Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yarpız
Nanə (lat. Mentha) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş qoxulu bir bitkidir. Daha çox nəmli yerləri sevir. İştah açır. Sinirləri sakitləşdirir və bədənə rahatlıq verir. Stressə və baş ağrısına yaxşı gəlir. Spazm və ürək döyüntüsü riskini azaldır. Qızdırmanı salır. Həzm sistemi və mədə üçün çox faydalıdır.
Uzunyarpaq yarpız
Uzunyarpaq yarpız (lat. Mentha longifolia) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. Hündürlüyü 30-100 sm, sürünən kökümsovlu, gövdəsi düz, dördtilli, sıx yumşaq və qısa tüklüdür, çox vaxt ağımtıl rəngdədir, adətən qollu-budaqlı olan çoxillik ot bitkisidir. Hündürlüyü 30-100 sm olan sürünən kokümsovlu çoxillik bitkidir. Gövdəsi düz, adətən budaqlı, kəsikdə dördkünc, yumşaq tüklü, ağımtıl rəngdədir. Yarpaqları oturaq, ucu biz, uzunsovyumurtavari, bəzən uzunsov-lansetvari, qıraqları mişarvari-diş-dişlidir, üstdən bozumtul-yaşıl, tükləşmiş, altdan ağ keçəvaridir. Çiçəkqrupu gövdənin və ya budaqların ucunda sıx, silindrikvari sünbül əmələ gətirir. Kasacığı zəngvari, çox tüklü, tacı 4–5 mm, çəhrayıdır. Qozcuqları yumurtavari, təpəsi tüklüdür. İyun-avqust aylarında çiçəkləyir, sentyabr oktyabrda meyvə verir.
Yarpız (dağ)
Yarpız — Qax rayonu ərazisində dağ. Baş Qafqaz silsiləsinin cənub yamacında, İlisu kəndinden сənubda yerləşir. Hündürlüyü 2611 m-dir. Dağ burada yarpız bitkisinin bolluğu ilə əlaqədar belə adlanmışdır.
Yarpız (dəqiqləşdirmə)
Yarpız
Yaysız il
"Yayı olmayan il" (ing. “Poverty Year”, “The Summer that Never Was”, “Year There Was No Summer”) — 1816-cı il Şimali Amerikada və Qərbi Avropada çox soyuq keçdiyindən həmin il tarixdə bu adla qalmışdır. Meteoroloji müşahidələrin başlandığı dövrdən bəri ən soyuq il olmuşdur. ABŞ-də 1816-cı ili, həm də “Eighteen hundred and frozen to death” (“Min səkkiz yüz və ölümcül şaxta”) adlandırırlar. 1920-ci ildə amerikalı iqlim tədqiqatçısı Uilyam Hamfreys “Yayı olmayan ili” izah edə bilmişdir. O iqlimdə baş verən dəyişiklikləri Sumbava adlı İndoneziya adasında yerləşən Tambora vulkanının püskürməsi ilə izah etmişdir. Bu püskürmə tarixən müşahidə edilmiş ən güclü vulkan püskürməsi sayılır. 1815-ci ildə baş vermiş bu püskürmə VEİ şkalası üzrə 7 bal gücünə malik idi və atmosferə atılmış 150 km3 kül növbəti illərdə şimal yarımkürəsində vulkanik qış effekti yaratmışdı. Başqa bir məlumata görə, 1809-cu ildə tropiklər ərazisində daha bir vulkan püskürməsi baş vermişdi və onun barəsində yazılı qeydlər olmasa da, onun püskürmə gücü Tambora vulkanı ilə müqayisə edilən idi. Bu iki püskürmənin nəticəsində növbəti onillik (1810-1819) son 550 il ərzində ən soyuq onillik kimi tarixdə qalmışdı .
Yoldaşlıq oyunu
Yoldaşlıq oyunu (bəzən hazırlıq matçı və ya dostluq oyunu) — idmanda, çempionata və ya kuboka aid olmayan rəqabət. Dostluq oyununda iştirakçılar üçün, nəticəsi oyun keyfiyyəti kimi əhəmiyyətli deyil.
