; vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək; Azərbaycan Respublikasının vergi qanunvericiliyi, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı vergi ödəyicilərinə məlumatların, habelə vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi barədə əvəzsiz izahların verilməsini təmin etmək; vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə və müraciətlərə vaxtında və obyektiv baxılmasını təmin etmək, vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin pozulması hallarının aradan qaldırılması üçün tədbirlər görmək; fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, pozulmasının qarşısını almaq; Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini fəaliyyət istiqamətləri üzrə təmin etmək; öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək; fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək; dövlət sirrinin və məxfilik rejiminin, habelə fəaliyyət istiqamətləri çərçivəsində vergi, kommersiya və bank sirrinin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək; Xidmətin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək; Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Nazirliyə təkliflər vermək; fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək; Xidmətin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək; müvafiq sahəyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək; Xidmətdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək; fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək; Vergi Məcəlləsi və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək. == Hüquqları == İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsasnaməsinə uyğun olaraq, öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır. müvafiq sahədə islahatların aparılmasına dair Nazirliyə təkliflər vermək; müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə Nazirlik qarşısında təşəbbüslə çıxış etmək; Nazirliklə razılaşdırmaqla, beynəlxalq tədbirlərdə iştirak etmək və belə tədbirlərin, habelə konfransların, seminarların və treyninq kurslarının ölkədə və ya xaricdə keçirilməsini təşkil etmək; Nazirliklə razılaşdırmaqla, beynəlxalq və xarici əməkdaşlığı həyata keçirmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, danışıqlar aparmaq və ya danışıqlar aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, müvafiq sahədə xarici dövlətlərin təcrübəsini öyrənmək və tətbiq edilməsi ilə bağlı Nazirliyə təkliflər vermək; müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq; fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə hüquqi aktların layihələrini hazırlayıb Nazirliyə təqdim etmək; fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq; strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların və onların vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək; strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün Nazirliyə təkliflər vermək; müstəqil ekspert və mütəxəssisləri, məsləhətçi şirkətləri, elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, ictimai əsaslarla işçi qruplar və komissiyalar yaratmaq; "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövri mətbu orqanın təsis edilməsi, xüsusi bülletenlərin və digər nəşrlərin buraxılması ilə bağlı Nazirliyə təkliflər vermək; fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə qeyri-normativ metodiki və təlimat xarakterli göstərişlər, məsləhət və izahlar vermək; Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək; vergi nəzarəti tədbirləri həyata keçirilərkən Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş hüquqlardan istifadə etmək; səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə, faktiki iqtisadi göstəriciləri əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək; maliyyə institutlarında vergi monitorinqi aparmaq və bununla bağlı maliyyə institutlarından vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilən maliyyə əməliyyatları barədə sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda almaq; qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının vergi qanunvericiliyinin, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliklərinin pozulması ilə bağlı işlərə baxmaq, vergi ödəyicilərinin vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə borclara faizlər hesablamaq, onlara maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək; qanunla müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsini təmin etmək məqsədilə Vergi Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları, habelə Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək; Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi öhdəliklərinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yerinə yetirilməsi müddətini dəyişdirmək; aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müəyyənləşdirilmiş qaydaların tələblərinə riayət olunmasına nəzarət etmək; nəzarət markalarının qəsdən məhv edilməsinin, saxtalaşdırılmasının, qeyri-qanuni yolla hazırlanmasının, istifadəsinin və satışının qarşısının alınması sahəsində nəzarətin həyata keçirilməsini təmin etmək; lisenziya və ya icazə tələb olunan fəaliyyət lisenziya və ya icazə olmadan həyata keçirildiyi halda, qanuna və Azərbaycan Respublikası Prezidentinin aktına uyğun olaraq müvafiq tədbir görmək; lisenziya və ya icazə tələb olunan fəaliyyət növləri ilə məşğul olan şəxslərə verilmiş lisenziyanın və ya icazənin dayandırılması və ya ləğv edilməsi barədə lisenziya və ya icazə verən orqan qarşısında vəsatət qaldırmaq; nəzarət-kassa aparatlarının tətbiqinə və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarəti təmin etmək; hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının alınması barədə, yaxud hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq; qanunla müəyyən edilmiş hallarda kommersiya hüquqi şəxslərinin və publik hüquqi şəxslərin dövlət qeydiyyatının ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmaq; dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq; "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat və istintaq aparmaq; müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxmaq, inzibati tənbeh tədbirləri tətbiq etmək; Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda vergi ödəyiciləri üçün icrası məcburi olan qərarlar qəbul etmək; vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək; Vergi Məcəlləsi və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
Ergi
Ergi — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazisində yerləşən Mərzili kəndinə aid olan yaşayış məntəqəsi.
