Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zöhhak Abbasov
Abbasov Zöhhak Yaqub oğlu (10 aprel 1939, Sarov, Qasım İsmayılov rayonu – 1 mart 2019) — Azərbaycan alimi, texnika elmləri doktoru (1989), professor (2012), AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Zöhhak Abbasov 10 aprel 1939-cu ildə Goranboy rayonunun Sarov kəndində anadan olmuşdur. O, 1956-cı ildə Gəncə Neft Texnikumunu, 1961-ci ildə Azərbaycan Dövlət Neft Akademiyası Dağ mühəndis ixtisası üzrə bitirmişdi. == Əmək fəaliyyəti == Zöhhak Abbasov 1965-ci ilə qədər Xəzəryanı geoloji kəşfiyyat ekspedisiyasında (Qazaxıstan) operator, böyük geoloq, baş geoloq işləyib. 1965–1975-ci illərdə "Qaradağ-neft" NQÇİ nəzdində Elmi-tədqiqat istehsalat işləri sexinin elmi-tədqiqat laboratoriyasında mühəndisdən rəisə qədər müxtəlif vəzifələrdə işləmişdir.Zöhhak Abbasov 1997-ci ildən ABŞ-nin Neftçi-Mühəndislər Cəmiyyətinin üzvü olmuşdur. Alim cəmiyyətin Azərbaycan bölməsinin yaradıcılarından biri olmuş, 2000-ci ildən cəmiyyətin Azərbaycan bölməsinin vitse-prezidentidir. O, 1997–1998-ci illərdə bu təşkilatın vitse-prezidenti vəzifəsini icra etmişdi. Eyni zamanda respublika qrant layihələrinin rəhbəri və iştirakçısı idi. == Elmi fəaliyyəti == Zöhhak Abbasov 1969–1973-cü illərdə Azərbaycan EA DNQYPİ-nun aspirantı olub. 1973-cü ildə "Su-neft emulsiyalarının yaranma mexanizminin və onların fiziki xassələrinin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Zöhhak qalası
Zöhhak qalası – İranın Şərqi Azərbaycan ostanında, Marağa – Miyanə yolunun kənarında yerləşən antik və erkən orta əsrlər dövrünə aid qala-şəhər. İki təpədən və onların arasındakı çökəkdən ibarət olan Qaleye-Zöhhak qədim şəhər yeri şimaldan cənuba təqribən bir kilometrlik ümumi uzunluğa malikdir və Əhəmənilərə qədərki dövrdən islam zamanınadək müxtəlif vaxtlarda tikilmiş qurğuları özündə ehtiva edir. Şimaldakı təpə qədim şəhər yeri həyatının Parfiya dövrünə aiddir. Bu təpə e.ə. II – I minilliklərə aid olan məskən izlərini saxlamış çökəkdən ayrılmışdır. İkinci təpədə Sasanilərin hakimiyyəti dövründə tikilmiş qala qurğuları vardır. Bu qala qurğuları yonulmamış daşlardan bərkidici məhlul olmadan hörülmüşdür, diizbucaqlı qüllələrə malikdir. Bu divarın qərb qurtaracağında, Keranku çayı tərəfdəki yerdə qala qapılarının izləri nəzərə çarpır. Görünür bütün təpənin müdafiəsi üçün təqribən tam şəkildə qalmış, daha erkən zamanlarda tikilmiş qala divarından istifadə edilirdi. Divarın xarici tərəfindən, düz qala qapılarının qarşısında yonulmamış daşlardan tikilmiş ayrı-ayrı binalar görünməkdədir.
