Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Korn
Korn (bəzən loqotiplərdə əslinə uyğun olaraq "KoRn" və ya "KoЯn" kimi də yazılır ) — 1993-cü ildə Kaliforniyada yaranmış nu metal qrupudur. == Qrup haqqında == Qrup nu metal janrının banisi hesab edilir. 1994-cü ildə çıxardıqları eyni adlı (Korn) debüt albomu bütün dünyada 3 milyondan çox satmışdır. Qrup 1996-cı ilin aprelinə kimi "Life Is Peachy" albomunun üzərində işləyir və həmin il 15 oktyabr albomu satışa çıxardır. 1998-ci ildə Billboard 200 siyahısında 1-ci sıraya yüksələn "Follow the Leader Korn" albomu qrupun əsas tanınmasında rolu olan albom kimi qəbul edilir. 1999-cu ildə çıxardıqları "Issues" albomu yenə eyni siyahıda 1-ci sıraya yüksəlir. Qrup 11 iyun 2002-ci ildə "Untouchables" albomunu və 21 noyabr 2003-cü ildə "Take a Look in the Mirror" albomunu yayımlayır. Hər iki albom Billboard 200 siyahısında ilk onluq içərisindən zirvəyə yüksəlir. İlk yığma albomları olan "Greatest Hits Vol. 1", Billboard 200 siyahısında 4-cü sıraya yüksəlir.
Torn
Torn (limb. Thoear) — Niderlandın Limburq əyalətində, Maasqouv bələdiyyəsində şəhər. Myoz və Vitbik çaylarının sahilində yerləşir. Şəhərin mərkəzindəki ağ fasadlı evlərində görə Torn "ağ şəhər" adı ilə tanınır. == Tarixi == İlk əvvəllər Torn ərazisi Maastrix və Neymegen arasındakı Roma yolunun yaxınlığında yerləşən bataqlıq idi. Amma təxminən 975-ci ildə yepiskop Utrextli Ansfrid burada Benedektin monastırının əsasını qoymuşdur. XII əsrdən etibarən monastır qadın monastırına çevrilməyə başlanmışdır. Monastırı idarə edən abbat idi. Monastır ziyalı ailəsindən çıxmış qadınlar tərəfindən dəstəklənilirdi.
Bella Torn
Annabella Everi "Bella" Torn (ing. Annabella Avery Thorne; 8 oktyabr 1997, Pembrok-Payns[d], Florida) — amerikalı aktrisa, model, müğənni və yazıçı. Torn 20-dən çox serialda və 60-dan çox reklamda modellik və aktrisalıq edib. Lakin Tornun ən məşhur rolu baş rolunu ən yaxın dostu Zendaya ilə bölüşdüyü "Göstər özünü"dəki ("Shake it up") Sisi Cons roludur. == Həyatı == Bella Thorne 8 oktyabr 1997-ci ildə, Floridada, Pembruk Şamlarında anadan olmuşdur. Ailənin ən kiçiyi olan Tornun atası da aktyor idi. == Karyerası == === 2003–2009 === Thorne ilk dəfə 2003-cü ildə "Sənə vurğun" filmində MEQAHERS Yan xətti azarkeşi rolunda çəkildi. 2008-ci ildə isə "Mənim ən pis düşmənim" adlı serialda Rati Spivi köməkçi rolu ilə bir Cavan Aktyor Mükafatını qazandı. O, həmçinin, Cimmi Kimmel Yaşayır! daxil olmaqla, O.C. — də Teylor Tovnsendin gənc versiyası kimi, Oktyabr Yolunda Ancela Ferilli və Şəhvani haram pul serialında 5 seriya boyunca, Marqaruks Darlinq obrazını canlandırmışdı.
Biq-Horn
Biq-Horn — ABŞ-də, Qayalı dağlarda silsilə. == Haqqında == Uzunluğu təqribən 200 km. Ən hündür zirvəsi Klaud-Pik dağıdır (4015 m). Böyük Düzənliklər platosundan nisbi hündürlüyü 1200–1500 m-dir. Ox hissəsi Kembriyə -qədərki qranitlərdən, kənarları Paleozoy və Mezozoyun çökmə süxurlarından təşkil olunmuşdur. Dağ çölləri, küknar və ağ şam meşələri, yuxarılarda subalp seyrək meşəliyi yayılmışdır. Dövlətə məxsus 400 min ha meşə sahəsi istirahət və turizm üçün istifadə olunur.
