Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zərifə
Zərifə — qadın adı. Zərifə Əliyeva — tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. Zərifə Salahova — Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri. Zərifə Cəbrayılova — texnika elmləri doktoru, dosent . Zərifə Ağayeva — Azərbaycanın qadın jurnalisti. Zərifə Budaqova — AMEA­-nın müxbir üzvü.
Zərifə Budaqova
Zərifə İsmayıl qızı Budaqova (28 aprel 1929, İrəvan – 10 noyabr 1989, Bakı) — filologiya elmləri doktoru (1963), professor (1968), AMEA-nın müxbir üzvü (1980), azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru (1988–1989-cu illər). == Həyatı == Zərifə Budaqova 28 aprel 1929-cu ildə İrəvan şəhərində anadan olub. 1943-cü ildə Ermənistan SSR Pedaqoji Texnikumunda, 1945-ci ildə Ermənistan SSR Dövlət Pedaqoji İnstitununun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 1948-ci ildə tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisindəki azərbaycanlıların böyük qisminin deportasiya edilməsi nəticəsində Zərifə Budaqovanın da ailəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə köçmüş və o, 1948–1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirərək oranı fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == Zərifə Budaqova 1949–1953-cü illərdə Moskva şəhərində keçmiş SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun Türk dilləri sektorunun aspiranturasında oxuyan Zərifə Budaqova 1953-cü ildə "Azərbaycan dilində feilin tərz kateqoriyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1963-cü ildə "Azərbaycan ədəbi dilində sadə cümlə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini alıb. Zərifə Budaqova 1968-ci ildə "Türk dilləri" ixtisası üzrə professor elmi adını qazanıb, 1980-ci ildə isə AMEAnın müxbir üzvü seçilib.Zərifə Budaqova azərbaycanlı qadınlar arasında filologiya elmləri namizədi və elmlər doktoru elmi adı almış ilk alim və Dilçilik İnstitutunun ilk qadın direktoru olub.Alim 100-dən artıq elmi əsərin, 8 kitabın müəllifidir. O, bir çox beynəlxalq, ümumittifaq və respublika miqyaslı simpozium, konfrans, müşavirə və elmi sessiyalarda iştirak edərək Azərbaycan Elmlər Akademiyasını təmsil edib. Dilçi alim 20-dən çox elmlər namizədi və elmlər doktoru yetişdirib. == Əmək fəaliyyəti == Zərifə Budaqova 1953–1955-ci illərdə Azərbaycan EA Dil və Ədəbiyyat İnstitutunda (o zaman bu institutlar birgə olmuşlar) böyük elmi işçi vəzifəsində çalışmış, 1955-ci ildən 1989-cu ilədək (ömrünün sonuna qədər) Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinə rəhbərlik edib.Dilçi alim 1984–1988-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, 1988–1989-cu illərdə direktoru vəzifəsində çalışıb.
Zərifə Cəbrayılova
Zərifə Qasım qızı Cəbrayılova — texnika elmləri doktoru, dosent. == Həyatı == Cəbrayılova Zərifə 14 iyun 1961-cı ildə Dəvəçidə anadan olmuşdur 1984-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi fəaliyyəti == 1984-cü ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsinə işə qəbul olunmuşdur. 1996-ci ildə Kibernetika İnstitutunda "Təşkilat idarəetmə sistemlərində qərarların qəbul olunması metodları" mövzusunda dissertasiya müdafiə etmişdir. Texnika elmləri namizədi və dosentdir. Süni intellekt texnologiyaları çərçivəsində qeyri-səlis məntiq üsullarinin tədqiqi, tətbiqi və inkişafi istiqamətində çətin formalizə olunan bir sıra predmet sahələri üçün metod və alqoritmlər işləmişdir. Hazırda süni intellekt texnologiyası üsullarının tətbiqi ilə müxtəlif predmet sahələrində qiymətləndirmə məsələlərinin, insan resurslarının idarə olunması ilə bağlı qərarların qəbul olunması məsələlərinin həlli və müvafiq sistemlərin reallaşdırılması problemləri ilə məşğul olur. 121-dan çox elmi məqalənin müəllifidir. Onlardan 66-sı xarici elmi mətbuatda dərc edilmişdir. İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində və BDU-da pedaqoji fəaliyyət göstərib.