Başsız
Başsız (Eçmiədzin)
Qarpız
Qarpız (lat. Citrullus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. Əkilmə ərazisinə görə bostan deyil, bağça bitkisi sinfinə aiddir. Çinin paytaxtı Pekin şəhərində Dünyada yeganə Qarpız muzeyi yerləşir. Muzeydə 600-dən çox qarpız və yemiş növləri, qarpız və yemişlərin şəkilləri sərgilənir, lakin eksponatlar həqiqi deyil, süni materialdan hazırlanmışdır. Qarpız təxminən 92% sudan ibarətdir, buna görə də isti gündə yemək çox təravətləndiricidir. Dünyada ən çox qarpız istehsal edən ölkə Çin, ondan sonra Türkiyə və İrandır. Qarpız ənənəvi olaraq yay aylarında pikniklərdə və digər açıq hava toplantılarında yeyilir. Bəzi ölkələrdə qarpızdan içkilər hazırlanır, məsələn, Meksikada agua fresca və dünyanın digər yerlərində "smoothies". Qarpız isti və günəşli iqlimlərdə yetişdirilən isti mövsüm məhsuludur, böyüməsi üçün bol su tələb olunur.
Yanszı
Yantszı (çin. 長江 — Uzun çay; çin dilində |揚子江|扬子江|Yángzǐ Jiāng|Yantsızyan) ) — Avrasiyanın ən sulu və uzun çayıdır. Dünya üzrə uzunluğuna görə Nil və Amazon çaylarından sonra 3-cü yeri tutur. Çin ərazisi ilə ilə axır, uzunluğu 5800 km, hövzəsinin sahəsi — 1 808 500 km². Yantszı çayı Şərqi Çin dənizinə tökülərkən böyük delta yaratmışdır. Böyük məsafədə gəmiçilik üçün yararlıdır, suvarmada geniş istifadə olunur. Çin əhalisinin dörddə bir hissəsi Yantszı çayının hövzəsində yaşayır. Çin Xalq Respublikasının ərazisində Sakit okeana (Şərqi Çin dənizi) tökülən çaylarından biri. Avrasiyada ən uzun çay. Tibet yaylasının mərkəzi hissəsindən, 5500 metr hündürlüyündən başlanır.
Yardım
Yardım (help) — diskdə saxlanılan və bir çox tətbiqi proqramlar tərəfindən istifadəçiyə kömək məqsədilə verilən informasiya; verilmiş proqramın istifadəsi üçün gərəkli olan məsləhətlərdən və ya göstərişlərdən ibarət olur. Yardım bilavasitə, yəni cari işi durdurmadan və çap sənədlərinə müraciət edilmədən alına bilər. Bəzi yardım sistemləri konteksdən-asılı (CONTEXT-SENSİTİVE HELP) adlandırılır, yəni konkret iş görmək üçün yardım istəyən istifadəçi məhz həmin mövzuya və ya situasiyaya uyğun informasiya alır. Yardım vasitələri sənədlərlə (DOCUMENTATİON) müqayisədə çox geniş olmasa da, onlar yeni başlayan istifadəçilərə gərəkli informasiyaları yaddaşlarında təzələməyə, daha təcrübəli mütəxəssislərə isə proqramın az istifadə edilən imkanlarının kiçik incəlikləri haqqında tez məlumat almağa imkan verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yarlıq
Yarlıq (türk-monqolca — sərəncam, əmr) —Yerli feodallar torpaqdan istifadə etmək üçün aldıqları sənəd. xanların verdiyi yazılı fərman. Yarlıqlar, əsasən, toxunulmazlıq və imtiyazlar haqqında fərmanlar idi. Payıza hökmdarın adından mandat kimi verilən üstü imzalı lövhəcik. Yol buraxılışı kimi istifadə olunan payızanın sahibi onun vasitəsilə özünə lazım olan hər şeyi ala bilərdi. Tapşırığın vacibliyindən asılı olaraq, payıza qızıldan, gümüşdən, çuqundan, bürüncdən və taxtadan ola bilərdi. Yarlıqların aşağıdakı növləri vardır. Etiket, malların üstünə yapışdırılan və onların adını, çəkisini, növünü, qiymətini və s. göstərən kağız; Malın üstünə yapışdırılan və onun adını, miqdarını, hansı müəssisə və ya firmada buraxıldığını bildirən etiket. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Şamsız
