Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Doctor Who
"Doktor Kim" (ing. Doctor Who) — BBC kompaniyanın tərəfindən istehsal olunan Doktor adlanan Zaman Hökmdarı — zamanda və məkanda səyahət edə bilən yadplanetli haqqında Böyük Britaniya elmi fantastik serialıdır. Bu şou eyni zamada Britaniyanın ən uzunömürlü serialıdır və dünyanın ən uzunömürlü elmi fantastik serialı kimi Ginnesin Rekordlar Kitabına düşüb. O, Britaniyanın populyar mədəniyyətin vacib hissəsidir, dünya ətrafında isə kult serial olub. Əvvəldən serial 1963-cü ildən 1989-cu ilinə qədər gedirdi. 1996-cı ildə "Doktor Kim" filmi çıxıb. O, serialın davamının pilot seriyası olmalı idi, amma onun Amerikadakı aşağı reytinqlərinə görə bu plan alınmadı. 2005-ci ildən serial uğurla yenidən efirə başladı. Bundan əlavə, "Torçvud", "Sara Ceyn macəraları", tək seriyası olan "K9 və yığımı" və Avstraliyalı "K9" spin off serialları çəkildi. 2013-cü ilin noyabrın 23-də serialın 50 illik yubileyi ilə bağlı "Doktor Günü" seriyası çıxıb.
Who See
Who See — Monteneqronu 2013 Avroviziya Mahnı Müsabiqəsində "Igranka" mahnısı ilə təmsil etmiş hip-hop qrupu.
The Who
The Who — 1964-cü ilin fevralında Londonda qurulan ingilis rok qrupudur. Musiqi tənqidçiləri Who qrupunu hard-rok baniləri arasında görürlər. Eyni zamanda qrupun preqressiv rok və art-rokun inkişafına olan töhfələrini yüksək qiymətləndirirlər. Qrupun səsyazmaları bütün dünyada 100 milyondan çox satmış və bu nəticə ilə The Who Ginnesin Rekordlar Kitabına düşmüşdür.
Who Cares?
Who Cares? — İngiltərə müğənnisi Rex Orange County-nin dördüncü studiya albomu. 11 mart 2022-ci ildə RCA Records tərəfindən buraxılıb.
Doctor Who Magazine
Doctor Who Magazine (abbr. DWM) — «Doktor Kim» Britaniya elmi fantastik serialı haqqında jurnal. 2010-cu ilin aprelində televiziya serialı haqqında ən uzunömürlü jurnal kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Who Is It
Who Is It – Maykl Ceksonun "Dangerous" albomundan çxardığı sayca dördüncü sinqldır. Mahnı yeni çıxarıldığı dövrdə U.S. Billboard Hot Dance Club Play'də birinciliyə yüksəlmişdi. 1993-cü ildə Opra Uinfri ilə müsahibəsi zamanı Maykl Cekson mahnını akapella şəklində ifa etmişdir. Mahnı Maykl Ceksonun çox sevilən mahnılarından birinə çevrilmiş, ABŞ və Avropa ölkələrinin bir çoxlarında ilk onluğa və iyirmiliyə daxil olmuşdur. Eyniylə mahnının klipinin də taleyi çox uğurlu olmuşdur. Klipin rejissoru David Fincherdir. ABŞ – da MTV və VH-1 telekanalları mahnının klipinin yayımlanmasını qadağan etmiş və heç vaxt həmin klipi efirə buraxmamışdır. Əvəzində isə mahnı üzərində videomontaj vasitəsilə Maykl Ceksonun müxtəlif klip, konsert görüntüləri və şəkillərindən ibarət video yığılmışdır. Digət bir maraqlı fakt mahnının dinləyicilər tərəfindən çox sevilməsi və böyük uğur qazanmasına baxmayaraq mahnı Maykl Ceksonun heç bir konsert turuna daxil edilməmiş və heç bir vaxt (radioya olan müsahibə zamanı qısa akapella xaric) dinləyicilər qarşısında canlı ifa edilməmişdir.
