Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xaris Yusupov
Xaris Münasiboviç Yusupov (başq. Харис Монасип улы Йосопов, rus. Харис Мунасипович Юсупов; 24 avqust 1929, Arkaul[d], Başqırd MSSR – 7 iyun 2009) — sovet və başqırd güləşçisi, Çelyabinskin Cənubi Ural cüdo məktəbinin qurucusu. 1958-ci ildə Çelyabinsk Pedaqoji İnstitutunu bitirdi. 1958-60-cı illərdə "Spartak" Könüllü İdman Cəmiyyətinin Başobslovetində məşqçi, Kumertau İES-da bədən tərbiyəsi müəllimi kimi işləmişdir. 1960-cı ildə Çelyabinskdə Ural cüdo məktəbini təsis etdi. 1960-70-ci illərdə Çelyabinsk Ali Aviasiya Məktəbində Bədən tərbiyəsi müəllimi, Dynamo İdman Cəmiyyəti regional şurasının baş məşqçisi (1969-cu ildən kapitanı), 17 il (1969-1988-ci illərdə) SSRİ milli cüdo komandalarının məşqçisi olmuşdur. 1970-73-cü illərdə Omsk Bədən Tərbiyəsi İnstitutunun Çelyabinsk şöbəsinin baş müəllimi kimi çalışmışdır. 1973-cü ildən Çelyabinsk Bədən Tərbiyəsi İnstitutunda işləməyə başlayır, güləş kafedrasının müdiri olur, 1995-ci ildən isə professor adını qazanır. 1969-88-ci illərdə gənclər arasında SSRİ yığma komandalarının məşqçisi idi.
Renat Xarisov
Renat Xarisov (tatar. Ренат Мәгъсүм улы Харисов; 6 may 1941, Tsilninsk rayonu[d], Ulyanovsk vilayəti) — şair, Rusiya Federasiyası Dövlət Mükafatı laureatı (2005), Qabdulla Tukay adına Tatarıstan Respublikası Dövlət Mükafatı laureatı (1997), 40-a yaxın şeir toplusunun və poemanın, musiqi və səhnə əsərlərinin müəllifi (Leonid Lyubovskinin "Yusuf əfsanəsi" baletinin librettosu daxil olmaqla). Rusiya Yazıçılar Birliyinin katibi, "Naş Sovrimennik", "Tatarıstan", "İstoriçeskaya Gazeta" (Moskva) jurnallarının redaksiya heyətinin üzvüdür. Renat Xarisov 6 may 1941-ci ildə Ulyanovsk vilayətinin Tsilninsk rayonunun Elxovoe Ozero kəndində kənd müəllimləri ailəsində anadan olmuşdur. O alı təhsilini Kazan Dövlət Pedaqoji Universitetində alır. 1963–1964-cü illərdə Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Arsk Pedaqoji Məktəbinin müəllimi işləyir. 1965–1971-cü illərdə Tatarıstan qəzetləri redaksiya heyətinin ədəbi əməkdaşı olur. 1971–1973-cü illrədə Tatarıstan MSSR Yazıçılar Birliyinin məsul katibi işləyir. 1973–1982-ci illərdə Tatarıstan MSSR Mədəniyyət nazirinin müavini olur. 1982–1989-cu illərdə "Kazan utları" ədəbi jurnalının baş redaktoru kimi fəaliyyət göstərir.
Paris
Paris (fr. Paris, tələf. Paği) — Fransanın paytaxtı və ən çox əhalisi olan şəhəri, 1 yanvar 2023-cü il rəsmi hesablamada 105 km2-dan çox bir ərazidə 2,102,650 sakinin yaşadığı şəhər, bu da onu Avropa İttifaqının 4-cü ən çox əhalisi olan şəhəri edir, beləki 2022-ci ildə dünyanın ən sıx məskunlaşmış 30-cu şəhəridir. Şəhər Paris hövzəsinin mərkəzində, təxminən dəniz səviyyəsindən 65 m hündürlükdə yerləşmişdir. Parisin yaşayış məhəllələri 36 km-lik dairəvi yolla əhatələnmişdir. Parisin ərazisinə həmçinin şəhərdən qərbdə yerləşən Bulon və şərqdə yerləşən Vensen meşələri də aiddirlər. Şəhərin sahəsi 87 кm², adı çəkilən meşə zolaqları ilə birlikdə 105 кm²-dir. İndiki sərhədlər 1860-cı ildə qurulub. Şəhər sərhədi əsasən Periferik dairəvi yol boyunca uzanır, onun xaricində şərqə və qərbə doğru şəhərin bir hissəsi olan Bois de Vincennes və Boulogne var. Fransız xəritələrində uzun müddət Paris meridianı 0 meridian kimi göstərilmişdir.