Şamsız - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunda kənd. Toponim bitki adı bildirən şam sözünə -sız şəkilçisinin artırılması ilə düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1897-ci ildə 124 nəfər, 1914 - cü ildə 186 nəfər, 1916-cı ildə 911 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanalar tarixi-etnik torpaqlarına dönmüşdür. Burada 1926-cı ildə 54 nəfər, 1931-ci ildə 52 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə azərbaycanlılar kənddən çıxarılmış və kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Adsız
Artız
Artız — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsinlə qeyd edilmişdir. Toponim qədim türk dilində "ardıc, ardıc kolu" mə’nasında işlənən artız sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Gehard qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 221 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 426 nəfər, 1904-cü ildə 293 nəfər, 1914-cü ildə 480 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına mə'ruz qalaraq depertarsiya olunmuş, kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
Antiqona (Peleyin yoldaşı)
Antiqona ( q.yun. Ἀντιγόνη ) — qədim yunan mifologiyasında personaj. Fessaliya Ftiotida padşahı Evrition onu Peleyə həyat yoldaşı kimi verilmiş və o, eyni zamanda padşahlığın üçüncü hissəsini almışdır. Kalidon ovu zamanı Peley təsadüfən Evritionu qətlə yetirmiş və Fessaliyadan qaçmağa məcbur olmuşdur. İolk padşahı Akast Peleyi qətlin çirkabından təmizləmişdir. Sonuncunun həyat yoldaşı Astidamiya Peleyə ehtirasla alovlanmış və rədd edilərək onu zorla ona təcavüz etməkdə günahlandırmışdır. Antiqona ümidsizlikdən özünü asmışdır. Peley daha sonra İolku fəth etmiş, Akastı və onun həyat yoldaşını edam etməklə qisas almışdır.
Peribeya (Polibin yoldaşı)
Peribeya ( q.yun. Περίβοια) — yunan mifologiyasında Korinf tsiklına aid personaj, Korinf padşahının həyat yoldaşı və ya Edipi övladlığa götürən qadın. Peribeya mənbələrdə əsasən Edip hekayəsi ilə əlaqədar olaraq xatırlanır. Peribeya Korinf və ya Sikion padşahı Polibin həyat yoldaşı idi. O, Kiferon yamacında tapılmış bir tənha uşağı övladlığa götürmüş və ona Edip adını qoymuşdur. Peribeya onun mənşəyi haqqında həqiqəti gizlətməyə başlamışdı. Psevdo-Apollodorun təqdim etdiyi versiyaya görə, bir gün Edip həmyaşıdları tərəfindən bu mənşəyə sahib biri adlandırılanda, o, "Peribeyadan bunu soruşmağa başlamış, lakin ondan heç nə öyrənə bilməmişdir".
Carız
Cariz (ərəb. جارز‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 162 ailədə 495 nəfəri kişilər və 450 nəfəri qadınlar olmaqla cəmi 945 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 53 km şimal–şərqdə, Əzaz şəhərindən isə 10 km cənub–şərqdə, dəniz səviyyəsindən təqribən 490–500 metr hündürlükdə yerləşir. == Şərhlər == == İstinadlar == == Xarici keçidlər == Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Sarız
Sarız (türk. Sarız) — Kayseri ilinin ilçəsi.