Zərifə Quliyeva
Zərifə Rzaqulu qızı Quliyeva (Quliyeva Zərifə Rzaqulu qızı; 13 fevral 1952, Balakən rayonu) — Azərbaycan həkimi və yazıçısı; Koreya Şərq Təbabəti Klinikasının baş həkimi., Nəsimi rayonu Ağbirçəklər Cəmiyyətinin sədri, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri. == Həyatı == Zərifə Quliyeva 13 fevral 1952-ci ildə Azərbaycan SSR-nin Balakən rayonunda anadan olmuşdur. 1959-cu ildə Naxçıvan şəhər 4 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1969-cu ildə Əli Bayramlı şəhəri orta məktəbini bitirmişdir. 1969-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsinə daxil olmuş, 1976-cı ildə bitirmişdir. İlk əmək fəaliyyətinə 1975-ci ildə Bakı şəhər 5 saylı kliniki xəstəxanasında qəbul şöbəsində həkim işləməklə başlamış, 1981-ci ildən 1984-cü ilədək həmin xəstəxanada qəbul şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1984-cü ildən 1989-cu ilədək Nizami rayon partiya komitəsində təlimatçı kimi həm də, səhiyyə, təhsil, mədəniyyət sahəsinin kuratoru kimi geniş fəaliyyət geniş fəaliyyət göstərmişdir. 1989-cu ildən 1995-ci ilədək Nizami rayon 17 saylı tibbi-sanitar hissənin baş həkimi vəzifəsində işləmişdir. 1990–1993-cü illərdə mənfur erməni işğalçılarına qarşı Qarabağ müharibəsi dövründə atəşkəs imzalanana qədər on millərlə insana qan yardımı proqramını təşkil etmiş, bu işin Qanköçürmə İnstitutu tərəfindən yerinə yetirilməsinə nail olmuşdur. == Fəaliyyəti == === Sosial və ictimai fəaliyyəti === Müxtəlif sosial və ictimai, şəhid ailələri və qazilərlə bağlı bir sıra tədbir təşkil edib. == Yaradıcılığı == Z. R. Quliyeva 2005-ci ildə "Təhsil" nəşriyyatı tərəfindən "Ömrün son baharı" adlı ilk kitabı, 2006-cı ildə həmin nəşriyyat tərəfindən "Sənsiz səninlə" adlı ikinci kitabı,2008-ci ildə "Son ümidim" adlı üçüncü kitabı, 2010-cu ildə "Naksiana" nəşriyyatı tərəfindən "Tale yazısı" adlı dördüncü kitabı, 2011-ci ildə "Sabah" nəşriyyatı tərəfindən "Nicat günü" adlı beşinci kitabı çapdan çıxmışdır.
Zərifə Salahova
Zərifə Teymur qızı Salahova (2 fevral 1932, Bakı) — Azərbaycan ictimai xadimi, Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri. == Həyatı == Zərifə Teymur qızı Salahova 1932-ci il fevralın 2-də Bakı şəhərində doğulub. 1952-ci illərdə Sabir adına Pedaqoji məktəbi bitirib. 1952–1956-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1966–1967-ci illərdə Sov. İKP MK yanında Ali Partiya Məktəbinin dinləyicisi olub. 1956–1958-ci illərdə orta məktəbdə ibtidai sinif pedaqoqu, rus dili və ədəbiyyatı müəllimi işləyib. 1958–1962-ci illərdə "Minqeçaurskiy raboçiy" və "Kommunist Sumqaita" qəzetlərinin əməkdaşı olub. 1962–1966-cı illərdə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin təlimatçısı, mühazirəçisi, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləyib. 1970–1981-ci illərdə Azərbaycan KP MK-nin təşkilat-partiya işi şöbəsinin partiya informasiya sektorunun müdiri olub.
Zərifə Şükürova
Zərifə Zülfüqar qızı Şükürova (1920, Şuşa) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi (1958–1971). == Həyatı == Zərifə Şükürova 1920-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1936-cı ildə başlamışdır. Bakı məktəblərində müəllimlik etmiş, Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra 1944-cü ildə laborant, daha sonra həkim, 1948–1954-cü illərdə isə Bakının Lenin rayonu səhiyyə şöbəsinin müdiri işləmişdir.Zərifə Şükürova Azərbaycan SSR Ali Sovetinin 4–7 çağırış deputatı seçilmiş, 1958–1971-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olmuşdur.
Zərifə Əliyarova
Əliyarova Zərifə Abbasqulu qızı (8.5.1935, Naxçıvan şəhəri – 28.6.1999, Bakı şəhəri) – fizik. Fizika-riyaziyyat elmləri doktoru (1975), professor (1983), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1972). == Həyatı == 1935-ci il may ayının 8-də Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universiteti (indiki BDU) fizika-riyaziyyat fakültəsinin fizika şöbəsini (1956) və Azərbaycan Milli EA Fizika İnstitutunun aspiranturasını (1959) bitirmişdir. Azərbaycanda fizika-riyaziyyat elmləri namizədi (1959) və doktoru adına layiq görülmüş ilk qadın fizikdir. 1983-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda baş elmi işçi, laboratoriya müdiri olmuşdur. 1983-cü ildən Azərbaycan Dövlət Neft Akademiyası fizika kafedrasının professor idi. Yarımkeçiricilər fizikasına dair tədqiqatların, o cümlədən 80-dən çox elmi məqalənin, ixtiranın, bir dərsliyin müəllifidir. 20-dən çox müəlliflik şəhadətnaməsi almışdır. Onun rəhbərliyi ilə dünyada ilk dəfə olaraq yeni növlü yarımkeçirici yaddaş elementləri alınmışdır.
