Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aşurbəyovun villası
Aşurbəyovun villası — Mərdəkanda yerləşən, əvvəllər Bakı milyonçusu Teymur bəy Aşurbəyova məxsus olmuş villa. Villa 1901-ci ildə inşa olunub. == Tarixi == == Memarlıq xüsusiyyətləri == === Planlaşdırılması === Aşurbəyovun villası tamamilə başqa xarakter daşıyır (1901-ci il). Burada Əsədullayevin villası ilə müqayisədə təntənəli memarlıq və xüsusi planlaşdırma qərarı özünü göstərmir. Əsas ərazidə binanın yuxarı və aşağı verandasında qurulan ayrı-ayrı otaqlar yerləşmişdir. Onların qruplaşdırılması bədiidir, baxmayaraq ki, ərazinin planlaşdırılmış quruluşu aydın xiyaban və yollarla müəyyən edilir.
Hacınskinin villası
Hacınskinin villası — Mərdəkanda yerləşən, əvvəllər Hacınskiyə məxsus olmuş villa. Villa 1912-ci ildə tikilmişdir. == Tarixi == == Memarlıq xüsusiyyətləri == === Planlaşdırılması === Məşhur villaların sırasında 1912-ci ildə tikilən Hacınskinin villası da vardır. Hacı Zeynalabdin Tağıyevin villası, Əsədullayevin villası və Aşurbəyovun villasından fərqli olaraq burada planlaşdırmanın xarakteri daha vahiddir və klassik olaraq kəskindir – bir kompozisiya-planlaşdırma xətti üstünlük təşkil edir. Ərazinin enişli olması villanın ərazisində bir neçə verandanın quraşdırılmasını labüd etmişdir. Yuxarı hissədə modern çalarlı saxta roman memarlığının sarayı yerləşir. Saraydan - əsas həcmli-ərazi hissəsindən qərb istiqamətində bütün ərazini əhatə edən əsas xiyaban başlayır. Perpendikulyar xiyaban planlaşdırma kompozisiyasını şərtləndirir, xiyabanın kəsişməsində isə alçaq hovuz yerləşir. Aşağı verandadan əsas xiyabana doğru möhtəşəm mənzərə açılır. Parkın yaşıl fonunda sarayın plastik fasadı villanın yüksək relyefdə yerləşməsi ilə xüsusi cəlbedicilik yaradır.
Hacıyevin villası
Hacıyevin villası — Mərdəkanda yerləşən, əvvəllər Hacıyevə məxsus olmuş villa. == Tarixi == == Memarlıq xüsusiyyətləri == === Planlaşdırılması === Villa ərazisinin ensiz xətti onun üçün fərqli bir planlaşdırma tələb etmişdir. Neoroman memarlığının modern çalarlı əsas kompozisiya xəttində yerləşən ikimərtəbəli binası effektiv qala və damlarla villanın ərazisini eyni olmayan hissələrə bölür. Villanın əsas ərazisi planlaşdırma quruluşunun istiqamətləndiyi şimala dəniz sahillərinə baxır. Mərkəzi çox da böyük olmayan xiyaban 40 metr uzunluqda və 2,5 metr hündürlükdə olan və əhəngdaşından yonulmuş lövhələrlə döşənmiş düzbucaqlı hovuzu hər iki tərəfədən əhatə edir. Hovuzun divarı çox genişdir, onu istirahət üçün veranda kimi istifadə etmək olar. Villanın cənub hissəsi sadə qurulub. Bu villa planlaşdırma qərarına görə qurulub, lakin geniş ərazisi ilə digər villalardan memarlıq xüsusiyyətlərinə görə cəlbedicidir.
