Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məşuqə
Məşuqə — münasibətdə olduğu şəxsin evli olmasına baxmayaraq həmin kişi ilə sevgi-məhəbbət münasibətlərini davam etdirən qadınlar üçün istifadə edilən ifadə. Daha çox kişi partnyorun evli olduğu vəziyyətlər üçün istifadə olunur. Belə münasibətlər zamanı kişi və qadın bir yerdə yaşamır və münasibətin vəziyyəti adətən gizli saxlanılır.
Xəlifə
Xəlifə (ərəb. خليفة‎‎ — müavin, çanişin, varis, xələf) — Məhəmməd peyğəmbərin vəfatından (632) sonra müsəlman icması və teokratik müsəlman dövlətinin (Xilafət) dini və dünyəvi başçısı. Xəlifələr əvvəllər Məhəmməd peyğəmbərin, Ələvilər dövründən isə Allahın yer üzündə canişini (müavini) hesab edilirdilər. Abbasilər xilafətinin süqutundan (XIII əsr) sonra Məmlük xilafəti (1250 - 1517) tarix səhnəsində öz yerini almışdır. Yavuz Sultan Səlimin Misiri fəth etməsilə (24 yanvar1517) xəlifə ünvanı İslamçı bütün ünsürlərin yetkin beyəti ilə Osmanlı xilafətinə (indiki Türkiyə Cümhuriyyəti) keçmişdir. Xəlifəlik ünvanına 1924-cü il Türkiyə Böyük Millət Məclisinin uyğun qərarı ilə xitam verilmişdir. İlk xəlifələr Əbu Bəkr (8 iyun 632-ci ildə xəlifə seçilib), Ömər ibn Xəttab, Osman ibn Əffan və Əli ibn Əbu Talib olmuşlar.
Xəlitə
Xəlitə ya Ərinti iki və daha artıq metallardan alınmış, metal xassəli makroskopik bircinsli sistemdir. Xəlitələr əsas elementin adı ilə adlanır (məsələn: dəmir xəlitəsi, çuqun xəlitəsi, alüminium xəlitəsi və s.). Xəlitəyə daxil edilən elementlərə legirləyicilər, prosesə isə legirləmə deyilir. Xəlitələr iki üsulla alınır: 1. Metallarla birlikdə əridilərək qarışdırılır və soyudulur 2. Metal tozlarının qarışığı yüksək təzyiq və temperaturda bişirilir (tozvari metallurgiya üsulu). Xəlitələr kristallik halda çoxlu sayda kiçik, bir-birinə nisbətən müxtəlif səmtlərə malik kristallardan (dənəciklərdən) ibarət olan polikristallik cismdir. Kristal xəlitələrin fazaları bərk məhlul və ya iki və daha artıq elementin kimyəvi birləşməsindən təşkil olunur. Xəlitənin strukturu fazaların forması, ölçüsü və qarşılıqlı yerləşməsi ilə təyin olunur. Xəlitələrin əldə olunması onun ərinti şəklində olan təşkiledicilərinin ardıcıl bərkiyərək kristal və ya amorf strukturu yaratması ilə baş verir.
Xuluq
Xuluq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Xuluq oyk., sadə. Qusar r-nunun Gilah i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçılara görə, oykonim ləzgi dilindəki qulux (arxa tərəf, dalda, dal tərəf) sözündəndir. Kəndin coğrafi mövqeyi bu mənaya uyğundur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 296 nəfər əhali yaşayır.