Varis
Varis Vəliəhd Varis (film, 1988) Varis Yolçiyev — Azərbaycanlı yazıçı.
Xeris
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Xuris
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Xari
[mənbə göstərin] Xari — Tiflis quberniyasının Qori qəzasında dağ adı. Xari-Tiflis quberniyasının Qori qəzasında dağ adı.Şimali Qafqazda Ter əyalətinini Nalçik dairəsində Xari çay (yenə orada), Veden dairəsində Xari-Buzdeçu-Bars dağ, Xari-Qaburtli aşırım, Qazax qəzasında Xarya dağ adları (yenə orada) ilə mənaca eynidir.Türk dillərində kair "sıldırım" sözündəndir.
Faris Səfərov
Səfərov Fariz Məcid oğlu (20 iyun 1920, Nehrəxəlil, Ərəş qəzası – 27 avqust 1964, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (19 mart 1944). == Həyatı == Fariz Səfərov 1920-ci il iyunun ayının 20-də Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 6 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Bakı şəhəri Biləcəri qəsəbəsindəki 5 nömrəli rus dilli məktəbin hazırlıq kursunu bitirmişdir. Az bir müddət Kürdəmir rayonunda rus dili müəllimi işləmişdir. 1939-cu ildə Bakı ŞHK-dan hərbi xidmətə çağrılmış, Litvada, daha sonra Minsk şəhərində Hərbi Hava Qüvvələri hissəsində xidmət etmişdir. On günlük məzuniyyətə gedən baş serjant Fariz Səfərov müharibə başladığından Minskdəki hərbi hissəyə geri dönməli olur, yolda olduğu qatarı alman təyyarələri bombalayır, çox sayda insan ölsə də Səfərov Fariz sağ qalır və 416-cı Taqanroq diviziyasının hissələrindən birinə qoşulur. 1943-cü ildə Zaporojye ətrafında Qızıl Ordu birləşmələri qanlı döyüşlərlə düşməni sıxışdıraraq Dneprə sahillərinə yaxınlaşdığı bir vaxt baş serjant Səfərov gecənin qaranlığında bir qrup döyüşçü ilə birlikdə qayıqlara düşmən sahilə yön alır. Düşmən sahilə yaxınlaşmağa 10–15 metr qalmış qayıqlarını görsə də sahilə çıxa bilirlər. Ağır döyüşlərə baxmayaraq düşmən sahil zolağını yenidən ələ keçirə bilmir. Fariz Səfərovun rəhbərliyi altında əməliyyat müvəffəqiyyətlə tamamlanır.
HEC Paris
HEC Paris ( École des hautes études commerciales de Paris ), Jouy-en-Josas, Paris və Doha da kampusları olan biznes sahəsində ixtisaslaşmış Avropa mərkəzli bir universitetdir. 1881-ci ildə qurulan məktəb. HEC, Financial Times tərəfindən 2019-cu ildə Avropa Biznes Məktəbləri arasında 1-ci yerdə qərarlaşmışdır . Məktəbin proqramları AMBA, EQUIS və AACSB beynəlxalq akkreditasiya qurumlarının hər üçü tərəfindən akkreditə olunmuşdur . Məktəbin məzunları arasında Fransua Olland kimi adlar vardır.
Maris Verpakovskis
Maris Verpakovskis (d. 15.10.1979, Liepaya, Latviya SSR, SSRİ) — latviyalı futbolçu. Mövqeyi hücumçudur. Yunanıstanın "Erqotelis" klubunun və Latviya milli futbol komandasının oyunçusudur. Futbolçu 2003-2004-cü illərdə Latviyada ilin adamı və iki dəfə ən yaxşı oyunçu seçilib. "Liepaya Metallurq", "Skonto", "Dinamo Kiyev", "Xetafe", "Hayduk Split", "Selta de Viqa" və "Bakı" klublarında çıxış edib. == Həyatı == Maris Verpakovskis 1979-cu ilin oktyabrın 15-də Latviyanın Liepaya şəhərində anadan olub. == Karyerası == === Latviya klubları === Futbol karyerasına ölkəsinin "Baltika FK" komandasında başlayan oyunçu 1995-ci ildən 2001-ci ilə qədər bu komandanın şərəfini qoruyub. Keçirdiyi 59 oyunda 10 qol vurub. 2001-ci ildə Verpakovskis başqa Latviyanın "Skonto" Riqa klubuna keçib.