Zərifə Əliyeva
Zərifə Əziz qızı Əliyeva (28 aprel 1923, Şahtaxtı, Naxçıvan MSSR – 15 aprel 1985, Moskva) — Azərbaycanın oftalmoloqu, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru (1976), professor (1979), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1983). == Həyatı == Zərifə Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Həkimlər Tamerlan Əliyev, Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısı olan Zərifə xanım 1932–1942-ci illərdə orta məktəbdə təhsil almışdır. 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1949–1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə. Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1982–1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır. 1954-cü ildə Heydər Əliyev ilə ailə qurmuş, 1955-ci il 18 oktyabr Sevil Əliyeva, 1961-ci il 24 dekabr İlham Əliyev dünyaya gəlmişdir. 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur. === Təhsili === 1947-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş, 1948-ci ildə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya ixtisası üzrə kurs keçmişdir. 1950–1953-cü illərdə aspiranturanı başa vurur.
Arifə Xanım
Arifə Xanım — Osmanlı Dövləti Türk Divan Ədəbiyyatı şairidir. Doğulduğu tarix və məkan bilinmir. XVI əsrdə yaşadığı haqqında məlumat vardır. Osmanlı Dövlətində divan ədəbiyyatı şairlərindən olduğu deyilir. Şeirlərinin məcmuasından ibarət bir divanı olduğu haqda məlumat olsa da, hələ də tapılmamışdır. Arifə xanımdan sadecə iki misradan ibarət bir şeir nümunəsi qalmışdır. Ölüm tarixi və harada öldüyü bilinmir. Arifə Xanımdan bir şeir nümunəsi Niyyət-i əzm ü əməl səbir ü səbat Bəşəri məqsədinə nail edər.
Arifə Kadriyə Sultan
Arifə Kadriyə Sultan (24 mart 1895 – 5 aprel 1933) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Kadriyə Sultan 24 mart 1895-ci ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin nəvəsi Tofiq Əfəndi, anası isə onun abxaz əsilli ilk xanımı Fövziyə xanımdır. Babası Burhanəddin Əfəndinin gənc yaşda vəfatı səbəbilə atası, Sultan Əbdülhəmidin himayəsində böyümüş, onun digər oğullarıyla birlikdə Ulduz sarayında yaşamışdır. Bu səbəblə Ulduz sarayında dünyaya gələn Kadriyə Sultan da burada mükəmməl şəkildə təlim-tərbiyə edilmişdir. 3 yaşında anasının vəfat etməsinin ardından, atasının ikinci xanımı Təsrid xanımın himayəsinə verilən Kadriyə Sultan, Sultan Əbdülhəmidin taxtdan endirilməsinin ardından digər ailə üzvləriylə birlikdə Nişantaşı köşkünə köçürüldü. 13 dekabr 1914-cü ildə Fənarizadə Mehmed Rəşid bəylə də məhz burada evləndi və bu nigahdan 2 qızı dünyaya gəldi. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Kadriyə Sultan da ailəsiylə birlikdə sürgün edildi. Ancaq qərar çıxarılan əsnada ağır xəstə idi və bu səbəblə, bir müddət səhhətinin düzəlməsi üçün o və ailəsinin paytaxtda qalmasına icazə verildi. Ancaq aprel ayının əvvəlində ailə ölkəni tərk etməyə məcbur oldu.
Akademik Zərifə Əliyeva (film)
Akademik Zərifə Əliyeva sənədli televiziya filmi Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film oftalmoloq alim, akademik Zərifə Əliyeva haqqndadır. == Məzmun == Film oftalmoloq alim, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edir.
Zərifə Əliyeva adına lisey
Akademik Zərifə Əliyeva adına lisey — Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən tam orta məktəb. == Tarixi == Lisey Heydər Əliyev Fondunun dəstəyi ilə 28 aprel 2008-ci ildə görkəmli oftomoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 85 illik yubileyi ərəfəsində açılıb. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək liseyin maddi-texniki bazası ilə tanış olmuş və haqqında xoş fikirlər söyləmişdir. İlk dəfə 2008–2009-cu tədris ilində fəaliyyətə başlayan liseydə IX–X siniflərdə təhsil alacaq 700 nəfərə yaxın şagird müsabiqə və imtahanlardan keçmişdir. == Fəaliyyət prinsipləri == Siniflərin təmayüllər üzrə komplektləşməsi, şagirdlərin maraq göstərdikləri elmi daha dərindən mənimsənilməsinə xidmət edən liseydə fundamental və tətbiqi biliklərin tədrisi, bilik yarışlarının keçirilməsi, ölkədaxili və beynəlxalq olimpiadalarda iştirak, xaricdə və respublikanın nüfuzlu ali məktəblərində təhsili əsas proritet məsələlərdən hesab olunur. Liseyin pedaqoji kollektivi öz işində şagirdlərə müstəqil düşünmək, mühakimə yürütmək, nəticə çıxarmaq, tədqiqat aparmaq kimi bacarıq və vərdişlərin formalaşmasını əsas tutur. 2009-cu ildən lisey Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən "Elektron məktəb" pilot layihəsinə qoşulub. Liseydə müəllimlər şagirdlərdən yüksək nailiyyətlər gözləyir və o istiqamətdə işlərini qururlar. Müəllimlər şagirdlərin düşünmə qabiliyyətini dərinləşdirən tapşırıqlar tərtib edir və mütəmadi olaraq formativ qiymətləndirmə həyata keçirirlər. Qiymətləndirmə şagirdlərin faktları əzbərləməsini və əlaqəsiz tapşırıqların yerinə yetirilməsini deyil, qavramanı və dərk etməni yoxlamaq məqsədi daşıyır.
