XƏZLİ

sif. Xəzi olan, xəz qoyulmuş, xəz tikilmiş; yaxası xəzdən olan.
[Pərşanın] əynində xəzli qara palto, başında sarı yun şal, ayağında işıldayan uzunboğaz botu vardı. M.İbrahimov.

XƏZİNƏDARLIQ
XƏZLİK
OBASTAN VİKİ
Xəzlik heyvandarlıq
Xəzlik heyvandarlıq — heyvandarlığın sahəsi. Xəz dəri almaq üçün qiymətli xəzli vəhşi heyvanların təsərrüfat şəraitində yetişdirilməsi ilə məşğul olur. Əsasən gümüşü qara tülkü, mavi tundr tülküsü, norka, bataqlıq qunduzu, ondatra və b. heyvanlar yetişdirilir. Azərbaycanda yalnız bataqlıq qunduzu (Ağstafa rayonunun Qarayazı sahəsində, Şəmkir, Lənkəran və Şabran rayonlarında) yetişdirilir. Xəzli heyvanlar dəriləri xəz məlumatı kimi edilən vəhşi və qəfəsdə yetişdirilən məməlilər. Yer kürəsində geniş yayılmışdır. Xəzli heyvanlara samur, efidra, pələng, ayı, vaşaq, ondatra, qunduz, sünbülqıran, burunduq, ağ dovşan, tolay, deşman, köstəbək, dəniz pişiyi və s. aid edilir. Azərbaycanda yırtıcılar dəstəsində aid 12 növ (1 növ gəmiricilərə və 1 növ dovşanlara aiddir).

Digər lüğətlərdə