Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Wind of Change
"Wind of Change" (azərb. Dəyişikliklər küləyi‎) — "Scorpions" qrupunun vokalçısı Klaus Mayne tərəfindən 1990-cı ildə yazılmış rok ballada. Mahnı SSRİ-dəki yenidənqurmaya və soyuq müharibənin başa çatmasına həsr olunub. İngilis dilində olan mahnı, sonralar qrup tərəfindən rus (rus. Ветер перемен) və ispan (isp. Vientos de cambio) dillərində də ifa olunub. Wind of Change qrupun ən məşhur mahnılarından biri hesab olunur. Kompozisiya Crazy World albomunun tərkibində 1990-cı ildə çıxıb və tezliklə Avropa və Amerika çartlarının zirvəsinə çıxaraq əsl hitə çevrilib. Mahnı Klaus Mayne tərəfindən yazılıb. O, bildirib ki, mahnını 1988-ci ildə SSRİ-yə ilk səfərindən və 1989-cu ildə keçirilmiş "Moscow Music Peace Festival"ından təsirlənərək yazıb.
A Wind Named Amnesia
A Wind Named Amnesia (yap. 風の名はアムネジア; azərb. Amneziya adlı külək‎) – 1990-cı ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Kazuo Yamazakidir.
The Wind Rises (anime, 2013)
Külək Qalxır (yap. 風立ちぬ; Kaze Tachinu) Hayao Miyazakinin yazıb yaratdığı 2013-cü il yapon animasiya filmidir. Film yapon animasiya studiyası Studio Ghiblinin məhsuludur. Film Mitsubishi A5M və Mitsubishi A6M Zero adlı qırıcı təyyarələrinin yaradıcısı Jiro Horikoshinin həyat hekayəsindən bəhs edən, Tatsuo Horinin 1936–37-ci illərdə yazdığı "Kaze Tachinu" adlı qısa hekayəsi əsasında çəkilmişdir. Ssenari müəllifi : Hayao Miyazaki Rejissor : Hayao Miyazaki Bəstəkar : Co Hisayşi Prodüser : Toşio Suzuki Orijinal yapon dilində Anno Hideaki – Jiro Horikoshi Miori Takimoto – Naoko Satomi Hidetoshi Nishijima – Honjo Masahiko Nishimura – Kurokawa Stephen Alpert - Castorp Morio Kazama - Satomi Keiko Takeshita - Jiro's mother Mirai Shida - Kayo Horikoshi Jun Kunimura - Hattori Shinobu Otake - Mrs. Kurokawa Nomura Mansai - Giovanni Battista Caproni İngilis dilində Cozef Qordon-Levitt – Jiro Horikoshi Emili Blant – Naoko Satomi John Krasinski – Honjo Martin Şort – Kurokawa Werner Herzog - Castorp William H. Macy - Satomi Edie Mirman - Jiro's mother Mae Whitman - Kayo Horikoshi Mandy Patinkin - Hattori Jennifer Grey - Mrs. Kurokawa Stanley Tucci - Giovanni Battista Caproni Eliya Vud - Sone Film Hayao Miyazakinin son işidir. Filmin saundtreki Yumi Matsutoyanın "Hikōki-gumo" adlı mahnısıdır.(1973-cü il) 2014-cü ildə ən yaxşı tammetrajlı cizgi filminə görə Oskar mükafatına namizəd olmuşdur. Animasiyada Pol Valerinin "Le cimetière marin" adlı poemasından "Le vent se lève!... Il faut tenter de vivre!" ifadəsi işlədilib.Tərcüməsi: "Külək yüksəlir!...
Nausicaä of the Valley of the Wind
Küləklər vadisindən Navsikaya (Yaponca: 風の谷のナウシカ - Kaze no Tani no Nauşika, İngiliscə: Nausicaä of the Valley of the Wind), yaponiyalı rejissor Hayao Miyazaki tərəfindən çəkilmış postapokaliptik elmi fantastika üslubunda anime filmi. Film Miyazakinin eyniadlı manqasının əsasında çəkilib. Dünyadakı son böyük döyüşün və sənayenin çöküşündən min il keçib. Dünyanı çöllər, təhlükəli həşərat, zəhərli bitkilər sarmağla və bəzi göbələk növlərinin yaydığı zəhərli qazlar atmosferə yayılaraq getdikcə azalan insan irqini təhdid etməkdədir. Nausicaä, az sayda insanın əkinçiliklə məşğul olub böcək və göbələklərlə mübarizə edərək yaşadığı Külək Vadisinin şahzadəsidir. Bir gün vadiyə başqa bir krallığın təyyarəsi düşür. Yalnız kargosu sağlam qalmışdır, arxasından krallığa aid əsgərlər gələrək vadini ələ keçirirlər. Kargoda min ildir unudulan və başqa bir krallıqdan oğurlanan, dünyanı dəyişdirə bilən bir şey var. Küləkli Vadi bu iki krallıq üçün hədəf halına gələrkən Nausicaä dünyanı köhnə halına gətirmənin yolunu kəşf edir. Nausicaa: Küləkli Vadinin seçilmi şahzadəsi.