Zərifə Əliyevanın qəbirüstü abidəsi
Elmi və tibbi ictimaiyyətə, sovet oftalmologiyasına ağır itki üz vermişdir. 1985-ci il aprelin 15-də görkəmli alim, ictimai xadim, Azərbaycan EA-nın akademiki, tibb elmləri doktoru, professor, Ə Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu oftalmologiya kafedrasının müdiri, Azərbaycan EA Fiziologiya İnstitutunun laboratoriya rəhbəri, Azərbaycanın əməkdar elm xadimi, Tibb Elmləri Akademiyası mükafatı laureatı, Sülhü Müdafiə Komitəsinin üzvü, "Bilik" Cəmiyyəti Rəyasət Heyətinin üzvü Zərifə Əziz qızı Əliyeva vaxtsız vəfat etmişdir. 1995-ci ildə hazırlanmış Zərifə Əliyevanın qəbirüstü abidəsinin müəllifi Ömər Eldarovdur.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi - Azərbaycanda xəstəxana. == Haqqında == 1946-cı ildə Elmi-Tədqiqat Göz xəstəlikləri İnstitutu fəaliyyətə başlamışdır. İnstitutun ilk direktoru tibb elmləri namizədi M.Ə.Abbasov, elmi işlər üzrə direktor müavini – prof. S.İ.Vəlixan olmuşdur. 1957-ci ildə instituta rəhbərliyi N.M.Əfəndiyev öz üzərinə götürmüşdür və bu ildən başlayaraq bu instituta 40 il ərzində rəhbərlik etmişdir. İnstitutun tarixində onun şəxsiyyəti unudulmaz bir iz qoymuşdur. N.M.Əfəndiyevin səyləri nəticəsində institutun kollektivi öz tərkibində yüksəkixtisaslı, zəkalı mütəxəssisləri, xalqına və vətəninə fədakarcasına xidmət göstərən əsl ziyalıları toplamışdır. 1998-2005-ci illərdə institutun direktoru vəzifəsini K.T.Kərimov tutmuşdur. 21 yanvar 2002-ci il tarixdə institut yüksək bir şərəfə layiq görülmüşdür. Akademik Zərifə Əliyevanın milli oftalmologiyanın inkişafında qiymətə gəlməz xidmətlərini, Azərbaycan oftalmologiya elminin görülməmiş bir səviyyəyə qaldırmağını və dünyada tanıtdırmağını, Oftalmologiya institutunun yeni binasının tikintisi haqda təşəbbüsünü və səyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin Heydər Əliyevin 869 saylı sərəncamı ilə institutumuza görkəmli alim, akademik Z.Ə.Əliyevanın adı verilmişdir.
Cariyə
Cariyə — sosial vəziyyətinə görə məşuqdan daimi asılı olan (maddi vəziyyətinə görə və ya şəxsi asılılıq vəziyyətində olan kölə qadın) məşuqə. XIX əsrin ortalarında Rusiyada Vladimir İvanoviç Dal tərəfindən tərtib edilmiş lüğətə əsasən cariyə termini aşağıdakı mənalarda izah olunurdu: "qeyri-qanuni arvad", "yataq yığışdıran" Bibliyanın rusca tərcümələrində cariyələr patriarxlara uşaq doğan məşuqə (Xettura) adlandırılmışdır. Bibliyaya görə çar Solomonun 300 cariyəsi var idi.. Qədim Rusiya dövlətinin tarixində də cariyələrin olması haqqında çoxlu faktlar vardır. Məsələn, rus tarixçisi V.Koptevin qeyd etdiyi kimi knyaz Vladimirin 700-ə yaxın cariyəsi var idi.. Cariyəlik 19-cu əsrin ortalarında qadağan edilmişdir. == Həmçinin bax == Konkubina == Xarici keçidlər == Nikahsız halallar – cariyələr!
Zaviyə
Zaviyə — İranın Mərkəzi ostanının Zərəndiyə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 6,141 nəfər və 1,624 ailədən ibarət idi.