Zəhhak
Zəhhak və ya Zəhhaq (fars. ضحاک‎, pronounced [zæhɒːk]; Avestada Azi Dəhakə (fars. اژی دهاک‎) — İran mifologiyasında üçbaşlı ilan, ilanların şahı. O, Babildə yaşamış və Əhrimənin tayfasından olan dəhşətli əjdaha idi. Son ənənədə əslən Ərəbistandan olan padşah Cəmşidin düşmənidir. O, Cəmşidi devirərək İran taxtını ələ keçirmiş, lakin Cəmşidin oğlu Firidun Dəmirçi Kavenin köməyi ilə Zəhhakın min illik zalım hökmranlığına son qoymuş, onu Dəməvənd dağının mağarasına həbs etdirmişdir.Özbəkistanda, müasir Qarşi ərazisində, Qalayi-Zəhhaki-Moron adlı böyük qədim şəhərin xarabalıqları var və bu adın mənası "ilanların padşahı Zəhhak qalası"dır. Bamyandan 15 km qərbdə yerləşən Kabilistanda bişmiş kərpicdən tikilmiş, 25 m hündürlüyündə qala ilə əhatə olunmuş və mühüm dağ keçidini müşahidə etmək üçün ucaldılmış "Zəhhak qalası" adlanan xarabalıqlar mövcuddur . == İstinadlar == == Əlavə ədəbiyyat == Boyce, Mary. History of Zoroastrianism, Vol. I. Leiden: Brill.
Zəhhaq
Zəhhak və ya Zəhhaq (fars. ضحاک‎, pronounced [zæhɒːk]; Avestada Azi Dəhakə (fars. اژی دهاک‎) — İran mifologiyasında üçbaşlı ilan, ilanların şahı. O, Babildə yaşamış və Əhrimənin tayfasından olan dəhşətli əjdaha idi. Son ənənədə əslən Ərəbistandan olan padşah Cəmşidin düşmənidir. O, Cəmşidi devirərək İran taxtını ələ keçirmiş, lakin Cəmşidin oğlu Firidun Dəmirçi Kavenin köməyi ilə Zəhhakın min illik zalım hökmranlığına son qoymuş, onu Dəməvənd dağının mağarasına həbs etdirmişdir.Özbəkistanda, müasir Qarşi ərazisində, Qalayi-Zəhhaki-Moron adlı böyük qədim şəhərin xarabalıqları var və bu adın mənası "ilanların padşahı Zəhhak qalası"dır. Bamyandan 15 km qərbdə yerləşən Kabilistanda bişmiş kərpicdən tikilmiş, 25 m hündürlüyündə qala ilə əhatə olunmuş və mühüm dağ keçidini müşahidə etmək üçün ucaldılmış "Zəhhak qalası" adlanan xarabalıqlar mövcuddur . == İstinadlar == == Əlavə ədəbiyyat == Boyce, Mary. History of Zoroastrianism, Vol. I. Leiden: Brill.
Kərimov Zöhrab
Kərimov Zöhrab Azad (14.08.2003–12.09.2022) — Azərbaycanlı şəhid == Həyatı == Zöhrab Azad oğlu Kərimov Biləsuvar rayonuna dünyaya göz açıb. == Hərbi xidməti == Şəhidin nəşi ailəsinə təhvil verilib. Vida mərasimindən sonra şəhid dəfn olunması üçün Biləsuvar rayon qəbiristanlığına aparılıb. Şəhid cənazə namazı qılınaraq, torpağa tapşırılıb. Rayon rəhbəri üç rəngli dövlət bayrağını şəhidin atasına təqdim edib. Zöhrab Kərimov 6 ayın əsgəri idi.
Zöhrab Abbasov
Zöhrab Abbasov (tam adı: Zöhrab Heydərəli oğlu Abbasov; 26 fevral 1970, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1970-ci il fevralın 26-sı Bakıda anadan olmuşdur. 6 yaşında vərəm xəstəliyinə tutulmuş, 7 yaşında artıq hər iki valideynini itirmişdir. Bu səbəbdən də, əvvəlcə Pirşahı internatında böyümüş, sonralar isə nənəsi ilə birgə yaşamışdır. Vərəm xəstəliyi olduğu üçün Zöhrab heç yerdə işləməmişdir. Subay idi. == Qanlı Yanvar faciəsi == Yanvarın 19-u bacısı Mehribanın yanına Yasamala getmişdir, orada ona özünü yaxşı hiss etdiyini, həkimlərin proqnozuna görə xəstəliyin yavaş-yavaş özü çəkiləcəyini demişdir. Səs-küy və atışmanı eşidən Zöhrab XI Qızıl Ordu meydanına getmiş, orada dəyənəklə, tüfəngin qundağı ilə, küt alətlə döyülərək ağır bədən xəsarəti almışdır. Elə həmin gün də neyrocərrahiyyə xəstəxanasında aldığı xəsarətlərdən vəfat etmişdir. Xırdalan qəbiristanlığında dəfn edilmişdir.
