Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Laylay
Layla — körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqərat hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn: Layla beşiyim, layla, evim eşiyim layla. Sən get şirin yuxuya, Çəkim keşiyin layla. == Qarabağdan toplanmış laylalar == Laylay uşağı yuxuya getməsi üçün müəyyən bir avaz üstündə oxunan bayatılardır. Bu bayatılarda uşağın gələcəyi ilə bağlı arzular – ailə qurması, xəstəliklərdən uzaq olması, bolluq-bərəkət içində yaşaması ifadə olunur, bəzən körpənin valideynləri öyülür, bəzən də laylanı deyən şəxsin öz həyatında baş verən uğursuzluqlar, çətinlikləri ilə bağlı məqamlar dilə gətirilir. Qarabağdan tolanmış bayatılarda da bu kimi hallarla çox üzləşirik: Nərgizi üzüm, layla, Yaxana düzüm, layla. Sən böyü, mən qocalım, Toyunda süzüm, layla (AFA.Qarabağ folkloru, V cild., 2000: səh. 371) Laylay qolum, qanadım, Laylay gələcək adım.
Baylar
Baylar (özlərini baytszılar, baynilər – “ağ adamlar” adlandırırlar; 1956-cı ilədək Çin dilində mintszyalar, lisu dilində lemolar, nasi dilində namalar adlanırdılar) — Çinin cənub-qərbində yaşayan xalq. Sayları 1,858,063 nəfərdir (2015). == Ümumi məlumat == Əksəriyyəti (85%) bay xalqının Dali muxtar mahalında (1956-cı ildə yaradılmışdır), Yunnan əyalətinin qonşu qəzalarında, həmçinin Sıçuan, Xunan və Quyçjou əyalətlərində yaşayır. Erkən ayrılan Çin dillərindən biri olan və Tibet-Birma dillərinin təsirinə məruz qalan bay dilində danışırlar; Çin tədqiqatçılarının fikrincə bu dil Tibet-Birma dillərinə aiddir; üc dialekti var. 1950-ci illərdə latın qrafikası əsasında yazı sistemləri yaradılmışdır. VIII əsrdən heroqlif yazı sistemi (bouen, boven, lao-bayuen, lao-bayven) mövcud olmuşdur. Çin dili də yayılmışdır. Dindarların əksəriyəti (65%) ənənəvi dini etiqadlarını saxlayanlardır; 30%-i daosizimin elementlərini daşıyan buddistlər (mahayana), 5%-i isə xristianlardır. Bəzi tədqiqatçılara görə, e.ə. III əsrdə bu ərazidə məskunlaşmış Çin əsgərlərinin nəsilləridir.
Haylar
Haylar — Ermənistan yaylasının şimal-qərbində yaşamış qəbilə icması. Hayasa-Azzi dövlətinin əsas əhalisi idi. == Tarixi == Hay tayfaları hetlərdən şərqdə yaşayırdılar. Het padşahı Hattusilisin "Avtobioqrafiyası"nda e.ə. XVI–XV əsrlərdə Het dövlətinin zəifləməsindən istifadə edən qonşu tayfalar və padşahları onun ərazisinə dərindən nüfuz etmişdilər. Xüsusilə uzaqlara, cənuba kasklar nüfuz edir və onlardan şərqdəki tayfalar da böyük uğur qazanmışlar. Azzilər Yuxarı Ölkəni işğal edərək "Samuxa dağını sərhəd edir", işuvalılar isə Fəratın sağ sahilini keçərək Teqaramanı tutmuşdular. == Dil == Hayasa ölkəsinin etnik tərkibi və dili haqqında məlumatlar o qədər fraqmentlidir ki, bu barədə müəyyən fikir formalaşdırmaq hələ də çətindir. Hayasa-Azzi ölkəsinin sakinlərinin hurri tayfalarına mənsub olması fikri üstünlük təşkil edir, lakin hayların Hind-Avropa mənşəli olmasının lehinə arqumentlər də vardır. Gevork Caukyan fərziyyə kimi ortaya çıxan bu nöqteyi-nəzəri daha da inkişaf etdirmişdir.