Born seriyası
Born ilk dəfə 1980-ci illərdə Amerika yazıçısı Robert Ludlum tərəfindən nəşr edilmiş üç kitabdır. Daha sonra bu kitablardan ekranlaşdırılmış şəkildə Mett Deymonun baş rolda olduğu bədii filmlər çəkilmişdir.
Ceyson Born
Ceyson Born — Robert Ludlum tərəfindən yazılmasına başlanılmış və daha sonra Erik Van Lustbader tərəfindən davam etdirilən bir sıra romanlar seriyasının baş qəhrəmanıdır. İlk dəfə The Bourne Identity (1980) romanında görünmüşdür. Bu roman eyni adlı televiziya serialı (1988) və filmə (2002) çevrilmişdir. İlk bədii film olan The Bourne Identitydən sonra The Bourne Supremacy 2004-cü ildə ekranlara çıxmışdır. 2007-ci ildə The Bourne Ultimatum buraxılmışdır. Bundan əlavə, Erik Van Lustbaderin yazdığı daha 4 kitab var və onlar hələ böyük ekrana köçürülməmişdir. Bundan əlavə, Rachel Weisz və Ceremi Rennerin baş rollarında oynadığı başqa bir filmdə "The Legacy of Bourne" (2012) adı ilə çəkilmişdir. == Ədəbi hekayə == Jason Bourne, karyera xarici xidmət zabiti və Uzaq Şərq məsələləri üzrə mütəxəssis olan David Webb tərəfindən istifadə edilən bir çox ləqəblərdən biridir. "The Bourne Identity"dəki hadisələrdən əvvəl Uebbin Pnom Penhdə Dao adlı Taylandlı arvadı və Joshua və Alyssa adlı iki uşağı var idi. Uebbin həyat yoldaşı və uşaqları Vyetnam müharibəsi zamanı bir döyüş təyyarəsinin Kambocaya doğru yoldan çıxması, iki bomba atması və Mekonq çayı yaxınlığında bir yerə hücum etməsi nəticəsində həlak olub.
Elizabet Born
Elizabet Born (fr. Élisabeth Borne; 18 aprel 1961, 15-ci Paris dairəsi[d], Fransa) — 16 may 2022-ci ildən etibarən Fransanın Baş naziri vəzifəsində çalışan fransız dövlət xadimi.
Horn adası
Horn adası (isp. Isla Hornos) — Odlu Torpaq arxipelaqına daxil olan, Çiliyə məxsus olan ada. İnzibati baxımından Çilinin Antartika Çilena vilayəti ərazisinə daxildir. Adada Horn burnu yerləşir. Əslində isə Cənubi Amerikanın ən ucqar cənub nöqtəsi Dieqo-Ramires adalarında yerləşir. Adada Çili hərbi-dəniz qüvvələrinə məxsus baza yerləşir: mayak, kilsə, yaşayış binaları və təyinatlı binalar. Adada Albatrosların bədən quruluşlarına bənzər abidə vardır. Bu abidə Horn burnunu keçmək istəyərlən həyatlarını itirmiş dənizçilərin şərəfinə qoyulmuşdur. Ada ərazisi Horn milli parkı ərazisinə daxildir (isp. Parque nacional Cabo de Hornos).
Horn burnu
Horn burnu (nid. Kaap Hoorn, isp. Cabo de Hornos) — Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi]. Horun burnu anlayışı çox vaxt Cənubi Amerikanın cənub qurtaracağı kimi qəbul olunur. Horn burnu əslində Cənubi Amerikanın ən ucqar cənub nöqtəsi deyil. Horun burnundan 100 km cənub-qərbdə Dieqo-Ramires adaları yerləşir. Məhz bu adalar qitənin ən ucqar nöqtəsidir. Materikdə isə Bransuik yarımadasında olan Frоuаrd burnudur. == Coğrafiyası == Horn burnu Horn adasında yerləşir. Ərazini Cənubi Amerika ilə Antarktida arasında yerləşən Dreyk boğazının suları yuyur.