Keçekyanın villası
Keçekyanın villası — Rostov-na-Donu şəhərində, Svoboda meydanında yerləşən bina. XIX əsrdə inşa edilən bina Naxçıvan-na-Donu şəhərinin mərkəzində yerləşurdi. Hazırda ərazi Proletarski rayonu adlanır. Bu gün binada A. S. Puşkin adına uşaq kitabxanası yerləşir. Bina Rusiya Federasiyası regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Naxçıvan-na-Donu şəhərinin Bulvarnaya meydanı, ev 7 ünvanında yeləşən bina XIX əsrdə inşa edilmişdir. Binanın tikintisinə nəzarət şəhər arxitektoru Nikolay Nikitiç Durbax tərəfindən həyata keçirilmişdir. Sənədlərə görə 1886-cı ildən binanın sahibi Olqa Tarasovna Xocaev olmuşdur. 1894-cu ildə Xocaev binanı 8 min rubla İskuqi Xaçeresovna Kekeçyana satmışdı. O, həkim Fedorun həyat yoldaşı idi.
Krindaç villası
Krindaç villası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində bir mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Adres: Taqanroq ş, Atamanskaya küçəsi, 46. == Tarixi == Villa XX əsrin əvvəllərində inşa edilmişdir. Onun ilk sahibi Yeqor İvanoviç Krindaç olmuşdur. O, mülki şəxslər üzrə vəkil kimi çalışırdı. Üstəlik içtimai işlərdə çalışırdı. Tarixdən məlumdur ki, Yeqor İvanoviç Krindaç ictimai əhəmiyyət daşıya kitabların yayılması ilə məşğul olan kitabların yayılması sahəsində böyük işlər görmüş və cəmiyyət üzvü olmuşdur. Cəmiyyət öz işinə 1876-cı ildə başlamışdır. Üç ildən sonra cəmiyyət Don Qoşunu vilayətinin xalq təhsili cəmiyyəti adlandırılmağa başlanılmışdır.
Paolo Villaco
Paolo Villaco (it. Paolo Villaggio; 30 dekabr 1932, Genuya, İtaliya krallığı – 3 iyul 2017[…], Roma) — İtaliya aktyoru, rejissoru. == Həyatı == Paolo Villaco 30 dekabr 1932-ci ildə Genuyada anadan olmuşdur. Uşaqlığı II Dünya müharibəsi dönəminə düşmüşdü.
Parizio villası
Parizio villası — Maltanın Lija şəhərində villa. 16-cı əsrdə Muskati ailəsi tərəfindən inşa edilmişdir. Hal-hazırda bu Striklend Vəqfinin iqamətgahı və eyni zamanda Robert Hornyold-Striklendin və ailəsinin evidir. Meybl Striklend Parizio villasını 1943-cü ildə satın almışdır. == Tarixi == Parizo villasının 16-cı əsrdə Muskati ailəsinin yay malikanəsi olaraq inşa edildiyi güman edilir. Binaya aid ən erkən qeydlər 1567-ci ilə aiddir. 1797-ci ildə villa Paolo Parizio Muskati tərəfindən miras alındı və 1841-ci ildə ölümündən sonra həyat yoldaşı Antonia Muskati Xaraya verildi. Villa 1938-ci ildə Lord Striklendin həyat yoldaşı Leydi Marqaret Striklaed tərəfindən satın alındı.Villa 1943-cü ildə, 1988-ci ildə ölümünə qədər orada yaşayan Meybl Striklend tərəfindən satın alınmışdır. Hal-hazırda 1979-cu ildə Mebl tərəfindən qurulan bir quruluş olan Striklend Vəqfinin mülküdür.Villanın mülkiyyəti hazırda Striklend Vəqfi və Meybl Striklendin yeganə varisi olan Robert Hornyold-Striklend arasında mübahisəlidir.Villanın portağal və zeytun ağaclarından ibarət öz bağçaları var.
Petrovun villası
Petrovun villası — Rostov-na-Donu şəhərində, Puşkinskaya küçəsi ev 115 ünvanında yerləşən bina. Bina XIX əsrin sonları inşa edilmişdir. Bina layihəsinin müəllifi Nikolay Aleksandroviç Doroşenkodur. 1958-ci ildən binada Rostov vilayəti seçmə incəsənt muzeyi yerləşir. Petrovun villası regional əhəmiyyətli mədəni irs obyekti elan edilmişdir. == Tarixi == Villa XIX əsrin sonları inşa edilmişdir. Binanın ilk sahibi A. A. Dombrovski olmuşdur. O, binanı sonradan satmışdır. 1898-ci ildə bina Vladiqafqaz dəmiryolları idarəsinə mənsub olmuşdur. XIX əsrdə Vladiqafqaz dəmiryolları idarəsi uzun zaman sürən bir məhkəmə işi ilə əlaqədar müəyyən çətinlik yaşayırdı.