Saylar
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
Vayfay
Wi-Fi (ing. Wireless Fidelity — "simsiz dəqiqlik") və ya Vayfay — Wi-Fi Allianceın ticarət markası. IEEE 802.11 standartları əsasında simsiz şəbəkə yaratmaq üçündür. Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır. Bu zaman sonuncu abonent üçün məlumat ötürülməsi sürəti 108 Mbit/san təşkil edir. "IEEE 802.11" standartını dəstəkləyən xüsusi modulla təmin edilmiş notbuk, netbuk, cib kompüteri, smartfonlar, veb-kamera sahibləri "Wi-Fi" birləşmədən istifadə edə bilərlər. Kompyuterlərin şəbəkəyə birləşdirilməsi və yaxud İnternetə qoşulması üçün müasir simsiz texnologiyadır. Məhz bu texnologiya vasitəsilə İnternet mobil olaraq istifadəçiyə istər bir otaq hüdudlarında, istərsə də bütün dünyada sərbəst hərəkət imkanı təqdim edir. Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır. Bu zaman sonuncu abonent üçün məlumat ötürülməsi sürəti 108 Mbit/san təşkil edir.
Yaylaq
Yaylaq — mal–qaranın yay zamanı otarıldığı ərazi, yer. Maldarlıq meydana gəldikdən sonra yaylaqlardan geniş istifadə olunur. Azərbaycanda yaylaqların əksəriyyəti dəniz səviyyəsindən orta hesabla 2800 m-ə qədər yüksəklikdədir. Böyük və Kiçik Qafqaz dağlarındakı alp və subalp çəmənlikləri qoyunçuluğun qədim yaylaqları sayılır. Yaylaq həm də sərinliyinə görə yay istirahəti üçün əlverişli olan dağ yeridir. Azərbaycanda təqribən 6 minillik tarixi olan yaylaqlardan indi də geniş istifadə olunur. Yaylaq Azərbaycanda geniş yayılmış müvəqqəti yaşayış məskənlərindən biridir. Yaylaqlar, adətən, yüksək dağlıq yerlərdə, alp çəmənliklərində yerləşir. İlin 3-4 ayını yaylaqlarda keçirən maldar elatlar burada alaçıq və dəyələrdə yaşayırdılar. Yaylaqlara köçmə və yurdsalma qaydalarında, əsasən, su mənbələrinə yaxınlıq və otlaq qayğıları, həmçinin qohumluq münasibətləri üstün yer tuturdu.
Yaylar
Yaylar — maşınqayırmada çox geniş tətbiq olunan maşın hissəsidir, Onlar zərbə və təkan yüklərini yumşaltmaq, enerjini yığmaq və tədriclə işçi mexanizmə ötürmək (məsələn, saat mexanizmində), qüvvəni ölçmək (dinamometrlərdə, tərəzinin yayı), sıxıcı qüvvə yaratmaq (tormozlarda)və s. funksiyaları yerinə yetirmək üçün istifadə olunur. Dartılmaya; Sıxılmaya; Burulmaya Əyilməyə işləyən yaylar Vintvari silindirk; Konusvari; Teleskopik; Nimçəvarı; Halqavarı; Çubuqşəkilli; Yastı spiral; Təbəqəli — ressorlar. Sabit; Dəyişən sərtlikli; Daxili sürtünməsiz; Daxili sürtünməli. Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik. II nəşri — Bakı, "Maarif", 2002, 596 səh.