Maks Born
Maks Born (alm. Max Born‎; 11 dekabr 1882[…], Vrotslav, Prussiya, Almaniya imperiyası[…] – 5 yanvar 1970[…], Göttingen, Aşağı Saksoniya) — alman nəzəri fiziki və riyaziyyatçısı, kvant mexanikasının banilərindən biri. Fizika üzrə Nobel mükafatı (1954) luareatı. Dünyanın bir neçə elmi cəmiyyətinin üzvü, o cümlədən SSRİ Elmlər Akademiyasının xarici üzvü (1934). Born kvant nəzəriyyəsində fundamental nəticələrin müəllifidir: o, matris mexanikasının yaradıcılarından biri olmuş, Şredinger dalğa funksiyasının ehtimal olunan bir şərhini təklif etmiş və dağılma kvant nəzəriyyəsinə (Born yaxınlaşması) və digər elmi fənlərə əhəmiyyətli töhfələr vermişdir. Kristal qəfəsləri dinamikası, bərk maddələrin, maye və qazların termodinamikası və kinetik nəzəriyyəsi, nisbilik nəzəriyyəsi və elastiklik nəzəriyyəsi məsələləri ilə məşğul olmuşdur. Kvant mexanikasının fikirlərini elmin müxtəlif sahələrindən (atomların və molekulların quruluşu, bərk vəziyyət fizikası və başqaları) verilən suallara tətbiq etmiş və xətti olmayan elektrodinamikanın (Born - İnfeld nəzəriyyəsi) qurulmasına cəhd etmişdir. Göttingen və Edinburqda Born böyük elmi məktəblər yaratmış və elmin fəlsəfi və sosial problemlərinə dair nəşrlər nəşr etmişdir. İkinci Dünya Müharibəsindən sonra sülh uğrunda elm adamları hərəkatının yaradıcılardan və fəal iştirakçılardan biri oldu.
Microsoft Word
Microsoft Word – mətn redaktoru olub istənilən mürəkkəb sənəd yaratmaq üçün nəzərdə tutulmuşdur. Hazırda dünyada ən populyar proqram hesab olunur. == Üstünlükləri == Word sürətli əmrlər yığımı və yazının qramatikasını yoxlayan proqramlar, sinonimlər lüğəti kimi müasir alətlərlə təchiz olunmuşdur ki, onların köməyi ilə sənədi savadlı tərtib etmək, çox asanlıqla və vaxt itirmədən məktubları, hesabatları, qeydləri və təsvirləri birləşdirmək mümkündür. Microsoft Word proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn redaktorları deyilir (Notepad, WordPad və s.) == Proqramın çağırılması == Kompyuteri işə saldıqdan sonra Windows əməliyyat sistemi yüklənir. Windows yüklənəndən sonra Word proqramını işə salmaq üçün "Start" düyməsi basılır və "Programs" menyusundan Microsoft Word seçilir. Mətn redaktorlarının görünüşləri təxminən eynidir. Yəni bu proqramların əsas hissələri mətn daxil edilən ərazi və menyulardır. Menyulardan əlavə alətlər paneli və xətkeş də mövcuddur. Alətlər panelindəki düymələr əsasən menyularda olan əməliyyatları daha rahat işə salmaq üçün istifadə olunur. == Alətlər paneli == MS Word proqramının düymələri yerinə yetirdikləri əməliyyatlara görə qruplara bölünüb panellərə düzülüblər.
Roy Horn
Ziqfrid Fişbaxer və Uve Lüdviq Horn (ing. Siegfried & Roy) — ağ şir və ağ pələnglə göstəriləri sayəsində məşhur olmuş keçmiş estrada artistləri Ziqfrid Fişbaxer və Uve Lüdviq Horndan ibarət alman-amerikan dueti.
Sorn Kyerkeqor
Sorn Kyerkeqor (dan. Søren Kierkegaard; 5 may 1813[…], Kopenhagen, Danimarka-Norveç – 11 noyabr 1855[…], Kopenhagen) - ilk ekzistensialist filosof olaraq qəbul edilən danimarkalı sosial tənqidçi, dini yazıçı, şair, teoloq və filosof. == Həyatı == Kyerkeqor 1813-cü ildə Kopenhagendə varlı bir ailədə doğuldu. Varlı tüccar olan atasının dindarlığı Kyerkeqora da təsir etmişdi. O, erkən yaşlarından dini mətinləri oxumağa başlamışdı. Dini araşdırmalar onu fəlsəfəyə doğru çəkirdi. Kyerkeqor gənckən Xristian Volf, Lüdviq Holberq, Yohan Georq Hamann, Qothold Efraim Lessinq, Eduard Yunq və Platonun əsərlərini oxuyurdu. 1830-cu ildə Kopenhagen Universitetinə daxil oldu və fəlsəfə sahəsində ixtisaslaşdı. Sonrakı illərdə Regina Olsenlə olan uğursuz münasibəti Kyerkeqora təsir etdi. O münasibəti davam etdirə bilməməsinə səbəb kimi öz melanxoliyasını göstərirdi.Sorn Kyerkeqor "Xristianlığa hücum" başlığı altında bir neçə məqaləsi üstündə işləyərkən onurğa vərəminə tutuldu və 11 noyabr 1855-ci ildə vəfat etdi.