Qrekovun villası
Qrekovun villası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Bina XIX əsrin dördüncü yarısında inşa edilmişdir. Çexov küçədi, ev 121 ünvanında yerləşir. 4 fevral 1976-cı il qərarı ilə regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Təsviri == Qrekov villası Taqanroq şəhərində klassizm stilində inşa edilən ən yaxşı binalsrdan biridir. Şəhərin tipik bağçalı binalarına bənzəyir. Hər kolonna lepkalar ilə bəzədilmişdir. Əsas çıxış ön fasadda yerləşməməsi onun çatışmazlıqlarından sayılır. == Tarixi == Villa Çexov küçəsi ilə Sobornaya xiyabanın kəsişdiyi ərazidə 1820-ci ildə inşa edilmişdir. Bina Dmitri Yevfokimoviç Qrekov binanı oğlu Timofey Dmitrieviç Qrekov üçün tikfirmişdi.
Rastaşanovun villası
Rastaşanovun villası — muzey, memorial-incəsənət ekspozisiyası olaraq rus və sovet artisti , müğənni Yuri Rastaşanovun şərəfinə təşkil edilmişdir. Villa Rostov vilayəti Neklinovski rayonu ərazisində qərarlaşır. == Təsviri == Muzey Yuri Rastaşanovun 1998-ci ildən 2011-ci ilə yaşadığı evdə təşkil edilişdir. Muzey ilk dəfə 2012-ci ilin fevralında seyrcilərin üçünə açılmışdır. Kolleksiyanın əsası Yuri Rastaşanov tərəfindən müxtəlif illərdə toplanılmış şəkillərdən ibarətdir. Binada ədəbiyyat gecələri və fortapiano musiqisi səsləndirilən konsertlər təşkil edilir. == Muzey fondu == Muzey fondu olduqca zənginliyi ilə seçilir. Burada təkcə 150 saxlanc yeri vardır. Muzeyə toplanan şəkil ekisponatları arasında məşhur sovet rəssamlarının əsərləri belə vardır. Misal İ. V. Rodamon, A. E. Strelov, O. X. Hüseynov.
Saqirovun villası
Saqirovun villası — Rostov-na-Donu şəhərində, Svoboda meydanı ev 6 yerləşən bina. 1890-cı illərdə Naxçıvan-na-Donu şəhərinin mərkəzi meydanında inşa edilmişdir. Hazlrda ıraxi Proletarski rayonu adlanır. Bina ekkektika stilində inşa edilmişdir. Saqirovun villası Rusiyanın regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Binanın layihəsinin hazlrlanması şəhər arxitektoru Nikolay Nikitiç Durbaxa həvalə edilmişdir. Binada çörək istehsalını həyata keçirən iş adamı A. S. Saqirov qalırdı. 1906-cı ildə binanı A. Şelqunova satın almışdır. 1910-cu illərdə isə binanı iş adamı B. A. Şelqunov icarəyə götürmüşdür. O, burada Eldordo adlı sinematoqraf açmışdır.
Sibyakov villası
Sibyakov villası — Rostov vilayəti Konstantinovsk şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina 190-cı ildə inşa edilmişdir. Bina modern stilinə sahibdir. Tikilidə uşaq incəsənət məktəbi yerləşir. Üç mərtəbəli bina 2002-ci il 12 dekabr tarixli 124 saylı qərarla arxitektur abidə elan edilmişdir. Adres: 347250, Rostov vilsyəti, Konstantinovsk ş, Lenin küçəsi, 8. == Tarixi == Konstantinovsk şəhəri Lenin küçəsi kərpiçdən inşa edilmiş üç mərtəbəli bina. Tacir Nikolay İvanoviç Don çayının hündür bir kənarında villa inşa etdirməyi qərara alır. Bina 1906-cı ildə inşa edilir. Nikolay İvanoviç Konstantinovka və Nikolayevskda manifaktura məhsullarının satışı ilə məşğul olurdu.