Çaylar
Çay — quruda özünün əmələ gətirdiyi yataq üzrə hərəkət edən su axını, təbii yataqla axan, hövzəsindəki səth axımı və yeraltı axımla qidalanan su axınıdır. Hər bir çayın uzunluğu, dərəsinin eni, düşməsi, meyilliyi, axın sürəti, su sərfi, asılı maddələrin miqdarı, suyun kimyəvi tərkibi, hövzəsinin sahəsi ilə səciyyələnir… Hər bir çay uzunluğu, eni, hövzəsinin sahəsi, dərinliyi, meyilliyi, səviyyəsi, axın sürəti, su sərfi, suyun kimyəvi tərkibi və s. ilə səciyyələnir. Çayın başlandığı yerə çay mənbəyi, dənizə, gölə töküldüyü və ya digər çayla birləşdiyi yerə çay mənsəbi deyilir. Yayda quruyan azsulu çayların çoxunun mənsəbi olmur. Belə çaylara kormənsəbli çaylar deyilir. Belə çaylara Avstraliyada krik deyilir. Bəzi çayların mənsəbində delta, estuari və bar əmələ gəlir. Bilavasitə okeana, dənizə, gölə tökülən, yaxud qumluqlarda və bataqlıqlarda itənlər əsas çay, buna birləşənlər çay qolu adlanır. Çaydan ayrılan qollar (bax Bifurkasiya) da olur (məs., Kürdən ayrılan qol — Bala Kür yaxud Aquşa).
Halay
Halay (oyun) — Azərbaycanda uşaq və gənclər arasında toy, eləcə də el şənliklərində dəstələrə bölünərək oynanılan bütün oyunların başlanğıc forması. Halay (rəqs) (Yallı) — Azərbaycan milli rəqsi. Ən qədim rəqs növlərindən biri.
Hayla
Hayla — lirik folklor nümunələridir. Forma etibarilə bayatıları xatırladır. Zaqatala-Balakən tərəflərdə geniş yayılmışdır. Xalqımızın həyatı, məişəti, məhəbbət duyğuları, vətən sevgisi, ailə münasibətləri, tarixi, tarixinin müxtəlif hadisələri burada bədii şəkildə öz əksini tapmışdır. Hayla adından da göründüyü kimi “çağır”, “səslə”, “hayla” anlamını verir. Bəzən “Tala mahnıları” da deyilir. Haylaları qədim türk tayfalarından olan hunlarla da bağlayırlar. Haylaları musiqi aləti tənbur vasitəsilə və sərbəst ifadə etmişlər. Haylaların toplanması və nəşri sahəsində də xeyli işlər görülmüşdür. Ə.Cəfərzadə, A.Məmmədli, M.Allahmanlı haylalarla bağlı fikirlər söyləmişlər.
Layla
Layla — körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqərat hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn: Layla beşiyim, layla, evim eşiyim layla. Sən get şirin yuxuya, Çəkim keşiyin layla. == Qarabağdan toplanmış laylalar == Laylay uşağı yuxuya getməsi üçün müəyyən bir avaz üstündə oxunan bayatılardır. Bu bayatılarda uşağın gələcəyi ilə bağlı arzular – ailə qurması, xəstəliklərdən uzaq olması, bolluq-bərəkət içində yaşaması ifadə olunur, bəzən körpənin valideynləri öyülür, bəzən də laylanı deyən şəxsin öz həyatında baş verən uğursuzluqlar, çətinlikləri ilə bağlı məqamlar dilə gətirilir. Qarabağdan tolanmış bayatılarda da bu kimi hallarla çox üzləşirik: Nərgizi üzüm, layla, Yaxana düzüm, layla. Sən böyü, mən qocalım, Toyunda süzüm, layla (AFA.Qarabağ folkloru, V cild., 2000: səh. 371) Laylay qolum, qanadım, Laylay gələcək adım.
Malay
Malay — Azərbaycan Respublikasının Ağdaş rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağdaş rayonunun Eymur kənd inzibati-ərazi vahidi tərkibindəki Malay qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Qalay
Qalay (Sn), (lat. Stannum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 50-ci element. Bitkilərdə qalay 1855-ci ildə kəşf olunmuşdur. O bitkilərdə geniş həddə dəyişir, daha çox qalay günəbaxan və noxud toxumlarında olur. Qalay zəhərli ultramikroelementlərə aiddir. Tərəvəzlərdə qalayın miqdarı çox olmayıb 1 mkq/q və daha az olur. Heyvanların orqanizmində qalay bitkilərdə olduğundan çoxdur. Belə ki, məsələn, yağlı balıqda onun miqdarı 130 mkq/q – a qədər ola bilər. Insan orqanizmində qalay toxumlarda 0,5-dən 4,0 mkq/q – a qədər olur. Daha çox qalay diş minasında (95 mq/kq), dırnaqlarda (12 mq/kq) və sümüklərdə (1,4 mkq/q-a qədər) olur.
