Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dance with Me
Dance with Me (azərb. Mənimlə rəqs et‎) — Macarıstanın Avroviziya-2009 mahnısı. Yarım finalda məğlub olub. Mahnını Zoli Adok ifa edib.
Fly With Me
Fly With Me (azərb. Mənimlə uç‎) — Ermənistanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.. Artsvik "Fly With Me" mahnısı ilə Ermənistanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir.
Rock with You
Rock with You — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
With The Beatles
With The Beatles — Böyük Britaniyanın "The Beatles" rok qrupunun ikinci studiya albomu.
Anne with an E
Enn (ing. Anne with an E) — Lucy Maud Montgomery'nin 1908 klassik uşaq ədəbiyyatı kateqoriyasına aid edilən əsəri Anne of Green Gablesdan uyğunlaşdırılmış bir Kanada epizodik televiziya serialıdır. CBC üçün Moira Walley-Beckett tərəfindən yaradıldı və Amybeth Mcnulty kimsəsiz Anne Shirley, Geraldine James Marilla Cuthbert, R.H. Thomson Matthew Cuthbert, Dalila Bela Diana Barry və Lucas Jade Zumann Gilbert Blythe rolunu səhnələşdirib. Tele-serialda kimsəsizlik, psixoloji travmalar ve gender bərabərsizliyi, irqçilik kimi sosial mövzulardan bəhs olunmuşdur.1896 -cı ildə iki bacı-qardaş, Mattheu və Marilla Cuthbert, təsərrüfatının işinə kömək etmək üçün uşaq evindən bir oğlan övladlığa götürmək qərarına gəlirlər. Mattheu, övladlığa götürdükləri uşağı götürmək üçün qatar stansiyasına gedəndə anlayır ki, oğlan əvəzinə, 13 yaşında xəyalpərəst, danışan, şən, enerjili bir qız övladlığa götürüblər. Bu qız, Anne ailəsi, yalnız bir neçə aylıq olanda öldü və Anne bu günə qədər fərqli ailələrdə qulluqçu olaraq çalışdı.Mattheu Annenin qalmasını istəsə də, Marilla Annaya güvənmir, çünki yararsız bir yetimdir. Daha sonra Annenin səhvini tuturlar, Anneni yenidən uşaq evinə göndərirlər. Daha sonra Annenin haqqında yanıldıqlarını başa düşürlər və Anneni tapmağa çalışırlar. Anne ailəsi ilə yaşamağa başlayanda, məktəb yoldaşları və qonşuluqdakı qonşuları tərəfindən təklənir. Ancaq Anne zəkası, problem həll etmə qabiliyyəti və təxəyyülü sayəsində bütün çətinliklərin öhdəsindən gəlir.
I'm with You
I'm with You — Red Hot Chili Peppersnın ilk studiya albomudur. 26 avqust 2011-ci il tarixində yayımlanan albom, Warner Music etiketi ilə satışa buraxılmışdır.
Run with the Lions
Run with the Lions (azərb. Şirlərlə qaç‎) — Litvanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Yuriyus Veklenko "Run with the Lions" mahnısı ilə Litvanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı Eşli Hiklin, Erik Lumyere və Pele Loriano tərəfindən bəstələnmişdir.
Mount & Blade: With Fire & Sword
Mount & Blade: Odla və qılıncla (İngilis dili ndə: Mount & Blade: With Fire & Sword) orta əsrlər mövzusuna aid bir rol oynamalı videooyundur. TaleWorldsun icazəsi ilə Sich Studio adlı bir rus şirkəti tərəfindən hazırlanmış oyun, 2008-ci ildə buraxılmış oyun Mount & Blade üçün müstəqil bir genişləndirmə paketidir. Paradox Interactive tərəfindən dünyada 3 may 2011-ci ildən istifadəyə verilmişdir. XVII əsr Avropasında baş verən hekayədə bəzi personajlar Nobel mükafatı laureatlı müəllif Henrik Senkeviçin Odla və qılıncla adlı kitabından götürülmüşdür. == Məzmunu == Hadisələr XVII əsr Avropasında baş verir. Xəritə Qara dənizdən Skandinaviyaya qədər uzanır. Oyunda olan xəritədəki şəhərlər əsl memarlıq formasında miqyasları kiçildilmişdir. Şəhərlər kifayət qədər böyükdür. Binalar və onların daxili strukturları çox xırda detallarına qədər göstərilmişdir. Şəhərlərdə yeraltı zirzəmilər/tunellər mövcuddur.