Who Named It?
Who Named It? — Tibbi eponimlərin və onların identifikasiyası ilə əlaqəli insanları məlumatlandıran ingilis dilli lüğət. Lüğət olmasına baxmayaraq, bir çox eponimlər və şəxslər haqqında geniş biblioqrafiyalar və geniş məqalələr təqdim edir. Lüğətin fəaliyyət göstərdiyi ofis Norveçdə yerləşir. Məlumatlar tibb tarixçisi Ola Daniel Enersen tərəfindən əlavə olunur. whonamedit.com — Who Named It?
Who Really Cares
Who Really Cares — amerikan indi-pop qrupu TV Girl-in ikinci studiya albomu. 26 fevral 2016-cı ildə qrupun özü tərəfindən buraxılıb. "Who Really Cares" Bandwagon Magazine tərəfindən "çox sayda insanın anlaya biləcəyi və empatiya qura biləcəyi bir şey" kimi təsvir edilmişdir. Bütün mahnılar Brad Petering tərəfindən yazılmış və bəstələnmişdir. Sample credits "Cigarettes out the Window" and "For You" contains samples of "Love Song to Jom's Girlfriend" and "You Are", performed by Frankie Cosmos. "Not Allowed" contains samples of "You Suck", "Not Allowed", "Fuck Yourself", and "Sue Your Friends", performed by the Yeastie Girlz. "For You" contains elements of "Dating Courtesy", by the Shangri-Las from their Good Taste Tips.
Doctor Who (2023 xüsusi)
Doctor Who: The Adventure Games
Doctor Who: The Adventure Games — beş oyundan ibarət olan, «Doktor Kim» serialın əsasında yaradılmış macəra janrda videooyun seriyası.
Who We Are (Cessika mahnısı)
Who We Are (azərb. Biz kimik‎) — San-Marinonun 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Cessika və Cenifer Breninq dueti "Who We Are" mahnısı ilə San-Marinonu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Avstriyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Zoi Ştraub və eyni zamanda Kristof Ştraub, Matias Strasser və Lorentso Salvatori tərəfindən bəstələnmişdir.
The Girl Who Leapt Through Time
The Girl Who Leapt Through Time (時をかける少女, Toki o Kakeru Shōjo), Zamanda sıçrayan qız və ya Toki o Kakeru Shōjo — Madhouse studiyası tərəfindən istehsal olunmuş, rejissoru Mamoru Hosoda, ssenaristi Satoko Okudera olmuş 2006-cı il elmi fantastika anime filmi. Kadokawa Herald Pictures tərəfindən yayımlanmış anime filmi Yasutaka Tsutsuinin eyniadlı romanından bəhrələnmişdir. Romanda olduğu kimi anime filmi zamanda səyahət etmək gücü əldə etmiş qızdan bəhs edir, lakin romandan fərqli hekayəyə sahibdir. Anime filminin baş qəhrəmanı Makoto Konnonu Riisa Naka səsləndirmişdir. Makoto Konno xalası Kazuko Yoşiyamadan zamanda səyahət etdiyini öyrənir, bundan istifadə edərək problemlərini həll etməyə başlayır. "The Girl Who Leapt Through Time" 15 iyun 2006-cı ildə ekranlara buraxılmışdır və müsbət rəylər almışdır. Anime filminin ingilis versiyasını Kadokawa Pictures U.S. istehsal etmiş, dublajı Ocean Productions həyata keçirmişdir. İngilis versiyası 2008-ci ildə Bandai Entertainment tərəfindən, 2016-cı ildə Funimation tərəfindən yayımlanmışdır. Reanimedia animeni Rusiya üçün lisenziyalaşdırmışdır. Animedən Yaponiyada əldə olunmuş gəlir 260 milyon yendir.