Yassı
Yassı (rum. Iași) — Rumıniyada şəhər, Yassı judetsinin inzibati mərkəzi, Moldaviya knyazlığının keçmiş paytaxtı, Qərbi Moldaviyanın mərkəzi. 2002-ci il siyahıyaalınmasına görə, Yassı əhalisi təxminən 320 min nəfər idi (ölkədə Buxarest və Konstansadan sonra 3-cü ən böyük şəhər), lakin sonra əhalisi bir qədər azalmış və 2011-ci il siyahıyaalmasına görə 290,422 nəfər (4-cü ən böyük şəhər) olmuşdur. 2023-cü ilə qədər şəhərin əhalisi yenidən 308,892 nəfərə yüksəlmişdir. 2002-ci ildə əhalinin 98,5%-i rumınlar, 0,59%-i romanilər və 0,13%-i yəhudilər, yunanlar və lipovanlardan ibarət idi. Macarlar 0,08%, almanlar 0,05%, digər etnik qruplar isə 0,39% təşkil edirdi. "Сайт города" (ingilis). 2006-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-05.
Dünyada yalnız
Dünyada yalnız (fr. Seule au Monde,ing. Alone in the World) - fransız akademik rəssamı Vilyam Buqro tərəfindən işlənmiş əsər. Əsər rəssamın yaradıcılığının ilk dövrlərinə aid edilir. Tədqiqatçı Teo Van Qoq əsərin 1867 - ci ildən əvvəl çəkildiyini bildirmişdir. Əsərdə əlində violonçel tutaraq Parisdə, Sena çayının sahilində durmuş qız təsvir edilmişdir. Qız daha çox sol tərəfdən və qəmli sima ilə görünməkdədir. Qızın arxasında isə Paris Məryəm Ana kilsəsi və Royal Pont körpüsü görünməkdədir.
Humanitar yardım
Humanitar yardım — yardıma ehtiyacı olan insanlara maddi və maddi-texniki yardım göstərilməsidir. 2016-cı ildə dünyada 130 milyon insan humanitar yardımlardan və humanitar yardım işçilərinin həmin yardımları çatdırmaq səylərindən asılı olub.
Kvadrat qarpız
Kvadrat qarpız (ing. Square watermelon) — kub formasında xüsusi şəraitdə yetişidirilmiş qarpız çeşidi. Kvadrat qarpızlar əsasən Yaponiyada yetişdirilməkdədir və bir ədədi 100 ABŞ dolları dəyərində qiymətləndirilir. == Məqsəd və istifadəsi == Kvadrat qarpızların ilk dəfə Yaponiyada istehsal olunmuşdur. Belə qarpızları ilk dəfə 1978-ci ildə Kaqava prefekturasının Zentsuci şəhərinin Fudeoka rayonunun fermerləri onların soyuducuya rahat yerləşməsi üçün istehsal ediblər. Sonradan Yaponiyanın qərbində yerləşən Kanaqava prefekturasını fermerləri dördbucaq qarpızların ölkə bazarlarına göndərilməsinə başlayıblar. XXI əsrdən etibarən məşhurluq qazanan qarpızların Amerika Birləşmiş Ştatlarında da istehsal olunmasına başlanılıb. Qarpızların bu formada yetişdirilməsi üçün xüsusi hazırlanmış istixanalardan istifadə olunur. Kvadrat qutuların içərisində yetişidirlən qarpızlara daimi nəzarət və qulluq tələb olunur. 2001-ci ilin məlumatlarına görə bu tip qarpızlar ədədi 83 ABŞ dollarına bərabər olduğundan əsasən zəngin və dəbdəbəli istehlakçılara xitab etmək üçün hazırlanmışdır.