Killing Me Softly With His Song
Killing Me Softly With His Song — bəstəkarı Çarlz Foks, söz müəllifi isə Norman Gimbel olan mahnısı. == Lori Liberman versiyası və mübahisəli mənşəyi == 1971-ci ildə ilk çıxan yazdırmasında mahnını ifa edən Lori Liberman iddia edir ki, orijinal şeiri Don Maklinin Empty Chairs mahnısının təsirində özü yazıb. Onun sözlərinə görə, sonra o, bu məlumatı Gimbela verib. O isə, duyğularını alıb, onlardan mahnı sözlərini yazmış. Bundan sonra isə Gimbel bu sözləri onların üçün musiqi yazan Foksa verib.Norman Gimbelın sözlərinə görə, o, bəstəkar Lalo Şifrin ilə tanış olduqdan sonra, onnan birlikdə Şifrinin müxtəlif filmləri üçün mahnıları yazmağa başlayıb. Gimbel ilə Şifrin birlikdə Brodvey üçün bir müzikl yazmağa istəyirdilər. Gimbeldə ideya yaratmaq üçün, Şifrin ona Xulio Kortasarın Xana-xana oyunu (isp. Rayuela) romanı oxumağa verib. Kitab heç vaxt müzikla çevirilməmişdi, lakin ikinci fəsilində rəvayətçi özünü bir barda oturub, Amerikan dostu olan pianoçunun kill us softly with some blues mahnısını qulaq asaraq təsvir edir. Gimbel bu ifadəni öz fikir kitabına yazdırıb və orada blues sözünü girdə mötərizəyə qoyub, əvəzinə song sözünü yazmış.
My Mental Choices are Completely Interfering with my School Romantic Comedy
My Mental Choices are Completely Interfering with my School Romantic Comedy, Yaponiyada tanınan adı ilə Ore no Nounai Sentakushi ga, Gakuen Love Comedy wo Zenryoku de Jama Shiteiru (俺の脳内選択肢が、学園ラブコメを全力で邪魔している, azərb. Mənim zehni seçimlərim romantik məktəb komediyama tamamilə mane olur‎) və ya qısaca Noucome (のうコメ, Nōkome) — Yukivonun rəssamlığı ilə Takeru Kasukabe tərəfindən yazılmış ranobe seriyası. 2012-ci ilin yanvarında 2016-cı ilin fevralına kimi Kadokawa Shoten nəşriyyatı tərəfindən Kadokawa Sneaker Bunko imprinti altında 12 cildi buraxılmışdır. Sayaka İtsukinin rəssamlığı ilə hazırlanmış manqa adaptasiyası Enterbrain nəşriyyatının "Famitsu Comic Clear" jurnalında 2013-cü ildən 2015-ci ilə kimi nəşr olunmuşdur. Takayuki İnaqakinin rejissorluğu ilə Diomedéa studiyası tərəfindən 10 seriyalıq anime adaptasiyası istehsal olunmuş və 2013-cü ilin oktyabrından dekabrına kimi yayımlanmışdır. == Məzmun == Kanade Amakusa "Mütləq seçim" (絶対選択肢, Zettai Sentakushi) adlandırılan lənətdən əziyyət çəkən lisey tələbəsidir. Bu lənət günün istənilən vaxtında ona qarşısına çıxan 2 və ya 3 zehni seçimdən birini seçməsini tələb edir. Hətta bu seçimlər biabırçı olsa belə. Əgər hər hansı seçimdən birini seçməsə, bu, onda güclü baş ağrısına səbəb olur. Seçimlərin çoxu tərbiyəsiz və ədəbsiz xarakter daşıdığından Kanadenin sinif yoldaşları və ətrafındakı insanlar arasındakı nüfuzuna xələl gəlir və həyatı çətinləşir.
Sibth.