Xəlsə
Xəlsə — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Xəlsə oyk., sadə. Kürdəmir r-nunun Qocalı i.ə.v.-də kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Oykonimin ərəb dilindəki xəlisə (xanın bəylərə bağışladığı mülk) sözündən olması ehtimal edilir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 628 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Amin (xəlifə)
Əbu Musa Məhəmməd ibn Harun Ər-Rəşid (ərəb. أبو موسى محمد بن هارون الرشيد‎) (d. 14 aprel 787 - ö. 27 sentyabr 813) — 6. Abbasi xəlifəsi. == Həyatı == === İlk illəri === 787-ci ildə Bağdadda dünyaya gəldi. Atası xəlifə Harun Ər-Rəşid, anası isə onun nigahlı xanımı olan əmisi qızı Zübeydə bint Cəfərdir. Həm anası, həm də atası xəlifə Əl-Mənsur soyundan gəldiyi üçün, anası fars bir kəniz olan yaşca böyük qardaşı Abdullaha nəzərən vəliəhdliyə daha çox layiq görülürdü. Bu səbəblə hələ 5 yaşında ikən Əl-Amin ünvanıyla vəliəhd elan edildi (792). Böyük qardaşı Abdullah isə yalnız 6 il sonra Raqqada Əl-Məmun ünvanıyla ikinci vəliəhdliyə yüksələ bildi.
Hadi (xəlifə)
Əbu Məhəmməd Musa ibn Əl-Mehdi Əl- Hadi (ərəb. أبو محمد موسى بن المهدي الهادي‎) (d. 26 aprel 764 - ö. 14 sentyabr 786) — 4-cü Abbasi xəlifəsi. == Həyatı == Əbu Məhəmməd Musa ibn Mehdi Əl-Hadi 764-cü ildə Bağdad şəhərində anadan olmuşdu. Xəlifə əl-Mehdidən sonra xəlifəliyə əl-Hadi (785-786) yiyələndi. Babası əl-Mənsurun xilafətə Məvali ordusu xəlifənin elə dərin etimadını qazanmışdı ki, o son vəsiyətində oğlu əl-Mehdiyə bu məvaliyə (türklər) çox yaxşı münasibət bəsləməyi və onları yaxın çevrəsinə almağa davam etməsini və saylarının da çoxaltmasını tövsiyə etmişdir. Bəlkə də əl-Mehdinin şərqi Türk hökmdarlarına məktublar göndərməsi və onları İslam dininə çağırması atasının bu tövsiyəsinə görə olsa gərəkdir. O, bizim bütün və buna bənzər rəvayətlərdən anladığımız qədəri ilə türklərdən ibarət olan və qaynaqlarda məvali olaraq zikr edilən ordu birlikləri və saray mühafizləri bu dövlətin ilk qurucularından əl-Mənsur zamanında olmuşdur. Bundan sonra cərəyan edən olaylar və gəlişmələr, bu qənaətimizi doğrulayar qədər aydınlıqla görünməkdədir.
Mehdi (xəlifə)
Əbu Abdullah Məhəmməd ibn Abdullah Əl-Mənsur (ərəb. أبو عبد الله محمد بن عبد الله المنصور‎) (3 avqust 744, Humeyma[d] – 24 iyul 785, İzə, Xuzistan ostanı) — 3. Abbasi xəlifəsi. == Həyatı == 3 avqust 744-cü ildə Xuzistanın İzə şəhərində dünyaya gəldi. Atası xəlifə Əbu Cəfər Əl-Mənsur, anası isə onun ərəb əsilli xanımlarından Arva bint Mənsur Əl-Himyaridir. Ailəsiylə birlikdə öncə Hümeyməyə, Əməvilərin devrilməsindən sonra isə Kufəyə gələn Əl-Mehdi atasının xüsusi nəzarəti altında mükəmməl təhsil aldı. 758-ci ildə atası tərəfindən Xorasan canişinliyinə təyin edildi və uzun müddət orada xidmət etdi. İlk iş bölgənin üsyankar canişini Əbdülcabbar Əl-Əzdini ələ keçirərək Bağdada yolladı. Ardından həmin il Təbəristanı ələ keçirdi və 761-ci ildə əmisi Əs-Səffahın qızı Raitə Əl-Səffah ilə evləndi. 768-ci ilədək Xorasanda qalan Əl-Mehdi bu müddət ərzində bölgəni Nişapur və Rey şəhərlərindən idarə etdi.