Whole Lotta Red
Whole Lotta Red — amerikalı repçi Playboi Carti-nin ikinci studiya albomu. 25 dekabr 2020-ci ildə AWGE və Interscope Records tərəfindən buraxılıb. Albomun üzərində iş 2018-ci ilin sonlarında başlayıb və 2020-ci ilin noyabrında başa çatıb. Albom 24 trekdən ibarətdir. Bəzi treklərdə repçilər Kanye Vest, Kid Cudi və Future qonaq ifaçı kimi yer alıb. Albomun hazırlanmasında Kanye Vestlə yanaşı digər prodüserlər Pi'erre Bourne, Maaly Raw, Wheezy, F1lthy və başqalarının iştirakı olub.
WMO
Ümumdünya Meteorologiya Təşkilatı — BMT-nin meteorologiya sahəsində ixtisaslaşmış hökumətlərarası qurumudur. Azərbaycan 27 dekabr 1993-cü il tarixindən etibarən ÜMT-nin üzvüdür. 1950-ci ildə yaradılmışdır. O, BMT-nin Yer atmosferinin vəziyyətini və okeanlarla qarşılıqlı əlaqəsini izləmək üçün səlahiyyətli orqandır. ÜMT-nin mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərindədir. Ümumdünya Meteorologiya Təşkilatının yaradılması haqqında Konvensiyanın qüvvəyə mindiyi gün, martın 23-ü Ümumdünya Meteorologiya Günü qeyd olunur. Hava, iqlim və su dövranı milli sərhədlərlə müəyyən edilmədiyinə görə, qlobal miqyasda beynəlxalq əməkdaşlıq meteorologiya və hidrologiyanın inkişafı və onların tətbiqindən əldə edilən fayda üçün mühüm əhəmiyyət kəsb edir. Ümumdünya Meteorologiya Təşkilatı belə beynəlxalq əməkdaşlığın əsasını yaradır. Yarandığı gündən Ümumdünya Meteorologiya Təşkilatı bütün bəşəriyyətin təhlükəsizliyinin və rifahının təşviqində mühüm rol oynayır. Milli Meteoroloji və Hidroloji Xidmətlər, Ümumdünya Meteorologiya Təşkilatının rəhbərliyi və proqramları çərçivəsində həyatın və əmlakın təbii fəlakətlərdən qorunmasına, ətraf mühitin qorunmasına və cəmiyyətin bütün təbəqələrinin ərzaq təhlükəsizliyi, su ehtiyatları və nəqliyyat kimi sahələrdə iqtisadi və sosial rifahının qorunmasına və gücləndirilməsinə mühüm töhfə verir.
İHO
İslam Həmrəylik Oyunları — dörd ildən bir keçirilən beynəlxalq idman tədbiri. Burada İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançılar iştirak edir. İlk dəfə bu oyunlar Səudiyyə Ərəbistanında keçirilmişdir və hazırda yarışda İslam Konfransı Təşkilatının 57 üzvüsü iştirak edir. Təşkilata üzv olan ölkələrin qeyri-müsəlman vətəndaşlarına da oyunlarda iştirak etməyə icazə verilir. İkinci İslam Həmrəylik Oyunları planlaşdırılırdı ki, 2009-cu ildə oktyabrda İranda keçirilsin, amma sonra tarixi 2010-cu ilin aprel ayına saldılar, lakin Fars Körfəzinin (Ərəb) adı ilə bağlı İran və ərəb ölkələri arasında fikir ayrılığı səbəbindən ləğv edildi. İran və ərəb dövlətləri arasında olan körfəzin ad verilmə ilə bağlı mübahisələri həmişə ziddiyyətlərə səbəb olmuşdur, ona görə ki, bəzi ərəb ölkələrində "Fars körfəzi" Ərəb körfəzi kimi tanınır. 3-cü dəfə oyunlar 2013-cü ildə İndoneziyada keçirildi. Yarış dördüncü dəfə 2017-ci ildə Bakıda keçirildi. İslam Həmrəyliyi Oyunlarında 18 idman növü təqdim olunur. Aşağıda İslam Həmrəyliyi Oyunları turnirlərində medal cədvəli göstərilib.