Con Sibtorp (ing. John Sibthorp; 28 oktyabr 1758, Oksford – 8 fevral 1796, Bath, Somerset qraflığı) — ingilis botaniki. == Bəzi elmi əsərləri == Sibthorp, J. (1794). Flora oxoniensis. 422 p. Sibthorp, J.; Smith, J.E. (1806—1813). Florae Grecae prodromus. 2 vols. Sibthorp, J.; Smith, J.E.; Lindley, J. (1806—1840). Flora graeca.
Wibty
Wibty — Azərbaycanın ilk milli sosial şəbəkəsi. == Tarixi == Layihənin qurucusu Həmzə Hüseynli Wibty layihəsi üzərində 2013-cü ildən etibarən çalışmağa başlasa da, layihənin təqdim olunması tam olaraq 2021-ci ilə təsadüf etmişdir. 2013-cü ildən start götürən bu layihə, ilk başlarda bəzi çətinliklər və problemlər nəticəsində bir müddətlik dayandırılmışdır. Lakin 2021-ci ilin fevral ayından tam heyət ilə yenidən işə başlayan Həmzə Hüseynli 2021-ci ilin iyul ayının 19-da Wibty sosial şəbəkəsini ictimaiyyətə təqdim etmişdir. == Hədəflər == Wibty ilkin olaraq Azərbaycanda istifadə üçün hədəflənmiş, daha sonra isə qlobal bazara çıxarılacağı müəyyən edilmişdir. Wibty sosial şəbəkəsi bütün funksiyaları özündə cəmləyir və bura əlavə olaraq sosial şəbəkəyə musiqi, habelə açıqlanmayan başqa digər funksiyaların da əlavə ediləcəyi planlaşdırılmışdır. Wibty platforması istifadəyə verildiyi gün 50 000 üzvün qeydiyyatını toplamağı bacarmış və sosial şəbəkəni istifadə edən şəxslərin sayı 2 ay müddətində 150 000-i keçmişdir. Platformanın sürətlə yayılmasını hədəfləyən Həmzə Hüseynli həm təsisçi, həm də rəhbər olduğu Baku Creative Projects şirkətindəki vəzifəsindən ayrılaraq, bütün gücünü Wibty layihəsinə verdiyini və daha da yüksək hədəflərə çatmağı planladığını qeyd etmişdir. Hal-hazırda Wibty şirkətinin 20-dən çox işçi heyəti var.
Wight
Robert Vayt (ing. Robert Wight, 6 iyul 1796 – 26 may 1872, Ridinq) — Şotlandiya botaniki, həkim, cərrah. == Əsas elmi işləri == Icones plantarum Indiæ orientalis (seis volumes, 1840-1856). Illustrations of Indian Botany (dois volumes, 1841-1850). Spicilegium Nilghiriense (dois volumes, 1846-1851). == Şərəfinə adlandırılmış taksonlar == === Bitki cinsləri === Wightia Wall. Wightia Spreng. ex DC. === Bitki növləri === Acrostichum wightianum Wall. Acrotrema wightianum Wight & Arn. Aerva wightii Hook.f.
Wyeth
Wyeth və ya əvvəlki adı ilə American Home Products Corporation – ABŞ dərman şirkəti.
World Wide Web
Ümumdünya hörümçək toru və ya Ümumdünya Şəbəkəsi (ing. World Wide Web, qısaca: WWW və ya veb) — internet üzərindən məlumat mübadiləsini təmin edən informasiya sistemi. Bu, İT mütəxəssisləri və həvəskarlarından başqa istifadəçilərə də müraciət etməsi üçün nəzərdə tutulmuşdur. Ümumdünya hörümçək toru sənədlərə və digər veb-resurslara "Hypertext Transfer Protocol" (HTTP) xüsusi qaydalarına uyğun olaraq internet üzərindən daxil olmaq imkanı verir.Sənədlər və endirilə bilən media veb-serverlər vasitəsilə şəbəkəyə təqdim edilir və onları veb-brauzerlər kimi proqramlar vasitəsilə əldə etmək mümkündür. Ümumdünya internetdəki serverlər və resurslar vahid resurs lokatorları (URL) adlanan simvol sətirləri vasitəsilə müəyyən edilir və yerləşdirilir. Orijinal və hələ də çox yayılmış sənəd növü "Hypertext Markup Language" (HTML) ilə formatlanmış veb-səhifədir. Bu işarələmə dili sadə mətni, şəkilləri, quraşdırılmış video və audio məzmunu, mürəkkəb istifadəçi qarşılıqlı əlaqəsini həyata keçirən skriptləri (qısa proqramları) dəstəkləyir. HTML dili həmçinin digər veb resurslarına dərhal çıxışı təmin edən hiperlinkləri (yerləşdirilmiş URL-lər) dəstəkləyir. Veb naviqasiyası və ya veb-sörfinq bir çox veb-saytlarda bu cür hiperlinkləri izləmək üçün istifadə olunan ümumi təcrübədir. Veb proqramlar proqram təminatı kimi fəaliyyət göstərən veb-səhifələrdir.