Zöhrab Adıgözəlzadə
Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə (3 iyul 1940, Bakı – 24 may 2012, Bakı) — Azərbaycan pianoçusu, Azərbaycan SSR xalq artisti (1982), professor. == Həyatı == Zöhrab Adıgözəlzadə 1940-cı il iyulun 3-də Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra orada müəllim, dosent, professor kimi fəaliyyət göstərib. O həm də konsert fəaliyyəti ilə məşğul olub, Azərbaycan, rus, Avropa bəstəkarlarının əsərlərini ifa edib. 1990-cı ildən ömrünün sonuna qədər Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb. Uzun sürən xəstəlikdən sonra 24 may 2012-ci ildə vəfat edib. Mayın 25-də Bakı Musiqi Akademiyasında onunla vida mərasimi keçirilib.. == Ailəsi == Azərbaycan pianoçusu Murad Adıgözəlzadənin atasıdır. == Mükafatları == Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Zöhrab Allahverdiyev
Zöhrab Sübhan Allahverdiyev (28 sentyabr 2001, Şamaxı – 10 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zöhrab Allahverdiyev 2001-ci il sentyabrın 28-də Şamaxı şəhərində anadan olub. 2007–2018-ci illərdə M. K. Veysov adına 6 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Zöhrab Allahverdiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Zöhrab Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Zöhrab Allahverdiyev oktyabrın 10-da Madagizin azad edilməsi zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zöhrab Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Zöhrab Cəfərov
Zöhrab Hümbətov
Zöhrab Məmməd oğlu Hümbətov (1984; Böyük Qışlaq, Tovuz rayonu, Azərbaycan — 14 dekabr 2022; Çıraq, Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, şəhid. == Həyatı == Zöhrab Hümbətov 1984-cü ildə Tovuz rayonunun Böyük Qışlaq kəndində anadan olmuşdur. 1990-2001-ci illərdə orta təhsil almışdır. Ailəli idi. 3 övladı yadigar qaldı. == Hərbi xidməti == Zöhrab Hümbətov 2002-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan dərhal sonra müddətdən artıq həqiqi hərbi xidmət üçün kurslara yazılmışdır. Kursları başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətini davam etmişdir. "Gizirlik kursu"nu bitirərək "gizir" rütbəsini almışdır.
Zöhrab Kərimov
Kərimov Zöhrab Azad (14.08.2003–12.09.2022) — Azərbaycanlı şəhid == Həyatı == Zöhrab Azad oğlu Kərimov Biləsuvar rayonuna dünyaya göz açıb. == Hərbi xidməti == Şəhidin nəşi ailəsinə təhvil verilib. Vida mərasimindən sonra şəhid dəfn olunması üçün Biləsuvar rayon qəbiristanlığına aparılıb. Şəhid cənazə namazı qılınaraq, torpağa tapşırılıb. Rayon rəhbəri üç rəngli dövlət bayrağını şəhidin atasına təqdim edib. Zöhrab Kərimov 6 ayın əsgəri idi.
Zöhrab Mehdiyev
Zöhrab İlham oğlu Mehdiyev (30 mart 1998; Aşağı Çardaxlar, Zaqatala rayonu — 9 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zöhrab Mehdiyev 1998-ci il martın 30-da Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində anadan olub.2004-2015-ci illərdə Aşağı Çardaxlar kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Zöhrab Mehdiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Zöhrab Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Zöhrab Mehdiyev oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zöhrab Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Zöhrab Mirzəyev
Zöhrab Mirzəyev (Mirzəyev Zöhrab Mirzə oğlu; d. 1974 – v. 1992) — Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Zöhrab Mirzəyev 1974-cü ildə sentyabrın 22-də Ermənistan SSR-nin Vedi rayonunun Şidli kəndində anadan olub. 1981-ci ildə Şidli kəndində 1-ci sinifə gedib. 1988-ci ildə məlum səbəblərə görə qaçqın düşüb Xətai rayonunda məskunlaşıb. Orta məktəbi Xətai rayonunda 116 saylı orta məktəbi bitirib. 1991-ci ildə sənədlərini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə verib və 2 imtahandan sonra kəsilib. Universitetdən kəsiləndən sonra Azəristilik təchizatda elektrik mantyoru işləyib. == Qarabağ müharibəsində iştirakı == 1992-ci ilin avqustun 11-i könüllü olaraq cəbhə bölgəsinə gedib.