Maris Zvayqzne
Maris Zvayqzne (latış. Māris Zvaigzne‎) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin V (1994—1995) çağırış üzvü. == Fəaliyyəti == Maris Zvayqzne «Latviya Yolu» Partiyasının üzvü idi.
Paris (mifologiya)
Mifologiyaya görə Priamın digər oğlu Paris hələ Qekebanın bətnində olarkən ona yuxusunda agah olur ki, o, Troyaya od vurub yandıran qanlı bir baş doğmuşdur. Priamın nikahdan kənar dünyaya gəlmiş və yuxuları yozmaq qabiliyyətə malik olan oğlu Esak doğulacaq uşağı öldürməyi məsləhət görür. Əks təqdirdə Troyanın sonuna az qaldığını soyləyir. Bir qula uşağı öldürməyi tapşırsalar da o, uşağa rəhm edib onu İdanın yamacınaataraq geri dönür. Burada uşağı Priamın çobanı taparaq onu böyüdür. daha sonralar Paris aşkarlanaraq ailəsinə geri qəbul olunur. "İliadada" Paris qadınları valeh olduğu gözəlliyə malik və cazibədar olmaqla yanaşı lovğa və qorxaq təsvir edilir. Sparta çarın gözəl arvadı Yelena-nı qaçırmış və Troya müharibəsinə bais olmuşdur.
Paris (rayon)
Paris (fr. Paris) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Paris. Suprefektura — Paris. Rayon əhalisi 2006-cı ildə 2 181 371 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 20775 nəf / km². Rayon ərazisi — 105 km².
Paris Aviaşousu
Paris Aviaşousu (Salon international de l'aéronautique et de l'espace, Paris-Le Bourget) dünyanın ən qədim (vaxtına görə) aviasiya sərgisidir. İlk dəfə 1909-cu ildə təşkil edilmiş, hələlik hər tək saylı ildə Parisin şimalında, Fransada Le Bourget Hava limanında təşkil edilir. 15-21 iyun 2015 arası təşkil edilmiş 2015 Paris Aviaşousu 51-ci şou olmuşdur.
Paris Hilton
Peris Vitni Hilton (17 fevral, 1981, Nyu-York) — amerikalı müğənni, fotomodel və aktrisa. Amerikalı fotomodel və aktrisa, dünyanın ən nəhəng "Hilton" otellər şəbəkəsi ailə biznesinin keçmiş varisi Peris Vitni Hilton 17 fevral 1981-ci ildə Rik və Keti Hiltonların ailəsində doğulub. O, "Hilton" otellər şəbəkəsinin təməlini qoyan Konrad Hiltonun nəticəsidir. Peris ailənin böyük övladıdır, onun bir kiçik bacısı və iki qardaşı var. O, Nyu-Yorkda "Dwight School" məktəbini bitirib. Kollecə qəbul olunan Peris oradan qovulsa da, orta təhsil haqqında şəhadətnamə ala bilib. Peris Hilton 2000-ci ildə Donald Trampın "T Managment" model agentliyi ilə müqavilə bağlayır və peşəkar model olur. Rəfiqəsi Nikol Riçi ilə birgə oynadığı "Sadə həyat" teleserialı və qalmaqallı həyat tərzi onu məşhurlaşdırır. 2006-cı ildə Peris Hilton "Axıradək iç" və "Sarışın şokoladda" filmlərində baş rolları ifa edir. 2008-ci ildə ekranlara çıxan "Gözəl və eybəcər" filminə görə Peris 3 Qızıl Moruq Mükafatı qazanır.