Suprunovun villası
Suprunovun villası — Rostov-na-Donu şəhərində, Puşkinskaya küçəsi ev 79 ünvanında yerləşən bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Onun sahibi taxıl tədarükçüsü və atçılıq firmasının sahibi İvan Aleksandroviç Suprunov olmuşdur. Suprunovun villası Rusiyanın regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == İvan Aleksandroviç Suprunovun villası XX əsrin əvvəllərində inşa edilmişdir. Bu binanın tikintisi ilə əlaqədar şəhər əfsanəsi vardır. Belə ki, Suprunov İtaliyaya səfəri zamanı Neapol küçələri ilə gəzməyi qərara alır (digər versiyaya görə Genuya şəhəri). Burada gözəl bir bina onu heyran qoyur. O, nəyin bahasına olursa olsun binanı almağı və Rostova aparmağı qərara alır. İlk əvvəl tacir evin sahibinə bu fikirlə müraciət etdikdə onun təklifi qəbul olunmur.
Tağıyevin villası
Tağıyevin villası — Mərdəkanda yerləşən, əvvəllər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevə məxsus olmuş villa. Bina 1893–1895-ci illərdə mülki mühəndis İosif Qoslavski tərəfindən inşa olunub. == Tarixi == XX əsrin əvvəllərində kapitalizm Bakı sənayesinin bütün sahələrində böyük uğurlara nail oldu, şübhəsiz bu da memarlığa öz təsirini göstərdi. Böyük mədaxilli evlər, burjuaziyanın sarayları, əhalinin orta təbəqəsinin binaları və şəhərdə əhalinin sinfi bərabərsizliyini göstərən kənarlarda kasıbların daxmaları. == Memarlıq xüsusiyyətləri == === Planlaşdırılması === Tağıyevin villası memarlıq-planlaşdırma qərarına və yaşıllaşdırma tərtibatına görə nümunədir. Onun planlaşdırılmış kompozisiyası landşaft xüsusiyyətlərini yarpaqlı və iynəyarpaqlı ağacların növləri, daş lövhələrlə döşənmiş düz yollar hesabına heç də geridə qoymur. Döşəmə həmçinin torpağın üst hissələrinin bəzədilməsində bədii rol oynamışdır. Yeni villalar əvvəlkilərin təkrarı deyildir. Sifarişçilər memarların qarşısında hər dəfə yeni vəzifələr qoyurdular ki, bu da dənizkənarı villaların orijinal olmasına və böyük təmtəraqına və əzəmətinə görə fərqlənməsinə səbəb olmuşdur.
Torloniya villası
Torloniya villası (it. Villa Torlonia) - Romada Torloniya ailəsinə məxsus villadır. Villanın girişi Nomentan yolundandır. Villa, neoklasik üslubda memar Cüzeppe Valadye tərəfindən layihələndirilmişdir. Tikinti 1806-cı ildə bankir Covanni Torloniya tərəfindən sifariş edilərək başlamış və oğlu Alessandronun nəzarəti altında tamamlanmışdır. Vladimir Nabokovun bioqrafı Endryu Fildin sözlərinə görə, 1910-cu illərdə bu villanı gələcək yazıçı Vasili İvanoviç Rukavişnikovun əmisi icarəyə götürmüşdü. O, Rusiyanın Romadakı səfirliyinin katibi və Rusiyada ən varlı Ural qızıl mədənçi ailəsinin varisi idi . Villa bir müddət istifadə edilmirdi, lakin 1920-ci illərdə Torloniya knyazı, onu Benito Mussoliniyə ildə 1 lirəlik simvolik icarə haqqı ilə iqamətgah kimi hədiyyə etmişdi. Villa, 1945-ci ildən tərk edilsə də, sonralar restavrasiya edilərək turistlərin ziyarəti üçün açılmışdı. Burada həmçiniTorloniya ailəsinə aid antik heykəllər də nümayiş olunur.