Marsın kolonizasiyası
Marsın məskunlaşdırılması — Marsın insanların məskəninə çevrilməsinə verilən ad. Bu planet çoxlu elmi tədqiqatın diqqət mərkəzindədir. Marsın səthi və şəraiti Yer kürəsindən sonra Günəş sistemindəki ən qonaqpərvər planetdir. Veneradan başqa Marsdan hər hansı bir planetə çatmaq üçün vahid enerji tələb olunur. Digər planetlərdə, o cümlədən Marsda daimi insan məskənləri, elm, fantastika ən çox yayılmış mövzulardan biridir. Marsın nəfəs almayan atmosferi var, o qədər nazikdir ki, onun temperaturu orta hesabla −70 ilə 0 °C (-94 və 32 °F) arasında dəyişir, lakin bütün planetdə toz fırtınalarına səbəb olacaq qədər qalındır. Texnologiyaların inkişafı və insanlığın gələcəyi ilə bağlı narahatlıqlar artmaqdadır. Məkanın müstəmləkəçiliyinə səbəb olanlar arasında iqtisadi maraqlar, robot əvəzinə insanlar tərəfindən yaxşı həyata keçirilən uzunmüddətli elmi tədqiqatlar və həqiqi maraq vardır. Həm özəl, həm də ictimai təşkilatlar uzun müddətli səylərin canlılığını təsdiq etmək və Marsda daimi bir insan varlığına doğru addımlar atmaq üçün öhdəlik götürmüşlər. Tədqiqat və ya missiya planlaşma ilə məşğul olan kosmik agentliklər arasında NASA, Roscosmos və Çin Milli Kosmos İdarəsi vardır.
Marsın məskunlaşdırılması
Marsın məskunlaşdırılması — Marsın insanların məskəninə çevrilməsinə verilən ad. Bu planet çoxlu elmi tədqiqatın diqqət mərkəzindədir. Marsın səthi və şəraiti Yer kürəsindən sonra Günəş sistemindəki ən qonaqpərvər planetdir. Veneradan başqa Marsdan hər hansı bir planetə çatmaq üçün vahid enerji tələb olunur. Digər planetlərdə, o cümlədən Marsda daimi insan məskənləri, elm, fantastika ən çox yayılmış mövzulardan biridir. Marsın nəfəs almayan atmosferi var, o qədər nazikdir ki, onun temperaturu orta hesabla −70 ilə 0 °C (-94 və 32 °F) arasında dəyişir, lakin bütün planetdə toz fırtınalarına səbəb olacaq qədər qalındır. Texnologiyaların inkişafı və insanlığın gələcəyi ilə bağlı narahatlıqlar artmaqdadır. Məkanın müstəmləkəçiliyinə səbəb olanlar arasında iqtisadi maraqlar, robot əvəzinə insanlar tərəfindən yaxşı həyata keçirilən uzunmüddətli elmi tədqiqatlar və həqiqi maraq vardır. Həm özəl, həm də ictimai təşkilatlar uzun müddətli səylərin canlılığını təsdiq etmək və Marsda daimi bir insan varlığına doğru addımlar atmaq üçün öhdəlik götürmüşlər. Tədqiqat və ya missiya planlaşma ilə məşğul olan kosmik agentliklər arasında NASA, Roscosmos və Çin Milli Kosmos İdarəsi vardır.
Marsın peykləri
Marsın peykləri — Marsın 2 peyki var. Fobos və Deymos.
Markiz
Markiz (fr. marquis, ing. marquess, it. marchese, Latınca marchisus və ya marchio, alm. Markgraf‎) — Qərbi Avropa zadəgan titulu. İyerarxiyaya görə hersoq və qraf titularının arasındadır. İngiltərədə hersoqların böyük oğlu markiz titulu daşıyır.
Qartiz
Qartiz — Qubadlı rayonu ərazisində dağ. Bərgüşad sıra dağlarının cənub-şərq qurtaracağında zirvədir. Hündürlüyü 1277 m. Oronim qart (daş növü) və üz (örtük) komponentlərindən düzəlib, “qart daşı ilə örtülmüş” mənasındadır.