Zürafə
Zürafə (lat. Giraffa) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin zürafələr fəsiləsinə aid heyvan cinsi. Dünyanın ən hündür canlısıdır. Qara və qəhvəyi xallardan ibarət olan bir bədəni vardır. Hündürlüyü 4–6 m arasında dəyişir. Zürafə təbii şəkildə yalnız Afrikada yaşayır. Cənubi və Şimali Afrika ən çox olduqları bölgələrdir. Ümumiyyətlə savannalarda, otlaqlarda və açıq meşələrdə həyatlarını davam etdirirlər. Akasiya ağacının yetişdiyi bölgələr seçimləridir. Uzun boynu ona yerdə bitən otla yemlənməyə çox mane olsa da, əvəzində üst dodağı və uzun dili ən hündür budaqlardakı yaşıl yarpaqları da qoparmağa kömək edir.
Zərifcə
Zərifcə (lat. Helianthemum) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinə aid bitki cinsi. Gülçülükdə bu bitkinin aşağıdakı növlərindən istifadı olnur: Ayşəkilli zərifcə (H. lunulatum) hündürlüyü 9 sm olan, çiçəkləri qızılı-sarı rəngli bitkidir. Pulşəkilli zərifcə (H. nummularium) hündürlüyü 15 sm, çiçəkləri sarı rəngdən tünd-qırmızı rəngədək yarımkoldur. Alp zərifcəsi (H. alpestre) hündürlüyü 10 sm-ə çatan, sarı rəngli, kasaşəkilli çiçəkləri olan bitkidir. Zərifcəni hətta çiçək açan vəziyyətdə də başqa yerə köçürmək olar. Zərifcə əhəngli, qumlu torpaqlarda yaxşı bitir. Yaxşı olar ki, əkindən əvvəl torpaq qum ilə qarışdırılsın. Bitki qayalıq olan bağ sahələrinin tərtibatı üçün yararlıdır.
Çariçə
Çariça, yaxud çariçə (rus. цари́ца) — çar arvadının, yaxud çarlığı(ru) idarə edən qadın hökmdarın titulu. Rusiyada 1547-ci ildən 1721-ci ilə qədər (imperatiçaya müraciət forması kimi 1917-ci ilə qədər), Bolqarıstanda 913−1018, 1185−1422 və 1908−1946-cı illərdə, Serbiyada isə 1346−1371-ci illərdə rəsmi titul idi. Qədim dövlətlərin qadın hökmdarları rusca ənənəvi olaraq "çariça" adlandırıldığı kimi, azərbaycan dilində olan elmi-ensiklopedik ədəbiyyatda bəzən Orta əsr xristian dövlətlərin qadın hökmdarları da "çariça" adlandırılır (məsələn, Böyük Tamara).
Zarin
Zarin — adi halda rəngsiz və ya zəif sarı rəngli, iysiz, xüsusi sıxlığı -1,1 q/sm3, qaynama temperaturu 1500 C, donma temperaturu mənfi 1000 C olan mayedir. Su ilə istənilən nisbətdə qarışır, benzin, kerosin və dixloretanda yaxşı həll olur. Həm buxar, həm də maye halda insana təsir göstərir. İnsanın bədəninə tənəffüs orqanları, həzm sistemi və ya dəri səthi vasitəsi ilə daxil olaraq sinir sistemini zədələyir. Su tutumlarında (çənlərdə) zarin öz təsirini 25 sutkayadək saxlayır. == Zarinin zədələyici əlamətləri == Göz bəbəklərinin daralması, ağız boşluğunda ifrazatın artması, nəfəsalmanın çətinləşməsi, ürəkbulanma, hüşun itirilməsi, qıcolma və s. Ağır zədələnmə hallarında, nəfəs yollarının iflici baş verir və ölümlə nəticələnir. == Deqazasiya == Xlorlu əhəng, qələvilər və ammonyakın suda məhlulu ilə həyata keçirilir. Xlorlu əhəng (CaOCl2) xlor iyi verən ağ və ya sarımtıl rəngdə tozdur. Suda qismən həll olur.
Eneda Tarifa
Eneda Tarifa (alb. Eneda Tarifa; d. 30 mart 1982, Tirana, Albaniya) ) — Alban müğənnisi. 2016-cı ildə Stokholmda Eurovision 2016-ya "Fairytale" ("Nağıl") mahnısı ilə Albaniyanı təmsil etmişdir. Lakin finala vəsiqə qazana bilməmişdir. == Bioqrafiyası == Eneda Tarifa 30 mart 1982-ci ildə Albaniyanın Tirana şəhərində anadan olmuşdur. 1997-ci ildə ilk dəfə Albaniyada keçirilən "Festivali i Këngës" festivalında Saimir Çili ilə birlikdə "Yjet e shpresës" mahnısı ilə iştirak etmişdir. Lakin ilk üçlüyə düşə bilməmişdir. 2001-ci ildə Eneda başqa bir alban festivalı olan «Kënga Magjike» müsabiqəsində «Ika larg» mahnısını ilə yarışa qatılmışdır. 2004-cü ildə Albaniya ilk dəfə Avraviziyanın milli seçimləri və «Festivali i Këngës 42» festivalında işrirak etdi.
