WHO

who1

interrog. pron kim? kimə? kimi? Who is he? O kimdir? Who do you want? Sən / Siz kimi istəyirsən / istəyirsiniz? Who did you help? Sən /Siz kimə kömək etdin /etdiniz?

who2

relat. pron Adətən Azərbaycan dilinə tərcümə edilmir: The man who you saw... Sənin /Sizin gördüyün /gördüyünüz adam...

who3

conj. pron Vasitəli sualları və budaq cümlələri başlayır: 1. kim? kimi? hansının? Do you know who has come? Kimin gəldiyini bilirsənmi / bilirsinizmi? Ask him who found this Ondan soruş / soruşun ki, bunu kim tapdı?; 2. kim ki... o da, kimlər ki... onlar da; Who breaks, pays Kim ki sındırır, o da pulunu ödəyir;

◊ Who is Who? Kim Kimdir? (bioqrafik soraq kitabçası); He knows who is who O kimin kim olmağını bilir; Who the devil told you that? Bunu sənə/sizə lənətə gəlmiş kim dedi axı?

WHIZZ
WHOEER
OBASTAN VİKİ
Doctor Who
"Doktor Kim" (ing. Doctor Who) — BBC kompaniyanın tərəfindən istehsal olunan Doktor adlanan Zaman Hökmdarı — zamanda və məkanda səyahət edə bilən yadplanetli haqqında Böyük Britaniya elmi fantastik serialıdır. Bu şou eyni zamada Britaniyanın ən uzunömürlü serialıdır və dünyanın ən uzunömürlü elmi fantastik serialı kimi Ginnesin Rekordlar Kitabına düşüb. O, Britaniyanın populyar mədəniyyətin vacib hissəsidir, dünya ətrafında isə kult serial olub. Əvvəldən serial 1963-cü ildən 1989-cu ilinə gədər gedirdi. 1996-cı ildə "Doktor Kim" filmi çıxıb. O, serialın davamının pilot seriyası olmalı idi, amma onun Amerikadakı aşağı reytinqlərinə görə bu plan alınmadı. 2005-ci ildən serial uğurla yenidən efirə başladı. Bundan əlavə, "Torçvud", "Sara Ceyn macəraları", tək seriyası olan "K9 və yığımı" və Avstraliyalı "K9" spin off serialları çəkildi. 2013-cü ilin noyabrın 23-də serialın 50 illik yubileyi ilə bağlı "Doktor Günü" seriyası çıxıb.
Who See
Who See — Monteneqronu 2013 Avroviziya Mahnı Müsabiqəsində "Igranka" mahnısı ilə təmsil etmiş hip-hop qrupu.
Doctor Who Magazine
Doctor Who Magazine (abbr. DWM) — «Doktor Kim» Britaniya elmi fantastik serialı haqqında jurnal. 2010-cu ilin aprelində televiziya serialı haqqında ən uzunömürlü jurnal kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Who Is It
Who Is It – Maykl Ceksonun "Dangerous" albomundan çxardığı sayca dördüncü sinqldır. Mahnı yeni çıxarıldığı dövrdə U.S. Billboard Hot Dance Club Play'də birinciliyə yüksəlmişdi. 1993-cü ildə Opra Uinfri ilə müsahibəsi zamanı Maykl Cekson mahnını akapella şəklində ifa etmişdir. Mahnı Maykl Ceksonun çox sevilən mahnılarından birinə çevrilmiş, ABŞ və Avropa ölkələrinin bir çoxlarında ilk onluğa və iyirmiliyə daxil olmuşdur. Eyniylə mahnının klipinin də taleyi çox uğurlu olmuşdur. Klipin rejissoru David Fincherdir. ABŞ – da MTV və VH-1 telekanalları mahnının klipinin yayımlanmasını qadağan etmiş və heç vaxt həmin klipi efirə buraxmamışdır. Əvəzində isə mahnı üzərində videomontaj vasitəsilə Maykl Ceksonun müxtəlif klip, konsert görüntüləri və şəkillərindən ibarət video yığılmışdır. Digət bir maraqlı fakt mahnının dinləyicilər tərəfindən çox sevilməsi və böyük uğur qazanmasına rəğmən mahnı Maykl Ceksonun heç bir konsert turuna daxil edilməmiş və heç bir vaxt (radioya olan müsahibə zamanı qısa akapella xaric) dinləyicilər qarşısında canlı ifa edilməmişdir.
Who Named It?
Who Named It? — Tibbi eponimlərin və onların identifikasiyası ilə əlaqəli insanları məlumatlandıran ingilis dilli lüğət. Lüğət olmasına baxmayaraq, bir çox eponimlər və şəxslər haqqında geniş biblioqrafiyalar və geniş məqalələr təqdim edir. Lüğətin fəaliyyət göstərdiyi ofis Norveçdə yerləşir. Məlumatlar tibb tarixçisi Ola Daniel Enersen tərəfindən əlavə olunur. == İstinadlar == == Xarici keçidlər == whonamedit.com — Who Named It?
Doctor Who (2023 xüsusi)
Doctor Who: The Adventure Games
Doctor Who: The Adventure Games — beş oyundan ibarət olan, «Doktor Kim» serialın əsasında yaradılmış macəra janrda videooyun seriyası.
Who We Are (Cessika mahnısı)
Who We Are (azərb. Biz kimik‎) — San-Marinonun 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Cessika və Cenifer Breninq dueti "Who We Are" mahnısı ilə San-Marinonu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Avstriyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Zoi Ştraub və eyni zamanda Kristof Ştraub, Matias Strasser və Lorentso Salvatori tərəfindən bəstələnmişdir.
The Girl Who Leapt Through Time
The Girl Who Leapt Through Time (時をかける少女, Toki o Kakeru Shōjo), Zamanda sıçrayan qız və ya Toki o Kakeru Shōjo — Madhouse studiyası tərəfindən istehsal olunmuş, rejissoru Mamoru Hosoda, ssenaristi Satoko Okudera olmuş 2006-cı il elmi fantastika anime filmi. Kadokawa Herald Pictures tərəfindən yayımlanmış anime filmi Yasutaka Tsutsuinin eyniadlı romanından bəhrələnmişdir. Romanda olduğu kimi anime filmi zamanda səyahət etmək gücü əldə etmiş qızdan bəhs edir, lakin romandan fərqli hekayəyə sahibdir. Anime filminin baş qəhrəmanı Makoto Konnonu Riisa Naka səsləndirmişdir. Makoto Konno xalası Kazuko Yoşiyamadan zamanda səyahət etdiyini öyrənir, bundan istifadə edərək problemlərini həll etməyə başlayır. "The Girl Who Leapt Through Time" 15 iyun 2006-cı ildə ekranlara buraxılmışdır və müsbət rəylər almışdır. Anime filminin ingilis versiyasını Kadokawa Pictures U.S. istehsal etmiş, dublajı Ocean Productions həyata keçirmişdir. İngilis versiyası 2008-ci ildə Bandai Entertainment tərəfindən, 2016-cı ildə Funimation tərəfindən yayımlanmışdır. Reanimedia animeni Rusiya üçün lisenziyalaşdırmışdır. Animedən Yaponiyada əldə olunmuş gəlir 260 milyon yendir.