Bindi
Hindli qadınların alınlarında qara, qızmızı rəngli xalı qədimdən gəlmə bir milli makiyaj forması kimi bir şey olduğunu düşünürlər, amma bu heç də adi bir makiyaj forması deyil. Qədimdən indiyədək gəlib çatan hind inanclarına görə, alının orta qismi ruhun insan bədənindəki yeri və yaxud 3-cü gözün olduğu yer olaraq qəbul edilir. Hindli qadınların alınlarında gördüyümüz bu xala "bindi" deyilir. "Bindi" əsasən, iki rəngdə olur: qara və qırmızı rənglərdə. Subay qadınlar alınlarına qara, evli qadınlar isə alınlarına qırmızı rəngli "bindi"lər (nöqtə) qoyurlar. Meditasiya halında həyat yaşayan hindlilər alınlarının ortasında olan "bindi"nin açılmasına ümid edirlər. Yəni, "bindi" müəyyən mənada, ruhi səfərin də simvoludur. "Bindi" – "Bindu" sözündən törəmiş, sanskritcədən "nöqtə" mənasını verir. Ümumuyyətlə, "bindi" olaraq, hal-hazırda, əsasən, qara və narıncı rənglərdən istifadə edilir. Hindli qadınların alınlarına yapışdırdıqları "bindi" adı verilən xalın eyni zamanda mənfi düşüncələrdən qoruma xüsusiyyəti olduğuna da inanılır.
Birdy
Jasmin van den Boqard (15 may 1996) — Birdy təxəllüsü ilə tanınan Britaniya müğənnisi. == Bioqrafiya == Jasmin van den Boqard 15 may 1996-cı ildə, Layminqton şəhərində anadan olmuşdu. Anası pianoçu olduğundan, Jasmin artıq 7 yaşından pianoda ifa edə bilir, 8 yaşından isə artıq öz mahnılarını yazırdı. Birdy təxəllüsü — (ing. quşcuğaz) valideynlərindən ona verilən addır.
Hindi
Hindilər (ing. Indians), həmçinin yerli amerikalılar (ing. Native Americans), Amerika hindiləri (ing. American Indians), qırmızı dərililər (ing. Red skins) və ya qırmızı hindilər (ing. Red Indians) — Amerikanın yerli əhalisinin, Amerika qitəsinin, Cənubi və Şimali Amerikanın yalnız bəzi rayonlarında qalan ən qədim yerli əhalisini təşkil edən tayfa və xalqların ümumi adı. Adları Xristofor Kolumb və başqalarının (15-ci əsr) Amerikanı səhvən Hindistan güman etmələri ilə əlaqədar yaranmışdır. Dil baxımdan bir-biriylə qohum olmayan iki ayrı əsas qrupa bölünürlər: Sibir mənşəli na-dene dilləri və na-dene istisna olmaqla özündə bütün hindi dillərini ehtiva edən amerind dilləri. Alyaska yerliləri adı Alyaskada yaşayan eskimos-aleut xalqlarını və hindiləri topluca xarakterizə etmək üçün istifadə edilir. ABŞ-nin digər əyalətlərində "Native Americans", "American Indians" ya da qısaca olaraq "Indians" adlanırlar.
Hindu
Hindlilər, hindu, hindistanlı — Hindistanın milli, dini və kasta mənsubiyyətindən asılı olmayaraq əsl yerli əhalisinin ümumi adı .
Jindi
Jindi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 278 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki jin (aşağı) və di (kənd) sözlərindən düzəlib, "aşağı kənd" mənasındadır.