Maarifə Hacıyeva
Maarifə Hüseyn qızı Hacıyeva (noyabr 1938, Gədəbəy) — filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi (2011). == Həyatı == 1938-cü ilin noyabrında Gədəbəy rayonunda anadan olub. 1953-cü ildə Xanlar rayonundakı Pedaqoji texnikuma daxil olub, 1957-ci ildə fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olub. 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. === Ailəsi === Ailəlidir. Üç övladı var. == Fəaliyyəti == === Elmi fəaliyyəti === 1968-ci ildən Azərbaycan Xalq Təssərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) "Azərbaycan dili" kafedrasında işləyir. 1970-ci ildə namizədlik dissertasiyasını, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. Filologiya elmləri doktoru, professordur.
Xarilə (Qürvə)
Xarilə (fars. خريله‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 656 nəfər yaşayır (155 ailə). Əhalisini kürdlər təşkil edir.
Zahidə Sultan
Zahidə Sultan (1613-1620) - Osmanlı padşahı I Əhmədin qızı. 1613 tarixində İstanbulda dünyaya gəlmişdir. Anasının kim olduğu bilinmir. Hələ 7 yaşında ikən vəfat etmişdir.
Zahidə xatun
Zahidə xatun (?-?) — Eldənizlər sülaləsinin ikinci atabəyi Məhəmməd Cahan Pəhləvanın arvadlarından biri. == Həyatı == Ondan Cəlaliyyə adlı qızı olmuşdur. Ərinin ölümündən (1186) sonra Naxçıvanda yaşamış, Eldənizlərin xəzinəsi yerləşən Əlincə qalasının sahibi olmuşdur. İlk atabəy Şəmsəddin Eldənizin dövründən atabəylərə tabe torpaqlardan gələn bütün gəlirlər bu xəzinədə saxlanılırdı. Cahan Pəhləvanın türk qızı Qətibə (Qutey bə) xatundanolan oğlu Əbu Bəkr əmisi Qı zıl Arslanı öldürülən kimi (1191) Naxçıvana gələrək, Əlincə qalasını və oradakı xəzinəni ələ keçirir.Mənbələrdəki məlumatın təhlili Z. x.-un bundan sonra, görünür, Cahan Pəhlə va nın hələ 1175 il də Ağsunqurilərdən geri aldığı Təbrizə köçdüyünü və bu şə hə rin hakimi olduğunu təs diq edir. Tarixçi əl-Hüsey nin məlumatına görə, atabəy Əbu Bəkr öldükdən (1210) sonra Naxçıvana, oradanda Culfaya, Mərəndə vəb. Azərb. şəhərlərinə hücum edən gürcülər Z. x.-un hakimlik etdiyi Təbrizi də mühasirəyə alırlar. Şəhər rəisləri ilə məsləhətlə şən Z. x. Təbrizi qarətdən və dağıntıdan xilas etmək üçün gürcülərə o qədər mal, pul, qızıl bac verir ki, "böyükdən kiçiyə kimi bütün gürcülər dövlətlənirlər".
Zamirə Hacıyeva
Zamirə Hacıyeva (tam adı: Zamirə Şirəli qızı Hacıyeva; d. 18 iyul 1963) — Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı və Böyük Britaniyanın korrupsiyaya qarşı mübarizə qanunu olan İzahedilməmiş Sərvət Sərəncamının şərtlərinin ilk hədəfi olan şəxs. Britaniya KİV-ləri Zamirə Hacıyevanı "Missis Makmafiya" (ing. Mrs McMafia), Avropa KİV-ləri isə "Ledi Şoppinq" (ing. Lady Shopping) kimi işıqlandırıblar. == Həyatı == Zamirə Hacıyeva 1963-cü il iyulun 18-də anadan olub. Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevlə ailə qurub və bu cütlüydən bir qızı və iki oğlu dünyaya gəlib. Qızı Leyla Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu ilə ailə qurub.Zamirə Hacıyevanın həyat yoldaşı Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. O, 42 mln. manatı mənimsəməkdə ittiham olunub.