Trunov villası
Trunov villası — Rostov vilayəti Rostov-na-Donu şəhəri ərazisində yerləşən bina. Bina XIX əsrin sonları XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Rostov-na-Donu ərazisində regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Trunov villasının müasir adresi: Temerniskaya küçəsi ev 13 ünvanında yerləşir. == Tarixi == 1880-ci illərdə hazırda binanın yerləşdiyi ərazi digər ünvanda yerləşirdi. Əvvəlki ünvan Temerniskaya 33 olmuşdur. Bu ərazidə yerləşən torpağın və onun üzərində yerləşən binanın sahibi Eremey Ayvazov olmuşdur. O, Naxçıvan-na-Donu şəhərində spirtli içkilərin satışı ilə məşğul olurdu. 1888-ci ildən binanın sahibi Qeorqi Trunov olmuşdur. Tarixi mənbələrin məlumatına görə binanın yerləşdiyi ünvan digər adla tanınırdı — Temerniskaya küçəsi, 37.
Villans gölü
Villans gölü (ing. Lake Whillans) — Antarktida ərazisində yerləşən buzaltı göl. Göl öz adını Ohayo Ştat Universitetinin doktoru qlasioloqu Ayana Villansın şərəfinə adlandırılmışdır. Villans gölü Villans buz axının altında Ross şelf buzlağında yerləşir. Göl təqribi olaraq 800 metr dərinlikdə buzlaq altında qərarlaşır. Onun təqribi sahəsi 60 km²-dir. Dərinliyi 2 metr olması düşünülsə də bəzi alimlər seysmoloji ölçmələrlə dərinliyin 6-9 metr olmasını düşünürlər. Suyunun temperatuyu −0,5°С-dir. İlk dəfə göl Helen Friker tərəfindən 2007-ci ildə aşkarlanmışdır. O və unun komandası regionun kosmosdan şəkillərini 2003-2006-cı illər ərzində araşdırmışdır.
Xandrin villası
Xandrin villası - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina. Krasnuşkinin binası Taqanroq şəhəri Aleksabdrovskaya küçəsi, ev 56 ünvanında yerləşir. Bina 1870-ci ildə inşa edilmişdir. Xandrin villasının layihəsi Tenişevə məxsusdur. == Tarixi == Xandrin villası Taqanroq şəhərinin fəxri sakini, sahibkar E. A. Xandrinin sifarişi ilə 1870-ci ildə arxitektor Tenişevin layihəsi əsasında inşa edilmişdir. «Daşınmaz əklakların siyahısına» görə bina 1873 - 1916-cı illər ərzində ancaq Xandrinlər ailəsinə məxsus olmuşdur (1898-ci ildən titullu məsləhətçi Anton Zaxaroviç Xardin). Oktyabr inqilabından sonra Xrdinlər ailəsi Xarkova köçmüşdür. İnqilabdan sonra burada şəhər hərbi komendaturası yerləşirdi. 1920-ci ildə bina şəhər təsərrüfatının balansına verilmişdir. Fasaddan ağacdan olan gerb və abidə çıxarılmışdır.