Vulf Dorn
Vulf Dorn (20 aprel 1969, İhenhauzen[d], Bavariya) — müasir dövr alman yazıçısı olan Vulf Dorn əsərləri hazırda təkcə Avropada yox, bütün dünyada ən çox oxunan müəlliflərdən biridir. Vulf Dorn 2009-cu ildə yazdığı ilk romanı "Psixiatr"la məşhurlaşıb. Debüt əsəri ona böyük şöhrət qazandırıb. Müəllif bu əsəri sayəsində Almaniyanın psixoloji triller janrında yazan ən populyar romançıları siyahısına düşüb. Daha sonralar qələmə aldığı "Şizofrenik", "Xain ürəyim", "Oyunbaz", "Fobiya" kimi romanları ilə qısa müddətdə bütün dünyada geniş oxucu kütləsi toplayan yazıçının əsərləri 10-dan çox dilə tərcümə olunub. Həyatının 20 ilini psixiatriya klinikasında fəaliyyətə həsr etmiş Vulf Dorn hazırda yalnız ədəbi yaradıcılıqla məşğuldur. == Həyatı == Vulf Dorn 20 aprel 1969-cu ildə Almaniyada anadan olmuşdur. Tam zamanlı yazıçı olmazdan əvvəl psixiatrik terapevt və klinik tədqiqatçı kimi çalışmışdır. İyirmi il ərzində o, psixi pozğunluğu olan insanlara peşə reabilitasiyası və iş üzrə məşqçi kimi dəstək olmuşdur. == Yaradıcılığı == Vulf Dorn Jan Forstner, Mark Behrendt, Doro Beck, Simon Strode, Robert Winter və bir çox başqa personajlar yaradıb.
Sam Horn
Samuel Lee Horn (2 noyabr 1963-cü ildə anadan olub) keçmiş peşəkar Amerikalı beysbol oyunçusudur. Səkkiz mövsümün bir hissəsini Major League Baseball- da (MLB) keçirmiş və Boston idman komandalarının flaqman stansiyası olan New England Sports Network- ün aparıcısı olmuşdur.
Kamamber (Orn)
Kamaber (fr. Camambert) — Fransanın şimal-qərbində yerləşən Orn rayonununda bir kənddir.Ən çox Kamamber pendirinin mənşə yeri olmasına görə məşhurdur.
Orn (departament)
Orn (normand dilində və fr. Orne) - Fransanın şimal-qərbində departament, Aşağı Normandiya regionunun departamentlərindən biri. Seriya nömrəsi - 61. İnzibati mərkəzi - Alanson. Əhalisi - 301.421 nəfər (2010-cu ilin məlumatına görə departamentlər arasında 76-cı yeri tutur). == Coğrafiyası == Ərazisinin sahəsi 6103 kv. km.-dir. Departamentin ərazisindən adını götürdüyü Orn çayı axır. Departament 3 dairə, 40 kanton və 505 kommunanı birləşdirir. == Tarixi == Orn — 1790-cı ilin mart ayında yaranmış 83 departamentdən biridir.
Big Horn (Vayominq)
Biq-Horn qraflığı (ing. Big Horn County – azərb. Böyük buynuz‎) — Vayominq, ABŞ-də yerləşən qraflıq. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu qraflığın əhalisi 11 461 nəfər olmuşdur. qraflığın paytaxtı Beysin şəhəridir. == Tarixi == Biq-Horn qraflığı Mart 1890-cı ildə Vayominq qanunvericiliyinə əsasən qurulmuşdur. Bu qraflıq Vayominqin Frimont, Conson və Şeridan qraflıqları ilə qonşudur. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunu Biq-Horn qraflığı haqqında verdiyi məlumatına görə, qraflığın sahəsi 8182 km2, bunlardan 8125 km2 torpaq, 57 km2 isə su sahəsi tutur. qraflığın su resurslarının sahəsi onun bütün sahəsinin 0,7%-ni təşkil edir. Maraqlıdır ki, Biq-Horn həm də Nebraska ştatının qraflığı olan Biq-Hornla həmsərhəddir.