Zöhrab Mnatsakanyan
Zöhrab Mnatsakanyan (20 mart 1966, İrəvan) — Ermənistanın keçmiş xarici işlər naziridir.16 noyabr 2020-ci ildə vəzifəsindən istefa vermişdir. == Həyatı == == Təhsili == Moskva Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq İqtisadi Münasibətlər Bölməsini bitirib və Mançester Viktoria Universitetinin Sosial, İqtisadi və Siyasi Tədqiqatlar Bölməsində Qərbi Avropa Siyasəti (İqtisadiyyat) magistr dərəcəsini almışdır. == Diplomatik karyerası == 1991-ci ildə Xarici İşlər Nazirliyinə daxil olmuş, 1997-ci ildə qısa bir müddət, Ermənistan Xarici İşlər Naziri Aleksandr Arzumanyanın Xarici İşlər Nazirliyinin idarə rəisi, 1997-1999-cu illərdə Xarici İşlər Nazirliyində şöbə müdiri, 1999-2002-ci illər arasında Prezidentin Xarici Əlaqələr Bölməsinin müdiri vəzifələrində çalışmışdır. 2002-2008-ci illərdə Ermənistanın BMT-nin Cenevrə Ofisində Daimi Nümayəndəsi olmuş və həmçinin eyni illərdə İsveçrənin (Cenevrədə qalmaqla) səfiri vəzifəsini icra etmişdir. 2008-2011-ci illər arasında Ermənistanın Avropa Şurası yanında Daimi Nümayəndəsi (Strasburqda), 2011 ilə 2014 arasında Xarici İşlər Nazirinin müavini və Avropa Birliyi-Ermənistan tərəfdaşlıq sazişinin baş müzakirəçisi olaraq çalışmışdır. 2014-cü ildən etibarən Ermənistanın (Nyu-Yorkda) BMT-dəki daimi nümayəndəsi olmuşdur. 12 may 2018-ci ildə Xarici İşlər Naziri təyin edilmişdir. 16 noyabr 2020-ci ildə istefa vermişdir.
Zöhrab Məmmədov
Zöhrab Əsəd oğlu Məmmədov (17 fevral 1941, Qubadlı rayonu – 24 mart 2021) — Qubadlı (1980–1985) və Abşeron (1985–1990) rayon Partiya Komitəsinin birinci katibi. == Siyasi-ictimai fəaliyyəti == 1972–1975-ci illərdə Azərbaycan SSR Tərtər rayonu Partiya Komitəsinin katibi olmuşdur. 1975–1977-ci illərdə SSRİ Kommunist Partiyasının Mərkəzi Komitənin nəznindəki Ali Partiya məktəbində təhsil almışdır. 1977–1979-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçı vəzifəsində çalışmışdır. 1979–1985-ci illərdə Qubadlı rayon KP birinci katibi vəzifəsində çalışmışdır 1985–1989-cu illərdə Abşeron rayonu KP birinci katibi vəzifəsində çalışmışdır. 1990–1991-ci illərdə Azərnəşrin redaktoru olmuşdur. AR Prezident yanında Ali Nəzarət inspeksiyasının Hacıqabul və Əlibayramlı rayonları üzrə ali nəzarət inspektoru vəzifəsində çalışmışdır. AR Əmlak Komitəsində bir sıra vəzifələrdə çalışmışır. "Ay-Ata" ASC-nin idarə heyətinin sədri olmuşdur.