Kindi
Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (ərəb. أبو يوسف يعقوب إبن إسحاق الكندي‎; təq. 801[…], güm. Kufə, Abbasilər xilafəti[…] – təq. 873[…], Bağdad, Abbasilər xilafəti) — ərəb filosofu. == Həyatı == Əl-Kindi, Kufədə Məhəmmədin müasirləri olan Əl-Əşas ibn Qeys nəslindən olan Kinda qəbiləsinin aristokrat ailəsində anadan olmuşdur. Bu nəsil Əbdülrəhman ibn Məhəmməd ibn əl-Əşasın üsyanından sonra gücdən düşməsinə qədər erkən İslam dövründə Kufə qəbiləsinin zadəganlığının ən görkəmli ailələrindən aid idi. Atası İshaq Kufənin valisi idi və əl-Kindi ilkin təhsilini orada almışdı. Daha sonra təhsilini başa çatdırmaq üçün Bağdada getdi, burada Abbasi xəlifələri əl-Mamun (813–833-cü illər) və əl-Mütəsim (833–842) tərəfindən himayə olundu. Elmlərə meylini nəzərə alan xəlifə əl-Məmun onu Bağdadda Yunan fəlsəfi və elmi mətnlərinin tərcümə edilməsi üçün onun tərəfindən qurulan Hikmət Evinə təyin etdi.
Linda
Linda — ad. Linda Torres — ABŞ aktyor. Linda Co Rizzo — İtalyan əsilli ABŞ ifaçısı, prodüseri, bəstəkarı və aktrisasıdır. Linda Lavleys — əsasən Linda Lovelace kimi tanınan amerikalı pornoqrafik film aktrisası Linda De Rocco — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Linda Hamilton — ABŞ-lı aktrisa. Digər Linda (Suxumi) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Kvemo Linda — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd.
Lindl.
Con Lindli (Con Lindley) (ing. John Lindley; 5 fevral 1799[…] – 1 noyabr 1865[…], Ternem-Qrin[d], Böyük London) – İngiltərə botaniki.
Lindm.
Karl Aksel Maqnus Lindman (isv. Carl Axel Magnus Lindman; 6 aprel 1856, Halmstad[d] – 21 iyun 1928, Adolf-Fredrik[d], Stokholm leni[d]) — İsveç botaniki və rəssamı.
Sindi
Sindi (est. Sindi) — Estoniyada şəhər, Pyarnunun sputnik hesab edilir. DYS-dən 21 km. məsafədədir. Sindi ətrafında arxeoloji qazıntılar nəticəsində (1965), mezolit dövrünə aid Pulli yaşayış məntəqəsi aşkar olunmuşdu. Bu Estoniya ərazisində aşkar edilmiş ən qədim yaşayış məntəqələrindəndir. Hipoteza əsasında məlum olmuşdur ki, Pulli Kund mədəniyyətinə aiddir. Sindi öz adını 1565-ci ildə, ətrafda malikanəsi olan Klaus Zindt adlı şəxsin adından götürülüb. 1601-ci ildən şəhər Suria, 1638-ci ildən isə Zintenhof adlanırdı.
Wendl.
İohann Kristof Vendland (alm. Johann Christoph Wendland‎; 17 iyul 1755 – 27 iyul 1828) — Almaniya botaniki. İohann Kristof Vendland toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. Hortus Herrenhusanus, 1788–1801. Verzeichnis der Glas- und Treibhauspflanzen des Königlichen Berggartens zu Herrenhausen. 1797. Botanische Beobachtungen nebst einigen neuen Gattungen und Arten. 1798. Ericarum icones et descriptiones. 1798–1823 (26 Hefte).
Wibty
Windir
Windir — Norveçli, artıq fəaliyyətini dayandırmış bir black metal qrupudur. Skandinaviya dastanlarının və şimal mifologiyasının təsirində qalıb, albomlarındaki mahnı sözlərini və folklorik melodiyalarını buna əsasən yaratmışlardır. 1995-ci ildə Det Gamle Riket adı ilə ilk demolarını çıxartmış, sonra isə ilk albomları olan Sóknardalr işıq üzü görmüşdür. Uğur gətirən bu alboun ardından qrup, Windir Triadını ortaya çıxarmışlardır. bu albomlar xronoloji sıraya görə : Arntor (1999), 1184 (2001), Likferd (2003)dür. Qrup, solistləri Valfar'ın 17 yanvar 2004'də donaraq ölməsinin ardından öz fəaliyyətini dayandırmışdır.
Hind
Hind (tib. སེང་གེ།་གཙང་པོ Sênggê Zangbo, çin. 印度河 Yìndù Hé, hind. सिन्धु नदी, q.pənc. دریاۓ سندھ Sindh, puşt. اباسين Abāsin, sindhi سنڌوندي Sindhu, urdu دریائے سندھ, q.türk Sindu Ögüz) — Cənubi Asiyada çay.