Əsədullayevin villası
Əsədullayevin villası — Mərdəkanda yerləşən, əvvəllər Bakı milyonçusu Şəmsi Əsədullayevə məxsus olmuş villa. Bina 1897–1901-ci illərdə inşa olunub. == Tarixi == 1897-1901-ci illərdə Muxtarovların villasının yanında Əsədullayevin villası tikildi. Bu villanın 1-ci sadə girişi və indiki “təntənəli” girişi arasında nə fərq var. Əsədullayevin villası Bakı burjuaziyasının uğurunun özünəməxsus reklamı idi. == Memarlıq xüsusiyyətləri == === Planlaşdırılması === Ərazisinin genişliyinə (15 ha) görə Nobel (10,23 ha), Muxtarov (8 ha), Tağıyev (8 ha), Aşurbəyov (7 ha) və digər villaları geridə qoyurdu. Təkcə magistral yoldan 400 m məsafədə olan xidməti tikililər və iki monumental darvaza park ərazisinin əsas planlaşdırılmış tərəflərini göstərirdi. Ağcaqovaq xiyabanı qızıl çalarlı balıqqulağılı qum səpilmiş piyada yollarını birləşdirirdi. Monumental girişə gedən əsas xiyaban üçmərtəbəli əsas bina ilə bitirdi. Parkın kompozisiyasının mərkəzi diametri 35 m, hündürlüyü 2,5 m olan hovuz sayılırdı ki, ilk baxışdan yaşıl xiyabanın 300 m-lik uzunluğunu məhdudlaşdırır.
Əzizbəyovun villası
Əzizbəyovun villası — Mərdəkanda yerləşən, əvvəllər Əzizbəyova məxsus olmuş villa. == Tarixi == == Memarlıq xüsusiyyətləri == === Planlaşdırılması === Planın xaçşəkilli sxemi Əzizbəyovun villasında uğurla istifadə olunmuşdur. Memarlıq üslublu darvazadan sonra birbaşa villanın binasında bitən mərkəzi xiyaban başlayır. Əsas xətti kompozisiyanı planlaşdırmanın əsas xətlərindən biri kəsir. Onların kəsişməsində fəvvarəli hovuz yerləşir. Bu hissə sanki ön səhnədir, hansının ki, arxasında xiyabanın sonunda yaşıl örtüklə əhatələnmiş ikimərtəbəli binanın verandası yerləşir. Mərkəzi xiyabanın sərv və şam ağaclarından ibarət perspektivi verandadaki sarayın mövqeyini ehtiva edirdi. Sarayın ikimərtəbəli binası yerləşən veranda çəkilmiş detallarla və hovuzla birlikdə effektiv platforma təsvirini verir.
Vilare adası
Vilare adası (bolq. остров Виларе, ‘Ostrov Vilare’ \'os-trov vi-'la-re\) — Cənubi Şetland adalarının Robert adasının şimal-qərbində yerləşən, Onoqur adaları arxipelaqında yerləşən adasıdır. Ada buzlaqlardan azaddır. Adanın uzunluğu 130 m, eni 60 metrdir. Çuriçeni adasından 20 m məsafədə yerləşmişdir. Ada Şimali Bolqarıstanda yerləşən Vilare şəhərinin adını daşıyır. == Yerləşməsi == Vilare adası 62°21′06″ c. e. 59°40′35″ q. u.
Villar-Bonno
Villar-Bonno (fr. Villard-Bonnot) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38547. Kommunanın 2012-ci il üçün əhalisi 7325 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 218 ilə 448 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 100 km cənubda, Qrenobldan 14 km şimal-qərbdə yerləşir.
Villar-Lubyer
Villar-Lubyer (fr. Villar-Loubière, oks. Vilard Lobiera) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Firmen kantonuna daxildir. INSEE kodu — 05182. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 49 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 30 yaşdan yuxarı (15-64 yaş arasında) 21 nəfər iqtisadi fəal, 9 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.0%, 1999-cu ildə 72.2%). 21 fəal adamdan 19 nəfəri (10 kişi və 9 qadın) çalışdı, 2 kişi işsizdi.
Villar-Rekyula
Villar-Rekyula (fr. Villard-Reculas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38550. Kommunanın 1999-cı il üçün əhalisi 57 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 826 ilə 2058 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənubda, Qrenobldan 27 km şimal-qərbdə yerləşir.
Villar-Reküla
Villar-Rekyula (fr. Villard-Reculas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Bur-d'Uazan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38550. Kommunanın 1999-cı il üçün əhalisi 57 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 826 ilə 2058 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 120 km cənubda, Qrenobldan 27 km şimal-qərbdə yerləşir.