Zöhrab Qarayev
Zöhrab İslam oğlu Qarayev (25 mart 1945, Minkənd, Laçın rayonu) — Azərbaycan Dövlət Tibb Universitetinin professoru. == Həyatı == 25 mart 1945-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olub. 1951–1961-ci illərdə Minkənd orta məktəbində təhsil alıb. 1961–1966-cı illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakultısində təhsil alıb. 1966-cı ildən Laçın rayonu Alxaslı kəndində həkim stomatoloq və 1967–1968-ci illərdə Minkənd xəstəxanasının baş həkimi işləmişdir. == Elmi fəaliyyəti == 1969-cu ildə Azərbaycan dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna aspiranturaya stomatologiya kafedrasına qəbul olunub. 1974-cü ildə Krasnodar Dövlət Tibb İnstitutunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1985-ci ilə qədər Ə. Əliyev adına ADHTİ-də aspirant olmuş, metodist və stomatologiya kafedrasında assistent işləmişdir. 1980–1985-ci illərdə Ə. Əliyev adına ADHTİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri fəzifəsində işləmişdir. 1985-ci ildə müsabiqə yolu ilə ADTİ-nun ortepedik stomatologiya kafedrasında assistent, 1987-ci ildə dosent vəzifəsinə seçilmişdir, 2005-ci ildən həmin kafedranın professorudur.
Zöhrab Vəliyev
Zöhrab Əhməd oğlu Vəliyev — ABŞ-nin Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın müxbir üzvü, professor. == Həyatı == Zöhrab Əhməd oğlu Vəliyev 1953-cü il iyunun 4-də Naxçıvan şəhərində anadan olmuşdur. O, ali təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsində almışdır 1977-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda, 1986-cı ildən ömrünün sonunadək isə Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərmiş, universitetin Elmi Şurasının elmi katibi, Texniki təlim fakültəsində dekan müavini və Fizika-riyaziyyat fakültəsində dekan vəzifələrini daşımışdır. Z.Vəliyev 1997-ci ildən etibarən Naxçıvan Dövlət Universitetinin Elmi işlər üzrə prorektoru olmuşdur. 2003-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. AMEA-nın müxbir üzvü Zöhrab Vəliyev 2003-cü ildə vəfat etmişdir. Elmi əsərlərinin sayı-93 Xaricdə dərc olunan əsərlərinin sayı-24 Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı-17 Kadr hazırlığı-1 fəlsəfə doktoru == Elmi fəaliyyəti == Z.Vəliyevin əsas elmi tədqiqatları xarici elektrik, klassik və kvantlayıcı maq­nit sahələrində qıraq yüklü dislokasiyalı yarımkeçiricilərin elektrik, fotoelektrik və optik xassələrinin ardıcıl nəzəriyyəsinin qurulması; elektron və deşik keçiriciliyinə malik yarımkeçirici kristallarda hərəkət edən yüklü dislokasiya- Iarm modelinin verilməsi və onun əsasında deformasiya lüminesensiya hadi­səsinin, elektronların dinamik həyəcanlaşma effektinin, dislokasiya xarakterli sövq cərəyanlarının araşdırılması; parçalanmış dislokasiyalar sisteminin təd­qiqi və alınan nəticələr arasında yarımkeçirici birləşmələrdə dislokasiyaların tipinin təyini üçün yeni rezonans üsulunun verilməsi; qıraq dislokasiyalarda elektronların Viqner kristallaşmasının tədqiqi və bu kristallaşmanı müşahidə etmək üçün yeni rezonans üsulunun təklifi; qıraq dislokasiyalı yarımkeçiricilərdə rekombinasiya dalğalarının yayılmasının tədqiqi; yarımkeçirici kristal­larda istiqamətlənmiş qıraq yüklü dislokasiyalar sisteminin əmələ gətirdiyi yəhərvari nöqtəyə malik potensial çəpərin elektrofiziki parametrlərinin təd­qiqi, bu tip kristallarda Volt-amper və Volt-farad xarakteristikalarının təyini və cərəyanın keçmə məsələsinin nəzəriyyəsinin verilməsi; həm akustik fononlardan elastik səpilmə zamanı, həm də optik fononlardan qeyri-elastik səpilmə zamanı elektron keçiriciliyinə malik qıraq yüklü dislokasiyaları yarımkeçirici kristallarda qeyri-əsas yükdaşıyıcıların xarici sahə olmadıqda, xarici elektrik sahəsində, xarici klassik və kvantlayıcı maqnit sahələrində, xarici elektromaq­nit sahəsində və eyni zamanda, onların müxtəlif kombinasiyalarında rekombi­nasiya hadisəsinin nəzəriyyəsinin işlənilməsidir. == Əsas elmi əsərləri == Cascade capture of electrons by dislocations in many-valley semiconductors // SEMICONDUCTORS, 1999, v.33, n.12, p. 1291-1292 The electron density of semiconductors with charged dislocations placed in external fields // SEMICONDUCTORS, 1999, v.33, n.11, p. 1175-1177 Термическая ионизация дырок из дислокационного центра в электрическом поле // ФТП, 1990, т.24, в.3, стр.