Veri
Veri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 895 nəfərdir. Əhalinin milli tərkibi etnik talışlardır. == Toponimiyası == Bu toponim talış dilindəki veri (yuxarı) sözü ilə əlaqədar olub, “yuxarıda yerləşən kənd” deməkdir. Həmçinin talış dilində veri göyərti mənası bildirir. == Din == Kənddə Veri kənd məscidi dini icması fəaliyyət göstərir.
Xidmət Boruları Sərgi Binası
Xidmət Boruları Sərgi Binası (共同溝展示館, Kyodo Kotencikan) və ya daha çox tanınan adı ilə K-Muzey – Yaponiyanın paytaxtı Tokio şəhərinin Koto rayonunun Ariake bölgəsində yerləşən bina. Qəzaya uğramış kosmik gəmini xatırladan görünüşə malik binada fəaliyyətsiz muzey yerləşir. == Tarixi == Bina 1996-cı ildə keçirilməsi planlaşdırılan Dünya Şəhər Ekspo tədbirinin simvollarından biri olması üçün tikilmişdir. Memarı Makoto Sey Vatanabe olmuşdur. Lakin tədbir ləğv olunduğu üçün davam işləri dayandırılmış və ətraf ərazidə gəzinti parkı yaradılmışdır.1997-2001-ci illərdə binada K-Muzey adlı müəssisə yerləşirdi. Tokio Port və Liman Bürosu tərəfindən idarə olunmuş bu muzey Ariake bölgəsindəki ictimai xidmət boruları sisteminə həsr olunmuş, şəhərdəki elektrik xətlərini və su boruları haqqında məlumat vermişdir. Lakin muzey populyar ola bilməmiş, ziyarətçilərin azlığı səbəbilə cəmi 4 il ərzində bağlanmışdır.K-Muzeyin rəsmi bəyanətinə əsasən muzey "müvəqqəti bağlanıb", lakin uzun müddət bağlı olduğu üçün dəqiq statusu məlum deyil. == Memarlıq == Muzey binası xidmət borularını nümayiş etdirmək üçün tikildiyindən interyeri yeraltı boruları xatırladacaq formada dizayn edilmişdir. Binanın altında yerləşən su təchizatı stansiyasının üzəri qara daşlar və kafellərlə örtülmüşdür, bu da binanın qara dalğaların üzərində üzdüyü görüntüsünü yaradır. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda K-Muzey ilə əlaqəli mediafayllar var.
Dərgi
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir.Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Sərgi
Sərgi — mühüm eksponatları özündə cəmləşdirən kolleksiyaların ictimai nümayişi üçün nəzərdə tutulan layihə. Əşyalar, adətən, sərgi sırasında müxtəlif yerlərdən toplanır. Bu tipli layihələr, əsasən, muzeylərin ekspozisiya zallarında və qalereyalarında həyata keçirilir. Sərgilər müxtəlif məzmun daşıya bilər. İncəsənət məzmunlu sərgilər kimi elmi ixtiraların nümayiş olunduğu sərgilər də mövcuddur. Bəzi sərgilər nümayiş olunan eksponatların satışını da həyata keçirir. Əldə olunan vəsait müəyyən qurumların və yaxud muzeyin büdcəsinə daxil olur.
Şərqi
Şərqi — çox vaxt dörd misradan ibarət olub mahnı kimi bəstələnən və oxunan mənzum janr. Şərqidə bəndin ikinci misrası əsər boyu bəndin dördüncü misrasında təkrar edilib təkrir əmələ gətirir. Lakin bu üsula uyğun gəlməyən şərqilər də vardır.
"Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" medalı
"Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" medalı — Azərbaycan Respublikasının dövlət mükafatı == Məzmun == "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının xüsusi rütbəsi olan əməkdaşları aşağıdakılara görə təltif edilirlər: Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında xidmətdə xüsusi fərqlənməyə və səmərəli fəaliyyətə görə; Əhalinin və ərazilərin fövqəladə hallardan qorunmasında və fövqəladə halların nəticələrinin aradan qaldırılmasında fəal iştiraka görə; Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarının inkişafında göstərdiyi xüsusi xidmətlərə görə."Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalının 3 dərəcəsi vardır: "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında azı 20 il xidmət edən şəxslərə; "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında azı 15 il xidmət edən şəxslərə; "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında azı 10 il xidmət edən şəxslərə verilir. == Təsviri == === 1-ci dərəcəli === "Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli, ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir. Medalın ön tərəfi hamar səthlidir. Medalın mərkəzində ikinci bir dairəvi lövhə yerləşdirilib. Bu lövhənin fonu qeyri-hamar səthlidir. Lövhənin ortasında relyefli şüaların fonunda, dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində Fövqəladə Hallar Nazirliyinin emblemi təsvir edilmişdir. Mərkəzdəki lövhə ilə medalın daxili çərçivələri arasında yuxarıda qövs boyunca milli ornament, aşağı hissədə lentin üzərində "XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ" sözləri yazılmışdır. Fövqəladə Hallar Nazirliyinin emblemi ilə dəfnə yarpaqları, lent, relyefli şüalar, milli ornament və fonlar qızılı, sözlər isə qara rəngdədir. Medalın arxa tərəfi hamar səthlidir, ortasında Fövqəladə Hallar Nazirliyinin emblemi həkk olunmuşdur. Emblemdən yuxarıda qövs boyunca "AZƏRBAYCAN RESPUBLİKASI", aşağıda isə "FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ" sözləri yazılmışdır.
Apollon xidmət modulu
Xidmət modulu kosmik gəmiyə lazım olan yanacaq, mühərriklər üçün lazım olan helium, yanacaq hücrələri və astronavtlar üçün lazım olan oksigenin olduğu və s. şeyləri özündə saxlayan hissədir. Misal üçün; Apollo Spacecraftda Xidmət Modulunda bir mühərrik yerləşdirilmişdir. Bu mühərrik 2 dəfə işə düşərək birində Ayın orbitinə girilməsinə, digərində isə Ayın orbitindən çıxaraq Yerə qayıtmağa imkan yaratmışdır. Modulun qalan hissəsi anbarlardan ibarətdir. Bunlar; yanacaq ambarları, mühərriklərə lazımi təzyiqi təmin etmək üçün heliumun olduğu hücrələr, yanacaq hücrələrini işlədəcək və astronavtların nəfəs alması üçün lazım olan oksigenin olduğu anbarlar və hidrogen anbarlarıdır. Xidmət modulu atmosferə yenidən daxil olan zaman tərk edilir, buna görə də istilik dəf edicisi ilə örtülmür.
Hidrogeoloji-meliorativ xidmət
Hidrogeoloji-meliorativ xidmət – meliorasiya olunmuş torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti yerinə yetirən xidmətdir. == Ümumi Məlumat == Hidrogeoloji-meliorativ xidmət suvarılan regionlarda hidromeliorativ sistemlərin istismarı orqanlarının (təşkilatının) tərkib hissəsidir. Xidmətin əsas vəzifəsi meliorasiya olunmuş torpaqlarda dayanıqlı – qənaətbəxş su, hava, duz və qida rejimlərini təmin edən tədbirlərin əsaslandırılması və yerinə yetirilməsi üçün torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti həyata keçirməkdir. Torpaqların meliorativ vəziyyəti üzərində nəzarətin nəticələri aşağıdakı məsələlərin həlli üçün vacibdir: su və torpaq ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, proqnoz məsələlərinin həlli, suvarma və drenaj sistemlərinin tikintisi və yenidənqurulması layihələrinin