Talay
Yayla
Yayla və ya Dağlıq plato — Dəniz səviyyəsindən 500 metrdən çox hündürlüyü olan düzənliklərə yaylalar deyilir. Denudasiya mənşəlidir. Denudasiya prosesləri nəticəsində alçalmış dağ silsilələrinin və dəniz səviyyəsindən yüksəkdə yerləşmiş düzənlik sahələrin növbələşməsi ilə səciyyələnir. Düzənliklər quru iqlim şəraitində dağların uçulma məhsullarının dağarası çökəklərdə toplanmasından və ya çökəyin vulkan materialları (lava, vulan külü) ilə dolmasından əmələ gəlir (məsələn, Anadolu yaylası, Şərqi Pamir, Burqund yaylası, Qarabağ vulkanik yaylası və s). Ən hündür yayla Himalay dağ sistemində yerləşən Tibet yaylasıdır. ASE, V cild, Bakı, 1981, səh.
Aylar
Ay — Ayın Yer ətrafında dövr etməsi vaxtına təqribən bərabər olan və təqvimlərdə istifadə edilən zaman ölçü vahidi. Ayın Yerdən görünən bütün mərhələlərini keçdiyi müddət orta hesabla 28,530588 günəş günüdür (28 gün, 12 saat, 44 dəqiqə, 3 saniyə). Bir ulduz ayı isə, Ayın hər hansı bir ulduzla ard-arda düzülməsi (ulduzla eyni mövqeyə gəlməsi) iki dəfə eyni yerə gəlməsi nəticəsində yaranan zaman müddətdir və 27,321661 gün davam edir (27 gün, 7 saat, 43 dəqiqə, 12 saniyə). Müasir təqvimlərdə ay ilin 12-də biri olaraq qəbul edilir.
Kaylaş Satyarti
Kaylaş Satyarti (hind. कैलाश सत्यार्थी, ing. Kailash Satyarthi; d. 11 yanvar 1954-cü il, Vidişa, Madxya-Pradeş, Hindistan) — uşaq hüquqları uğrunda Hindistan fəalı, Nobel sülh mükafatı laureatı (2014). O, Baçpan Baçao Andolan, Uşaq Əməyinə Qarşı Qlobal Yürüş, Təhsil üçün Qlobal Kampaniya və Kaylaş Satyarti Uşaq Fondu da daxil olmaqla bir çox ictimai fəal təşkilatların təsisçisidir. Kaylaş və onun Baçpan Baçao Andolandakı komandası Hindistanda 86 mindən çox uşağı uşaq əməyindən, köləlikdən və insan alverindən azad edib. 1998-ci ildə Satyarti uşaq əməyinin ən sərt formalarına qarşı qlobal tələbi irəli sürmək üçün 103 ölkəni əhatə edən 80.000 km (təqribən 49.710 mil) uzunluğundakı Uşaq Əməyinə Qarşı Qlobal Yürüş təşkil etdi və ona rəhbərlik etdi. Bu, istismar edilən uşaqlar adına indiyə qədər ən böyük ictimai hərəkatlardan birinə çevrildi. Uşaqların və gənclərin də daxil olduğu yürüş iştirakçılarının tələbləri (xüsusən də məcburi əmək üçün insan alverindən, istismardan, cinsi zorakılıqdan, qanunsuz orqan transplantasiyasından, silahlı münaqişədən və s. qurbanlar) uşaq əməyinin ən pis formaları haqqında BƏT-in 182 saylı Konvensiyasının layihəsində öz əksini tapmışdır.