Paris Klubu
Paris Klubu -(fr. Club de Paris) kreditor- dövlətləri (“böyük səkkizlər”, üstəgəl Avstriya, Niderland, Belçika, İspaniya, Norveç, İsveç, İsveçrə) birləşdirən beynəlxalq təşkilat; suveren borc alanlara kreditlərin şərtlərinin yenidən baxılması məsələlərini müzakirə etmək üçün kreditor ölkələrin qeyri-formal təşkilatıdır. Paris Klubu 1956-cı ildə yaradılmışdır. {{columns-list|3| Paris Klubunun hal-hazırda 22 daimi üzvü vardır. Beynəlxalq Valyuta Fondu (BVF) ilə sıx əməkdaşlıqda fəaliyyət göstərir. Əgər hər hansı bir borclu dövlət iqtisadi çətinliklərə məruz qalaraq (xüsusilə, tədiyə balansının tarazlaşdırılması üçün) BVF himayəsi altında “sağlamlaşma proqramı” həyata keçirməyə başlayarsa, Paris klubu həmin ölkənin hökuməti ilə birgə onun xarici dövlət borcunun restrukturlaşdırılması haqqında razılaşma işləyib hazırlayır. Nəticədə əmtəə və kapitalın idxalının həcmini azaltmadan tədiyə balansının passiv saldosunu azaltmaq imkanı yaranır.
Paris Kommunası
Paris Kommunası (fr. La Commune de Paris) — Parisdə 18 martdan (rəsmi olaraq 26 mart) 28 may 1871-ci ilə qədə davam edən sosialist hökumət. İşçi hərəkatı, 1848-ci il inqilabını qarşısının alınması və bunun ardından Luis Napoleonun 2 dekabr 1851-ci il tarixli hökumət çevrilişindən sonra yenidən təşkilatlanmaq üçün dayandırıldı. Bundan sonra işçilər "tətil etmək" haqqlarının tanınmasına çalışdılar və həmkarlar ittifaqlarında təşkilatlanmağa başladılar.1864də sərhədlərdən kənarda birləşmək lazım olduğuna inanan işçi xadimlər, Marks və Engelsin də qatılacağı Beynəlxalq İşçi Birliyini qurdular. İkinci imperiyaya qarşı 1867-ci il iqtisadi böhranının yaratdığı çətinliklərdən alovlanan narazılıq III Napoleon ordusunun 2 sentyabr 1870-ci ildə Prusya ilə döyüşdə aldığı məğlubiyyət imperatorun nüfuzuna qəti və son zərbəni vurdu. Paris xalqı, 1870-ci il sentyabrın 4-də imperatorun taxtdan salındığını və Respublikanın qurulduğunu elan etdi. General Troşunun müvəqqəti Milli Müdafiə Hökuməti bir neçə respublikaçıya da yer verən mühafizəkar bir hökumət olaraq quruldu. Ana Vətənin müdafiəsini hər şeydən üstün tutan Paris xalqı bu hökuməti qəbul etsə də, onu idarəsini də öz öhdəsinə götürdü. Dövrün xadim işçiləri, Beynəlxalq İşçi Birliyi mənsubları, inqilabçı Blankın partizanları, hökuməti nəzarət altında saxlamaq üçün təbliğat kompaniyasına başladılar. Sentyabrın 5-dən etibarən, eyni vaxtda iyirmi məhəllənin Mərkəzi Komitəsini yaratmaq üçün nümayəndələr seçildi və hər məhəllə üçün müşahidə komitəsinin qurulması çağırışı edildi.
Paris Konservatoriyası
Paris Konservatoriyası — 1795-ci ildə yaradılan musiqi və rəqs məktəbi, hal-hazırda Parisin 19-cu bölgəsində mövcud olan Jan Jores küçəsində yerləşir. Konservatoriya musiqi, rəqs, dram və rəsm sahələrində ənənəvi "fransız məktəbi" istiqamətində təhsil verir. 1946-cı ildə konservatoriya iki ayrı konservatoriyaya ayrıldı; teatr, dram və aktyorluq fakültələrinin olduğu Conservatoire national supérieur d'art dramatique (CNSAD) və musiqi, rəqs təhsilinin verildiyi Conservatoire national supérieur de musique et de danse de Paris (CNSMDP). Konservatoriya Fransa Mədəniyyət Bələdiyyəsinin himayəsi altında fəaliyyətini davam etdirir. Paris Konservatoriyasının tarixi XIV Lüdovikin 1669-cu il iyunun 28-də qurduğu Kral musiqi məktəbinə (fr. École Royale de Chant) qədər gedib çıxır. 1785-ci ildə Fransua Josef Qossek konservatoriyanı yenidən qurdu. 1793-cü ildə konservatoriya Kral musiq məktəbi milli qvardiyanın musiqiçiləri üçün olan bir məktəblə birləşdirildi və İnsitut national de musique olaraq adlandırıldı. Böyük Fransa inqilabı ərəfəsində qurulmuş olan Milli konqres məktəbi 1795-ci ildə Musiqi Konservatoriyası (fr. Conservatoire national supérieur de musique) adlandırıldı və yeni konservatoriyanın ilk 350 şagirdi 1796-cı ilin noyabrında təhsillərinə başladı.