Feyzi Hindi
Əbül-Feyz ibn Şeyx Mübarək əl-Məhdəvi (d.24 sentyabr 1547 - ö. 5 oktyabr 1595)— Hindistan şairi. == Həyatı == Əbülfeyz 24 sentyabr 1547-ci ildə Aqrada (Əkbərabad) doğuldu. Ailəsi Ərəb əsilli olub, Yəməndən Sində, daha sonra da Hindistana köç edərək Racastandakı Nagora yerləşmişdi. 1505-ci ildə burada dünyaya gələn atası Şeyx Mübarək ibn Xızır gəncliyində Qucarata gedib Əbül-Fazl-ı Kazəruni və Mövlanə İmad-i Lari kimi tanınmış alimlər yanında təhsil gördü. 1543-cü ildə getdiyi Aqrada evləndi. Feyzi təhsilini atasının yanında aldı. İmamiyyə şiəsinə mənsub olan ata ilə oğul mülhidliklə ittiham edilərək öldürülmələrinə qərar verildi. Ölümdən ancaq gizlənərək qurtula bilən Feyzi və Şeyx Mübarək, Əkbər şahın süd qardaşı Mirzə Əziz vasitəsiylə Əkbərlə tanış olma imkanını tapdılar (1566). Əkbər tərəfindən çox yaxşı qarşılanan Feyzi yazdığı bir qəsidə ilə hökmdarın könlünü fəth etdi və saraya alındı.
Fiji Hindi
Fici Hindisi — Ficidə hind mənşəli əhalinin danışdığı dil. Dil fici, hind, holland və afrikaans dillərinin sözləri əsasında yaranıb. Dildə həmçinin çoxsaylı ingilis dili sözləri də var və şərqi hind dialektinə aiddir. Dilin spesifikliyi dildə cingiltinin olmasıdır.
Hindi (bürc)
Hindi (lat. Indus) — göyün cənub yarımkürəsində bürc.
Hindi Zəmi
Hindi Zəmi (fars. هندی‌زمین‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 192 nəfər yaşayır (66 ailə).
Hindi müharibələri
Hindu müharibələri (ing. American Indian Wars) — Şimali Amerikanın yerli əhalisi ABŞ-də yerli amerikalılar ilə Avropadan gəlmiş miqrantların nəsillərindən olan amerikalılar arasında 1622–1924-cü illərdə fasilələrlə davam etmiş silahlı toqquşmalar silsiləsi. Bu toqquşmalar ABŞ İstiqlal müharibəsindən iki əsr əvvəl başlamış və müharibə bitəndəndən sonra belə bir neçə əsr davam etmişdir. Nəticədə on milyonlarla yerli əhali avropalılar tərəfindən qəsdən və amansızcasına məhv edilmişdir. Müharibənin əsas səbəbi Amerika qitəsini şərqdən işğal etməyə başlayan avropalıların sürətli şəkildə artması və bunun nəticəsində yerli əhali olan hinduların qərb istiqamətində sıxışdırılması olmuşdur. Bu müharibə nəticəsində hindu soyqırımları da baş vermişdir. 1894-cü ildəki hesablamalara əsasən ABŞ və hindular arasında 40-dan çox döyüş baş vermiş, nəticədə 30,000 hindu və 19,000 müstəmləkəçi həlak olmuşdur. == Hindular üzərində təsirləri == 2010-cu il hesablamalarına əsasən ABŞ əhalisinin yalnız 0,9%-i ABŞ hindularından (Alyaska yerliləri) ibarətdir. Amerika qitəsinin kəşfindən əvvəl isə burada nə qədər hindunun yaşadığı barədə isə dəqiq məlumat yoxdur. Hinduların immun sisteminə yad olan Avropa mənşəli yoluxucu xəstəliklər, qəbilə arası müharibələr, Avropa müstəmləkəçilərinə qarşı müharibələr, Kanada və Meksikaya köç və assimilyasiyanın təbii nəticəsi olaraq ABŞ hindularının sayı XIX əsrdə bir milyonun altına düşmüşdür.
