Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yatağan dəmirtikan
Yatağan dəmirtikan (lat. Tribulus terrestris) — dəmirtikan cinsinə aid bitki növü. == Botaniki xarakteristikası: == Birillik ot bitkisi olub, nazik, düz kökləri olur. Gövdəsi budaqlanan olub, uzunluğu 10-60 (120) sm-dir. Yarpaqları qarşı-qarşıya, cüt-cüt, mürəkkəb lələkvari, 6-8 olmaqla, cüt-cüt yerləşən uzunsov yarpaqcıqdan ibarət, uzunluğu 3-8 sm, eni isə 1,5-2 sm-dir. Çiçəkləri qoltuq yarpaqlarından ibarət, qısa ayaqcıqlı, tək, azsaylı, kiçık, 1,2 sm diametrində çiçək tacından ibarətdir. İkiqat çiçək yanlığı, düzgün, beşüzvlü olmaqla, 10 erkəkcikdən ibarətdir. Yetişən zaman meyvələri 5 ulduzşəkilli künclü və 4 ədəd uzun və sərt tikan və çoxsaylı qabarcıqlardan ibarətdir. Çiçəkləri yaşıl-sarı, yarpaqları yaşıl, meyvələri isə açıq-yaşıldır. Özünəməxsus zəif iylidir.
Yatağan ilanlar
Yatağ ilanlar, və ya Qum yatağan ilanları (lat. Eryx) – Yatağanlar fəsiləsinə aid ilan cinsi. == Xüsusiyyətləri == Bu cinsə daxil olan ilan növlərinin yalnız az qismi qumda yuxa qururlar. Digər qismi isə gilli, çınqıllı və daşlıqlı ərazilərdə yuxa qurur. Bədəni silindirik formaya malik olur və əzələ sistemi yaxşı inkişaf etmişdir. Quyruğu isə çox qısadır. Gözləri xırda olub yuxarı istiqamətlənmiş formadadır. Ön dişləri arxa dişlərinə nisbətən uzundur. Onlar əsasən öz ovunu əzələli bədəni ilə sıxaraq öldürürlər. Əsasən kərtənkələlərlə qodalanır.
Qərb yatağanı
Qərb yatağanı (lat. Eryx jaculus) — Yatağanlar fəsiləsinə aid ilan növüdür. == Xariçi görünüş == 80 sm uzunluğa malik olurlar. Quyruqları isə çox qısa olur. == Qidalanması == Əsasən kərtənkələ və gəmiricilərlə qidalanır. == Yayılması == Onlara Balkan yarımadası, Xəzərönü yarımsəhralardan şərqi Altay ərazilərinə qədər ərazilərdə rast gəlinir. == İstinadlar == == Xarici keçidlər == "Позвоночные животные России: Западный удавчик" (rus). sevin.ru. 2012-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-11.
Yatağanlar
Yatağanlar (lat. Boidae) — pulcuqlular dəstəsinə aid ilan fəsiləsi.
Yamağan
Yamağan (fars. یمقان‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 151 nəfər yaşayır (55 ailə).
Yatuğan
Yatuğan (qaz. jetıgen, xakasca çatxan, monq. yatqa, çin. qujeng) — qədim türk simli aləti. Azərbaycanda Orta Çağlarda istifadə olunsa da, hazırda unudulub. == Tarixçə == Yatuğan Azərbaycana Orta Asiyadan, Çindən gətirilib. Onun adına Əbdülqədir Marağayinin (XIV əsr) əsərlərində rast gəlinir. 17 simli yatuğan bir növ qanun kimi səsləndirilirdi. Türkiyəli alim B. Ögel yatuğanın türk xalqlarına məxsus olduğunu bildirir. Daha mükəmməl olan qanun alətinin inkişafı ona qohum olan yatuğanı Azərbaycanda sıradan çıxarmış ola bilərdi.
Yataman nardostaxisi
Yataman nardostaxisi (lat. Nardostachys jatamansi) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin nardostaxis cinsinə aid bitki növü.
Yaşadan, yaşayan Yaşar
== Məzmun == Filmdə böyük Azərbaycan aktyoru Yaşar Nurinin həyat və yaradıcılığından söhbət açılır. Sənət dostları onun itkisi ilə barışa bilmirlər. == Film haqqında == Film "Birinci zəng...", "İkinci zəng...", "Üçüncü zəng..." adlanan hissələrdən ibarətdir. Filmdə "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində", "Qəzəlxan", "Yol əhvalatı", "Yaramaz", "Nə gözəldir bu dünya...", "Bəyin oğurlanması", "Pəncərə", "Qonşu qonşu olsa...", "Göz həkimi", "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz", "Yarımştat", "Ac həriflər", "Yollar görüşəndə...", "Kişilər", "Ömrün yolları", "Evləri köndələn yar", "Kökdən düşmüş piano", "Topal Teymur", "Qatarda", "Yaşıl eynəkli adam", "Nigarançılıq", "Fatehlərin divanı", "777 №-li iş", "Ordan-burdan" film və televiziya tamaşalarının kadrlarından istifadə edilmişdir.