Zarina Nizomiddinova
Zarina Nizomiddinova (özb. Zarina Nizomiddinova Shahboz qizi) — Özbəkistanda məşhur aktrisalardan biri və müğənni. 29 mart 1989–cu ildə Özbəkistan–in paytaxtı Daşkənd şəhərində anadan olub. 2010–cu ildə özbək dilində çəkilmiş "Qaragöz" filmində rol almasıyla kino karyerası başlamış, 2005–2016–cü illər arasında Özbəkistan istehsalı olan 34 filmdə çəkilmişdir. == Filmoqrafiyası == == Reklam filmləri == == Rol aldığı musiqi klipləri == == Filmləri == "Yurak yig'lar // Юрак йиглар (2015)" — YouTube "Xiyonat girdobi // Хиёнат гирдоби (2015)" — YouTube "Aql va yurak // Акл ва юрак (2013)" — YouTube "Qudamni ko'rmadingizmi // Кудамни курмадингизми (2013)" — YouTube "O Maryam, Maryam // О Марьям, Марьям (2012)" — YouTube "Men yulduzman // Мен юлдузман (2012)" — YouTube "Qorako'z // Коракуз (2010)" — YouTube == Video kliplər == == Klipləri == "Meni kechir // Мени кечир" — YouTube "Afsonaviy // Афсонавий" — YouTube == Maraqlı faktlar == Mohinur Nizomiddinova Shahbozovna. Shohruh Nizomiddinov Shahbozovich. Temurxon Sodiqov Toʻlqinovich. Toʻlqin Sodiqov.
Zaviyə mədrəsəsi
Zaviyə mədrəsəsi — Naxçıvan şəhərində bu günə qədər salamat vəziyyətdə gəlib çatan orta əsr təhsil mərkəzlərindən Zaviyə-mədrəsə binası nəinki Naxçıvan şəhərinin, ümumiyyətlə bölgə əhalisinin təhsilində mühüm rol oynamışdır. == Yerləşdiyi ərazi və toponimin izahı == Bu təhsil mərkəzi hazırda şəhərin Heydər Əliyev prospekti ilə Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində yerləşir. Ərəbcə “guşə”, “künc”, “bucaq” mənasını verən “zaviyə” orta əsrlər zamanı müsəlman Şərqində fəaliyyət göstərən sufı təriqətlərinə mənsub məskənlərin adlarından biridir. Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarına müridlər toplayaraq öz ideyalarını yaymışlar. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular. Hürufi təriqətçiləri belə zikr yerlərini xanəgah, bəktaşi və nəqşibəndilər isə zaviyə adlandırırdılar. == Memarlıq quruluşu == Zaviyə mədrəsəsinin binası ilk baxışdan düzbucaqlı formada görünsə də mürəkkəb memarlıq quruluşuna malikdir. Bina yerdən 1 metr hündürlükdəki kürsülük üzərində yerləşdirilmişdir. Ümumi sahəsi 212 m²-dir. Binanın divarlarının qalınlığı 0,9 - 1,5 metr arasında dəyişsə də əsas qalınlıq 90 sm-dir.
Zaviyə məscidi
Zaviyə məscidi — Naxçıvan şəhərində Heydər Əliyev prospekti və Təbriz küçəsinin kəsişdiyi yerdə, Zaviyə məhəlləsində tarixi-memarlıq abidəsi. == Tarixi == Ərəbcə guşə, künc, bucaq mənasmı verən zaviyə sufi təriqətlərinə mənsub məskənlərin adlarmdan biridir. Xanəgahlar kimi zaviyələrdə də ayrı-ayrı təriqətlərə mənsub dərvişlər yaşamış və ətraflarma müridlər toplayaraq öz ideyalarmı yaymışlar. İslam dininin yarandığı ilk yüzilliklərdə xristian ra- hiblərinin hücrələrini, kiçik müsəlman məscidlərini və ya ibadətxanalarmı da zaviyə adlandırırdılar. Məğrib ölkələrində zaviyə məsciddən, məktəbdən, övliya məqbərəsindən, mehmanxanadan ibarət dini binalar kompleksi kimi fəaliyyət göstərirdi. Sonralar Şimali Afrika övliyaları öz şagirdləri və ardıcılları ilə birlikdə yaşadıqları binaları da zaviyə və ya ribat adlandırmağa başladılar. Ümumiyyətlə, orta əsrlər zamanı zaviyə sufı qardaşlıqları ardıcıllarmm məskənlərinin adlarmdan biri olmuşdur. Onlar həm də ayin və mədəni-maarif mərkəzləri sayılırdı. Orta əsrlərdə Naxçıvanda mövcud olan bəzi təriqət tərəfdarları məscidlərə getmir, özləri üçün ayrıca təkyələr, zaviyələr tikir, orada yaşayır və zikrlə məşğul olurdular. Hürufı təriqətçiləri belə zikr yerlərini xanəgah, bəktaşi və nəqşibəndilər isə zaviyə adlandırırdılar.
