Mir Kirmanşahlı
Mirseyfəddin Kirmanşahlı (1892, Kirmanşah-1933, Tehran, İran) — azərbaycanlı aktyor, rejissor, tərcüməçi və dramaturq.
== Həyatı ==
1892-ci ildə Tehran yaxınlığındakı Kirmanşahda doğulmuşdur. 1908-ci ildə Rusiyaya gəlmişdir.
İlk təhsilini Tiflisdə almış, sonra Moskva Teatr Texnikumunda oxumuşdur. Yaradıcılıq fəaliyyətinə Tiflisin Azərbaycan teatrında başlamışdır. Burada o, C. Məmmədquluzadənin "Ölülər"ində İsgəndəri, M. F. Axundovun "Hacı Qara"sında Heydər bəyi, Ş. Saminin "Dəmirçi Gavə"sində Gavə, N. Qoqolun "Müfəttiş"ində bələdiyyə rəisini və başqa rolları böyük ustalıqla ifa etmişdir. Onun gözəl səsi, hərəkətləri böyük səhnə mədəniyyəti tamaşaçılarda rəğbət hissi ilə qarşılanırdı. O, rejissor kimi bu teatrda E. Molyerin, "Jorj Danden", H. Cavidin "Uçurum", C. Cabbarlının "Aydın", F. Şillerin "Qaçaqlar", N. Vəzirovun "Hacı Qənbər", Şekspirin "Hamlet" əsərlərini böyük ustalıqla tamaşaya qoymuşdu. 1919-cu ildə Ş. Kirmanşahlı Tiflisdəki Azərbaycan teatrının kollektivi ilə İstanbulda böyük müvəffəqiyyətlə çıxış etmişdi.
Mirseyfəddin Kirmanşahlı Bakı və Tiflis teatrlarında uzun müddət aktyor, rejissor, tərcüməçi və dramaturq işləmişdir.