Zöhrab Zeynallı
Zöhrab Ramazan oğlu Zeynallı (1938, Ordubad) — Prezident təqaüdçüsü, veteran jurnalist və əməkdar mədəniyyət işçisi. == Həyatı == Kərbəlayi Zöhrab Ramazan oğlu Zeynallı 1938-ci il yanvarın 25-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Zöhrab müəllim Azərbaycanın görkəmli jurnalisti Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri proqramının baş direktoru, "Qızıl qələm","Həsən Bəy Zərdabi" mükafatı laureatıçısı, əməkdar mədəniyyət işçisi, Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür eləcə də görkəmli Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, professor, müasir türkologiyanın inkişafında müstəsna xidmətləri olan Fərhad Zeynalovun qardaşıdır. Ailəlidir, 2 övladı var. == Təhsili == İlk təhsilini Ordubad rayonu, Əylis kəndində yerləşən M. T. Sidqi adına 1 №-li orta məktəbdə almışdır. Orta məktəbi yüksək qiymətlərlə başa vurduqdan sonra 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsinə daxil olmuşdur. 1962-ci ildə Universiteti bitirərək gənc jurnalist diplomu alan Z. Zeynallı təhsilini davam etdirmək məqsədilə yenidən Universitetə öz sənədlərini vermiş və 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin ərəb şöbəsinin axşam növbəsinə qəbul olunmuşdur. Bu dövrdə əmək fəaliyyətinə başlamasına baxmayaraq təhsilini davam etdirmiş və 1976-cı ildə ulu öndərimiz Heydər Əliyevin qayğısı sayəsində Moskvada İctimai Elmlər Akademiyasında yüksək ali təhsil alan bir neçə Azərbaycan jurnalistindən biri olmuşdur. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1957-ci ildə universitetini bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının "Elm" nəşriyyatında başlamış və nəşriyyat işinin incəliklərini dərindən öyrəndikdən sonra yenidən təhsil almaq qərarına gəlmişdir. İkinci təhsilini 1964-cü ildə başa vurduqdan sonra isə Azərbaycan Dövlət Teleradiosuna dəvət edilmiş 2007-ci ilin yanvar ayınadək Dövlət Teleradio verlişləri komitəsində şöbə müdiri, baş redaktor və proqram direktoru kimi məsul vəzifələrdə çalışmışdır.
Zöhrab Əliyev
Zöhrab Əliyev (tam adı: Zöhrab Hüseyn oğlu Əliyev; 22 mart 1933, Qazyan, Ucar rayonu – 31 iyul 2019) — biblioqrafiyaşünas, professor. == Həyatı == Zöhrab Hüseyn oğlu Əliyev 1933-cü il mart ayının 22-də Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. 1949–1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin kitabхanaçılıq şöbəsində təhsil almışdır. == Fəaliyyəti == 1954-cü ildə M.F.Aхundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasında (indiki Azərbaycan Milli Kitabхanası) biblioqraf vəzifəsində işləmiş, bir ildən sonra Mədəniyyət Nazirliyinin kitabхanalar üzrə metodisti vəzifəsinə keçirilmişdir. Yenidən BDU-ya qayıdan Zöhrab Əliyev 1956-cı ildə respublikamızda kitabхanaşünaslıq-biblioqrafiya iхtisası üzrə ilk aspirant olmuşdur. 1963-cü ildə Zöhrab Hüseyn oğlu Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika üzrə Müdafiə Şurasında "Azərbaycanda biblioqrafiya işinin inkişafı tariхindən (1920–1958)" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsini almışdır. 