Möhtədi (xəlifə)
Əbu İshaq Məhəmməd ibn Əl-Vasiq (ərəb. أبو إسحاق محمد بن هارون الواثق‎) və ya Əl-Möhtədi (ərəb. المهتدي بالله‎) (d. 833 - ö. 18 iyun 870) — 14. Abbasi xəlifəsi. Ya‘kūbî, Târîḫ, II, 483, 484, 504-506. Taberî, Târîḫ (Ebü’l-Fazl), IX, 154, 157, 279, 326, 391-469, 473. Mes‘ûdî, Mürûcü’ẕ-ẕeheb (Abdülhamîd), IV, 182-197. Hatîb, Târîḫu Baġdâd, III, 347-351.
Mötəmid (xəlifə)
Əbül Abbas Əhməd ibn Cəfər (ərəb. أبو العباس أحمد بن جعفر‎) və ya Əl-Mötəmid (ərəb. المعتمد على الله‎) (d. 845 - ö. 15 oktyabr 892) — 15. Abbasi xəlifəsi. Ya‘kūbî, Târîḫ II, 619-624. Taberî, Târîḫ (Ebü’l-Fazl), IX, 462, 474-667; X, 7-29. Mes‘ûdî, Mürûcü’ẕ-ẕeheb (Abdülhamîd), IV, 189-229. İbnü’l-İmrânî, el-İnbâʾ fî târîḫi’l-Ḫulefâʾ (nşr.
Mötəz (xəlifə)
Əbü Abdullah Məhəmməd ibn Cəfər (ərəb. أبو عبد الله محمد بن جعفر‎) və ya Əl-Mötəz (ərəb. المعتز بالله‎) (d. 847 - ö. avqust 869) — 13. Abbasi xəlifəsi. Bianquis, Thierry (1998). "Autonomous Egypt from Ibn Ṭūlūn to Kāfūr, 868–969". In Petry, Carl F. (ed.). Cambridge History of Egypt, Volume One: Islamic Egypt, 640–1517.
Müntəsir (xəlifə)
Əbu Cəfər Məhəmməd (ərəb. أبو جعفر محمد‎) və ya Əl-Müntəsir (ərəb. المنتصر بالله‎) (23 mart 838, Səmərra, Səlahəddin mühafəzəsi – 7 iyun 862, Səmərra, Səlahəddin mühafəzəsi) — 11-ci Abbasi xəlifəsi. Kraemer, Joel L., ed. (1989). The History of al-Ṭabarī, Volume XXXIV: Incipient Decline: The Caliphates of al-Wāthiq, al-Mutawakkil and al-Muntaṣir, A. D. 841–863/A. H. 227–248. SUNY Series in Near Eastern Studies. Albany, New York: State University of New York Press. ISBN 978-0-88706-874-4 Kennedy, Hugh (2006). When Baghdad Ruled the Muslim World: The Rise and Fall of Islam's Greatest Dynasty.
Müqtədir (xəlifə)
Müqtədir (13 noyabr 895, Bağdad – 1 noyabr 932, Bağdad) — Abbasi xəlifəsi. Əbul-Fəzl əl Muktədir Cəfər ibn Əhməd əl-Mutəzid-Billah 895-ci dünyaya gəlmişdir. Anası türk əsilli Seyyidə Şağab Xatundur. Müktəfi Billahın xəstəliyi ağırlaşdıqda vəzir Abbas ibn Həsən əl-Cərcərai divan katibləri ilə məşvərət keçirmiş və xəlifənin qardaşı Cəfərin vəliəhd elan edilməsinə nail olmuşdur. 908-ci ildə "Muktədir Billah" ləqəbi ilə xəlifə seçilən Cəfərin azyaşlılığından istifadə edən vəzir Abbas xilafəti tək başına idarə etmişdir. Bir müddət sonra Muktədirin yerinə Əbu Abdullah Məhəmməd ibn Mutəmid Aləllahı xəlifə seçmək qərarına gələn vəzir Məhəmmədə bu barədə məktub göndərərək sövdələşmələr də aparılmışdır. Lakin vəzirin bu istəyi bəzi divan üzvlərində narazılıq yaratmışdır. Sahibuş-şurta (polis rəisi) İbn Əmrəveyh xəlifənin dəyişdirilməsinə qarşı çıxdıqdan sonra Əbu Abdullah Məhəmməd hikkəsindən iflic olub dünyasını dəyişmişdir. Xəlifəni dəyişmək cəhdinin boşa çıxmasına baxmayaraq, vəzir istəyindən əl çəkməmişdir. Bir müddət sonra özü başda olmaqla, yüksək vəzifəli məmurlar, sərkərdələr, qazı və katiblərin çoxu Abdullah ibn Mutəz Billahı xəlifə seçmək qərarına gəlmişlər.