Biq-Horn (Vayominq)
Biq-Horn qraflığı (ing. Big Horn County – azərb. Böyük buynuz‎) — Vayominq, ABŞ-də yerləşən qraflıq. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu qraflığın əhalisi 11 461 nəfər olmuşdur. qraflığın paytaxtı Beysin şəhəridir. == Tarixi == Biq-Horn qraflığı Mart 1890-cı ildə Vayominq qanunvericiliyinə əsasən qurulmuşdur. Bu qraflıq Vayominqin Frimont, Conson və Şeridan qraflıqları ilə qonşudur. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunu Biq-Horn qraflığı haqqında verdiyi məlumatına görə, qraflığın sahəsi 8182 km2, bunlardan 8125 km2 torpaq, 57 km2 isə su sahəsi tutur. qraflığın su resurslarının sahəsi onun bütün sahəsinin 0,7%-ni təşkil edir. Maraqlıdır ki, Biq-Horn həm də Nebraska ştatının qraflığı olan Biq-Hornla həmsərhəddir.
Born to Die
Born to Die — amerikalı müğənni-bəstəkar Lana Del Reyin ikinci studiya albomu. 27 yanvar 2012-ci ildə Interscope Records və Polydor Records tərəfindən buraxılmışdır. Albomun The Paradise Edition adlı başqa versiyası 9 noyabr 2012-ci ildə buraxılıb.
Qros Morn dağı
Qros Morn dağı (fr. Gros Morne) — Reyunyon adasında yerləşən dağ. Zirvə dəniz səviyyəsindən 3019 metr yüksəklikdə yerləşir. Adanın ikinci ən böyük zirvəsidir. Qros Morndan şimalda Silao şəhəri yerləşir. Piton-de-Nej massivinin tərkibinə daxildir. Vulkanin massiv olsa da aktiv deyildir. Ətəkləri sıldırımlıdır. Əsasən bazalt təbəqədən təşkil olunmuşdurDağa çıxmaq elədə çətin bir iş olmasada zirvənin ilk fəthi 1939-cu ildə gerçəkləşmişdir.
Uwe Ludwig Horn
Ziqfrid Fişbaxer və Uve Lüdviq Horn (ing. Siegfried & Roy) — ağ şir və ağ pələnglə göstəriləri sayəsində məşhur olmuş keçmiş estrada artistləri Ziqfrid Fişbaxer və Uve Lüdviq Horndan ibarət alman-amerikan dueti.
Vane Xorn-Miller
Vane Xorn-Miller (d. 30 noyabr 1975) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Vane Xorn-Miller, Kanada yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün sadəcə birində qalib gələn Kanada yığması, Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.
Yalançı Horn burnu
Yalançı Horn burnu (isp. Falso Cabo de Hornos) — Odlu Torpaq arxipelaqına daxil olan Oste adasında yerləşən Hardi yarımadasının ən ucqar cənub nöqtəsi. Əsl Horn burnu isə kiçik bir adada yerləşir. Səyyahların bir çovu səhvən Oste adasındakı burnu Horn olaraq bilmişlər. Oste adası arxipelaqın əsas adasından Biql boğazı ilə ayrılır. Hazırda isə təcrübəli dənizçilər bu səhvi etmirlər. Yalançı Horn burnu əslindən 56 km şimal-qərbdə yerləşir. Burnun iqlıimi qışı yağışlı, küləkli və yumşaq, yayı isə sərin keçir. İl ərzində temperatur 0 °С - 15 °C arasında dəyişir. Horn burunlarının heç biri nə Cənubi Amerika materikinin nə də dünyanın ucqar nöqtəsi sayılmır.