Jung İl-woo
Çon İl U (9 sentyabr 1987, Seul) — Cənubi Koreya aktyorudur. Onun ən məșhur rolu Unstoppable High Kick komediyasi, The Return of Ilmae, 49 gün, Flower boy ramyun shop və The Night Watcman's journal televiziya dramalarinda oynadiği rollardir.
Le Dık Tho
Le Dık Tho və ya Le Dık Txo (vyet. Lê Ðức Thọ) və ya əsl adı ilə Fan Din Khay (Phan Đình Khải; 14 oktyabr 1911[…] – 13 oktyabr 1990[…], Hanoy) — Vyetnam siyasətçisi və diplomatı. O, 1973-cü ildə "Nobel" sülh mükafatına layiq görülmüşdür, lakin ondan imtina etmişdir. == Həyatı == Le Dık Tho gəncliyindən Vyetnam kommunist hərəkatında iştirak etmişdir. O, 1930-cu ildə Hind-Çin Kommunist Partiyasının yaradıcılarından biri olmuşdur. Le Dık Tho 1930-cu ildən 1936-cı ilə qədər, sonra isə 1939-cu ildən 1944-cü ilə qədər Fransa həbsxanasında həbs olunmuşdur. O, azadlığa çıxandan sonra Vyetminin yaradılmasında iştirak etmişdir. Le Dık Tho Birinci Hind-Çin müharibəsi zamanı Vyetnamın cənubunda Vyetnam Fəhlə Partiyasının Mərkəzi Komitəsindən çalışmışdır. O, 1955–1986-cı illərdə partiyanın Siyasi Bürosunun üzvü olmuşdur. == İstinadlar == == Xarici keçidlər == ЛЕ ДЫК ТХО (Le Duc Tho) Eric Pace.
Nquyen Hıy Tho
Nquyen Hıy Tho (vyet. Nguyễn Hữu Thọ: 10 iyul 1910[…], Sayqon – 24 dekabr 1996, Hoşimin və ya Hanoy) — Vyetnam inqilabçısı, Vyetnam Sosialist Respublikasının Prezidenti (1980–1981). Məmur ailəsində anadan olmuşdur. Fransada hüquq təhsili almışdır. Birinci Hind-Çin müharibəsi illərində (1945–1954) vəkil kimi müqavimət üzvlərini müdafiə etmişdir. O, Sayqonda (1950-ci il mart) kütləvi antiamerikan nümayişinin liderlərindən biri idi. 1954-cü ildə Sülh Uğrunda Hərəkat təşkilatını yaratmışdır və onun vitse-prezidenti seçilmişdir. İki dəfə (1950–1952, 1954–1961) həbsdə olmuşdur. "Xalqlar dostluğu" ordeni (7 sentyabr 1980, SSRİ).
Nquyen Nqok Tho
Nquyen Nqok Tho vyet. Nguyễn Ngọc Thơ; 26 may 1908, Lonqsyuen[d] – 12 iyun 1976, Sayqon) — Vyetnam Respublikasının (Cənubi Vyetnam) dövlət və siyasi xadimi, Cənubi Vyetnamın vitse-prezidenti (1956–1963), Cənubi Vyetnamın baş naziri (1963–1964). Nquyen Nqok Tho Varlı bir torpaq sahibinin ailəsində anadan olmuşdur. O, Lonqsyuyen Vilayət İdarəsində əmək fəaliyyətinə 1930-cu ildə başlamışdır. Nquyen Nqok Tho İkinci Dünya müharibəsindən sonra imperator Bao-dayın başçılıq etdiyi, Fransaya sadiq Vyetnam kukla dövlətində daxili işlər naziri təyin edilmişdir. Ölkə bölündükdən və Vyetnam Respublikası elan edildikdən sonra onun Yaponiyadakı ilk səfiri təyin edilmişdir. Diplomatik missiyasının böyük hissəsini ombasının sınığı səbəbindən əsasən yataqda keçirsə də, İkinci Dünya müharibəsi zamanı ölkəsinin işğalı dövrünə görə Yaponiyadan təzminat almağa nail olmuşdur.