Müstəin (xəlifə)
Əbül Abbas Əhməd ibn Məhəmməd ibn Məhəmməd (ərəb. أبو العباس أحمد بن محمد بن محمد‎) və ya Əl-Müstəin (ərəb. المستعين بالله‎) (d. 836 - ö. 17 oktyabr 866) — 12. Abbasi xəlifəsi. Saliba, George, ed. (1985). The History of al-Ṭabarī, Volume XXXV: The Crisis of the ʿAbbāsid Caliphate: The Caliphates of al-Mustaʿīn and al-Muʿtazz, A.D. 862–869/A.H. 248–255. SUNY Series in Near Eastern Studies.
Məhluqə Sadıqova
Məhluqə Ələsgər qızı Sadıqova (28 aprel 1917, Şuşa – 15 avqust 2003, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1978). Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib. Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib.
Məhluqə Sadıxova
Məhluqə Ələsgər qızı Sadıqova (28 aprel 1917, Şuşa – 15 avqust 2003, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1978). Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı Sovet məktəbində yeddinci sinifi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub. Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb. 1992-ci ildə yenicə yaradılan Bakı Bələdiyyə Teatrında aktrisalıq edib. Üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib.
Mənsur (xəlifə)
Əbu Cəfər Abdullah ibn Məhəmməd Əl-Mənsur (ərəb. أبو جعفر عبدالله بن محمد المنصور‎) (714, Humeyma[d], Bilad əş-Şam, Ərəb Xilafəti – 7 oktyabr 775 və ya 18 oktyabr 775, Bağdad, Abbasilər xilafəti) — 2. Abbasi xəlifəsi. Bağdad şəhərinin əsasını qoymuşdur. Eyni zamanda ədib və şair olan Əl-Mənsur xəsisliyi ilə tanınmış, vəfatında xəzinədə 600 milyon dirhəm və 4 milyon dinar olduğu qeyd olunmuşdur. 23 avqust 714-cü ildə Hümeymədə doğuldu. Əməvilərə qarşı tərtiblənən çevrilişin banisi Məhəmməd ibn Əlinin oğlu olan Əbu Cəfər uşaqlıq illərində mükəmməl təhsil aldı. Abbasi birliklərinin Kufəyə girməsindən bir ay sonra — 749-cu ilin oktyabrında digər ailə üzvləriylə birlikdə Kufəyə gəldi. Çox keçmədən burada xəlifə elan edilən qardaşı Əs-Səffaha biat etdi və onun sağ əli olaraq bir çox mühüm vəzifələrdə xidmət göstərdi. Əməvilərin İraqın mərkəzi olan Vasitdəki canişini ibn Hübeyrənin yeni xəlifəyə tabe olmamasının ardından Əbu Cəfər dərhal bölgəyə göndərildi və şəhər mühasirəyə alındı.