Yaşadan, yaşayan Yaşar (film, 2012)
== Məzmun == Filmdə böyük Azərbaycan aktyoru Yaşar Nurinin həyat və yaradıcılığından söhbət açılır. Sənət dostları onun itkisi ilə barışa bilmirlər. == Film haqqında == Film "Birinci zəng...", "İkinci zəng...", "Üçüncü zəng..." adlanan hissələrdən ibarətdir. Filmdə "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində", "Qəzəlxan", "Yol əhvalatı", "Yaramaz", "Nə gözəldir bu dünya...", "Bəyin oğurlanması", "Pəncərə", "Qonşu qonşu olsa...", "Göz həkimi", "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz", "Yarımştat", "Ac həriflər", "Yollar görüşəndə...", "Kişilər", "Ömrün yolları", "Evləri köndələn yar", "Kökdən düşmüş piano", "Topal Teymur", "Qatarda", "Yaşıl eynəkli adam", "Nigarançılıq", "Fatehlərin divanı", "777 №-li iş", "Ordan-burdan" film və televiziya tamaşalarının kadrlarından istifadə edilmişdir.
Mamağan
Mamağan — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanının Mamağan bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 10,872 nəfər və 3,258 ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Qalağan
Qalağan — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qarağan
Qarağan Saatlı — Ağdaş rayonunda kənd. Qarağan Sədi — Ağdaş rayonunda kənd. Qarağan Şıxlar — Ağdaş rayonunda kənd.
Qaçağan
Qaçağan (Sarvan) — Gürcüstanın Marneuli bələdiyyəsində kənd. Qaçağan (Allahverdi) — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Allahverdi Tumanyan) rayonunda kənd. Qaçağan xalçaları — Azərbaycan xalçası. Qaçağan (dağ) — Qubadlı rayonunun şimalında dağ.
Sarağan
Sarağan (lat. Cotinus) - sumaqkimilər fəsiləsinə aid bitki cinsi.Cotinus coggygria Scop. - Sarağan, vəlgə - Скумпия коггигрия- Coggygria sumach, smoke treeKol və ya ağac bitkisidir. Sumaqkimilər ailəsinə daxildir. Avrasiyanın mülayim iqlimi olan zonalarında, eləcə də Şimali Amerikanın şərqində yayılmışdır. Sarağanı dekorativ bitki kimi, eləcə də sarı rəng almaq üçün xammal kimi istifadə etmək üçün becərirlər. == Botaniki təsviri == Hündürlüyü 1-4 m olan, qabığı xırda çatlı kol, bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür.
Zarağan
Zarağan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd keçmişdə Qəbələ şəhərinin 3 km.-liyindəki Şıx Taci qəbristanlığının yanında yerləşirdi. Çökək yerdə, həm də çay ağzında olduğuna görə əhali indiki yerə köçüb, burada məskunlaşmışdır. Kəndin adı ərazidəki sarağan (vəlgə də adlanır) ağacının bolluğu ilə əlaqədardır. Həmin ağacın yarpağından keçmişdə dəri aşılamaq, özəyindən isə sarı boya almaq üçün istifadə olunurdu. Ərazidə Sarağan meşəsi də var. == Coğrafiyası və iqlimi == Zarağan kəndi rayon mərkəzindən 7 kilometr cənub qərbdə, Dəmiraparançayın sahilində, Alazan-Həftəran vadisində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2804 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Elman Məmmədov — kimya elmləri doktoru, professor. == İqtisadiyyatı == Kəndin üç yolun ayrıcında (Qəbələ-Bakı, Qəbələ-Ağdaş və Qəbələ-Oğuz) yerləşməsi, şəhərə yaxınlığı səbəbindən burada iri ticarət obyektləri mövcuddur.
Zayağan
Çapağan
Çapağan (lat. Megacephala) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin qaçağanlar fəsiləsinə aid heyvan cinsi.
Natavan
Xurşidbanu Natəvan xanım Cavanşir-Usmiyeva (6 avqust 1832, Şuşa, Gürcüstan quberniyası, Rusiya imperiyası – 2 oktyabr 1897, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası) — XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Mehdiqulu xan qızı Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırmışlar.Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşidbanu Quran ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars diləri, onların sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. О, lazımi dərəcədə bilik əldə etdikdən sonra müntəzəm surətdə mütaliə ilə məşğul olmuşdur.
Ataman
Ataman (türkcə-başçı) və ya otaman (ukr. Отаман) — Qədim türklərdə sonralar isə kazaklarda qoşun başçısı. Ataman vəzifəsi hərbi demokratiya ünsürü daşıyırdı və irsi deyildi. Müharibə zamanı üçün seçilən atamanları varına görə deyil, ağıllarına, igidliyə və başqa şəxsi keyfiyyətlərinə görə seçirdilər. Lakin ataman vəzifəsi də bir çox başqa vəzifələr kimi tarixi transformasiyaya uğramışdı. Sonrakı dövrlərdə atamanlar həm də xüsusi mülkiyətinə, hakimiyətə loyallığına görə seçilirdilər.