This Is Why
This Is Why — ABŞ rok qrupu Paramore-un altıncı studiya albomu. 10 fevral 2023-cü ildə Atlantic Records tərəfindən buraxılıb.
Euseius ho
Euseius ho (lat. Euseius ho) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Nukina Ho
Nukina Kayoku (貫名 海屋, 3 yanvar 1778[…], Ama əyaləti[d], Nankaydo[d] – 21 iyun 1863, Şimoqamo[d]) və ya əsl adı ilə Nukina Kane – Yaponiya rəssamı, xəttatı, konfusiçi alimi. Nanqa üslubunda rəsmlər çəkmişdir. Ava əyalətində (indiki Tokuşima prefekturası) samuray ailəsində doğulmuşdur. Gənc yaşlarında xəttatlıq və Kano üslubunun rəssamlığını öyrənməyə başlamışdır. Daha sonra Koya dağında buddizm və Edo şəhərində konfusiçilik dərsləri almışdır. Zen rahibi Hidaka Tetsuodan Çin ədəbi rəssamlığını öyrənmək üçün Naqasakiyə səyahət etmişdir. Daha sonra Kiotoya köçmüş, burada konfusiçilik məktəbi açmış, rəssamlıq və yazıçılıq ilə məşğul olmuşdur. Ömrünün axırlarında Kiotonun ən yaxşı xəttatı hesab olunurdu. Yamamoto Bayitsu və Nakabayaşi Çikuto kimi rəssamların daxil olduğu sənətçi qruplaşmasının üzvü olmuşdur. Kayoku mühafizəkar Çin ədəbi ənənələrini izləmiş, peyzaj rəsmləri üçün Çin rəssamlığından təsirlənmişdir.
Hsieh Çien-Ho
Hsieh Çien-Ho (25 noyabr 1987) — Çin Taybeyini təmsil edən marafonçu. Hsieh Çien-Ho Çin Taybeyini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Hsieh Çien-Ho birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 54 dəqiqə 18 saniyəyə qət edərək 157 marafonçu sırasında 113-cü yeri tutdu.
Hon Yon-Ho
Hon Yon-Ho (d. 6 may 1974) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Ho Sun-Yon
Hu Sun-Yon (d. 28 sentyabr 1975) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Hu Sun-Yon Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Hu Sun-Yon Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu. Hu Sun-Yon Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Hu Sun-Yon Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Hon Yonq-Ho
Hon Yon-Ho (d. 6 may 1974) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Hon Yon-Ho Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Hо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Хо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Çao Çao
Çao Çao (çin. sadə. 曹操, pinyin: Cáo Cāo; 155[…] – 220[…], Loyan[d]) — Çin ordu sərkərdəsi, hərb elminin bilicisi, Han sülaləsinin baş naziri, faktiki Han imperiyasının III əsrdə həm idarə edicisi və həm də "qəbirqazanı". Çao Çao zəmanəsinin qəddar və müdriki kimi tarixdə qalmışdır. Onun ixtiyarında sayı milyon olan ən qüdrətli ordulardan biri olmuş, Quandu döyüşündəki qələbəsindən sonra Çini birləşdirməyə cəhd göstərsə də Qırmızı qayalıq döyüşündəki məğlubiyyəti onu uçuruma sürükləmişdir. Atası Çao Sun Syaxou nəslindən olub, onun əsli adı Syaxou Sun olmuşdur. Çao soy adını o, onu oğulluğa götürmüş saray xədimi Çao Tenadan götürmüşdür. İyirmi yaşında imtahan verərək paytaxt Loyandan şimalda bir əyalət rəisi təyin olunur. Rəyis kimi əyalətdə hamının qahuna itaət etməsinə nail olur. Mənsubiyyətindən asılı olmayaraq qanun pozucularını qəddarcasına cəzalandırardı.