Avengers Confidential: Black Widow & Punisher
Avengers Confidential: Black Widow & Punisher (アベンジャーズ コンフィデンシャル: ブラック・ウィドウ & パニッシャー, Abenjāzu Konfidensharu: Burakku Widō & Panisshā) — 2014-cü il istehsalı direct-to-video animesi. Anime filmi Marvel Anime seriyası çərçivəsində SH DTV AC BW&P Partners, Marvel Entertainment, Sony Pictures Entertainment Japan və Madhouse tərəfindən istehsal olunmuşdur. Anime filmi Şimali Amerikada Blu-ray və DVD diskində 25 mart 2014-cü ildə yayımlanmışdır. == Məzmun == Cəzalandırıcı SHIELD-in məxfi missiyasına müdaxilə etdiyindən həbsə SHIELD tərəfindən həbsə salınır. Onun azad edilməsi qarşılığında Cəzalandırıcı Qara dul ilə birlikdə partnyor olub, SHIELD texnologiyasını oğurlayıb satmaq istəyən Leviafan terror təşkilatını dayandırmağa çalışır. == Rollarda == Bundan əlavə filmdə görünən digər personajlar: Tor, Müharibə maşını, Kapitan Marvel, Biçinçi Qrim, Qraviton, Taskmaster, Kont Nefariya və Baron Zemo. == Çəkiliş heyəti == Ceym Simon — aktyor və səsləndirmə direktoru. == İstinadlar == == Xarici keçidlər == sonypictures.com/movies/avengersconfidentialblackwidowpunisher/ — Avengers Confidential: Black Widow & Punisher rəsmi saytı Avengers Confidential: Black Widow & Punisher (anime) Anime News Network Ensiklopediyasında Avengers Confidential: Black Widow & Punisher — Internet Movie Database saytında.
Wish You Were Here
Wish You Were Here — ingilis rok qrupu Pink Floydun 1975-ci ilin sentyabrında buraxılmış 9-cu studiya albomu. Bu albom üçün mahnılar qrupun Avropaya konsert turları zamanı hazırlanmış, səs yazıları isə Londondakı Ebbi Roud studiyasında yazılmışdır. == Mahnıların siyahısı == Bütün sözlər Rocer Uotersə məxsusdur tərəfindən yazılmışdır..
World Wide Web Conference
World Wide Web Conference – hər il keçirilən ümumdünya hörümçək torunun inkişafının əsas istiqamətlərini müəyyən edən beynəlxalq elmi konfransdır. Konfrans İnternet texnologiyalarını standartlaşdırmaq və bu texnologiyaların dünya cəmiyyətnə və mədəniyyətnə təsiri məsələləri müzakirə etmək üçün qlobal platformadır. Konfransın iştirakçıları arasında tədqiqatçılar, istifadəçilər, sahibkarlar və İnternet-cəmiyyətin nüfuzlu şəxsləri vardır. Konfransın əsasını 1993-cü ildə Robert C. qoymuşdur. Müzakirə olunan mövzular Web mining, semantik-veb, social şəbəkələr və onların analizi və s.