Yarğan
Yarğan — nisbətən hündür-düzənlik sahələrə aid olur. Yarğanın baş tərəfində eroziya daha şiddətli gedir. Meşənin olmaması və yamacların şumlanması yarğanın genişlənməsinə səbəb olur. Yaylaq zonasında intensiv mal-qara otarılması İlə əlaqədar bitki və torpaq örtüyünün pozulması yarğanların inkişafına şərait yaradır. Yarğan – mənfi xətti relyef forması, dar, dik yamaclı, yuxarı hissədə şaxələnmiş, yanları çılpaq olur. Uzunluğu bir neçə km, eni və dərinliyi bir neçə 10 m-ə çatır. Adətən tez yuyulan çökmə süxurlarda inkişaf edib, dövrü olaraq davam edən yağış və qar sularının axını nəticəsində əmələ gəlir. (rus. овраг, ing. gulch, gully, ravine) Yarğanlar əsasən kənd təsərrüfatına böyük zərər verir, əkin sahələrini parçalayır, yararsız hala salır.
Ağquyruq çalağan
Ağquyruq çalağan (lat. Elanus leucurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Adi sarağan
Parik ağacı (lat. Rhus cotinus) - sumaq cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1–4 m olan, qabığı xırda çatlı kol,bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür. Meyvəsi tərs yumurtavari, quru meyvəyanlıqlı çəyirdəkdir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvə verir. == Mənşəyi və yayılması == Sarağan kserofil coğrafi tipinin aralıdənizi sinfinin aralıq dənizi qrupuna aiddir.Apalıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Çin, Himalay, Yaponiya və Qafqazda yayılmışdır.Azərbaycanda sarağan Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Kür düzənliyində və Naxçıvanda arandan aşağı dağ qurşağına kimi(dəniz səviyyəsindən 900 m qədər) bitir. == Ekoloji qrup və bitdiyi yerlər == Kserofitdir, dağ-kserofit bitkilik tipində rast gəlir.
Boz çalağan
Boz çalağan (lat. Elanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Bozumtul çalağan
Bozumtul çalağan (lat. Elanus caeruleus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Katalan Respublikası
Katalan Respublikası (1641) — Katalan Respublikası (1931) — Katalan Respublikası (2017) — 27 oktyabr 2017-ci ildə müstəqillyini elan edən və cənub-qərbi avropada yerləşən tanınmamış dövlət.
Katalan atlası
Katalan atlası(kat. Atles català,Orta əsrlər dövründə (1375-ci ildə hazırlanmış və yazılmış) ən mühüm Katalan xəritəsi. Bu atlas Majorkan kartoqrafik məktəbi tərəfindən istehsal edilib və Kreskes Abraham (Cresques Abraham) (həmçinin "Abraham Kreskes" (Abraham Cresques) kimi tanınan),özünü dünyanın xəritələr habelə kompaslar ustası , kimi təsvir edən bir yəhudi kitab aydınladıcına aid edilir. V Kral Çarlz dövründən bəri Fransa kral kitabxanası (indi Fransa Milli Kitabxanası)nda olmuşdur.
Qaraqan
Elxan Aqşin oğlu Zeynallı (3 aprel 1987, Bakı) — azərbaycanlı repçi, musiqiçi, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibi. Hal-hazırda, 10 romanın (9 Azərbaycan,1 Rus dillində) və 4 albomun müəllifidir. Elxan Zeynallı orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. == Karyerası == Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlayıb, 2007-ci ildə yaranan H. O. S. T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa etsələrdə, Qaraqan yoluna Madhouse Communnity-də davam edib.2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir. 2008-ci ildə bir müddət Amerikada yaşayır.
Sayaqan
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
Adagan
Adaqan
Yataq
Yataq — sahil çimərliyi olaraq çoxlu sayda canlının toplaşdığı ərazi nəzərdə tutulur. Bu termin bir qayda olaraq sahildə cəm şəkildə toplanmış dəniz məməliləri üçün işlədilir. Sahil yataqları əsasən qulaqlı suitilər tərəfindən təşkil olunur. == Yataqların tipi == «Yataq» termini sahildə cəmləşmiş pərayaqlılar üçün işlədilir. Bu yataqları bir necə tipə bölünür: Çoxalma yatağı (rookery) və Subay yatağı (haulout). Birinci tipə daxil olan yataqlarda canlılar çütləşmə və çoxalma dönəmini keçirirlər. İkinci tipə aid yataqlarda isə heyvanlar dincəlirlər. Öz növbəsində bu yataqların yerləşdiyi ərazinin örtüyündən (suxur və ya buzlaq) və heyvanın növündən asılı olaraq tiplərə bölmək mümkündür. Məsələn: dəniz şirləri Mednı adasında gilli, adi suitilər və morjlar müvəqqəti istirahət yerlərini daşlı, şimal dəniz fili Kaliforniya sahillərində qumlu çimərliklərdə yataqlar təşkil edirlər. Bəzi növlər məsələn: Ueddell suitisi öz yataqlarını buz üzərində qurur.