Zariver
Ağyoxuş, Zariver — Göyçə mahalında kənd. == Tarixi == 1922-ci ildə rusların dəstəyi ilə tarixi torpaqlarımızda Ermənistan SSR yaradıldıqdan sonra erməni daşnaqlarının əl-qolu açılıb. Türkiyədən, Suriyadan gətirilən ermənilər məqsədli şəkildə, yavaş-yavaş Göyçənin azərbaycanlılar yaşayan kəndlərində yerləşdirilməyə başlanıb. Subatan kəndi dağ ətəyində, heyvandarlıq və əkinçilik üçün əlverişli bir yerdə yerləşdiyindən ermənilər buradakı yerli əhalini müxtəlif bəhanələrlə köçürmək istəyiblər. Subatana yaxın yerləşən dağlarda kifayət qədər Subatan (Göyçə) kəndinin yaxınlığında yerləşən dağlarda içməli su ehtiyatı kifayət qədər olmasına baxmayaraq, vəzifədə olan ermənilər bu problemi aradan qaldırmaq istəməyiblər. Kəndə borular vasitəsilə su çəkmək əvəzinə, əhalini köçürməklə həmin yerləri ələ keçirməyə cəhd ediblər.Ermənilər həmin vaxt qismən istəklərinə nail olublar. Belə ki, Subatandan 3-4 tayfa 1936-37-ci illərdə Göyçənin “Ağyoxuş” deyilən ərazisinə köçürülür. Ev tikilir və Subatandan gələnlər burada məskunlaşırlar. Elə kəndin adı da ərazinin adına uyğun olaraq adlandırılır. Bura Subatandan Alcanlılar, Məşədi Qasımlılar, Mayıllılar tayfasından xeyli adam köçür.
Parfe
Parfe (от fr. parfait) -1894-cü ildən məşhur olan soyuq desertdir. == Haqqında == Qaymaq, şəkər tozu, vanildən ibarət olub, dondurulmuş metal formada olur. Bəzən parfeyə çalınmış yumurta da tökülr.Tarixən parfe fransız deserti olmuşdur. Bundan əlavə kulinarlar amerikan parfesi də hazırlayırlar ki, buna da dondurma və digər inqridiyentlər də qatılır. Aromatlışdırıcı kimi kofe, kakao, tünd şokolad, meyvə konservləri də qatılır. Parfeni stakanlardan da təqdim edirlər.
Zarı-zarı
Zarı–zarı - Azərbaycan xalqına məxsus bu rəqs Şərur mahalında, xüsusən Havuş və Şahbulaq kəndlərində geniş yayılmışdır. İndi çox az oynanılan "Zarı-zarı" rəqsini toy şənliklərində, xınayaxdı mərasimlərində əsasən qadınlar oynayırlar. Kişi və uşaqların da ifasında təsadüf olunur.
Abroma mariae
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Carduus mariae
Adi alaqanqal (lat. Silybum marianum) — alaqanqal cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1.5 m qədər olan ikiillik ot bitkisidir. Gövdəsi düz, budaqlı, çılpaqdır. Yarpaqları çılpaq, iri, enli lansetvari, damarları boyunca ağ ləkəlidir, diş-dişli və kənarları tikanlıdır. Səbətləri budaqların ucunda, çiçəkləri al qırmızı-bənövşəyi rəngdədir. Aprel-may aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir.İkiillik ot bitkisi (mədəni şəkildə birillik) olub,düzqalxan gövdəsi60-150 sm hündürlüyündə olmaqla, nişasta tərkiblidir. Yarpaqları növbəli, iri, uzunsov-ellipsşəkilli, lələkvari və ya lələkvari-bölünmüş, dəricikli, tünd-yaşıl, parıltılı, ağ ləkələrlə örtülü parlaq, zolaqlı və ləkəli, damarları, kənar lövhəcikləri və aşağı tərəfi tikanlı, saplaqlı, yuxarı tərəfi isə oturaqdır. Hamaşçiçəklərinin zirvəsi şarşəkilli olub, səbət çiçək qrupuna toplanmışdır. Yarpaqları yaşıl, xarici və orta hissəsi bizşəkilli tikanlardan ibarətdir.
Carine noctua
Dam xarabaçılı (lat. Athene noctua) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin xarabaçıl cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 25 sm, kütləsi 150-170 q-a çatır. Erkək və dişilərinin rəng çalarları oxşardır: beli açıq qəhvəyi və ya qumsal, kürək lələklərində dairəvi ağ xallar var. Mərkəzi və Cənubi Avropada, Şimali Afrikada və Asiyada (Asiyanın şimalı istisnadır) yayılıb. Oturaq həyat tərzi keçirir. Kiçik gəmiricilərlə, həşəratlarla, nadir hallarda isə kiçik quşlarla qudalanır.
Herrania mariae
Abroma (lat. Abroma) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Abroma augusta (L.) L.f. cinsə aid yeganə növdür. == Arealı == Hind-Çindən Avstraliyaya qədər yayılmışdır. == Sinonimləri == Abroma alata Blanco Abroma angulata Lam. Abroma angulosa Poir. Abroma communis Blanco Abroma denticulata Miq. Abroma elongata Lam. Abroma fastuosa R.Br.
Inula mariae
Inula mariae (lat. Inula mariae) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.