World Wide Web Foundation
World Wide Web Foundation — ümumdünya internetinin inkişafı və əlçatanlığı məsələləri ilə məşğul olan beynəlxalq qeyri-kommersiya təşkilatı. == Tarixi == Təşkilatın qurulması Tim Berners-Li tərəfindən 14 sentyabr 2008-ci il tarixində Vaşinqton şəhərində elan edildi. 15 noyabr 2009-cu ildə isə təşkilat fəaliyyətinə başladı. Təşkilatın vəzifələri "ümumdünya internetin azadlığı və açıqlığı", "internetin imkanlarının və etibarlılığının genişləndirilməsi" və "planetdə hər bir insanın şəbəkəyə çıxışının təmin edilməsi" elan edilir. Bu məqsədlərə nail olmaq üçün vəqf üç istiqamətdə işləyir ː Veb-elm və tədqiqat Veb-texnologiyalar və təcrübələr Cəmiyyət üçün Ümumdünya şəbəkəsi Berners-Li fondunun təqdimatı zamanı veb saytlardakı informasiya etibarlığını göstərən bir sistemin yaradılmasının zəruriliyini bildirdi ːMəlumatların dəqiqliyi mənbələr tərəfindən təsdiqlənən kimi saytlarda etibarlılığa dair işarələr qoymaq üçün yeni sistemlərə zərurət yaranır. == Fəaliyyəti == Fondun ilk layihəsi Afrikanın kənd təsərrüfatında veb-texnologiyaların təşviqi və aztəminatlı gənclər üçün onlayn kontentin yaradılması üzrə tədris kurslarının dəstəklənməsi oldu. Bu layihənin həyata keçirilməsində fonda Amsterdam Universiteti (Niderland) böyük yardım göstərir. İkinci layihə Rio-de-Janeyro (Braziliya) şəhərində yerləşən rəqəmsal texnologiyaların mövcudluğu mərkəzi ilə birlikdə təşkil edilir. Səylər gənclərin mobil telefonlar vasitəsilə internet kontentinin yaradılmasına yönəldilmişdir.2012-ci ildə World Wide Web Foundation dünya ölkələrində internet inkişafının reytinqini təqdim etdi. Bu reytinq internetin ölkənin ictimai həyatında müxtəlif sahələrinə təsir səviyyəsini xarakterizə edir və bir sıra göstəricilər əsasında hesablanır.
Wit Studio
WIT STUDIO, Inc. (株式会社ウィットスタジオ, Kabushiki-gaisha Witto Sutajio) — 1 iyun 2012-ci ildə Production I.G studiyasının əməkdaşları tərəfindən IG Port şirkətinin filialı kimi yaradılmış Yaponiya animasiya studiyası. Studiyanın qərargahı Masaşihoda yerləşir. Production I.G prodüseri Coci Vada prezident və Tetsuya Nakatake (Production I.G studiyasının digər prodüseri) direktordur. Studiya ən çox "Attack on Titan" anime serialının istehsalı ilə tanınır.Wit Studio şirkətinin ümümi kapitalı 30.000.000 ¥ təşkil edir. IG Port, Vada və Nakatakenin şirkət payları uyğun olaraq 66,6%, 21,6% və 10,0%-dir.
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king (azərb. Üzüklərin hökmdarı: Orta dünya uğrunda döyüş II: Cadugər kralın yüksəlişi‎) — "EA Los Angeles" və "BreakAway Games" tərəfindən hazırlanan, "Electronic Arts" şirkəti tərəfindən nəşr olunan və real zamanda strategiya janrında olan videooyun. Oyun eyniadlı kitablar seriyasına əsaslanaraq Piter Cekson tərəfindən çəkilmiş "Üzüklərin hökmdarı" filmlər seriyası əsasında istehsal olunmuşdur. Bu, "The Lord of the Rings: The Battle for Middle-earth II" videooyununun genişləndirmə paketidir. Videooyun 28 noyabr 2006-cı il tarixində Microsoft Windows platforması üçün satışa çıxarılmışdır. Videooyunun kampaniyası oyunçulara Anqmar ordusunu idarə etmək imkanını verir. Oyunçular orduya onun ilkin dövrlərindən Arnorun Fornost döyüşündə məhv olmasına qədər öndərlik edirlər. Oyunun epiloq missiyası oyunçuya Anqrmarı istila edən Qondor və elf qüvvələrini idarə etmək imkanını verir. "The Rise of the Witch-king" videooyununun hekayəsi daha çox "Kralın qayıdışı" filminin sonluğundan ilhamlanmışdır. İstehsalçılar missiyalar üçün Tolkinin müharibə ilə bağlı etdiyi qeydlərdən çox istifadə etmişdir.