Yaksik
Yaksisk (xanqıl: 약식) və ya yakpap (xanqıl: 약밥) - koreya mətbəxinə məxsus şirniyyatdır. Şirniyyata qoz, şabalıd və s. əlavə edilir. Şirniyatın tərkibinə bal, şəkər, dad verici vanil, yağ, sous və xurmada əlavə edilir. Ənənəvi olaraq yaksik "çonvol-deborm" (xanqıl: 정월대보름) bir yerdə serviz edilir. Bu şirniyyat əsasən yeni ildə, toylarda, ad günlərində və xüsusi ziyafətlərdə təqdim olunur. Yaksikin hərfi mənası "dərmanlı düyü" və ya "dərmanlı qida" deməkdir. Tərkibində bal olduğu üçün Cosone onu "yak" yəni dərman adlandırırdı. Balın şərabla qarışıq yakçu' (약주), qaynadılmış düyü ilə bal yakkva (약과) adlanır. Digər növləri yakpan (약반), kkulban (kkulbap 꿀밥) və milbap (milbap хангыль: 밀반)-dır.
Narsizm
Narsisizm — özlərinin "xüsusi" və ya"seçilmiş" olduqlarını düşünən, öz maraqları üçün başqalarını istifadə edən, başqalarının uğurlarını qısqanan, empatiyası olmayan davranış tipidir. Termin bir çayın sularında əks olunduğuna heyran olmağı seçən və nimfa Exonun sevgisini rədd edən gözəl və gənc Narsiss haqqında olan qədim yunan mifindən irəli gəlir. Bunun cəzası olaraq o, öz əksini sevməyə məhkum olmuş və sonda onun adını daşıyan çiçəyə çevrilmişdir. Özlərinin "xüsusi " və ya "seçilmiş" olduqlarını düşünürlər, öz maraqları üçün başqalarını istifadə edirlər, başqalarının uğurlarını qısqanırlar, empati olmur, başqalarının hisslərinə və ehtiyaclarına qarşı biganədirlər, çox bəyənilmək istəyirlər, həmişə özlərini haqlı, başqalarını günahkar sayırlar, daim hər şeyi idarə(manupilyasiya) etməyə çalışırlar, özlərinin qüsursuz olduğunu düşünürlər, qüsurlarını qəbul etdirmək mümkün deyil. Xəstəliyin tam səbəbi məlum olmasa da, ətraf mühit, sosial, genetik, neyrobioloji faktorların təsir etdiyi ehtimal edilir. Əsas müalicə üsulu psixiatriya ilə olsa da, az adam müalicə üçün müraciət edir. Çünki narsistlər hərəkətlərini normal olduğunu hesab edirlər və xəstə olduqlarına inanmırlar. Bəzən isə başqa xəstəliklərə(maddə istifadəsi bağımlılığı, bipolar, depressiya və s.) görə həkimə müraciət edirlər. Narsisistik şəxsiyyət pozğunluğunun ən fərqli xüsusiyyətlərindən biri də problem yaradan davranışları qəbul edib dəyişməyə çox dirənmələri, günahı başqalarında axtarmaqda peşəkar olmaları, ən kiçik tənqidi belə münaqişəyə, münaqişəyə və hətta aqressivliyə çevirmələridir. Bundan əlavə, ümumi narsistik şəxsiyyət pozuntusu əlamətləri olaraq: manipulyasiya; İnsanları öz mənfəətləri və mənafeləri üçün istifadə etmək; Eyni statuslu dostluqlarda belə irəlidə olmaq istəyi, rəqabətdə olmaq; Öz qabiliyyətlərini və nailiyyətlərini şişirtmək və həddindən artıq qiymətləndirmək; Əsaslandırılacağı mühitlər yaradaraq təsdiqlənmək arzusu, Özünü ən yaxşı, ən gözəl, ən uğurlu və ən ağıllı görmək, Cəmiyyətin zirvəsində olduğunu iddia edən, Daim tərif gözləmək və bunun üçün təzyiq mühiti qurmaq, Göründüklərinin əksinə, özlərinə inam baxımından kövrəkdirlər və bu onların ən böyük qorxusudur.Cemre Etimoloji rəvayətə görə, Eko adlı pəri ovçu Narsistə vurulur, ancaq ondan qarşılıq görə bilmir.