1970-ci ildə Z.Əliyevə dosent, 1989-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmədən, elmi yetkinliyini və qiymətli elmi-tədqiqat əsərlərinin müəllifi olduğu nəzərə alınaraq professor elmi rütbəsi verilmişdir. Ömrünün yarıdan çoхunu Biblioqrafiyaşünaslıq elminin inkişafına həsr edən alim 10 il BDU-da Kitabxanaçılıq fakültəsinin dekanı olmuş, 1984-cü ildən "Biblioqrafiyaşünaslıq" kafedrasının müdiri vəzifəsində çalışmış, Bakı Dövlət Universitetinin böyük Elmi Şurasının üzvü, həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin vahid Elmi-Metodiki Şurasının Kitabхanaşünaslıq-biblioqrafiya bölməsinin sədr müavini kimi də fəaliyyət göstərmişdir. Professor Z.Əliyevin tanınmış yetirmələri sırasında professor Xəlil İsmayılov, dosent Nadir İsmayılov, dosent Knyaz Aslan, dosent Mehmanəli Məmmədov, dosent Aşur Əliyev, tarix üzrə fəlsəfə doktoru Eldəniz Məmmədov, dosent Solmaz Sadıqova, dosent Xuraman Ağayeva və digər adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış alimlər vardır. Görkəmli alim, professor Zöhrab Əliyev zəngin elmi aхtarışlarının nəticəsi kimi, Biblioqrafiyaşünaslıq elminə 50-dən çoх məqalə, 10-a yaхın monoqrafiya, dərslik və dərs vəsaitlərini töhfə etmişdir.
Zöhrab Alıyev
Zöhrab Abbasov (əsgər)
Zöhrab Natiq oğlu Abbasov (17 sentyabr 2001; Eynallı, Ağstafa rayonu — 13 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zöhrab Abbasov 2001-ci il sentyabrın 17-də Ağstafa rayonunun Eynallı kəndində anadan olub. 2007 – 2018-ci illərdə X. İsmayılov adına Eynallı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Zöhrab Abbasov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Zöhrab Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zöhrab Abbasov oktyabrın 13-də Madagizin azad edilməsi zamanı şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. Dekabrın 16-da Ağstafa rayonunun Eynallı kəndində dəfn olunub.
Zöhrab Məmmədov (iqtisadçı)
Zohan
Zuhan — İranın Cənubi Xorasan ostanının Qainat şəhristanının Zuhan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 707 nəfər və 233 ailədən ibarət idi.
Zöhrab Məmmədov (dövlət xadimi)
Zöhrab Əsəd oğlu Məmmədov (17 fevral 1941, Qubadlı rayonu – 24 mart 2021) — Qubadlı (1980–1985) və Abşeron (1985–1990) rayon Partiya Komitəsinin birinci katibi. == Siyasi-ictimai fəaliyyəti == 1972–1975-ci illərdə Azərbaycan SSR Tərtər rayonu Partiya Komitəsinin katibi olmuşdur. 1975–1977-ci illərdə SSRİ Kommunist Partiyasının Mərkəzi Komitənin nəznindəki Ali Partiya məktəbində təhsil almışdır. 1977–1979-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçı vəzifəsində çalışmışdır. 1979–1985-ci illərdə Qubadlı rayon KP birinci katibi vəzifəsində çalışmışdır 1985–1989-cu illərdə Abşeron rayonu KP birinci katibi vəzifəsində çalışmışdır. 1990–1991-ci illərdə Azərnəşrin redaktoru olmuşdur. AR Prezident yanında Ali Nəzarət inspeksiyasının Hacıqabul və Əlibayramlı rayonları üzrə ali nəzarət inspektoru vəzifəsində çalışmışdır. AR Əmlak Komitəsində bir sıra vəzifələrdə çalışmışır. "Ay-Ata" ASC-nin idarə heyətinin sədri olmuşdur.