Hindi soyqırımları
Hindi soyqırımları (ing. Indian Genocide, Amerindian genocide, American Indian Genocide, Native American Genocide, Genocide of Native Americans, American Indian Holocaust, American Holocaust; isp. genocidio de la población indígena americana, genocidio de la población indígena de las Américas, holocausto indígena; port. genocídio dos índios, genocídio indígena) — Xristofor Kolumbun 1492-ci ildə Amerikanı kəşf etməsindən keçən beş əsr boyunca gəlmə avropalılar və amerikalılar tərəfindən qitənin yerli sakinləri olan hindilərə qarşı həyata keçirilən soyqırımlardır. Birbaşa hindi soyqırımları, torpaqlarından zorla qovulan hindilərin rezervasiyalara yerləşdirilməsi, hindilərin immun sistemilərinə yad olan su çiçəyi xəstəlikləri kimi Qədim dünya xəstəliklərinin qəsdən yoluxdurulması, axtalama və hindi uşaqlarının xristian missionerlər tərəfindən uzun müddət ailələrindən uzaqda saxlanılaraq ABŞ hindi məktəbləri və Kanada hindi məktəbləri kimi yerlərdə ana dillərində danışmalarının qadağan edilməsi (mədəni soyqırım) kimi müxtəlif soyqırım növləri həyata keçirilmişdir. Bundan başqa iqtisadi resursları nəzarət altına almağı hədəfləyən utilitar soyqırımlar da həyata keçirilmişdir. Utilitar soyqırımlara Braziliya və Paraqvay hindilərinə qarşı həyata keçirilən soyqırımları misal göstərmək olar. 8 sentyabr 2000-ci ildə ABŞ-də Hindi İşləri Bürosunun sədri gəlmələrin yerlilərə qarşı həyata keçirdiyi soyqırımlar üçün hindilərdən rəsmi şəkildə üzr istəmişdir. Hindilərə qarşı həyata keçirilən soyqırım siyasətini hindilərə qarşı düşmən olan General Filip Şeridana aid edilən sitat özündə əks etdirir: == Su çiçəyi soyqırımı == Tədqiqatçıların çoxu hindilərin sayının kəskin azalmasının əsas səbəbi kimi, onların immun sisteminə yad olan su çiçəyi xəstəliyi kimi Köhnə dünyanın yoluxucu xəstəliklərini göstərirlər. Avropalılarla ilk təmasdan sonra hindilərin 90-95%-i yoluxucu xəstəliklər nəticəsində ölmüşdür.
Kvemo Linda
Kvemo Linda — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Çalbaşı çayının sol tərəfində, dəniz səviyyəsindən 200 m yüksəklikdə, Suxumidən 10 km uzaqlığta yerləşir. 2008-ci ildən Rusiya Federasiyası tərəfindən işğal edilmişdir. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, X cild, səh.
Linda (Suxumi)
Linda (gürc. ლინდა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 360 m hündürlüktə, Suxumidən 9 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ქართული საბჭოთა ენციკლოპედია, ტ. 6, თბ., 1983. — გვ. 243.
Rind
Rind (erm. Ռինդ) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Sind
Sind əyaləti—Pakistanın 4 böyük bölgəsindən biri. Mərkəzi Kəraçi şəhəridir. Hazırda Pakistanın ərazisi olan Sind əyaləti Məhəmməd ümmətinin Hindistanda fəth etdiyi birinci əyaləti idi. Sind hakimi böyük şücaətlə müqavimət göstərib. Amma bir dəfə ona deyirlər ki, işğalçılar öz dualarını birağızdan oxuyur, onlar dua edəndə adama elə gəlir, ibadət edən bircə nəfərdi. Hakimin canını qorxu alır. O başa düşür ki, dünyada təzə bir güc peyda olub, bu, müsəlmanların fəxr etdiyi həmin xalq birliyinin gücüdür. Belə qardaşlıq ideyası insanlara hakim kəsilir. Hindistanda feodal dağınıqlığı 6 əsr (VI–XII əsrlər) davam etdi. VIII əsrin əvvəllərində ərəblər Hindistana hücum etdilər.
Tında
Tında (rus. Тында) — Rusiya Federasiyasında yerləşən şəhər, Amur vilayətinə daxildir.
BIND
BIND (tələffüzü: bayınd) — internet məkanında ən çox istifadə olunan DNS proqram təminatıdır. 1980-ci illərdə Kaliforniya_Berkli_Universitetinin dörd tələbəsi tərəfindən yaradılmışdır. Buna görə Berkley Internet Name Domain (az:"Berkli İnternet Domen Adı") adlandırıblar. 2007-ci ilə qədər BIND zone verilənlərini ancaq mətn faylarda saxlamaq mümkün idi. 2007-ci ildə çıxan BIND-ın 9.4 versiyası zone məlumatlarını LDAP, Berkeley DB, PostgreSQL, MySQL, and ODBC kimi müxtəlif verilənlər bazası formatında saxlamağa imkan verdi.