ekoloji əsaslandırılması və sair. 1981-ci ildən etibarən respublikanın suvarılan torpaqlarının meliorativ vəziyyətinin hərillik kadastrı tərtib edilir. Hidrogeoloji-melorativ xidmət idarəsi kadastrın və müvafiq xəritələrin tərtibi üçün öz müşahidələrindən əlavə, respublikanın digər layihə-axtarış və geoloji təşkilatlarının materiallarından da istifadə edir. Suvarılan torpaqların meliorativ vəziyyətinin əsas göstəriciləri kimi aşağıdakılar qəbul edilir: kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı; qrunt suları səviyyəsinin yatım dərinliyi; 0-1 m, 0-2 m-lik qatda torpaqqruntların şorlaşma dərəcəsi; aerasiya zonasında (qrunt suları səviyyəsinə qədər) ümumi duzların miqdarı və profil üzrə yayılma xarakteri; torpaqların şorlaşma və şorakətləşmə dərəcəsi; qrunt və suvarma sularının ümumi minerallığı, kimyəvi tərkibi və qələviliyi və s. Suvarılan torpaqların meliorativ vəziyyətinin göstəricələri bir neçə əvvəlki illərlə müqayisədə istiqaməti nəzərə alınaraq qiymətləndirilir. Hidrogeoloji-meliorativ xidmətin vəzifəsinə eləcə də meliorasiya olunan torpaqlarda su və duz balansları müşahidələrinin təşkili və aparılması aiddir.Hidrogeoloji-meliorativ xidmətin yerinə yetirdiyi işlərin tərkibi aşağıdakılardır: suvarılan torpaqların meliorativ vəziyyətini müəyyənləşdirən təbii və meliorativ təsərrüfat amilləri barədə məlumatların toplanılması və təhlili; meliorasiya olunan torpaqların su və duz balansları müşahidələri: meliorasiya olunmuş torpaqlarda qrunt suları rejimi üzərində müşahidələr; suvarma üçün istifadə olunan səth, drenaj və yeraltı suların keyfiyyətinə nəzarət; aparılan meliorativ tədbirlərin səmərəsinin müəyyənləşdirilməsi ilə təsnifatlaşdırılmış meyar və kateqoriyalara görə suvarılan torpaqların vəziyyəti; torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və ya pisləşməsinin qarşısının alınması üzrə təklif və tədbirlərin işlənib hazırlanması; bitkilərin yerləşdirilməsinə, suvarma rejimlərinə və yumaların aparılmasına, meliorativ tədbirlərin aparılması planlarına, sudan istifadə planlarına və başqa işlərə operativ düzəlişlərin aparılması üçün su təsərrüfatı və digər təşkilatların lazımi məlumatlarla təmin edilməsi. Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi həmçinin aşağıdakı işləri yerənə yetirməlidir: suvarma suyundan düzgün istifadə olunmasına mütəmadi nəzarət etmək; suvarmaya nəzarət etmək: suvarmaya suyun verilməsinə, tullantı suların və drenaj axımı üzərində nəzarət ölçmələri aparmaq; kollektor-drenaj şəbəkəsinin texniki vəziyyətinə nəzarət etmək; torpaqların fiziki-kimyəvi və su-fiziki xüsusiyyətlərinin və torpaq strukturunun dəyişilməsi və mühəndisi-geoloji təzahürlər üzərində müşahidələr aparmaq; rejim müşahidələri məlumatları əsasında hidrogeoloji parametrlərin təyini və proqnozların düzgün və dürüstlüyünün qiymətləndirilməsi.Yeraltı suların rejimi üzərində müşahidələr dayaq, təsərrüfatdaxili və müvəqqəti quyular şəbəkəsi vasitəsilə respublikanın geoloji-regional müşahidə şəbəkəsi nəzərə alınmaqla yerinə yetirilir.
Kingsman: Məxfi xidmət
Kingsman: Məxfi xidmət (ing. Kingsman: The Secret Service) — 2014-cü il istehsalı döyüş-komediya filmi. == Süjet xətti == Eqqsi dəniz piyadasında xidmət keçmiş, yüksək intellektə malik gəncdir. O həyatda çox şeyə nail ola bilərdi, lakin xırda cinayətlərlə məşğul idi. Günlərin birində Eqqsi atasının uzun illər əvvəl xilas etdiyi Harri Hartla tanış olur. Bu adam Eqqsinin güzəranını yaxşılaşdırmaq və qarşısında yeni imkanlar açmaq üçün gəlib. Harri ona bütün dünyanın keşiyini çəkən müstəqil sirli təşkilatın agenti olduğunu bildirir və Eqqsiyə komandanın yeni üzvü olmaq üçün təlim keçməyi təklif edir. Eqqsi təklifi qəbul edir və bütün sınaqlardan çıxıb Harrinin ümidlərini doğruldur.
Kinqsman: Məxfi xidmət