Nurəli Xəlifə
Nurəli Xəlifə və ya Nurəli Xəlifə Rumlu — XVI əsrdə fəaliyyət göstərmiş Səfəvi dövlətinin türk sərkərdəsi, dövlət xadimi. Türkman tayfasına mənsub olmuşdur. 1511-ci ildən 1515-ci ilə qədər, yəni Şah İsmayılın (1501-1524) hakimiyyəti dövründə Ərzincan canişini olmuşdur. Elmi-tarixi ədəbiyyatda Osmanlı ərazilərində Səfəvi təriqət təbliğatının fəallarından biri kimi xəlifə Nurun (Nurəli) adı çəkilməkdədir. Onun bu istiqamətdəki fəaliyyəti Sivas, Tokat, Amasya və Çorumda xüsusilə geniş idi. Bəzi məlumatlara görə, onun sayəsində Osmanlı ərazisində Səfəvi təriqət tərəfdarlarının sayı o qədər artmışdı ki, Osmanlı şahzadələri hətta hakimiyyət uğrunda mübarizədə onların dəstəyini qazanmağa da meyl edirdilər. Nurəli Xəlifə Rumlunun adı dövrün mənbələrində bəzən Nur Əli bəzən münəccimbaşı Nurəddin kimi qarşımıza çıxır. Bir digər tarixçilər isə onun adının Mir Əli olduğu fikrini irəli sürmüşdür. Azərbaycanlı tarixçi Namiq Musalı bildirir ki, əgər Mir Əli adı onun əsl adıdırsa ehtimal ki, o ələvilər arasında olan seyid mənşəli ailələrdən birində anadan olmuşdur. Çünki Səfəvi mühitində seyidlər ərəbcə əmir kəliməsinin qısaldılmış forması olan Mir ünvanı daşıyırdı.
Osman (xəlifə)
Osman ibn Əffan (ərəb. عثمان بن عفان الأموي القرشي‎; 574, Məkkə – 656, Mədinə) — 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi. Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əfvan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərva binti Qüreyz Rəsulallahın bibisi Ümmü Hakim Bəyza binti Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Həzrəti Peyğəmbərin nəsəbilə birləşir. Rəsuli-Əkrəmdən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Rəsulallahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu.
Rəşad Xəlifə
Rəşad Xəlifə (19 noyabr 1935 – 31 yanvar 1990, Tuson, Arizona) ― misirli biokimyaçı və Qurançı.
Vasiq (xəlifə)
Əbu Cəfər Harun ibn Məhəmməd (ərəb. أبو جعفر هارون بن محمد المعتصم‎) və ya Əl-Vasiq (ərəb. الواثق بالله‎) (17 iyul 812, Məkkə, Abbasilər xilafəti – 10 avqust 847, Səmərra, Abbasilər xilafəti) — 9. Abbasi xəlifəsi. Ibn al-Sāʿī (2017). Consorts of the Caliphs: Women and the Court of Baghdad. Translated by Shawkat M. Toorawa and the Editors of the Library of Arabic Literature. Introduction by Julia Bray, Foreword by Marina Warner. New York: New York University Press. ISBN 978-1-4798-0477-1 Kraemer, Joel L., ed.
Xəlifə (Soyuqbulaq)
Xəlifə (fars. خليفه‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (4 ailə).
Xəlifə Altay
Xəlifə Altay Qakibula (25 dekabr 1917 – 15 avqust 2003, Almatı) — Qazax yazıçısı və antropoloqu, türkoloq, ilahiyyatçı, yazıçı və tərcüməçi və diaspor rəhbəri. Xəlifə Altay Altay bölgəsində anadan olsa da, milliyətcə qazax idi. Ailəsi Altay qazaxlarındandır. İnqilab zamanı Altayda qazaxların hüquqları uğrunda mübarizəyə qoşulmuşdur. Çin Xalq Respublikası qurulduqdan sonra mühacirətə getməyə məcbur olmuşdur. Xəlifə Altay uzun müddət Türkiyədə yaşayıb yaratmışdır. Burada Qazax diasporunun rəhbəri olmuşdur. 1980-ci illlərin ikinci yarısında SSRİyə Qazaxıstana köçmüşdür. 2003-cü ildə Qazaxıstanda vəfat etmişdir. Xəlifə Altay 1917-ci ildə Şərqi Türkistanın Altay bölgəsinin Çingil bölgəsində anadan olub.