Paris Pişmiş
Paris Pişmiş (erm. Պարիս Փիշմիշ; 30 yanvar 1911, Konstantinopol, Osmanlı imperiyası – 1 avqust 1999, Mexiko) — erməni əsilli Türkiyə astronomu.
Paris Salonu
Paris Salonu (fr. Salon de Paris)) — 1725-ci ildə Fransanın paytaxtı Paris şəhərində açılmışdır. 1748 və 1890-cı illər arasında Paris Salonu dünyada ən məşhur əsərlərin sərgiləndiyi sərgi hesab olunurdu. 1881-ci ildə Fransa mədəniyyət qurumu tərəfindən sərgi yenidən təşkil edilmişdir.
Paris Universiteti
Paris Universiteti (fr. Université de Paris) — Fransanın paytaxtı Parisdə məşhur universitet idi. 12-ci əsrin ortalarında yaradılıb və təxminən 1160–1250-ci illər arasında rəsmi bir universitet kimi tanınıb. Bir çox dəyişikliklərdən sonra, o cümlədən bir əsr (1793-dən 1896-ə qədər) dayandırılması daxil olmaqla, 1970-ci ildə on üç muxtar universitetə bölündü. Robert de Sorbon 1257 ətrafında qurduğu kollegial qurumdan (kollec de Sorbonn) sonra, universitet çox vaxt Sorbonn və ya la Sorbonn kimi istinad edilir. On üç cari varis universitetlərdən, dördünün tarixi Sorbonn binasında binaları var və onların üçününün adlarında "Sarbonna" sözü daxildir.
Paris birjası
Paris birjası — Fransanın Paris şəhərində birja. Ayers, Andrew (2004). The Architecture of Paris. Stuttgart; London: Edition Axel Menges. ISBN 978-3-930698-96-7. Biais, B., Foucault, T. and Hillion, P. 1997 Microstructure des marchés financiers: institutions, modèles et tests empiriques, Paris: PUF. Hamon, J. 1995 Marché d'actions: architecture et microstructure, Paris: Economica.
Paris konqresi
Paris konqresi — Paris müqaviləsinin imzalanması ilə nəticələnən, Krım müharibəsini bitirmək məqsədi ilə çoxtərəfli beynəlxalq danışıqların aparıldığı konqres. 13 fevral (25) 1856-cı ildə Fransanın paytaxtında çağırılmışdır. Konqresin işində Rusiya, Fransa, İngiltərə, Avstriya, Sardiniya, Osmanlı imperiyası və Prussiyanın diplomatik nümayəndələri iştirak etmişdilər. Konqresin sessiyalarına Fransa Xarici İşlər Naziri, Napoleon Bonapartın oğlu qraf A.Valevski rəhbərlik edirdi. Rusiyanı iki şəxs təmsil edirdi. Birinci şəxs fövqaladə səlahiyyətli qraf A.F.Orlov, ikincisi isə Londonda uzun müddət Rusiya səfiri olmuş F.İ.Brunnov idi. Britaniyanı Lord Vilers Corc Klarendon və Henry Vellesli təmsil edirdi. Avstriya Fon Karl Ferdinant Buolem, Sardiniya krallığı isə Kamillo Kavur timsalında konqresə qoşulmuşdu. Osmanlı imperiyası adından qatılan nümayəndə heyətinə sədrəzəm Mehmed Əmin Əli Paşa rəhbərlik edirdi. Rusiya "Şərq məsələsi" çərçivəsində Osmanlı imperiyasına son vermək və türkləri Avropadan, həmçinin İstanbul boğazlarından qovmaq istəyirdi.
Paris meridianı
Paris meridianı – Paris rəssədxanasından keçən meridiana deyilir. Meridianın adı 1884-cü ildə Fransada qəbul olunmuşdur. Coğrafi uzunluqların hesablanmasında istifadə olunur. Paul Murdin: Full Meridian of Glory. Perilous Adventures in the Competition to Measure the Earth.