Ceyson Born (film, 2016)
Jason Bourne 2016-cı ildə Pol Qrinqrassın rejissorluğu ilə çəkilmiş və Qrinqrass, Mett Deymon və Kristofer Rouz tərəfindən ssenari xətti yazılmış Amerika döyüş, agent, triller filmidir. Bu, 2007-ci ildə çəkilmiş “The Last Ultimatum of the Bourne” filminin davamı və seriyanın beşinci hissəsidir. Filmdə baş rolları Deymon, Julia Stiles, Alicia Vikander, Tommy Lee Jones və Vincent Cassel canlandırmışdırlar.
Ronda Börn
Ronda Börn (d. 1951), avstraliyalı Televiziya yazıçısı və prodüseridir. Bəlkə də ən bilinən çalışması The Secret (Sirr) adlı kitabı və eyni adla kinoya uyğunlaşdırılan filmidir.Eyni zamanda Sensing Murder(Qətlini hiss etmək) adlı TV proqramının da prodüseridir.. Australia 's Herald Sun qəzetində nəşr olunan bir məqaləyə görə Ronda, eyni zamanda Avstraliya TV serialı Dünyanın ən gözəl reklamları və Evlən mənimlə adlı TV probramlarının da prodüseridir. 2007-ci ildə Börn, Time jurnalının Dünyanın Ən Təsirli 100 adamı siyahısına daxil olmuşdur. 17 avqust 2010-cu ildə, The Power(Güc) adlı kitabı ki The Secret (Sirr) adlı kitabın davamıdır, həm bir ciltli buraxılışı, həm də audio CD kimi nəşr olunmuşdur.
Stefan Örn
Stefan Örn — İsveçli bəstəkar. Anders Bagge ilə birlikdə Drip Drop mahnısının musiqisinin müəllifi. Drip Drop mahnısını 2010 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Səfurə Əlizadə tərəfindən ifa edilmişdir.
Bora-Bora
Bora-Bora adası - Sakit Okeanda Fransanın xarici ümumiliyində adadır. Ada təxminən 230 kilometr şimal-qərbi, laqun ilə və maneəli mərcan rifinin əhatə edilir. Adanın mərkəzində iki pikə, Pahia iki Dayağına və Otemanu-ya, 727 metrdə ən yüksək nöqtəyə qalxan nəsli kəsilmiş vulkanın qalıqlarıdır. Taiti dildə adanın orijinal adı Pora Pora kimi daha yaxşı verilə bilər, "Əvvəl Apardı" bildirərək ; erkən transkripsiya 18-cidə tapdı və 19-cu əsr hesabları, Bolabolla-dır və ya Bollabolla-dır. Əsas tənzimləmə , Vaitape adanın qərbi tərəfindədirlər, əsas kanalın qarşısında laquna. Adanın məhsulları əsasən məhdudlaşdırılır, nə tarixən olan kopra üçün iqtisadi əhəmiyyətdən dənizdən və hindqozu ağaclardan əldə edilə bilər. 2007 avqust siyahıyaalması ərzində, adada əhali təxminən 8 880 əhali var idi.
Burn It Down
Burn It Down – Linkin Parkın ilk studiya albomu olan Living Thingsdan çıxan 1-ci sinqldır, 16 aprel 2012-cu il tarixində çıxmışdır. == Ümumi məlumat == 24 mart 2012 AllAccess Music Group elan etmişdilər ki, yeni single adı «Burn It Down» olacaqdır, və reliz 16 aprel 2012 olacaqdır.. Məlumat sonra şirkətin saytından silinmişdir, Martın 28 rəsmi qrupun kanallarında YouTube və Viddy`də, Mayk Şinoda single adı və relizini təsdiq edən video qoyulmuşdur. 16 aprel qrupun rəsmi YouTube kanalinda pre-relizi keçirildi. Həmçinin mahnını «Burn It Down» qrupun rəsmi saytinda dinləmək olar. == Klipi == Klip Co Han tərəfindən prodüserlik edilib çıxarılmışdır, videonun çəkilişi, martin 27`dən 29`kimi keçirilmişdir. Klipin premyerası mayın 24 MTV kanalında təqdim edilmişdir, MTV First proqramminda. == Tənqid == "Burn It Down" çox peşəkar tənqidçilər arasında müsbət rəylər almışdır. Nick Catucci Rolling Stone jurnalından 5 ulduzdan mahnıya 3 ulduz vermişdir, onun dediklerine gore bu mahni qrupun ən yaxşı single biridir. Rick Florino 5 ulduzdan 5 ulduz vermişdir.