Xəlifə Həftar
Xəlifə Bəlqasım Həftar (ərəb. خليفة بلقاسم حفتر‎‎; 7 noyabr 1943, Əcdabiyə, İtaliya Liviyası[d]) — 2019-cu ilin may ayından etibarən 2-ci Liviya vətəndaş müharibəsində iştirak edən, eyni zamanada Liviya və Amerikan vətəndaşlığına malik olan Liviya Milli Ordusunun Ali Baş Komandanı, Feldmarşal. Xəlifə Haftar 1943-cü ildə Liviyanın Əcdəbiyyə şəhərində doğulub. SSRİ-də hərbi təlim keçdikdən sonra Muəmmər Qəddafinin liderliyində qurulan orduya qatılıb. 1969-cu ildə Qəddafinin Kral İdrisi devirməsinə köməklik edib. Həmin gündən Qəddafinin ən inandığı şəxsə çevrilib və ona Müdafiə Nazirliyində vəzifə verilib. Bəzi mənbələrdə hətta, Qəddafinin Haftarı öz oğlu kimi gördüyü deyilirdi. 70-ci illərdə Fransanın dəstəklədiyi Çad hərbi qüvvələri Liviyanı məğlub edərək Haftar və 300 əsgərini əsir götürüb. Həmin hadisədən sonra Qəddafi ilə münasibətləri pisləşib. Çünki, Qəddafi onun xilas edilməsi istiqamətində heç bir addım atmayıb hətta, əsgərlərinin əsir düşməsinə səbəb olduğunu bildirərək Haftarı xain elan edib.
Əhməd xəlifə
Əhməd xəlifə (XVII əsr) — Toxmaqlı oymağının məşhur simalarından biri. I Şəmsəddin xəlifənin oğlu, Mahmud sultanın atası. Dizmar mahalının Duzal kəndində doğulub. Mədrəsə təhsili alıb. Dizmar mahalının hakimi. Ənvər Çingizoğlu. Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
Beluqa
Ağ balıq (lat. Huso) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinə aid heyvan cinsi.
Velute
Velute və ya Velute sousu fransız mətbəxindən olan toyuq bulyonu (toyuq suyu), yüngül qovrulmuş un və yağ qarışığı ilə hazırlanan ağ sousdur. Allemande sousu velute sousunun tərkibinə yumurta sarısı və toyuq bulyonu və ya balıq bulyonunu qarışdırmaqla hazırlanır. İstəyə əsasən sousun tərkibinə göbələklər də əlavə edilə bilər.
Vəlgə
Koqqiqriya sarağanı (lat. Cotinus coggygria) - sarağan cinsinə aid bitki növü.
Nəhcül-Bəlağə
Nəhcül-Bəlağə (ərəb. نهج البلاغة‎) — On iki imam şiələrinin ən məşhur kitablarından biri. Kitab Əli ibn Əbu Talibin əmr, xütbə, məktub, vəsiyyət və kəlamlarından ibarətdir. Əsəri tərtib edən Seyid Rəzidir. Əsərin adının mənası nəhc yol, bəlağə isə gözəl söz deməkdir. Əsər 3 babdan (bölmədən) ibarətdir: Əmr və xütbələr. Məktub və vəsiyyətlər. Hikmətli kəlamlar. Seyid Rəzi əsərə Əlinin 239 və ya 240 xütbəsini, 79 məktubunu, 470 və ya 481 hikmətli kəlamını daxil etmişdir. Müəllif tərəfindən əsərdəki rəvayətlərin mənbələri və sənədləri qeyd edilməmişdir.
Nəhcül Bəlağə
Nəhcül-Bəlağə (ərəb. نهج البلاغة‎) — On iki imam şiələrinin ən məşhur kitablarından biri. Kitab Əli ibn Əbu Talibin əmr, xütbə, məktub, vəsiyyət və kəlamlarından ibarətdir. Əsəri tərtib edən Seyid Rəzidir. Əsərin adının mənası nəhc yol, bəlağə isə gözəl söz deməkdir. Əsər 3 babdan (bölmədən) ibarətdir: Əmr və xütbələr. Məktub və vəsiyyətlər. Hikmətli kəlamlar. Seyid Rəzi əsərə Əlinin 239 və ya 240 xütbəsini, 79 məktubunu, 470 və ya 481 hikmətli kəlamını daxil etmişdir. Müəllif tərəfindən əsərdəki rəvayətlərin mənbələri və sənədləri qeyd edilməmişdir.