Leonid Qayday
Leonid İoviç Qayday (rus. Леонид Иович Гайдай; 30 yanvar 1923, Svobodnıy (şəhər) – 19 noyabr 1993, Moskva) — sovet kinorejissoru, ssenaristi və aktyoru, SSRİ xalq artisti (1989), İkinci Dünya müharibəsinin iştirakçısı. == Həyatı == Leonid Qayday 1923-cü ildə Amur vilayətində anadan olmuşdur. Onun atası İov İsidoroviç Qayday (1886–1965) dəmiryolunda çalışmışdır. Leonidgil ailədə üç uşaq idilər; ondan başqa qardaşı Aleksandr və bacısı Avqust da var idi. Leonid Qayday ilk təhsilini İrkutskda yerləşən dəmiryol məktəbində almışdır. Daha sonra o, İkinci Dünya müharibəsində iştirak edir. Müharibədə yaralanan Leonid orduya yararsız hesab olunur. 1947-ci ildə o, İrkutsk vilayətinin dram teatrının teatr studiyasında təhsil alır, işıqçı və aktyor kimi çalışmağa başlayır. 1949–1955-ci illdərdə rejissorluq fakültəsində təhsilini davam etdirmişdir.
Saylar (Tövrat)
Saylar — Tanax və Əhdi-Ətiqin ilk beş kitabı olan Tövratın dördüncü kitabı. Ümumi olaraq 36 babdan formalaşmışdır. Latın dilində nömrə mənasına gələn Numerus sözündən yaranmışdır. İvrit dilində adı olan Ba-Midbar "çöldə" mənasını verir. İsrail övladlarının Musamın liderliyində Misirdən qaçdıqdan sonra çöldə başlarına gələnləri izah edir.
Saylau Serikov
Serikov Saylau Dosumoviç (rus. Сериков Сайлау Досумович, 24 dekabr 1940 - 20 noyabr 1991) - Qazaxıstan SSR Daxili İşlər Naziri sabiq müavini. Qarakənd faciəsində həyatını itirmişdir. 24 dekabr 1940-cı ildə Qazaxıstan SSR Qostanay vilayətinin Qarasay rayonunda anadan olmuşdur. 1964-cü ildə daxil işlər orqanlarında vəzifəyə başlamışdır. Almatı şəhərinin Frunze rayon şöbəsinin mühafizə milisi diviziyasında siravi polis işçisindən, komandir vəzifəsinə qədər yüksəlmişdir. 1970-ci ildə Almatı şəhəri Lenin rayon polis idarəsinin rəis müavini, 1974-cü ildə isə rəisi vəzifəsinə yüksəlmişdir. 1977-ci ildə "Qırmızı Əmək Bayrağı" Ordeni ilə təltif edilmişdir. 1985-ci ildə, Saylau Serikov Qazaxıstan SSR Daxili İşlər Nazirinin müavini vəzifəsinə çəkilmişdir. Bu zaman o polis-polkovniki rütbəsində olmuşdur.
Vayfay 4
IEEE 802.11n-2009 və ya 802.11n — məlumat sürətini artırmaq üçün çoxlu antenalardan istifadə edən simsiz şəbəkə standartı. "Wi-Fi Alliance" həmçinin standart texnologiyanı geriyə doğru Wi-Fi 4 olaraq etiketləmişdir. Bu digər funksiyalar arasında MIMO, çərçivə aqreqasiyası və təhlükəsizlik təkmilləşdirmələri üçün dəstəyi standartlaşdırmışdır. IEEE 802.11n-2009 2,4 GHz və ya 5 GHz tezlik diapazonlarında istifadə edilə bilər. MIMO dəstəyini təqdim edən ilk Wi-Fi standartı olaraq 802.11n standartı (və ya standartın qaralama versiyası) dəstəkləyən cihazlar MIMO (Wi-Fi məhsulları) adlanır. 802.11a ilə eyni spektri qoruyaraq məlumat sürətini artırmaq üçün MIMO-OFDM istifadə ilk dəfə "Airgo Networks" tərəfindən nümayiş etdirilmişdir. Standartın məqsədi 20 MHz kanalda bir məkan axını ilə maksimum xalis məlumat sürətinin 54 Mbit/s-dən 72 Mbit/s-ə və 40 MHz kanal enində dörd məkan axınının istifadəsi ilə 600 Mbit/s-ə qədər əhəmiyyətli artımla əvvəlki iki standarta – 802.11a və 802.11g standartlarına nisbətən şəbəkə ötürmə qabiliyyətini yaxşılaşdırmaqdır. IEEE 802.11n-2009 IEEE 802.11-2007 simsiz şəbəkə standartına düzəlişdir. 802.11 simsiz şəbəkə ötürmə üsullarını tənzimləyən IEEE standartları toplusudur. Onlar bu gün yaşayış və biznes sahələrində simsiz əlaqə təmin etmək üçün 802.11a, 802.11b, 802.11g, 802.11n, 802.11ac və 802.11ax versiyalarında istifadə olunur.