Paris metropoliteni
Paris Metrosu — Fransanın paytaxtı Parisdə yerləşən dünyanın ən köhnə və böyük metrolarından biridir. İlk dəfə 1900-cü ildə inşa edilən Paris metrosunda 16 xətt mövcuddur və cəmi 214 km uzunluğa malikdir. Paris şəhərinin simvolu olaraq göstərilən Paris metrosunun arxitektura şəkli Art Nouveau-dan təsirlənmişdir. Paris metropoliteni 14 nömrələnmiş "böyük" xəttə və 2 qısa keçid (3-cü və 7-ci) xəttinə malikdir. Yolların uzunluğu 214 km olan metroda 301 (həmçinin 62 transplantasiya) stansiya var. Bir halda ki, transplantasiya stansiyaları birdən çox xəttə aiddir və metronun bütün xətlərində dayanacaqların ümumi miqdarı 384 ədəd təşkil edir. Stansiyalar arasındakı orta məsafə 620 m olan metroda yeraltı və yerüstü xətlərin sayı 21-dir. Paris metrosuna minmək üçün xüsusi kartonu xatırladan gündəlik, aylıq və illik biletlərdən istifadə edilir. Hətta bir həftəlik biletlər də mövcuddur. Bir biletin qiyməti 1,50 avrodur.
Paris metrosu
Paris Metrosu — Fransanın paytaxtı Parisdə yerləşən dünyanın ən köhnə və böyük metrolarından biridir. İlk dəfə 1900-cü ildə inşa edilən Paris metrosunda 16 xətt mövcuddur və cəmi 214 km uzunluğa malikdir. Paris şəhərinin simvolu olaraq göstərilən Paris metrosunun arxitektura şəkli Art Nouveau-dan təsirlənmişdir. Paris metropoliteni 14 nömrələnmiş "böyük" xəttə və 2 qısa keçid (3-cü və 7-ci) xəttinə malikdir. Yolların uzunluğu 214 km olan metroda 301 (həmçinin 62 transplantasiya) stansiya var. Bir halda ki, transplantasiya stansiyaları birdən çox xəttə aiddir və metronun bütün xətlərində dayanacaqların ümumi miqdarı 384 ədəd təşkil edir. Stansiyalar arasındakı orta məsafə 620 m olan metroda yeraltı və yerüstü xətlərin sayı 21-dir. Paris metrosuna minmək üçün xüsusi kartonu xatırladan gündəlik, aylıq və illik biletlərdən istifadə edilir. Hətta bir həftəlik biletlər də mövcuddur. Bir biletin qiyməti 1,50 avrodur.
Barıs
Qarış
Qarış — keçmiş zamanlardan bu günümüzəcən işlədilən təxmini uzunluq ölçü vahidi. Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri də qarış adlanır. Qarış da türk sözüdür. Diqqəti cəlb edən məqamlardan biri bəşər sivilizasiyasının inkişafında əvəzsiz rol oynayan şumerlərin də dilində torpaq ölçmək üçün eyni sözün olmasıdır. Məşhur Amerika şumerşünası S.N.Kramer şumerlərə məxsus "Əkinçinin təqvimi" mətnini tərcümə edərkən torpaq ölçü vahidi kimi qaruş//qareş sözünü eynilə saxlamışdır. Sonralar onun əsəri ("Tarix Şumerdən başlayır") rus dilinə tərcümə edilərkən qareş sözünə heç bir dəyişiklik edilməmişdir. S.N.Kramerin əsərində qareş sözü 6–7 m uzunluğunda torpaq zolağı kimi şərh edilmişdir. Bir qareşin şumerlərdə 6–7 m-ə bərabər götürüldüyü o qədər də inandırıcı görünmür. Hazırda çox da dəqiqlik tələb olunmayan yerlərdə xalq qarışdan istifadə edir. Qarış əli açıq vəziyyətdə tutduqda baş barmağın ucundan çeçələ barmağın ucuna qədər olan uzunluğu bildirir və bu da orta hesabla 0,213 m-ə, yəni təqribən 20 sm-ə bərabərdir.