Qarsia
Qarsia — soyad. Endi Qarsia — Kubalı aktyor. Ana Fernandez Qarsia — İspaniya aktrisası. Vata Matanu Qarsia — karyerasını bitirmiş anqolalı futbolçu.
Aksiz
Aksiz — kütləvi istehlak mallarının bəzilərinə (duz, qənd, kibrit, tütün, spirtl i içkilər və s.), xidmətlərə (kommunal, nəql. və s.), həmçinin zinət əşyalarına (zərgərlik məmulatı) və mineral xammala onların qiymətlərinə daxil edilməklə qoyulan dolayı vergi növü. Aksiz vergisi yüksəkrentabelli məhsul istehsalından əldə olunan mənfəəti büdcə gəlirinə əlavə etmək məqsədilə qoyulur. Aksiz dərəcələri hökumət tərəfindən təsdiqlənir və bütün ölkə ərazisində vahid qaydada tətbiq olunur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 246.
Arsin
Arsin (türk. Arsin) — Trabzon ilinin ilçəsi.
Artiz
Artız — İrəvan quberniyasının İrəvan qəzasında, indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsinlə qeyd edilmişdir. Toponim qədim türk dilində "ardıc, ardıc kolu" mə’nasında işlənən artız sözündən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Gehard qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 221 nəfər, 1886-cı ildə 267 nəfər, 1897-ci ildə 426 nəfər, 1904-cü ildə 293 nəfər, 1914-cü ildə 480 nəfər, 1916-cı ildə 466 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına mə'ruz qalaraq depertarsiya olunmuş, kənddə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.
Arşın
Arşın— Şərqdə uzunluğu ölçmək üçün istifadə edilən uzunluq ölçü vahidi. == Ümumi məlumat == Alimlər uzun illər apardıqları ciddi araşdırmalar nəticəsində belə bir fikrə gəlmişlər ki, Azərbaycan ərazisi mədəni əkinçiliyin ən qədim ocaqlarındandır. Sonrakı mədəni-təsərrüfat inkişafı zəminində cəmiyyətin istehsal münasibətlərində baş verən köklü dəyişikliklər məhsuldar qüvvələrin, eləcə də əmək alətlərinin yeni-yeni formalarının yaranmasına müsbət təsir göstərmişdir. Bu dövrdə qədim əcdadlarımızın düşünmə qabiliyyəti artmış, həyatın bəzi sirlərini dərk etmək bacarığı çoxalmış, onlar əkinəcəklərdə, torpaq sahələrində, mal-qaranın sayının müəyyənləşdirilməsində, yaşayış evlərinin tikintisində və digər yüzlərlə həyati işlərdə ölçüyə - hesablamaya ehtiyac duymuşlar. Odur ki, zaman keçdikcə, daha dəqiq və mükəmməl ölçü vahidləri meydana çıxmışdır. Arşın uzunluq ölçü vahidi də məhz belə yaranmışdır. Arşın türk sözü olub çox qədimlərdən xalqımızın məişətinə daxil olmuş və bu gün də kənd təsərrüfatında torpaqölçmə işlərində geniş istifadə edilən 0,71 m-ə bərabər uzunluq ölçüsüdür. Hətta yer ölçmək üçün iki ağacdan haça şəklində düzəldilən və hər addımı 0,71 m-ə bərabər olan alət də arşın adlanır. Bu haçaları bəzən 2 arşınlıq da düzəldirlər. Arşın 1931-ci ilədək Türkiyədə geniş istifadə olunmuş uzunluq ölçü vahidi idi; ipək parçaların ölçülməsi üçün ticarət arşını 60 sm-ə, digər parçalar üçün 68 sm-ə, inşaat arşını isə 75,8 sm-ə bərabər idi.