Vayfay 5
IEEE 802.11ac-2013 və 802.11ac — IEEE 802.11 protokollarında (Wi-Fi şəbəkə ailəsinin bir hissəsi olan) simsiz şəbəkə standartı. 5 GHz zolağında yüksək ötürücülü simsiz lokal şəbəkələri (WLAN) təmin edir. Wi-Fi Alyansı tərəfindən Wi-Fi 5 olaraq adlandırılmışdır. Saniyədə ən azı 1,1 giqabit çoxstansiyalı ötürmə qabiliyyətinə və saniyədə ən azı 500 meqabit tək keçidli ötürmə qabiliyyətinə malikdir. Bu 802.11n-in əhatə etdiyi hava-interfeysi konsepsiyalarını genişləndirməklə həyata keçirilir: daha geniş radio frekansının buraxılış zolağının eni (160 MHz-ə qədər), daha çox MIMO fəza axını (səkkizə qədər), aşağı keçidli çoxistifadəçili MIMO (dörd müştəriyə qədər) və yüksək sıxlıqlı modulyasiya (256-QAM-a qədər). Wi-Fi Alyansı AC simsiz məhsullarının tətbiqini "Dalğa 1" və "Dalğa 2" adlı iki fazaya ("dalğalara") ayırdı. 2013-cü ilin ortalarından etibarən alyans IEEE 802.11ac Draft 3.0 əsasında istehsalçılar tərəfindən göndərilən Dalğa 1 802.11ac məhsullarını sertifikatlaşdırmağa başladı (IEEE standartı həmin ilin sonuna qədər yekunlaşdırılmadı). Daha sonra Wi-Fi Alyansı 2016-cı ildə MU-MIMO (yalnız aşağı keçidli), 160 MHz kanal eni dəstəyi, daha çox 5 GHz çox kanalı və dörd fəza axını (dörd antenna ilə; Dalğa 1 və 802.11n-də üç və IEEE-nin 802.11ax spesifikasiyasında səkkizlə müqayisədə) kimi əlavə xüsusiyyətləri özündə cəmləşdirən Dalğa 2 sertifikatını təqdim etdi. Bu Dalğa 2 məhsullarının Dalğa 1 məhsullarından daha yüksək enə və tutuma malik olacağı mənasını verirdi.
Vayfay 7
IEEE 802.11be, Wi-Fi 7 və ya Extremely High Throughput (EHT) – IEEE 802.11 standartının növbəti versiyası. O, 802.11ax standartına əsaslanaraq, 2.4, 5 və 6 GHz tezlik diapazonlarında stasionar və piyada sürətləri ilə daxili və açıq havada işləyən simsiz lokal şəbəkə olmağı hədəfləyir. Faktiki nəticələr xeyli aşağı olsa da, sürətlərin nəzəri olaraq maksimum 46 Gbit/s-ə çatacağı gözlənilir. 802.11be-nin hazırlanması davam edir. İlkin layihə 2021-ci ilin martında təqdim edilsə də, yekun variantı 2024-cü ilin əvvəlinə gözlənilir. Buna baxmayaraq, 2022-ci ildə qaralama halında olan standartlar əsasında çoxlu sayda məhsul açıqlanmışdır. Onlar 2023-cü ilin əvvəllərində bazara çıxarılmışdı. Qlobal Wi-Fi 7 bazarı 2023-cü ildə 1 milyard ABŞ dolları həcmində qiymətləndirilir. 2030-cu ilə qədər bu rəqəmin 24,2 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Aşağıdakılar Qaralama 3.0-da təsdiq edilmiş əsas xüsusiyyətlərdir: 4096-QAM (4K-QAM) hər bir simvolun 10 bit əvəzinə 12 bit daşımasına imkan verir ki, bu da Wi-Fi 6-nın 1024-QAM-dan 20% daha yüksək nəzəri ötürmə sürəti ilə nəticələnir Bitişik və ayrı 320/160+160 MHz və 240/160+80 MHz ötürmə genişliyi Multi-Link Operation (MLO), müxtəlif tezlik diapazonları və kanallar üzrə eyni vaxtda məlumat göndərmək və qəbul etməklə tutumu artıran xüsusiyyətdir.