Xaniş
Xanış adası (ərəb dilində:جزر هانيش‎‎) — Qırmızı dənizdə arxipelaq. Onun adalarının çoxu Yəmənə məxsusdur, lakin 1995-1998-ci illərdə bu adalara Eritreya da iddia etmişdir. Arxipelaq üç böyük adadan və çoxlu xırda adalardan ibarətdir. Ən böyük ada - Zukar adası (Sahəsi - 120 kv. km.-dir) arxipelaqın şimalında yerləşir. İkinci böyük ada olan Əl-Xaniş-əl-Kabir (Great Ḩanīsh) adası (sahəsi - 116 km. km.-dir) isə arxipelaqın cənubunda yerləşir. Bu iki adanın arasında Əl-Xaniş-əl-Saqir (Little Ḩanīsh) adası və bir neçə kiçik ada yerləşir. 1923-cü ilədək Xaniş adasına Türkiyə iddia etmişdir.Həmin vaxtdan 1941-ci ilədək Xaniş arxipelaqı İtaliya müstəmləkəsi olan Eritreyanın idarəsi altında olmuşdur. 1941-ci ildə İtaliyanın müstəmləkə ordusu məğlubiyyətə uğradıqdan sonra Britaniya ordusu Eritreya üzərində protektoratlığını elan etdi.
Arıs
Arıs — Qazaxıstanın Türkistan vilayətində şəhər (1956-cı ilə qədər — qəsəbə). Çimkent aqlomerasiyasının bir hissəsidir. == Tarixi == Arıs, 1900-cü ildə Orenburq-Daşkənd dəmir yolu xəttindəki bir stansiya olaraq quruldu. 1901–1904-cü illərdə inşa edilmiş dəmir yolu stansiyasının binasında İmperator II Nikolayın monoqramları hələ də qorunub saxlanılır. 2009-cu ilin mart ayında "Kazarsenal" QHT-də baş verən partlayış nəticəsində 3 nəfər öldü. 26 iyun 2014-cü ildə silah sursat məhv edildiyi yerdə barıt partladı və nəticədə 2 nəfər öldü. 2015-ci ilin noyabr ayında tullantıların məhv edilməsi zamanı zibilxanada partlayıcı işə düşdü. Nəticədə 1 nəfər (texnoloq) öldü. 24 iyun 2019-cu il tarixində hərbi hissənin ərazisində partlayış baş verdi, yaxınlıqdakı binalar şok dalğasından ziyan gördü. Şəhərin bütün əhalisi (40.000 nəfərdən çox) təxliyə edildi.
Garıs Əyribənd
Garis Əyribənd (əvvəlki adı: Qarıs Əyribənd) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Karrar kənd inzibati ərazi dairəsi tərkibindəki Qarıs Əyribənd kəndi Garıs Əyribənd kəndi adlandırılmışdır. == Toponimikası == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 719 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kosmik yarış
Kosmik yarış — SSRİ və ABŞ arasında 1957–1975-ci illərdə kosmosun fəthi sahəsində gedən gərgin mübarizə. Bu dövr süni peyklərin buraxılması, kosmosa heyvanların və insanın göndərilməsi, avtomatik stansiyaların Ay, Mars və Veneraya göndərilməsi və insanın Aya ayaq basması ilə xarakterizə olunur. Terminin adı "Silahlanma yarışı"nın adına uyğunlaşdırılmışdır. Kosmik yarış soyuq müharibə dövründə SSRİ və ABŞ arasında mədəni, texnoloji və ideoloji qarşıdurmanın vacib bir hissəsinə çevrilmişdi. Bu onunla əlaqəli idi ki, kosmik tədqiqatlar elmi və hərbi layihələr üçün böyük əhəmiyyət daşımaqla yanaşı, insanlarda ruh yüksəkliyi də yaradırdı. "Yarış" 4 oktyabr 1957-ci ildə Sovet İttifaqında Yerin ilk süni peyki "Sputnik-1"in kosmosa göndərilməsi ilə başlanmışdır. Kosmik yarış dövründə SSRİ və ABŞ peyklərini orbitə öz daşıyıcı raketləri ilə çıxaran, idarəolunan kosmik uçuşları başladan, Günəş sisteminin digər planetlərini tədqiq edən dünyanın ilk və əsas "kosmik gücünə" çevrildilər. Kosmosa insan göndərilməsi ətrafında gedən yarış SSRİ-nin qələbəsi ilə başa çatdı. 1961-ci il, aprelin 12-də SSRİ-də "Vostok" gəmisi ilə Yuri Qaqarin yerətrafı orbitə göndərildi. Beləliklə, SSRİ dünyada kosmosa ilk insan göndərən dövlət oldu və bu məsələdə ABŞ-yə texniki və ideoloji zərbə endirdi.