Zöhrab Məmmədov (neftçi-iqtisadçı)
Kirkor Zohrab
Kirkor Zöhrab Əfəndi (Գրիգոր Զոհրապ; 26 iyun 1861[…], Beşiktaş, Konstantinopol, Osmanlı imperiyası – 2 avqust 1915, Şanlıurfa, Şanlıurfa ili, Osmanlı imperiyası), Osmanlı erməni yazıçısı, akademik, siyasətçi və hüquqşünas. Erməni Krımının başlanğıcında İstanbulda Osmanlı hökuməti tərəfindən həbs edilmiş və mühakimə olunmaq üçün Diyarbəkirdəki hərbi məhkəməyə göndərilmişdir. Səfər əsnasında 15–20 iyul 1915-ci ildə Urfa yaxınlığındakı Karaköprüdə Çerkez Əhməd, Xəlil və Nazım başda olmaqla bir qrup quldur tərəfindən öldürüldü. == Həyat == 26 iyun 1861 ilində İstanbulun Beşiktaş səmtində anadan olub. İbtidai məktəbə 1867-ci ildə mahalın Makruhyan erməni məktəbində başlayıb. 1870-ci ildə atasının ölümü və anasının yenidən evlənməsindən sonra Ortaköy mahalına köçdü və burada Tarkmançats Erməni Məktəbində oxudu.1873-cü ildə Tarkmançats məktəbi maliyyə çətinliklərinə görə bağlandıqda, o, Katolik Lusaroviç Məktəbinə keçdi. 1876-cı ildə Qalatasaray Mekteb-i Sultani Mühəndislik Bölməsinə daxil oldu. İlk məqalələri 1878-ci ildə Ermənistanın Lrakir Qəzetində dərc olunub. 1879-cu ildə inşaat mühəndisi diplomu ilə bitirdi. 1880-ci ildə ögey atası vəkil Avedis Yordamyanın ofisində ona kömək etməyə başladı və Qalatasaray Sultanisi Hüquq Fakültəsinə daxil oldu.
Zohrab Azimov
Legend ləqəbli Zohrab Azimov İnşallah oğlu Azimov 1996-cı il sentyabr ayının 8-i Naxçıvan MX Şərur rayonunun Xələc kəndində anadan olub. Orta məktəbin ilk illərini Xələc kənd orta məktəbində oxusa da, 2002-ci ildən təhsilini Bakı şəhəri Nizami rayonu 61 saylı orta məktəbdə davam etdirib. 2013-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsinin idman Akademiyasının Boks fakültəsinə daxil olub. 7 yaşında kikboks idman növüylə məşğul olmağa başlayıb. 2007 və 2008-ci illərdə Kikboks idman növü üzrə Azərbaycan çempionu olub. Bu zamana qədər peşəkar karyerasında 23 qələbə, 6 məğlubiyyət, 2 bərabərə, 11 nakautla nəticələnən 31 döyüş keçirib. Zohrab Azimov “WLF” “AKIN” “Xfight” “AVATARCOMBAT” "ÖNCÜ" "ACA" “ACB” “HAYDAR ALİYEV CUP” kimi promotionlarda döyüşüb. 2016-cı ildə AZərbaycan idman ustası adına layiq görülmüşdür. == İdman karyerası == Yeniyetmələr arasında 4 dəfə Respublika birinciliyinin qalibi Genclər və yeniyetmeler arasında 4 defe respublika birinciliyinin qalibi Böyüklər arasında 3 defe Azərbaycan çempionatının qalibi Azerbaycan kubokunun qalibi Boks Azərbaycan gənclər uzrə 2 defe finalist Boks Bakı Çempionatının 2 defe qalibi WAKO üzrə genclər arasında 1 dəfə Dünya 2 cisi WAKO üzrə gənclər arası Avropa 2 cisi WAKO üzrə genclər arasi Dunya çempionu 31 peşəkar döyüş 23 qalibiyət 2 heç heçə 6 məğlubiyət 11 nakaut == Mükafatlar == 2012 ci ildə Slovakia-Bratislavada Wako dünya kikboks çempionatında yeniyetme ve gencler arasında 51 kg çeki derecesinde Low Kick versiyonundan gümüş medala( 2ci yere) layiq görülmüşdür 2013 cü ilde Poland-Krynica-Zdrój da keçirilen Wako Kikboks Avropa çempionatında yeniyetme ve gencler arasında low kick versiyasından 57 kg çeki derecesinde gümüş medala(2ci yere) layiq görülmüşdür. 2015ci il 22-30 avqust ayları aralığında Spain-San Sebastian-Donostia da keçirilen Wako Kikboks Avropa çempionatında yeniyet ve gencler arasında low kick versiyonundan qızıl medala(1ci yere) layiq görülmüşdür.