Paris-Saclay
Paris-Saklay İle-de-Fransada Saclay yaxınlığındakı texnologiya və elm parkıdır. Buraya tədqiqat institutları, ali təhsil müəssisələri (grandes écoles) olan iki böyük Fransa universiteti və həmçinin özəl şirkətlərin tədqiqat mərkəzləri daxildir. 2013-cü ildə Technology Review Paris-Saclay-ı dünyanın ən yaxşı 8 tədqiqat qrupu sırasına daxil edib. 2014-cü ildə o, Fransanın elmi tədqiqat potensialının demək olar ki, 15%-ni təşkil edirdi. İlk yaşayış məskənləri 1950-ci illərə təsadüf edir və 1970–2000-ci illərdə ərazi bir neçə dəfə genişlənir. Hazırda bəzi obyektlərin köçürülməsi də daxil olmaqla bir neçə kampus inkişafı layihələri həyata keçirilir. Ərazidə hazırda Avropanın ən böyük yüksək texnologiyalı şirkətlərinin bir çoxu, həmçinin iki ən yaxşı Fransa universiteti, Paris-Saclay Universiteti (CentraleSupélec, ENS Paris-Saclay, …) və Paris Politexnik İnstitutu yerləşir. (Fransa Politexnik Məktəbi, Télécom ParisTech, HEC Paris …). ARWU 2020 reytinqində Paris-Saclay Universiteti riyaziyyat üzrə dünyada 14-cü, fizika üzrə dünyada 9-cu yerdədir (Avropada 1-ci). Məqsəd Silikon Vadisi və ya Kembric, MA kimi digər yüksək texnologiyalı rayonlarla rəqabət apara biləcək beynəlxalq elm və texnologiya mərkəzi yaratmaq üçün klasteri gücləndirmək idi.
Paris-Saklay
Paris-Saklay İle-de-Fransada Saclay yaxınlığındakı texnologiya və elm parkıdır. Buraya tədqiqat institutları, ali təhsil müəssisələri (grandes écoles) olan iki böyük Fransa universiteti və həmçinin özəl şirkətlərin tədqiqat mərkəzləri daxildir. 2013-cü ildə Technology Review Paris-Saclay-ı dünyanın ən yaxşı 8 tədqiqat qrupu sırasına daxil edib. 2014-cü ildə o, Fransanın elmi tədqiqat potensialının demək olar ki, 15%-ni təşkil edirdi. İlk yaşayış məskənləri 1950-ci illərə təsadüf edir və 1970–2000-ci illərdə ərazi bir neçə dəfə genişlənir. Hazırda bəzi obyektlərin köçürülməsi də daxil olmaqla bir neçə kampus inkişafı layihələri həyata keçirilir. Ərazidə hazırda Avropanın ən böyük yüksək texnologiyalı şirkətlərinin bir çoxu, həmçinin iki ən yaxşı Fransa universiteti, Paris-Saclay Universiteti (CentraleSupélec, ENS Paris-Saclay, …) və Paris Politexnik İnstitutu yerləşir. (Fransa Politexnik Məktəbi, Télécom ParisTech, HEC Paris …). ARWU 2020 reytinqində Paris-Saclay Universiteti riyaziyyat üzrə dünyada 14-cü, fizika üzrə dünyada 9-cu yerdədir (Avropada 1-ci). Məqsəd Silikon Vadisi və ya Kembric, MA kimi digər yüksək texnologiyalı rayonlarla rəqabət apara biləcək beynəlxalq elm və texnologiya mərkəzi yaratmaq üçün klasteri gücləndirmək idi.